CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
Suriyada yeni status-kvo müəyyənləşir

Suriyada hərbi münaqişə artıq 13 ildən çoxdur ki, davam etməkdədir. 2011-ci ilin mart ayında ərəb baharı dalğası ilə ölkədə başlayan vətəndaş müharibəsi sonradan regional və regiondankənar qüvvələrin cəlb olunduğu çoxtərəfli qarşıdurmaya çevrildi. Bu qarşıdurma 2017-ci ildə Astana sülh prosesinin ortaya çıxması nəticəsində yeni mərhələyə qədəm qoydu. Belə ki, Türkiyə, İran və Rusiya arasında konsensusun əldə edilməsi ilə Suriyada müəyyən status-kvo formalaşdı.

Ölkə ərazisində bu razılaşmadan kənar qüvvələr də mövcuddur ki, onlardan ən mühümü Suriyanın Şimal-Şərqinə nəzarət edən ABŞ dəstəkli kürd qruplarıdır. Ölkənin əsasən cənub və mərkəzi hissəsi Rusiyanın azsaylı quru qoşunları və əlavə olaraq Hərbi Hava Qüvvləri, həmçinin İran proksiləri tərəfindən dəstəklənən Əsəd ordusunun nəzarəti altındadır. Suriyanın Şimal-Qərbinə isə Türkiyə ordusu və Ankaranın dəstəklədiyi silahlı qruplar (ən əsası “Heyət Təhrir əş-Şam”) nəzarət edir. Astana üçlüyü tərəflərinə tabe olan, eləcə də bu razılaşmadan kənar qüvvələrlə yanaşı, Suriyada digər silahlı dəstələr də mövcuddur ki, onlar azsaylı olduqları üçün proseslərə təsir imkanları olduqca məhduddur.

Bu il ərzində Türkiyə tərəfi Bəşər Əsədlə danışıqlar aparmaq üçün çoxsaylı cəhdlər etdi. O isə öz növbəsində əsasən Rusiya və İranın dəstəyinə arxalanaraq Ankara ilə birbaşa təmaslardan boyun qaçırdı. Bunun əvəzində Dəməşq digər ərəb dövlətləri ilə əlaqələrin bərpasına daha çox önəm verdiyini nümayiş etdirdi.

Halbuki, Ukraynadakı müharibə nəticəsində Rusiyanın, İsrailin Yaxın Şərqdəki hərbi əməliyyatları nəticəsində isə İranın zəifləməsi Suriyada yeni status-kvonun formalaşmasını labüd edirdi. Bu baxımdan, hazırki eskalasiya qanunauyğun xarakter daşıyır. Belə ki, qaçılmaz dəyişikliklərə danışıqlar yolu ilə nail olmaq cəhdləri nəticəsiz qaldığı üçün ölkədə yeni status-kvonun formalaşması hərbi yolla baş verir.

Lakin bunun üçün hərbi qruplar öz imkanlarının maksimumuna çatmalıdır ki, yeni status-kvo formalaşsın. Yalnız bundan sonra yerdə yaranacaq yeni vəziyyət danışıqlar masası arxasında öz təsdiqini tapmalıdır. Sözügedən danışıqlar isə, İran XİN rəhbərinin Türkiyəyə səfəri fonunda, artıq Tehran və Ankara arasında getməkdədir.

Hazırda “Təhrir əş-Şam”ın ən zəif tərəfi havada hələ də Rusiyanın hökmranlıq etməsidir. Əgər yaxın müddətdə bu üstünlüyün qarşısı alınmazsa, yerdə yeni status-kvo daha tez bərqərar olacaq.

Beləliklə də, yekun olaraq iki mühüm məqamı vurğulamaq vacibdir:

- Türkiyə Qəzza və Livanda gözlənilən həllərdən kənar qaldığı üçün Suriyada öz rolunu artırmaq niyyətindədir. İndiyədək mövcud olan konsensusun digər tərəfləri - Rusiya və İranın zəifləməsi də bunu labüd edir.

- Digər tərəfdən, bir çox münaqişə bölgələrində olduğu kimi, Suriyada da tərəflər yanvarın 20-dək öz mövqelərini gücləndirməyə və yeni reallıq yaratmağa çalışırlar ki, Tramp administrasiyası öz gələcək siyasətini məhz bu reallığa uyğun formalaşdırsın.

@cssc_cqtm
👍24
Suriyada müharibə və onun Cənubi Qafqaza təsiri

Suriyada hərbi qarşıdurma inanılmaz sürətlə yayılır və getdikcə daha çox yeni əraziləri əhatə edir. İrəliləyən “Heyat Təhrir əş-Şam” (HTŞ) qruplaşması Türkiyənin nəzarəti altındadır və Əsəd rejimi qüvvələri ilə yanaşı, həm də İran proksilərinə qarşı hərbi əməliyyatlar aparır. Digər tərəfdən, artıq PKK terrorçuları ilə qarşıdurmalar başlayıb. Rusiya aviasiyası HTŞ-nin irəliləyişini ləngitmək üçün Türkiyəyönümlü qüvvələri bombalayır.

Beləliklə, Türkiyə, Rusiya və İran arasında anlaşmaların pozulduğu üzə çıxır. İranla Türkiyə, İranla Rusiya, Rusiya ilə Türkiyə arasında aparılan danışıqlar artıq status-kvonun aradan qalxdığını və yeni status-kvonun yaradılmasına cəhd edildiyini göstərir.

Müharibə praktikasından məlum olduğu kimi, heç kim dayanmaq fikrində deyil və status-kvo hamının resursları tükəndikdə meydana gəlir. Hələ ki, hücum edənlərin resurslarının tükəndiyini və ya şiddətli müqavimətlə üzləşdiyini görmürük. Onlar irəliləyişin mümkün olmadığını anlayana qədər dayanmayacaqlar.

Astana formatının iştirakçıları arasında birbaşa qarşıdurma təhlükəsi

Suriyada Türkiyə və İranın proksi qüvvələri döyüşür. Livan “Hizbullah”ının zəifləməsindən sonra İran hücuma mümkün qədər müqavimət göstərmək üçün İraqdan Suriyaya şiə polis bölmələrini göndərir. Amma bu, yenə də proksidir... İran Xarici İşlər Nazirliyinin rəhbəri artıq Əsəd rejiminin müraciəti əsasında SEPAH bölmələrinin iştirakının mümkün olduğunu bildirib.

Suriyadakı müharibədə yalnız Rusiya birbaşa iştirak edir. Türkiyə qoşunları şimal sərhəd zolağına nəzarət edir və hələlik silahlı qarşıdurmaya qarışmır.

Rusiya, Türkiyə və İranın birbaşa hərbi qarşıdurmada toqquşmaması vacibdir və bu səbəbdən də danışıqlar gedir.

Bəs Cənubi Qafqaz?

Nəzərə almaq lazımdır ki, Rusiya, İran və Türkiyə regionun qonşularıdır və Suriya ilə bağlı Astana formatından sonra Cənubi Qafqazda 3+3 formatını dəstəkləyiblər. Eyni zamanda, bu ölkələrin ekspertləri məhz Suriyadan sonra Türkiyə, Rusiya və İranın regional qarşılıqlı fəaliyyət formatlarını möhkəmləndirdiyini vurğulayırlar.

Düzdür, region ölkələrində 3+3 formatı ilə bağlı fikirlər birmənalı deyil:

Azərbaycan regionda və onun ətrafında geosiyasi gərginliyi azaltmaq, regionun qonşuları ilə çoxtərəfli formatlarda iştirak etmək və onların region çərəçivəsində münasibətlərini tənzimləmək üçün bu formatı dəstəkləyir;

Ermənistan 3+3 formatında yalnız ona görə iştirak edir ki, İrəvan Tehrana "yox" deyə bilmir. Digər tərəfdən, bu format çərçivəsində Türkiyə ilə qarşılıqlı əlaqələr də mümkündür.

Gürcüstan 3+3 formatında Rusiyaya görə iştirak etmir. Lakin Tbilisi formatın bütün digər iştirakçıları ilə praqmatik münasibətlərə malikdir.

İndiyədək qarşılıqlı əlaqələrin səviyyəsi və keyfiyyəti baxımından qonşular region ölkələrindən üstün idilər və bu üstünlük Suriya üzrə Astana formatı ilə bağlı idi. Lakin indi mövcud razılaşmalar bir-birinin ardınca sıradan çıxır və qonşular arasında birbaşa münaqişə təhlükəsi yaranıb.

Suriyaya gəlincə, burada dövlətin yalnız adı qalıb. Əsədin özü də çoxdan proksiyə çevrilib. Cənubi Qafqazda isə region qonşularının proksiləri yoxdur və bu, çox böyük bir üstünlükdür.

