Cenevrədən sonra...
31 avqustda Brüsseldə Ş.Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında olan görüşdə əldə edilən razılığa əsasən xarici işlər nazirləri bir ay ərzində sülh müqaviləsinin mətninin hazırlanması məqsədilə görüş keçirməli idilər. Görüş 2 oktyabrda Cenevrədə baş tutdu.
Azərbaycanın bəyanatına görə, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclası noyabra planlaşdırılsa da Azərbaycan bu görüşün oktyabrda keçirilməsini təklif edib. Yəni, Azərbaycan delimitasiya prosesinin sürətləndirməyi vacib sayır. İkitərəfli görüş zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılması tələb olunmuş və üçtərəfli komissiya çərçivəsindəki razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xəttlərinin qısa müddətdə açılmasının zərurliyi qeyd edilmişdir.
Ermənistanın bəyanatına əsasən, İrəvan Azərbaycan Silahlı Qüvvələrinin əvvəlki mövqelərə qayıtmasını, erməni hərbçilərinin azad edilməsini, sərhəddəki vəziyyətə nəzarət üçün beynəlxalq mexanizmlərin tətbiqi təkliflərini irəli sürmüşdür. Bəyanatda həmçinin Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik təminatlarının təmin edilməsi, “Xankəndi” və Bakı arasında müzakirə mexanizminin yaradılması ilə bağlı fikir mübadiləsinin aparıldığı qeyd edilir. Bəyanata görə tərəflər ölkələrin suverenliyi və yurisdiksiyası altında regional nəqliyyat marşrutlarının açılmasına dair qarşılıqlı razılıq əldə etmişdir.
Ermənistan yekun sazişdə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin bu və ya digər formada əks olunmasını istəyir. Son dövrdə ABŞ və Fransanın diplomatik aktivliyi bu dövlətlərin də oxşar yanaşmaya malik olmasına işarə edir. Rəsmi Bakı sözsüz ki, bu tələbləri birmənalı olaraq rədd edir. İkitərəfli görüşdən sonra Paşinyanın həyat yoldaşına məxsus “Aykakan Jamanak” qəzetində çıxan məqaləyə əsasən, Azərbaycan danışıqlarda Qarabağa heç bir status verməyəcəyini bildirib.
Bəyanatın nəqliyyat-kommunikasiyalar ilə bağlı hissəsi Rusiya baş nazirinin müavini A. Overçukun 30 sentyabrda verdiyi müsahibəyə uyğun gəlir. Nəqliyyat dəhlizlərinin statusu ilə bağlı A.Overçuk kommunikasiyalar üzərində ölkələrin suverenliyini qeyd etmişdir. 2021-ci ilin dekabrında NATO baş katibi Y.Stoltenberqlə görüş zamanı Prezident İlham Əliyev Laçın və Zəngəzur dəhlizlərinin eyni statusa malik olmalı olduğunu qeyd etmişdi. Dövlət başçısına görə dəhlizlərin ya hər ikisində gömrük nəzarəti olmalı, ya da heç birində gömrük nəzarəti olmamalıdır. Overçuka görə Bakı və İrəvan 1-ci variantı – hər iki dəhliz üzrə gömrük nəzarətinin yaradılması haqqında razılığa gəliblər: “yol kimin ərazisindən keçirsə, suveren hüquqlar də həmin ölkəyə məxsus olacaqdır”.
Laçın dəhlizinə giriş-çıxışın Azərbaycan tərəfinin nəzarətə götürməsi Qarabağ ermənilərinin Azərbaycana reinqterasiyasını sürətləndirəcəkdir. Ermənistanla sərhəddə gömrük postlarının qurulması Ermənistanın Qarabağa silah və hərbi texnika daşımasına imkan verməyəcəkdir. Bu da separatçı rejimi Ermənistana qaçmağa və ya Azərbaycana təslim olmağa məcbur edəcəkdir. Gömrük nəzarəti ərazinin iqtisadi reinteqrasiyasına da müsbət təsir göstərəcəkdir. İqtisadi inteqrasiya isə öz növbəsində sosial və siyasi inteqrasiyaya yol açacaqdır.
Bütün bu proseslər Ermənistanın üzünü Qərbə tərəf çevirmə cəhdləri fonunda baş verir. Belə cəhdlər Rusiyanın Ermənistana qarşı təzyiq göstərməsinə səbəb ola bilər. Rusiya Ermənistanın Türkiyə və İranla sərhədlərini, hava məkanını mühafizə edir, iqtisadiyyatın aparıcı sahələrinə tam və ya qismən nəzarət edir. Bu təsir vasitələrindən istənilən birinin tədbiqi Ermənistanı hərbi-siyasi və sosial-iqtisadi böhranı ilə üz-üzə qoya bilər. Buna görə də növbəti MDB sammitinə Ermənistanın gedib-getməyəcəyi əsas sual doğuran məqamlardandır. Ermənistanın xarici siyasət prioritetlərində düzəliş etməsi, Rusiya ilə müttəfiqlik münasibətlərindən çıxması Azərbaycanla normallaşma prosesini sürətləndirə bilər. Bunun üçün rəsmi İrəvan Bakının tələblərini yerinə yetirməli və sülh müqaviləsini imzalamalıdır.
@cssc_cqtm

👍19
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktor müavini Fuad Çıraqovun Ermənistanın sentyabrın 12-13-də Kəlbəcər və Laçın istiqamətində son təxribatları və Azərbaycanın “Qətiyyətli cavab” əməliyyatı haqqında məqaləsi ABŞ-ın Ceymstaun Fondunun nəzdində nəşr olunan Avrasiya Günlük Monitor (Eurasia Daily Monitor) onlayn jurnalında dərc edilmişdir. Məqalədə göstərilir ki, Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində ən azı potensial olaraq təxribatlar üçün istifadə oluna bilən Ermənistanın bütün hərbi infrastrukturu ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib və onun bərpası üçün illər lazım olacaq.
Məqalədə göstərilir ki, 30 illik münaqişə tarixində ilk dəfə olaraq Azərbaycan beynəlxalq hüquqla tanınan öz əraziləri daxilində deyil, Ermənistan ərazisində olan hərbi obyektləri hədəf almışdır. Bu əməliyyat nəticəsində Ermənistan tərəfindən tanınmamış, delimitasiya və demarkasiya edilməmiş sərhəd boyu bir neçə istiqamətdə Azərbaycan ordusu irəliləmiş və mühüm strateji yüksəklikləri nəzarətə götürmüşdür.
Müəllif göstərir ki, bu əməliyyat ABŞ, İran və Fransanın sərt reaksiyasına səbəb olmuşdur. Oxucuların diqqətinə avqustun 27-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdirinin Azərbaycanın müharibə dövründə Xankəndiyə girməyə çox yaxın olduğunu, lakin, mülki əhali arasında itkilərə yol verməmək üçün bu addımı atmadığı haqqında açıqlamasını çatdırır. Yəni, Azərbaycanın ötən müddət ərzində hərbi əməliyyatlarını nəinki öz sərhədləri çərçivəsində, həmçinin Qarabağda da tarixən Azərbaycanlıların çoxluq təşkil etdiyi ərazilər çərçivəsində məhdudlaşdırdığını vurğulayır.
Başqa sözlə, Azərbaycan Ermənistandan fərqli olaraq istər xarici siyasətində, istərsə də apardığı hərbi əməliyyatlarda daim ehtiyatlı olduğu və beynəlxalq hüquq norma və prinsiplərə hörmət etdiyi vurğulanır. Digər tərəfdən avqustun 31-də sonuncu Brüssel görüşündə hər hansı fundamental nəticə əldə edilməsə də Azərbaycanın həbsdə olan 5 erməni hərbçisini azad etdiyini və eskalasiya dövründə ABŞ Dövlət Departamentinin nümayəndəsinin regionda səfərdə olduğunu da diqqətə çatdırır.
Müəllif oxuculara yuxarıda göstərilən məqamları xatırladaraq nə üçün Azərbaycanın Ermənistanın təxribatına bu dəfə sərt cavab verdiyini sual edir. Müəllif cavab olaraq son təxribatların məhz Ermənistan tərəfindən həyata keçirilməsi ilə bağlı tutarlı faktları diqqətə çatdırır. Daha sonra Kəlbəcər ətrafında Ermənistanın son zamanlar topladığı hərbi qüvvələri, daimi xarakter alan təxribatları, 1993-cü ildə olduğu kimi bu ərazinin əlverişsiz coğrafi vəziyyətindən istifadə edərək işğalçılıq planları diqqətə çatdırılır. Məqalədə göstərilir ki, Ermənistanın yaşayış infrastrukturunu məhv etməsinə, ərazini kütləvi minalamasına və yaratdığı bu cür təhlükəli şəraitə görə əhalisinin 99,9%-i azərbaycanlı olan Kəlbəcər əhalisi öz doğma evlərinə qayıda bilmir. Məqalədə erməni ekspertlərinin revanşist çağrışları, Azərbaycanın təkcə neft və qaz kəmərlərini deyil, neft infrasturunu və mədənlərini bombalamağı çağırması da diqqətə çatdırılır.
https://jamestown.org/program/escalation-in-karabakh-casts-shadow-over-peace-process/

