ABŞ prezident seçkiləri: Bayden və Tramp
NBC kanalı tərəfindən aparılan soğruya görə Amerika əhalisinin əksəriyyəti nə Bayden (70%), nə də Trampı (60%) prezident kürsüsündə görmək istəmir. Baydenin əleyhdarlarının təxminən yarısı demokratlar, Trampın əleyhdarlarının 1/3 hissəsi isə respublikaçılardır (GOP). Bununla belə hər iki namizəd partiyaları daxilində populyarlığına görə digər siyasətçiləri üstələyirlər.
Baydenin seçki strategiyası
Görünən odur ki, seçkilərdə qalib gəlmək üçün Bayden vurğunu öz uğurlarından çox Trampın şəxsiyyətinə və respublikaçıların “ekstremist” baxışlarına edəcəkdir. Seçki videoçarxında Bayden, Kapitoliyə hücum və Ali Məhkəmə qarşısında abort tərəfdarlarının etiraz kadrları fonunda “biz Amerikanın ruhu uğrunda mübarizə aparırıq” cümləsini işlədir: “Qarşılaşdığımız sual odur ki, qarşıdakı illərdə daha çox və ya daha az azadlığa/hüquqa sahib olacağıq”. Videoçarxda insanlara səhiyyə, təhsil və şəxsi münasibətlər məsələlərində hansı qərarı qəbul etmək lazım olduğunu diktə edən “MAGA (Make America Great Again) ekstremistləri” barədə xəbərdarlıqlar səsləndirilir.
Baydenin şansları
Bayden ABŞ tarixində ən yaşlı prezidentdir. Hazırda Baydenin 80, prezident seçkiləri vaxtı isə artıq 82 yaşı olacaqdır. Onun yaşı hətta demokrat seçicilər arasında narahatlıq ilə qarşılaşır. Böyük yaş + Rusiya-Ukrayna müharibəsinin yaratdığı iqtisadi qeyri-stabillik + respublikaçıların aşağı palataya nəzarəti səbəbindən iki ildə nəzərəçarpan qanunverici nailiyyətlərin olmaması + Əfqanıstandan “biyabırçı qaçış” Baydenin yenidən seçilməsinə mane olan əsas faktorlardır. Bununla belə pandemiyanın mənfi təsirlərinin uğurla aradan qaldırılması + mikroçip/yarımkeçirilərin yerli istehsalına nəhəng investisiyalar + inflyasiyanın qismən cilovlanması + seçkilərə vitse-prezident kimi yenə (Qara və Asiya mənşəli) K.Harrisin irəli sürülməsi Baydenin seçkilərdə reytinqinə müsbət təsir göstərən faktorlardır.
Associated Press-in hesablamalarına görə cəmi 26% amerikalı Baydeninin ikinci dəfə namizədliyini irəli sürməsini istəyir. Demokratlar arasında Baydenin reytinqi 47%-ə bərabərdir. Bu göstərici ilə o digər demokrat namizədləri xeyli arxada qoyur. Demokratların 81%-i (41% dəqiq, 40% yəqin ki) Baydenin vahid namizəd olacağı halda səslərini ona verəcəklər.
Respublikaçıların cavab strategiyası
Baydenin videoçarxına GOP Süni Zəkanın Baydenin yenidən seçiləcəyi təqdirdə Amerikanın mümkün gələcəyi haqqında anti-utopik video ilə cavab verdilər. Videoda Baydenin qalib gəlmə xəbəri fonunda cinayətkarlığın, beynəlxalq iğtişaşların, qarşısı alınmaz qanunsuz miqrasiyanın və iqtisadi fəlakətlərin baş verəcəyi əks olunur.
NBC-yə görə GOP içərisində birinci yerdə Tramp (46%), ardınca R.Desantis (31%), sabiq vitse-prezident M.Pens (6%) və BMT-dəki sabiq səfir/qubernator Nikki Heyli (3%) gəlir. Yahoo News/YouGov-a görə isə Trampa qarşı məhkəmə iddiası onun reytinqinin 10% artmasına və 57%-ə çatmasına səbəb oldu. Qeyd edək ki, Tramp seçkilərdə iştirak edəcəyini elan edəndə onun reytinqi (41%) Desantisin reytinqindən (45%) geri qalırdı. Belə şəraitdə GOP-un iki mümkün strategiyası yaranır:
1.Seçkilərə vahid namizəd kimi Trampı irəli sürüb, bütün qüvvələri Trampın dəstəyinə və Baydenin diskreditə edilməsinə sərf etmək;
2.Trampla razılığa gəlib, bütün praymeriz boyunca Trampı dəstəkləyib, ən son məqamda Trampın dəstəyi ilə vahid namizəd kimi Desantisi irəli sürmək.
Nəticə
II strategiya daha effektivdir. Tramp Baydendən cavan olsa da, onun hazırda 76 yaşı var, seçki ərəfəsində isə 78 yaşı olacaqdır – müşahidələr isə göstərir ki, Amerika xalqı Ağ Evə cavan siyasətçinin daxil olmasını istəyir. Əgər GOP indi Trampla razılığa gəlib, vahid namizəd kimi Desantisi irəli sürsə, Bayden ehtimal ki, namizədliyini geri çəkəcək və demokratlar Desantisə qarşı cavan siyasətçi (ola bilsin vitse-prezident K.Harrisi) çıxaracaqlar. Lakin, əgər bu ən son anda baş versə demokratlara manevr edib, yeni namizəd tapıb, onu piar etmək üçün vaxt qalmayacaq və Ağ Evə Desantis daxil olacaq.
@cssc_cqtm

👍22
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) Baş Elmi İşçisi Orxan Bağırovun Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) Prezident İlham Əliyevin Bolqarıstana səfəri və Azərbaycanın Avropaya qaz ixracının artırılması istiqamətində attdığı addımlar haqqında şərhi.
Daha ətraflı: https://azertag.az/xeber/Avropaya_qaz_ixracinin_artirilmasi_Azerbaycana_Avrasiyanin_enerji_xeritesini_yeniden_cizmaga_imkan_verecek-2594267

👍5
Ermənistanın Qarabağa göndərdiyi pullar nəyə xərclənir?
Statistik rəqəmlərə görə 2022-ci ildə qondarma rejimin büdcə xərcləri $546,93 mln olmuşdur və 2023-cu ildə 1% artırılaraq $554,57 mln-a çatdırılacaqdır. Büdcə gəlirlərinin əsas hissəsini Ermənistanın vediyi dövlətlərarası kredit təşkil edir. 2023-cü ildə $372 mln kredit veriləcəkdir (ümumi gəlirlərin 77%-i). Bu vəsaitlər kredit kimi verilsə də sonradan Ermənistan tərəfindən bağışlanılır.
Ən çox xərc sosial müdafiəyə ayrılır. 2022-ci ildə bu istiqamətə $133.23 mln ayrılmışdır (ümumi xərclərin 24%-i), 2023-cü ildə artrılaraq $187.99 mln-a çatdırılacaqdır (ümumi xərclərin 34%-i). Bu istiqamətə böyük diqqətin ayrılması onu göstərir ki, qondarma rejim sosial müdafiə xərclərini artırmaqla əhalinin Qarabağda qalmasını təmin etməyə çalışır. Bunu son 3 ildə sosial müdafiə xərclərinin kəskin artırılması da sübut edir. Belə ki, 2020-ci ildə qondarma rejim sosial müdafiə üçün 2023-cü ilə planlaşdırılandan 3.4 dəfə az vəsait ayırmışdı.
Eyni zamanda, Laçın dəhlizində ekoaksiyalara görə qondarma rejimin sosial vəziyyətinin pisləşməsi və 1300 işçisi olan Base Metals şirkətinə məxsus mis-molibden yatağının fəaliyyətinin dayanması da 2023-cü ildə sosial müdafiə xərclərinin artırılmasına təsir etmişdir. Gəlirlərinin böyük hissəsinin Ermənistandan köçürülməsi onu deməyə əsas verir ki, əhalinin Qarabağda qalmasında Ermənistan hökuməti birbaşa iştirak edir.
2022-ci ildə qondarma rejim büdcə xərclərinin 8.6%-ni təhlükəsizliyə ayırmışdır. Cari ildə isə bu istiqamətə $58.36 mln ayrılacaqdır (büdcə xərclərinin 10.5%-i). Təhlükəsizliyə böyük həcmdə xərclərin ayrılması da əhalinin Qarabağda saxlanılmasına xidmət edir. Çünki, əhalinin saxlanılmasını təmin etmək üçün onların sosial müdafiəsi ilə yanaşı təhlükəsizliyi də təmin edilməlidir.
2023-ci ildə iqtisadiyyat, enerji və nəqliyyat istiqamətində isə xərclər azaldılacaqdır və ümumi xərclərdə payı 10.2%-dən 7.8%-ə düşəcəkdir. Demək, qondarma rejim iqtisadiyyatın inkişafı hesabına deyil, süni şəkildə, yəni təhlükəsizliyin və sosial müdafiənin Ermənistandan alınan vəsaitlər ilə təmin edilməsi hesabına əhalinin Qarabağda saxlanılmasına çalışır. Həm də səhiyyə, təhsil, tikinti və kommunal xərclər də azaldılacaqdır.
Maraqlıdır ki, müdafiə xərcləri çox az göstərilir. 2023-cü ildə müdafiə xərcləri əvvəlki il ilə eyni səviyyədə, yəni $5.07 mln səviyyəsində (ümumi xərclərin 0,9%-i) olacaqdır. Hazırda Qarabağda ən azı 10 min erməni hərbçisinin olduğu ehtimal edilir. Ermənistanda müqavilə ilə işləyən hərbçilərə isə ayda $1082 maaş verilir. Əgər 10 min hərbçinin yarısı ayda $1000 maaş alsa təkcə onların əmək haqqı $5 mln edir. Digər xərcləri də nəzərə aldıqda hərbi xərclərin $5.07 mln olmasının qeyri-mümkün olduğu aydın olur.
Eyni zamanda digər xərclərin həcmi çox böyükdür. Bu xərclər 2022-ci ildə $107 mln (ümumi xərclərin 19.6%-i) olmuş, 2023-cü ildə isə $76.4 mln-a endiriləcəkdir (ümumi xərclərin 13.8%-i). Bu xərclərin ümumi xərclərdə payına görə 2-ci ən böyük kateqoriya olması onların təyinatı ilə bağlı suallar yaradır. Hərbi xərclərin çox az göstərilməsi əlavə xərclərin tərkibində hərbi xərclərin çox olduğunu deməyə əsas verir. Müdafiə qondarma rejimin ən çox korrupsiyalaşmış sektoru olduğundan yeyintilərin izini itirmək üçün hərbi xərclərinin böyük hissəsinin digər xərclərə daxil edilməsi mümkündür. Tikinti sektoru da korrupsiyanın geniş yayıldığı sektordur və yəqin ki, qondarma rejim tikintidəki yeyintilərin izini itirmək üçün də bu sahədəki xərcləri digər xərclərə aid edir.
Beləliklə, qondarma rejimin 2 əsas məqsədi vardır. 1-ci məqsəd seperatçı siyasəti davam etdirmək üçün əhalinin Qarabağda saxlanılmasını təmin etməkdir. Ona görə də maliyyə resurslarının böyük hissəsi bu istiqamətdə səfərbər edilir. 2-ci məqsəd isə korrupsiya yolu ilə Ermənistandan köçürülən vəsaitləri mənimsəməkdir. Buna görə də ən çox yeyintinin olduğu sektorların xərcləri digər xərclərə daxil edilərək gizli şəkildə mənimsənilir.
@cssc_cqtm
Daha ətraflı: https://cssc.az/az/view/2/37/ermenistanin_qarabaga_gonderdiyi_pullar_neye_xerclenir?

