Nensi Pelosinin İrəvan səfəri ABŞ-ın regional siyasət kontekstində
Erməni mediası Nümayəndələr Palatası (NP) spikeri N.Pelosinin səfərini Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginliklə əlaqələndirirlər. Lakin təşkilatçıların etirafına görə Pelosinin Ermənistana səfəri bir neçə ay qabaqdan planlaşdırılmışdır. Buna görə də səfər və şərti sərhəddə toqquşma hadisələri arasında səbəb-nəticə əlaqəsi düzgün tərzdə təqdim edilməlidir: səfər sərhəd toqquşmasının nəticəsi yox, mümkün səbəblərindən biridir.
Hərbi təxribatın Qarabağda yox, Ermənistan-Azərbaycan sərhədində baş verməsi, Ermənistanın Azərbaycanı “Qətiyyətli cavab” əməliyyatına təhrik etməsi, Fransanın hal-hazırda sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasında (TŞ) sədrliyindən istifadə edərək məsələni TŞ müzakirəyə çıxarması, Ermənistanın rədd cavabını alacağını bilə-bilə KTMT-yə hərbi yardım üçün müraciət etməsi, Paşinyanın Putin və Ərdoğanla görüşməmək üçün ŞƏT Səmərqənd sammitinə getməməsi, spiker A. Simonyanın atəşkəsin əldə edilməsində aparıcı rolun ABŞ-a məxsus olması və Ermənistanın digər ölkələrdən silah alacağına dair bəyanatları - bir-birinin ardınca baş verən təsadüfi hadisələr zənciri deyildir. Bütün bunlar anti-Rusiya əhval-ruhiyyəsini yaradaraq, Ermənistanın üzünü Qərbə tərəf çevirməyi nəzərdə tutan xüsusi əməliyyatın tərkib hissələridir.
Bununla belə vurğulayaq ki, N.Pelosinin Ermənistan səfəri ABŞ qanunvericiliyinə görə əhəmiyyətli bir səfər hesab olunmur. NP sədrinin daxili siyasətdə rolu olduqca böyükdür. Partiya təşkilatına sədaqət, partiya rəhbərliyi və partiya xətti ilə səsvermə də Senatdan daha çox NP-da müşahidə olunur. NP spikeri prezident kürsüsünə sırada ikinci yerdə dayansa da, ABŞ tarixində heç bir spiker hələ bu yolla prezident seçilməyib.
Buna rəğmən xarici siyasətdə istər spiker, istərsə də Konqres çox məhdud rol oynayır. Ali Məhkəmənin 1936-cı il tarixli qərarına əsasən (“U.S. s. Curtis-Wright Ex. Co.” adlı məhkəmə işi), xarici siyasətdə əsas funksiya Prezidentə məxsusdur. Bu səbəbdən N.Pelosinin Ermənistan səfəri praktiki cəhətdən İrəvana faydası şübhəli görsənir: spiker ABŞ adından müqaviləyə imza ata və ya Ermənistana kredit verə bilməz, spiker İrəvana hərbi yardım vəd edə, Azərbaycanı isə sanksiyalarla hədələyə bilməz, spiker hətta Konqresdə qanun aktlarının qəbul edilməsinə belə zəmanət verə bilməz, beləki istənilən akt qüvvəyə minmək üçün mütləq sürətdə ABŞ prezidenti tərəfindən imzalanmalıdır.
Pelosi erməni kokusunun çoxdanki üzvü olsa da, erməni lobbisi tərəfindən irəli sürülən təşəbbüslərin əksəriyyətində iştirak etmir. Amerika Erməniləri Milli Konqresinin (ANCA) məlumatına görə Pelosi 114-cü konqresdə (2015-2016) heç bir təşəbbüsü dəstəkləməyib, cəmi bir dəfə qondarma erməni “soyqırımının” Kapitolidə keçirilən xatirə tədbirində iştirak etmişdir. 115-ci konqresdə Pelosi erməni diasporunun dəstəklədiyi 20-dən artıq təşəbbüsdən yalnız birinə - Türkiyə ilə bağlı qətnaməyə dəstək vermişdir. 116-cı konqresdə dəstək yalnız “(qondarma) Erməni Soyqırımı Qətnaməsi”nə, 117-ci, yəni cari konqresdə isə “Armenian Genocide Education Act” daxil olmaqla erməni lobbisi tərəfindən irəli sürülən heç bir vacib təşəbbüs N.Pelosi tərəfindən dəstəkləməmişdir. Vurğulayaq ki, 2017-2018-ci illərdə N. Pelosi hətta Azərbaycanla əlaqəli lobbi təşkilatlarla iş birliyində şüphəli bilinirdi. Azərbaycan və Türkiyə ilə əlaqəli lobbi təşkilatları ilə işləyən (N.Pelosi daxil) parlament üzvlərinin adları “Barbour, Griffith & Rogers Group” şirkətinin hesabatında dərc edilmişdir.
Səfər həmçinin ABŞ-dakı erməni seçicilərinin demokratlar partiyasının ətrafında konsolidasiyasını hədəfləyir. Tarixən Ağ Evə sahib partiya növbəti ara seçkilərində adətən məğlub olur. Hal-hazırda prezident C.Baydenin reytinqləri 50%-dən aşağıdır. Ekspertlər demokratlar partiyasının ara seçkilərdə bir və hətta iki palatanı itirə biləcəyini proqnoz edirlər. Seçkilərdə respublikaçılar partiyasının qələbəsi ermənilərin demokratlar partiyasının nəzarəti altında olan və Ermənistana xoş münasibət bəsləyən Ağ Ev və Konqres haqqında xəyallarını tezliklə dağıda bilər.
@cssc_cqtm

👍44
Amerikanın Cənubi Qafqaz strategiyası I hissə
Bəyənin və paylaşın
Daha ətraflı: https://www.youtube.com/watch?v=7NZ8s_lhIAo

👍10
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən “Diqqət Mərkəzi” verilişində “Rusiya Ermənistanı cəzalandıracaqmı?” mövzusu ətrafında müzakirələrdə iştirak edib.
Daha ətraflı: https://www.youtube.com/watch?v=DEzEhztrRY4

YouTube
Rusiya Ermənistanı cəzalandıracaqmı? | Murad Hüseynovla Diqqət Mərkəzi
👍8
𝐀𝐦𝐞𝐫𝐢𝐤𝐚𝐧ı𝐧 𝐂ə𝐧𝐮𝐛𝐢 𝐐𝐚𝐟𝐪𝐚𝐳 𝐬𝐭𝐫𝐚𝐭𝐞𝐠𝐢𝐲𝐚𝐬ı 𝐈𝐈 𝐇𝐢𝐬𝐬ə
Bəyənin və paylaşın
Daha ətraflı: https://www.youtube.com/watch?v=F4WU2nLqK9Y