Jamestown
Escalation in Karabakh Casts Shadow Over Peace Process - Jamestown
Beginning on the night of September 12, three days of escalation gave way to violent clashes between the Armenian and Azerbaijani armed forces along the internationally recognized border between the two countries—the bloodiest since the 2020 trilateral agreement…
👍8
Qazaxıstan seçkilər ərəfəsində
5 iyun tarixində Qazaxıstanda Konstitusiyaya düzəliş və əlavələrlə bağlı ümumxalq referendumu keçirildi və iştirak edənlərin 77%-i düzəliş və əlavələr paketinin leyhinə səs verdilər. 33 maddəyə 56 düzəlişi özündə ehtiva edən bu referendum Qazaxıstanın konstitusion əsaslarını və siyasi konyukturasını nəzərəçarpacaq dərəcədə dəyişdi. Ölkə super-prezident modelindən prezidentli respublika modelinə keçid etdi. Yeni Konstitusiyaya görə prezident, Konstitusiya, Ali və digər məhkəmə hakimləri, Mərkəzi Seçki Komissiyası və Hesablama Palatasının sədr və üzvləri səlahiyyətlərinin icrası dövründə heç bir siyasi partiyanın üzvü ola bilməzlər.
Konstitusiya prezidentin yaxın qohumlarının dövlət qulluğunda və kvazi-dövlət sektorunda rəhbər vəzifələr tutmağı qadağan edir, prezidentin rayon, şəhər və kənd rəhbərlərini vəzifədən azad etmək hüququnu əlindən alır. Prezidentin Senata nümayəndə təyin etmə kvotası 15-dən 10-a endirilir, Konstituisya və Ali Məhkəmə sədrlərinin təyinatı isə mütləq sürətdə Senatla razılaşdırılmış formada həyata keçirilir. İslahata görə Konstitusiya Məhkəməsinin 11 hakimindən dördü prezident, altısı (3-ü Senat, 3-ü Məclis) parlament tərəfindən, sədr isə prezident və Senatın birgə razılığı əsasında təyin edilir.
İcraedici hakimiyyət bir sferada səlahiyyətlərini məhdudlaşdırsa da digər sahədə funksiyalarını artırmışdır. Belə ki, hökümət “əhalinin həyatı və sağlamlığına, konstitusiya quruluşuna, ictimai asayişin qorunmasına və iqtisadi təhlükəsizliyə təhlükə yaradan şəraitə operativ reaksiya vermək” məqsədi ilə parlamentə qanun layihələri təqdim etmək səlahiyyəti qazanmış oldu.
Düzəlişlərlə parlamentin rolu gücləndi: bundan sonra Məclisin təxminən 30%-i partiya siyahıları ilə deyil, Qazaxıstanın bütün bölgələrini təmsil etmələri vacib olan ərazi dairələri üzrə seçilən və seçicilər tərəfindən geri çağırıla bilən deputatlardan təşkil olunacaqdır. Aşağı palata qanunları qəbul edən, Senat isə onları təsdiq edən quruma çevrildi. Əvvəlki mətndə bütün sərvətlər dövlət mülkiyyəti hesab olunurdusa, yeni düzəlişə görə bütün sərvətlər xalqa məxsusdur, dövlət isə xalq adından bu sərvətlər üzərində mülkiyyət hüququnu həyata keçirir.
Faktiki olaraq dəyişikliklər qarşıda gələn prezident seçkilərinə hazırlıq mərhələsini özündə ehtiva edir. Düzəlişlər hakimiyyətdə olan qüvvələrin ölkə daxilində öz mövqelərini gücləndirmək və köhnə elitanın qalıqlarını siyasi səhnədən kənarlaşdırmaq məqsədi güdür. Vacib düzəlişlərdən biri də prezidentin təkrar seçilmək hüququ olmadan səlahiyyət müddətinin 7 ilə çatdırılmasıdır. Aydındır ki, düzəliş prezident Tokayevə şamil olunmayacaq və o qarşıda gələn seçkilərdə öz namizədliyini irəli sürəcəkdir.
Prezident seçkilərinin nəticələri bir çox faktorlardan asılıdır ki, bunlardan ən vacibi iqtisadiyyatdır. Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurma Qazaxıstan iqtisadiyyatına ikili təsir göstərir. Bir tərəfdən Rusiya Qazaxıstanın əsas ticarət tərəfdaşı olduğundan ona qarşı tədbiq edilən sanksiyalar Astanaya da dolayı olaraq mənfi təsirini göstərir. Rublun güclənməsi Qazaxıstanda Rusiyadan idxal edilən malların bahalaşmasına səbəb olub. Proqnozlara görə 2022-ci ilin ildə inflyasiya 13,2% təşkil edəcəkdir. Rusiyaya ixracın təxminən yarısı metallurgiya məhsulları olduğundan mədənçıxarma və emal sənayesində istehsalın zəifləyəcəyi gözlənilir. Digər tərəfdən, Rusiya, Qazaxıstanın Avropaya neft daşımasına vaxtaşırı problemlər yaradır.
Bununla belə, Çinin Qazaxıstana iqtisadi yatırımları və onun ərazi bütövlüyünə dəstək verməsi Tokayevin növbəti seçkilərdə qələbəsinə zəmin yaradır. Proqnozlara görə 2023-cü ildə Qazaxıstan iqtisadiyyatı 4,8%, 2024-cü ildə 4,5% artacaqdır, inflyasiya 2023-cü ildə 5,8% olacağı halda, 2024-cü ildə isə 4,4% təşkil edəcəkdir. Bu rəqəmin yaxın iki ildə artacağı ehtimal olunur. Həm də Qazaxıstan nəinki özünü taxıl ehtiyatı ilə təmin edə bilib, həmçinin istehsalı ixrac səviyyəsinə qədər çatdırmağa nail olub. Bütün bu faktorlar Tokayevin 2024-cü il seçkilərində qalib gəlməsinə yardımçı ola bilər.

👍15
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Press klub TV-də “Azərbaycanla Ermənistan arasında sülh niyə dalana dirənib?” mövzusu ilə bağlı müzakirələrdə iştirak edib.
Daha ətraflı: https://www.youtube.com/watch?v=RW6M49uFmDw&t=1345s

YouTube
Azərbaycanla Ermənistan arasında sülh niyə dalana dirənib? - Fərhad Məmmədovla müzakirə
#bəyən #paylaş #abunəol
ABUNƏ OLUN ►https://bit.ly/3rGosrr
Gördüyünüz nöqsanlara biganə qalmayın! Çəkdiyiniz foto və videoları, üzləşdiyiniz problemləri bizimlə bölüşün. Bölüşün ki,” Sizin Səsiniz” olaq!
Qaynar xətt: 055 455 45 58
Videolarımızı bəyənib…

👍7
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) tərəfindən Rusiyanın Cənubi Qafqaz siyasəti ilə bağlı qısa video formatında (3-4 dəqiqə) 3 hissədən ibarət olan təhlilər hazırlanmışdır.
Təhlillərlə aşağıdakı linklər vasitəsilə keçid edə bilərsiniz:
III hissə https://youtu.be/dpJnvkwtam8
II hissə https://www.youtube.com/watch?v=A-qp3CnhXYc
I hissə https://www.youtube.com/watch?v=6x37JXCbCiw
Bəyənin və paylaşın!

Rusiya və Cənubi Qafqaz III Hissə.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakı şəhərində yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda gedən siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır.
#cqtm #cssc #trend #azerbaijan #usa #southcaucasus…

Qarabağın erməni əhalisinin vətəndaşlıq dilemması I hissə
Bəyənin və paylaşın!
https://youtu.be/dhXgxS8i2IQ
Bəyənin və paylaşın!
https://youtu.be/dhXgxS8i2IQ
YouTube
Qarabağın erməni əhalisinin vətəndaşlıq dilleması I Hissə
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakı şəhərində yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda gedən siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır.
#cqtm #cssc #trend #azərbaycan #southcaucasus #politics…