https://cssc.az
Ermənistanın Qarabağa göndərdiyi pullar nəyə xərclənir? | CSSC
Qarabağda hələlik mövcudluğunu qoruyan qondarma rejimin ayaqda qalması üçün onun Ermənistan tərəfindən maliyyələşdirilməsi davam etdirilir. Ermənistan hökuməti bununla qondarma rejimi ayaqda saxlamağa və ondan siyasi təsir vasitəsi kimi istifadə etməyə çalışır.…
👍14
ABŞ görüşü: nəticə və fəsadlar
ABŞ-da xarici işlər nazirləri arasında ardıcıl bir neçə gün davam edən görüş 4 may tarixində yekunlaşdı. Görüşün nəticələrinə dair tərəflər birgə yox, ayrı-ayrılıqda, lakin eyni məzmunlu, bəyanatlar verdilər. Dövlət Departamenti “tərəflərin çətin məsələlərin həllində mühüm irəliləyiş əldə etdiyini”, Azərbaycan və Ermənistan tərəfləri isə “ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq, ...bəzi əsas məsələlər üzrə (isə) mövqelərin fərqli olaraq qaldığını” bildirdilər.
Danışıqların davam etdiyi müddətdə Azərbaycan prezidenti Şuşada, N.Paşinyan isə Praqada normallaşma prosesinə toxunmuşdular. Prezident İlham Əliyev isə “sülh sazişinin mətninə mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı salmaq üçün istənilən cəhdləri” qeyri-məhsuldar adlandırmışdır.Paşinyan Azərbaycanı etnik təmizləmə siyastində ittiham edib, Qarabağ və Laçın yoluna beynəlxalq qrupun göndərilməsini vacib adlandırmışdır.
“Əsas məsələlər üzrə mövqe fərqi”
Liderlər və xarici işlər nazirlər tərəfindən verilən bəyanatlardan belə nəticə çıxartmaq olar ki, tərəflər arasında mövcud “bəzi əsas məsələlər üzrə mövqe fərqləri” ilk növbədə Qarabağ və anklavları özündə ehtiva edir. Bakı Qarabağı öz daxili işi sayıb, bunun Ermənistan tərəfindən rəsmi sürətdə tanınması/qəbul edilməsini tələb edir: “Onlar A deyiblər, B deməlidirlər. Onlar mənim söylədiyimi söyləməlidirlər – Qarabağ Azərbaycandır!” Başqa sözlə desək, Ermənistan təkcə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi deyil, həmçinin Azərbaycanın Qarabağ üzərində tək və bölünməz suverenliyini rəsmi qaydada qəbul etməlidir.
Ermənistan öz növbəsində Bakı və Xankəndi arasında dialoqun beynəlxalq müşahidəçilərin nəzarəti altında keçməsini istəyir. Faktiki olaraq Ermənistan ABŞ, Fransa və Rusiyanın əli ilə Azərbaycan daxilində separatizm siyasətini davam etdirmək istəyir.
Daima 29,8 min km2 ərazi bütövlüyündən danışan N.Paşinyan, Bakının Ermənistan ərazisində yerləşən anklavlardan imtina etməsini istəyir. 1990-92-ci illərdə Ermənistan tərəfindən işğal edilən Qazaxın 7 kəndi + Naxçıvanın Kərki kəndi Ermənistan ərazisində yerləşən anklav/eksklavlardır. Bu kəndlər Ermənistanın şimal və cənub rayonlarını birləşdirən yolların və Gürcüstan/İrana çıxaran vacib magistral yollarının üzərində yerləşir. Bakı öz növbəsində ərazi bütövlüyünün qarşılıqlı tanınması dedikdə Qarabağ + 8 kəndin Ermənistan tərəfindən Azərbaycan əraziləri kimi qəbul edilməsini nəzərdə tutur.
“Bəzi maddələri üzrə qarşılıqlı razılıq”
Liderlərin çıxışları zamanı nəqliyyat-kommunikasiya xəttləri və humanitar məsələlər barədə nəsə deməməsi, nazirlərin bu istiqamətlər üzrə müəyyən razılıq əldə etməsinə işarə edir. Güman ki, əgər Azərbaycan səfərdən qabaq Laçında Sərhəd Nəzarət Buraxılış Məntəqəsi qurmasa idi, bu məsələ də “mövqelərin fərqli” olduğu kateqoriyaya daxil problemlərdən biri olacaqdı. Beləliklə, görüşdən qabaq Laçında NBM-in qurulması ABŞ-da Ermənistanı iki seçim qarşısında qoydu:
1.Zəngəzurda NBM qurub, Qərbin təklif etdiyi “yollar üzərində suveren hüquqlar” modelini qəbul etmək;
2.Qərb modelindən imtina edib, Rusiyanın təklif etdiyi eksterritorial Zəngəzur dəhlizi ilə barışmaq.
Ermənistanın Zəngəzur dəhlizi modelini dəfələrlə rədd etməsi və görüşün ABŞ-da baş tutması İrəvanın birinci varianta üstünlük verməsinə dəlalət edir.
Nəticə
Daışıqların növbəti mərhələsi Rusiyada baş tutacaqdır. Necə Praqada Bakı İrəvandan ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınmasına nail olub, sonradan bunu Soçi üçtərəfli bəyanatında təsdiqləmişdirsə, eləcə də indi, ABŞ-da əldə edilən razılıqlar Rusiyada keçiriləcək görüşdə öz təsdiqini tapacaqdır.
Azərbaycan sülh sazişinin tezliklə imzalanmasını istədiyi qədər, 10 noyabr üçtərəfli bəyanatın aktual olmasında da maraqlıdır. Beləki, üçtərəfli razılaşma Ermənistanın üzərinə vacib öhdəliklər qoyub, Rusiya sülhməramlı kontingentinin 2025-ci ildə Azərbaycanı tərk etməsinə leqal əsas yaradır.

👍37
ABŞ-ın Cənubi Qafqaz siyasətinin daxili amilləri
Rusiya-Ukrayna müharibəsinin bir nəticəsi də ABŞ Senatının Xarici Əlaqələr və Nümayəndələr Palatasının Xarici İşlər Komitələrinin, ABŞ xarici siyasəti və Dövlət Departamenti üzərində artan təsiridir. Əgər son zamanlara qədər Senatın Xarici Əlaqələr Komitəsinin Dövlət Departamentinə təsir imkanı əsasən səfirlərin təsdiq edilməsi ilə məhdudlaşırdısa, Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin xarici siyasətə təsir vasitələri bundan da az idi.
Armed Services Committee
Son 20 ildə Dövlət Departamenti ilə bağlı əsas məsələlər adətən silahlı qüvvələlərlə komitələrində və maliyyələşmə (appropriation) komitələrində müzakirə olunurdu. Son illərdə Konqresdə xarici siyasətlə bağlı əsas söz sahibi Senat və Nümayəndələr Palatasının Silahlı Qüvvələr (armed services) komitələri idi. Bunun səbəbi ondan ibarət idi ki, son 6 ildə Silahlı Qüvvələr komitələri hər il Milli Müdafiə haqqında “authorization” qanunu qəbul edirlər. Konqresin hər iki palatasının Silahlı Qüvvələr komitələri bu authorization qanunları sayəsində son 6 ildə hən Pentaqon, həm də xarici siyasət üzərində ciddi təsir əldə edə biliblər. Buna görə də Pentaqon Silahlı Qüvvələr komitələrindən gələn tövsi xarakterli xahişlərə cavab verilməsi mütləq tələb edilən rəsmi sorğu kimi yanaşır.
Foreign Affairs/Relations Committee
Silahlı Qüvvələr Komitələrindən fərqli olaraq Xarici Əlaqələr və Xarici İşlər Komitələri 2002-ci ildən bəri Dövlət Departamentinin fəaliyyətini müəyyənləşdirən “authorization” tipli qanun qəbul etmirdilər. Dövlət Departamentinin maliyyələşməsi “appropriation” komitələr tərəfindən hazırlanırdı və hər il onlar tərəfindən Konqresə müzakirə edilməsi üçün təqdim olunurdu. Ona görə də Xarici Əlaqələr və Xarici İşlər Komitələrinin səfirlərin təsdiqindən başqa Dövlət Departamentinə təsir etmək vəsaitələri yox idi.
2021-ci ilin dekabr ayında Konqres 2002-ci ildən bəri ilk dəfə Dövlət Departamenti haqqında “authorization” tipli qanun qəbul etdi. Xarici Əlaqələr və Xarici İşlər Komitələri R.Menendez başda olmaqla Pentaqonla bağlı Milli Müdafiə aktında olduğu kimi Dövlət Departamenti ilə bağlı “authorization” aktının da hər il qəbul edilməsinə nail olmaq və beləliklə Dövlət Departamentini özlərinə tabe etmək istəyirlər. İndiyə qədər bu, mümkün deyildi, çünki respublikaçılarla demokratlar arasında müxtəlif məsələlərdə ciddi fikir ayrılığı var idi və əgər Milli Müdafiə sahəsində tərəflər arasında ixtilaflara baxmayaraq belə bir aktın qəbul edilməsi mütləqdir, çünki bu akt hərbi qulluqçularının maaşından tutmuş hərbi sənayesi sahəsində yeni sifarişlərə qədər ən müxtəlif məsələləri əhatə edir.
Nəticə
Bundan əvvəl, bir neçə dəfə Konqres bu tip qanunvericiliyi qəbul etmək istəsə də, respublikaçılarla demokratlar arasındakı fikir ayrılığı bunun qarşısını almışdı. Ukrayna-Rusiya müharibəsi respublikaçılarla demokratlar arasında fikir ayrılığına baxmayaraq, bu tip aktların hər il qəbul edilə bilməsinə ideal imkan yaratmışdır. Hər il belə bir aktın qəbul edilməsi Konqresin Dövlət Departamenti üzərində nəzarət və təsir imkanları kəskin şəkildə artıracaqdır. Lakin artıq deyildiyi kimi, bu təsirin nə qədər güclü olması demokratlarla respublikaçıların birlikdə işləyə bilməsindən asılı olacaq.
Hər bir halda, R.Menendez başda olmaqla Konqres üzvlərinin (Xarici Əlaqələr və Xarici İşlər Komitələrinin Silahlı Qüvvələr Komitələri ilə birlikdə) ABŞ-ın xarici siyasəti və Dövlət Departamenti üzərində təsirlərinin artması ABŞ-Azərbaycan əlaqələrinə də yaxın gələcəkdə ciddi təsir edə bilər. Erməni lobbisinin Konqresə təsir imkanlarını nəzərə alsaq, Konqresin xarici siyasət və Dövlət Departament üzərində artan təsiri Azərbaycan üçün mənfi nəticələr yarada bilər.