Regionun iki qonşusunun burada müttəfiqi var: Rusiya Ermənistanla, Türkiyə Azərbaycanla müttəfiqdir. Lakin Ermənistan Rusiya ilə münasibətlərdə subyektivlik nümayiş etdirir, Azərbaycan və Türkiyənin müttəfiqliyi isə bərabərhüquqlu xarakter daşıyır.

Belə qənaətə gəlirik ki, daha güclü dövlətlər arasındakı rəqabətin, münaqişələrin və qarşıdurmanın bölgəyə yayılmasına maneələr yaradan həlledici amil region ölkələrinin subyektivliyidir.

Cənubi Qafqazın regional konfiqurasiyası digər ölkələrin, istər regionun qonşuları, istərsə də regionda geosiyasi maraqları olan qeyri-regional aktorların münasibətlərindən asılı ola bilməz və olmamalıdır. Bu kontekstdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ekzistensial aktuallıq kəsb edir.

@cssc_cqtm
👍21
Trampın prezidentliyi qlobal sabitlik dövrü olacaqmı?

ABŞ-dakı seçkilərdə Trampın qələbəsindən sonra dünyadakı aktiv münaqişə bölgələrində bir sıra ciddi proseslər cərəyan edir. Müxtəlif regionlarda mövcud gərginliyi azaltmaq üçün istər hərbi, istərsə də diplomatik müstəvidə mühüm addımların atıldığı müşahidə olunur.

Suriya böhranı

Suriyada Əsəd rejiminin devrilməsi və müvəqqəti hökumətin formalaşdırılmasından sonra ölkədə uzun illərdir davam edən silahlı qarşıdurmaların səngiməsi və dinc dövlət quruculuğunun başlanılmasına ümid yaranıb. Hazırda bu yolda ən böyük əngəl Suriyanın Şimal-Şərqindəki ABŞ dəstəkli kürd qüvvələridir. Lakin Türkiyənin dəstəklədiyi “Heyət Təhrir əş-Şam” və Suriya Milli Ordusunun artıq ölkənin böyük hissəsini öz nəzarətinə keçirdiyini nəzərə alsaq, yaxın gələcəkdə bu əngəlin diplomatik, yaxud da güc yolu ilə aşılması mümkündür.

Ankara prosesi

Türkiyənin vasitəçiliyi ilə daha bir gərginlik bölgəsində mövcud fikir ayrılıqlarını aradan qaldırmaq istiqamətində mühüm addım atılıb. Belə ki, Ankarada Ərdoğanın iştirakı ilə baş tutan danışıqlarda Somali və Efiopiya liderləri arasında ilkin razılaşma əldə olunub. Bununla da, cari ilin əvvəlində tanınmamış Somalilend ətrafında iki Afrika ölkəsi arasında yaranmış mübahisənin silahlı münaqişəyə çevrilməsinin qarşısı alınıb.

Yaxın Şərq


Ötən ilin oktyabrından bəri Yaxın Şərqdə başlayan növbəti eskalasiya mərhələsi tezliklə başa çata bilər. Məhz Trampın seçilməsindən sonra İsraillə Livan arasında atəşkəsin əldə edilməsi mümkün oldu. Təl-Əvivin son bir ildə bölgədə İran və onun proksilərinə qarşı həmlələri, eləcə də Suriyada baş verən proseslər fonunda HƏMAS-ın da İsraillə anlaşmaya gedəcəyi daha məntiqli görünür. Təsadüfi deyil ki, bu günlərdə radikal təşkilat israilli girovların tam siyahısını vasitəçi ölkə olan Misirə təhvil verib.

Ukrayna münaqişəsi


Ukrayna Rusiya ilə qarşıdurmada getdikcə daha ciddi resurs çatışmazlığı ilə üzləşir. Qərb Kiyevə lazımi qədər dəstək verəcəyi ilə bağlı vədini yerinə yetirmədi. Belə şərait Ukrayna rəhbərliyini ərazi itkiləri ilə barışmağa sövq edir. Odur ki, yaxın aylarda Rusiya ilə Ukrayna arasında atəşkəs razılaşmasının əldə olunması getdikcə daha real görünür.

Cənubi Qafqaz

Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları da artıq yekun mərhələyə qədəm qoyub. Hər iki tərəfdən səsləndirilən rəsmi bəyanatlara əsasən, sülh sazişi layihəsinin artıq böyük hissəsi razılaşdırılıb. Belə olan halda, qlobal və regional proseslər Bakı və İrəvanın sənədin qalan bəndləri üzrə ortaq məxrəcə gəlməsi üçün münbit şərait yarada bilər.

Nəticə

Beləliklə də, dünya Trampın hakimiyyətə qayıdışına hazırlaşır. Hazırda baş verənlər belə deməyə əsas verir ki, onun prezidentlik illəri tam mənada qlobal sülh dövrü olmasa belə, sələfi ilə müqayisədə daha sabit keçə bilər. Belə ki, Tramp ABŞ-ın resurslarını parçalayan münaqişələrə son qoymaq, ölkəni daxildən möhkəmləndirmək və əsas diqqəti Çinlə qarşıdurmaya yönəltməyi hədəfləyir.

@cssc_cqtm
👍20
Bakı Ukrayna ilə bağlı danışıqlar məkanına çevrilə bilər

Ukraynadakı müharibə atəşkəslə bağlı danışıqların mümkün olduğu növbəti mərhələyə yaxınlaşır. ABŞ-ın yeni seçilmiş prezidenti Tramp artıq Ukrayna prezidenti ilə, onun nümayəndələri isə Ukrayna rəhbərliyi ilə görüşüb. Bununla yanaşı, baş nazir Orban Trampa baş çəkdikdən sonra Rusiya prezidenti ilə müzakirələr aparıb. Aydındır ki, Tramp prezidentliyinin elə ilk günlərində öz nizamlanma düsturunu irəli sürəcək və onu təzyiq yolu ilə qəbul etdirməyə çalışacaq.

Ukrayna və Rusiyanın hərbi-siyasi rəhbərliyi, öz növbəsində, həm bir-birinə, həm də üçüncü tərəflərə maksimum tələblər və gözləntilər irəli sürərək, mümkün atəşkəs haqqında öz fikirlərini çatdırır. Məsələn, Kiyevin gözləntiləri arasında NATO-ya qoşulma bəndi var, Moskva isə atəşkəsi Rusiyaya qarşı sanksiyaların azaldılması ilə əlaqələndirir.

Hazırda Trampın komandası danışıqların gündəliyini sistemləşdirir, onların məkan və formatlarını müəyyənləşdirir. Danışıqlar məkanına çevrilməyə çalışan ölkələri nəzərdən keçirək:

- Türkiyə – Rusiya və Ukrayna arasında danışıqların təşkilində təcrübəyə malikdir, Moskva və Kiyevlə daimi təmasdadır və danışıqlar prosesinin təfərrüatlarına tam olaraq bələddir.

Lakin... o, NATO üzvüdür, Suriyadakı hadisələrdən və Astana formatının dağılmasından sonra Rusiya ilə qarşılıqlı əlaqələrnin xarakteri dəyişib. Ankara həm Rusiya, həm də ABŞ/Aİ ilə münasibətlərdə danışıqlar prosesini manipulyasiya etməyə meyllidir.

- Çin/Braziliya - danışıqlar təşəbbüsü ilə çıxış edib, lakin nə Kiyev, nə də Moskva bu təşəbbüsü yüksək qiymətləndirməyib. Belə ki, burada çərçivə və müddəalar çox ümumidir, konkretlik yoxdur. Bununla yanaşı, Ukraynadakı müharibə mövzusunun Pekin və Vaşinqtonun gündəm mövzusuna çevriləcəyi gözlənilir.

- Macarıstan – Baş nazir Orban Tramp və Putin arasında vasitəçi olmağa çalışdı və buna nail oldu. Lakin... Zelenski ilə əlaqə saxlamaq mümkün deyil, Orbanı Kiyevdə qəbul etmirlər.

- Səudiyyə Ərəbistanı, BƏƏ, Hindistan müxtəlif dövrlərdə mesajların ötürülməsində, hərbi əsirlərin mübadiləsində iştirak etmiş və Moskva, Vaşinqton, Kiyevlə rəvan münasibətləri olan ölkələrdir. Bununla belə, Tramp administrasiyası bu ölkələrlə münasibətlərlə bağlı öz gündəmini formalaşdıracaq və Ukrayna mövzusunun bu gündəmdə olacağı dəqiq deyil... amma hər şey mümkündür.