👍14
Avropa Siyasi Birliyinin sammiti haqqında
6-7 oktyabr tarixlərində Praqada Makronun təşəbbüsü ilə Avropa Siyasi Birliyinin sammiti keçirildi. Aİ-nin 27 üzvündən savayı sammitdə əlavə 17 ölkə iştirak edirdi: keçmiş Şərq Tərəfdaşlığının 5 ölkəsi (Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Ermənistan), qərbi və şərqi Avropanın 5 dövləti (Böyük Britaniya, Norveç, İsveçrə, İslandiya, Lixtenşteyn), 5 Qərbi Balkan ölkəsi (Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Albaniya və Şimali Makedoniya), 2 Aralıq dənizi dövləti (Türkiyə və İsrail). Sammitə Rusiya və Belarusiyadan savayı bütün Avropa ölkələri dəvət almışdı.
Sammitin əhəmiyyətini Aİ-nin üzvü olmayan, lakin, onun üçün strateji əhəmiyyət kəsb edən ölkələrlə dialoq platformasını yaratmaq zərurəti, Rusiyaya qarşı tarazlıq kimi vahid Avropanın yaradılmasının vacibliyi və Aİ-nın bütün Avropanın adından danışa bilmədiyini dərk edərək Britaniya, Türkiyə, Azərbaycan, İsrail kimi ölkələrlə məsləhətləşmələr aparmaq istəyi şərtləndirirdi.
Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi C.Borrell sammitin “Rusiyasız yeni nizam”a həsr olunduğunu bildirsə də, sammit ölkələr arasında əsas məsələlər üzrə ziddiyyətləri aradan qaldıra bilmədi. Polşa Almaniyanın enerji siyasətini yenə tənqid etdi. Almaniya isə Polşa və digər 14 Aİ ölkəsinin Norveç və ABŞ-dan alınan qazın qiymətlərinin azaldılması tələbi ilə razılaşmadığını bildirdi. Almaniya hesab edir ki, qiymətin azaldılması Norveç, ABŞ və Əlcəzair kimi ölkələri öz qazını qiymətlərin yüksək olduğu Asiyada satmağa stimullaşdıracaqdır. Macarıstan Rusiyaya qarşı tədbiq edilən sanksiyaların nəticə vermədiyini, müharibənin hələ də davam etdiyini, Avropanın “qan axıtdığı” vaxtda Rusiyanın pul qazandığı qeyd etdi və Brüsseli sanksiyalar siyasətinə dəyişikliklər etməyə çağırdı.
Əslində Praqa sammiti Aİ-nın strateji muxtariyyətini nümayiş etdirməyi hədəfləyirdi. Beynəlxalq əhəmiyyətli sammit təşkil etməklə Aİ xarici siyasətdə ABŞ-dan asılı olmadığını göstərmək istəyir. Sammitdə Rusiyaya qarşı yeni sanksiya paketi təsdiqləndi. Sanksiyaların nüvəsini Rusiya neftinə qiymət həddinin müəyyən edilməsi təşkil etdi. Sanksiyalar həmçinin Rusiyaya yeni ixrac-idxal məhdudiyyətləri tədbiq etdi, Aİ vətəndaşlarına Rusiyanın dövlət şirkətlərində rəhbər vəzifələr tutmağı qadağan etdi, Rusiyanın fiziki-hüquqi şəxslərinin kripto pul kisələri və kripto aktivlər saxlamasına məhdudiyyətlər tədbiq etdi.
“OPEC+”-un neft hasilatını azaltmaq qərarı, qışda əhalinin münasib qiymətə enerji ilə təmin edilməsi, Rusiya qazına yuxarı qiymət həddinin müəyyən edilməsi ilə elektrik enerjisinin qiymətinin aşağı salınması zərurəti Brüsselin hazırda qarşılaşdığı əsas problemlərdir. Bu problemlərin həllində Azərbaycan Avropaya kömək əlini uzadır. Çexiyanın ölkəmizi “Avropa ailəsinə dəvət etməsini” Azərbaycan prezidenti Aİ ilə əlaqələrin böyük perspektivləri bucağından qiymətləndirdi. Azərbaycanın coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu Avropa üçün Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə nəqliyyat marşrutları təklif edir. Azərbaycan həm də Mərkəzi Asiyada yeni nəqliyyat layihələrinin icrasında iştirak edir.
Azərbaycan və digər neft-qaz ölkələrinin köməyi ilə sentyabrda Aİ-nin qaz anbarları 84%, oktyabrda isə 90%-ə qədər doldurulub. Buna baxmayaraq, Aİ-nin enerji nazirləri sentyabrın 30-da elektrik enerjisi istehlakının məcburi qaydada 5%, könüllü qaydada isə 10% azaldılması ilə bağlı razılığa gəliblər. Azərbaycan Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılmasından əvvəl Avropaya qaz ixracını keçən illə müqayisədə 40% artırmışdı. Gələn il ixracın daha 30-40% artacağı gözlənilir. Aİ ilə imzalanmış Memoranduma əsasən isə növbəti illərdə Avropaya qaz ixracı ən azı iki dəfə artırılacaqdır. Hazırda Bakı Xəzərdə külək stansiyaları ilə əldə ediləcək elektrik enerjisinin Avropaya çatdırılması barədə müzakirələr aparır. Azərbaycanın Xəzər dənizində külək enerjisi sahəsində potensial istehsal gücü 157 qeqavatdır. Beləliklə, yaxın gələcəkdə Azərbaycan Avropaya neft və qazdan əlavə elektrik enerjisi də ixrac edəcəkdir.

👍17
Ermənistan sülh sazişinə hazır olduğunu göstərmək üçün nə etməlidir?
Praqa sammitində Bakı və İrəvan BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını təsdiqləyərək, bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanımağa hazır olduqlarını bəyan etdilər. Bəyanat Ermənistan müxalifətinin kəskin tənqidinə, Xankəndidə mitinqlərə, Arutyunyanın isə Paşinyanla görüşmək üçün təcili İrəvana gəlməsinə səbəb oldu.
Bəyanatın mətni də böyük mübahisələrə səbəb oldu. Bəziləri bu bəyanatla Paşinyanın Qarabağdan birdəfəlik əl çəkdiyini bildirdi. Digərləri Qarabağdakı qondarma referendumun 10 dekabr 1991-ci ildə keçirilməsinə diqqət edib, Alma-Ata bəyanatının imzalandığı vaxtda (21 dekabr) Ermənistanın Qarabağı artıq Azərbaycanın tərkib hissəsi kimi nəzərdən keçirmədiyini bildirdi. Başqaları Ermənistan Konstitusiyasının preambulasında İstiqlaliyyət haqqında Bəyannaməyə istinad edərək Ermənistanın hələ 1 dekabr 1989-cu ildə Qarabağla birləşdiyini qeyd edirlər. Bu spekulyasiyalara son qoymaq üçün Ermənistan verdiyi bəyanatlar və imzaladığı sənədlərdən savayı konkret addımlar atmalıdır. Bu addımlar olmadan Paşinyanın bəyanatlarına və səmimiyyətinə inanmaq olmaz.
Ermənistan strateji əhəmiyyətli dövlət sənədlərinə müvafiq düzəlişlər etməlidir. Hərbi doktrinaya görə Ermənistan Qarabağın təhlükəsizliyinin zaminidir və bu onun “demokratik, sosial, hüquqi dövlət kimi formalaşması reallığının dönməzliyindən irəli gəlir”. Milli Təhlükəsizlik Strategiyası (2020) Qarabağın suverenliyini ən yüksək dəyər adlandırıb, “Qarabağın heç bir məhdudiyyət olmadan öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq səviyyədə tanınmasını” əsas hədəflərdən biri kimi müəyyən edib. Danışıqlar prosesinin məqsədi qismində isə öz müqəddəratını təyin etmə və “azadlıq müharibəsinin nailiyyətlərinin” qorunması göstərilir.
Ermənistan həmçinin Qarabağ ermənilərinin maliyyələşməsini dayandırmalıdır. Bu yaxınlarda Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri E. Ağacanyan Ermənistanın Qarabağ əhalisinin təhlükəsizlik və hüquqlarını təmin etmək üçün resurslara malik olmadığını bildirib. Yaxın aylarda Ermənistanın 2023-cü il büdcə layihəsində Qarabağa maliyyə ayırıb ayırmamasını dəqiq öyrənəcəyik. Büdcə layihəsində Qarabağ erməniləri üçün yenə 300 mln. dollar məbləğində vəsaitin verilməsi qeyd edilib, lakin, bu vəsaitlərin sülh müqaviləsinin imzalandığı təqdirdə hansı istiqamətdə xərclənməsinə yenidən baxılmalıdır.
Ermənistanın maliyyə naziri isə büdcə layihəsinin 2021-2026-cı il hökümət proqramına uyğun hazırlandığını və hərbi xərclərin 40% artırılaraq 1 mlrd dollardan çox olacağını bildirdi. 2021-26-cı il proqramına əsasən, Ermənistan Qarabağın təhlükəsizliyinin təminatçısı olmaqda davam edir və Ermənistan Qarabağ probleminin yekun həllini ATƏT-in Minsk qrupu çərçivəsində yekun statusunun məlum prinsiplər və elementlər, o cümlədən öz müqəddəratını təyinetmə hüququ əsasında dəqiqləşdirilməsində görür. Azərbaycanın ərazi bütövlüyünün tanınmasına sadiq olduğunu sübut etmək üçün Paşinyan o cümlədən 2021-26-cı il proqramına da müvafiq dəyişikliklər etməlidir.
Beləliklə Ermənistanın mövqeyi dəyişməsə də reallıqlar dəyişib. İqtisadi böhran və məhdud resurslara görə Ermənistan çalışacaq ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələsi onun himayədarları tərəfindən qaldırılsın. Təhlükəsizlik məsələsi Rusiya sülhməramlıları tərəfindən, hüquqi məsələləri isə ABŞ və Fransa tərəfindən təmin edilsin. Qərb yekun sülh müqaviləsində Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələlərinin bu və ya digər formada öz əksini tapmasına çalışır. ABŞ, Fransa və Rusiya sülh sazişindən sonra belə öz maraqları və imkanları çərçivəsində regionda aktivlik nümayiş etdirməyə cəhd edəcəklər.
Azərbaycanın mövqeyi isə aydın və konkretdir: Qarabağ heç bir statusa malik olmayan ərazi kimi Azərbaycana reinteqrasiya olacaq. Azərbaycan Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirib, onlara tez bir zamanda Azərbaycan cəmiyyətinə inteqrasiya etməyi və ya özləri üçün başqa yaşayış yeri seçməyi təklif edəcəkdir.

