Azərbaycan niyə ATƏT-in missiyasına qarşıdır?
44 günlük müharibədən sonra Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırma siyasətinin əsasında beynəlxalq iştirakçıların sayının minimuma endirilməsi dayanırdı. Əməkdaşlıq və sülh tərəflərin ümumi maraqlara malik olmasını tələb edir. Vasitəçilərin sayının artması isə bir-biri ilə toqquşan maraqların sayını artırıb, sülhün əldə edilməsinə mane olur və informasiya axınlarının həyata keçirilməsini qəlizləşdirir. Rusiyanın Ukraynaya təcavüzündən sonra isə ziddiyyətlər pik həddə çatdı.
Müharibənin nəticələrinə uyğun olaraq nizamlanma prosesinin əsas iştirakçıları Rusiya və Türkiyə oldu. Rusiyanın vasitəçiliyi üçtərəfli razılaşmasının 3 və 4-cü bəndlərinə, Türkiyənin isə 11 noyabr tarixli “Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqqında Memorandum”a söykənirdi. Üçtərəfli razılaşmanın 4-cü bəndi erməni silahlı qüvvələrinin çıxarılmasını, 9-cu bənd isə Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutsa da, Ermənistandakı siyasi qeyri-stabillik və Rusiyanın üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmək istəməməsi bu bəndlərin 2021-ci ildə gerçəkləşməsinə imkan vermədi.
Ermənistan rəhbərliyi üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini ləngitmək, “çətin” qərarların qəbulu müddətini uzatmaq və danışıqlarda mövqeyini gücləndirmək üçün prosesə yeni vasitəçilər cəlb etməyə çalışdı. Rusiyanı daha məsuliyyətli olmağa təhrik etmək üçün Bakı ABŞ və Gürcüstanın birdəfəlik vasitəçiliyinə icazə verdi. 2021-ci ilin iyun ayında ələ keçirilmiş erməni hərbçiləri minalanmış xəritələrə dəyişdirildi.
2021-ci ildə Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra belə Moskvanın vasitəçiliyində pozitiv irəliyiş olmadı. Bu Brüsselin vasitəçiliyini aktuallaşdırdı. Avropa İttifaqını nizamlanma prosesinə Ermənistan dəvət etdi. Azərbaycan ilk dövrdə Aİ-nin vasitəçiliyinə mənfi yanaşırdı. Belə ki, Aİ ədalətsiz yanaşma nümayiş etdirib, təcavüzkar Ermənistana 2,6 mlrd, işğal qurbanı olan Azərbaycana isə 150 milyon avro maliyyə yardımı ayırmışdı. Lakin, yardım paketi 2 milyarda qədər artırılandan sonra Bakı Brüsseli “dürüst vasitəçi” adlandırdı.
Beləliklə, Moskva və Brüssel formatları rəsmi Bakının iştirak edə biləcəyi maksimal vasitəçilikdir. Vaşinqtonun diplomatik səylərini Brüssel formatı kontekstində nəzərdən keçirdikdə onu da qəbul etmək mümkündür.
Buna baxmayaraq, beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in meydana çıxması Azərbaycan tərəfindən heç cür qəbul edilə bilməz. ATƏT-in Prosedur Qaydaları adlı sənədinin ikinci maddəsinə əsasən, təşkilatın direktiv orqanlarının qərarları konsensus əsasında qəbul edilir. Sənədə görə “konsensus, baxılan məsələ ilə bağlı qəbul edilən qərara iştirakçı dövlət tərəfindən hər hansı etirazın olmaması kimi müəyyən edilir”. Azərbaycan XİN-in şərhinə əsasən, missiya məsələsi ATƏT-in hər hansı bir kollektiv qərar verici orqanı tərəfindən heç zaman müzakirəyə çıxarılmadığına və bu barədə heç bir qərar qəbul edilmədiyinə görə ATƏT mandatına malik ola və ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz. Vurğulayaq ki, ATƏT-in Prosedur Qaydaları sənədinə əsasən, yalnız konsensus əsasında qəbul edilən qərar, bəyanat, hesabat, məktub və digər sənədlər ATƏT sənədləri adlanıb, iştirakçı dövlətlər üçün siyasi məcburiyyət qüvvəsinə malikdir.
Brüsselin Ermənistandakı missiyası Bakı üçün ürəkaçan olmasa da, bu missiya Praqa görüşü çərçivəsində razılaşdırılmışdır. Azərbaycan missiya ilə iki ay müddətinə əməkdaşlıq edəcəyinə razılıq vermişdir. Görüşdən az sonra Aİ birtərəfli qaydada Ş.Mişelin bəyanatına zidd olaraq Ermənistana göndərilən missiyanın səlahiyyətlərini artırmış və missiyanın 2 aydan çox fəaliyyət göstərə biləcəyini bildirmişdir. Bu səbəbdən də Azərbaycanın Aİ missiyası ilə 2 aydan artıq əməkdaşlıq etməsi məqsədəuyğun deyil.
Beləliklə, diplomatik platformaların sayı Bakı tərəfindən artırılmayacaqdır. Sülh sazişi və Ermənistanın öhdəliklərinə əsaslanan siyasi gündəm dəyişməz qaldığına görə növbəti iki ay ərzində qarşılıqlı əlaqə formatları hətta kəsilə də bilər.
@cssc_cqtm

👍21
Rusiyanın vasitəçiliyində çatlar
Azərbaycan Ermənistan arasında vasitəçilik prosesində Brüssel və Vaşinqtondan təşəbbüsü ələ almağa çalışan Rusiya diplomatik aktivlik nümayiş etdirir və növbəti üçtərəfli görüşə dəvət edir. Belə şəraitdə vasitəçilərin nizamlama prosesinə baxışlarına nəzər yetirək:
Qərb prosesin əvvəlində sülh sazişi və Ermənistana təhlükəsizlik zəmanəti kimi sərhəd gərginliyinin aşağı salınmasını təklif edir. Bununla belə, format nəqliyyat-kommunikasiya əlaqələrinin tezliklə açılmasını nəzərdə tutmur. Məsələ bundadır ki, 10 noyabr bəyanatına əsasən Zəngəzur dəhlizi üzərində nəzarəti Rusiya həyata keçirməlidir. Qeyd edək ki, Ermənistan mövcud Rusiya bazalarından (2049-cu ilə qədər) və ya Azərbaycanda, Qarabağda yerləşən sülhməramlı kontingentdən (2025-ci ilə qədər) fərqli olaraq Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində qalması müddətsizdir. Bu bənd Rusiyanın Ermənistan üzərində hakimiyyətini gücləndirdiyinə görə Qərb tərəfindən rədd edilir.
Rusiya bütün məsələlərin onun vasitəçiliyi ilə müzakirə edilməsini, sülh sazişini isə qeyri-müəyyən gələcəyə saxlanılmasını təklif edirdi. Bu müddətdə Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu ardıcıl olaraq uzadılmalıdır. Lakin, Moskvanın təklifi iştirakçı dövlətlər tərəfindən qəbul edilmir. Azərbaycan üçün bu təklifdə “status”, sülh sazişinin qeyri-müəyyən müddətə saxlanılması və sülhməramlıların qalma müddətinin uzadılması məsələləri qəbuledilməzdir. Ermənistan isə Rusiyanın iştirakı ilə nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına, öz ərazisində Rusiyaya müddətsiz səlahiyyət verməyə qarşıdır.
Son iki il ərzində Azərbaycan və Ermənistanda Rusiyaya qarşı güclü narazılıqlar formalaşıb. Bu narazılıqlar özünü fərqli səviyyələrdə göstərir. Məsələn, Azərbaycan Prezidenti 44 günlük müharibə zamanı Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşındığını bildirmişdi, sonra Rusiya hərbçilərinin Qarabağdan erməni silahlıların çıxarılması haqqında vədlərini yerinə yetirməməsini yada salmışdı. Ermənistanın Rusiyadan narazılığı KTMT-dən çıxma ilə bağlı bəyanatlar, N. Pelosinin səfəri vaxtı Rusiyadan gileylənmə, Rusiya əleyhinə mitinqlərin keçirilməsi, Kremlə yaxın deputat K.Zatulinin Ermənistana buraxılmaması kimi özünü biruzə verir.
Rusiya Ukraynaya müdaxilə etdikdən sonra Moskvanın resursları Qərb sanksiyalarının təsiri altında hissolunan dərəcədə məhdudlaşdı. Hətta Qarabağın erməni əhalisi arasında belə Rusiyanı təhlükəsizlik qarantı kimi yalnız onlara rəhbərlik edən qrup nəzərdən keçirdir. Əhali isə Azərbaycan SQ-i mövqelərini Qarabağda “dəqiqləşdirdiyi” vaxtda Xankəndidə etiraz mitinqlərinə çıxırdı.
Rusiya regionda öz mövqelərini qoruya bilər. Bunun üçün o geosiyasi reallıqla barışmalı, maksimalist mövqeyindən imtina etməlidir. Rusiya Laçın və Zəngəzurda gömrük postlarının qurulması ilə barışmalı və sülh sazişi layihəsini Praqa görüşünün konseptual çərçivəsinə uyğunlaşdırmalıdır. Bu “status” məsələsindən birmənalı imtinanı və Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasını nəzərdə tutur. Belə şəraitdə Rusiya 2025-ci ilə qədər regionda mövqelərini qoruya bilər.