Qeyd edək ki, danışıqlar müxtəlif formatlarda aparıla bilər:

• Rusiya-Ukrayna
• Rusiya-ABŞ-Ukrayna
• Rusiya-ABŞ (Ukrayna haqqında)
• Çin-ABŞ (Rusiya haqqında)

Beləliklə də, hazırda danışıqlara ciddi hazırlıq müşahidə olunur. Məkik diplomatiyası və məxfi diplomatiya elementləri ilə əsas görüşü hazırlamaq üçün paytaxtlarda və ya üçüncü ölkələrdə birbaşa təmaslar aparılır.

Görüş yeri - Bakı

Azərbaycanın bütün səviyyələrdə görüşlərin təşkilində təcrübəsi var və Bakı Rusiya-ABŞ/NATO Baş Qərargah rəhbərlərinin görüş yeri olub.

Azərbaycan NATO və KTMT hərbi-siyasi bloklarının üzvü deyil.

Rəsmi Bakı Moskva və Kiyevlə etibarlı münasibətlər qurub. 2022-ci ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin Kiyevə (14 yanvar) və Moskvaya (22 fevral) səfərləri Ukrayna və Rusiya ilə münasibətlərin səviyyəsini yüksəldib.

Son zamanlar Azərbaycan Rusiya qazının Avropaya nəqli məsələsinin həll oluna biləcəyi ölkə hesab olunurdu. Bu ilin fevralında prezident Zelenski Münhendə prezident İlham Əliyevlə görüşdə qaz probleminin həllində vasitəçi olmağı xahiş etmişdi. Bu görüşdən sonra Azərbaycan və Ukrayna mütəxəssisləri arasında çoxsaylı məsləhətləşmələr aparılıb. Bu mövzunun öz həllini tapmaması mövzunun bağlanması demək deyil. Burada əsas odur ki, Bakı vasitəçi oldu və hər iki tərəf Azərbaycanın bu roluna etimad göstərdi.

Azərbaycan danışıqlar prosesini manipulyasiya edə bilməz, çünki onun marağı və müvafiq resursları yoxdur.

Azərbaycan Rusiya ilə Ukrayna arasında vasitəçilik xidmətlərinə görə Tramp administrasiyasından heç nə tələb etmir.

Beləliklə də, Azərbaycanın Ukrayna böhranı ilə bağlı müxtəlif formatlarda danışıqlar məkanına çevrilmək üçün imkanı var və Bakı buna hazırdır.
👍18
Aİ-nin Ermənistandakı missiyası (EUMA) sərhədlərin müəyyənləşdirilməsi prosesində maneəyə çevriləcəkmi?!

EUMA-nın tarixi 2022-ci ilin oktyabrında imzalanmış Praqa sazişlərinə gedib çıxır. Missiya cəmi iki ay davam etməli, bu müddət ərzində sülh müqaviləsi imzalanmalı idi. Bu, Azərbaycanla razılaşdırılmış qərar idi. Lakin Praqa görüşündən sonra Fransa prezidenti Qarabağla bağlı qəbuledilməz bəyanatlar verdi. İki həftə sonra isə Paşinyan Soçidə Rusiya prezidentinin “status məsələsi”nin təxirə salınmasını nəzərdə tutan sülh müqaviləsi layihəsini dəstəklədi.

Bu gün EUMA-nın Ermənistanda olması Azərbaycanı qıcıqlandırır, çünki bu missiya Azərbaycana qarşı istifadə olunur. EUMA həm də Rusiyanı qıcıqlandırır, halbuki Ermənistan hökuməti Moskva ilə münasibətlərdən əl çəkmək fikrində deyil.

Hazırda Azərbaycan və Ermənistan arasında faktiki sülh rejimi mövcuddur və bu, EUMA-nın nailiyyəti deyil. De-fakto sülh ikitərəfli danışıqların nəticəsidir və Ermənistandan təhlükə gələrsə, EUMA bu təhlükəni neytrallaşdırmaq məqsədilə gücdən istifadə üçün maneə olmayacaq.

Ermənistan rəhbərliyi de-fakto sülh rejimini qiymətləndirməli və ikitərəfli formatda danışıqları davam etdirməli, hər fürsətdə üçüncü tərəfləri danışıqlar prosesinə dəvət etməməlidir.

Sülh müqaviləsinin bəndlərindən biri sərhədin müəyyən edilməsi prosesindən bəhs edir və Azərbaycan sərhəddə istər silahlı şəxslər, istərsə də “sarı jiletli mülki müşahidəçilər”in olmasına qarşıdır. Məntiq belədir: Danışıqlar masasında üçüncü tərəf yoxdursa, yerdə də olmamalıdır!

Ermənistanın baş naziri bu yanaşmadan istifadə edərək Rusiyanı 2021-ci ildə özünün onlara verdiyi Ermənistan-Azərbaycan şərti sərhədindəki dislokasiya yerlərini tərk etməyə razı salıb. İndi növbə EUMA-dadır!

Paşinyan bu yaxınlarda bəyan edib ki, EUMA nümayəndələri sərhədin artıq delimitasiyası və demarkasiyası edilmiş hissələrində görünməyəcək. Yəni belə çıxır ki, EUMA hələ uzun illər Azərbaycanla sərhəddə olacaq. Ermənistan bu yanaşma ilə sərhədin müəyyənləşdirilməsi üzrə hökumətlərarası komissiyanın fəaliyyətinin effektivliyini şübhə altına alacaq və onu iflic vəziyyətinə salacaq. Çünki belə olduqda Azərbaycan tərəfi də komissiyanın öz işini davam etdirməsi üçün EUMA-nın fəaliyyətinin dayandırılması şərtini irəli sürə bilər.

Halbuki, komissiyanın fəaliyyətinin real nəticələri var: Sərhədçilərin dəbilqəsiz və gülləkeçirməz jiletsiz patrul xidməti apardığı razılaşdırılmış ərazi və Komissiyanın bütün hüquqi prosedurlardan keçmiş Əsasnaməsi...

Gələn ilin fevralında EUMA-nın fəaliyyət müddəti bitir və Ermənistan hələ ki, bu müddətin uzadılması xahişi ilə Aİ-yə müraciət etməyib.

Bununla yanaşı, komissarların yeni tərkibi formalaşandan sonra Aİ-nin özündə də maraqlı proseslər gedir. Belə çıxır ki, Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəliyinin strukturları 2024-cü il üçün ayrılmış büdcəni üstələyib və 2025-ci ildə məhdudiyyətlər gözlənilir.

Yeni Ali Nümayəndə Kaya Kallas Aİ-nin xarici təmsilçiliyini optimallaşdırmaq üçün təkliflər hazırlayıb. Bu gün Aİ-nin 145 ölkədə ofisləri var. Aİ-nin fəaliyyətinin prioritet istiqamətlərdə cəmləşdirilməsi təklif olunur. Gəlin qeyd olunan prioritetləri nəzərdən keçirək və Ermənistanın hansı prioritetlər qrupuna aid olduğuna baxaq:

- Qonşu ölkələr və regionlar (Ermənistan Aİ-nin qonşusudur);
- Aİ-yə daxil olmaq istəyən ölkələr (Ermənistan bu siyahıda yoxdur);
- G20 ölkələri (Ermənistan bu siyahıda yoxdur və olmayacaq);
- Aİ üçün təhdid ola biləcək ölkələr (Ermənistan bu siyahıda yoxdur).

Həmçinin diplomatik nümayəndəliklərin birbaşa Avropa İnvestisiya Bankının ofisləri, mülki müdafiə və humanitar yardım üzrə əməliyyatları həyata keçirən strukturlarla birləşdirilməsi təklif edilir. Bir sözlə, 800-ə qədər işçini ixtisar edəcəklər!

Və bu şərtlər altında Aİ Ermənistanda EUMA-nın müddətini uzatmağa hazırlaşır?! Hansı prioritetlə?! Rusiyaya sanksiyalardan yan keçmək üçün şərait yaradan və Rusiya büdcəsini doldurmaqla məşğul olan ölkədə Aİ niyə missiya saxlamalıdır?!

@cssc_cqtm
👍14
Tramp dövründə ABŞ və Cənubi Qafqaz

Trampın ABŞ prezidenti kimi fəaliyyətə başlamasına beş həftədən az vaxt qalıb. Hazırkı Bayden administrasiyası və Trampın komandası bu tarix üçün fəal işləyirlər. Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətinin necə olacağını anlamaq üçün ilk növbədə ABŞ-ın Cənubi Qafqazdakı hazırkı vəziyyətinə nəzər salaq.

Ümumiyyətlə, Bayden administrasiyası Cənubi Qafqaz regionuna böyük diqqət ayırıb. Lakin ABŞ-ın region ölkələrində mövqeyi fərqli istiqamətlərdə inkişaf edib.