👍13👎2
Kremlə dron zərbələri: motiv və siyasi fəsadlar
3 maya keçən gecə Kreml iki dron zərbəsinə məruz qaldı. Moskva baş verənləri terror adlandırıb, bunda Ukrayna və ABŞ-ı günahlandırdı. Ukrayna bütün ittihamları rədd edib, hədəfinin başqa ölkələrin ərazilərinə hücum yox, işğalda olan ərazilərini azad etmək olduğunu bildirdi. Videokadrların analizindən belə nəticəyə gəlmək olar ki, Kremli hədəfə almış aparat kvadrikopter tipli yox, təyyarə tipli dron idi. Aparatın diametri 4,5 metr, qanadlarının uzunluğu isə 2-2,5 metr idi. Qanadları 3 metr olan Rusiya istehsallı “Orlan-10” 600 km, qanadı 4,6 metr uzunluğunda olan Ukrayna istehsallı UJ-22 Airborne 800 km, qanadı 3 metr olan Raybird-3 tipli dron isə 1000 km məsafə qət edə bilir.
Ukrayna/ABŞ?
Hücumun Ukrayna ərazisindən edilməsi nəzəri cəhətdən mümkün olsa da (Rusiya-Ukrayna sərhədindən Kremlə ən qısa məsafə 450 km-dir), böyük ehtimal ki, dronlar Rusiya ərazisindən idarə olunurdu. Beləki, Ukrayna mövqelərindən Kremlə qədər Rusiyanın ən azı 3 hava hücumundan müdafiə xətti (Rusiya tərəfindən işğal edilmiş Ukrayna ərazilərində → Rusiyanın de-yure sərhədləri yaxınlığında → paytaxt Moskvanın HHM xətti) mövcuddur. Bu 3 müdafiə xəttindən savayı Rusiya rəsmiləri son aylarda bütün əsas qərar qəbul edilən mərkəzlərdə “Панцирь-С1” və daha mütərəqqi HHM sistemləri quraşdırmışlar. Rusiya xüsusi xidmət orqanları həmçinin radio-elektron mübarizə vasitələrindən də geniş istifadə edirlər. Buna Kremlin yanında GPS-i qoşmaqla əmin olmaq olar: cihaz sizin mərkəzdə yox, hava limanlarından birində olduğunuzu göstərəcəkdir. Beləliklə, təşkilatçının Ukrayna olması haqqında versiya, sağlam düşüncə və konstruktiv tənqid qarşısında aciz qalır.
Təşkilatçı
Hücumun Rusiya tərəfindən həyata keçirilməsi versiyasının leyhinə daha çox arqument var. Kremlə hücum Rusiyanın Ukraynanın mülki infrastrukturuna yeni dağıdıcı zərbələr endirməsinə (daxili/xarici auditoriya üçün) “bəraət” qazandırır. Digər tərəfdən Kremlə hücum “Arxada Moskvadır” (“За нами Москва”) şüarı kimi II Dünya müharibəsi arxetiplərinin Rusiya cəmiyyətinə gətirmək və paytaxtı/Vətəni qorumaq adı altında əhalini ümumi səfərbərliyə cəlb etmək planının tərkib hissəsi ola bilər. Hücumun 9 may ərəfəsində baş verməsi təsadüfi bir hal kimi nəzərdən keçirilmir. Aşağı ehtimalla Kremlə hücum Ukraynaya taktiki nüvə zərbəsini endirmək planının bir hissəsi də ola bilər.
Siyasi fəsadlar
Hücumun arxasında böyük ehtimalla Rusiya dayansa da, əmrin şəxsən V.Putin tərəfindən verilməsi az ehtimal olunandır. Putinin hakimiyyəti “təhlükəsizlik və stabillik əvəzinə hüquq/azadlıqlar” ictimai müqaviləsinə əsaslanır. Sanksiyalar Rusiya əhalisinin rifahına zərbə endirib, ictimai müqavilənin stabillik elementini sarsıtmışdır. Kremlə hücum perspektivdə təhlükəsizlik kimi ikinci elementi də diskreditə edib (“öz iqamətgahını qoruya bilməyən lider xalqı necə qoruyacaq?!”), Putin və xalq arasında ictimai müqaviləni etibarsız edə bilər.
Elitalararası parçalanma
Görünən odur ki, Kremlə hücumun arxasında Rusiyanın qərar qəbul edən elitalarından biri dayanır. Hazırda Bortnikov (FTX/ФСБ) + Narışkin (XKX/СВР) + Patruşev (TŞ katibi) bir qrupu, Zolotov (Milli Qvardiya) + Kadırov isə digər qrupu təmsil edirlər. Ukrayna müharibəsi başlayandan birinci qrupa müdafiə naziri Şoyqu və baş qərargah rəisi Gerasimov, ikinci qrupa isə Vaqner qrupunun rəhbəri Priqojin daxil oldular. Vaqnerin tükənməsi məqsədilə Şoyqu-Gerasimovun Priqojinə silah-sursat ötürməməsi, axırıncının isə 10 may tarixində Baxmutu tərk edəcəyini elan etməsi elitalararası parçalanmanı daha da kəskinləşdirdi.
Rusiya qanunvericiliyinə əsasən, “hökumət tərəfindən təsdiq edilmiş siyahılara uyğun olaraq mühüm dövlət obyektlərinin, xüsusi yüklərin, rabitə vasitələrinin mühafizəsi” Milli Qvardiyanın vəzifəsidir. Hücumun nə vaxt (gecə, yəni Putinin iqamətgahda olmadığı vaxtda) baş verdiyini və bundan ən çox kimin zərər gördüyünü (Kremlə hücum Zolotovun peşəkar iflasıdır) nəzərə alaraq, dron zərbəsinin yüksək ehtimalla daxili qrupların birinin tərəfindən edildiyini güman etmək olar.

👍32
Aİ-nin qarşıdagələn 11-ci sanksiya paketi
Son günlər mətbuata sızdırılan ABŞ kəşfiyyat məlumatları içərisində maliyyə naziri Siluanovun baş nazir Mişustinə martda yazdığı məktubu yer almışdır. Məktubda Siluanov baş nazirdən bankların “potensial inflasını” qabaqlayan planı dəstəkləməyi və müharibə iştirakçılarının ₽72,4 mlrd. dəyərində kreditlərinə möhlət verməyi xahiş etmişdir. ABŞ kəşfiyyatının hesablamalarına görə iqtisadi vəziyyət qəliz olsa da, Rusiya ən azı bir il hərbi xərcləri maliyyələşdirə biləcək, iqtisadi elita isə Putinə qarşı çıxmaq əvəzinə sanksiyalardan yayınaraq gəlir əldə etməyə üstünlük verəcəkdir.
Maraq və təzyiqlər
11-ci sanksiya paketini qəbul etmək göründüyündən daha çətindir. Üzv ölkələrin maraq və Rusiyadan asılılıq dərəcəsi fərqli olduğundan bütün dövlətləri razı salacaq konsensusa gəlmək çox çətindir. Belçika dünyanın ən böyük almaz birjalarından birinə sahib olduğuna görə ehtimal ki, Rusiyanın almaz sektoruna qarşı sanksiyaları bloklayacaqdır. Fransa və Macarıstan kimi üzvlər AES-lərin tikilməsi, uranın alınması və Rusiyaya emal edilmiş yanacağın göndərilməsi məsələlərində Rosatomdan asılı olduğuna görə ehtimal ki, nüvə sektoruna sanksiyaların qəbul edilməsinə qarşı çıxacaqlar.
Dekabrda Aİ Rusiyanın mədənlərinə sərmayə yatırımlarını qadağan edib, “Metalloinvest” və USM kimi şirkətlərə qarşı isə sanksiyalar qəbul etsə də, bəzi Aİ üzvlərinin Rusiya metallurgiyasından asılılığı səbəbindən ehtimal ki, bu sektoru 11-ci paketə daxil etməyəcəkdir. Orta dəhliz kimi Rusiya ərazisindən yan keçən marşrutların ötürmə potensialı lazımı səviyyədə olmadığına görə tranizt sektoruna sanksiyalar Rusiyadan daha çox Aİ və Çinə zərbə endirmiş olacaqdır.
Güman edilən sanksiyalar
Görünən odur ki, 11-ci paket əvvəlki sanksiyalarda mövcud boşluqların aradan qaldırılmasına hədəflənəcəkdir. Kiyev İqtisadiyyat Məktəbinin (KSE) hesablamalarına görə 2023-cü ilin ilk rübündə Primorye əyalətinin Kozmino limanından Çin və Hindistana daşınan neftin 95%-dən çoxu $60-lıq qiymət həddini (20% → $73,14) üstələyirdi. 11-ci sanskiya paketi ehtimal ki, Türkiyə, Hindistan, Çin, BƏƏ və Ermənistan kimi ölkələrə qarşı təzyiqləri artırmış olacaqdır. Bloomberg-in İnside məlumatlarına əsasən, ilkin mərhələdə təzyiq altına Mərkəzi Asiya ölkələri + Rusiyanın yaxın qonşuları düşəcəkdir.
Financial Times-a görə, Aİ Rusiyaya qadağan olunmuş məhsulları yenidən ixrac edən ölkələrə sanksiyalar altına düşmüş məhsulların ixracını məhdudlaşdıra bilər. Sanksiya altına həm də nefti rus tankerlərindən öz tankerlərinə boşaldaraq onun xarici ölkələrə daşınma/satışını təmin edən ölkə/şirkətlər düşə bilər. Ayrı-ayrı sektorların təmamilə sanksiya altına düşməsi problematik olsa da, hər bir sektorda aparıcı müəssisələrin (3HC Semiconductors, King-Pai Technology, Sinno Electronics, Sigma Technology, Asia Pacific Links, Tordan Industry и Alpha Trading Investments) fərdi sanksiyalara məruz qalacağı da ehtimal olunandır.
Nəticə
Görünən odur ki, Aİ-nın 11-ci sanksiya paketinə təklifi tələbatı üstələyən kənd təsərrüfatı məhsulları, fərqli sahələrdə çalışan məüssisələr və Rusiyaya sanksiyalardan yan keçməyə kömək edən ölkə/şirkətlərin bir qismi düşəcəkdir. Aİ-nın sanksiyalarla bağlı xüsusi nümayəndəsi D.O’Sallivan aprel ayında Özbəkistana səfər edərək, ölkə şirkətlərinin sanksiya altına düşmüş malların (mikroçip, yarımkeçiricilər, blok-sxem, optik ləvazimatlar və s.) Rusiyaya ixracının 126% artmasından narahat olduğunu bildirmiş və Özbəkistan şirkətlərini sanksiyalarla hədələmişdir. Güman ki, bu tip təzyiqlər may ayında qəbul edilməsi gözlənilən 11-ci sanksiya paketində rəsmiləşdiriləcəkdir. İstisna deyil ki, 11-ci sanksiya paketinə Rusiyaya sanksiyalardan yan keçməyə kömək edən və dəfələrlə Qərb tərəfindən xəbərdarlıq edilən Ermənistan şirkətləri də düşəcək. Bununla belə problemli sektorlar (almazlar, Rosatom) və ölkələr (Hindistan, Çin) güman ki, ya G7 səviyyəsində (almaz biznesi), ya da növbəti − 12-ci sanksiya paketində (Rosatom, Hindistan, Çin) məhdudlaşdırıcı tədbirlərə məruz qalacaqlar.