Amerikanın Cənubi Qafqaz strategiyası II Hissə
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakı şəhərində yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda gedən siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır.
#cqtm #cssc #trend #azərbaycan #usa #southcaucasus…

👍2
ABŞ-da aralıq seçkiləri: ümumi mənzərə
I hissə
Aralıq seçkilərində (midterm elections) Konqresin 435 üzvü, Senatın 1/3 hissəsi, bir çox ştatların qubernatorları və qanunverici orqanının üzvləri və şəhər merləri seçilir. ABŞ-da konqresmen və senatorların prezident və ya partiyaya loyallığı başqa ölkələrdə olduğu qədər yüksək deyil. Adətən Konqres liderləri və ya Prezident partiya üzvlərinin dəstəyini təmin etmək üçün onlarla şəxsən görüşməli olur. Konqresin palatalarına nəzarət siyasi gündəliyə nəzarət deməkdir. Nəzarət həm də qalibə Konqresin daimi və xüsusi komitə sədrlərini seçmək hüququnu verir.
Aşağı Palatada hər bir ştata ən azından bir yer zəmanət verildiyi halda digər yerlər 10 ildən bir keçirilən əhalinin siyahıya alınmasının nəticələrinə uyğun müəyyənləşdirilir. Praktikada bu ona gətirir ki, az əhalili Alyaska 1 yerlə, ən çox əhalisi olan Kaliforniya isə 53 yerlə təmsil olunur. Senat ştatların bərabərlik prinsipinə əsaslandığına görə həm Alyaska, həm Kaliforniya Yuxarı Palatada 2 senatorla təmsil olunur. Seçkilər əksər ştatlarda birmandatlı dairələr sisteminə əsaslanıb, ən çox səs toplayan şəxsin qalib olmasını nəzərdə tutur. Cəmi 11 ştatda qalib gəlmək üçün sadə səs çoxluğu kifayət etmir və əlavə seçki turlarının keçirilməsi tələb olunur.
Müşahidələrə görə növbəti aralıq seçkilər çox gərgin keçəcəkdir. Bayden Trampı “demokratiyaya təhdid”, radikal baxışlı respublikaçıları “yarı-faşist”, Tramp isə Baydeni “dövlətin düşməni” adlandırır. “Gallup” mərkəzinin iyun sorğusuna əsasən, qeydiyyatdan keçmiş seçicilərin cəmi 53%-i Konqresdə onları təmsil edən nümayəndənin yenidən seçilməyə layiq olduğunu deyir. 41% seçici yeni namizədin seçilməsini vacib sayır. Tarixən, Ağ Evdə prezidentlik edən təmsilçinin partiyası ara seçkilərdə adətən məğlub olur. Məğlub olma ehtimalı ilk prezidentlik müddətində prezidentin cəmiyyətdə dəstəyinin 50%-dən az olması şəraitində daha da yüksəlir. May sorğusuna əsasən, amerikalıların 41%-i Baydenin, 18%-i isə Konqresin fəaliyyətindən razıdır. İyun sorğusunda cəmi 33% respondet Baydenin yenidən seçilməyə layiq olduğunu bildirmiş, 31% seçici isə ümumiyyətlə ara seçkilərində səslərini “Baydenin əleyhinə” verəcəklərini bildirmişdir.
“Pew Research”-in avqust araşdırması iqtisadiyyatın (77%) aralıq seçkilərə təsir edən aparıcı faktor olduğunu müəyyən etdi. İqtisadiyyatın ardınca seçiciləri silahlara nəzarət (62%), cinayətkarlıq (60%), abortlar (56%), enerji siyasəti (53%) və xarici siyasət (45%) problemləri maraqlandırır. Sıralamada partiya mənsubiyyəti aparıcı faktordır: respublikaçılar üçün mühüm problemlər iqtisadiyyat (90%), cinayətkarlıq (69%), miqrasiya (66%), xarici siyasət (54%), silahlara nəzarət (52%), təhsil (52%) və enerji siyasəti (51%) olduğu halda, demokratlar səhiyyəni (77%), silahlara nəzarəti (71%), abortları (71%), iqtisadiyyatı (67%), iqlimi (66%), təhsili (64%), enerji siyasətini (56%), etnik-irqi problemləri (54%) və kriminalı (52%) əsas problem hesab edirlər.
Partiyalar fərqli seçki siyasəti aparırlar. Respublikaçılar Trampın populyarlığından, Baydenin isə aşağı reytinqlərindən istifadə edərək, imkan daxilində hər iki palataya sahib olmaq istəyirlər. Demokratların siyasəti daha qəlizdir. Aşağı reytinqlər onları təhlükəli 2012-ci təcrübəsinə qayıtmağa məcbur edir. Hazırda demokratlar Pensilvaniya ştatında ultra-sağ baxışlı D.Matrianonun, Arizona ştatında isə K.Leykin qubernator vəzifəsinə namizədliyini dəstəkləyirlər. İllinoys ştatında demokrat-qubernatorlar assosiasiyası respublikaçı namizədin reklamına $35 milyon, Miçiqanda isə $435 min xərcləyiblər. Demokratlar ümid edirlər ki, qərarsız seçicilər və mülayim respublikaçılar radikallara səs verməkdən çəkinib, demokrat namizədə səs verməyə üstünlük verəcəklər.
Bu seçkilərin nəticələri hazırkı administrasiyanın dayanıqlı, ardıcıl və müxalifətin təzyiqi olmadan xarici siyasət yeridə bilmə imkanlarına birbaşa təsir edəcək. Ona görə də bütün dünya dərin qütbləşmiş hazırkı ABŞ reallığında bu seçkilərin nəticələrini diqqət mərkəzində saxlayır.