👍20
Türkiyənin beynəlxalq siyasətdə artan rolu
Türkiyə ətrafındakı coğrafiyada və dünyada çox kritik geosiyasi hadisələr baş verir və Ankara bu hadisələrə qarşı uğurlu addımlar ataraq öz mövqeyini gücləndirir.
Praqada keçirilən görüşlərdə Prezident R.T. Ərdoğanın iştirakı olduqca əhəmiyyətlidir. Bu Türkiyənin Ukrayna-Rusiya müharibəsində balanslı mövqeyinin Avropa tərəfindən dəstəkləndiyini və Avropanın Türkiyəyə olan ehtiyacını göstərir. Ukrayna-Rusiya müharibəsində Türkiyənin vasitəçilik rolu davam edir. Bu xüsusən iki məsələdə özünü göstərdi: taxıl koridorunun açılması və əsirlərin dəyişdirilməsi. Oktyabrın əvvəlinə qədər 6 milyon ton taxıl və qida məhsulları bu koridor vasitəsilə daşındı. Türkiyənin vasitəçiliyi ilə 215 Ukraynalı əsir Rusiya tərəfindən sərbəst buraxıldı.
Türkiyə ilə İsrail arasında normallaşma prosesi də uğurla davam edir. Mart ayından bu tərəfə Prezident Ərdoğan İsrailin Prezidenti və baş naziri ilə dəfələrlə görüşmüşdür. Nəticədə dörd ildən sonra iki ölkə arasında səfirlər təyin edildi. Bu isə tərəflər arasında 2017-ci ildə imzalanan və həyata keçirilməsi geçikən razılaşmanın icrası üçün imkanlar yaradır. Xüsusən də İsrail qazının Türkiyə vasitəsilə Avropaya çatdırılması ehtimalı güclənir.
Prezident Ərdoğan 5-8 sentyabrda Balkan ölkələrinə səfər etdi. Səfərin 3 məqsədi vardı: Kosova ilə Serbiya arasında sərhəd qarşıdurmasının diplomatik həllində vasitəçilik etmək, Türkiyə-Bosniya Hersaqovina-Serbiya üçtərəfli zirvə görüşünə zəmin hazırlamaq və bu dövlətlər ilə iqtisadi əməkdaşlığı genişləndirmək. Səfərdə Ərdoğan Xorvatiyada Sisak İslam Mərkəzinin açılışını etdi. Bu Balkanlarda Türkiyənin yumşaq gücünün qorunması baxımından olduqca vacibdir.
Prezident Ərdoğan 16 sentyabr tarixində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən zirvə görüşündə iştirak etdi. Səfər çərçivəsində o, Prezident İlham Əliyevdən başqa, Özbəkistan, Çin, Rusiya, İran, Hindistan liderləri ilə görüşərək regional və qlobal məsələləri müzakirə etdi. Zirvə görüşündə çıxış edən Ərdoğan Türkiyəni, ən şərqdəki şərqli, ən qərbdə qərbli dövlət olduğunu bildirərək ŞƏT-in Türkiyə üçün Asiyaya açılan qapı olduğunu qeyd etdi. O həm də Orta Koridorun inkişafının Türkiyə və regional ölkələr üçün əhəmiyyətinə toxundu.
ŞƏT-in zirvə görüşündə Ərdoğanın Bəşər Əsəd Özbəkistana gəlsəydi onunla görüşəcəkdim açıqlaması diqqət çəkdi. Türkiyə son aylarda Misir, BƏƏ, S.Ərəbistanı ilə yanaşı Suriya ilə də münasibətləri düzəltməyə çalışır. Əsas məqsəd Türkiyədəki Suriyalı qaçqınları geri göndərməkdir. İddialara görə burda Putinin də rolu vardır. Ərdoğan avqust ayındakı açıqlamasında qeyd etmişdi ki, Əsədə qalib gəlmək kimi problemimiz yoxdur, dövlətlərarası siyasi dialoq və diplomatiya dayandırılmamalıdır. Bununla yanaşı, Türkiyə MİT sədri H.Fidanın bir neçə dəfə Suriya kəşfiyyat orqanı rəhbəri ilə, Türkiyə XİN-in isə Suriya XİN ilə görüşdüyü məlumdur. Diplomatik münasibətlərin qurulması üçün Suriyanın başlıca şərti Türkiyənin Suriyadakı silahlı qruplara dəstəyini kəsməsidir.
Sentyabrda Türkiyə ilə Qətər arasında 2021-ci il martda imzalanan Qətər hərbi təyyarələrinin Türkiyədə yerləşdirilməsi müqaviləsi qüvvəyə mindi. Müqaviləyə əsasən ümumilikdə 36 hərbi təyyarə (Rafale), karqo təyyarələri və helikopterlər 250 pilot ilə birlikdə Türkiyədə yerləşəcəkdir. İddialarına görə, Türkiyənin məqsədi hərbi donanmasını Fransanın Rafale təyyarələri hesabına böyüdən Yunanıstana qarşı təcrübə qazanmaqdır.
Oktyabrın 4-də Türkiyə XİN Mevlud Çavuşoğlunun Liviya səfərində iki ölkə arasında neft və hidrokarbon sahəsində çox mühüm bir müqavilə imzalandı. Müqaviləyə əsasən Türkiyə Liviyanın dəniz sahəsində neft və təbii qaz quyuları axtarışını həyata keçirəcəkdir. Bu müqavilə Misir, Yunanıstan və Fransa tərəfindən etiraza səbəb oldu. Onlara görə Liviyanın indiki hökumətinin beynəlxalq aləmdə belə bir müqavilə imzalamaq hüququ yoxdur. Lakin, Çavuşoğlu, Liviyanın hökumətinin beynəlxalq tədbirlərə dəvət edildiyini və hətta Ərəb Liqasına Liviyanın indiki hökumətinin sədrlik etdiyini qeyd edərək bu iddialara tutarlı cavab verdi.

Sorosun Qarabağ ermənilərinə olan sevdası...
2020-ci ilin sentyabrından bu günə qədər Ermənistanda fəaliyyət Göstərən Açıq Cəmiyyət fondu (Soros Fondu) 44 günlük müharibə dövründə və müharibədən sonra 14 layihəyə, ümumilikdə 333 min ABŞ dollarından çox qrant ayırmışdır. Reallıqda bu məbləğlər qat-qat çoxdur və göstərilən rəqəmlər simvolikdir, həqiqi miqyasları gizlət məqsədini güdür.
Fondun Ermənistana ayırdığı qrantların ümumi məbləği sözsüz ki, daha çoxdur. Qeyd edilən vəsait isə Ermənistanda və Qarabağda sırf “Qarabağ erməniləri” ilə bağlı layihələrə ayrılıb. Təşkilatın öz saytında bu qrantlarla bağlı məlumatlar ictimaiyyətə açıqdır. Bu siyahıya baxdıqda maraqlı məqamlar üzə çıxır.
Soros Fondu Ermənistanda 1997-ci ildən bəri fəaliyyət göstərir. İndiyədək müxtəlif layihələrə 63 milyon ABŞ dolları həcmində qrantlar vermişdir. Bu layihələr təhsil, səhiyyə, hüquq, siyasət, maliyyə və digər sahələri əhatə edir. Təsadüfi deyildir ki, Ermənistanda 2018-ci ildə baş verən inqilabın arxasında Soros Fondunun olduğu iddia olunur. Həmçinin, Ermənistan hakimiyyətində bu gün mühüm vəzifələrdə Soros Fondu ilə əlaqəli olan şəxslərin siyahısı mütəmadi olaraq mətbuatda dərc edilir. Bu siyahıya Təhlükəsizlik Şurasının Katibi, Parlamentdə olan deputatlar və bəzi komitə sədrləri, nazirlər və hüquq mühafizə orqanlarının rəhbərləri daxildir.
Lakin, iki il ərzində Açıq Cəmiyyət Fondundan Qarabağ erməniləri üçün ayrılan 333 min ABŞ dollarından çox vəsaitin cəmi 112 min dolları insanlara birbaşa yardım adı altında istifadə edilib. Bu vəsaitlərin daha böyük hissəsi, yəni 134 min dolları isə Azərbaycan əleyhinə işin aparılması üçün xərclənib. “İnsan hüquqları və humanitar hüquq pozuntularının aşkarlanması, müharibə cinayətinə dair sübutların toplanılması” adı altında Azərbaycan əleyhinə iş üçün istifadə olunub. Qalan vəsait isə Qarabağda konsertlərin təşkili, Qarabağ ermənilərinin Ermənistana inteqrasiyası və digər məqsədlər üçün xərclənib.
Həmin vəsaitlərin böyük hissəsinin məkirli məqsədlər üçün istifadəsi əslində niyyətin başqa cür olmasından xəbər verir.
Aşağıdakı siyahıda bu fonddan hansı proqramlar adı altında, hansı təşkilatların nə qədər qrant alması göstərilib.
“Humanitar yardım” proqramı
“Martuni Qadınlar icması” Şurası - 31 600 ABŞ Dolları
“Gorus” Mətbuat Klubu QHT - 33 500 ABŞ Dolları
“Missiya Ermənistan” QHT - 37 500 ABŞ Dolları
“Bərabər Hüquqlar üçün” QHT - 42070 ABŞ Dolları
“Qadın hüquqları evi” - 10 000 ABŞ Dolları
“Hələb vətənpərvər xeyriyyə” QHT - 30 000 ABŞ Dolları
“Helsinki Vətəndaş Assambleyası” - 20 000 ABŞ Dolları
“Huquq inkişaf və Müdafiə” Fondu - 15 000 ABŞ Dolları
“Sərhədsiz hüquqların müdafiəsi” QHT - 17 000 ABŞ Dolları
“Vətəndaş cəmiyyətinə dəstək” proqramı
“Ermənistan korlar cəmiyyəti Musiqi Ansamblı” - 4 595 ABŞ Dolları
“Hadruta Qayıdış” QHT - 25 000 ABŞ Dolları
“Kaşatağa qayıdış” QHT - 15 000 ABŞ Dolları
“İnsan hüquqları və qanunun aliliyi” proqramı
“Strateji məhkəmə çəkişmə” mərkəzi - 25 000 ABŞ Dolları
“Beynəlxalq və müqayisə hüququ” mərkəzi - 27 000 ABŞ Dolları
Qrant alan təşkilatların əksəriyyəti Ermənistana aid olsa da, aralarında iki təşkilat diqqəti cəlb edir. Bunlardan biri “Hadruta qayıdış”, digəri də “Kaşatağa qayıdış” təşkilatlarıdır.
Müharibə cinayətində iştirak edən, qanunsuz məskunlaşma və azərbaycanlıların əmlakını talamaqla məşğul olanların qurduğu təşkilata qrant vermək də məqsədin başqa olduğunu deməyə əsas verir. Açıq Cəmiyyət fondu (Soros Fondu) açıq-aşkar Ermənistanın Azərbaycana ərazi iddilarını dəstəkləməklə Qarabağın erməni əhalisində növbəti fəlakətlərə səbəb ola biləcək hülyaları formalaşdırmaqdadır.