Lakin, Rusiya praqmatik yanaşmadan imtina edib, Azərbaycan və Ermənistana qarşı informasiya müharibəsi aparır. Rusiya telekanalları Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirir, Qarabağın “subyektliyindən” danışır, Paşinyanı isə “Qərbin agenti” kimi pisləyirlər. Rusiyanın informasiya həmlələrinə Azərbaycan və Ermənistan adekvat cavablar verir. Hədə qismində İran faktorundan istifadə edilsə də, Bakı Rusiya və Ermənistana münasibətdə öz mövqeyindən geri çəkilmir, İrəvan isə Aİ missiyasından imtina etmir.
Proseslərin dinamikasından belə nəticəyə gəlmək olar ki, növbəti iki ayda Rusiyanın regionda mövqeləri sıxışdırılacaq. Bu özünü daha çox Ermənistanda biruzə verəcək. Öz ərazisində, xüsusilə Qarabağda Aİ və ya digər xarici missiyaların mövcudluğuna imkan verməyən Azərbaycanda isə Rusiyanın sıxışdırılması daha kiçik miqyasda baş verəcəkdir. Bütün bu proseslər Rusiyanın konstruktiv iştirakı və ya onun roluna məhəl qoymama formasında istənilən halda baş verəcəkdir.

👍28
Suriyalaşma Cənubi Qafqazda (CQ) və İranda ola bilərmi?
Son dövrlər CQ-ın ikinci Suriyaya − regional və qeyri-regional ölkələrin, terrorçu qrupların iştirakı ilə “bellum omnia contra omnes” (hamının hamıya qarşı müharibə) vəziyyətinə gələ biləcəyi ehtimal olunur. CQ-ın coğrafi mövqeyi münaqişə potensialının yüksək olmasını şərtləndirir. Mövcud sabitlik və inkişaf isə fövqəladə fəaliyyətin nəticəsidir.
Gərginlik amilləri
44 günlük müharibədən sonra region ölkələrinin xarici siyasət prioritetləri dəyişmədi. Bakı, Moskva və Ankaranın rolu artdı, 3+3 formatı isə xarici aktorların iştirakı olmadan regional balansın əsasını təşkil etməli idi. Lakin, Tiflisin bu formatdan imtina etməsi, İrəvanın isə son vaxtlar xarici siyasət prioritetlərini dəyişdirmə cəhdləri kənar qüvvələrin regiona gəlməsini mümkün edir.
Rusiyanın mövqeyi
Rusiya Soçi görüşündən sonra təşəbbüsün əldən getdiyini dərk etdi. Prosesin sürətlənməsi rusiyameylli qüvvələrin və İranın təxribatlarını qaçılmaz edə bilər. Moskva regiona “ya biz, ya xaos” məntiqi ilə yanaşa bilər. Lakin, xaos CQ sərhədlərini aşıb, Rusiyanın özünə, yəni Şimali Qafqaza da yayıla bilər. Bu yanaşma Türkiyə ilə də toqquşmaya səbəb ola bilər. Şuşa Bəyannaməsi və doktrinal sənədlərimiz ölkədə xarici hərbi bazaların mövcudluğuna icazə verməsə də, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə xarici hərbi qüvvələrinin yerləşdirilməsinə müvəqqəti icazə verilməsini mümkün sayır.
İranın mövqeyi və mümkün addımları
İran prezidentinin CQ-ı İran sivilizasiyasının tərkib hissə kimi nəzərdən keçirməsi praktikada Rusiyanın zəifləməsi ilə regionda yaranan vakuumun İran tərəfindən doldurulmasını özündə ehtiva edir. İranın daxilində və xaricində baş verən proseslər Tehranı xarici hərbi əməliyyat keçirməyə təhrik edə bilər. Hərbi əməliyyatların 3 mümkün hədəfi və fəsadları:
CQ – Azərbaycan adekvat hərbi tədbirlər görəcək, Türkiyənin birbaşa hərbi iştirakı, Gürcüstanın logistik, Britaniya və İsrailin diplomatik və silah dəstəyi olacaq, həmsərhəd Səudiyyə Ərəbistanı və Pakistanın isə genişmiqyaslı və ya qismən hərbi-siyasi iştirakı mümkündür.
Səudiyyə Ərəbistanı – ABŞ-ın Milli Təhlükəsizlik Şurası İranın hücum edəcəyi təqdirdə cavab verməyə hazır olduğunu və “regiondakı maraqlarımızı və tərəfdaşlarımızı müdafiə etmək üçün hərəkət etməkdən çəkinməyəcəyini” bildirib.
İraq-kürdlər – digər iki hədəfdən fərqli olaraq neqativ fəsadlar o qədər də böyük olmayacaq. İranın ali lideri son çıxışlarında məhz kürd və belucilərin silahlı dəstələrinin əsas təhdid olduğunu qeyd etmişdi.
Yaxın həftələrdə Konqresdə çoxluq respublikaçılara keçə bilər. Gallup sorğu mərkəzinin 2020-ci il araşdırmasına görə düşmənlərin müəyyən edilməsində partiya mənsubiyyətinin böyük rolu vardır: demokratlar əsas düşmən qismində Rusiyanı, respublikaçılar isə Çin və İranı görürlər. İsraildə isə 17 aydan sonra Netanyahu yenidən Knessetdə 120 yerdən 61 yeri götürməklə (koalisiya) hakimiyyətə qayıda bilər. Təcrübə göstərir ki, İran İsrail və ABŞ-ın mövqeləri üst-üstə düşdükdə daha ehtiyatlı davranışa üstünlük verir.
Rusiya üçün CQ-da İran, Azərbaycan-Türkiyə ittifaqına balans və Ermənistanın Qərbə meyl etməsini əngəlləyən faktordur. Perspektivdə Tehran Ər-Riyad arasında müharibə və körfəz boğazlarının bağlanması neft qiymətlərini artırıb, Rusiya neftinə tətbiq edilən qiymət həddini mənasız edə bilər.
Zərbənin İraq kürdlərinə endiriləcəyi daha böyük ehtimal olsa da, müasir dünyada rasionallıqdan uzaq hesablamalarla da addımlar atılır.
Nəhayət, hərbi müdaxilənin ən ağır zərbəsi İranın özünə dəyə bilər. İran ikinci Suriyaya dönə bilər. Tehranın siyasəti bu ssenarini bir çoxları üçün arzuolunan edib. Azərbaycan İrana qarşılıqlı faydalı layihələr təklif etsə də, İran Azərbaycanı silahla hədələməkdə davam edir. Bakı isə təxribatın ona qarşı çevriləcəyi təqdirdə itkilərinin qazanclarından qat-qat daha çox olacağına dair Tehrana birmənalı siqnallar ötürür.

👍39👎1
Paşinyanı sülh sazişinə razılıq verməyə nə vadar edir?
Ermənistan mediasına görə, noyabrın sonu-dekabrın əvvəlində İrəvan və Bakı arasında Tiflisdə sülh sazişi imzalana bilər. Hazırda rəsmi Tiflis Azərbaycan və Ermənistan liderlərinin görüşünə aktiv hazırlıq işləri görür. Beləliklə, Ermənistan birdəfəlik Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımış olacaq, Qarabağ ermənilərinin həyatında maliyyələşmə və vətəndaşlıq məsələləri səviyyəsində belə iştirak edə bilməyəcək.
Nəyə görə Paşinyan üçün saziş indi zəruridir?
Münasib variantın axtarılması ümidi ilə rəqib qütblər arasında iki il ərzində seçim edən Ermənistanın nəticə etibarı itkiləri qazanclarını dəfələrlə üstələdi. Rusiyanın 1 il ərzində vasitəçiliyi zamanı Paşinyan anladı ki, Rusiya başda olmaqla hamı, öz gündəliyini Ermənistanın maraqları hesabına təmin edir. Bəyanatlar da “status”, “Minsk qrupu” kimi məsələləri yox, nəqliyyat-kommunikasiya və delimitasiya məsələlərini əhatə edirdi.
Gündəliyə yeni elementlər daxil etmək ümidi ilə Paşinyan Brüsseli vasitəçiliyə dəvət etdi. Lakin, Aİ-nin də bir illik vasitəçiliyi Paşinyanı qane etmədi. Nizamlama prosesinə “Minsk qrupu”, “status”, “Qarabağ” kimi məsələləri daxil edə bilmədi və Paşinyan ümidlərini ABŞ-a bağladı. Baydenin müstəqillik günü ilə bağlı təbrik məktubunda “Dağlıq Qarabağ xalqı” ifadəsi olsa da, Blinken Azərbaycan Prezidenti ilə söhbətində Qarabağ ermənilərinə münasibətdə “sakinlər” terminini istifadə etdi. Vaşinqton sənədində isə Qarabağ erməniləri “etnik icma” (ethnic community), “sakinlər” (residents) və “azlıq qrupu” (minority group) terminləri ilə ifadə olunmuşdular. Azərbaycanın Qarabağ üzərində suverenliyini hətta Konqresin erməni qrupunun aktiv üzvü, anti-Azərbaycan aktının müəllifi F.Pallone də təsdiqləmişdir.