ABŞ-da aralıq seçkiləri: ermənipərəst qrupun mövqeləri
II hissə (I hissə)
Qarşıdan gələn Konqres seçkiləri təkcə ABŞ üçün deyil, o cümlədən Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edir. Seçkilərin region üçün vacibliyi erməni diasporunun əsas gücünün məhz Konqresdə cəmlənməsi ilə şərtlənir. Hazırda Konqresdəki erməni qrupu 4 həmsədr, (Q.Bilirakis, F. Pallone, C. Şpeyer, D. Valadao) bir vitse-sədr (Adam Şif) və Konqresin (NP) sədri N. Pelosi daxil 124 üzvdən ibarətdir. 535 üzvdən ibarət Konqresin 123 üzvünün (N. Pelosi xaric) erməni qrupuna aid olması ABŞ parlamentinin təxminən ¼ hissəsinin ermənipərəst deputatlardan ibarət olması deməkdir.
Konqresmen və senatorların erməni qrupuna üzvlüyü siyasi səbəblərdən şəxsi motivlərə qədər fərqli amillərlə şərtlənir. Əksər ştatlarda seçkilər birmandatlı dairələr sisteminə əsaslanıb, ən çox səs toplayan şəxsin qalib olmasını nəzərdə tutur. Konqresdə ştatlar üzrə bölgü əhali prinsipinə əsaslandığına görə ən çox əhalili Kaliforniya ştatı 53 nümayəndə ilə təmsil olunur. Bildiyimiz kimi, Kaliforniya ABŞ-da ermənilərin ən çox sayda yaşadığı və güclü olduğu ştatdır. Kaliforniyadan başqa ermənilər Massaçusets, Nyu-York, Nyu-Cersi və Florida ştatlarında da kompakt yaşayırlar. Erməni qrupunun 2 həmsədri (C. Şpeyer və D.Valadao) və vitse-sədri (A. Şif) Konqresdə Kaliforniya ştatını təmsil edirlər. Digər iki sədr, Q. Bilirakis və F. Pallone isə ermənilərin kompakt yaşadıqları Florida və Nyu-Cersi ştatlarını təmsil edirlər. Konqres və Senatın xarici əlaqə komitələrinin sədrləri Q. Miks və R. Menendez də erməni qrupunun üzvləri olub, Konqresdə ermənilərin kompakt yaşadıqları Nyu-York və Nyu-Cersi ştatlarını təmsil edirlər. Ekspertlərin müşahidələrinə əsasən seçki dairəsini və ştatı Konqresdə layiqincə təmsil edən konqresmen və senatorun yeni seçkilərdə seçilmə şansları 90% təşkil edir. Bu səbəbdən adı çəkilən şəxslər Ermənistan gündəliyini hətta ABŞ-ın milli maraqlarına zidd olsa belə irəli çəkməyə çalışırlar.
Konqresmen və senatorların ermənipərəstliyində şəxsi motivlər də böyük rol oynayır. Məsələn, R. Menendezin həyat yoldaşı etnik erməni və erməni diasporunun aktiv üzvlərindəndir. C. Şpeyerin anası 1915-ci il hadisələrindən sonra ABŞ-a köç etmiş erməni immiqrantıdır.
Demoqrafiya və şəxsi motivlər erməni qrupu ilə qarşılıqlı əlaqələrin əsasında dayanır. Nümayəndənin seçildiyi seçki dairəsində erməni seçicilərinin sayı nə qədər çoxdursa bir o qədər də erməni gündəliyi daha aktiv müdafiə ediləcəkdir.
Təsadüfi deyildir ki, erməni seçicilərin çox olduğu dairələri təmsil edən nümayəndələr ermənipərəst aktların (“Erməni Soyqırımı təhsil aktı”, erməni hərbçilərinin azad edilməsi qətnaməsi, dövlət büdcəsində Ermənistana yardım aktları) leyhinə səs verirlər. Belə dairələrdən olan nümayəndələr Azərbaycan və Türkiyəyə qarşı aktların da (Türkiyəyə dron texnologiyalarının ötürülməməsi, F-16 qırıcılarının satılmaması) leyhinə həvəslə səs verirlər. Nümayəndənin seçildiyi dairədə erməni seçicilərin az olması erməni gündəliyinin irəli çəkilmə aktivliyinə də təsir göstərir. Məsələn, Konqresdə xarici əlaqələr komitəsinin sədri Q. Miks Ermənistana yardım aktlarının leyhinə səs versə də Türkiyə-ABŞ hərbi əməkdaşlığına xələl gətirə biləcək aktları dəstəkləməmişdir. Konqresin maliyyə xidmətləri və büdcə komitələrinin sədrləri M. Voters və C. Yarmut, habelə Senatın Silahlı Xidmət Komitəsinin sədri C. Rid isə ümumiyyətlə ANCA tərəfindən Azərbaycan və Türkiyə lobbisi ilə əməkdaşlıqda ittiham edilir.
117-ci Konqresdə ermənilərin mövqeləri olduqca güclüdür. Konqresin xarici əlaqələr komitəsinin (Q. Miks), kəşfiyyat üzrə xüsusi komitəsinin (A. Şif) və Senatın xarici əlaqələr komitəsinin (R. Menendez) sədrləri erməni qrupunun üzvləridir.
Ekspertlərin əksəriyyəti demokratlar partiyasının növbəti aralıq seçkilərində Konqresi itirə biləcəyini proqnozlaşdırır. Demokratların aralıq seçkilərdə məğlub olması adı çəkilən komitə sədrlərinin öz vəzifələrini itirməsinə və erməni diasporunun ABŞ xarici siyasətinə təsirinin zəifləməsinə gətirib çıxara bilər.

