İdrisHeyderli – Telegram
Ölkəmizdə nəzəriyyə bilən yoxdur, bu iddiamı tam əminliklə dilə gətirirəm.
Nəzəriyyə( teoriya) bilməyən Elm sahibi deyildir və ola da bilməz.
Bizə verilən teorilərin içini dolduran fikirlərə sahibik. Başqa da çarəmiz yoxdur. "Fikri olmaq" bilmək deyildir, tanımaq da deyildir.
"Fikri olmaq" oxuyub, görüb, yazmaq öyrənib danışmaqdır, yazarsa da danışılanları yazandır. Ağızın işi danışmaqdır, kimsəyə "danışma" deyilməz.
"Danışma" fikrin əsasıdır, sualın cavabsızlaşdılmasıdır. Bu halı idarə edən səslərin ahəngdən çıxması və "küy"ün ahəngin yerini almasıdır.
"Küy" səsin içindəki pozunudur, rabitəsiz nəqldir.
"Səs"dəki "küy", sözdəki "fikir"dir.
Dəyirmandankı "çax çux" kimi,
Nəqaratdakı "ax ux" kimi.
"Səs"in bu hala düşməsi hər kimliyin gəldiyi nöqtənin durğunluğunun və bitmə ərəfəsində olduğunun göstəricisidir.
"Fikrim var" deyə "fikir söyləyən"  təqlid edərək bənzətmə üsulunu seçər.
Təqlid iki cürdür, biri təmsil edən təqliddir,
Digəri bənzədən təqliddir.
Meymun xoşbəxt deməkdir, bənzətmənin zirvəsini ondan yaxşı icra edən yoxdur.
Təmsil edən təqlid isə özünü o yerə qoyub, onu təmsil edəndir.
"Özünü o yerə qoymaq" yerini bilmək tələb edir, bu isə fikirlə mümkün deyildir,
Yalnız nəzər edib görəcəksən ki,
Bu da nəzəriyyəni əsas alacaqdır.
Nəzər özün üzə çıxmasıdır, özün içindən dünyaya baxmaqdır. ÖZünü o yerə qoyub danışanlar isə yalanla yaşayan və yalanı yaşadanlardır.
Yalanın isə durduğu tək yer "küy"dur, küyə basmaqla özünə yer açmağa çalışar.
Teori tanımaq və teori bilmək isə əsasların ortaqlaşdığı yeri müəyyən edib, özünə çevirməkdir. "Öz"ün olmadığı yerdə sözü əlinə keçirən "ağız"ın danışdıqlarını qulaq eşitməz.
"Küy" dönəmində yeni istinad nöqtəsinə keçiddəyik.
İstisnaların durduğu yer istinad nöqtəsi ilə tamamlanacaq.
"Süni intellekt" artıq həyatımızın içindədir.
Bu təklifin çıxdığı yer Amerikadır.Amerika yeni Roma olaraq bu təklifi Avropadan qazandı və Avropanın edə bilməyəcəyi addımı atdı. "İntellekt" Avropanın icadı idi,
Amerika isə üstünə fərqli bir şey qoydu və "Süni intellekt"i ixtira etdi.
"İntellekt" söz olaraq Romanın ixtirası idi,
Bizim dilimizdə "bölünməyən" deməkdir.
"Tellekt" bölünəndir, "İn" isə onu bölünməyən edir. Tarix bütün dönəmlərində "bölünməyənin" ixtirası ilə hərəkətin qüvvəsini müəyyən edir və zaman bu hərəkətin "bölünməyən"ini həyata tətbiq etməklə fərqli həyat təklifini verir.
Amerikanın "süni intellekt"inin qarşısında hansı qüvvə vardır?
Nə Avropa, nə Rusiya bu gücün qarşısında durmaq iqtidarında deyildir.
Amerika bu "süni intellekt" ixtirası ilə gələcək həyatın Tək qurucusu olmaq istərkən qarşısında Çini gördü.
Çin də "süni intellekt"in adı nədir?
Çincənin rəsmi dilində bu "rengong zhineng"dir, anlamı "insanın hazırladığı zəka"dır. Güzgü ilə güzgünün qarşısındakı eynidirmi, ayrıdırmı?
Tam da burda bütün yollar ayrılır.
Çin ilk kəs yenə Güzgü olmaq iddiasındadır,
Güzcünun qarşısında duran isə Amerikadır.
Güzcünün qarşısında duranın Adı "intellekt" güzcü usə "süni" olur,
Ancaq "süni" intellekt"in önünə keçir.
Bu ikiləşmə arasındakı "Məsafə" bütün insanlığa yeni bir yaşama təklifi gətirib,
"Süni"nin əgdahası Çin, "intellekt"in zirvəsi Amerika. Bu qarşılaşma Gücü kim idarə edəcək məsələsini açıq buraxıb,
Gücü idarə edək artıq Dövlət və Dövlətlər deyildir. Son yüzilin icadı olan "Politik Dövlət" bitib, Avropa indi bu tənəzzülün içindədir.
Yeni həyatın dərdi yeni "Dövlətləşmə" hansı seçimi edəcəkdir?
Amerika "süni intellekt"ə "Patron Dövlətdir"  modelini, Çin isə "Xidmət Dövlətdir" modelini dəstəkləyir.
Amerika güzcünu deyil, gücgünün qarşısındakı Güc, Çin isə güzgünün içindəki xidməti Güc olaraq qəbul edir.
Bu müharibənin nəticəsi yeni şərtlərin bağlanmasını tələb edir,
Və yeni insan modeli "bağlanan bölünməyən"lə, "açılan bölünməyən"in üzərindən başlayacaqdır.
Mənim işim tamaşa etməkdir,
Bu "tamaşa"da "ta" öz yerini "Maşa"ya göstərdiyi üçün yanan ocağa əl deyil, maşa toxunmalıdır.
"Oyun" nədir?
Mənim öyrəndiyim və oxuduğum sənət Oyun üzərində qurulub, adı Teatrdır. Bu oyunun ixtirası yunana, icadı Avropaya məxsusdur. Digər bütün kimliklərdə də Oyun var, amma bu var olanın hara qoyulması isə məsələdir.
Öncə oyun nədir sualına cavab verək.
"Oyun" insanların ixtirası olaraq həyat qurmanın əsaslardan öncəki yaşama tərzinin son şəklidir. Oyun zamanın məkana tabe edilməsinin ilk həmləsidir. Ən ciddi keçid və dəyişmələrin yaşandığı Zaman Oyunların həyatı istila etdiyi zamanlara aiddir. Yunanlar Teatrı belə bir zamanda ortaya çıxardılar. Digər kimliklərdə isə "Oyun"la davranış fərli modelləşmələrə səbəb oldu. "Oyun"un qurumlaşması Politikanın bir parçası olaraq politikaya tabe etdirilməsi bir tək yunanlara aid idi. Son yüzilliklərdə dünyanın yenidən politika əsarətinə keçməsi "qurumlaşan oyunu" hər kimliyin dərdinə döndərdi. Oyun politikanın aləti deyil, əsasına döndü.