Ermənistanda hər şey alındı. Strateji qarşılıqlı fəaliyyətlə bağlı sənədlər imzalandı, Ermənistan Müdafiə Nazirliyində hərbi müşavir peyda oldu. Hakim elita ABŞ-ın Ermənistan xüsusi xidmət orqanlarına nüfuz etməsi üçün şərati yaradır, Rusiya ən azı ictimai qavrayış səviyyəsində sıxışdırılır.

Baydenin səlahiyyət müddətinin sonunda Gürcüstanla problemlər yarandı, hökumətə və hakim partiyaya qarşı sanksiyalar tətbiq olundu.

Azərbaycanla heç nə alınmadı. ABŞ-ın vasitəçilikdə erməni mərkəzli yanaşması münaqişənin həlli prosesində nəticə vermədi. Əksinə, Dövlət Departamentinin rəhbəri Blinkenin Azərbaycan rəhbərliyi ilə bağlı ikili mövqeyi Bakı ilə münasibətlərdə gərginliyin artmasına səbəb oldu.

ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi prosesini təşkil edə bilmədi; Ermənistan-Türkiyə sərhədinin açılmasına nail ola bilmədi; Gürcüstan hökuməti ilə münasibətlərdə yaranan fəsadlar ABŞ-a regiondakı geosiyasi oyununu tam şəkildə qurmağa imkan vermir.

Trampın dövründə nə baş verə bilər?!

Andiçmə, təyinatlar və namizədlərin Konqresdə təsdiqindən sonra xarici siyasətə cavabdeh olan strukturlar mart ayına kimi tam fəaliyyətə başlayacaq. Cənubi Qafqaz mövzusunun prioritet olmadığını nəzərə alsaq, xarici siyasətin əsas mövzuları - Rusiyanın Ukraynaya təcavüzü, Yaxın Şərq/İran, Çinlə münasibətlərə dair yanaşmalar formalaşdıqdan sonra növbə bizim regiona gələcək.

Bununla yanaşı, Trampın dövründə dövlət sisteminin optimallaşdırılması və transformasiyası, ABŞ-ın xarici siyasət alətlərinin azaldılması ehtimalı yüksəkdir. Bununla belə, Birləşmiş Ştatlar fəal xarici siyasətdən əl çəkməyəcək, sadəcə olaraq müttəfiqlərinin resurslarından istifadə edəcək və xristianları qorumaq ideoloji elementi ilə birgə praqmatizm prioritet olacaq.

Praqmatik məqsədlərə aşağıdakılar daxildir:

- Cənubi Qafqaz Mərkəzi Asiyaya giriş qapısı kimi;

- Rusiya - Ukrayna müharibəsinin gedişi və Trampın vasitəçi mövqeyindən asılı olaraq Rusiyanın regiondan sıxışdırılması mövzusu aktual olacaq;

- İranla əlaqələrin inkişafından asılı olaraq bu kontekstdə Cənubi Qafqazın yeri və rolu formalaşacaq;

Trampın regiondakı əsas təmsilçisi kim olacaq?

Bu rol uğrunda Türkiyə, Fransa və müəyyən qədər Böyük Britaniya və İsrail yarışır.


Parisdə Makron artıq Zurabaşvilli və Paşinyanı Trampa təqdim etməklə regionda ABŞ-ı təmsil etmə imkanlarını nümayiş etdirib. Suriyada dəyişən situasiya göstərdi ki, Türkiyə Yaxın Şərqdə ABŞ-ın təmsilçisinə çevrilə bilər və bu rolu Cənubi Qafqazla bağlı da nəzərdən keçirmək olar. İngilislər və israillilər, bir qayda olaraq, regionda ABŞ-ın görünməz müttəfiqləri rolunu oynayırlar.

Azərbaycanın Fransanın regionda uğur qazanmadığını göstərməsi gözlənilir. Fransanın Gürcüstandakı mövqeyi də önəmlidir və Makronun İvanişviliyə zənginə məhz Parisi regionda ABŞ-ın əsas təmsilçisi kimi təqdim etmək kontekstində baxmaq lazımdır.

Paralel olaraq, regionda hər bir ölkə öz resurslarını toparlayır. Bölgədə hələ də həll olunmamış və Trampı maraqlandıra biləcək mövzular var: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi, Ermənistan-Türkiyə normallaşması, Ermənistanın KTMT-dən çıxması.

Tramp administrasiyasının regionla bağlı mövqeyinin formalaşması üçün vacib meyar onun Gürcüstan hökumətinə münasibəti ola bilər və indiki Bayden administrasiyası da məhz bu istiqamətdə hərəkət edir.

Vaxt tükənir, lakin bu, Trampın dövründə ABŞ-ın regiona yanaşmasını formalaşdıra biləcək hadisələrin baş verməyəcəyi anlamına gəlmir.

@cssc_cqtm
👍13
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində təyyarə qəzasının səbəblərinə dair mövcud versiyalar ətrafında fikirlərini bölüşüb.

Daha ətraflı: https://youtu.be/gaKT6SBMx94?si=A2OBOp8xZH2AyeTC
👍3
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov TV1-in efirində gedən “Aktual söhbət” verilişində “Konstitusiya böhranından sonra vətəndaş müharibəsi başlayır” mövzusunda fikirlərini bölüşüb.

Daha ətraflı: https://youtu.be/mdfn90p_VDY?si=Ap7Hc4CJGw6Y3vE3
👍4
2025: Nə ilə başlayırıq?

2025-ci il üçün Azərbaycan ətrafındakı vəziyyəti şərtləndirən amillərin əksəriyyəti ötən ilin sonlarında formalaşıb və yaxın perspektivə təsir edəcək.

Rusiya ilə münasibətlərdə fasilə gözlənilir. Kreml Azərbaycanın mülki təyyarəsinə edilən hücuma görə günahını etiraf etməyib. İlk hesabat üçün araşdırma müddəti 30 gündür, yəni yanvarın sonuna kimi təyyarə qəzasının səbəblərinə aydınlıq gətirilməlidir. Bir çox skeptiklər Braziliyanı qara qutuların göndərilməsi üçün doğru ünvan hesab etmirlər. Lakin Braziliya bu təyyarələri istehsal edən ölkədir və Bakı kimi onlar üçün də təyyarənin texniki nasazlıqlara görə yox, kənar təsirlərə görə qəzaya uğradığını müəyyən etmək vacibdir.

Əgər Kreml Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi tələblər çərçivəsində tədbirlər görməzsə, o zaman Bakı növbəti addımlarını müəyyən etmək üçün Rusiya ilə münasibətlərə fasilə verəcək. Bu mövzu münasibətlərdə izsiz qalmayacaq. Artıq demək olar ki, Bakı ilə Moskva arasında münasibətlər əvvəlki kimi olmayacaq, onların necə olacağı isə Kremlin ilk hesabatdan əvvəl və ya sonrakı davranışından asılı olacaq.

Türkiyə ilə münasibətlər ardıcıl olaraq müsbətdir. Yeni mövzu ortaya çıxır - Suriya və Azərbaycan bu mövzuda fəal iştirak edəcək. Bu, Ankara üçün TDT çərçivəsində Suriyaya münasibət kontekstində lazımdır. Azərbaycan üçün isə qonşuluqda siyasi qarşılıqlı fəaliyyətin və iqtisadi fəallığın genişləndirilməsi üçün imkanlar açılır.

Türkiyə ilə münasibətlərdə Ermənistan mövzusu aktuallığını itirəcək, çünki Türkiyə və ABŞ münasibətlərində Ermənistan mövzusu artıq prioritetlər arasında deyil.

İran problemli olaraq qalacaq, lakin Tehran kirpisinin iynələri artıq əvvəlki kimi deyil. Əzilmiş İran hələ də təhlükə yaradır, çünki onun proksi dəstələri artıq İranın öz ərazisinə gəlib və istifadə oluna bilər. Bununla belə, İranın şərqi, cənubu və qərbi ən kəskin gərginliyin yarandığı yerlərdir, şimalı isə ən proqnozlaşdırıla bilən bölgə olaraq qalır. Güman etmək olar ki, Bakıya müsbət mesajlar verən elçilər göndəriləcək. Mesajların Xamneinin özündən gəlməsi Bakı üçün vacibdir və şəxsən özünün ifadə etməsi arzuolunandır. İran XİN və hətta prezidentlə danışıqlar Xamneinin şəxsi təsdiqi olmadan ciddi sayıla bilməz!

Qərblə transformasiya gözlənilir. Təyyarə faciəsi və Prezident İlham Əliyevin prinsipial reaksiyası Qərb paytaxtlarına şok effekti yaratdı. Biz azərbaycanlılar üçün Azərbaycan Prezidentinin prinsipial mövqeyi yeni bir şey deyil, normadır. Lakin Qərb paytaxtlarında belə bir stereotip kök salmışdı ki, Bakı Moskva ilə əlbirdir. İndi isə bunun heç də belə olmadığı üzə çıxdı, daha bir stereotip məhv edildi!