Heç bir yandan praktiki dəstək ala bilməyən Paşinyan Ermənistanın təhlükəsizliyini öz qüvvələri hesabına təmin etmək zərurəti ilə üz-üzə qalmalı olur. Vurğulayaq ki, təhlükəsizlik məsələsi Paşinyanın reytinqinə və beləliklə hakimiyyətdə qalmasına təhdid yaradan əsas məsələdir. 11 sentyabr tarixində Beynəlxalq Respublika İnstitutu (İRİ) Ermənistanda sorğu keçirmişdir. Sorğunun nəticələrinə görə vətəndaşların 54%-ni milli təhlükəsizlik və sərhəd məsələləri daha çox narahat edir. Bu məsələlər siyasi qeyri-stabillik (10%), işsizlik (5%) və inflyasiya (4%) kimi problemlərdən daha ciddi təhlükə hesab olunur.
Müsahibələrin birində Paşinyan heç bir ölkənin Qarabağı müstəqil və ya Ermənistanın tərkib hissəsi kimi tanımağa hazır olmadığını bildirdi. Belə şəraitdə Paşinyan məsuliyyəti Ermənistanın üzərindən öz himayədarlarının üstünə atmağa çalışır. Rusiya sülhməramlı kontingentinin qalması bəhanəsi ilə, ABŞ və Fransa isə Qarabağ ermənilərinin “hüquqlarının təmin edilməsi” bəhanəsi ilə Azərbaycanın daxili işlərinə qarışmaqda maraqlı olduğundan Paşinyan Rusiya və Qərb ilə bu istiqamətdə müvafiq danışıqlar aparır.
Bununla belə, erməni mənbələrinə əsasən, Paşinyan Qarabağ ermənilərinə maliyyələşməni davam etdirməyi və axıra qədər silahlı birləşmələri Qarabağdan çıxarmamağı vəd edib.
Paşinyanı sülh sazişinin imzalanmasına cari geosiyasi proseslər də stimullaşdırır. Rusiyanın zəifləməsi, Qərbin isə regionda rolunun artması şəraitində Paşinyan əks qütblərin ziddiyyətləri ilə “oynayaraq” Ermənistanın subyektliliyini artırmağa cəhd edir. Amma buna nail olmaq üçün Paşinyana Bakı və Ankara ilə sülh sazişi imzalamaq lazımdır. Bu səbəbdən Paşinyan Soçi bəyanatında Praqa sammitində olduğu kimi Azərbaycanın ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan bəndin qalmasına etiraz etmədi. Bunu etməklə Paşinyan “status” məsələsində Bakı və Moskvanı üz-üzə qoymağa çalışır.
Lakin, Paşinyanın oyunu Ermənistana baha başa gələ bilər. Aİ missiyasının dəvət edilməsi, Rusiyanın Qarabağ məsələsini daxili işlərə qarışmaq üçün istifadə etməsi, İran və Fransanın aktivləşməsi Ermənistanı geosiyasi mübarizə təhlükəsi qarşısında qoyur. Belə şəraitdə Paşinyan ya ziddiyyətli qüvvələrin Ermənistanda idarə edilməsinə nail olacaq, ya da Ermənistan böyük dövlətlərin geosiyasi poliqonuna çevriləcəkdir.

👍33
Qələbədən sonra iki il
Diplomatiya
Azərbaycan sülh sazişi üçün elan etdiyi 5 prinsipi Ermənistana və vasitəçilərə qəbul etdirə bildi. Praqa bəyanatında Ermənistan BMT Nizamnaməsi və Alma-Ata bəyannaməsinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımış oldu. Soçi bəyanatında isə sərhədlərin toxunulmazlığını da qəbul etməli oldu. Rusiya, Aİ və ABŞ-ın vasitəçiliyi ilə qəbul edilən sənədlərin heç birində “status” məsələsi ilə bağlı müddəa yoxdur. ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırdı. İstər Moskva, istərsə də Brüssel platforması çərçivəsində yekun sənədlərdə Azərbaycan öz gündəliyini tam şəkildə Ermənistana və vasitəçilərə qəbul etdirə bildi. Aİ-nin qəbul etdiyi sənəddə Qarabağın erməni əhalisi “xalq” (people) və ya azlıq (minority) kimi deyil, məhz əhali (population) kimi göstərildi.
Logistika
- Təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan Gorus-Qafan yolunun bir hissəsində nəzarət postu qurdu. Bu İranın yük maşınlarının Qarabağa qanunsuz səfərlərinin qarşısını aldı;
- Kommunikasiyaların açılması ilə bağlı danışıqlarda mövqelərini gücləndirib, Ermənistanı zəiflətmək üçün Azərbaycan İranla Şərqi Zəngəzur-Naxçıvan nəqliyyat dəhlizi memorandumunu imzaladı;
- Yeni dəhliz İran-Ermənistan sərhədindən 5 km cənubdan keçərək dəmiryolu xəttindən, çoxzolaqlı avtomobil şossesindən, elektrik enerjisi ötürmə xətlərindən və rəqəmsal rabitədən ibarət olacaq;
- Laçın dəhlizində yeni yolu tikməklə Azərbaycan Ermənistanla Qarabağı əlaqələndirən infrastrukturlara nəzarət etməyə başladı.
Hərbi-strategiya
- “Mövqelərin dəqiqləşdirilməsi” çərçivəsində Azərbaycan Ağdam istiqamətində yerləşən Fərrux dağı və Fərrux kəndini nəzarətə götürdü. Bu yüksəkliklər Ağdam şəhərinin və kəndlərinin təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir;
- Erməni silahlı dəstələrinin Kəlbəcər və Laçını əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək cəhdinə cavab olaraq Azərbaycan “Qisas əməliyyatı” həyata keçirdərək, Qırxqız, Sarıbaba və bir sıra digər vacib yüksəklikləri nəzarətə götürdü;
- Sentyabr təxribatı “Qətiyyətli cavab” əməliyyatına gətirib çıxardı. Əməliyyatda ordumuz Ermənistanla şərti sərhəddə bir sıra vacib strateji yüksəkliklərə yiyələnərək əsas yollara nəzarət etmə imkanı əldə etdi. Ermənistanın iki S-300 sistemi daxil olmaqla hərbi texnikası və çoxlu sayda hərbçisi məhv edildi.
İnfrastruktur layihələri
Azad olunan ərazilərdə min kilometrdən artıq avtomobil və dəmiryolları salındı, planlaşdırılan 3 beynəlxalq hava limanından ikisinin (Füzuli və Zəngilan) tikintisi yekunlaşdı. Bu hava limanlarının mülki, lazımı modernizasiya işləri görüldüyü təqdirdə isə hərbi potensialı çox yüksəkdir. Ağıllı şəhər, ağıllı kənd layihələri çərçivəsində geniş miqyaslı tikinti işləri və “Böyük Qayıdış” başladı – Ağalı kəndinə məcburi köçkünlər qayıtdı.
Maneələr və təhdidlər
Minalar
İşğal müddətində ərazilərimizdə milyondan artıq mina basdırılmışdır. Məqsədyönlü diplomatik addımlar sayəsində mina xəritələri alınsa da, onların dəqiqlik göstəricisi 25%-dən artıq deyil. 44 günlük müharibədən sonra 250-dən çox vətəndaşımız işğal dövründə basdırılan minaların partlaması nəticəsində həlak olmuş və ya ciddi xəsarət almışdır. Həmçinin Laçında 2021-ci il istehsallı 1400 mina aşkarlanmışdır.
Zəngəzur dəhlizi
Üçtərəfli İşçi Qrup görüş və məsləhətləşmələr keçirsə də praktiki nəticələr yoxdur. Dəmir yolu marşrutu, dəhlizin fəaliyyət rejimi razılaşdırılsa da, Ermənistan tərəfi avtomobil yolunun qısa marşrutunu təqdim etmir.
Xarici təzyiqlər
2020-ci ilin 25 noyabr tarixində Fransa Senatı höküməti qondarma qurumun müstəqilliyini tanımağa çağıran qətnamə qəbul etdi. Praqa görüşündən az sonra Fransa prezidenti “təhqiramiz, qəbulolunmaz, yalan və təxribat” xarakterli bəyanatlarla çıxış etdi. Ölkəmizin Parisdəki səfirliyinə qarşı iki dəfə basqın edildi, ABŞ-da səfirliyimizin avtomobilinə atəş açıldı. ABŞ Konqresində Azərbaycana qarşı Pallone düzəlişi, 121, 337 və 611 saylı düzəlişlər qəbul edildi. 15 noyabrda isə Fransa Senatında daha bir anti-Azərbaycan qətnamənin qəbul ediləcəyi gözlənilir.