İndi oyun dönəmini bütün dünya yenidən yaşayır.
"Oyun" ixtirası nədən əsasdir?
"Oyun" həyat qurmaq istəyən və quracaq olanların "sehrləndirlimiş" halının ifadəsidir. "Sehrlənmiş məkan" həyata aid olmayan yerdir, bu yerdə qanunlar yoxdur, qaydalar vardır. Bu qaydalar daxilində isə hər kəs içdəki dünyasının qəhrəmanıdır. "Oyun" "həyat"la yarışdır. Həyata öz qəhrəmanını tanıtmaqdır. "Oyun" da qaydaları poza bilməzsən, oyun məkanına girdiyin an fərqli zaman işləməyə başlayır.
Nə isə, dərdim  bizi digital dünyaya bağlayan məkan- Mobil dünya oyunlarla başladı və oyunlar hələ də həyata meydan oxuyur.
Hamı büyük bir oyun meydaçasında qəbul etdiyi oyunun qaydaları ilə yaşayır.
Din danışan da, siyasət oxuyan da, tanıyan da, tanımayan da.
Hər kəsin girdiyi və çıxa bilmədiyi bir oyun var ki, hər kəs bu oyunun əsarətindədir.
Nəticə olaraq dərdim, yeni bir dəyişim ərəfəsində olduğumuzu anlatmaqdır,
Oyunların bitməsinə az qalır.
Bir daha "qurumlaşdırılan teatr"a ehtiyacımız olmayacağına əminəm,
Bu yazıları isə gündəliklərim olaraq yazıram ki, bəlkə kiməsə təkrarları təkrar etmə istəyindən vaz keçər,
Bu qədər.
Ayaz'ın Rusça eğitim alması, Rusça büyümesi ve Rusçayı sürdürmesi, Rusça ile ayrılan Azerbaycan Türkçesinin Türkçe olmadığını dile getirmesi sıradan bir durumdur.
Bu böyle olmalıdır.
"İkinci dil" meselesi ise çelişkilidir, bilmediğini bilmiyor.
Sovyetler Birliği'nin "temel dili" Rusça, sonraki dili ise "milli diller" idi. Bu, tüm dönemlerin "ortak zemin" olarak seçtikleri yöntemdir.
Sadece bilmeyenler için bir hatırlatma,
"Temel Dil" dinin dilidir, her zaman için,
Dinin kitabını temel alan dinin dilinden sonra diller çıkabilir, ancak "temel" ve "ortak zemin" birliğinin aksiyomu budur.
Kimse buna böyle denmedi diyemez.
Sebebi ise bu "dil" bilimin dili olarak geçer ve en büyük sorulara cevap buradan başlar.
Yunanca, Latince, Arapça, Aramice, Sanskritçe gibi diller böyledir. Kimse bu dillerden çıkan kavram ve tanımlamaların dışında bilim sahibi olamaz ve olmamıştır da.
Rusça bilimin dili değildir, olamaz da. Rusça "emir altına alınmış" ve "işçi" dilidir, "hayranlık"tan çıkmıştır, bizim dilde "görmemişler"in dilidir. Yunan kilise hegemonyasından kurtulmak isteyenlerin parçalanmış Latın formlarına hayranlık için yaratılmış bir dildir. Dostoyevski, Tolstoy gibi isimler ise bu "emir altına alınmış" dilin son savunma tasvirleridir.
Sovyet Rusçası ise "Rus dili"nin çöküşü ve son zirvesidir, yaşandı ve bitti.
Türkçe, dinin dili üzerinde yaşayan bir dildir,
Henüz yazıya dönüşmeden hayatın içinde yaşar ve canlılığını korur.
Türkçenin Türkiye, Özbek, Azerbaycan gibi formları gramer meselesidir ki, bu zaman içinde değişecektir.
Türkçe, bilime dönüşünü yeniden sağladıktan sonra yazısı yeni grameri hangi dille yaparsa dirilişi oradan başlayacaktır.
Hayranlıkla orada yaşayanlara "burada"yı tanıtmak borcumdu, eğitimimin temelinde Rusça var ve Ruslarla da bir sorunum yok. Bilim, sorulara taraf olmadan verilen cevaptır,
Tarafı olanın bilimi yoktur.
Türkçede ben taraf değilim,
"O" "Odur" açıklamasını yazıya aldım,
Ve Selam.
Аяз, получивший образование на русском языке, выросший на русском и продолжающий использовать русский язык, утверждает, что азербайджанский тюркский, отделившийся от русского, не является тюркским. Это обычное явление.
Так и должно быть.
Вопрос "второго языка" противоречив, он не знает, чего не знает.
"Основным языком" Советского Союза был русский, а следующим — "национальные языки". Это метод, выбранный всеми периодами как "общая основа".
Просто напоминание для тех, кто не знает:
"Основной язык" — это язык религии, всегда,
После языка религии, основанного на священной книге, могут возникать другие языки, но аксиома единства "основы" и "общей основы" такова.
Никто не может сказать, что это не так.
Причина в том, что этот "язык" считается языком науки, и именно отсюда начинаются ответы на самые важные вопросы.
Такие языки, как греческий, латинский, арабский, арамейский, санскрит, являются таковыми. Никто не может обладать наукой вне понятий и определений, исходящих из этих языков, и не обладал.
Русский язык не является языком науки и не может им быть. Русский — это язык "подчинения" и "рабочих", он возник из "восхищения", на нашем языке это язык "не видевших". Это язык, созданный для восхищения раздробленными формами латыни теми, кто хотел избавиться от греческой церковной гегемонии. Достоевский, Толстой и подобные — это последние защитные описания этого "подчиненного" языка.
Советский русский — это крах и последний пик "русского языка", он был, и его время прошло.
Тюркский — это язык, живущий на основе языка религии,
Он все еще живет в жизни, не превратившись в письменность, и сохраняет свою жизненность.
Формы тюркского, такие как турецкий, узбекский, азербайджанский, — это вопрос грамматики, который со временем изменится.
Когда тюркский восстановит свой поворот к науке, его возрождение начнется с того, на каком языке он создаст свою новую грамматику.