Ermənistan-Azərbaycan münasibətlərində kritik iki ay
Növbəti iki ay Cənubi Qafqazın taleyüklü dövrü olacaqdır. Bu müddət ərzində Ermənistan-Azərbaycan arasında sülh sazişi, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya əlaqələrinin açılması, Ermənistan ordusunun qalıqlarının Qarabağdan çıxarılması kimi məsələlərə aydınlıq gətiriləcəkdir.
Sülh müqaviləsi
Azərbaycan Prezidentinin Praqadakı müsahibəsinə əsasən, Ermənistan tərəfindən siyasi iradə nümayiş olunarsa ilin sonuna qədər sülh sazişi imzalana bilər. Bunun üçün xarici işlər nazirləri tezliklə ikinci dəfə görüşməli, daha sonra isə işçi qruplarla birlikdə üçüncü dəfə görüşərək sülh sazişini razılaşdırana qədər fasiləsiz danışıqlar aparmalıdırlar. Bu proseslərin növbəti 2 ay ərzində, yəni ilin sonuna qədər planlaşdırılması sülh sazişi üzrə işlərin intensivləşməsindən xəbər verir.
Sərhədlərin delimitasiyası
Azərbaycan prezidentinin köməkçisi H. Hacıyevə əsasən, Azərbaycanla Ermənistan arasında 1000 km-dən artıq delimitasiya olunmamış sərhəd var. Vaşinqtonda aparılan danışıqlar zamanı Azərbaycan tərəfi sərhədlərin “heç bir ön şərt qoyulmadan” və “düzgün metodologiyanın tətbiqi” vasitəsilə aparılmasına vurğu etmişdir. Azərbaycan tərəfi A.Qriqoryanla ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C. Sallivanın iştirakı ilə görüşü zamanı həmçinin Qazax rayonunun hələ də işğal altında saxlanılan 7, Naxçıvanın isə 1 kəndi ilə bağlı məsələləri qaldırdı. Görüşün nəticələrinə dair sosial şəbəkələrə sızdırılan 27 sentyabr tarixli Vaşinqton razılaşmasına əsasən sərhəd komissiyası tərəfindən aparılan delimitasiya prosesi sülh sazişi ilə parallel aparılmalı və ilin sonuna qədər yekunlaşmalıdır. Delimitasiya məsələsinin də növbəti iki aya təsadüf etməsi tərəflərin sərhədlərin müəyyən edilməsi üçün artıq müəyyən bir baza prinsipini nəzərdən keçirmələrindən xəbər verir.
Avropa İttifaqı missiyası
Praqa görüşündə Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasını qəbul etməyə razı olduğunu bildirdi. Azərbaycan mülki missiyanı öz ərazisində qəbul etməsə də, növbəti iki ay ərzində ona aid olduğu dərəcədə missiya ilə əməkdaşlıq edəcəyini bildirmişdir. Missiya 40 nəfərdən ibarət olacaqdır. Ş.Mişelin bəyanatına görə missiyanın məqsədi tərəflər arasında etimad yaradaraq hesabatları ilə sərhəd komissiyalarının işinə töhfə verməkdir. Missiya oktyabr ayında başlayıb, maksimum 2 ay davam edəcəkdir. Böyük ehtimal ki, 2 ay bitdikdən sonra Ermənistan missiyanın müddətini artırmağa cəhd edəcəkdir. Ermənistanın hansı addım atmasından asılı olmayaraq Azərbaycan adı çəkilən missiya ilə cəmi 2 ay müddətində əməkdaşlıq edəcəkdir. Müşahidə etdiyimiz kimi bu məsələdə də son tarix kimi ilin sonu müəyyən edilmişdir.
Nəqliyyat və kommunikasiyalar
Praqada Azərbaycan telekanallarına müsahibəsi zamanı Prezident İlham Əliyev Ermənistanın avtomobil yolu üçün marşrutu hələ də Azərbaycana təqdim etmədiyini qeyd etdi. Vurğulayaq ki, 10 noyabr bəyanatına əsasən Zəngəzur dəhlizi Ermənistanın öz üzərinə götürdüyü öhdəlikdir. Bunun bir öhdəlik olduğunu və Ermənistan tərəfindən icra edilmədiyini Azərbaycan prezidenti MDB dövlət başçılarının Astana sammitində xüsusi vurğulamışdır. Eyni zamanda, dəmir yolu məsələsinin Prezident tərəfindən qeyd edilməmısi onu göstərir ki, bu məsələ artıq razılaşdırılıb.
Beləliklə, Azərbaycanın 5 baza prinsipi əsasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması 2022-ci ilin sonuna qədər həllini tapmalıdır. Bu istiqamətlərdə, xüsusilə Ermənistan SQ qalıqlarının Qarabağdan tam çıxarılması məsələsində Azərbaycan hələki səbr nümayiş etdirir. Lakin, növbəti iki ayda proseslər məntiqi sonuna çatmasa, Azərbaycan Qarabağdan başlayaraq bütün istiqamətlər üzrə Prezident İlham Əliyev qeyd etdiyi kimi adekvat tədbirlər görməyə başlayacaqdır. Bu tədbirlərə ilk növbədə Laçın yolunun nəzarətə götürülməsi və Ermənistan tərəfindən işğalı davam etdirilən anklavlar məsələsinin rəsmi qaydada qaldırılması aid ola bilər.