ABŞ-da həlledici aralıq seçkiləri
8 noyabrda ABŞ-da ara seçkiləri keçirilir. Bu gün Nümayəndələr Palatasının (NP) bütün 435 üzvü, Senatın 1/3 hissəsi və çoxlu sayda qubernator, ştatların qanunverici orqanlarının üzvləri və merlər seçiləcəklər. Seçkilər gərgin və dərin qütbləşmiş siyasi mühitdə keçir. NP spikeri N.Pelosinin həyat yoldaşına hücumdan sonra Federal Təhlükəsizlik Bürosu (FBİ) və Daxili Təhlükəsizlik Departamenti potensial hücumların təkcə siyasi fiqurlara qarşı deyil, o cümlədən seçki məntəqələrinə də qarşı baş verə biləcəyini qeyd edir. Seçkilərin problemsiz keçib, dəqiq hesablanacağını amerikalıların 63%-i düşünür. Bu 2008 və 2020-ci illəri çıxmaq şərti ilə çox aşağı etibar göstəricisi hesab olunur.
Cari seçkilərdə respublikaçıların üstünlük qazanacağı proqnozlaşdırılır. ABŞ-da belə bir tarixi tendensiya qeydə alınıb: Ağ Evə sahib partiya ilk hakimiyyət müddətində ara seçkilərində adətən məğlub olur. Hazırda Baydenin reytinqləri 40%-dən biraz yüksək olduğuna görə bu tendensiyanın 2022-ci ildə də özünü göstərəcəyini ehtimal olunur.
Respublikaçılarda struktur üstünlüyü də var. Tədqiqatlar göstərir ki, demokratların elektoratı iri şəhərlərdə, respublikaçı tərəfdarlar isə əsasən kəndlərdə yaşayır. Konstitusiyaya görə hər bir ştat ən azından bir nümayəndə ilə NP-də təmsil olunmalıdır. Qalan digər seçki amilləri ştatlar tərəfindən müəyyən edilir. Praktikada bu o deməkdir ki, respublikaçıların nəzarətində olan ştatlar şəhəri bir neçə seçki dairəsinə ayrılıb, iri kəndlərə yapışdıraraq demokrat seçicilərin səslərini kəndlərdə yaşayan seçicilərin səsləri içərisində əridə bilirlər.
Demokratlar əksinə, nəzarətində olan ştatlarda kəndləri iri şəhərlərə qataraq özlərinə qələbəni təmin edirlər. Şəhərətrafı dairələr öz növbəsində respublikaçı və demokratların rəqabət meydançasıdır. Cook Political Report demokratların 159, respublikaçıların isə 188 dairədə qələbə qazanacağını yüksək ehtimalla proqnoz edir. Digər 29 rayonda demokratların qələbə ehtimalı yüksək qiymətləndirilsə də, çoxluğu (218 yeri) əldə etmək üçün demokratlara daha 30 dairədə qələbə qazanmaq vacibdir. Seçki nəticələrinin gözlənilməz olduğu 35 dairədən 10-u isə respublikaçılara daha çox meyl edir.
Pew research-un araşdırmasına görə vətəndaşların əksəriyyəti iqtisadi vəziyyət və artan inflyasiyadan çox narahatdır. Oktyabr sorğusuna əsasən hər 10 seçicidən 8-i (79%) seçkilərdə kimə səs verəcəyində aparıcı amil kimi iqtisadiyyatı qeyd etmişdi. İqtisadiyyat sorğuda adı çəkilmiş 18 problem içərisində birinci yerə çıxdı. İnflyasiyanın obyektiv (Rusiya-Ukrayna müharibəsi, enerji böhranı, taxıl böhranı və s.) səbəbləri ilə yanaşı subyektiv səbəbləri də (sosial xərclərin artırılması, tələbə borclarının bağışlanılması və s.) mövcuddur. İnsanların 95%-i qida məhsullarının, 93%-i enerjinin, 87%-i isə ev qiymətlərinin artmasından narahatdır. Bu respublikaçı namizədlərə seçkilərdə mövqe üstünlüyü verir.
İqtisadiyyatdan savayı amerikalıların seçiminə daha 18 faktor təsir göstərir: demokratiyanın ölkədəki gələcəyi (70%), təhsil (64%), səhiyyə (63%), enerji siyasəti (61%), cinayətkarlıq (61%), seçki siyasəti (58%), odlu silah siyasəti (57%), abortlar (56%), Ali Məhkəməyə təyinatlar (55%), immiqrasiya (54%), xarici siyasət (54%), federal hökümətin həcmi (41%), iqlim dəyişikliyi (38%), etnik-irqi problemlər (34%), Trampa qarşı istintaq (30%), Baydenə qarşı istintaq (29%) və koronavirus (23%).
Hazırda senatda demokratların üstünlüyü sırf vitse-prezident K. Harris hesabına təmin edilir. Bu üstünlüyü qorumaq üçün Pensilvaniya, Corciya, Nevada və Arizona ştatlarının ən azı üçündə qalib gəlmək şərtdir. Lakin, Pensilvaniya və Arizonada demokrat namizədlərin reytinqləri respublikaçılardan azca yüksəkdir, digər iki ştatda isə üstünlük ümumiyyətlə respublikaçıların əlindədir.
Hazırda respublikaçılar 2020-ci il prezident seçkilərinin nəticələrini tanımayan bir çox siyasətçinin namizədliyini ştat qanunvericiləri, qubernator və şəhər merləri vəzifələrinə irəli sürüblər. Onların qələbəsi 2024-cü il prezident seçkilərində Trampın geri qayıdışına yol aça bilər.

👍12
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub tv-də 44-günlük müharibənin iki ili, Rusiyanın və ABŞ-ın fəaliyyətləri və yaxın gələcək haqqında müzakirələrdə iştirak edib.
Ətraflı: https://youtu.be/Pr3oNyMcwQw
Ətraflı: https://youtu.be/Pr3oNyMcwQw
YouTube
Müharibənin 2 ili - Qarabağda yeni müharibə olacaqmı?
#bəyən #paylaş #abunəol
ABUNƏ OLUN ►https://bit.ly/3rGosrr
Gördüyünüz nöqsanlara biganə qalmayın! Çəkdiyiniz foto və videoları, üzləşdiyiniz problemləri bizimlə bölüşün. Bölüşün ki,” Sizin Səsiniz” olaq!
Qaynar xətt: 055 455 45 58
Videolarımızı bəyənib…

👍6
Qarabağın “ünsürlərdən” təmizlənməsi nə vaxta planlaşdırılır?!
8 noyabrda Şuşada çıxışı zamanı Azərbaycan Prezidenti bir neçə vacib tezis səsləndirdi. Prezident “xaricdən göndərilmiş, öyrədilmiş ünsür”dən, sülhməramlı kontingentin (SK) Qarabağda müvəqqəti yerləşməsindən və Ermənistan SQ-nin Qarabağdan tam çıxarılmamasından söz açdı. “Ünsür” sözü Rusiya vətəndaşlığından imtina edib, Ermənistan vətəndaşı kimi Qarabağa qanunsuz köçən R.Vardanyanı, qalan mesajlar isə Rusiyanın 10 noyabr razılaşmasını pozmasını özündə ehtiva edir. Razılaşmaya görə SK 1960 sayda hərbçilərdən, 90 hərbi zirehli texnika, 380 avtomobil və xüsusi texnikadan artıq olmamalıdır. Lakin, Rusiya humanitar yük adı altında Qarabağa əlavə silah-sursat göndərir. Bəyanatın 4-cü bəndinə görə SK-nın Qarabağda yerləşməsi erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilməli idi. SK artıq iki il müddətində Qarabağda yerləşsə də erməni silahlı qüvvələri hələ tam olaraq çıxarılmayıb.
Rusiyanın yanaşması sülhməramlıların Qarabağda qalma müddətinin uzadılmasından ibarətdir. Rusiya anlayır ki, Qərblə geosiyasi qarşıdurma şəraitində CQ-dakı nüfuzu bütün spektr üzrə artan sürətlə zəifləyir. Bu səbəbdən Moskva vaxt itirmədən Qarabağ ermənilərinin subyektliliyini artırmaqla sülhməramlıların regionda qalma müddətini uzatmaq istəyir. Bu məqsədlə Vardanyan kartından istifadə edir. Rusiyanın strategiyası Vardanyanın siyasi baxışlarında təmamilə əks olunur. Vardanyan sülhməramlıların Qarabağda “onilliklərlə” qalmalı olduğunu, ermənilərin “hardasa mühacir olmaqdansa, Qarabağ uğrunda döyüşməli” olduğunu, Ermənistanın Azərbaycanla danışıqları “demarkasiya, delimitasiya və dəhlizlər” üzrə aparmalı olduğunu, Qarabağın taleyini isə Azərbaycan-Rusiya-Qarabağ arasında üçtərəfli formatın müəyyən etməli olduğunu qeyd edir. Bugün isə N.Paşinyan SK-in Qarabağda müddətsiz qalmalı olduğunu bildirmişdir.