Моим долгом было познакомить тех, кто живет там с восхищением, с "здесь", в основе моего образования лежит русский язык, и у меня нет проблем с русскими. Наука — это ответ, данный без пристрастия к вопросам,
У того, кто пристрастен, нет науки.
В тюркском я не пристрастен,
Я записал объяснение "О" "Это он",
И Салам.
Bir daha Dilin məsələsini yazıram,
Dil nəticə olaraq "biz" təsis edən tək və ilk vasitədir. Dilin sonrakı məsələsi isə "bizləşdirdiyi" kimliyin nəyi, necə, hara qoyacağına cavabdehliyi yoxdur.
"Biz"dən etnik, milli, dini kimliklər çıxacağı sonranın məsələsidir.
Bu cavabdehlik dilə deyil, dilin təmsil edəninə bağlıdır.
Gün ərzində nə qədər kəlmə istifadə edərik?
Çox az.
İstifadədə olan kəlmələr vərdişlər və öyrədilənlərin icrasıdır. Əsas olan da budur.
"Biz"lik məhz bu vərdişlər və öyrədilənlərdən hazırlanar.
Kompyuterləşmədən əvvəl elmi yazılarda bir "açar sözlər" yazılar və mətnin əsasını təşkil edərdi. "Süni intellekt" bu "açar sözlər"in sayəsində ortaya çıxdı.
"Açar sözlər" nə üçün əsasdır?
"Açar sözlər" qarammatik qanunların müəyyən olunması üçün biryerdəlik məsələsinin əsasıdır.
Bir kimliyin "açar sözlər"i onun dilinə gətirəcəyi içindəki nizamın və nizamsızlığın üzə çıxmasıdır.
Bu ifadələrin sinifləndirilməsi isə nəyi, nə zaman, harda istifadə etmək üçün zəmin yaradır.
Hala aid ifadələr, tarixə aid ifadələr, xəyalı ifadələr, nəzəri ifadələr, dinə aid ifadələr, məcazi ifadələr, məzhəbi ifadələr və kitaba aid ifadələrdən "Sən kimsən" sualına cavab verə bilmək Nəzəriyyə oxuyanlar üçün adi bir tanıma üsuludur.
Bu tanıma sonradakı Bilmə üçün əsasdır.
Dilin qarammatik əsaslarını əlinə keçirən gücün o coğrafiyada başqa bir sərhəd çəkməsinə ehtiyac olmaz,
Dilin sərhədlərini öz qarammatik ərazisinə bağladığı qədər o kimlik onun itaətindədir.
İnsanın tək çarəsi belə vəziyyətlərdə "yalan" olur və "yalan" bu kritik halda əsasın yerini alır.
"Süni intellekt" üçün hələ "yalan" icad etməyiblər, amma bu "yalan"ın üzə çıxması ilə həyatlar dəyişəcəkdir.
Dil həm də insanın ən böyük icadı Yalanı saxlamaq və yaymaqdan ötrüdür.
"Yalan" açar sözlərə dayanaraq üzə çıxar.
Bu qədər.
Ailm nəfsdəki surəti üzə çıxaran və onu maddə edən kəsdir.
Bilmə yalnız bu şəkildə tanınar. Alimlərin nəfsi "yaşanmış", öyrənənlərin nəfsi isə "yaşanacaq" olandır. Öyrənmək yaşanmış olanı yaşanacaq etməkdir.
İndi gəldim əsas məsələmə,
Dərdim "Virtual gerçəklikdir", nə deməkdir "virtual"?
İndi bütün dünya bu "virtuallığın" əsiridir.
Virtuallığ bir "x"(iks) dir. Adını qoya bilmədikləri üçün tək çarə "x" deməkdir.
Sonrası isə "gerçəklik", "Həyat", "dünya" kimi yaşananların adına bağlanır.
"X" nədir?
"İks"ı bizə tanıdan riyaziyyatdır, işi sayları və rəqəmləri idarə etməkdir ki, onunla çoxluq məsələsini həll edə bilirik.
İnsandaki, "iks" nədir?
İnsandakı "x" önun "özü"dür, içindəki bilinməyəndir, ona yaşadılanların yaşama istəyidir.
Əsl dərdə burdadır.
Hər kəsin "iks" ı - "öz"ü üzə çıxır. "Öz"ün özünü göstərməsi ilə üz üzəyik. "Virtuallaşma" "özü" ilə "mən"i arasındakı Olanın gizlədilməsi deyil artıq, Olanın görünməsidir.
Yaşananlardan öyrənmirik artıq, yaşanacaqları yaşayırıq.
Yaşanacaqlar isə hər kəsin içindəki "x"dır.
İndi isə "İks" nədirə baxaq,
Riyaziyyatın həyatımızın içində fəal hakimiyyəti islam düşüncə sahiblərinin sıralamaya ad verməsi ilə başlayıb.
"Şey" sayıları tanımaqdan ötrü əsas alınır və cəbrin əsasları bu "şey"lərin yerini tutması ilə sıraya düzülür. İspanlar bir zamanlar bu "şey"i öz yazlarında "x" olaraq işarələdilər, əlifbalarında isə bu hərfə "şe" dedilər. İspanlardan sonra fransızlar bu "şe"yı alıb, "iks" kimi oxudular.
İlon Maskların gəldiyi nöqtə "x"ın əsas alındığı nöqtədir.
Biz isə virtual dünyanın içində onlar üçün "x" deyilik, "öz"ümüzük, onlar üçün bizim içimizdə olan "öz"ün bilinməzliyini əsasdır ki, bu bilinməzlikdən doğacaq ayrılıqlar yeni "bizləşmə" dönəmini idarə edəcəkdir.
"Şeylərin ontologisi"nə dönüş və "şey"lərin yenidən həddlərinin çəkilməsi və rəsmləşməsi dönəminə keçiddəyik.
Bizim "x" dərdimiz yoxdur, "şey"lərin həddinin qoyulması dərdimiz isə dərddir.
"Şey"lərin rəsmləşməsi və rəsmiləşməsi dövrü keçmişdə qaldı.
Özün özü ilə danışa bilməməsi onun həyatla dalaşmasına dönür ki,
İndimizin halı budur.
İnsan ehtiyaclarından ibarət bir varlığdır,
Ehtiyacların sırası çoxdur, əsas ehtiyaclar isə barmaq sayısı qədərdir.
Həyat ehtiyacların üzərində qurulur və davam edir. Ehtiyacları idarə edən isə Elmdir. Elm isə əsas ehtiyacların hərəkət halını daima diri saxlayan tək ehtiyacdır.
Elm dedikdə burda bütün elmlərin birliyi nəzərdə tutulur. Elm daima birlikdədir və həyatı daha da rahatlaşdırmaqdan ötrü öz yerini digər ehtiyaclara vermədən davam etməkdə də israrlıdır.