👍21
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İTV Xəbərin xüsusi buraxılışında Brüssel görüşü və Türkiyədə keçirilən seçkiləri şərh edib. 38-ci dəqiqədən sonra baxa bilərsiniz.
Daha ətraflı:
https://www.youtube.com/watch?v=ExQVSQulaQU

YouTube
Brüssel görüşü və Türkiyədə keçirilən seçkilər ilə bağlı İTV Xəbərin xüsusi buraxılışı
Türkiyədə prezident seçkiləri keçirilir
Bizi İzləyin:
Facebook: https://www.facebook.com/ictimai.tv/
Instagram: https://www.instagram.com/ictimaitv.official/
Teleqram: https://news.1rj.ru/str/tvictimai
Sayt: https://itv.az/
Copyright © İCTİMAİ TV
#itv #ictimaitv…

👍11
Brüssel görüşünün nəticələri
14 may tarixində Ş.Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında dörd saatdan artıq davam edən üçtərəfli danışıqların nəticəsi yekun bəyanatda əks edilmişdir.
Ərazi bütövlüyü
Bəyanata əsasən, Alma-Ata bəyannaməsinə uyğun olaraq Azərbaycan Ermənistanın (29,8 min km2), Ermənistan isə Azərbaycanın (86,6 min km2) ərazi bütövlüyünü tanıdığını təsdiqlədi. Ermənistan buna qədər də Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyünü tanımışdır. Lakin bu görüşlərdən dərhal sonra Ermənistanın siyasətçi/ekspert seqmenti 1988-ci il qərarına və ya 1991-ci il qondarma referendumuna istinad edərək, ərazi bütövlüyünün tanınmasının Qarabağa şamil olunmadığını bildirirdi. Bu baxımdan 86,6 min km2 çərçivəsində ərazi bütövlüyünün tanınması bütün əvvəlki ikilimənalılıqları aradan qaldırmış olur.
Vurğulayaq ki, 86,6 min km2 əraziyə Qarabağ və Şərqi Zəngəzurdan savayı Azərbaycana məxsus olan və 1990-92-ci illərdə Ermənistan tərəfindən işğal edilən Qazaxın 7 kəndi + Naxçıvanın Kərki kəndi də daxildir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin, Dövlət Departamentinin, habelə Avropa İttifaqı Şurasının rəsmi mənbələrində mövcud xəritələrdə 86,6 min km2 əraziyə həmçinin Ermənistanın ərazisində yerləşən lakin Azərbaycana məxsus anklav/eksklavlar da daxildir. Deduktiv əqlinəticə aşağıdakı sxemi yaradır:
- 86,6 min km2 əraziyə Qazaxın 7 kəndi + Naxçıvanın Kərki kəndi daxildir;
- Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 86,6 min km2 çərçivəsində tanıyıb;
- Deməli, Ermənistan de-yure qaydada anklav və eksklavların Azərbaycana məxsus olduğunu tanıyıb.
Nəqliyyat-kommunikasiya
Brüssel bəyanatına əsasən, tərəflər “Naxçıvanla və Naxçıvandan keçən dəmir yolu əlaqəsinin bərpası” daxil olmaqla nəqliyyat-kommunikasiya əlaqələrinin açılması məsələsində bir-birinə çox yaxındır. Bu məsələ üzrə razılığı Azərbaycanın Laçında NBM qurması şərtləndirmişdir. Laçında NBM qurulandan sonra Ermənistan ya eyni statusda Zəngəzurda NBM qurmalı idi, ya da Rusiyanın təklif etdiyi eksterritoriallığa malik dəhlizə razılaşmalı idi. Bəyanatdan belə nəticəyə gəlmək olar ki, Azərbaycan Meqri üzərindən Naxçıvana, Ermənistan isə Naxçıvanda mövcud dəmiryolu şəbəkəsi sayəsində İrana çıxış əldə edəcəkdir. Bəyanata əsasən, tərəflər bu məqsədlə Ümumdünya Gömrük Təşkilatının dəstəyini cəlb etmək barədə razılığa gəliblər. Kommunikasiyalar üzrə razılıq aşkar faydalardan savayı Bakıya daha 3 üstünlük qazandırır:
1. Zəngəzurda NBM-in qurulması İranın guya Bakının Cənubi Qafqazda sərhədləri dəyişdirmək istəməsi haqqında əsassız ittiham və narahatçılıqlarına son qoyur;
2. İran Cənubi Qafqazda arzuladığı nüfuzu Azərbaycanda yox, Ermənistanda reallaşdıracaq. Dəmiryolu Naxçıvan üzərindən keçdiyinə görə Tehran və İrəvan arasında nəqliyyat əlaqəsi üzərində nəzarət isə Bakıda olacaq;
3. Rusiyanın Ermənistandakı nüfuzu və axırıncının Rusiyadan asılılığı Qərbin yox, İranın əli ilə aradan qaldırılır.
Suverenlik
14 may bəyanatına qədər Qərbin Qarabağla bağlı yanaşması natamam idi. Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyindən danışan Brüssel/Vaşinqton yanaşmasını tamamlayıb, bunun Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində baş verəcəyini qeyd etmirdi. Lakin bu bəyanatda təkcə Ermənistan deyil, həmçinin Qərb də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin Azərbaycanın ərazi bütövlüyü (86,6 min km2) çərçivəsində təmin edilməli olduğunu rəsmi sürətdə təsdiqləmiş oldu.
Nəticə
Qeyd edilən uğurlar ehtimal ki, “Praqa → Soçi” məntiqinə uyğun olaraq, Moskvada (19 may) öz təsdiqini tapıb, daha sonra Kişinyov (1 iyun), Brüssel (iyul) və Qranadada (oktyabr) möhkəmləndiriləcəkdir.

👍33
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktor müavini Fuad Çıraqovun “Azərbaycan Laçın yolu üzərində sərhəd nəzarət buraxılış məntəqəsini qurdu” adlı məqaləsi ABŞ-da Ceymstaun Fondunun Avrasiya Günlük Monitor (Eurasia Daily Monitor) online jurnalında çap edilmişdir. Məqalədə qeyd edilir ki, Laçında NBM-in qurulması Bakının müharibədəki qələbədən sonra ən böyük taktiki uğurudur. Bu Ermənistanın həm Qarabağ, həm də Zəngəzurdakı hərbi və taktiki fəaliyyətinə tam nəzarət etməyə imkan verir.
Çıxışlarının birində dövlət başçısı müharibəyə qədər vasitəçilərin Laçının qaytarılmasına fərqli münasibət bəslədiyini qeyd etdi. Ermənistan digər 5 rayondan fərqli olaraq Laçının qaytarılmasını qəbuledilməz hesab edirdi. Lakin 10 noyabr tarixli razılaşma əsasında Ermənistan 5 km-lik dəhliz üzərində nəzarəti sülhməramlı kontingentə ötürməklə Laçını Azərbaycana qaytarmalı oldu.
Tərəflər arasında bəyanatın IV (erməni silahlı qüvvələrinin çıxarılması), VI (Laçın dəhlizi) və IX bəndləri (Zəngəzur dəhlizi) mübahisə obyektinə çevrildi. Razılaşmada bu 2 yolun necə işləyəcəyinə aid detallı məlumat, beynəlxalq hüquqi sənədlərdə isə “dəhliz”in və onun statusunun dəqiq tərifi olmadığından yaranan fikir ayrılıqları siyasi problemlərə çevrilirdi.
Azərbaycan yolların 2 prinsip əsasında idarə olunmasını təklif edir:
1. Yolların hərbi və sabitliyi pozan məqsədlər üçün istifadə edilməməsi;
2. Hər 2 marşrutun qarşılıqlıq prinsipi əsasında eyni statusda (ya hər ikisi dəhliz, ya hər ikisi yol) fəaliyyət göstərməsi.
Bakı İrəvanı qoşunları Qarabağdan çıxarmamaqla yanaşı, Laçın vasitəsilə qoşunlara silah-sursat daşımaqda və hərbi şəxsi heyətinin rotasiyasını həyata keçirməkdə ittiham edirdi. Ötən il Beynəlxalq Böhran Qrupu Qarabağda 12 min hərbçinin olduğunu bildirmişdi.
Qarşılıqlılıq prinsipi ilk dəfə 14 dekabr 2021-ci ildə Ş.Mişel tərəfindən təklif edildi. O, dərk edirdi ki, ölkələrin nəqliyyat kommunikasiyaları üzərində suverenliyi üçtərəfli sənədin oxunması zamanı yaranan bütün qeyri-müəyyənlikləri aradan qaldırmağın və Rusiyanın kommunikasiya infrastrukturuna nəzarət üzərində monopoliyasına son qoymağın yeganə yoludur.
Üçtərəfli sənədə görə, RSK-nın Qarabağda qalma müddəti 2025-ci ildə yekunlaşdığına görə, Azərbaycan əvvəl-axır Laçında NBM quracaqdı. Laçından fərqli olaraq üçtərəfli bəyanatda Rusiya Federal Təhlükəsizlik Xidmətinin Zəngəzurda qalma müddəti qeyd edilməyib. Beləliklə, kommunikasiyalar üzərində suverenlik Ermənistanın Zəngəzur yolunda Rusiyanın nəzarətindən qurtulmasının tək yoludur. Ş.Mişelin təklifini Prezident Əliyev fevralda, Münhen Təhlükəsizlik Konfransında Ermənistana rəsmən təklif etdi. Lakin, Ermənistan qarşılıqlıq prinsipini rədd edib, Rusiya vasitəsilə Laçının eksterritoriallığa malik dəhliz kimi qalmasına çalışırdı.
Azərbaycanın mövqeyi odur ki, dəhliz rejimləri ilə bağlı heç bir beynəlxalq hüquqi sənəd yoxdur və üçtərəfli sənəddə keçid məntəqəsi açıq şəkildə qadağan olunmur. Buna görə Azərbaycanın birtərəfli qaydada nəzarət-buraxılış məntəqəsi yaratmaq hüququ var.
Paralel olaraq, Ermənistan Azərbaycanı Naxçıvanla birləşdirən və ekstraterritorial statuslu yolun açılmasına mane olur və Zəngəzurda NBM-in qurulmasını tələb edir. Üçtərəfli bəyanatda Zəngəzurdan keçən yol “dəhliz” adlanmasa da, sənədə görə Ermənistan insanların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təmin etməlidir.
Azərbaycan 1ci prinsipin (silah-sursat, hərbi şəxsi heyətdən tutmuş, Valeri Pekres, R.Vardanyan və İranlı diversantlara qədər) pozulmasına etiraz edib, dekabrın 12-də Laçın yolunda ekoloji aksiyaya başladı. Ekoaksiya əsas hərbi təchizat yolunu bağlandığından Ermənistan Qarabağa silah-sursat və şəxsi heyəti rus karvanının müşayiəti ilə torpaq yolları ilə daşıyırdı. Ermənistanın bütün bu təxribatçı addımları + üçtərəfli sənədin VI bəndinə əsasən, Azərbaycanın laçın dəhlizinin təhlükəsizliyini təmin etmə öhdəliyi Bakını Laçında sərhəd nəzarət buraxılış məntəqəsi qurmağa stimullaşdırdı.
@cssc_cqtm
Daha ətraflı:
https://jamestown.org/program/azerbaijan-establishes-border-checkpoint-along-lachin-road/