Rusiya Vardanyan kartını təkcə Azərbaycana qarşı yox, o cümlədən Ermənistan qarşı istifadə edir. Ermənistan qanunvericiliyi ikili vətəndaşlığa və xaricdə aktivlərə sahib şəxslərə dövlət vəzifələri tutmağı qadağan edir. Rusiya vətəndaşlığından imtina edən, öz aktivlərinin böyük hissəsini Rusiyadan çıxaran Vardanyan, perspektivdə N.Paşinyanı baş nazir vəzifəsində də əvəzləyə bilər. Ermənistanda Vardanyan yeni yaradılmış “Həyat üçün ölkə” partiyası ilə çox yaxındır.
Bundan başqa, Vardanyan Qərbdəki erməni diasporları ilə də yaxın əlaqələrə malikdir. Rusiya ümid edir ki, Vardanyanın erməni diasporları ilə yaxınlığı Qərbin Rusiyanın CQ siyasətinə müqavimətini zəiflədə bilər. Lakin, Vardanyanın ABŞ istiqamətində hər hansı bir ciddi uğur qazanacağı az ehtimal olunur. ABŞ-ın başlıca prioriteti Rusiyanı regiondan sıxışdırmaqdır. Vaşinqton Rusiya sülhməramlılarının 2025-ci ildə və ya daha tez Azərbaycandan, perspektivdə isə Ermənistandan çıxıb getməsini hədəfləyir. Bu Moskva tərəfindən Vardanyan üçün müəyyən edilmiş siyasi xəttin əsas müddəaları ilə ziddiyyət təşkil edir. Bu səbəbdən Vardanyanın daha çox Fransa ilə sıx işləyəcəyi ehtimal olunur. Qeyd edək ki, 4-5 sentyabr tarixlərində Vardanyan “ortaq işimizə mühüm töhfələr verə biləcək insanlarla görüşmək” adı ilə Fransaya səfər etmişdir.
Beləliklə, hazırda Rusiyanın apardığı strategiya daha böyük gərginliyə və Azərbaycanın adekvat addımlarına səbəb ola bilər. Qarabağ ermənilərini silahlandırmaqla Rusiya əhalinin və onunla birlikdə özünün regionda qalmasını təmin etmək istəyir. Lakin, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyinə belə açıq hörmətsizliyə göz yuma bilməz. Azərbaycan Prezidenti də, xarici işlər naziri də Laçın dəhlizinin hərbi yüklərin daşınması məqsədilə istifadəsinin yolverilməz olduğunu bildiriblər. Bu Laçında gömrük yoxlanış məntəqəsinin yaradılmasına dair bir xəbərdarlıq hesab edilə bilər. Dəhlizin nəzarətə götürülməsi “ünsürlərin” və digər təxribatçı planların üstündən birdəfəlik xətt çəkəcəkdir. Bunun baş verməsi qaçılmazdır. Bakı sadəcə Ermənistana bunu sülh sazişi çərçivəsində həyata keçirmək şansı verir. Bu şansın itirilməsi İrəvan üçün acı nəticələrə gətirəcəkdir.

👍26
ABŞ-da arlıq seçkilərinin nəticələri
I hissə: Senat
Aralıq seçkilərində demokratlar 50:49 səs nisbəti ilə Senatda üstünlüyü qoruya bildilər. Qələbə üçün vacib ştatlar sayılan Arizonada demokrat Kelli respublikaçı Mastersə, Nevadada Masto respublikaçı Laksarta, Pensilvaniyada isə Fetterman Mehmet Oza qalib gəldi. Corciyada kimin senator olacağı dekabrın 6sı, ikinci tur seçkilərində bilinəcək. Lakin, respublikaçılar Corciyada qalib olsalar belə, demokratlarla bərabərləşə bilməyəcəklər. Konstitusiyaya görə səslər bərabər olduqda vitse-prezident qərar qəbuletmədə səs səlahiyyəti qazanmış olur. Son iki ildə demokratlar məhz sərt partiya loyallığı və vitse-prezident K. Harrisin dəstəyi sayəsində Senatda üstünlüyü qoruya bilmişlər. Bu dəfə də demokratların vahid siyasi xətt güdəcəyi gözlənilir.
Senata nəzarət demokratlara dövlət katibi, müdafiə naziri, baş prokuror, federal hakimlər, səfir, konsul, diplomatik nümayəndə heyətlərini təyin etmək/dəyişmək səlahiyyəti verir. Qanunvericiliyə görə hər palatanın komitə rəhbərləri çoxluq qazanmış partiya tərəfindən seçilir. Praktikada bu R.Menendez başda olmaqla bir çox ermənipərəst senatorların aparıcı komitələr üzərində nəzarəti qoruması deməkdir.
Seçkilərdə Amerika Ermənilərinin Milli Konqresi (ANCA) tərəfindən dəstəklənən Çak Şumer (Nyu-York), Marko Rubio (Florida), Van Hollen (Merilend), Temi Dakvors (İllinoys) və Piter Velç (Vermont) yenidən senator seçildilər. Vurğulyaq ki, Pensilvaniyada qələbə türk əsilli M. Oza çatsa idi, respublikaçılar Senata nəzarət etməyə bir addım yaxın olacaqdı, ANCA isə öz etirafına görə 6 il müddətində priroitetlərini lazımınca təbliğ edə bilməyəcəkdi.
Demokratlara qələbəni ilk dəfə 2012-ci ildə uğurla sınaqdan keçirilən özünəməxsus seçki siyasəti təmin etdi. Reytinqlərin aşağı olmasından narahat olan demokratlar məqsədyönlü şəkildə praymeriz seçkilərində radikal baxışlı respublikaçı namizədləri dəstəkləyirdilər. İlinoysda demokrat-qubernatorlar assosiasiyası respublikaçı namizədin reklamına $35 milyon, Miçiqanda isə $435 min xəcrləmişdilər. Məqsəd − qərarsız seçiciləri və mülayim respublikaçıları radikallarla qorxudaraq demokratlara səs verməyə sövq etmək idi. Qutmaher İnstitutuna görə hazırda 13 ştatda abortlara tam qadağa və ya ciddi məhdudiyyətlər tədbiq edilir. Ştatların bir qismində keçirilən referendumlar hətta respublikaçı yönümlü ştatlarda belə abortların qadağasına mənfi münasibəti müəyyən etdi. Respublikaçı Kentukkidə insanlar ştat konstitusiyasına abortların qadağan edilməsi ilə bağlı düzəlişlərin əleyhinə, Kaliforniya, Vermont və Miçiqanda isə konstitusiyada abortlara zəmanət verən düzəlişlərin leyhinə səs verdilər. Bu tendensiyanı nəzərə alan demokratlar, abortlar məsələsini öz seçki kampaniyalarına daxil etdilər. Respublikaçıların reproduktiv siyasətini azadlığa təhlükə kimi təqdim edən demokratlar, rəqib partiyanın qalib gələcəyi təqdirdə abortlara federal səviyyədə qadağanın tədbiq ediləcəyini bildirirdilər. Prezident Bayden isə əksinə, ara seçkilərində demokratların qalib gələcəyi təqdirdə Rou Veydə (Rou v. Wade) qarşı məhkəmə işinə imza atıb, abortlara zəmanəti məcəllələşdirəcəyini vəd etmişdir.
Demokratların Senatda üstünlüyünə daha iki mühüm faktor təsir göstərdi. Onlar xalqı inandıra bildilər ki, respublikaçılar öz gündəliklərini yox, Trampın gündəliyini irəli çəkirlər. Tramp respublikaçılar içərisində nüfuzlu olsa da, bütün əhali üzrə böyük populyarlığa malik deyil. Regionların səciyyəvi xüsusiyyətlərinin nəzərə alınması da demokratların qələbəsinə töhfə verdi. İşsizlik və inflyasiya kimi iqtisadi məsələlər bütün əhali üzrə aparıcı problem hesab olunsa da, hər ştat əhalisi seçkilərdə yerli problemlərə və namizədlərin şəxsi keyfiyyətləri ilə ştat dəyərləri arasında yaxınlığa xüsusi diqqət yetirirdi. Bu səbəbdən demokratlar bəzi tərəddüd edən ştatlarda qələbə qazandılar, digər ştatlarda isə respublikaçılara kiçik fərq ilə məğlub oldular. Həmçinin demokratlar iddia edirdilər ki, respublikaçılar iqtisadiyyatın vəziyyətini pisləməkdən savayı real heç bir xilas variantı təklif etmirlər.

👍16
Ermənistan rəsmilərinin bəyanatları: yeni siyasi xəttlər
Ermənistan rəsmilərinin son müsahibələri bir sıra siyasi mesaj və təkliflərlə yadda qaldı. Qarabağa iddiaların əsassız olmasını Paşinyan son müsahibəsində etiraf edir. Müsahibədə bütün dünya ölkələrinin “Dağlıq Qarabağı” Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirən Paşinyan, nümunə kimi Lissabon sammitinin qərarını və 1993-cü il BMT Təhlükəsizlik Şurası qətnamələrini qeyd edir. Paşinyan, erməniləri “xülyalara qapılmamağa” çağırır: “Belə vəziyyətdə Ermənistanı və “Dağlıq Qarabağı” fəlakət qarşısında qoymaq istəmiriksə, bütün dünyaya qarşı təkbaşına mübarizə” aparmamalıyıq.