Sovetlər İttifağı Elmin üzərində quruldu, 70 ci illərdən sonra Elmdən qopdu və onun acısını 80 ci illərin sonunda yaşadı,
Dağıldı.
Sovet İttifağı Elmin idarə edilməsini və Elmin ehtiyacdan sonrakı dönəminin harda durmasını təyin edə bilmədi.
Elm hicrət edəndir, onu bir yerdə saxlamaq mümkün deyildir,
Onu bir yerdə saxlayacaq Güc isə hələ də kəşf edilməyib.
Amerika bu gün Elmin mərkəzi iddiasındadır, həyatın bütün ehtiyaclarını verə biləcək gücə sahibdirmi?
Deyildir.
Elmin mərkəzi olmaq aid olduğun məkana ehtiyaclar təklif etməklə bitmir, bir də aid olduğun "məkanlaşdırılan dərəcələr"in halını da təklif etməkdə borclusan.
Məkan cisimləri maddələşdirirsə, "məkanlaşan dərəcələr" isə insanı aid edildiyi ruh halı ilə o dərəcəyə gətirə bilmək bacarığını bilməlidir. "Məkanlaşan dərəcələr" xalq ola bilər, millət ola bilər, kimlik ola bilər, bu işi görə bilən tək güc fəlsəfədir ki, Elmləri yalnız onun gücü ilə idarə etmək mümkündür.
"Dərəcə" fizikanın məsələsidirsə, eyni zamanda insanın da məsələsidir. "Biz hansı dərəcədə qaynaya bilirik?" Kim bu suala cavab verə bilər?
İnsandakı "dərəcə" məsələsi yenə də həyatın ehtiyaclarının əsasına dönüb.
"Dəyişən dərəcələr" dalğasında dəyişməyənin tanınması yenidən inşa ediləcək əsasın zəmini olacaqdır.
"Qızdırma dərəcəsindəki" sayığlama hələ ki, həyatın ən əsas ehtiyacıdır.
Bu da keçər.
Русские попали в беду,
С одной стороны Китай, с другой — Индия.
Исторические свидетельства рассказывают, как география этих двух стран привела к такому положению дел. Однако в истории, написанной людьми, эти следы невидимы. Образ жизни, мышление и язык Европы, которую мы знаем как Запад, несут в своей основе индийское наследие. Если говорить метафорически, европейцы — это «белые индийцы».
У тех, кого мы называем китайцами, есть след в мире — их братья-близнецы, тюрки.
Китай и Индия начинают смертельную войну за место главного центра силы в новом мировом порядке. Это и есть боль таких теряющих влияние игроков, как Америка, Европа и Россия.
Колесо политики вращается. Кто победит в мире, вышедшем из войны Китая и Индии?
Китай везде с «коммунизмом», Индия — с «националистической» политикой. Основные модели управления, кажется, будут перестроены вокруг этих двух основ. Ни либерализм, ни демократия, ни глобализм — эти концепции мертвы.
Китай хочет «множественности», Индия озабочена «единством». Эта война — основа тысячелетнего противостояния «Китай vs Индия».
Китай предлагает «власть большинства», Индия — «власть единства». Китай — мир «формы», Индия — мир «смысла». Остальные «миры» живут как пленники этих двух.
Россия — продолжение Индии; монголы тоже вошли в историю как продолжение Индии, но их эпоха закончилась. Россия сейчас переживает свой такой этап.
«Новый технологический мир» будет построен через противостояние «множественности и единства», распространяющихся из Китая и Индии.
Кавказ всегда был воротами в Индию. Китай не признает и не понимает Кавказ.
Коммунистическая партия Китая — последний наследник. После распада СССР многие республики перешли не под контроль России, а под управление КПК. Решения ЦК КПК, защищаемые партией, были выстроены на такой тонкой политике, что постсоветские республики превратились в исполнителей воли Китая.
У Народной партии Индии 180 миллионов членов.
Она у власти. Это самая мощная сила против Китая. Основой служит идеология «Хиндутвы» — индийского национализма.
Одна — «националистическая», другая — «коммунистическая»...
Европейская «Индия» — Америка — вот-вот уйдет из центра истории.
Тихая война между «национализмом смысла» и «формалистским коммунизмом» — это видимая «шахматная доска», где фигуры и игроки — беспомощные марионетки.
Если шахматист не видит доски, какая разница, играет он или нет?
Это и есть картина нашего времени. Я попытался её нарисовать.
"Dil riyazi fəza, düşünmə isə alğoritmik əməliyyatdır", deyir bizə süni intellekt.
Bu nə deməkdir?
"Jeton" sözünü çox az istifadə etdik, metroda bir zamanlar "jeton" var idi.
Önümüzdə olan bir alətə  "jeton"u atardıq və o bizə yolunu açardı. Oyun alətləri də bir zamanlar bu "jeton"larla işlərdi.
Hara getdi bu "jetonlar"?
Heç yerə getmədi, tam da hər yerdə yanımızdadırlar. İngilscə "token", bizə rusdan, onlara fransızlardan gələn "jeton" indi həyatımızda olan digital dünyanın əsasıdır.Digital, virtual dünya bu "jeton düşmələr"in hesabına işləyir.
Dili riyazi fəzaya çevirən əsas "jeton"lardır. Algoritmik əməliyyat isə bu jetonları statistik nümünələr əsasında biri birinə bağlayır.
Və axtardığımızı tapmağa kömək edir.
Statistik nümünələr təlimə dayanır və bu statistik nümunələr bizi istəyində olduğu proqrama çevirməyə cəhd edir.
"Jeton"lar maddi idi, "token"lər isə qeyri maddidir, Paranın qeyri maddi bir əsasa dayanması yeni bir kimliyin üzə çıxması deməkdir. Statistik məlumatların təlimləşməsi isə istifadə edənlərin kim olmasına Ad qoyacaqdır.
Bu Adı kim qoyacaq?
Hələ də bu Ad və adlar ortada deyildir,
"Bütün ölkələrin proletarları birləşin" deyən dünya, "Bütün ölkələrin kapitalistləri birləşin" deyən dünyaya məğlub oldu.
İndi yeni "Bütün ölkələrin xakerləri birləşin" dövrünü yaşayırıq.
"Süni intellekt"lə dərdim bitdi.
Hilari Lavson " Varlığın dili" kitabını 2023 də yazdı.Akademikləşən elmin bitdiyini və yenidən fəlsəfənin öz təməl suallarına qayıtması ilə hər şeyin təftiş olunmasını elan etdi. Fəlsəfənin dünyada durduğu yeri göstərən tək düşüncə sahiblərindən biri kimi bu ingilisin bir dərdi var,
O da Dildir.