Azərbaycan Prezidentinin prinsipiallığı daimi tendensiyadır və bu, milli maraqların mütləq prioritet olduğu xarici siyasətin bütün sahələrinə aiddir. Beynəlxalq münasibətlərdə prinsipiallıq iradə, resurslar və zaman hissi tələb edir. Prezident İlham Əliyevdə bu keyfiyyətlər kifayət qədərdir.

Azərbaycan Prezidenti Yeni il təbrikində Ermənistanın hərbiləşdirilməsinə və regionda silahlanma yarışına geniş yer ayırıb. Şübhəsiz ki, dövlət başçısı daha məlumatlıdır və Ermənistanın hərbiləşdirilməsi mövzusuna çox vaxt ayrılırsa, deməli, bunun əhəmiyyəti var. Bu kontekstdə mesaj həm Ermənistan rəhbərliyinə, həm də Ermənistanı silahlandıran havadarlarına yönəlib.

Unutmayaq ki, hərbi büdcə fərqi 3-4 dəfə Azərbaycanın xeyrinə olanda belə Paşinyan Qarabağda “Miatsum” deyə qışqırırdı; Həmin Paşinyan 2023-cü ilin sentyabrına qədər Qarabağda Ermənistan Silahlı Qüvvələrinin qalıqlarını silahlandırmaq və maliyyələşdirməkdə davam edirdi, halbuki o zaman artıq vəziyyətin ümidsizliyi aydın idi.

Bakı qəti şəkildə əmindir ki, Ermənistan növbəti dəfə geosiyasi qarşıdurma alətinə çevrilir. Azərbaycan buna yol verə bilməz və bununla bağlı xəbərdarlıqlar çox aydındır. Sülh prosesi şəffaflaşıb və İrəvandakılar gərginliyin qarşısını almaq üçün nə etmək, danışıqlar prosesinin konstruktiv axarına necə qayıtmaq lazım olduğunu bilirlər.

@cssc_cqtm
👍23
2025-ci ildə Ermənistanla münasibətlərin əsas məqamları

Azərbaycan Prezidenti İlham Əliyevin üç dildə müsahibəsində Ermənistanla münasibətlər mövzusuna həm ikitərəfli əlaqələr, həm də regional proseslər kontekstində diqqət yetirildi.

Sülh müqaviləsinə dair...

Azərbaycanın şərtləri ötən ilin sonunda ifadə olunub (2*2):

- birbaşa sazişdə bu, üçüncü qüvvələrin sərhədə yaxınlaşmasına imkan verməmək və beynəlxalq instansiyalarda qarşılıqlı iddialardan əl çəkmək;

- sülh prosesində isə sazişin imzalanmasından əvvəl ATƏT-in Minsk qrupunun buraxılması və Konstitusiyaya düzəlişlərin edilməsidir.

Prezident İlham Əliyev qeyd etdi ki, mövqe dəyişməyəcək və onu dəyişə biləcək heç bir xarici qüvvə yoxdur. Azərbaycanın yanaşması belədir: Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, deməli, bizə də lazım deyil. Biz onu imzalamadan da yaşaya və siyasətimizi davam etdirə bilərik.

Ermənistanın demilitarizasiyası

Prezidentin çıxışlarında bu mövzuya geniş yer verilir ki, bu da məsələnin olduqca vacibliyini göstərir. Vaxtilə dövlət başçısı Fransadən gələn neqativ barədə xəbərdarlıq etmiş, yalnız il yarım sonra Makronun Qarabağda olmayan hadisələri tanımaqla Azərbaycanı təhdid etdiyini açıqlamışdı. Bu o deməkdir ki, demilitarizasiya mövzusunda da hələ açıqlanmayan bir sıra məqamlar var. Prinsipcə, onlardan bəzilərini təxmin etmək olar:

- Qərbdə çoxları deyir ki, Azərbaycan bu tələbi ilə “həddi aşır”. Ermənistan suveren dövlətdir və silah əldə etmək hüququna malikdir.

Bəli, bu doğrudur. Amma Ermənistanın qurucusu Levon Ter-Petrosyanın dediyi kimi, bu dövlətin yaradılış ideologiyasının əsasında “azərbaycanlılardan təmizlənmiş ölkə” kimi nasist bir prinsip dayanır. Ermənistan Konstitusiyasında isə ərazi iddiası var. Bu gün Paşinyan hakimiyyətdədir, bəs sabah?! Silahlar Paşinyandan sonra da Ermənistanda qalacaq. Gəlin Ermənistan müxalifətinə baxaq, istər rusiyapərəst olsun, istərsə də Qərbpərəst - hamısı revanşistdir, yəni indi əldə edilən silahlar gələcəkdə təhlükə yaradacaq.

- Azərbaycan Prezidenti qlobal geosiyasətdə baş verən dəyişiklikləri və bu kontekstdə Ermənistanın hərbiləşdirilməsinin yeni çalarlarını vurğuladı. Ermənistan 25 ildir ki, Rusiya tərəfindən proksi kimi istifadə olunur və indi Fransa, Hindistan, İran və ABŞ-a yönləndirilir. Sabah bu dövlətlərin Ermənistanı Azərbaycana qarşı proksi kimi istifadə etməyəcəyinə zəmanət varmı?!

- Azərbaycan və Ermənistanın hərbi büdcələrinin fərqi ilə bağlı arqumentlər aktual deyil. Çünki Paşinyan 2019-cu ildə bu fərqin daha çox olduğu bir vaxtda da Qarabağda “miatsum” bağırırdı.

Ermənistan Azərbaycanın Aİ və Fransa ilə münasibətlərində mövzuya çevrilib. Bu bir reallıqdır, çünki Aİ və Fransa bu istiqamətdə hər cür səy göstərib. Üstəlik, bu səylər daha çox Qarabağa görə idi. Bakı Fransanın BMT Təhlükəsizlik Şurası və Qranada bəyanatındakı “xidmətlərini” unutmayıb. Biz Aİ-yə xəbərdarlıq etmişdik ki, belə bir siyasət uğursuzluğa gətirib çıxaracaq və vəziyyəti daha da çətinləşdirəcək.

Aİ-nin Ermənistandakı missiyası Bakını qıcıqlandırır və prezident bunu, eləcə də sərhədə baş çəkən xarici dövlət başçılarını xüsusilə qeyd etdi. Görünür, Bakı Ermənistandan gələn təhlükəni neytrallaşdırmaq üçün Aİ missiyasının maneə olmadığını göstərməyə hazırdır.

Sərhəd barədə...

Hökumət komissiyalarının növbəti iclası gözlənilir və bu, müsbət haldır. Azərbaycanın təklif etdiyi metodologiya İrəvan tərəfindən şifahi şəkildə qəbul edilib. Prinsipcə, sərhəd komissiyası, əslində, danışıqlar üçün yeganə substantiv platforma olaraq qalır.

De-fakto sülh vəziyyəti yaxın gələcəyin reallığıdır. Bəlli oldu ki, sülh müqaviləsi Ermənistan Konstitusiyası dəyişdirilənə qədər təxirə salınıb. Deməli, biz faktiki sülhü gücləndirmək barədə düşünməli, bu müddətdən ziddiyyətləri həll etmək üçün istifadə etməliyik. ATƏT-in Minsk Qrupunun buraxılması, Aİ-nin Ermənistandakı missiyasının formatının dəyişdirilməsi, sərhəddə yeni sahələrin delimitasiyası və hərbiləşmənin dayandırlması bu işdə kömək edə bilər.

@cssc_cqtm
👍13
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Güclünün hər zaman haqlı olduğu yeni dünya düzəni formalaşır" mövzusunda fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=CY2qZ_xL9nI
👍5
Rusiya - İran yaxınlaşması Cənubi Qafqaz üçün nə deməkdir?

Yanvarın 17-də Rusiya və İran 47 maddədən ibarət, əməkdaşlığın bir çox sahələrini əhatə edən hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamağa hazırlaşır.

Bütün bunlar Trampın andiçmə mərasiminə bir neçə gün qalmış baş verir ki, bu da hadisənin əhəmiyyətini artırır.

Qlobal kontekstdə ən çox maraq doğuran məqamlar təhlükəsizlik, hərbi-texniki əməkdaşlıq və öhdəliklərdir. Əsas sual isə saziş imzalandıqdan sonra bu mövzular üzrə hansı yeniliklərin olacağıdır.