The Jamestown Foundation
Azerbaijan Establishes Border Checkpoint Along Lachin Road
On April 23, Azerbaijan’s installation of a checkpoint along the Lachin road—the so-called “Miatsum road” (“unification road”)—can be considered the most significant tactical achievement for Baku since the end of the Second Karabakh War in 2020. Overall,…
👍23
Fransa-Ermənistan hərbi əməkdaşlığı
Apreldə Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Ermənistanın silahlandırılmasının vacibliyindən danışmış, mayda isə Fransa Ermənistana yeni hərbi attaşe təyin etmək barədə qərar qəbul etmişdir. Hazırda Fransalı hərbi təlimatçılar Ermənistan hərbçilərinə hücum və kəşfiyyat məqsədli dronlardan istifadə etməyi öyrədir. Mövcud məlumatlara əsasən, hərbi attaşe təyin edildikdən sonra Fransa Ermənistana 50 ədəd ZTR, perspektivdə isə zenit raket kompleksi göndərə bilər.
Daxili siyasi faktorlar
Apreldə BVA tərəfindən keçirilən sorğu Makronun reytinqinin 26%-ə endiyini bildirdi. Belə şəraitdə Makrona sayı 600 mindən çox olan, siyasi cəhətdən aktiv və kompakt erməni diasporunun dəstəyini qazanmaq həyati-vacibdir. BMT TŞ-da anti-Azərbaycan qətnamələrinin iflası, ardınca Aİ-nın əli ilə Azərbaycana qarşı sanksiyaların qəbul edilməsində uğursuzluq Makronu dəstəyi itirməmək üçün daha praktiki addımlar atmağa məcbur etdi.
Xarici siyasi faktorlar
Rusiya Fransanı Mərkəzi Afrika Respublikası və Burkino-Faso kimi ölkələrdən qovub. Görünən odur ki, Fransa bunun əvəzini Ermənistanda möhkəmlənməklə və Rusiyanı burdan sıxışdırmaqla çıxmaq istəyir. Bu məqsədlə Fransa Rusiyanın Ermənistandakı silah satışı monopoliyasını dağıtmaq istəyir.
Ermənistanın gücləndirilməsinin arxasında Türkiyə faktoru da dayanır. Liviya, Suriya, Aralıq dənizi və digər regionlarda Türkiyəyə nüfuz/mövqe baxımından uduzan Fransa, Ermənistanı silahlandırmaqla Türkiyənin digər regionlardan diqqət və resurslarını yayındırmaq istəyir. Bu məqsədlə o Ankaranın prezident seçkiləri müddətində başının daxili siyasətə qarışmasından istifadə edib, Türkiyənin şərq sərhədlərində öz mövqelərini gücləndirməyə çalışır.
Müşahidələr göstərir ki, Moskva-İrəvan ziddiyətləri fonunda Fransanın erməni cəmiyyətində və siyasi elitasında mövqeləri güclənməyə doğru gedir. Lakin son sosial sorğulara əsasən, erməni cəmiyyəti birinci yerdə İranı (54%) və yalnız ondan sonra Fransanı (52%) əsas təhlükəsizlik tərəfdaşı qismində nəzərdən keçirdir. Görünən odur ki, Paris Rusiyanın mövqelərini sarsıtmaqla yanaşı Tehranı da birincilikdən devirməyi hədəfləyir. Buna nail olmaq üçün Paris Tehranın etmədiyini – Ermənistana gizli yox, rəsmi formada silah satışını həyata keçirtməyi planlaşdırır.
Əks amillər
Uğurlu Fransa-Ermənistan hərbi əməkdaşlığına iki mühüm amil mane olur.
1. Rusiya bir tərəfdən özü Ermənistana silah ötürmür, digər tərəfdən də axırıncının İran və Hindistandan əldə edildiyi silahları Ermənistan ərazisinə buraxmır. Rusiyaya düşmən olmayan İran və Hindistan kimi ölkələrdən alınan silahlar Rusiyaya görə Ermənistana daxil ola bilmirsə Fransa silahları da ehtimal ki, Moskvanın kəskin müqaviməti ilə qarşılaşacaqdır.
2. Qərb Ukraynaya “Challanger” və “Leopard” tipli tanklar versə də Abrams tipli tanklar yalnız sentyabrda veriləcəkdir. Səbəb: Abrams tanklarındakı mütərəqqi hərbi texnologiyanın Rusiyanın əlinə keçməməsidir. Bu məqsədlə ABŞ sentyabra qədər bu tankları əvvəlki modernizasiya səviyyəsinə endirməyi planlaşdırır. Rusiyanın Ermənistandakı kəşfiyyat imkanlarını nəzərə alsaq, Fransanın Ermənistana hər hansı yüksək-texnoloji hərbi texnika ötürməyəcəyini ehtimal etmək olar. Beləki, bu ən azından ABŞ, NATO ölkələri və İsrail (texnikanın İranın əlinə düşməməsi üçün) kimi ölkələrin kəskin müqaviməti ilə qarşılaşacaqdır.
Nəticə
Ermənistana silah verməklə Fransa təkcə Aİ-nın problem yaşayan tərəflərə silah satmama barəsində ənənəvi siyasətini pozmuş olmur. Bu həm də ATƏT-in münaqişə tərəflərinə silah-sursatın satılmaması haqqında 1992-ci il qətnaməsinə ziddir. Bu qətnamə səbəbindən Bakı uzun illər Avropa ölkələrindən hərbi texnika ala bilmirdi. Lakin hazırda Bakı 1992-ci il qətnaməsinin Fransa tərəfindən pozulmasını əlində rəhbər tutub, Böyük Britaniya və strateji tərəfdaş olduğu Avropa İttifaqının 9 ölkəsindən silah əldə etmək imkanı qazanmış olur. Beləliklə, Ermənistana silah satmaqla regional qüvvələr balansının Ermənistanın xeyrinə dəyişmək istəyən Fransa yekunda təmamilə əks nəticə əldə etmiş olacaqdır.

👍28
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) Direktoru Fərhad Məmmədov Pressklub TV-nin Əsas Sual verilişində "Paşinyanın oğlunun güllələnməsi və Azərbaycan-Ermənistan müanasibətləri" mövzuları ətrafında müzakirələrə qoşulub.
https://www.youtube.com/live/h6HtbiX_640?feature=share
https://www.youtube.com/live/h6HtbiX_640?feature=share
YouTube
Paşinyanın oğlunu güllələdilər, Ermənistan Azərbaycanla bağlı qərar verdi
#bəyən #paylaş #abunəol
ABUNƏ OLUN ►https://bit.ly/3rGosrr
Gördüyünüz nöqsanlara biganə qalmayın! Çəkdiyiniz foto və videoları, üzləşdiyiniz problemləri bizimlə bölüşün. Bölüşün ki,” Sizin Səsiniz” olaq!
Qaynar xətt: 055 455 45 58
Videolarımızı bəyənib…

👍4
Türkiyədəki seçkilərin politoloji analizi
14 mayda baş tutmuş seçkilərdə R.T.Ərdoğan 49,5%, onun rəqibi K.Qılıçdaroğlu isə 45% səs topladı. Heç bir namizədin 50%+1 səs toplamaması seçkiləri 28 mayda keçiriləcək II tura saxladı.
Xarici siyasət və iqtisadiyyat
Qərb Ankara ilə Yunanıstan, Kipr, Liviya, Suriya və s. bu kimi regionlarda problem yaşadığından Qılıçdaroğlunun hakimiyyətə gəlməsini arzulayır. 2018-ci ildə Brüssel Türkiyədə demokratiyanın “zəifləməsini” bahənə edərək, Türkiyənin üzvlüklə bağlı danışıqlarını dondurdu. Qılıçdaroğlunun qələbəsi Türkiyənin xarici siyasətində Aİ/NATO vektorunu irəli çıxardıb, (nəticəsiz) danışıqların bərpasına gətirə bilər. Əksinə, Rusiya və Yaxın Şərq ölkələrinin böyük qismi Ərdoğanın hakimiyyətdə qalmasında maraqlıdır.
Seçkilərin II tura qalması və Ərdoğanın hakimiyyətdə qalıb, iqtisadi siyasəti davam etdirmə ehtimalı Türkiyənin dövlət istiqrazlarını dəyərdən saldı. Türkiyənin fond birjası 20% dəyərini itirdi. Ödəmə müddəti 2045-ci ildə başa çatan dövlət istiqrazları dollara nisbətdə 71 sentə düşdü.
Sinan Oğan və siyasi məyusluq faktorları
II tur seçkilərinə S.Oğan (SO) faktoru müəyyən dərəcədə təsir göstərəcək. SO-nun millətçi baxışları onu Ərdoğana, sekulyarlığı isə Qılıçdaroğluya yaxın edir. SO iki namizəddən birini dəstəkləmək üçün bir neçə şərt irəli sürüb. Şərtlərin bəziləri (PKK ilə aktiv mübarizə) Qılıçdaroğlu, bəziləri isə (dinin dövlətdən ayrılması, nazir portfelləri) Ərdoğan tərəfindən apriori qəbul edilməzdir. Görünən odur ki, SO bilərəkdən belə şərtlər irəli sürüb, qəliz qütbləşmə şəraitində xalqın heç bir tərəfini özündən uzaqlaşdırmaq istəmir. Əslində bu 2028-ci il seçkilərinə hesablanmış strategiya ola bilər. Bununla belə qeyd edək ki, 5%-lik göstəricisi bir o SO-nun siyasi kapitalını yox, bir nə qədər Ərdoğan və Qılıçdaroğluna qarşı verilən səslərin məcmusunu özündə ehtiva edir. Bu qəbildən II turda 5%-lik elektorat müstəqil qərar qəbul edəcəkdir.
Türkiyə cəmiyyətində müəyyən məyusluq müşahidə edilir. Görünən odur ki, II turda seçki iştirakı 14 maydakından daha aşağı olacaq. Bu ilk növbədə müxalifət seçiciləri arasında özünü biruzə verəcəkdir. Müxalifətin və Qərbin gözlənti/ümidlərinə rəğmən K.Qılıçdaroğlu Ərdoğanı üstələyə bilmədi ki, bu da Qılıçdaroğluna münasibətdə məyusluq hissini artırdı.
Siyasi-hüquqi analiz
Dəyişənlərin çoxluğu II turda qalibi indidən müəyyən etməyə imkan vermir. İqtidar parlamentdə üstünlüyü qoruya bildi. Konstitusiyaya görə qanunvericilik yalnız parlamentə məxsus olub, kiməsə ötürülə bilməz (maddə 6), prezident isə icraedici hakimiyyəti Konstitusiya və qanunlar çərçivəsində həyata keçirməlidir (maddə 8). Parlament qanun və büdcəni qəbul edir, məzənnə buraxma və müharibə məsələlərini həll edir, beynəlxalq müqavilələri ratifikasiya edir və 3/5 səs çoxluğu ilə amnistiya və əfv qərarları qəbul edir (maddə 87). Konstitusiyaya görə (maddə 89) prezident tərəfindən geri qaytarılan qanunlar, prezidentin düzəliş/təkliflərinə rəğmən parlament tərəfindən ikinci dəfə mütləq səs çoxluğu ilə qəbul edilsə prezident onu promulqasiya etməlidir.
Konstitusiya məhkəməsi parlament və prezident tərəfindən birgə formalaşdırılan 15 hakimdən ibarətdir (maddə 146). Hakimlər qərarları yalnız Konstitusiya, qanunlar və öz əqlinəticələrinə uyğun qəbul etməlidirlər. Gördüyümüz kimi prezidentin fərman və sərəncamları məhkəmə qərarlarının hüquqi əsasını təşkil etmir. Heç bir fiziki, hüquqi və ya siyasi şəxs hakimlərə və ya məhkəməyə əmr, tövsiyyə və təklif verə bilməz, məhkəmənin qəbul etdiyi qərarlara həm qanunverici, həm də icraedici orqanlar tabe olub, onu gecikdirmədən icra etməlidirlər (maddə 138).
Güclü v/s balanslı hakimiyyət
II turdan asılı olmayaraq Türkiyə parlamentində artıq indidən güclü Azərbaycanmeylli ittifaq formalaşıb. Əgər II turda Ərdoğan yenə qalib gəlsə, iqtidar olduqca güclü olacaq. Əgər qələbə Qılıçdaroğluya çatsa, onun hakimiyyəti AKP-nin üstün olduğu parlament və məhkəmə qolları tərəfindən tarazlanacaqdır. Hakimləri dəyişmək parlamentin dəstəyini tələb etdiyinə görə bu siyasi balans/qütbləşmə növbəti beş il davam edəcəkdir.