Dildən xilas olmanın yollarını axtarır.
Dildən xilas olmaq nə üçün lazımdır?
Dil bizi öz həbsxanasında əsir saxlayır, deyir, onun qoyduğu sərhədləri aşa bilmirik.
Bu sərhədləri aşmaq üçün iki şeyi əsas alır,
"Abstrakt sənəti və şeiri".
"Söndürən dillə açılan dilin" arasındakı Şüurün tanınması üçün tək çarə budur deyir. "Open və chlose" - " aç və bağla" əmrləri ilə işləyən süni intellektin də dərdi dildir.
Mənim dərdim nədir?
Lavsonu oxumaq və tanımaq mənim dərdimdir. Lavsonu bilmədən yaşadığım dünyanın nə istədiyini bilmərəm.
Lavson yunan latın dili ilə formalaşmış bir svilizasiyanın gəldiyi son nöqtədir,
İngiliscələşən dünyada bir ingilisin açdığı məsələ insanlığın durduğu yerin bilinməsidir.
Nə siyasət, nə  ekonomi, nə də... heç bir vasitə bu yeri anlamaz və bilməz.
Bu mövzunu açan fəlsəfədir və onun məsələsi də insandır.
"İnsan və Dil" Hilarilərin gələcək dərdidir,
Öz dillərinin onları gətirdiyi son nöqtədəki halıdır.
Bu bizə aiddirmi?
Deyildir.
Bizim Dilin dilini açan Dindir, bağlanması mümkün deyildir.
Bizim "giriş və çıxış" dərdimiz yoxdur,
Bizim "çıxış və giriş" dərdimiz hələ də Dilin içindəki xəzinədir.
Biz "yandır, söndür" əmri ilə deyil "Ol" əmri ilə olanların şahidləriyik.
Dil isə bizim üçün Dindir.
İngiliscə danışıb, ingiliscə təlimləşən dostlara isə sözümdür,
Dil hamballığını buraxın, Hilari Lavsondan artıq ingilis ola bilməzsiniz,
Ticarət dili Elmin deyil, ehtiyacın dilidir.
Və Salam.
Biz neçə ərəb tanıyırıq?
Ərəblik bir həyat tərzidir, dəyişməz.
İslam ərəbə aid deyildir, ərəb islama aiddir,
Pers də islama aiddir, türk də islama aiddir.
Ərəbcə ərəbə addir, Quran ərəbcəsi isə Dilə aid deyildir, Dinə aiddir.
Dinin dili yoxdur, Din Bir bəyanı danışar, bu bəyan  bütün insanlar üçün birdir.
Dil dillər üçündür, Din isə Dillərdəki bəyandır, ərəbcə olsun, farsaca olsun, türkcə olsun, bu dillərin həddlərini qoyan Dindir, eyni deyildirlər, ayrı da deyildirlər.
Məsələm Ərəbdir, bu günün ərəbi.
Biz Ərəbi Dubay olaraq tanıdıq, sonra Qətər ərəbi gəldi, sonra Küyet ərəbi də gəldi.
İraq və Suriya ərəbini isə tanıyanlar Orda işləməyə gedənlər idilər, onlar sonradan biznes şəbəkələri qurdular. Misir ərəbi Azərbaycanı tanımadı, Azərbaycanlılara Əhzərdəki mədrəsələrdə Dini onlar oxutdular, Sovet Misir davamı bu ərəbin dərdi idi, Oman ərəbi Bakıya yalnız turist kimi gəldi, Yəmən ərəbi isə... heç Azərbaycan görmədi.İordaniya ərəbi, fələsin ərəbi, marokko ərəbi, əlcəzair ərəbi...
Bu qədər Ərəb içində keçmişimizdən günümüzə iki ərəb miras qalıb,
Biri Yəmən ərəbidir, digəri Şam ərəbidir.
Yəmən ərəbi ilə Şam ərəbi iki ayrı xəttdir və heç zaman bir yola gedə bilməyiblər.
Şam ərəbi ilə Yəmən ərəbi Azərbaycanı həm coğrafiya, həm də qapı edən bir kimlikdir, 1000 illik bir birgəlik keçmişimiz vardır.
Ərəbi tarixdən çıxaran türklərdir və türkləri o zamandan bəri ərəblər sevməzlər,
Cabiri kimi bir düşüncə insanı  türklərin islama qatılmalarını suqut kimi dəyərləndir və  "Ərəb ağılı"çöküşü kimi tanıdır.
Dərdim bu deyildir.
1000 ildən sonra biz yenidən ərəb Xilafərinin quruculuğunda Qapı kimi geosiyasi bir funksiyaya dönürük.
Xilafətin qayıdışını arzulayanlar "yeni ərəbçilik" adı ilə müsəlman kimlikləşməyə don biçməyə çalışacaqlar.
Rus müsəlmanlığı ilə ərəb müsəlmanlığının sintezi İslam adı ilə "müsəlmanlara vicdan, müsəlmanlardan isə itaət" dərsi öyrədiləcək.
Yediyi yerlə kirlətdiyi yeri bir görən ərəb həyatımızın içində artıq var və ona aid olan görüntünü hər yerdə izləyirik.
Zənginliyin və zövqün əlifbasını dünyaya öyrədən Ərəbin yenidən coğrafiyaya qayıdışı nə nəticə verəcək, bilmirəm,
Tarixdən alınan dərs budur ki, ərəbə yerini göstərmədikcə, ərəb həddini bilməyən ən sonuncu həddsizdir.
Bu həddsiniz dayandığı Güc həddsiz paradır,
Əməvilikdən miras qalan tək Silah budur.
Zaman bizi yenidən ərəblə görüşdürür,
Əməvi ərəbi həyatımızı "Dubaylaşdırmağ"la yenə coğrafiyamıza iddialıdır.
Belə bir dönəmi bir zamanlar yaşamışıq,
O zaman ortaya çıxan "türklük" kimlik deyildi, ərəbi tarixdən çıxardığdan sonra "türk" adlandı.
İndi isə "türk" bir kimlikdir, yeni dönəmə necə girəcək hələ bəlli deyildir,
Amma bilinən budur ki, türk və ərəb qarşıdurmasından çıxacaq dünya yeni düzənin içindədir, həddlərin görünməsi ilə hər şey öz yerinə düşəcəkdir.
Birinci və ikinci dil danışanlara son sözümdür.
"Diqlossiya" nədir?
İkidilliyin tanınması üçün qəbul edilmiş termindir.
"Standartazsion" nədir?