👍16
Nəqliyyat dəhlizləri IV hissə
Şərq-Qərb dəhlizi-potensial imkanlar
2022-ci ilin ilk 7 ayı ərzində ölkəmizin ərazisindən keçən Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə 18 min 787 TEU konteyner daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 57% çoxdur.
Ətrafda nə baş verir?
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dünya okeanına çıxışının olmaması mövcud dəhlizlərin şaxələndirilməsini hər zaman aktual edib. Özbəkistanın təşəbbüskarı olduğu “Asiya-Sakit okean ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa” beynəlxalq multimodal nəqliyyat marşrutu 2019-cu ildə yaradılıb. Hazırda dəhliz vasitəsilə Çinin Kaşqar şəhərindən Qırğızıstan-Özbəkistan sərhəddinə qədər avtomobil yolları, Özbəkistan və Türkmənistanda dəmiryolları, Türkmənistan-Azərbaycan hissəsində Xəzər üzərindən bərələrlə və daha sonra Bakı-Tblisi-Qars dəmiryolu və Gürcüstan limanlarıyla Avropaya yüklər daşınır.
Bu marşrut üzrə daşımaların həcmi 2022-ci ilin ilk 7 ayında 5% artıb. Belə ki, bu marşrutla 2022-ci ilin ilk 7 ayı ərzində 9 min 389 TEU, 2021-ci ilin ilk 7 ayında isə 8 min 950 TEU olub konteyner daşınıb. Ümumulikdə, 2021-ci ildə daşınan yüklərin həcmi 12 min 203 TEU olub. Marşrut yeni olsa da konteyner daşımalarında artan dinamikanı müşahidə edilir. Marşurt çərçivəsində Multimodallığı minimalaşdırmaq üçün Çin-Qırğızıstan-Özbəkistan arasında dəmiryolu layihəsi üzərində işlər gedir.
Özbəkistan-Qırğızıstan-Çin marşrutu
Karasu-Kürşab-Torugart-Kaşqar dəmir yolu layihəsi artıq 30 ildir ki, müzakirə olunur. Bu dəmir yolun ümumi uzunluğu 268,4 km olmalıdır. Layihəyə 48 tunel, 95 körpü, 5 piyada və 4 dəmir yolu stansiyasının tikilməsi də daxildir. Planlaşdırılan yük dövriyyəsi ildə 15 milyon tondur. Yol dəniz səviyyəsindən 2000-3600 metr yüksəklikdən, çox sayda çaydan və dağ silsiləsindən keçməlidir. Layihə 2010-cu illərin əvvəlində təxminən 7 milyard dollar məbləğində dəyərləndirildi.
Özbəkistan-Əfqanıstan-Pakistan-Məzari-Şərif-Kabul-Pişəvar dəmir yolu
Özbəkistan-Əfqanıstan-Pakistan-Məzari-Şərif-Kabul-Pişəvar dəmir yolunun tikintisi layihəsi isə Mərkəzi Asiya ölkələrinə Hind okeanı sahilində yerləşən Karaçi limanına çıxış imkanı yaradır. Özbəkistan mütəxəssislərinin ilkin hesablamalarına görə, Məzari-Şərif-Pişəvər xətti 760 km uzunluğunda Pakistana çəkiləcəkdir. Layihənin smeta dəyəri təxminən 4,6 milyard ABŞ dolları, icra müddəti 5 ildir. Ehtimal olunur ki, yeni xəttin istifadəyə verilməsi yüklərin daşınması vaxtını və xərclərini təxminən 30-40% azaldacaqdır. İlk illərdə təxmini daşıma həcmləri 3 milyon tonu, 2030-cu ilə qədər isə 15 milyon tonu keçə bilər.
Azərbaycan və bölgə ölkələri üçün Fars körfəzinə alternativ çıxışı təmin edən layihə
Kürdüstan bölgəsi və İraq dəmir yolu tikintisi üçün Türkiyə ilə danışıqlar aparır. Ankara ilə İraq-Kürdüstan bölgəsini birləşdirən beynəlxalq dəmir yolunun tikintisi üçün müqavilə layihəsi hazırlanmaqdadır. İraq hökumətinin artıq beynəlxalq dəmir yolu üçün İtaliya şirkəti ilə müqavilə bağladığını bildirilir. Kürdüstan bölgəsində dəmir yolu sisteminin qurulması planları hələ yenidir. İraqda dəmir yolu şəbəkəsini canlandırmaq planı son bir neçə ildə mərhələli şəkildə həyata keçirilir. 2018-ci ildə Fəllucə-Bağdad dəmir yolu xətti tamamlandı.
Qeyd edilən layihələri nəzərə aldıqda Zəngəzur dəhlizinin bölgədə aktuallığı artır. Həm Şərq-Qərb, həm Şimal-Cənub, həm də Cənub-Qərb istiqamətləri üzrə tranzit yükdaşıma imkanları yaranmış olur. Zəngəzur dəhlizi Mərkəzi Asiya ölkələri üçün Aralıq dənizdəki Mersin limanına ən qısa yoldur. Həmçinin, Türkiyənin Qara dənizdə yerləşən Trabzon və Rize limanlarına çıxış imkanları yaradır.
Avropa və Asiya Marmaradan sonra 3-cü Boğaz körpüsü üzərindən dəmir yolu ilə bir-birinə bağlanacaq. Türkiyə növbəti 30 illik dəmiryol strategiyasında Kapıkulle Bolqarıstan sərhədindən Kars Gürcüstan sərhədinə qədər səfər müddətini 12 saata çatdırmağı hədəfləyir (hazırda Ankara -Kars arası səfər müddəti 25 saatdır).

Rusiya Ukraynada müharibəni bitirə biləcəkmi?
Rusiya tərəfindən Ukraynanın işğal edilmiş ərazilərində 23-27 sentyabr tarixlərində Rusiyanın tərkibinə daxil olma haqqında referendumlar keçiriləcəyi elan edildi. Rusiyanın Xarkov cəbhəsinin iflasından sonra Rusiya tərəfindən referendum mövzusunun aktuallaşdırılması, nüvə şantajının yenidən işə salınması və səfərbərliyin elan edilməsi Moskvanın müharibəni yaxın gələcəkdə bitirməkdə maraqlı olduğunu göstərir. Bunun bir neçə səbəbi vardır:
İqtisadi dayanıqlıqda problemlər
Sentyabrın əvvəlində G7 ölkələri Rusiya neftinin tədarükündə qiymət həddinin müəyyən edilməsi ilə bağlı razılığa gəldilər. Qiymət həddi xam neft üçün 2022-ci il 5 dekabr, neft məhsulları üçün isə 2023-cü il 5 fevral tarixində qüvvəyə minə bilər. Bu tarixlərdə Aİ-nin Rusiyadan xam neft və bəzi neft məhsullarının idxalı və tranziti ilə bağlı embarqosu da qüvvəyə minəcəkdir. Bundan başqa, hazırda ABŞ-da Rusiyadan neft, qaz və kömür alan xarici müəssisələrə qarşı ikinci dərəcəli sanksiyaları hazırlayırlar. Rusiyanın enerji və ərzaq böhranlarını təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri Qərb liderlərinə daha çox anti-Rusiya qərarları verməyə maneə törətmir.
Sanksiyaların genişlənməsi
Referendum xəbərinə Qərb ölkələri Ukraynanın ərazi bütövlüyünə dəstək bəyanatları və Rusiyaya qarşı yeni sanksiya hədələri ilə cavab verdilər. Planlaşdırılan sanksiyalar referendumun təşkilində birbaşa iştirak edən şəxslərə şamil olunacaq və Donbas regionunun maliyyələşməsini, onunla iqtisadi münasibətlərin qurulmasını qadağan edəcəkdir. Referendum xəbərinə Rusiyanın fond bazarı müharibə başlayandan bəri ən güclü çöküş ilə cavab verdi. Sentyabrın 20-də Moskva birjası 10,7%, RTS isə 10,5% geriləmə nümayiş etdirirdi. Sberbankın səhmləri 5,35%, Lukoylun 9%, Qazpromun 8%, Yandeksin 8,9%, Nornikel isə 2% dəyər itirdi. Eyni gündə Rusiyanın Aİİ üzrə müttəfiqi Ermənistan “Mir” kartlarının xidmətinə xitam verdi. Ermənistana qədər “Mir” kartlarından Türkiyənin nəhəng bankları və Qazaxıstan imtina etmişdi.
Cəbhədə itkilərin hissolunan səviyyəyə çatması
Referendumun ardınca Rusiya ölkə üzrə qismən səfərbərlik elan etdi. Qismən səfərbərlik sentyabrda elan olunsa da, ona hazırlıq may ayından gedirdi. Hərbi komissarlıqlar ehtiyatda olan hərbçiləri “hərbi qeydiyyat”, “yaşayış yerinin və qeydiyyat yerinin təsdiqi” və ya “səfərbərlik əmrinin çatdırılması” səbəbləri ilə toplayırdılar. Müdafiə naziri S. Şoyquya əsasən 300 min nəfər çağırılacaqdır. Səfərbərliklə yanaşı, parlament fərarilik, səfərbərlikdən yayınma, düşmənə təslim olma maddələri üzrə nəzərdə tutulan cəzaları ağırlaşdırdı. Səfərbərlik elanından sonra Rusiyadan digər ölkələrə təyyarə biletləri tez bir zamanda satıldı. Digər tarixlərə olan biletlərin qiyməti isə bir neçə saat ərzində dəfələrlə artdı.
Nüvə çətirinin işə salınması
Rusiya müharibədə qələbə qazanmağı iki yolla nəzərdən keçirir. Birinci yol səfərbərliyin elan edilməsi, ikinci yol isə işğal olunmuş ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi. Ukrayna ordusunun gözlənilən hücumunu nəzərə alaraq Rusiya referendum keçirməklə “DNR”, “LNR”, Xerson və Zaporojye vilayətlərini nüvə çətirinin altına salmağı hədəfləyir. Nüvə silahının istifadəsinin mümkünlüyünü Putinin son çıxışında da qeyd etdi. Əsas məsələ bu zərbənin hardan endirilməsidir, çünki Qərbin cavab zərbəsi həmin əraziyə endiriləcəkdir.
Rusiya və Belarusiya prezidentlərinin görüşündə belə razılıq əldə olunmuşdur ki, Belarusiya ərazisinə nüvəbaşlıqlı raketlər yerləşdirilə bilər. Bunu nəzərə alan Minsk öz ərazisindən Ukraynaya taktiki nüvə zərbəsinin endirilməsinə icazə verməyəcəkdir. Lakin, Kreml Minskin etiraz və qadağalarına məhəl qoymayıb, zərbənin endirilməsi haqqında birtərəfli qərar da qəbul edə bilər.
Müharibənin bitməsini Rusiya lideri ilə yanaşı Hindistan və Çin liderləri də istəyirlər. Eyni zamanda, ölkə daxilində hakimiyyətin dayanıqlığı üçün təhlükə mövcuddur. Elan olunan səfərbərlik Rusiyada hakimiyyətin mövqelərini zəyiflədə, elitalar arasında mərkəzdən qaçma tendensiyalarını sürətləndirə bilər.