👍31
ABŞ-Çin müharibəsini necə qabaqlamaq olar? – Kissincer baxışı
ABŞ-ın sabiq dövlət katibi və sabiq milli təhlükəsizlik müşaviri H.Kissencerin 100 illiyi münasibəti ilə “The Economist” jurnalı alimlə 8 saatdan artıq davam edən müsahibənin xülasəsini məqalə formasında dərc etmişdir.
Çinin ambisiyaları
Kissincerə görə Çin dünya hökmranlığına yox, qüdrətə can atır. Mao Tsedundan başlayaraq əksər Çin liderləri ilə şəxsən görüşən Kissencer, Çinin marksist yox, konfutsiçi ideologiyaya sadiq olduğunu və dövlətinin maraq/imkanlarını nəzərə alaraq addım atdığını bildirir. Çin liderləri beynəlxalq sistemin ali hakimləri kimi tanınmaq istəyirlər, amma bununla bərabər digər xalqların konfutsiçilik ideologiyasını məcburi qəbul edilməsində israr etmirlər.
ABŞ-ın cavabı
ABŞ qüvvələr balansını qorumaq üçün bir tərəfdən Çinin ambisiyalarını araşdırmalı, digər tərəfdən isə Pekinlə daima dialoqda olmalıdır. Kissincerə görə total müharibənin qaçılmazlığı şəraitində məğlub olmamaq üçün ABŞ hərbi cəhətdən kifayət qədər güclü qalmalıdır. Bununla belə dövlətlər hər bir müddəa üzrə strateji baxışlarını müqayisə etməli və total müharibədən hər bir vəchlə qaçmalıdırlar. Məğlub edilmiş Çin, Kissincerə görə demokratiyaya meyl etməyəcək, əksinə vətəndaş müharibəsinin başlanmasına və qlobal qeyri-stabilliyin artmasına səbəb olacaqdır: “Çini çökdürmək bizim maraqlarımıza uyğun deyil!” Kissincer Çinin maraqlara sahib olduğunu qəbul etməyi və Hindistan nümunəsində ABŞ-ı böyük çoxtərəfli strukturlara bağlamaqdansa, fasilələrlə problemləri həll edən ittifaqlar yaratmağı təklif edir.
Tayvan
Tayvanla müharibə adanı dağıda, dünya iqtisadiyyatını çökdürə və Çində daxili problemlərə səbəb ola bilər. Beləliklə, Tayvan Çin üçün həssas bir mövzu olsa da, Pekin uzun müddət bu məsələdə səbrli olmağa üstünlük verirdi. Lakin D.Tramp öz sərt imicini qabartmaq üçün Tayvan məsələsini gərginləşdirib, Çindən ticarət məsələsində güzəştlər əldə etməyə çalışırdı. Eyni siyasəti, sadəcə liberal ritorika ilə, hazırda Bayden davam etdirir. Vəziyyət belədir ki, ABŞ digər yerlərdə mövqelərini sarsıtmadan Tayvandan imtina edə bilmir.
Təhlükəsizlik dilemması
Beləliklə, hər iki ölkə qarşı tərəfin ona strateji təhlükə yaratdığını düşünür: Pekin ABŞ-ın onun qüdrətini çökdürmək üçün əlindən gələni etməyə hazır olduğunu, Vaşinqton isə Çinin ABŞ-ı hegemon güc statusundan məhrum etməyi planlaşdırdığını düşünür: “Biz I Dünya müharibəsi ərəfəsində olduğu kimi elə bir vəziyyətdəyik ki, tərəflərin siyasi güzəştlərə gedə bilməməsi və tarazlığın istənilən pozulması fəlakətli nəticələrə səbəb ola bilər”.
Köhnə düzən → Yeni düzən
ABŞ-da ticarət məsələləri hazırda “qırğıların” əlində olduğuna görə iqtisadiyyat məsələsində ortaq nöqtənin tapılması az ehtimal olunandır. İqtisadiyyatın ortaq nöqtə ola bilmədiyi şəraitdə müharibəni qabaqlamaq üçün tərəflər mövqelərini dəqiqləşdirməli, Çinin artan narahatçılığı (ABŞ-ın onu bərabərhüquqlu tərəfdaş kimi nəzərdən keçirtməməsi) təhlil edilməli, ABŞ Çindəki rejimin dəyişdirilməsində maraqlı olmadığını nümayiş etdirməli, hər iki tərəfdən sıx qarşılıqlı əlaqədə olan müşavirlər qrupları təşkil edilməlidir. Kissincerə görə tərəflərdən heç biri güman ki, Tayvan ilə bağlı mövqeyini dəyişməyəcək, amma müşavirlər qrupu Tayvana hücumun təşkil edilməyəcəyi və vahid Çin siyasətinin pozulmayacağına dair şübhələri aradan qaldırmağa kömək edə bilər.
Kissincerə görə Çin və ABŞ arasında böyük müharibə/rəqabəti qabaqlamaq üçün Süni Zəka (SK) timsalında potensial vahid düşmənə qarşı əməkdaşlıq etməlidirlər. Alim SK-nın dağıdıcı potensialını XVI və XVII əsrlərdə dağıdıcı müharibələrin başlanmasında rola malik olan kitab çapının kəşfi ilə müqayisə edir. SK ləğv edilə bilməz, demək, Çin və Amerika SK-nın yaratdığı təhlükəni məhdudlaşdırmaq məqsədilə əməkdaşlıq edə və bu kontekstdə qarşılıqlı inam və etimad yaradaraq, öz problemlərini həll edə bilərlər.

Sian sammitinin geosiyasi prizmada əksi
Ötən həftə tarixi İpək Yolunun başlandığı şəhərlərdən sayılan Sianda Çin-Mərkəzi Asiya (MA) ölkələrinin sammiti keçirildi. Altılı format Çin-Qırğızıstan-Özbəkistan şossesi, Çin-Tacikistan şossesi, Çin-Qazaxıstan neft kəməri və Çin-Mərkəzi Asiya qaz kəməri sayəsində sıx inteqrasiya həyata keçirirlər. Sammitdə müstəqillik və suverenliyə qarşılıqlı yardım, Kəmər və Yol layihəsinin inkişafı, xarici güclər və rəngli inqilablara qarşı ümumi təhlükəsizlik məsələləri müzakirə edilmişdir.
Qərb-> Mərkəzi Asiya <-Rusiya
Hazırda MA ölkələri iki tərəfli güclü təzyiqlə qarşılaşır. Görünən odur ki, Aİ-nin 11-ci paket əvvəlki sanksiyalarda mövcud boşluqların aradan qaldırılmasına hədəflənəcəkdir. Fevral-aprel aylarında Mərkəzi Asiyaya səfərləri zamanı Blinken və D.O’Sallivan region ölkələrini ikincidərəcəli sanksiyalarla hədələmişdilər. Vəziyyət o yerdədir ki, Rusiya xarici işlər nazirliyi bəzi MA ölkələrinin təzyiqlərə tab gətirməyərək, sanksiyalara dəstək ola biləcəklərini rəsmi səviyyədə bildirirlər. Özbəkistanın ən böyük sənaye şirkəti sayılan “Axanqaranssementom” isə ABŞ tərəfindən sanksiyaya məruz qalmışdır.
Bununla belə MA ölkələrinə sanksiyaları dəstəkləmə, Rusiyaya onlardan yayınmaya kömək etmək qədər təhlükəlidir. Rusiyanın region ilə ticarət dövriyyəsi $42 mlrd., toplanmış investisiyalar $25 mlrd. və tək Özbəkistana pul köçürmələr $14,5 mlrd. həcmindədir. Qərbin bu həcmdə iqtisadi göstəriciləri kompensasiya etməyə resursu yoxdur. Baydenin sentyabrda region üçün ayırdığı $25 mln. + Blinkenin vəd etdiyi əlavə $25 mln. MA ölkələrinin Rusiyadan imtina edib, üzlərini Qərbə tərəf döndərmələri üçün kifayət etmir. Rusiya ilə əlaqələrin kəsilməsi iqtisadi itkilərlə yanaşı, siyasi təhlükələri də özündə daşıyır.
Çin alternativi
Görünən odur ki, Çin qapalı ikitərəfli və çoxtərəfli görüşlərdə MA ölkələrinə Qərbin göstərişlərinə sözsüz əməl etməyin təhlükəli olduğunu izah edir. Pekin dərk edir ki, əgər MA ölkələri bugün Rusiya-Qərb dilemması qarşısında Qərbə üstünlük verirlərsə, sabah Çin-Qərb dilemması qarşısında da eyni seçimi edə bilərlər.
Çin ikitərəfli təzyiqlə qarşılaşan MA ölkələrinə alternativ təklif irəli sürür. ABŞ-ın 50 mln.-luq yardımına Çin $3,7 mlrd.-lıq ünvanlı yardım ilə cavab verir. Qərb ölkələrindən fərqli olaraq Çin, iqtisadi stimulların aşağı olması şəraitində MA ölkələrini sanksiya və ya rəngli inqilablarla hədələmir. Çinin MA ilə qarşılıqlı ticarəti $70 mlrd., toplanmış investisiyaların həcmi isə $15 mlrd.-dır. Qərb-Rusiya rəqabəti hər iki tərəfin imkanlarını məhdudlaşdırıb, Çinə regionda möhkəmlənmək üçün şərait yaradır. Buna Avropada qaz qiymətlərinin aşağı düşməsi də yardım olur. Niderlandın TFA habının iyun füçersinin €30,5 civarında hesablanması, Avropadakı qaz anbarlarının 64,3% dolması və havaların getdikcə istiləşməsi Avropanın MA-nın enerji resurslarına marağını azaldıb, axırıncıların Çin ilə sıx əlaqə qurmasına şərait yaradır.
Nəticə
Pekin rəsmi görüş və sənədlərdə MA-nı “ÇXR ətrafında yeganə strateji tərəfdaşlıq zonası”, region ölkələrini isə “əbədi tərəfdaş” kimi indetifikasiya edir. Görünən odur ki, Sian sammiti MA ölkələri ilə əlaqələrin dərinləşdirilməsindən savayı, ölkələrin Qərbin siyasi-iqtisadi şantajına daha dayanıqlı olmasına və sanksiya məsələsində vahid yanaşmanın işlənməsinə hədəflənmişdir.
Pekin prosesləri perspektivdə nəzərdən keçirir: MA-nın gənc nəsli əvvəlki nəsildən daha millətçi olub, Rusiya ilə deyil, Türkiyə ilə yaxın əlaqələrə daha çox maraq göstərir. Çin hazırda MA-da mövqelərinin güclənməsinə dair hərtərəfli siyasət həyata keçirsə də, belə görünür ki, Pekin bunu ilk növbədə Rusiyanı MA-dan qovmaq üçün yox, Rusiyanın zəifləməsi ilə yaranan vakuumun Qərb və Türkiyə tərəfindən doldurulmasını qabaqlamaq üçün edir.