Qəbul edilmiş qanunların bir yerə gətirilib idarə edilən hala salınmasından yaranan termindir.
Hər ikisi Dil və Dillər üçün istifadə edilər.
Bu iki biri birinə zidd terminlər bizim həyatımızda tanıdığımız "Ləhcə" və "dil" ayrılığını bildirir.
Sovet elminin "ləhcə" olaraq tanıdığı dialektlər deyildir bu.
"Ləhcə" lisandan gəlir, müxtəlifliyin istifadə etdiyi fərqli fərqli səs və sözlərin birliyidir. Lisan isə qəbul edilmiş ortaq birlikdir.
"Azərbaycanca" Sovet üçün "ləhcə", Rusca isə "dil" olur bu nəzərin içində.
"Diqlossiya" və ikidillilik Sovetin əsaslarını təşkil edən ən vacib təməllərdən biri idi.
Standartlaşan Dil yazının məsələsidir, Diqlossiya isə rəsmi seçilən yazı üslübu ilə, rəsmi olmayan danışıqın münasibətlərinə qoyulan addır.. Biz buna "lori" dildə anlat, deyirik. Rusca standartlaşan Dil olaraq "ləhcələri" altına alıb, ortaq yazı dili formalaşdırdı.
"İkinci Dil" standartlaşan dil deyildir, standartlaşan dilin yanında ona xidmət edən ləhcədir.
Dil də təbiətin bir parçası kimi hərəkətə tabedir, olur, pozulur və yer dəyişir. Butün dillərin bu prosesi keçdiyini görə bilərik.
Yer dəyişmədən sonrakı mərhələ isə vacib bir faktordur,
Burda danışılan dilə müdaxilə əsaslı olursa, Dil ölür və münasibətlər qurma vasitəçiliyini onu səhnədən çıxaran Dilə tabe etdirir.
Diqlossiyanın məsələsi bütün dünyada uzun illərdən bəri ən ciddi araşdırmaların diqqətindədir.
Standartlaşan dilin qarşısında müqavimət göstərən ləhcə isə öz səhnəsini səs və görüntü məkanlarında göstərməyə başlayır. Bizim bayağı dediyimiz halın yaranmasının səbəbi budur. Standartlaşan dilə tabe olmayan "ləhcə" ya öz dil ailəsinə qayıtmalıdır ki, yenidən doğuluşunu bərpa etsin, ya da tabe olduğu dilin içində hərəkət gücünü itirdikdən sonra ölməlidir.
İndi gəldiyimiz və durduğumuz yeri Elmin dili ilə yazmağa çalışdım,
Ya standartlaşdırılanlardan, ya da diqlossiya tabeçiliyində seçimini etdikdən sonrakı həyatın quruculuğuna keçid edəcəyik.
Məsələ budur, dərd də budur.
Elm bilməyənlərin isə elm adına danışması bayağılaşmanın zirvəsidir.
Bu Misirli qadın Nilufer Haerinin "Müqəddəs dil, adi adamlar" kitabını tövsiyyə edirəm,
Düşünmək üçün.
Dinin dili  bir mərhələdə dondu,
Kimliyin dili ilə dinin dilinin arasına fərqli bir oxuyub yazma girdi və fərqli olan kitablaşdı.
Bu fərqli olan Elm adı ilə daima inkişafa istiqamət aldı, kimliyi birləşdirən "danışılan dil" avamların, Dinin dili Dini təmsil edən mollaların, yazıb oxuma bilənlərin dili isə Elm bilənlərin  dili kimi üç yerə ayrıldı.
"Rəsmi dil, xalq dili və din dili" həyatın içində hər biri öz yerini aldı.
İndi bu dərd modern dünyanın ən əsas məsələsidir,
Dil nəzəriyyəçiləri bu məsələni həll edə bilmirlər.
Təkamül nəzəriyyəçilərinin əsaslandığı Dil bədənin bir üzvü kimi fəaliyyətini ünsiyyət olaraq öyrədilən sayır, lunqvistlərin durduğları yer buradır.
Bunların qarşısında duran Homskinin nəzəriyyəsidir ki, ingilis dilini əsas alaraq nəzəriyyəsi ilə Dil təbiətə aid deyildir,
Bir tək İnsana aid bilmədiyimiz bir evolyusiyanın səbəbundən üzə çıxıb, səbəbini tapa bilmirik, amma bədənin neyronlaşdırılmış sirri kimi ciddi cəhdlərlə araşdırılır.
Dünəndəki Dillə yazıb oxuyanlar bu məsələni qəbul etməsələr də həyat hər anı ilə dəyişməyə doğru gedir.
Biz bu prosesdə iştirak edən deyilik, dərdlərimizin içində bu məsələ yoxdur.
Biz bədən ehtiyaclarımızın təqibçiləriyik.
Dil bir proqramdırmı?
Əgər bu məsələni həll edə bilsələr, ortaq bir Dil proqramı yaranmalıdır ki, o proqram bütün insanlığı özünə tabe edəcəkdir.
Bu proqram "yandır və söndür"ə bağlanmalıdır ki, Əmr gəldiyi zaman hər kəs bu proqramın parçası ola bilsin.
Din bu proqramın içindən ayrılıb, "itaət proqramı"na bağlanmalıdır. "Əmr proqramı" ilə "itaət proqramı"nın yükləndiyi məkan isə Əmri bir yerdən, itaəti başqa bir yerdən almasın deyə "Dil" in yenidən dilləşməsinə ehtiyac yaranıb.
Dilimizi girov götürən ruscanın dərdi də budur.
İngiliscə iş dilini tam olaraü zəbt edib, "dinin dili" klassık ərəbcə olaraq qaldığı yerdə mollalaşlb, düşünmənin dilinin isə dəyişmə təhlükəsi vardır,
Bunun qarşısını almaqdan ötrü Cümləmizin dəyişməsi ruscadan ayrılmanın qırılma nöqtəsi ola bilər.
Nə rusca, nə Rusiya dərdimiz yoxdur,
Məsələmiz "Cümlə"mizdir.
Hələ də "Cümlə"mizi rusca qururuq.
Homskinin "Cümlə"ləri araşdıran təcrübələri bütün dünyada ən vacib elm müstəvisindədir.
İngilislər Hamletin "Olum və Ölüm" məsələsini "Yandır və Söndür"ə tətbiq etməyə çalışırlar
Ruslar isə hələ də Potebniya və Vinoqradovda dayanıblar.
Gələcək gələcək olanın işarətlərini oxuya bilənlərindir.
Bu qədər.
Fəlsəfə ilə tanışlığımız nə zamandan başlar?
Fəlsəfə ilə tanışılıq alimlərin və elm yolunu seçənlərin işi idi.