👍35👎1
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktor müavini Fuad Çıraqov ARB 24 telekanalının efirində gedən gündəm proqramında “İrəvanın sülh oyunu: Yeni savaşa hazırlıq gedir?” mövzusu ətrafında müzakirələrə qoşulub.
Daha ətraflı: https://www.youtube.com/watch?v=ZVzQW6nV3ew
Daha ətraflı: https://www.youtube.com/watch?v=ZVzQW6nV3ew
YouTube
İrəvanın sülh oyunu: Yeni savaşa hazırlıq gedir? - CANLI
#arb24 #gündem #sonxeberler #nikol #video #nikol #şəhid #xəbərlər #azerbaycan #ordu #döyüş #qarabağ #azərbaycan #müdafiənazirliyi #ordu #müharibə #savaş #sondeqiqe #əlillik #sülh #september #xeber #sondakika #sonxeberler #xəbərlər …
👍14
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) tərəfindən Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz strategiyası haqqında qısa video formatında (3-4 dəqiqə) 3 hissədən ibarət olan təhlilər hazırlanmışdır.
Təhlillərlə aşağıdakı linklər vasitəsilə keçid edə bilərsiniz:
1. I hissə https://www.youtube.com/watch?v=7NZ8s_lhIAo
2. II hissə https://www.youtube.com/watch?v=F4WU2nLqK9Y
3. III hissə https://www.youtube.com/watch?v=UN70P2gTP4Q
Bəyənin və paylaşın!

👍12
Ermənistanın təhlükəsizlik sistemində islahatlar
Bəyənin və paylaşın
Daha ətraflı: https://youtu.be/dIdmIviPDGo
Bəyənin və paylaşın
Daha ətraflı: https://youtu.be/dIdmIviPDGo
YouTube
Ermənistanın təhlükəsizlik sistemində islahatlar
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakı şəhərində yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda gedən siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır.
#cqtm #cssc #trend #azərbaycan #southcaucasus #politics…

👍5
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) tərəfindən “İranın Azərbaycana ideoloji həmlələri” mövzusunda qısa video formatında (3-4 dəqiqə) 2 hissədən ibarət olan təhlilər hazırlanmışdır.
Təhlillərə aşağıdakı linklər vasitəsilə keçid edə bilərsiniz:
1. I hissə https://www.youtube.com/watch?v=XceVC34p5FI&t=4s
2. II hissə https://www.youtube.com/watch?v=96tPVXOfYSo&t=46s
Bəyənin və paylaşın!
Təhlillərə aşağıdakı linklər vasitəsilə keçid edə bilərsiniz:
1. I hissə https://www.youtube.com/watch?v=XceVC34p5FI&t=4s
2. II hissə https://www.youtube.com/watch?v=96tPVXOfYSo&t=46s
Bəyənin və paylaşın!
YouTube
İranın Azərbaycana ideoloji həmlələri I hissə
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakı şəhərində yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda gedən siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır.
#cqtm #cssc #trend #azərbaycan #iran #aşura #islam…