Sülh sazişi qeyri-mümkündür?
Azərbaycan və Ermənistan bir-birinin (86,6 min km2 və 29,8 min km2), ərazi bütövlüyünü tanıdığını təsdiqləsə də, bir qisim erməni siyasətçi/ekspertləri sülh sazişinin qeyri-mümkün olduğunu bildirir.
ER Konstitusiyası
Ermənistan 23 avqust 1990-cı il tarixində Müstəqillik Haqqında Bəyannamə qəbul etdi. Bəyannamə Qarabağı Ermənistanın tərkib hissəsi kimi nəzərdən keçirdən Ermənistan SSR Ali Şurasının 1 dekabr 1989-cu il tarixli aktına istinad edir. Bu daha sonra 5 iyul 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın preambulasında öz əksini tapmış və Konstitusiyaya 27 noyabr 2005 və 6 dekabr 2015-ci illərdə edilən düzəlişlər zamanı toxunulmaz qalmışdır. Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sülh sazişinin Ermənistan Konstitusiyasına (EK) zidd olduğunu bildirən erməni siyasətçi/ekspertləri sülh sazişinin qeyri-mümkün olduğunu “sübut” etməyə çalışırlar.
Lakin burada onlar mühüm bir hüquqi/məntiqi xətaya yol verirlər: ER-ın digər aktorlarla indiyə qədər imzaladığı müqavilələr ərazi bütövlüyü məsələsini də özündə təcəssüm etdirirdi. ER-ın beynəlxalq hüquq/ictimaiyyətə görə ərazisi 29,8 min km2-dən ibarətdir. Rusiya ilə imzalanan ikitərəfli təhlükəsizlik sazişlərində, 1992-ci il Kollektiv Təhlükəsizlik haqqında sazişdə, habelə digər ölkələrlə imzalanan sazişlərdə ərazi bütövlüyü məhz 29,8 min km2 çərçivəsində nəzərdən keçirilir. Şözsüz, Paşinyan vaxt qazanmaq üçün Konstitusiyanın dəyişdirilməsi məsələsini ortaya ata bilər, lakin faktiki buna heç bir əsas yoxdur. Beləki, əgər İrəvanın imzaladığı sazişlər indiyə qədər Konstitusiya Məhkəməsi (KM) tərəfindən Konstitusiyaya zidd müqavilələr kimi rədd edilməyibsə, deməli Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu nəzərdə tutan sülh sazişi də EK-ya zidd müqavilə kimi nəzərdən keçirilə bilməz.
1991 v/s 1989
Bir qisim qüvvələr 1991-ci 10 dekabr tarixli “referenduma” istinad edib, Qarabağın Azərbaycanın tərkibindən hələ 1991-ci ildə çıxdığını iddia edirlər. Qondarma rejimin heç bir ölkə tərəfindən tanınmadığını bir kənara qoyub, belə bir qanunauyğun sual formalaşdırmaq olar: əgər Qarabağ və Ermənistan 1989-cu il aktına və EK-ya görə vahid bir subyekti özündə xarakterizə edirsə, onda 1991-ci ildə Qarabağ erməniləri kimdən öz “müstəqilliyini” elan etmişdilər? Cavabın (Azərbaycan və ya Ermənistandan) nə olmasından asılı olmayaraq, 1991-ci il “referendumu” 1988-ci il aktını mənasız edir.
1992-ci il qərarı
8 iyul 1992-ci ildə Ermənistan Ali Şurasının (AŞ) qəbul etdiyi qərara əsasən, ER Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağı nəzərdə tutan istənilən növ hüquqi aktı (saziş/qanun) qəbuledilməz sayır. Ermənistan elitası qərarın Ermənistan AŞ-ı tərəfindən qəbul edildiyini bildirib, qərarın ancaq Ermənistan parlamenti tərəfindən ləğv edilə bildiyini iddia edir. Gerçəklikdə isə EK (Madddə 5) və Normativ-hüquqi aktlar haqqında 2018-ci il qanununa əsasən (Maddə 2, 37), hüquqi aktlar iyerarxiyasında qanunlar hökümət aktlarından üstün olsalar da, parlament qərarları hökümət aktlarını üstələyə bilmir. Başqa sözlə desək, baş nazir tərəfindən imzalanan akt avtomatik olaraq 1992-ci il qərarını ləğv etmiş olacaqdır.
Ratifikasiya
Beynəlxalq müqavilələr haqqında 23 mart 2018-ci il qanununa əsasən, ratifikasiya proseduru aşağıdakı kimidir:
a.Sazişin mətni ilk növbədə xarici işlər, ədliyyə və maliyyə nazirliklərindən keçib, onların müsbət rəyini almalıdır (Maddə 11);
b.Müsbət rəy əsasında imzalanan saziş, KM-ya göndərilməlidir (Maddə 12);
c.KM-dan keçmiş saziş parlament tərəfindən ratifikasiya olunmalı və prezident tərəfindən təsdiqlənməlidir (Maddə 13).
EK-ın 103-cü maddəsinə görə, parlamentdə vacib aktlar 3/5 səs çoxluğu ilə qəbul edilir. 2021-ci il seçkilərində Vətəndaş Müqaviləsi partiyası parlamentdəki 107 yerdən 71-nə sahib oldu. Paşinyanın KM, hökümət və prezident institutunda apardığı “kadr islahatları” onun bütün hakimiyyət qollarında mövqelərinin güclənməsinə gətirib. Bu isə o deməkdir ki, sülh sazişi imzalanarsa Paşinyan onu KM-dan keçirdib, 3/5 səs çoxluğu (64 deputat) ilə ratifikasiya etdirib, prezidentə təsdiqlədə bilər.

👍26
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) baş elmi işçisi Orxan Bağırovun “Rusiyanın sanksiyalardan yayınmasında Ermənistanın rolu” adlı məqaləsi Ceymstaun Fondunun nəzdnində nəşr olunan Avrasiya Günlük Monitor (Eurasia Daily Monitor) online jurnalı tərəfindən çap edilmişdir.
Məqalədə ilk olaraq diqqət 2022 və 2023-cü illərdə sanksiyalara məruz qalmış və Ermənistanda qeydiyyatda olan şirkətlərə yönəldilir və qeyd edilir ki, çox az sayda Erməni şirkəti sanksiyalara məruz qalsa da Rusiyanın sansksiyalardan yayınmasında Ermənistanın rolu daha böyük miqyasa malikdir. Bunu deməyə Ermənistanın ümumi ticarət göstəricilərində, xüsusilə də Rusiya ilə ticarət əlaqələrində Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra müşahidə edilən qeyri-adi dinamika əsas verir.
Eyni zamanda, Ermənistanın ümumi idxalının və Rusiyaya ixracının məhsul baxımından strukturu da onun sanksiyalara məruz qalmış məhsulların Rusiyaya yendiən ixracında iştirak etdiyini deməyə əsas verir. Belə ki, nəzərdən keçirilən dövrdə snaksiyalara məruz qalmış və Rusiya üçün müharibədə vacib olan elektronika, texniki avadanlıqlar, nəqliyyat vasitələri kimi məhsulların Ermənistana idxalı və Ermənistandan Rusiyaya ixracı kəskin şəkildə artmışdır. Həm də bu məhsullar heç vaxt Ermənistanın ixrac etdiyi əsas məhsullar olmamışdır.
Digər tərəfdən Ermənistanın sənaye, o cümlədən emal sənayesi, kənd təsərrüfatı kimi əsas iqtisadi sahələrondə 2022-ci ildə qeydə alınmış məhsul istehsalının həcmi onu deməyə əsas verir ki, bu istehsal həcmi ilə Rusiyaya ixracı kəskin artırmaq mümkün deyildir.
Bundan başqa, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Ermənistanın böyük iqtisadi böhranla qarşılaşacağı gözlənilirdi. Hətta müxtəlif beynəlxalq iqtisadi təşkilatlar və Ermənistanın Mərkəzi Bankı da iqtisadi artım proqnozlarını kəskin azaltmışdı. Lakin, 2022-ci ildə buna əks proses müşahidə edildi və Ermənistanda böyük iqtisadi artım, o cümlədən xarici ticarət dövriyyəsində əsaslı artım qeydə alındı.
Gözlənilənlərin əksinə olaraq, Ermənistanın xarici ticarət dövriyyəsinin heç bir ciddi iqtisadi əsas olmadan nəzərəçarpacaq dərəcədə artması, xüsusən də Rusiyaya ixracın əsaslı artımı, eləcə də ticarət edilən əsas məhsullar bu dinamikanın süni xarakter daşıdığını düşünməyə əsas verir.
Eyni zamanda, ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun məlumatına görə, Ermənistan 2022-ci ildə ABŞ və Avropa İttifaqından mikroçip və prosessor idxalını əsaslı şəkildə artırmış və həmin məhsulların böyük hissəsini Rusiyaya ixrac etmişdir. Bu fakt onu göstərir ki, Ermənistan bu məhsulları yerli istifadə üçün deyil, Rusiyaya ixrac etmək üçün idxal etmişdir.
Ermənistanın Kremlə sanksiyalardan yayınmaqda yardımçı olduğuna dair əsaslı şübhələr yaradan faktların olmasına baxmayaraq, İrəvana qarşı çox az siyasi təzyiq göstərilib və bununla bağlı hərtərəfli araşdırmaya başlanılmayıb.
Daha ətraflı: https://jamestown.org/program/armenias-role-in-helping-russia-circumvent-sanctions/

Armenia’s Role in Helping Russia Circumvent Sanctions
On April 12, the United States Treasury Department’s Office of Foreign Assets Control (OFAC) placed more than 100 people and entities across over 20 countries on its sanctions list due to violations of US export controls in helping Russia with its war effort…
👍17
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) Direktoru Fərhad Məmmədov İctimai televiziyanın Pressinq verilişində sualları cavablandırıb.
https://m.youtube.com/watch?v=-bjb_t65pMM&pp=ygUQUHJlc3NpbnEgaWN0aW1haQ%3D%3D

Rusiyanın cavabını separatçıların dilindən eşidəcəyik | PRESSİNQ
Bizi İzləyin:
Facebook: https://www.facebook.com/ictimai.tv/
Instagram: https://www.instagram.com/ictimaitv.official/
Teleqram: https://news.1rj.ru/str/tvictimai
Sayt: https://itv.az/
Copyright © İCTİMAİ TV
#itv #ictimaitv #video #televiziya #baku #videolar #sondeqiqe…