Bu gün İran Rusiyaya silah ötürür, baxmayaraq ki, vaxtaşırı bunu təkzib edir. Rusiya İrana beşinci nəsil qırıcılar üçün texnologiyalar və ya hava hücumundan müdafiə sistemləri üçün komponentlər təqdim edir. İran və Rusiya hərbçiləri həm Müdafiə Nazirlikləri, həm də SEPAH xəttilə məsləhətləşmələr aparırlar. Yəni, əksər mövzularda saziş çoxdan mövcud olan əməkdaşlığı rəsmiləşdirəcək və mövcud ikitərəfli qarşılıqlı fəaliyyətə legitimlik verəcək.

Bəs qarşılıqlı öhdəliklər sənəddə necə əks olunacaq? Tərəflər həqiqətən də üçüncü dövlətlərin hücumuna qarşı bir-birini qorumaq öhdəliyini öz üzərinə götürəcəkmi? Bu, Rusiya ilə Şimali Koreya arasındakı razılaşmada əks olunsa da, İranla sazişdə ehtimal ki, olmayacaq!

ABŞ və İsrail tərəfindən İran ərazisinə zərbələr endirmək təhlükəsi olduğu bir şəraitdə Rusiya İranı müdafiə etmək öhdəliyini üzərinə götürməyəcək. İran isə Ukraynanın Kursk bölgəsini işğalını Rusiyanı müdafiə etmək üçün səbəb kimi görməyəcək. Hər halda bu, hərbi ittifaq deyil, strateji tərəfdaşlıq müqaviləsidir.

Qlobal səviyyədə maraqlı olan növbəti element Çindir.
Pekinin iki əsas tərəfdaşı strateji tərəfdaşlıq danışıqları aparır. Görək bu saziş Moskva və Tehranın Pekinlə münasibətlərinə necə təsir edəcək, burada məsələ birmənalı deyil. İlk baxışda tərəfdaş ölkələrin qarşılıqlı inteqrasiyası prosesi gedir. Lakin bu cür razılaşmalar Çinlə münasibətlərdə Rusiya və İranın subyekliyini artırır.

Bu müqavilə Cənubi Qafqaz üçün nə deməkdir?

Rusiya və İran arasında razılaşmalar spesifik xarakterlidir, çünki hər iki ölkənin bir-biri haqqında davamlı stereotipləri var. Cari razılaşma daha çox situativdir.

Bu gün Yaxın Şərqdə ən çox itki verən iki ölkə Rusiya və İrandır, onların mövqeləri zəifləməkdə davam edir.

Suriyadan sonra Türkiyə ilə bu və ya digər dərəcədə Cənubi Qafqaza da şamil edilən razılaşmalar formatı iflasa uğradı. Ankaranın bölgəmizdə artan təsirinin qarşısını almaq üçün Moskva və Tehranın birgə səyləri ən real ssenaridir. Bu kontekstdə uğur qazana biləcəkləri yeganə ölkə isə Ermənistandır.

Aİİ ilə İran arasında münasibətlərin dərinləşməsi, Rusiya ilə İran arasında mövcud razılaşma Ermənistana qarşı təzyiqi daha da gücləndirir, xüsusən də Ermənistan rəhbərliyinin tələsik elan edilmiş Avropa inteqrasiyası, müdafiə sahəsində ABŞ və Fransanın iştirakını artırması fonunda. Hətta güman etmək olar ki, İran da Ermənistanın KTMT-dən ayrılmasına qarşı çıxacaq. Bu baş verərsə, İran özünü Ermənistana hərbi müttəfiq kimi sırımağa çalışacaq. Yəni Rusiyanın Ermənistanda təsirinin azalması ancaq İranın mövcudluğunun artması şərtilə qəbul edilə bilər.

Ermənistan üçün çətin seçim dövrü gəlir, belə ki, Paşinyanın xarici siyasətində şaxələndirmə ABŞ və Aİ-nin Ermənistandakı rolunu və yerini artırmaqdan ibarət olduğu halda, Rusiya və İran üçün konsensus Qərbin regiondakı rolunu azaltmaqdan ibarətdir.

Bu kontekstdə Bakı və Tbilisinin mövqeyi hazırda Moskva və Tehran üçün qənaətbəxşdir. Burada rəqabətin çərçivəsi yalnız Türkiyə ilə məhdudlaşır.

Gözlənilən razılaşma Şimal-Cənub və Zəngəzur nəqliyyat dəhlizlərinə
(həm Ermənistandan, həm də İrandan keçməklə) nə dərəcədə təsir edəcək?!

Yaxın gələcəkdə cavabını alacağımız sual budur. Güman ki, İranın mövqeyi dəyişəcək və ən azından bəyanatlar səviyyəsində müəyyən aktivlik olacaq. Bunun reallığa nə dərəcədə təsir edəcəyi Tramp hakimiyyətinin ilk 100 günündən sonra yaranacaq vəziyyətdən asılı olacaq.

@cssc_cqtm
👍16
ABŞ - Ermənistan strateji tərəfdaşlığı barədə...

ABŞ və Ermənistan strateji tərəfdaşlıq haqqında sənəd imzalayır.

Trampın ABŞ seçkilərindəki qələbəsindən sonra gözlənildiyi kimi, Paşinyan hökuməti yeni administrasiyadan dəstəyi davam etdirə bilmək üçün ABŞ-la münasibətləri mümkün qədər institusionallaşdırmağa çalışır.

Yada salaq ki, hələ 2023-cü ilin sonundan ABŞ və Aİ Ermənistana tam dəstək kursu götürüb və nəticədə aprelin 5-də Brüsseldə sənəd imzalanıb. Şübhəsiz ki, bu, geosiyasi addımdır və o zaman Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi geosiyasi xəttin (Gürcüstan-Ermənistan) həyata keçirilməsini nəzərdə tutur.

Geosiyasi xətti formalaşdırmaq hələ ki, alınmasa da (Gürcüstanın Qərblə münasibətləri mürəkkəbləşib), Ermənistanla münasibətlərdə işlər qaydasındadır.

Prezident seçkilərindəki məğlubiyyətdən sonra Bayden administrasiyası Ermənistanla strateji münasibətləri rəsmiləşdirmək də daxil olmaqla son addımlarını atır. Bu, strateji tərəfdaşlıqdan irəli gələn öhdəlikləri (Paşinyan hökumətinə hərtərəfli dəstək və ABŞ-ın regiondakı siyasətini Ermənistanın maraqları ilə əlaqələndirmək) Tramp administrasiyasının üzərində yükləmək məqsədilə edilir.

Trampın Baydenin irsinə və ümumilikdə Demokratlara necə yanaşdığını nəzərə alsaq, vəziyyətin o qədər də aydın olmadığını söyləmək mümkündür. Bakı yeni administrasiyaya başa salmağa çalışmalıdır ki, ABŞ-ın Azərbaycana qarşı siyasətini erməni maraqları ilə əlaqələndirməyə davam etmək demokratların siyasətinin təkrarı olacaq.

Əsas sual budur:
Tramp və onun administrasiyası dondurulmuş statusla da olsa, hələ də KTMT-nin üzvü olan, Aİİ və Gİ-nin tamhüquqlu iştirakçısı, Rusiyanın ikitərəfli əsasda hərbi-siyasi müttəfiqi olan ölkəyə ABŞ-ın yardımı ilə barışacaqlarmı?!

Paşinyan Trampa sədaqətini nümayiş etdirmək, davamlı dəstək və yardımı əldən verməmək üçün bütün bu sadalananlardan yalnız KTMT üzvlüyünü qurban verə biləcək.

Rusiya Ermənistanın KTMT-yə üzvlüyünü Aİİ çərçivəsində aldığı iqtisadi üstünlüklərlə əlaqələndirib. Görək Ermənistanın KTMT-dən rəsmi çıxacağı təqdirdə Rusiya nə dərəcədə ardıcıl olacaq.

KTMT-də ABŞ-ın yeni strateji tərəfdaşı olacaq: Onların sayı artıq ikidir - Qazaxıstan və Ermənistan.

İranla sərhəddə də ABŞ-ın yeni strateji tərəfdaşı peyda olacaq.


Paşinyan ABŞ-la strateji tərəfdaşlıq haqqında sənəd imzalamaqla ölkə daxilində mövqelərini möhkəmləndirir. Bu, erkən parlament seçkilərinin keçirilməsi lehinə daha bir arqumentdir.

Azərbaycan üçün ABŞ və Ermənistan arasında bu sənədin imzalanması yeni xəbər deyil. ABŞ-ın Ermənistan hökumətinə yardım və dəstək səviyyəsi gec-tez münasibətlərin rəsmiləşməsinə səbəb olmalı idi. Bakının xəbərdarlıqlarına baxmayaraq, Blinkenin rəhbərlik etdiyi Dövlət Departamenti indiyədək erməni mərkəzli siyasət yürüdüb ki, bu da həm ABŞ-ın Azərbaycanla münasibətlərində, həm də şəxi müstəvidə böhranlı məqamlara səbəb olub. Prosesin yekunu olaraq, Ermənistan strateji tərəfdaşlıq haqqında sənəd imzalamaqla Blinken son erməni mərkəzli addımını atmış olur.