Füzuli belə fəlsəfə yazır, amma bu yazdığı oxuduğları ilə özü arasındakı məsələnin müəyyən olunmasıdır.
Onlar fəlsəfə ilə məsələlərini həll etmişdilər, belə bir dərdləri yox idi.
Avropa yenidən fəlsəfəyə qayıtdı və fəlsəfə üçün yeni dil inşa etdi. Elmin fəlsəfə ilə yolu yeni təkliflə ayrıldı.
Bu başqa bir mövzudur, biz bu prosesə necə qoşulduq sualıdır, məsələm.
Axundovla başlayan  komediya səhnəsinə bir də Axundovçu fəlsəfə müdaxilə edir. Axundov fəlsəfənin məsələlərini anlamadan, oxuduğları ilə yaşananların müqayisəsini tanıtmağa çalışır.  İran dekabristliyinə iddialıdır.
"Fəlsəfə"nin  Bakıya tam olaraq girişi 1945 dən sonradır. Tarixin içində bir bölüm olaraq gənclərə marksizim-leninizm fəlsəfəsinin əsaslarını öyrətmək məqsədi ilə gəlir. Heydər Hüseynov isə marksizm-leninizmin əsasları üzərində yazıb oxuya bilən tək nümünə,
"Fəlsəfə"nin daşıyıcı atomu isə Aleksandr Makovelskidir.
Makovelskinin fəlsəfədəki məsələsi də Sokrata qədərki atomistlərdir. Makovelskinin yanında formalaşanlar isə sonradan Akademiya və fəlsəfə kafedralarının içində təbliğat və təşviqat üçün fəlsəfə yazanlar olacaqdılar.
Böyük əksəriyyəti Akademik olmuş bu insanlardan miras qalan o zamanlar milyon tirajlarla buraxılan kitablar indi ancaq makulatura dəyərindədir.
Bu akademikləşən fəlsəfəçilərin əsas dərdi isə sosializm, fəhlə, kəndli, ictimai, kapitalist, din, qalıqlar və dindir. Yeni insanın formalaşması üçün bu mövzuları əsas alıb, yazanların qarşısında isə Əlyazmalar İnstitutu və Şərqşünaslığ fakültəsi kimi mənbələrlə işləyən İrandan mühacir olaraq Sovetlərə sığınmış fərqli gənclərdir. 
Bu gənclərin tarix və fəlsəfə dərdi ideologinin onlara açdığı yollarla "xidmət"in dərəcəsinə görə müəyyən olunardı.
Moskva Unversitetlərindən isə Bakıya fəlsəfə oxuyanlar içindən bir tək Asif Əfəndiyev gəldi ki, oxuduğu Hegelin təsirindən çıxa bilməyib, azərbaycanlaşdırılan Hegel ola bilməyib, Asif Ata kimi divanə mütləqçiyə döndü.
Bu gün Azərbaycan coğrafiya və kimlik olaraq dünyanın parçası olsa da, ölkədə əskik olan "fəlsəfə və dil" hələ də 1945 ci ildən sonra formalaşan atomçuların qəlpələridirlər.
Tərcümlər, kitablar, videolar, yazılar çoxluğunda "çoxbilmişlik"dən çıxış axtarmaq cəhdi əbəsdir.
"Çoxbilmişlik" atomçu yunanlardan sonra gələn "sofist"likdir. "Sofist" hər şey sözdə və dildə həll edə bilərəmlə çox yaşamadılar,
Fəlsəfə onları bitirdi.
Makovelskinin atomçuluqu ilə başlayan və sofistləşən düşüncəni fəlsəfə ilə xilas edə bilərikmi?
Bu zamanın məsələsi deyildir, bizim məsələmizdir.
"Cavaba dönən ömür" fəlsəfənin başlanması deməkdir.
Fəlsəfə suallar çoxluğundan çıxan tək cavabların yaşanmasıdır.
O tək cavablar olmadığca birlik olmayacaq.
Cavab olan ömürlər, sovetlərin sütünü sayılan Firudin Köçərli, Əddun Şakirzadə, Məqsəd Səttərov, Zakir Məmmədovdan nə fəlsəfə, nə də kitab qaldı, Makovelskidən isə muras qalan "fəlsəfə tarixi" hələ də yaşayır.
Fəlsəfəni "fəlsəfə tarixi" olaraq oxuyan çoxbilmişlər isə hər yerdə fəlsəfə adına Makovelskinin dərslərini danışırlar.
Bu da keçər.
Vatikanın həyətindəki uşaqlar böyüdülər,
Amerikanın yeni həyati Vatikanın həyətində böyüyən uşaqların əlindədir.
Yeni dünya bu uşaqların həyətdəki davranışlarının dövlətləşməsini tələb edir.
"Həyət, küçə, məhəllə, kvartal"dan Dövlətə yeni yol yeni Respublikanın tək çarəsidir, deyir Patrik Deneen.
Patrik Deneen yeni Amerikanın fəlsəfəsini yazan "küçə uşağı"dır. Yunan Odiseyasın günümüzə gətirib yeni Odiseyanı yazan adamdır. Vaşınqtonu sevməz, mühafizə edilən yerdə mühafizə edənlərin dünyasını dağıtmadan yeni dünya qurulmaz, deyir.
Fermer şairi yeni şəhərin qəhrəmanı seçir və lokal(məhəlli) olanın əsasında dayan camaatlaşmanı Avropanın qurduğu sivilizasiya üçün çıxış nöqtəsi hesab edir.
Ceyms Vens Münhen konfransında Avropaya meydan oxuyan bir tezisləri ortya qoydu. Bu tesizlərin bütünü Patrik Deneene aid idi. Avropa susdu. Politika ilə qurulan Polis iflasa uğradı, təklif etdiyiniz "Respublika" ailə, cəmiyyət, şəxs, şəxsiyyət münasibətlərini tənzimləmə gücündə deyildir, sizin fəlsəfəniz sizin olsun, bizə fəlsəfə deyil, Kütlə Dövlət modeliniz çürümüş, işlənməz bir hala düşübdür.
Çəklin qarşımızdan, biz sizə Tanrı Dövlətinin Yerləşdiyi Dua mərkəzlərindən səslənirik, deyirlər,
Tanrı Dövlətinin yerləşdiyi yerlər isə məhəllələrdə, küçələrdə, həyətlərdədir. Yeni birgə yaşayış modeli "hücrələrdəki hüceyrələrin fəaliyyətinin tənzimlənməsi ilə başlayacaqdır, bəyanı da onlara aiddir.