👍22
Makronun özfəaliyyəti Qərbin təşəbbüslərinə təhdid törədir
Dekabrda Aİ-nin vasitəçiliyinin 1 ili tamam olur. Bir il əvvəl danışıqlarda mövqeyinin möhkəmlənməsini arzu edən Ermənistan Brüsseli Azərbaycanla danışıqlara vasitəçi kimi dəvət etdi. ATƏT kimi təşkilatlardan və Fransa kimi ölkələrdən fərqli olaraq Ş.Mişelin timsalında Aİ öz vasitəçilik missiyasını daha tarazlı və obyektiv əsasda aparırdı.
Brüssel danışıqlara maliyyə yardımı paketləri (Ermənistana 2,6 mlrd, Azərbaycana 2 mlrd. avro) təklif etməklə gəlmişdi.
- 2021-ci il 14 dekabr bəyanatı “hərbi məhbusların” azad edilməsi, itkin düşmüş şəxslərin taleyinin həll edilməsi, minatəmizləmə səylərinə dəstək, münaqişədən təsirlənmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma istiqamətlərində kömək kimi məsələləri əhatə edirdi.
- 4 fevral bəyanatında ATƏT-in adı hallansa da, onun ardınca qəbul edilən heç bir bəyanatda Minsk qrupu və ya “status” məsələləri mətnə daxil edilməmişdir.
- Paşinyanın bütün səylərinə rəğmən “avtomobil yolu əlaqələrinin bərpası” 6 aprel bəyanatının mətninə daxil edilmişdir.
- 23 may bəyanatı “Qarabağdakı etnik erməni əhalisinin hüquq və təhlükəsizlik məsələlərinin həll edilməsindən” bəhs etsə də mətndə ermənilərin yaşadıqları ərazi “Dağlıq Qarabağ” yox, “Qarabağ” adlandırılmışdır. Ermənilərə münasibətdə “xalq” yox, “əhali” terminindən istifadəsi isə müqəddəratın təyinetmə prinsipinin onlara şamil olunmadığından xəbər verir.
Beləliklə, Brüsselin siyasi terminologiyası ermənilərdə yalançı ümid və xülyaların formalaşmasına imkan vermir.
Aİ-nin səmərəli və tarazlı vasitəçiliyi ABŞ və Fransa tərəfindən müəyyən narazılıq və qısqanclıqla qarşılanır. Bu xüsusilə də sentyabrdan bəri hiss olunur. Ş.Mişeli 2ci plana çəkmək məqsədilə ABŞ Blinkenin və Sallivanın iştirakı ilə üçtərəfli, Fransa isə Makronun iştirakı ilə Praqada dördtərəfli görüş keçirdi. Lakin, danışıqlardan az müddət sonra Makron müsahibəsində Qarabağı “beynəlxalq tanınmamış ərazi”, Azərbaycanı isə bu ərazini “işğal edən” tərəf adlandırdı. Makronun Prezident İlham Əliyev qeyd etdiyi kimi “təhqiramiz, qəbulolunmaz, yalan və təxribatçı” bəyanatı Azərbaycan-Fransa münasibətlərinə xələl gətirməklə yanaşı, Qərbin vasitəçilik funksiyasına da kölgə salır. Vaşinqton və Parisin sözdə Brüsseli dəstəkləyib, əməldə isə onun vasitəçiliyinə xələl gətirən addımlar atması Qərbin bütün vasitəçilik missiyasını təhlükə altına qoyur.
Brüsselin konstruktiv yanaşmasından fərqli olaraq Paris və Vaşinqton ənənəvi “kötək və kökə” siyasətini həyata keçirirlər. Baydenin məktubunda “Dağlıq Qarabağ xalqı” ifadəsindən istifadə etməsi və Azərbaycanın Fransadakı səfirliyinə hücumlar kötək siyasətinin elementlərindəndir. 2020-ci ilin 25 noyabr tarixində Fransa Senatı 305 leyhinə, 1 əleyhinə nisbəti ilə Fransa hökümətini qondarma qurumun müstəqilliyini tanımağa çağıran qətnamə qəbul etdi. 2022-ci ilin 15 noyabrında isə Fransa Senatı 6 deputatın irəli sürdüyü və Bakıya sanksiyaların tətbiqini nəzərdə tutan qətnaməyə baxacaqdır. Qətnamə neft-qaz tədarükünə embarqonu, Qarabağda Fransanın humanitar ofisinin yaradılmasını, Ermənistana hər cür, o cümlədən müdafiə xarakterli yardımın göstərilməsini, erməni əhalisinin və Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində təhlükəsizliyinə təminatın verilməsini və bu məqsədlə beynəlxalq qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Öz növbəsində, ABŞ Konqresində də ermənipərəst konqresmenlər tərəfindən bir neçə qətnamə müzakirəyə çıxarılacaqdır.
Nəticə etibarı ilə, ABŞ və Fransanın destruktiv fəaliyyəti Aİ-nin konstruktiv vasitəçiliyinə və ilin sonuna qədər sülh sazişinin imzalanmasına ciddi təhdid yaradır. Qərbin sanksiya təhdidi əsasən Ermənistan ərazisi və Qarabağ erməniləri ilə bağlıdır. Belə təxribatçı və aqressiv siyasətin davam etdirilməsi Qərbin diskreditə edilməsinə və Ş.Mişelin vasitəçiliyi ilə əldə edilmiş böyük proqresin isə sıfra endirilməsinə gətirə bilər.Ermənilərdə növbəti əsassız xülyaların yaranmasına səbəb ola biləcək addımlar regionda uzunmüddətli sülhü və ilk növbədə Qərbin məqsədlərinə nail olmasını mümkünsüz edir.

👍9👎1
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən Diqqət Mərkəzi verilişində “Azərbaycanın yeni sülh şərtləri ağır olacaq” mövzusu ətrafında baş tutmuş müzakirələrdə iştirak edib.
Daha ətraflı: https://www.youtube.com/watch?v=LB_VeL7OOVU&t=371s

Azərbaycanın yeni sülh şərtləri ağır olacaq
https://www.facebook.com/ictimai.tv/
https://www.instagram.com/ictimaitv.official/
https://itv.az/
#ictimaitv #video #televiziya #baku #videolar #itv

👍6
Ermənistan büdcəsinin “təcavüzü” dəstəkləyən hissəsi
Ermənistan və Azərbaycan arasında ilin sonuna qədər imzalanması gözlənilən sülh sazişi qarşılıqlı ərazi bütövlüyünün tanınmasını, gələcəkdə ərazi iddialarının irəli sürülməməsini və daxili işlərə qarışmamağı nəzərdə tutur. Bu sazişlə Qarabağdan silahlı qüvvələrin tam olaraq çıxarılmasından tutmuş A.Arutyunyanın separatçı rejimini maliyyələşdirilməsinə qədər bütün məsələlərdə İrəvan Qarabağın erməni əhalisinin həyatında iştirakdan imtina etmiş olmalıdır. Sazişə imza atdıqdan sonra istənilən fərqli davranış Azərbaycanın daxili işlərinə müdaxilə kimi dəyərləndirilib, Ermənistan və Qarabağ erməniləri üçün “adekvat” nəticələrə gətirəcəkdir.
Saziş imzalandıqdan sonra Konstitusiya, Hərbi Doktrina, Hökümət Proqramı kimi sənədlərə düzəlişlərin edilməsi aktuallaşsa da, bu Ermənistanın daxili işi hesab olunur. Ermənistan Konstitusiyanın 6-cı maddəsinə əsasən: “Ratifikasiya olunmuş beynəlxalq müqavilələr respublikanın hüquq sisteminin tərkib hissəsidir. Əgər onlar qanunlarda nəzərdə tutulandan fərqli normalar müəyyən edərlərsə, müqavilənin normaları tətbiq edilir”. Yəni, sülh sazişi imzalandıqdan sonra Hərbi Doktrina, Milli Təhlükəsizlik Strategiyası və Hökümət Proqramı hətta onlara xüsusi düzəlişlər olunmasa belə müqaviləyə zidd olduqlarına görə hüquqi qüvvəyə malik olmayacaqdır.
Bununla belə, 6-cı maddəyə görə, “Konstitusiyaya zidd olan beynəlxalq müqavilələr Konstitusiyaya müvafiq dəyişiklik edildikdən sonra ratifikasiya oluna bilər”. Beləliklə, Ermənistan ya öncədən Konstitusiyaya düzəlişlər etməlidir, ya da sülh sazişini imzalayıb, konstitusiyanın preambula hissəsini fərqli formada interpretasiya etməlidir. Bundan imtina Bakının “adekvat” addımlarına səbəb olacaqdır.
Bununla belə, Ermənistanın 2023-cü il büdcə layihəsində Qarabağ ermənilərinə $300 mln. ayrılması nəzərdə tutulub. Beləliklə, bu mərhələdə İrəvan Qarabağ ermənilərini maliyyələşdirməyi davam etməyi düşünür. Bu vəsait Ermənistandan gələn qaz, işıq, internet kimi kommunal xərclərin ödənilməsinə, hərbi muzdluların və yerli çağırışçıların təminatına, yeni evlərin tikilməsinə, separatçı qurumların saxlanılmasına xərclənəcəkdir.
Hazırda bu İrəvanın Qarabağ ermənilərinin həyatında oynadığı yeganə roldur. Büdcənin qəbulu sülh sazişinin olmaması reallığından irəli gəlir. Sazişdən sonra İrəvan istəsə belə bunu fiziki olaraq reallaşdıra bilməyəcəkdir. Bütün kommunikasiyalar demək olar ki, Laçın şəhərindən keçir, hansı ki, artıq Bakının nəzarətindədir.
Yaxın perspektivdə Ermənistan büdcəsinə “ağırlıq düşməyəcək” və Bakı Qarabağın erməni əhalisinə kommunal xidmətlər təqdim edəcəkdir. Sosial-iqtisadi məsələlər Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasında aparıcı mövzu olacaqdır. Azərbaycanın aiddiyyatı qurumları əlaqəni yalnız Qarabağ ermənilərinin kommunal xidmətlərinin təminatçıları ilə quracaqlar.
Qarabağ ermənilərinə ayırdığı pulları isə İrəvan Azərbaycanın yurisdiksiyası altında yaşamaq istəməyən ermənilərin Ermənistanda məskunlaşmasına xərcləyə bilər. Hansı ölkədə və kimin yurisdiksiyası altında yaşamaq ermənilərin öz seçiminə buraxılır.
Paşinyanın timsalında Ermənistan 30 il ərzində millətçi və təcavüzkar siyasətin qurbanına çevrilmiş Qarabağ erməniləri qarşısında son borclarını yerinə yetirə bilməyəcəkdir. Yalnız bundan sonra Ermənistan təcavüzkar dövlət damğasını qismən silə bilər.
Bakı bu məsələləri istənilən halda həll edəcəkdir. Fərq yalnız bu qüvvələrin Azərbaycan ərazilərini öz xoşu ilə və ya “yük 200” vasitəsilə tərk etmələrində olacaqdır. Son vaxt ilin sonuna qədər müəyyən edilib. Azərbaycan Prezidenti bu il artıq iki dəfə - yayda və son MDB sammitində “adekvat” cavabdan danışıb. Yayda “Qisas” əməliyyatı, ardınca şərti sərhəddə əks-hücum həyatlar keçirilib.
Sülh sazişi imzalnandan sonra da onun pozulmasına yönələn davranışa qarşıda adekvat addımlar atıla bilər. Bunun üçün Bakının kifayət qədər resurs və imkanları vardır. Ermənistanda Aİ və KTMT missiyalarının mövcudluğu Bakının Qarabağda, xüsusilə Kəlbəcər və Laçında əməliyyata daha çox diqqət ayırmasına imkan verəcəkdir.