Paşinyana görə Ermənistan 2007-ci ildə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdır. Madrid prinsipləri çərçivəsində Qarabağda referendumun keçirilməsinə razı olan S. Sarkisyan, Paşinyanın fikrincə 1991-ci il referendumunun üstündən xətt çəkdi. Bütün bunlardan Paşinyan belə qənaətə gəlir ki, Ermənistanın yeni nəzəri bazaya ehtiyacı vardır.
“Yeni nəzəriyyə” Qarabağa ərazi məsələsi kimi yox, əhalinin hüquq və təhlükəsizlik məsələsi kimi baxılmasını özündə ehtiva edir. Paşinyan müsahibədə məsələni belə formada təqdim etməyə çalışır ki, guya Ermənistan Azərbaycanın, hətta Qarabağla birlikdə ərazi bütövlüyünü tanıyır. Eyni zamanda Paşinyan Azərbaycanı Qarabağın erməni əhalisinə təhdid, təcavüz, etnik təmizləmə və soyqırıma hazırlıqda ittiham edərək, Qarabağ ermənilərinin Azərbaycanın yurisdiksiyası altında yaşaya bilməməsi narrativini əsaslandırmağa çalışır. Dolayısı ilə Paşinyan deyir ki, öz hüquq və təhlükəsizliyini Azərbaycanda təmin edə bilməyən ermənilər “xilas naminə ayrılmaq” prinsipi ilə müstəqil olmağa, “xilas naminə birləşmək” prinsipi ilə isə Ermənistana birləşməyə çalışırlar.
Müsahibədə Azərbaycanla sülh sazişinin mümkün variantlarına da toxunuldu. Paşinyana görə sülh sazişi ümumi məsələləri əhatə edən çərçivə sənədi formasında və daha geniş tərkibli sülh sazişi variantında mövcuddur. Müsahibədən aydın olur ki, Paşinyan məhz 1-ci varianta meyl edir.
Paşinyanın fikrini Ermənistanın Təhlükəsizlik Şurası (TŞ) katibi A.Qriqoryan Civilnet-ə verdiyi müsahibədə inkişaf etdirir. Qriqoryana görə “Qarabağ problemini həll etmədən və ya heç olmasa onun necə həll olunacağına aydınlıq gətirmədən” Azərbaycanla sülh müqaviləsinin imzalanmasını qeyri-mümkündür. Qriqoryana görə Ermənistan Bakının təqdim etdiyi 5 prinsip və onun “genişləndirilmiş variantı üzərində işləyib”, onu 7 noyabrda Vaşinqtonda xarici işlər nazirlərinin görüşündə təqdim etmişdir. Qriqoryanın çıxışında iki xətti müəyyən etmək olar:
1) İrəvan sülh sazişinin ilin sonuna qədər imzalanmalı olduğunu dərk edir. Bu Bakının “ultimatumu” və ABŞ-ın tələbədir. Sazişin ilin sonuna qədər imzalanmalı olduğu 27 sentyabr tarixli “Vaşinqton sənədində” də qeyd edilir. Qriqoryana görə sülh sazişinin əsasını Azərbaycanın təqdim etdiyi 5 prinsip və əlavə elementlər təşkil etməlidir. Aydındır ki, istənilən formada “status”a Bakının etirazına görə 5 prinsip və “əlavə elementlər” sülh sazişinin mətnində ola bilməz. Belə şəraitdə Ermənistan bir tərəfdən təxribatçı bəyanatlar verməklə, digər tərəfdən isə Rusiya və Fransanın əli ilə Qarabağ məsələsini fərqli formatda qabartmağa və gündəlikdə saxlamağa çalışır. Ermənistan Qarabağ ilə bağlı hər hansısa bir sənədin, hətta sülh sazişində olmasa belə, qəbul edilməsinə çalışır. Buna görə də Paşinyan Xovayevlə son görüşü zamanı Rusiyanın təklif etdiyi varianta razı olduğunu dedi. Fransanın 15 noyabr qətnaməsində isə qondarma qurumun tanınmasının və bu tanınmanın danışıqlar vasitəsinə çevrilməsinin zəruriliyi bəyan edildi.
2) Bu cür çıxışlar ilin sonuna qədər sülh sazişi bu və ya digər səbəbdən imzalanmayacağı təqdirdə Bakının adekvat addımlarını qabaqlamağı nəzərdə tutur. Bir tərəfdən Qriqoryan timsalında Ermənistan Azərbaycanla danışıqlara açıq olduğunu və “sülh prosesinin çərçivələrinin getdikcə daha da müəyyənləşdiyini” bildirir. Digər tərəfdən isə İrəvan rəsmiləri fərqli bəyanatlarla Prezidentin 8 noyabr çıxışını Ermənistana hücuma hazırlığı kimi təqdim etməyə çalışır.

👍20
Fransa Senatının Azərbaycan əleyhinə qətnaməsi
15 noyabr tarixində senator Natali Qule istisna olmaqla Fransa Senatının 295 üzvü Azərbaycan əleyhinə qətnamə qəbul etdi. Qətnamə Azərbaycanı 10 noyabr razılaşmasını pozmaqda və Ermənistanın suveren ərazisinə təcavüz etməkdə ittiham edir. Qətnaməyə Azərbaycan xarici işlər nazirliyi dərhal cavab verərək onu “tamamilə həqiqətdən uzaq, yalan, iftira dolu müddəaları əks etdirən və açıq təxribat xarakterli” sənəd adlandırdı.
Qətnamə Fransanın Azərbaycana qarşı növbəti şantaj siyasətidir. 2020-ci ilin noyabrında Fransa parlamenti höküməti qondarma qurumu tanımağa çağıran qətnamə qəbul etmişdi. Fransa hökuməti bu qətnamədən Minsk qrupunun labüd dağılmasını qabaqlamaq üçün istifadə etməyə çalışmaqdadır. Belə ki, hökümət, Minsk qrupunda həmsədr olduğunu əsas gətirərək qondarma qurumu tanımaqdan imtina etdi. Fransanın mövqeyini bərabərlik formasında belə ifadə etmək olar:
Həmsədrlik mandatının qalması = qondarma qurumun tanınmaması
Həmsədrlik mandatına xitam = qondarma qurumun tanınması
Bakı Minsk qrupuna xitam verməsə də, Ermənistan 25 ildə etdiyini son 2 ildə etməkdədir, yəni, Minsk qrupunu faktiki “yola verir”. Formal mövcudluğu faktiki mövcudluğa qaytarmaq üçün isə Fransa bir daha siyasi şantaja müraciət etməyə çalışaraq, Azərbaycana qarşı yeni qətnamə qəbul etdi.
Fransanın daha bir hədəfi Rusiyanı regiondan sıxışdırıb, onun yerinə Cənubi Qafqazda möhkəmlənməkdir. France2 telekanalına müsahibə zamanı Rusiyanın tənqid edilməsi, sərhəd gərginliyinin BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması, Aİ missiyasının Ermənistana göndərilməsi bu istiqamətdə atılan addımlardır. Bununla belə Fransa anlayır ki, Bakı ona Azərbaycanın maraqları bahasına Cənubi Qafqazda möhkəmlənməyə imkan verməyəcək. Bunu nəzərə alan Fransa, 15 noyabr qətnaməsində iki siyasi xətt irəli sürməyə çalışır. Bir tərəfdən Ermənistanın müdafiə qabiliyyətinin artırılması və beynəlxalq tanınmış sərhədləri çərçivəsində təhlükəsizliyin təmin edilməsi bəhanəsi ilə Ermənistanın sərhəd ərazilərinə beynəlxalq qüvvələrin yerləşdirilməsi təşəbbüsü irəli sürülür. Digər tərəfdən isə Ermənistan və Qarabağ ermənilərinin əli ilə Azərbaycanın daxili işlərinə müdaxiləyə cəhd edilir. Qətnamə Laçının nəzarətə götürülməsini pisləyir, Laçın dəhlizinin statusunun dəyişilməz qalmalı olduğunu bəyan edir və Azərbaycandan əvvəlki mövqelərə qayıtmağı tələb edir. Senat Fransa hökümətinə Qarabağda humanitar ofis yaratmağı nəzərdən keçirtməyi təklif edir. Qətnamədə yer alan erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsi və məcburi köçkünlərin geri qaytarılması tələbləri isə erməniləri yenidən Hadrut, Şuşa və digər ərazilərə qaytarmaq cəhdini özündə ehtiva edir. Beləliklə, cari qətnamə ilə Fransa həm Ermənistanda, həm də Azərbaycanda (Qarabağda) öz mövcudluğunu təmin etmək istəyir.