Ümid edək ki, ABŞ-ın Ermənistanla strateji tərəfdaşlığına dair sənədin mətni açıqlanacaq və nəhayət, sənəddə hansı strateji əməkdaşlıq sahələrinin və tərəflərin öhdəliklərinin qeyd edildiyini öyrənəcəyik.

Bakı üçün əsas odur ki, Tramp administrasiyası Ermənistanla razılaşmalara nə dərəcədə əməl edəcək, Ermənistan üçün “açıq çek” siyasəti davam etdiriləcəkmi, ABŞ-Azərbaycan münasibətləri ABŞ-Ermənistan münasibətlərindən asılı qalacaqmı?!

Bu suallara ilin birinci yarısında, ABŞ-da Tramp administrasiyasının əsas xarici siyasət rəsmiləri öz yanaşmalarını formalaşdırdıqdan sonra cavab alacağıq. Bununla yanaşı, regionumuzla münasibətlərə Ukrayna, Yaxın Şərq/İrandakı proseslər, ABŞ-ın Aİ ilə münasibətləri və s. təsir edəcək.

Qarşıda isə bizi Azərbaycan ərazisində cinayət törətməkdə ittiham olunan Ermənistan vətəndaşlarının məhkəmələri, kənar vasitəçilərin olmadığı ikitərəfli danışıqlar formatının davamı gözləyir!

@cssc_cqtm
👍14
Azərbaycan ABŞ-Ermənistan strateji tərəfdaşlıq Xartiyasında

ABŞ-Ermənistan strateji tərəfdaşlıq Xartiyasının imzalanmasından dərhal sonra Blinken və Mirzoyanın çıxışlarında birbaşa Azərbaycan və Qarabağın adı qeyd olunmayıb. Ermənistanın müstəqilliyi və suverenliyinə dəstəkdən danışan Blinken bu dəstəyin birbaşa Ermənistan ərazisində həyata keçiriləcəyini bildirib.

Ermənistanın sərhəd qüvvələrinin hazırlıq səviyyəsini artırmaq məqsədilə bir qrup ABŞ gömrükçü və sərhədçisinin bu ölkəyə gəlişi bəyan edilərkən də Azərbaycanın adı birbaşa çəkilməyib, yalnız dolayısı ilə bu mövzunun Azərbaycana da aid olduğu aydın olub.

Bununla belə, Xartiyanın mətnində bir cümlədə Azərbaycanın adı çəkilir: “ABŞ Ermənistan və Azərbaycan arasında sülh prosesini, o cümlədən 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan demarkasiya prosesini dəstəkləyir”.

Blinkenin rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin sülh prosesinə verdiyi dəstək və bunun nədən ibarət olduğu barədə çox yazılıb.

Sirr deyil ki, Blinkenin başçılığı altında ABŞ Dövlət Departamenti vasitəçilik prosesində manipulyasiyalarla ilə məşğul olub: Azərbaycana təzyiq göstərib, münaqişə tərəflərinə yanaşmada ayrı-seçkilik edib, Azərbaycanın ərazi bütövlüyünə, azərbaycanlıların hüquq və təhlükəsizliyinə məhəl qoymayıb, ermənilərin hüquq və təhlükəsizliyini daha vacib hesab edib.

Blinken Azərbaycan və Ermənistan arasında danışıqlar prosesində özündən sonra heç bir miras qoymayıb. Yalnız 2023-cü ilin avqustunda, yəni Ukrayna müharibəsinin getdiyi bir vaxtda ABŞ-ın Rusiya ilə təmasları istisna olmaqla...

Yuxarıda qeyd olunan səciyyələndirmə Xartiyanın bu cümləsi ilə təsdiqlənir: “Ermənistanın 2023-cü ilin sentyabrından köç böhranı ilə üzləşdiyini nəzərə alaraq, ABŞ Dağlıq Qarabağdan köçürülmüş şəxslərə və qaçqınlara yardım göstərmək üzrə Ermənistana dəstəyini davam etdirməyi planlaşdırır”.

Yəni Blinkenin təsəvvüründə qondarma “Dağlıq Qarabağ” hələ də var və sənədə daxil edilib! Xartiyanı Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri də imzalayıb.

Əgər belədirsə, o zaman rəsmi Bakı beynəlxalq sənədlərə “Qərbi Azərbaycan” ifadəsini daxil etməlidir!

Bir sözlə, Blinkenin çıxışını dinləyəndən sonra onun bölgəyə yanaşmasında düzəlişlər etdiyinə ümid yaranmışdı, lakin Xartiyanın mətni açıqlandıqdan sonra heç nəyin dəyişmədiyi bəlli oldu.

Azərbaycanın mövqeyi Blinke və onun kimilərinin Qarabağla bağlı bütün cəhdlərini puça çıxardı.

Beləliklə, strateji tərəfdaşlıq Xartiyası ABŞ-ın ümumi yanaşmasının daha bir hissəsi oldu. Bu yanaşmanı O'Brayenin bəyan etdiyi üç bənd xarakterizə edir: Ermənistana yardım, Azərbaycanla sülh müqaviləsi və Qarabağ erməniləri məsələsi.

Tramp dövründə Azərbaycan diplomatiyası diqqətini ABŞ-ın mövqeyindəki bu triadanın dəyişdirilməsinə yönəltməlidir. Bu istiqamətdə fəaliyyətin nə qədər səmərəli olacağından asılı olmayaraq, Azərbaycanın regionda neqativ ssenarilərə qarşı dayanmaq və real təhlükələr zamanı qabaqlayıcı addımlar atmaq, belə desək, artıq mövcud olan və imzalanması gözlənilən müxtəlif Xartiya və Sazişlərin real gücünü yoxlamaq üçün resursları var.

@cssc_cqtm
👍12
Ermənistan Kremlin “qırmızı xətlərini” nə vaxt keçəcək?!

İlin əvvəlindən Ermənistan hökumətinin bir qərarı (Avrointeqrasiya haqqında qanun layihəsinin parlamentə göndərilməsi) və bir addımı (ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması) Rusiyada reaksiya doğurub.

Baş nazirin müavini Overçuk və Təhlükəsizlik Şurasının sədr müavini Medvedyev səviyyəsində iqtisadi təsir rıçaqlarından istifadə etmək barədə açıq hədələrlə şərhlər verilib.

Media kampaniyalarını kənara qoysaq, Ermənistanın Kremlin “qırmızı xətləri”nə nə qədər yaxınlaşdığını və onların nələrdən ibarət olduğunu anlamaq üçün hər iki tərəfin addımları vacibdir.

Rusiya prezidenti çıxışlarının birində MDB ölkələrindən gözləntilərini - öz qərarlarında müstəqil olmaq və ərazilərini Rusiyaya qarşı istifadə üçün verməmək barədə fikirlər səsləndirib.

Bundan əvvəl baş verənlər - Ermənistanda rus sərhədçilərinin funksionalının azalması, Ermənistan hökuməti üzvlərinin anti-Rusiya bəyanatları, KTMT üzvlüyünün dondurulması, Paşinyanın MDB sammitlərində iştirak etməməsi və s. Kremlin “qırmızı xətləri”nə çevrilməyib.

Paşinyan addımlarını xarici siyasətin şaxələndirilməsi ilə izah edib. Diversifikasiya isə əvəzetmə yox, alternativ yaratmaqdır. Demək ki, Ermənistan hökumətinin təhlükəsizlik və iqtisadiyyat sahəsində Rusiyanın mövcudluğuna alternativ yox, onun əvəzlənməsini nəzərdə tutan qərar və addımları Kreml üçün “qırmızı xətt”ə çevrilə bilər!

Əgər Paşinyan Avropaya inteqrasiya haqqında qanun layihəsini təsdiqləsə, Ermənistan parlamentinin onu səs çoxluğu ilə qəbul edəcəyi şübhəsizdir. Bu, Avropaya inteqrasiya niyyətlərinin Ermənistan Konstitusiyasına yazılması istiqamətində bir addım olacaq. Amma bu o demək deyil ki, Ermənistan Aİ-yə daxil olmaq üçün müraciət edir, yəni bu, sadəcə niyyətdir. Rusiya baş nazirinin müavini Overçuk bu addımı belə izah edib: “Biz bunu Aİİ-dən çıxışın başlanğıcı kimi görürük”. Yəni, Ermənistan parlamentində qanunun qəbulu Rusiyanın Ermənistana qarşı addımlarının başlanğıcı ola bilər, çünki Ermənistanın Aİ-yə üzvlüyü Aİİ-dən çıxmağı nəzərdə tutur. Artıq "qırmızı xətt" qoxusu gəlir...