👍9
ABŞ-ın fəallığı nəyə gətirib çıxara bilər?
Brüssel görüşü və Ermənistanın axırıncı təxribatından sonra ABŞ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında xüsusi aktivlik nümayiş etdirir. Buna qədər ABŞ Aİ-nın təşəbbüsünü dəstəkləyirdi. Lakin, Blinkenin regiona xüsusi diqqəti və yeni xətt kimi ABŞ-ın müdafiə nazirinin müavininin Azərbaycan və Ermənistan hərbçiləri ilə danışıqları ABŞ-ın təşəbbüsü ələ keçirməyə çalışdığını göstərir. ABŞ-ın beynəlxalq vəziyyətə təsir göstərə bilməsi Dövlət Departamenti ilə Pentaqonun ümumi çağırışlara birgə cavab verə bilməsindən asılıdır. Bu mənada H.Hacıyevin müdafiə nazirinin müavini ilə də görüş keçirməsi təsadüfi deyil.
Niyə məhz indi?
ABŞ Rusiyanın resurs və regiona təsir vasitələrinin məhdudlaşdığını görüb yaranan nüfuz vakuumunu doldurmağa çalışır. Lakin, Moskvanın nüfuzunun azaldılması Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanmasını və Ermənistan-Türkiyə sərhədlərinin açılmasını tələb edir. Baydenin Paşinyana göndərdiyi təbrik məktubunda “rifah və dinc gələcək naminə Ermənistanın qonşuları ilə münasibətləri normallaşdırma”lı olması xüsusi qeyd edilir. ABŞ dərk edir ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması onun Rusiyadan iqtisadi və təhlükəsizlik baxımından asılılığını aradan qaldıracaqdır.
Məktubda ABŞ-ın regional proseslərə “ikiqat” çox diqqət ayırmaq niyyətində olmasının Azərbaycan üçün mənfi və müsbət tərəfləri vardır.
Mənfi tərəf ondan ibarətdir ki, ABŞ region ilə bağlı planlarını axıra qədər açıqlamır. ABŞ səfirinin Şuşaya səfərdən imtina etməsi və ya Baydenin məktubda “münaqişə” və “Dağlıq Qarabağ xalqı” ifadələrindən istifadə etməsi ABŞ-ın bu ərazini hansısa “status” çərçivəsində nəzərdə keçirdiyini düşünməyə əsas verir. Azərbaycan haqlı olaraq bu yanaşmaya kəskin reaksiya verir.
Müsbət tərəf ondan ibarətdir ki, ABŞ-ın aktivliyi sülh sazişinin imzalanmasını məntiqi sonluğa yaxınlaşdırır. İndiyə qədər mövqeyini təsbit edə bilməyən Ermənistan güc mərkəzlərinə üzünü tutub sülh prosesini hər vasitə ilə uzatmağa çalışırdı. ABŞ Ermənistanın üz tutduğu sonuncu güc mərkəzidir.
Bakı artıq Moskva və Brüssel formatlarında Qarabağ məsələsinin qaldırılmamasına nail ola bilmişdir. Eyni siyasət Vaşinqtona qarşı münasibətdə də aparılacaqdır: ABŞ Ermənistan-Azərbaycan gündəliyi üzrə konkret mövqe formalaşdırmalı, Azərbaycan isə milli təhlükəsizlik prioritetləri baxımından bu mövqeyə lazımı düzəlişlərin edilməsinə nail olmalıdır.
Misal üçün, Aİ-nin ilk bəyanatında “münaqişə”, ikinci bəyanatında isə “Qarabağın etnik erməni əhalisinin hüquq və təhlükəsizliyi” ifadələri yer alsa da, sonuncu bəyanatda “Qarabağ”, “status”, “münaqişə” və ya “Minsk qrupu” ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır.
Eyni ilə prezidentlik uğrunda mübarizə aparan Bayden Azərbaycana qarşı 907-ci düzəlişi işə salmağı tələb edirdi. Prezident seçildikdən sonra isə 907-ci düzəlişi dondurmuş, 2022-ci ildə isə Azərbaycan prezidentinə qısa fasilələrlə bir neçə məktub göndərmişdir. 2021-ci il məktubunda Bayden ABŞ-ın Minsk qrupunun həmsədri kimi “münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qaldığını” bildirsə də, 2022-ci il məktublarında ABŞ-ın “regional barışığı təşviq etmək üçün Azərbaycanla birgə işləyəcəyi”, ABŞ-ın “Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq etdiyi” qeyd edilmişdir. 2021-ci ildə Azərbaycanı demokratiya sammitinə dəvət etməyən Bayden, 2022-ci il məktubunda “qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi” istiqamətində Azərbaycan Prezidentinin davamlı addımlarını alqışladığını bildirmişdir.
Beləliklə, ABŞ-ın regional məsələlərdə xüsusi aktivlik nümayiş etdirməsi sülh prosesinin son mərhələyə qədəm qoymasından və Azərbaycanın 44 günlük müharibənin nəticələrini möhkəmləndirmə şansı əldə etməsindən xəbər verir. Sülh sazişinin qısa zamanda imzalanması ABŞ-dan mövqeyini konkretləşdirmək, Azərbaycandan isə lazım gəldikdə bu mövqeyi diplomatik yollarla korrektə etmək tələb olunur.

👍19
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti artır
Bəyənin və paylaşın!
https://youtu.be/rUJFrKyFXsg
Bəyənin və paylaşın!
https://youtu.be/rUJFrKyFXsg
YouTube
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti artır
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakı şəhərində yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda gedən siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır.
#cqtm #cssc #trend #azərbaycan #transport #transcaspian…

Nəqliyyat dəhlizləri
V hissə
Geosiyasi baxış
Azərbaycanın xarici iqtisadi siyasətinin əsas məqsədlərindən biri də regional nəqliyyat habına çevrilmək olmuşdur. Onun coğrafi mövqeyi onu şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizlərin əsas iştirakçılarından birinə çevirmişdir. Bu məqsədə çatmaq üçün son illərdə nəqliyyat infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi istiqamətində əsaslı işlər görülmüşdür.
2013-cü ildə Çin tərəfindən “Kəmər və Yol” təşəbbüsünün irəli sürülməsi şərq-qərb nəqliyyat dəhlizinin əhəmiyyətini artırmış və Avrasiya məkanında nəqliyyat habına çevrilmək istiqamətində ölkələr arasında rəqabəti daha da gücləndirmişdir. Yaranmış bu reallıqda öz mövqeyini qorumaq üçün Azərbaycan daha aktiv şəkildə müxtəlif nəqliyyat layihələrinin icrasını həyata keçirmişdir.
Bu baxımdan xüsusi əhəmiyyət daşıyan layihələrdən biri 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yoludur (BTQ), hansı ki, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirir. BTQ dəmir yolu Çindən Avropaya yüklərin çatdırılması müddətini dəniz daşımalarına nisbətən iki dəfə azaldır və Mərkəzi Asiya ölkələrinin, həmçinin Əfqanıstanın Avropa bazarlarına çıxışını asanlaşdırır.
Digər əhəmiyyətli layihə Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. 2018-ci ildə açılan limanın yükdaşıma qabiliyyəti 15 mln tondur, gələcəkdə 25 mln tona çatdırılacaqdır. Limana eyni zamanda 11 gəmi yan ala bilər. Limanın yerləşdiyi Ələt qəsəbəsi avtomobil və dəmir yollarının kəsişməsində yerləşir və yeni liman bu infrastrukturu tamamlayaraq, Bakını Şimal-Cənub və Şərq Qərb nəqliyyat dəhlizlərinin əsas mərkəzinə çevirir.
Bunlarla yanaşı, 508 km olan Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolu, Şimal-cənub nəqliyyat dəhlizi çərçivəsində Ələt-Astara-İran avtomobil yolu yenilənmişdir. Bakı-Quba-Rusiya yeni avtomobil yolunun tikinti işləri isə bitmək üzərədir. Şimal-Cənub dəhlizi çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi ilə bağlı işlər də davam etdirilir. Bu işlər yekunlaşandan sonra, Skandinaviya ölkələrindən İran körfəzinə qədər vahid dəmir yolu formalaşacaqdır.
Qeyd edilən layihələrin icrası Azərbaycanı bir çox beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizlərinin əsas oyunçusuna çevirmiş və onun geosiyasi əhəmiyyətini artırmışdır. Bu dəhlizlərə TRACECA, Transxəzər Nəqliyyat Marşrutu, Xəzər dənizi-Qara dəniz marşrutu, Lapis-Lazuli, Şimal-Cənub nəqliyyat dəhlizini aid etmək olar.
Eyni zamanda, Azərbaycanın icra etdiyi nəqliyyat layihələri ona yeni dəhlizləri formaladırmağa imkan yaratmışdır. Məsələn, Cənub-Qərb Nəqliyyat Dəhlizidir. Bu dəhlizin əsas üstünlüyü alternativ marşrutlarla müqayisədə (Süveyş kanalından keçən dəniz yolu) tranzit məsafəsinin və vaxtının təxminən üç dəfə az olmasıdır. Cənub-Qərb dəhlizinin yaradılması Avropa İttifaqı ölkələri ilə Hindistan və Fars Körfəzi ölkələri arasındakı ticarət əlaqələrinin gücləndirilməsinə hesablanıb.
BTQ-nin istifadəyə verilməsi həm də Şimal-Qərb nəqliyyat dəhlizinin yaradılmasına imkan yaratmışdır. Bu dəhliz BTQ vasitəsilə Türkiyə və Rusiya arasında artan yükdaşıma həcmlərinin, o cümlədən kömür və taxıl yüklərinin daşınmasının qarşılanmasına hesablanıb.
Azərbaycanın regional nəqliyyat habına çevilməsi həm də onun işğala görə Ermənistanı iqtisadi blokadaya salmaq məqsədinə nail olmağa da şərait yaratmışdır. Nəticədə, Ermənistan regionda əsas nəqliyyat layihələrindən kənarda qalmışdır.
Rusiya-Ukrayna müharibəsinin başlaması isə nəqliyyat habı kimi Azərbaycanın əhəmiyyətini daha da artırmışdır. Ona görə ki, Çinlə-Qərb arasında yükdaşımalarda əsas paya sahib olan və Rusiyadan keçən şimal dəhlizinin fəaliyyəti məhdudlaşmışdır və alternativ yollara olan tələbat artmışdır. Bu baxımdan, ən səmərəli alternativ Azərbaycanın iştirak etdiyi Trans-Xəzər nəqliyyat marşurtudur. Rusiya-Qərb qarşıdurmasının davam etməsi bu dəhlizin rolunu artıracaqdır. Bu isə onu göstərir ki, Azərbaycanın nəqliyyat sektorunda həyata keirdiyi layihələr hazırda ona mövcud geo-siyasi reallqılardan öz xeyrinə istifadə etməyə imkan yaradır.