Türk Dövlətləri Təşkilatı (TDT) - dövrün tələbinə çevrilən təşəbbüs
Bəyənin və paylaşın!
https://youtu.be/Qg1FDRs8Fes
Bəyənin və paylaşın!
https://youtu.be/Qg1FDRs8Fes
YouTube
Türk Dövlətlər Təşkilatı (TDT) – dövrün tələbinə çevrilən təşəbbüs
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakı şəhərində yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda gedən siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır.
#cqtm #cssc #trend #Azərbaycan #Türkiyə #kazakhstan…

Gürcüstanda siyasi vəziyyətin regiona təsirləri
Bəyənin və paylaşın!
https://www.youtube.com/watch?v=LdA9ntASvws
Bəyənin və paylaşın!
https://www.youtube.com/watch?v=LdA9ntASvws
YouTube
Gürcüstanda siyasi vəziyyətin regiona təsirləri
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakı şəhərində yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda gedən siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır.
#cqtm #cssc #trend #azerbaijan #usa #southcaucasus…
#cqtm #cssc #trend #azerbaijan #usa #southcaucasus…
👍5
Azərbaycan niyə ATƏT-in missiyasına qarşıdır?
44 günlük müharibədən sonra Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırma siyasətinin əsasında beynəlxalq iştirakçıların sayının minimuma endirilməsi dayanırdı. Əməkdaşlıq və sülh tərəflərin ümumi maraqlara malik olmasını tələb edir. Vasitəçilərin sayının artması isə bir-biri ilə toqquşan maraqların sayını artırıb, sülhün əldə edilməsinə mane olur və informasiya axınlarının həyata keçirilməsini qəlizləşdirir. Rusiyanın Ukraynaya təcavüzündən sonra isə ziddiyyətlər pik həddə çatdı.
Müharibənin nəticələrinə uyğun olaraq nizamlanma prosesinin əsas iştirakçıları Rusiya və Türkiyə oldu. Rusiyanın vasitəçiliyi üçtərəfli razılaşmasının 3 və 4-cü bəndlərinə, Türkiyənin isə 11 noyabr tarixli “Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqqında Memorandum”a söykənirdi. Üçtərəfli razılaşmanın 4-cü bəndi erməni silahlı qüvvələrinin çıxarılmasını, 9-cu bənd isə Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutsa da, Ermənistandakı siyasi qeyri-stabillik və Rusiyanın üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmək istəməməsi bu bəndlərin 2021-ci ildə gerçəkləşməsinə imkan vermədi.
Ermənistan rəhbərliyi üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini ləngitmək, “çətin” qərarların qəbulu müddətini uzatmaq və danışıqlarda mövqeyini gücləndirmək üçün prosesə yeni vasitəçilər cəlb etməyə çalışdı. Rusiyanı daha məsuliyyətli olmağa təhrik etmək üçün Bakı ABŞ və Gürcüstanın birdəfəlik vasitəçiliyinə icazə verdi. 2021-ci ilin iyun ayında ələ keçirilmiş erməni hərbçiləri minalanmış xəritələrə dəyişdirildi.
2021-ci ildə Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra belə Moskvanın vasitəçiliyində pozitiv irəliyiş olmadı. Bu Brüsselin vasitəçiliyini aktuallaşdırdı. Avropa İttifaqını nizamlanma prosesinə Ermənistan dəvət etdi. Azərbaycan ilk dövrdə Aİ-nin vasitəçiliyinə mənfi yanaşırdı. Belə ki, Aİ ədalətsiz yanaşma nümayiş etdirib, təcavüzkar Ermənistana 2,6 mlrd, işğal qurbanı olan Azərbaycana isə 150 milyon avro maliyyə yardımı ayırmışdı. Lakin, yardım paketi 2 milyarda qədər artırılandan sonra Bakı Brüsseli “dürüst vasitəçi” adlandırdı.
Beləliklə, Moskva və Brüssel formatları rəsmi Bakının iştirak edə biləcəyi maksimal vasitəçilikdir. Vaşinqtonun diplomatik səylərini Brüssel formatı kontekstində nəzərdən keçirdikdə onu da qəbul etmək mümkündür.
Buna baxmayaraq, beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in meydana çıxması Azərbaycan tərəfindən heç cür qəbul edilə bilməz. ATƏT-in Prosedur Qaydaları adlı sənədinin ikinci maddəsinə əsasən, təşkilatın direktiv orqanlarının qərarları konsensus əsasında qəbul edilir. Sənədə görə “konsensus, baxılan məsələ ilə bağlı qəbul edilən qərara iştirakçı dövlət tərəfindən hər hansı etirazın olmaması kimi müəyyən edilir”. Azərbaycan XİN-in şərhinə əsasən, missiya məsələsi ATƏT-in hər hansı bir kollektiv qərar verici orqanı tərəfindən heç zaman müzakirəyə çıxarılmadığına və bu barədə heç bir qərar qəbul edilmədiyinə görə ATƏT mandatına malik ola və ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz. Vurğulayaq ki, ATƏT-in Prosedur Qaydaları sənədinə əsasən, yalnız konsensus əsasında qəbul edilən qərar, bəyanat, hesabat, məktub və digər sənədlər ATƏT sənədləri adlanıb, iştirakçı dövlətlər üçün siyasi məcburiyyət qüvvəsinə malikdir.
Brüsselin Ermənistandakı missiyası Bakı üçün ürəkaçan olmasa da, bu missiya Praqa görüşü çərçivəsində razılaşdırılmışdır. Azərbaycan missiya ilə iki ay müddətinə əməkdaşlıq edəcəyinə razılıq vermişdir. Görüşdən az sonra Aİ birtərəfli qaydada Ş.Mişelin bəyanatına zidd olaraq Ermənistana göndərilən missiyanın səlahiyyətlərini artırmış və missiyanın 2 aydan çox fəaliyyət göstərə biləcəyini bildirmişdir. Bu səbəbdən də Azərbaycanın Aİ missiyası ilə 2 aydan artıq əməkdaşlıq etməsi məqsədəuyğun deyil.
Beləliklə, diplomatik platformaların sayı Bakı tərəfindən artırılmayacaqdır. Sülh sazişi və Ermənistanın öhdəliklərinə əsaslanan siyasi gündəm dəyişməz qaldığına görə növbəti iki ay ərzində qarşılıqlı əlaqə formatları hətta kəsilə də bilər.