Məsələyə Fransa-Türkiyə kontekstində baxmaq da vacibdir. Türkiyənin beynəlxalq miqyasında artan rolundan narahat olan Fransa, Türkiyənin diqqətini qərbdə Yunanıstan, cənubda Suriya, şərqdə isə Ermənistan ilə yayındırmağa çalışır. Qətnamənin məğzini özündə ehtiva edən “Səbəblərin Təqdimatı” (ST) adlı sənəd Azərbaycanın “müttəfiqlərin, xüsusən də Türkiyənin dəstəyi ilə” hərbi əməliyyat keçirtməklə “Artsax hakimiyyətini” Qarabağı Ermənistanla birləşdirən 5 kilometrlik ensiz zolaqdan keçən mövcud marşrutdan imtina etməyə məcbur etdiyini iddia edir. Müşahidə etdiyimiz kimi cari qətnamə potensialda Türkiyəyə də qarşı sanksiyaları nəzərdə tutur.
Görünən odur ki, Azərbaycan bu cür addımlara hələki gözləyici mövqe nümayiş etdirir. Məqsəd – qarşı tərəfin ortaya qoya biləcəyi bütün vasitələri müəyyən etməkdir. Bu vasitələr müəyyən olunub, lazımınca dəyərləndiriləndən sonra Azərbaycan mövcud vəziyyətdən çıxış edərək, qətiyyətli və müvafiq cavab addımlar atacağını düşünürük.

👍27
Ermənistanla sülh sazişi olmasa... alternativlər nə ola bilər?
Ermənistan rəsmilərinin son bəyanatları, Rusiyanın “status” məsələsini gündəlikdə saxlama cəhdləri, Fransa Senatında Azərbaycan əleyhinə qətnamənin qəbulu, R.Menendez başda olmaqla demokratların yuxarı palata üzərində nəzarəti qoruması, rəsmi Tehranın “Ermənistanın təhlükəsizliyi – İranın təhlükəsizliyidir” yanaşmasını irəli sürməsi ilin sonuna qədər sülh sazişinin imzalanma perspektivlərinə təhlükələr yaradır.
Sülh sazişinə alternativ nə ola bilər?
1. Laçında gömrük yoxlama məntəqəsinin yerləşdirilməsi + Ermənistan SQ-nin Qarabağdan çıxarılması + qanunsuz erməni silahlılarına qarşı hərbi əməliyyatının keçirilməsi. Son müsahibələrində Paşinyan Qarabağda Ermənistan SQ-nin olmadığını iddia edirdi. Bu hərbi əməliyyatlar məsələyə aydınlıq gətirəcək və tabutların hara getdiyi məlum olacaq. Anti-terror əməliyyatı məhz Ermənistanın son iki il ərzində Azərbaycana qarşı ərazi təcavüzü siyasətini davam etdirdiyini təsdiqləyəcək. Əsas məsələ hərbi aktivliyi Azərbaycanın ərazi hüdudlarından kənara çıxarmamaqdır.
2. Qarabağ ermənilərinin bir qismi Azərbaycanın ərazi hüdudlarını tərk edib Ermənistan, Rusiya, Fransa, ABŞ və digər xarici ölkələrə köçəcəklər. Azərbaycan Konstitusiyasının 28-ci maddəsinin III bəndinə əsasən, Respublika ərazisində olan hər kəs sərbəst hərəkət edə, özünə yaşayış yeri seçə və ya Respublika ərazisindən kənara gedə bilər. Qarabağ ermənilərinin digər qisminin Azərbaycanın yurisdiksiyasını qəbul edərək, ölkə hüdudları daxilində qalacağı da gözlənilir. Konstitusiyanın 53-cü maddəsinin II bəndinə əsasən, vətəndaş heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz. Beləliklə, seçim ermənilərdədir. Bu seçimi hüquqi çərçivədə təqdim etmək isə Azərbaycanın işidir.
3. Ermənistanı Qarabağda bütün təsir vasitələrindən məhrum etdikdən sonra (qaz, işıq, internet) Bakı və İrəvan ikitərəfli əsasda və ya istənilən üçüncü tərəfin vasitəçiliyi ilə danışıqları davam etdirə bilər. Bununla belə, Ermənistan anlamalıdır ki, Azərbaycanın atdığı addımlar yeni geosiyasi reallıq formalaşdıracaq. Azərbaycan Prezidenti 12 yanvar müsahibəsində bildirdiyi kimi “bizim xoşniyyətli davranışımız əbədi olmayacaq və verdiyimiz təkliflər əbədi masa üzərində qalmayacaqdır”. Yeni tələblər kompensasiya, işğal faktının etiraf edilməsi və Ermənistana mümkün ərazi iddiaları ola bilər.
Risklər
Ermənistanda küçə etirazları, müxalifətin uğursuz konsolidasiya cəhdləri, erməni diasporunun Azərbaycana qarşı informasiya müharibə cəbhəsi açması ən gözlənilən nəticədir.
Mümkün fəsadlardan biri – ABŞ, Fransa, Lüksemburq və ola bilsin digər ölkələrin Azərbaycanı sanksiyalarla hədələməsi ola bilər. Aİ-nın Azərbaycana qarşı sanksiya qəbul edəcəyi az ehtimal olunandır. Enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu, Yunanıstan-Bolqarıstan qaz interkonnektoru, həmçinin Azərbaycanın Aİ-nın üzvü olan bir çox Mərkəzi-Şərqi Avropa dövlətləri ilə yaxın münasibətləri Brüsselin Bakıya qarşı sərt addımlarını qabaqlamağa kömək edəcək. Digər tərəfdən sanksiyaların qəbulu Qərbi, Azərbaycan cəmiyyətində diskreditasiya edəcək.
Üstünlüklər
Sanksiyalar Rusiyadan hələ uzun müddət götürülməyəcəyindən Bakı-Brüssel əlaqələri inkişaf edəcək. Azərbaycan İran ərazisindən keçən Şərqi-Zəngəzur-Naxçıvan dəhlizindən istifadə edəcək. Bu, İranla münasibətləri yumşaltmağa, Çinlə əlaqələri inkişaf etdirməyə imkan verəcək. Ermənistanla şərti səhəddə strateji yüksəklikləri qorumaqla Bakı İrəvana yeni şərtlər çərçivəsində danışıqlar təklif edəcək və sərhədləri bağlı qalan Ermənistanı Rusiya, ABŞ və İran ilə çıxılmaz vəziyyətə gətirdiyi münasibətlərini yoluna qoymaq problemi ilə üz-üzə saxlayacaq.

👍36
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən Diqqət Mərkəzi verilişində "Azərbaycan-Ermənistan danışıqlarında kritik dönəm - hərb, yoxsa sülh?" mövzusu ətrafında öz fikirlərini bölüşüb.
https://youtu.be/wCdeK2cIrpA
https://youtu.be/wCdeK2cIrpA
YouTube
Azərbaycan-Ermənistan danışıqlarında kritik dönəm - hərb, yoxsa sülh?
Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi məsələsində bu həftə çox aktiv oldu. Ermənistanın baş naziri Nikol Paşinyan müxtəlif tribunalardan bəyanatlar səsləndirdi, tvitlər yazdı. Paşinyanın qarışıq, manipulyasiya xarakterli bəyanatlarına…
👍16
Ermənistan KTMT-dən çıxmağı bacaracaqmı?
22-23 noyabrda Ermənistanda KTMT-nin növbəti sammiti keçiriləcək. Sammit çərçivəsində liderlər, xarici işlər nazirləri, müdafiə nazirləri və təhlükəsizlik şurası katibləri səviyyəsində iclaslar təşkil olunacaqdır. Gündəlikdə duran əsas məsələlər təşkilatın böhrana cavab sisteminin təkmilləşdirilməsi, sədrliyin rotasiya qaydasına uyğun olaraq yeni nümayəndəyə ötürülməsi və Ermənistana yardım göstərilməsi üçün birgə tədbirlərin müzakirəsi olacaqdır. Sessiya zamanı Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsinin və Sülhməramlı Qüvvələrin müasir silahlar, hərbi və xüsusi texnika ilə təchiz edilməsi, radiasiya, kimyəvi və bioloji müdafiənin birgə formalaşdırılması ilə bağlı sıra sənədlərin qəbul ediləcəyi gözlənilir.
Qarşıdan gələn sammit Ermənistanın destruktiv siyasəti səbəbindən daxili parçalanma ilə müşaiyət olunacaqdır. Dəfələrlə KTMT-ni Azərbaycanla müharibə astanasına gətirməyə çalışan Ermənistan son cəhdini sentyabr təxribatından sonra etmişdi. Ermənistan Rusiyaya təşkilat nizamnaməsinin 4-cü maddəsinə uyğun hərbi yardım məqsədilə müraciət etsə də, təşkilat vəziyyəti qiymətləndirmək üçün regiona monitorinq missiyası göndərməklə kifayətlənmişdi.
44 günlük müharibədən sonra Azərbaycan KTMT üzvü Qırğızıstanla “Strateji Tərəfdaşlıq haqqında”, Qazaxıstanla isə “Strateji Münasibətlərin Möhkəmləndirilməsi və Müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında” Bəyannamələr imzalamışdır. Qazaxıstanla imzalanan son Bakı bəyannaməsində isə Zəngəzur dəhlizi Orta Dəhlizin perspektiv hissəsi kimi dəyərləndirilmişdir. Qazaxıstan və Qırğızıstan daxil KTMT-nin 6 üzvündən 3-ü (+Belorus) Azərbaycanı Zəfər Günü münasibəti ilə təbrik etmişlər.