Ermənistan seçim qarşısında
Regionda və dünyada baş verən proseslər Ermənistanı seçim qarşısında qoyur: ya Azərbaycan və Türkiyə ilə sazişlər imzalayaraq regionun əməkdaşlıq meydanına çevirməsinə şərait yaratmaq, ya da sülh gündəliyindən imtina edərək Ermənistanı və regionu böyük güclərin mübarizə meydanına çevirmək.
Ermənistanın sabiq prezident L.Ter-Petrosyana görə Qarabağ məsələsində Ermənistanın söz demək haqqı artıq yoxdur. Hətta Rusiya belə Ukrayna ilə məşğul olduğundan regionu nəzarətdə saxlamaq üçün kifayət qədər güclü deyil. Ter-Petrosyan anlayır ki, Rusiyanın resursları sürətlə məhdudlaşır, Qərblə strateji münasibətlərin formalaşdırılması isə kifayət qədər vaxt tələb edir. Azərbaycanın gündəliyini dəyişməyəcəyi və bütün mümkün yollarla onu irəli çəkməyə çalışacağına görə sağ qalmağın yeganə yolu Azərbaycanla sülh sazişinin imzalanmasıdır. Nəticə etibarı ilə Ter-Petrosyana görə Ermənistan mövcudluğunu qorumaq üçün Azərbaycan və Türkiyə ilə “ağrılı” sazişlər imzalamalıdır: “Bu heç kəsin xoşuna gəlməsə də buna alternativ yoxdur” və əgər sazişlər vaxtında imzalanmasa ermənilər öz dövlətlərini sıfırdan qurmalı olacaqlar.
Digər sabiq prezident R.Köçəryan xarici siyasət vektorunu dəyişməməyi vacib sayır. Köçəryana görə anti-Rusiya mühiti formalaşdıraraq Moskvanın Bakıya qarşı kəskin tədbirlər görəcəyinə ümid etmək absurddur. Sabiq prezidentə görə Ermənistanın siyasi vektoru indiki istiqamətdə irəliləsə Qarabağ üzrə danışıqlar formatı dəyişib, Bakı-Xankəndi və qismən Moskvanın iştirakı ilə üçtərəfli forma alacaqdır. Köçəryana görə ABŞ-ın Türkiyəyə təsiretmə vasitələri indi Rusiyadan daha azdır. Regionda real təsir imkanları Rusiyada olduğu halda Ermənistana Fransa, ABŞ və ya daha kiminsə kömək edəcəyini düşünmək səhvdir. Köçəryan hesab edir ki, Ermənistan “danışıqlar masası arxasında yox, onun üstündədir”, yəni İrəvan regional məsələləri müzakirə edən aktordan digər güclər tərəfindən müzakirə olunan məsələyə çevrilib. Bununla belə Köçəryan Rusiya ilə ittifaq dövlətinin yaradılma ideyasını rədd edib, İranla hərbi əməkdaşlığın möhkəmləndirilməsini vacib sayır.
Ermənistan iqtidarı iki qütb arasında orta mövqe tutmağa çalışır. Bir tərəfdən Paşinyan “29,800 km2” bəyanatı ilə Azərbaycanla qarşılıqlı sürətdə ərazi bütövlüyünün tanınması formatında sülh sazişini imzalamağa hazır olduğunu bildirir, digər tərəfdən isə ABŞ, Fransa və digər xarici güclərlə danışıqları intensivləşdirib, Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyini bu və ya digər formada yekun sülh sazişində öz əksini tapmasına çalışır. Əsas məqsəd beynəlxalq gündəliyə çıxarmaqla Qarabağdan canını qurtarmaqdır.
Ona görə də Ermənistan seçim qarşısındadır: ya sülh sazişi imzalayıb daha müstəqil olmaq, ya da sazişdən imtina edərək regionda eskalasiyanı artırmaq və Ermənistanı Rusiya, İran, ABŞ, Fransa timsalında böyük güclərin mübarizə meydanına çevirmək.
Ermənistan birinci variant üzrə müəyyən fəaliyyət göstərsə də, ikinci variant üzrə də ciddi addımlar atır. Rusiyanın yüz milyonlarla dollar dəyərində vəsaitin ödənilməsinə baxmayaraq silah satışı üzrə öhdəliyini yerinə yetirməməsinin qeyd edilməsi, Paşinyanın KTMT-nin baş katibi ilə görüşdən imtina edərək BMT Assambleyası çərçivəsində NATO-nun baş katibi ilə görüşməsi, A.Qriqoryanın ABŞ-da səfərdə olarkən Mərkəzi Kəşfiyyat İdarəsində bir neçə vacib görüş keçirməsi, Ermənistanın 2023-cü il hərbi büdcəsini 47% artıraraq 1,3 milyard dolları ötəcəyini bəyan etməsi, Hindistandan 245 milyon dollar dəyərində reaktiv raket sistemləri və digər növ silah-sursat alması, İrəvanın Fransa XİN və müdafiə naziri ilə beynəlxalq müşahidə missiyasını müzakirə etməsi, erməni kokusunun Konqresə Azərbaycana qarşı yeni qətnamə təqdim etməsi ikinci variant üzrə seçimin elementləridir.
Ermənistan rəhbərliyinin əsas səhvi gələcək addımların hesablanmasında Azərbaycan faktorunu nəzərə almamasıdır. Böyük güclərin münaqişə meydanına çevrilmək cəhdi Azərbaycanla Türkiyəni də hətəkətə gətirib qabaqlayıcı addımların atılmasına məcbur edə bilər.