👍21
Rusiyanın vasitəçiliyində çatlar
Azərbaycan Ermənistan arasında vasitəçilik prosesində Brüssel və Vaşinqtondan təşəbbüsü ələ almağa çalışan Rusiya diplomatik aktivlik nümayiş etdirir və növbəti üçtərəfli görüşə dəvət edir. Belə şəraitdə vasitəçilərin nizamlama prosesinə baxışlarına nəzər yetirək:
Qərb prosesin əvvəlində sülh sazişi və Ermənistana təhlükəsizlik zəmanəti kimi sərhəd gərginliyinin aşağı salınmasını təklif edir. Bununla belə, format nəqliyyat-kommunikasiya əlaqələrinin tezliklə açılmasını nəzərdə tutmur. Məsələ bundadır ki, 10 noyabr bəyanatına əsasən Zəngəzur dəhlizi üzərində nəzarəti Rusiya həyata keçirməlidir. Qeyd edək ki, Ermənistan mövcud Rusiya bazalarından (2049-cu ilə qədər) və ya Azərbaycanda, Qarabağda yerləşən sülhməramlı kontingentdən (2025-ci ilə qədər) fərqli olaraq Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində qalması müddətsizdir. Bu bənd Rusiyanın Ermənistan üzərində hakimiyyətini gücləndirdiyinə görə Qərb tərəfindən rədd edilir.
Rusiya bütün məsələlərin onun vasitəçiliyi ilə müzakirə edilməsini, sülh sazişini isə qeyri-müəyyən gələcəyə saxlanılmasını təklif edirdi. Bu müddətdə Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu ardıcıl olaraq uzadılmalıdır. Lakin, Moskvanın təklifi iştirakçı dövlətlər tərəfindən qəbul edilmir. Azərbaycan üçün bu təklifdə “status”, sülh sazişinin qeyri-müəyyən müddətə saxlanılması və sülhməramlıların qalma müddətinin uzadılması məsələləri qəbuledilməzdir. Ermənistan isə Rusiyanın iştirakı ilə nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına, öz ərazisində Rusiyaya müddətsiz səlahiyyət verməyə qarşıdır.
Son iki il ərzində Azərbaycan və Ermənistanda Rusiyaya qarşı güclü narazılıqlar formalaşıb. Bu narazılıqlar özünü fərqli səviyyələrdə göstərir. Məsələn, Azərbaycan Prezidenti 44 günlük müharibə zamanı Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşındığını bildirmişdi, sonra Rusiya hərbçilərinin Qarabağdan erməni silahlıların çıxarılması haqqında vədlərini yerinə yetirməməsini yada salmışdı. Ermənistanın Rusiyadan narazılığı KTMT-dən çıxma ilə bağlı bəyanatlar, N. Pelosinin səfəri vaxtı Rusiyadan gileylənmə, Rusiya əleyhinə mitinqlərin keçirilməsi, Kremlə yaxın deputat K.Zatulinin Ermənistana buraxılmaması kimi özünü biruzə verir.
Rusiya Ukraynaya müdaxilə etdikdən sonra Moskvanın resursları Qərb sanksiyalarının təsiri altında hissolunan dərəcədə məhdudlaşdı. Hətta Qarabağın erməni əhalisi arasında belə Rusiyanı təhlükəsizlik qarantı kimi yalnız onlara rəhbərlik edən qrup nəzərdən keçirdir. Əhali isə Azərbaycan SQ-i mövqelərini Qarabağda “dəqiqləşdirdiyi” vaxtda Xankəndidə etiraz mitinqlərinə çıxırdı.
Rusiya regionda öz mövqelərini qoruya bilər. Bunun üçün o geosiyasi reallıqla barışmalı, maksimalist mövqeyindən imtina etməlidir. Rusiya Laçın və Zəngəzurda gömrük postlarının qurulması ilə barışmalı və sülh sazişi layihəsini Praqa görüşünün konseptual çərçivəsinə uyğunlaşdırmalıdır. Bu “status” məsələsindən birmənalı imtinanı və Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasını nəzərdə tutur. Belə şəraitdə Rusiya 2025-ci ilə qədər regionda mövqelərini qoruya bilər.
Lakin, Rusiya praqmatik yanaşmadan imtina edib, Azərbaycan və Ermənistana qarşı informasiya müharibəsi aparır. Rusiya telekanalları Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirir, Qarabağın “subyektliyindən” danışır, Paşinyanı isə “Qərbin agenti” kimi pisləyirlər. Rusiyanın informasiya həmlələrinə Azərbaycan və Ermənistan adekvat cavablar verir. Hədə qismində İran faktorundan istifadə edilsə də, Bakı Rusiya və Ermənistana münasibətdə öz mövqeyindən geri çəkilmir, İrəvan isə Aİ missiyasından imtina etmir.
Proseslərin dinamikasından belə nəticəyə gəlmək olar ki, növbəti iki ayda Rusiyanın regionda mövqeləri sıxışdırılacaq. Bu özünü daha çox Ermənistanda biruzə verəcək. Öz ərazisində, xüsusilə Qarabağda Aİ və ya digər xarici missiyaların mövcudluğuna imkan verməyən Azərbaycanda isə Rusiyanın sıxışdırılması daha kiçik miqyasda baş verəcəkdir. Bütün bu proseslər Rusiyanın konstruktiv iştirakı və ya onun roluna məhəl qoymama formasında istənilən halda baş verəcəkdir.

👍28
Suriyalaşma Cənubi Qafqazda (CQ) və İranda ola bilərmi?
Son dövrlər CQ-ın ikinci Suriyaya − regional və qeyri-regional ölkələrin, terrorçu qrupların iştirakı ilə “bellum omnia contra omnes” (hamının hamıya qarşı müharibə) vəziyyətinə gələ biləcəyi ehtimal olunur. CQ-ın coğrafi mövqeyi münaqişə potensialının yüksək olmasını şərtləndirir. Mövcud sabitlik və inkişaf isə fövqəladə fəaliyyətin nəticəsidir.
Gərginlik amilləri
44 günlük müharibədən sonra region ölkələrinin xarici siyasət prioritetləri dəyişmədi. Bakı, Moskva və Ankaranın rolu artdı, 3+3 formatı isə xarici aktorların iştirakı olmadan regional balansın əsasını təşkil etməli idi. Lakin, Tiflisin bu formatdan imtina etməsi, İrəvanın isə son vaxtlar xarici siyasət prioritetlərini dəyişdirmə cəhdləri kənar qüvvələrin regiona gəlməsini mümkün edir.
Rusiyanın mövqeyi
Rusiya Soçi görüşündən sonra təşəbbüsün əldən getdiyini dərk etdi. Prosesin sürətlənməsi rusiyameylli qüvvələrin və İranın təxribatlarını qaçılmaz edə bilər. Moskva regiona “ya biz, ya xaos” məntiqi ilə yanaşa bilər. Lakin, xaos CQ sərhədlərini aşıb, Rusiyanın özünə, yəni Şimali Qafqaza da yayıla bilər. Bu yanaşma Türkiyə ilə də toqquşmaya səbəb ola bilər. Şuşa Bəyannaməsi və doktrinal sənədlərimiz ölkədə xarici hərbi bazaların mövcudluğuna icazə verməsə də, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə xarici hərbi qüvvələrinin yerləşdirilməsinə müvəqqəti icazə verilməsini mümkün sayır.
İranın mövqeyi və mümkün addımları
İran prezidentinin CQ-ı İran sivilizasiyasının tərkib hissə kimi nəzərdən keçirməsi praktikada Rusiyanın zəifləməsi ilə regionda yaranan vakuumun İran tərəfindən doldurulmasını özündə ehtiva edir. İranın daxilində və xaricində baş verən proseslər Tehranı xarici hərbi əməliyyat keçirməyə təhrik edə bilər. Hərbi əməliyyatların 3 mümkün hədəfi və fəsadları:
CQ – Azərbaycan adekvat hərbi tədbirlər görəcək, Türkiyənin birbaşa hərbi iştirakı, Gürcüstanın logistik, Britaniya və İsrailin diplomatik və silah dəstəyi olacaq, həmsərhəd Səudiyyə Ərəbistanı və Pakistanın isə genişmiqyaslı və ya qismən hərbi-siyasi iştirakı mümkündür.
Səudiyyə Ərəbistanı – ABŞ-ın Milli Təhlükəsizlik Şurası İranın hücum edəcəyi təqdirdə cavab verməyə hazır olduğunu və “regiondakı maraqlarımızı və tərəfdaşlarımızı müdafiə etmək üçün hərəkət etməkdən çəkinməyəcəyini” bildirib.
İraq-kürdlər – digər iki hədəfdən fərqli olaraq neqativ fəsadlar o qədər də böyük olmayacaq. İranın ali lideri son çıxışlarında məhz kürd və belucilərin silahlı dəstələrinin əsas təhdid olduğunu qeyd etmişdi.
Yaxın həftələrdə Konqresdə çoxluq respublikaçılara keçə bilər. Gallup sorğu mərkəzinin 2020-ci il araşdırmasına görə düşmənlərin müəyyən edilməsində partiya mənsubiyyətinin böyük rolu vardır: demokratlar əsas düşmən qismində Rusiyanı, respublikaçılar isə Çin və İranı görürlər. İsraildə isə 17 aydan sonra Netanyahu yenidən Knessetdə 120 yerdən 61 yeri götürməklə (koalisiya) hakimiyyətə qayıda bilər. Təcrübə göstərir ki, İran İsrail və ABŞ-ın mövqeləri üst-üstə düşdükdə daha ehtiyatlı davranışa üstünlük verir.
Rusiya üçün CQ-da İran, Azərbaycan-Türkiyə ittifaqına balans və Ermənistanın Qərbə meyl etməsini əngəlləyən faktordur. Perspektivdə Tehran Ər-Riyad arasında müharibə və körfəz boğazlarının bağlanması neft qiymətlərini artırıb, Rusiya neftinə tətbiq edilən qiymət həddini mənasız edə bilər.
Zərbənin İraq kürdlərinə endiriləcəyi daha böyük ehtimal olsa da, müasir dünyada rasionallıqdan uzaq hesablamalarla da addımlar atılır.
Nəhayət, hərbi müdaxilənin ən ağır zərbəsi İranın özünə dəyə bilər. İran ikinci Suriyaya dönə bilər. Tehranın siyasəti bu ssenarini bir çoxları üçün arzuolunan edib. Azərbaycan İrana qarşılıqlı faydalı layihələr təklif etsə də, İran Azərbaycanı silahla hədələməkdə davam edir. Bakı isə təxribatın ona qarşı çevriləcəyi təqdirdə itkilərinin qazanclarından qat-qat daha çox olacağına dair Tehrana birmənalı siqnallar ötürür.

👍39👎1