Patrik Deneen mənim və yaşıdlarımın yaşıdıdır. O Amerikada, biz Sovetlər İttifağında son 40 ildə yaşananlara şahidik. Manifesti və yazıları ilə bizim də bərabər oxuduğlarımız və yaşadığlarımızın nəticəsidir.
Yazdığı esseləri oxuduğca gəldiyim nəticə bu oldu ki,
"Eksodos"u, çıxış nöqtəsini müəyyən etmənin necə bir zaman üzə çıxardığını həyat bizə hər an göstərir və şahid edir.
Çıxış olmayan cəmiyyət təməli çürümüş bina kimidir, onu saxlamaqdan ötrü yanlarına vurulan əlavlələr onun çürümüş təməlini dəyişə bilməz, tək çarə yanlarına söykənən dirək olaraq saxlar.
"Dirəklərin hansı daha möhkəm olacaq?", dayanmanın ömrünü uzatmadan başqa bir işə yaramayacaqdır.
yeni Amerika yeni dirəklərin söykəndiyi fəlsəfənin sonudur,
Fəlsəfənın bitdiyi yerdə Dinin həyatı başlar, həyata düzəni din verməlidir ki, həyat həyəti qura bilsin.
Dinin idarə olunması məsələsi isə çox çətin bir sualdır.
"İdarə olunan Din"dən yeni Amerika açılacaqmı, yaşayıb, görəcəyik.
Həyətdəki, küçədəki, məhəllədəki, kvartaldakı uşaqların dönəminə xoş gəldik.
Şura höküməti qarşısında bir tək düstürü özü üçün əsas aldı,
"Yalanla mübarizə".
Sinfi mübarizənin keçmişlə qarşılaşmasındakı tək çıxışı budur.
"Yalan" Sinfi mübarizənin insanlar arasındakı münasibətlərdə tam yeni icadıdir. Yalanın Düşmənə çevrilməsi dünyada o tarixlərə qədər yaşananların yenisi oldu.
Yalan düşmənə çevrildi.
Keçmiş olaraq yaşanan təcrübələr içində Yalan həyatın içində var, amma heç bir dönəmdə mərkəzdə deyil. Sarayda yalan şəxsə aiddir, həyatda da. Lətifələrdə yalançı yaşar,  dillər də yalan tanınar, yalan küncdə bucaqda gəzər, ortada olmazdı.
Böyük anlamda həyat təcrübələrində yalan hərəkətdə görünsə də, Hakimiyyət və siyasətdə Yalanı görə bilməzdik.
Sinfi mübarizə yeni kimliklərin yaranması ilə nəticələr qazandığca Sinifləşmədə yeni Siniflər dünənlə mübarizəsini necə qurmalı idi?
Siyasətin işi Yalandır və Yalan üzərində qurula bilər düstürü sinfi mübarizənin əsasına döndü.
Siyasət yalan üzərində Yalan dünya qurmağa başladı.
Və dünya iki qütbə bölündü,
Yalan və Oyun siyasətin ən əsas idarəedici gücünə çevrildi.
Sovet hakimiyyəti siyasətdə Yalanı, kapitalist dünya Oyunu əsas alıb, öz dünyalarını qurmağa müəffəq oldular.
20 yüz il bu iki əsas üzərindən qurulan dünyalar olaraq 21 ci yüzin dərdidir.
Sovetin dərdi "yalanla mübarizə" dedim,
Yalan Sovetin düşməninə döndü dedim,
Nədən?
Sovet indiki zamanla gələcək zamanı birləşdirə biləcək tək çarənin Siysətin İndiki zamana çevrilməsini əsas aldı.
"Siyasət indiki zaman, Həyat Gələcək zaman",
Kapitalist dünya "Siyasət keçmiş zaman, Oyun gələcək zaman" düstürü ilə münasibətlər qurdu.
Sovet keçmiş zaman Yalandır, biz indiki zamana uyğun keçmiş zaman yazmalıyıq ki,
Kommunizm gəlsin.
Sovet insanı təbii bir süni intellekt hazırlığı üçün əsas hazırladı.
Süni intellekt tam bir Sovet İnsanıdır,
Hər şeydən xəbəri və məlumatı olan adam Sovetlərin icadıdır, nəticə isə Süni intellektdir.
Yalanla mübarizədən alınan nəticə Sovet İnsanını "Yalan dünya"nın vətəndaşına döndərdi.
Yalanla qarşılaşma qədər təhlükəli bir təzahür yoxdur,
Yalanı ortadan qaldıracaq tək güc Oyundur.
Oyun yeganə çarədir ki, orda yalana yer yoxdur.
Keçmişlərini gələcək olaraq qorumaq istəyən Qoca ilə Qarı rəsmi çıxdı qarşıma.
Nə o qoca dərdimdir, nə də onun qarısı.
Dərdim keçmişlərini gələcək olaraq qorumaq istəyənlərdir.
Keçmişin gələcək olaraq qorunması ya  tarix üçündür, ya da hafizə üçün.
Tarix üçün keçmiş qoruyanlar Tarixin dəyişməsindən qorxarlar,
Hafizə üçün keçmiş qoruyanlar isə nəticənin nə olmasını bildikləri üçün qorxunu deyil, işarəni göstərərlər.
Tarixdən bir sürü seçilmiş hekayə var ağlımızda, hafizədən isə bir atalar sözü nəyin nə olmasına işarə edib, mahiyyəti açıqlayır.
Dərdim qoca deyil, "küpəgirən qarı"dır.
"Küpəgirən qarşı" bir zamanlar Nizaminin də dərdi idi.
Küpə girmək nədir?
İskəndəri səfərlərinin birində Nizami bu küpə girənlərlə görüşdürür. Küpə girənlərin məmləkətində Kəlləyə sitayış edilir. Bir Baş sümüyünə sitayış edilən məmləkətdə küpə girilib, gələcəkdən xəbərlər alınır.
Və o məmləkətin adamları hər biri öz küpündən alınan səslə gələcək üçün yaşar.
Güncut yağına salınmış bədən küpün içində qalır, 40 gündən sonra baş kəslir və kəllə olur, hər kəsin evində bir kəllə saxlanılır. Bu kəlləni bir  döyüb, gələcəkdə olanları öyrənirlər.
İskəndər başa sitayiş edənləri kəllələri sındıraraq xilas edir.
Hər evdə bir kəllə saxlayıb, qoca qarılığ edənlərin xəbərini Nizaminin üstündə kimsə hekayələşdirə bilmədi,
Nizami də bu kəllələri İskəndəri ilə qırdı.
Kəllə tarixin məsələsidir, Baş hafizənin.
Güpəgirənlərin dərdi bitməz, Başın kəlləyə dönməsinin qarşısında olanlara salam olsun.