Vaşinqtonda imzalanmış Xartiya tərəflərin niyyətlərini əks etdirir, lakin sənəddə faktiki olaraq heç bir konkretlik yoxdur. Məsələn, nüvə energetikası bölməsində atom elektrik stansiyalarının (RosAtom) fəaliyyətinin dayandırılması ilə bağlı bənd yoxdur, yalnız bu mövzuda ABŞ-la əməkdaşlıq haqqında bənd var. Yəni, alternativdir, əvəzetmə deyil.

2011-2012-ci illərdə Aİ Ermənistanla assosiasiyaya hazırlaşırdı və gömrük sahəsində islahat üçün əvvəlcədən pul ödəmişdi. Lakin 2013-cü ilin sentyabrında Sarqsyan Aİİ-yə daxil olmaq qərarına gəldi. Odur ki, Paşinyanın transformasiyası və ya Ermənistanda rusiyayönlü qüvvələrin hakimiyyətə gəlməsi halında ABŞ və Aİ-nin Ermənistana bütün yardımları Rusiyanın aktivinə çevriləcək.

Xartiyada Rusiyanı ən çox maraqlandıra biləcək bu hissədir:
“Ermənistan və Birləşmiş Ştatlar ikili təyinatlı mallar üzrə ixrac nəzarətinə riayət olunmasını gücləndirmək, siyasət çərçivələrini əlaqələndirmək və məlumat mübadiləsi aparmaq üçün işçi qrup yaratmaq niyyətindədirlər”. Ermənistan doğrudanmı Rusiya ilə ticarət dövriyyəsini filtrdən keçirməyə razı olacaq? Bu, indiki mərhələdə Rusiya ilə münasibətlərin toxunulmaz sahəsidir.

Axı Moskva Ermənistan vasitəsilə sanksiyalardan yayındığına görə İrəvanın Rusiya əleyhinə bəyanatlarına göz yumur.


Bir sözlə, Ermənistan Rusiyanı əvəz etmək istədikdə, bu, Kremlin “qırmızı xətt”inə çevrilə bilər. Potensial olaraq qırmızı rəngə boyanmış ən çox ehtimal olunan addımlar bunlardır:

- Ermənistanın KTMT-dən çıxması və NATO-ya daxil olmaq niyyətini bəyan etməsi. Ola bilər ki, əvvəl sadəcə KTMT-dən çıxış olsun, lakin bu, təsirsiz ötüşməyəcək.

- Avropaya inteqrasiya haqqında qanunun qəbulu, Aİ ilə yeni saziş ilkin məhdudiyyətlərə səbəb ola bilər.

- Ermənistanın sanksiyalar üçün reeksport sxemlərində iştirakdan imtina etməsi prinsipcə “qırmızı xətt” deyil, amma Moskva cavab verməli olacaq.

@cssc_cqtm
👍11
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas Sual” verilişində “Tramp dönəmi rəsmən başlayır: Regionu nələr gözləyir?” mövzusunda fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=vWEwC32-ryo
👍7
Yaxın Şərq getdikcə Cənubi Qafqaza yaxınlaşır

Cənubi Qafqaz bir neçə regional müstəvidə təmsil olunur - bu, Şərqi Avropa, postsovet məkanı, Yaxın Şərq və Mərkəzi Asiyadır. Artıq son üç onillikdir ki, bu bölgələrlə əlaqələr genişlənir. Son bir neçə ilin geosiyasəti isə Cənubi Qafqazı Mərkəzi Asiya, Avropa və Yaxın Şərqə daha da yaxınlaşdırıb.

Yaxın Şərqdə davam edən transformasiyaların dinamikası Cənubi Qafqaz ölkələrinin mütərəqqi iştirakını stimullaşdırır. Şübhəsiz ki, Cənubi Qafqaza ən çox təsir edən Suriyadakı vətəndaş müharibəsi olub. Azərbaycan vətəndaşları hər iki tərəfdən cihadçıların bayrağı altında döyüşüb; Ermənistanda Suriyadan olan qaçqınlar peyda olub, Suriya və Livan ermənilərinin silahlı birləşmələri Qarabağ müharibəsində iştirak edib, Ermənistan Rusiyanın silahlı kontingentinin tərkibində Suriyaya öz ordusunu göndərib.

Regionun qonşuları - Türkiyə, Rusiya və İran Suriya üzrə Astana qarşılıqlı fəaliyyət formatını rəsmiləşdiriblər ki, bu konsensus dolayısı ilə Cənubi Qafqaza da şamil edilib. Ötən ilin sonunda İran və Rusiya Suriyada məğlubiyyətə uğrayandan sonra isə vəziyyət dəyişib. Cənubi Qafqaza təsir edən yeni aktorlar və yeni ziddiyyətlər meydana çıxıb.

Hazırkı mərhələdə kürd məsələsi daha kəskin şəkil alıb, onun ətrafında “lehinə” və “əleyhinə” olmaqla koalisiyalar yaradılır.


Kürdlərin bölgədə harada və hansı vəziyyətdə olduqlarını qısaca qeyd edək:

- Türkiyədə - üçüncü ən populyar siyasi partiya və gizli terror təşkilatı var;
- İranda – onların parlamentdə vahid partiya kimi olmasa da, siyasi təmsilçiliyi mövcuddur, silahlı birləşmələri zəifdir;
- İraqda – iqtisadi resursları və güclü silahlı qüvvələri, xarici dünya ilə əlaqələri olan tam muxtariyyətə malikdirlər, lakin dənizə çıxışları yoxdur;
- Suriyada - ABŞ-ın dəstəyi ilə silahlı birləşmələr yaradılıb, təbii məskunlaşma arealından daha böyük ərazilərə nəzarət edirlər və dənizə çıxışları yoxdur.

Bu gün Suriyada “yerdə” təmsil olunanalar Türkiyə, İsrail, ABŞ və bu qüvvələrin rəhbərlik etdiyi digər qruplardır. Kürd məsələsi Türkiyə-ABŞ münasibətlərində artıq mübahisə mənbəyinə çevrilib, Türkiyə-İsrail münasibətlərində isə yaxın gələcəkdə çevriləcək.

ABŞ və İsrail bir tərəfdən Suriyada proqnozlaşdırıla bilənliyi təmin etməyə çalışırlar ki, bu da Türkiyəsiz mümkün deyil, əks halda İran və Rusiya yenidən peyda olacaq. Digər tərəfdən, bölgədə Türkiyəni məhdudlaşdıran yeganə qüvvə kürdlərdir və buna görə də onlara dəstək verilir.

Türkiyə də öz növbəsində əldə etdiyi uğurları möhkəmləndirməyə çalışır və ikili yanaşma sərgiləyir: Suriyanın gələcəyi ilə bağlı kürdlərlə danışıqlara başlamaqla yanaşı, ölkədə terrorçu qruplara qarşı hərbi əməliyyatlar aparır, onların nəzarət zonasını daraldır. Danışıqlar həm Suriyanın müvəqqəti hökuməti, həm də ABŞ vasitəsilə aparılır və artıq İraq Kürdüstanından olan Bərzani klanının ağsaqqalı da prosesə qoşulub.

Cənubi Qafqaz bu vəziyyətdə haradadır?

ABŞ ilə Xartiya imzalamaqla Ermənistan ABŞ-ın İŞİD-ə qarşı mübarizə koalisiyasında iştirak etmək öhdəliyini üzərinə götürüb və bu, dolayısı ilə Suriyada Türkiyə ilə döyüşən kürd terrorçularının dəstəklənməsində iştirakdır.

Azərbaycan üçün bu vəziyyət həm təhlükə, həm də fürsət yaradır. İsrail açıq şəkildə kürd terrorçularını dəstəkləməyə qoşularsa, təhlükə Suriyada Türkiyə ilə İsrail arasında açıq qarşıdurmadır. Əgər ABŞ İsrail və Suriya kürdlərindən ibarət koalisiya yaratsa, o zaman belə çıxır ki, İsrail və Ermənistan ABŞ çətiri altında bu və ya digər formada koalisiyada iştirak edəcək.

Son bir neçə gündə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri, İsrail prezidenti və İraq Kürdüstanı hökumətinin başçısı ilə görüşüb. Türkiyə və İsrailin Yaxın Şərqdə əsas rol oynadığı status-kvonun bərqərar olması Azərbaycana sərfəli olduğu üçün Türkiyə-İsrail arasındakı kəskin ucların hamarlanmasında Bakı müəyyən rol oynaya bilər.

Azərbaycan ənənəvi olaraq sabitlik və çoxtərəfli diplomatiyadan bəhrələnir, Ermənistan isə bulanıq qarşıdurma sularında balıq axtarmaq ənənəsini dəyişmir.

@cssc_cqtm
👍12