👍32👎1
İranın növbəti ali rəhbəri kim ola bilər?
Bəyənin və paylaşın!
https://www.youtube.com/watch?v=_XO4bHIdZvM
Bəyənin və paylaşın!
https://www.youtube.com/watch?v=_XO4bHIdZvM
YouTube
İranın növbəti ali rəhbəri kim ola bilər?
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakı şəhərində yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda gedən siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır.
#cqtm #cssc #trend #azərbaycan #iran #aşura #islam…
#cqtm #cssc #trend #azərbaycan #iran #aşura #islam…
👎47👍15
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən Diqqət Mərkəzi verilişində “Ermənistan geri çəkilir, yoxsa yeni oyuna başlayır?” mövzusu ətrafında baş tutan müzakirələrdə iştirak etmişdir.
Daha ətraflı: https://www.youtube.com/watch?v=yRPzBPDgYCY&t=70s

Ermənistan geri çəkilir, yoxsa yeni oyuna başlayır?
https://www.facebook.com/ictimai.tv/
https://www.instagram.com/ictimaitv.official/
https://itv.az/
#ictimaitv #video #televiziya #baku #videolar #itv

Cenevrədən sonra...
31 avqustda Brüsseldə Ş.Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında olan görüşdə əldə edilən razılığa əsasən xarici işlər nazirləri bir ay ərzində sülh müqaviləsinin mətninin hazırlanması məqsədilə görüş keçirməli idilər. Görüş 2 oktyabrda Cenevrədə baş tutdu.
Azərbaycanın bəyanatına görə, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclası noyabra planlaşdırılsa da Azərbaycan bu görüşün oktyabrda keçirilməsini təklif edib. Yəni, Azərbaycan delimitasiya prosesinin sürətləndirməyi vacib sayır. İkitərəfli görüş zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılması tələb olunmuş və üçtərəfli komissiya çərçivəsindəki razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xəttlərinin qısa müddətdə açılmasının zərurliyi qeyd edilmişdir.
Ermənistanın bəyanatına əsasən, İrəvan Azərbaycan Silahlı Qüvvələrinin əvvəlki mövqelərə qayıtmasını, erməni hərbçilərinin azad edilməsini, sərhəddəki vəziyyətə nəzarət üçün beynəlxalq mexanizmlərin tətbiqi təkliflərini irəli sürmüşdür. Bəyanatda həmçinin Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik təminatlarının təmin edilməsi, “Xankəndi” və Bakı arasında müzakirə mexanizminin yaradılması ilə bağlı fikir mübadiləsinin aparıldığı qeyd edilir. Bəyanata görə tərəflər ölkələrin suverenliyi və yurisdiksiyası altında regional nəqliyyat marşrutlarının açılmasına dair qarşılıqlı razılıq əldə etmişdir.
Ermənistan yekun sazişdə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin bu və ya digər formada əks olunmasını istəyir. Son dövrdə ABŞ və Fransanın diplomatik aktivliyi bu dövlətlərin də oxşar yanaşmaya malik olmasına işarə edir. Rəsmi Bakı sözsüz ki, bu tələbləri birmənalı olaraq rədd edir. İkitərəfli görüşdən sonra Paşinyanın həyat yoldaşına məxsus “Aykakan Jamanak” qəzetində çıxan məqaləyə əsasən, Azərbaycan danışıqlarda Qarabağa heç bir status verməyəcəyini bildirib.
Bəyanatın nəqliyyat-kommunikasiyalar ilə bağlı hissəsi Rusiya baş nazirinin müavini A. Overçukun 30 sentyabrda verdiyi müsahibəyə uyğun gəlir. Nəqliyyat dəhlizlərinin statusu ilə bağlı A.Overçuk kommunikasiyalar üzərində ölkələrin suverenliyini qeyd etmişdir. 2021-ci ilin dekabrında NATO baş katibi Y.Stoltenberqlə görüş zamanı Prezident İlham Əliyev Laçın və Zəngəzur dəhlizlərinin eyni statusa malik olmalı olduğunu qeyd etmişdi. Dövlət başçısına görə dəhlizlərin ya hər ikisində gömrük nəzarəti olmalı, ya da heç birində gömrük nəzarəti olmamalıdır. Overçuka görə Bakı və İrəvan 1-ci variantı – hər iki dəhliz üzrə gömrük nəzarətinin yaradılması haqqında razılığa gəliblər: “yol kimin ərazisindən keçirsə, suveren hüquqlar də həmin ölkəyə məxsus olacaqdır”.
Laçın dəhlizinə giriş-çıxışın Azərbaycan tərəfinin nəzarətə götürməsi Qarabağ ermənilərinin Azərbaycana reinqterasiyasını sürətləndirəcəkdir. Ermənistanla sərhəddə gömrük postlarının qurulması Ermənistanın Qarabağa silah və hərbi texnika daşımasına imkan verməyəcəkdir. Bu da separatçı rejimi Ermənistana qaçmağa və ya Azərbaycana təslim olmağa məcbur edəcəkdir. Gömrük nəzarəti ərazinin iqtisadi reinteqrasiyasına da müsbət təsir göstərəcəkdir. İqtisadi inteqrasiya isə öz növbəsində sosial və siyasi inteqrasiyaya yol açacaqdır.
Bütün bu proseslər Ermənistanın üzünü Qərbə tərəf çevirmə cəhdləri fonunda baş verir. Belə cəhdlər Rusiyanın Ermənistana qarşı təzyiq göstərməsinə səbəb ola bilər. Rusiya Ermənistanın Türkiyə və İranla sərhədlərini, hava məkanını mühafizə edir, iqtisadiyyatın aparıcı sahələrinə tam və ya qismən nəzarət edir. Bu təsir vasitələrindən istənilən birinin tədbiqi Ermənistanı hərbi-siyasi və sosial-iqtisadi böhranı ilə üz-üzə qoya bilər. Buna görə də növbəti MDB sammitinə Ermənistanın gedib-getməyəcəyi əsas sual doğuran məqamlardandır. Ermənistanın xarici siyasət prioritetlərində düzəliş etməsi, Rusiya ilə müttəfiqlik münasibətlərindən çıxması Azərbaycanla normallaşma prosesini sürətləndirə bilər. Bunun üçün rəsmi İrəvan Bakının tələblərini yerinə yetirməli və sülh müqaviləsini imzalamalıdır.