👍7
Qazaxıstan + Rusiya ≠ İttifaq dövlət
Prezident Tokayeva görə Rusiya və Belorusiya “iki ölkə bir dövləti” özündə xarakterizə edən siyasi subyektdir. O, bu subyektin birtərəfli addımlarını problem adlandırıb, dolayı olaraq Aİİ üzvlərinin bu subyektlə əlaqələrini yenidən nəzərdən keçirməli olduğunu bildirdi. Moskva Rusiya-Ukrayna müharibəsi başlayandan ittifaq dövlət modelini İrəvana, hazırda isə güman ki, Astanaya təklif edir. Astana isə iqtisadi inteqrasiyanı mümkün, siyasi inteqrasiyanı isə qəbuledilməz sayır.
Geosiyasi təhdid/imkanlar
Ticarət dövriyyəsi $24,2 mlrd. olan Qazaxıstan və Rusiya iqtisadiyyatları sıx inteqrasiya olunub. Bu səbəbdən Rusiya baş verən mənfi iqtisadi proseslər bu və ya digər dərəcədə Qazaxıstan iqtisadiyyatına da təsir edir. Qazaxıstanın idxalının 40%-i, bəzi həyati-vacib məhsulların idxalının isə 80%-i Rusiyanın payına düşür. Rusiya əleyhinə sanksiyalar + Rusiyanın qiymətləri nizamlamaq üçün bəzi məhsullara ixrac embarqosu tədbiq etməsi 2022-ci ildə Qazaxıstanda inflyasiyanın 20,3%-ə çatmasına səbəb oldu. Neft Qazaxıstan ixracının 50%-ni, gəlirlərinin isə 1/3-ni təşkil edir. Neftin 70%-i Aİ-ya daşınsa da, əsas tranzit marşrutu Rusiyadan keçir. Rusiya Qərbə təzyiq göstərmək məqsədilə fərqli səbəblərdən neft axınını dayandırmışdır.
Potensial iqtisadi təhdidlər içərisində rublun həddindən artıq bahalaşmasını (Rusiya mallarının Qazaxıstan bazarında bahalaşması), rublun həddindən artıq zəifləməsini (rublla olan valyuta ehtiyatının dəyərsizləşməsi), daxili bazarda Rusiyanın ekspansiyasını (dempinq siyasətini) xüsusi vurğulamaq lazımdır. D.Medvedevin şimali Qazaxıstan əraziləri haqqında silinmiş paylaşımı potensial hərbi təhdid, Tokayevin “dünyanın ən uzun (Rusiya-Qazaxıstan) quru sərhədinin demilitarizasiya olunması” haqqında sözləri isə bu təhdidə cavab idi.
Cari vəziyyət Astanaya yeni imkanlar da verir. Rusiya-Ukrayna münaqişəsi ümumi kapitalı $27 mlrd.-dan çox olan hi-tech şirkətlərini Qazaxıstana gətirdi. Aİİ dünya ÜDM-nin 4%-ni və 185 mln.-luq bazarı təcəssüm etdirir. Müharibəyə qədər Aİİ-nin qapısı rolunu Rusiya, hazırda isə Qazaxıstan oynayır. Hazırda Qazaxıstana Fransanın Alstom şirkəti $50 mln., Almaniya və ABŞ şirkətləri isə milyardlarla dollar sərmayə qoyur.
Yaxınlaşma yoxsa uzaqlaşma?
Rusiya neft, qaz, palladium, nikel, alüminium, titan, mis, qızıl və polad istehsalı üzrə dünya beşliyinə daxildir. Resurs və logistika baxımından zəngin bir ölkə ilə əməkdaşlıq iqtisadi cəhətdən çox faydalıdır. Bununla belə, Rusiya sanki bir günəşdir – ona həddindən artıq yaxınlaşmaq təhlükəlidir. Görünən odur ki, Qazaxıstan seçimi – seçim etməmək, yəni qızıl ortanı qorumaqdır:
a.2015-ci ildən bəri Qazaxıstanın Aİİ ilə ticarət dövriyyəsi 73%, ixracı isə 98% artıb. Paralel olaraq, 2022-ci ilin yanvar-fevral aylarında Aİ-yə taxıl ixracı 13 dəfə, qaz 4,3 dəfə, neft məhsulları isə 40% artıb.
b.Qazaxıstan KTMT və Aİİ üzvlüyünü qorumaqla yanaşı Ukraynaya humanitar yardım göstərir, ali səviyyədə DNR və LNR kimi separatçı əraziləri tanımadığını bəyan edir, Z/V simvolikasını qadağan edir, prezident Zelenski ilə birbaşa əlaqələrdən imtina etmir və Alma-Atada müharibə əleyhinə mitinqə icazə verir.
c.Rusiyanın logistikasından imtina etməyən Astana, paralel olaraq BTC və Atasu-Alaşankou, Kenkiyak-Kumkol boru kəmərləri üzrə enerji dəhlizi haqqında da razılıqlar əldə edir. Rusiyadan yan keçən Orta Dəhlizin ötürmə qabiliyyətini artırmaqla yanaşı, Şimal-Cənub marşrutunun genişlənməsi istiqamətində real addımlar atır.
Nəticə
“Moody’s” reytinq agentliyinin son icmalına əsasən, “Rusiyanın hərbi, siyasi və iqtisadi statusuna dəyən ziyan, onun qonşu MDB ölkələri ilə münasibətlərinə, ənənəvi təsir dairəsinə xələl gətirir”. Rusiya Ukraynaya hücumu əvvəlcədən Qazaxıstan ilə müzakirə etmədiyinə görə hazırda Astanadan inciməyə və ya nəsə tələb etməyə haqqı yoxdur. Rusiyanın özünə və müttəfiqlərinə yaratdığı problemlərdən hər bir ölkə bacardığı formada çıxmağa çalışır. Buna görə, əgər Moskva Qazaxıstanı təsir dairəsində saxlamaq istəyirsə sərt gücdən imtina edib, təcili qaydada yumşaq gücə üstünlük verməlidir.

👍28👎2
Prezidentin Laçın mesajları
Prezident Laçında Ermənistana, separatçılara və üçüncü tərəflərə bir vacib mesaj verdi: əgər separatçı rejim könüllü sürətdə qondarma “institutları” buraxıb, təslim olsa, rəsmi Bakı onların Ermənistan və diaspora köçməsinə imkan verəcəkdir.
Açıq suallar
Ermənistan 10 noyabr razılaşmasının 1, 6, 7, 8 (Fərrux əməliyyatı, yüksəkliklərin nəzarətə alınması; Laçındəhlizi; Hadrut erməniləri; erməni diversantları), Azərbaycan isə 4, 6, 7 və 9-cu (Qarabağdakı erməni silahlıları; Kəlbəcər rayonunun tam qaytarılmaması; Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və Xocavənd azərbaycanlılarının geri qayıda bilməməsi, Zəngəzur dəhlizi) bəndlərin yerinə yetirilməməsindən tam narazıdır. 23 aprelə qədər Azərbaycan Qarabağ və şərti sərhəddə mövqelərini gücləndirmiş, aparıcı strateji yüksəklikləri nəzarətə götürmüş, hərbi logistika imkanlarını artırmışdır. Laçın dəhlizi nəzərə alınmasa separatçılar 4 tərəfdən mühasirədə, Ermənistan ərazisinin 30%-i isə Azərbaycan ordusunun vizual nəzarətində idi. Buna baxmayaraq Ermənistan sülhməramlıların (RSK) müşaiyəti ilə Laçın vasitəsilə Qarabağda hərbi şəxsi heyətin rotasiyasını və silah-sursatın daşınmasını həyata keçirirdi.
NBM → yeni reallıq
Azərbaycan nəqliyyat-kommunikasiya xəttlərinin bərabər statuslu, Rusiya hər ikisinin dəhliz, Qərb hər ikisinin yol, Ermənsitan isə Laçının dəhliz, Zəngəzurun yol olmasını irəli çəkirdi. Mövqelərdə aydınlıq olsa da, praktiki addımlar yox idi. Rusiya Zəngəzur dəhlizinin açılması, Qərb isə Laçının Azərbaycanın nəzarətinə keçməsi üçün Ermənistana ciddi təzyiq göstərmirdi. Əksinə, martın əvvəlində Tovio Klaar Laçında RSK-nın nəzarəti altında skanerlərin quraşdırılma variantını məqbul sayırdı.
Danışıqlarda qeyri-konstruktivliklə qarşılaşan Bakı, birtərəfli addımlar ataraq 23 apreldə Laçında NBM qurdu. NBM-in qurulması Ermənistandan hərbi şəxsi heyət və texnikanın, İrandan fəhlə-diversantların daşınmasından tutmuş, V.Pekress və R.Vardanyan kimi layihələrin reallaşmasına qədər fərqli növ təxribatlara son qoydu. NBM-in qurulması “suveren hüquqlar altında yollar” yanaşmasını prioritet edib, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması üzrə razılaşmanı stimullaşdırdı. Bu həmçinin Ermənistanı Azərbaycanın 86,6 min km2 (Qarabağ + anklavlar) çərçivəsində ərazi bütövlüyünü tanımağa məcbur etdi.
Sonuncu maneə → Sülh sazişi
Qarabağ üzərində Azərbaycan suverenliyinin Ermənistan tərəfindən tanınması o deməkdir ki, rəsmi İrəvan Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində bir prezident, bir parlament, bir ordu və bir sosial-maliyyə sisteminin mövcudluğunu tanımış oldu. Belə halda Azərbaycan Prezidentinin qondarma institutların buraxılması, qanunsuz silahlı birləşmələrin çıxarılması və separatçı rejimə maliyyə yardımının dayandırılması haqqında tələbi məntiqə/məqsədəuyğundur. Bakı bu məsələni Qərb və Rusiya meydançalarında qaldırır. Erməni silahlılarının Qarabağda qalması Vaşinqton/Brüsseldə əldə edilən razılıqların icrasına − Qarabağın Azərbaycana reinteqrasiya olmasına mane olur. Digər tərəfdən separatçı rejimin RSK-ya güvənib, müqavimət göstərməsi Bakı və Moskva arasında 2022-ci il Müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəalarına zidd olub, iki ölkə arasında münasibətləri geriyə atır.
Nəticə
Laçın NBM-i sülh prosesini sürətləndirib, Vaşinqton/Brüsseldə mühüm razılıqların əldə edilməsinə imkan verdi. NBM- danışıqlar prosesinin yox, Bakının birtərəfli addımlarının nəticəsi idi. Hazırda hərtərəfli sülhün əldə edilməsinə sonuncu ciddi maneə − separatçı rejim və erməni silahlılarıdır. Qarşıdakı diplomatik görüşlərdə Bakı bu məsələni irəli çəkib, danışıqlar vasitəsilə müsbət nəticə əldə etməyə çalışacaqdır. Bu mümkün olmadıqda Bakı NBM nümunəsi ilə birtərəfli addımlar atıb, məsələni yerdə həll edəcəkdir. Prezidentin Laçında dediyi kimi, “...güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq”.
@cssc_cqtm
Prezident Laçında Ermənistana, separatçılara və üçüncü tərəflərə bir vacib mesaj verdi: əgər separatçı rejim könüllü sürətdə qondarma “institutları” buraxıb, təslim olsa, rəsmi Bakı onların Ermənistan və diaspora köçməsinə imkan verəcəkdir.
Açıq suallar
Ermənistan 10 noyabr razılaşmasının 1, 6, 7, 8 (Fərrux əməliyyatı, yüksəkliklərin nəzarətə alınması; Laçın

👍25👎1