Görünən odur ki, sammitdə Azərbaycan əleyhinə qərar qəbul edilməyəcək. Buna rəğmən, Ermənistanın ittiham və təkliflərlə çıxış edəcəyi gözləniləndir. Sammitə qədər Paşinyan 1991-ci il sərhədlərinə uyğun olaraq qoşunların geri çəkilməsi, şərti sərhəddə demilitarizasiya zonasının yaradılması, mühafizəni ordu birləşmələrindən sərhəd qoşunlarına ötürməyi, vəziyyətin monitorinqi məqsədilə KTMT missiyasından istifadəni təklif etmişdir.
Qəbul edilməyəcək təkliflərlə çıxış etmə İrəvana təşkilatı diskreditə etmə və ölkənin üzünü Qərbə çevirmək baxımından faydalıdır. N.Paşinyan KTMT-nin mövqeyindən məyus olduğunu, A.Qriqoryan KTMT-yə daha ümidlərin olmadığını, A. Simonyan isə təşkilatın “güllə atmayan tapança” olduğunu bildirmişdir. Sentyabr ayında ölkəyə səfər edən N.Pelosi dolayı olaraq Ermənistanı KTMT-dən çıxmağa çağırmışdır: “qərarları Ermənistan verir; Biz yalnız kömək etmək istəyimizdən danışa bilərik”. Erməni qrupunun üzvü F.Pallone isə ABŞ-ın KTMT-nin xidmətlərinə müraciət etmədən “Ermənistanın təhlükəsizliyi üçün nə edə biləcəyini anlamağa çalışdığını” bildirdi.
Ermənistan KTMT-dən çıxmaq istiqamətində artıq bir neçə addım atıbdır. Fransa, Hindistan, İran və Yunanıstanla hərbi və hərbi-texniki əməkdaşlıq, ABŞ və Fransanın təhlükəsizlik strukturlarının yüksəkrütbə/vəzifəli şəxslərinin Ermənistana səfərləri və hərbi diversifikasiya Ermənistanın tənha olmadığını göstərmək məqsədinə xidmət edir.
Bununla belə Ermənistanın KTMT-dən çıxmasına 3 faktor mane olur:
Birinci, ATƏT-in 1992-ci il qərarına görə, Qərb “münaqişə” davam etdiyi müddətdə Azərbaycan və Ermənistana silah sata bilməz. Yəni, Ermənistanla hərbi əməkdaşlıq üçün sülh sazişi imzalanmalıdır.
İkinci, Ermənistanın Rusiyanın təhlükəsizlik sisteminin bir hissəsi kimi qaldığı müddətdə ona Qərb istehsallı müasir silahların verilməsi doktrinal prinsiplərə ziddir.
Üçüncüsü, Ermənistanın KTMT-dən savayı Aİİ-nin üzvüdür. Üzvlük Ermənistana idxal-ixrac və birbaşa xarici investisiya məsələlərində üstünlük yaradır. Rusiyanın sanksiyalar altında olduğu şəraitdə bu üstünlüklər özünü daha qabarıq formada biruzə verir. İranla Aİİ arasında imzalanan azad ticarət zonası saziş isə Ermənistanın təşkilat daxilində perspektivlərini daha da artırır. Ermənistan anlayır ki, KTMT-dən çıxma onun Aİİ-də də üzvlüyünə təsir göstərib, hərbi risklərlə yanaşı iqtisadi risklər yaradacaqdır.

👍24
İran Azərbaycanla gərginlikdən nə qazandı?
Rəisi hakimiyyətə gəldikdən sonra Azərbaycanla əlaqələr gərginliklə müşaiyət olunurdu. İran Ermənistan sərhədlərini qırmızı xətt adlandırıb, iki dəfə sərhədlərimiz yaxınlığında təlimlər keçirdi. Lakin, irəli sürülən ittihamların arxasında real əsas yoxdur. Praqa və Soçi bəyannamələrində Bakı və İrəvan bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını tanıdıqlarına dair, ilin əvvəlində isə Bakı və Tehran Şərqi-Zəngəzur-Naxçıvan dəhlizinin açılması ilə bağlı razılıq əldə etmişdilər.
İranın süni gərginlik yaratmaqda əsas məqsədi Rusiyanın zəifləməsindən istifadə edərək regionda nüfuzunu artırmaq, Zəngəzur dəhlizinin (ZD) açılmasına imkan verməmək və Ankara-Bakı-Tel-Əviv üçbucağını zəiflətmək idi. Lakin, təzyiqlərə rəğmən İran təmamilə əks nəticələr əldə etdi. Bakı Ermənistanla şərti sərhəddə strateji yüksəkliklərə yiyələnib, mövqe üstünlüyü qazandı. Hazırda Azərbaycan silahlı qüvvələri Ermənistanın İrana gedən strateji yollarını vizual nəzarətdə saxlayır.
Zəngəzur Dəhlizi Ermənistanın 10 noyabr razılaşması üzrə yerinə yetirməli olduğu öhdəlikdir. Buna görə də İranın təhdidlərinə rəğmən Bakı ZD ilə bağlı mövqeyindən geri çəkilmədi. Əksinə, beynəlxalq təşkilatların rəsmi sənədlərinə bu məsələni daxil edir.
İranın təlimlərinə cavab olaraq Azərbaycan xüsusi təyinatlıları İranla sərhəddə təlimlər keçirdilər. İranla problemli münasibətlərə malik ölkələrin Bakıya diqqəti artdı. M.Çavuşoğlu İran xarici işlər nazirinə, Pakistanın rəhbəri və İsrailin müdafiə naziri isə Azərbaycanlı həmkarına zəng etdi. Çavuşoğlu Azərbaycanla dostluq əlaqələrindən, Hants isə Azərbaycanla hərbi əlaqələrin inkişafından danışdı. Dövlət Departamentinin sözçüsü N. Prays ABŞ-ın İranın təhdidləri qarşısında Azərbaycana dəstəyini davam etdirəcəyini bildirdi. Baş qərargah rəisi K. Vəliyev ABŞ-ın ölkəmizdəki hərbi attaşesi M.Koun və NATO-nun kontr-admiralı G.Brousdal ilə ayrı görüşlər keçirdi. Hər iki görüş ölkəmizin ABŞ və NATO ilə hərbi əməkdaşlığının inkişaf perspektivlərinə həsr edilmişdi.
DTX İran xüsusi xidmət orqanlarının Azərbaycan vətəndaşlarını xəricdə hərbi təlimlərə cəlb etməsi, maliyyələşdirməsi və təhlükəsizlik maraqlarımıza zidd istifadə etməsi halları ilə bağlı kompleks araşdırma, ifşa və yaxalama tədbirləri həyata keçirdi. Black Rewards haker qrupu İranın yanvar və mart aylarında Bakıdakı casus şəbəkəsinə €47.158 (Avro) və €75.000, Naxçıvandakı casus şəbəkəsinə isə €15.083 və €30.000 pul köçürdəcəyini isbatlayan sənədlər yaydı. Gürcüstanın təhlükəsizlik orqanları isə ölkədə mövcud İran casus şəbəkəsinin ifşa edilib, yaxalanması istiqamətində əməliyyatlar apardı.
İranın destruktiv siyasəti Aİ tərəfindən yeni sanksiyaların qəbul edilməsinə və İsraildə B.Netanyahunun yenidən hakimiyyətə qayıtmasına təsir göstərdi. Azərbaycan İsraildə səfirlik, Fələstində isə nümayəndə ofisinin açılması haqqında qərar qəbul etdi. Həmçinin İsrailin dəstəyi ilə Azərbaycanda kibertəhlükəsizlik mərkəzi açılacaqdır. İsrailin xarici işlər nazirliyi və ABŞ-da AİPAC və AJC kimi nüfuzlu yəhudi təşkilatları səfirliyin açılmasını “tarixi qərar” adlandırdılar.
Azərbaycan Prezidenti TDT-nin Səmərqənd sammitində güney azərbaycanlılar daxil türkdilli xalqların hüquqlarının və milli kimliyinin (dil hüququ) qorunması kimi məsələlərin təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağı təklif etdi.
Məqsədlərinə çata bilməyən İran, Bakıya Xamneyinin müşaviri Ə.Ə.Vilayəti vasitəsi ilə barışıq məğzli siqnallar göndərdi. Vilayəti İranın hücuma keçmək fikrində olmadığını və Azərbaycan xarici ölkə tərəfindən hücuma məruz qaldığı təqdirdə onun yanında olacağını bildirdi. H.Hacıyev cavabında gərginliyin İran rəsmilərinin bəyanatları ilə başlandığını, təlimlərlə isə İrana etibarın azaldığını bildirib, diplomatik dillə əlaqələrin bərpa edilməsinin yol xəritəsini Tehrana təqdim etdi.
Beləliklə, İran bu gərginlikdən qazanmadı, əksinə İranın daxilində daşlar yerindən oynadı, qarşısı alınmayan proseslər başladı və bu proseslərin nəticələri yaxın gələcəkdə özünü biruzə verəcəkdir.

👍51
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) baş elmi işçisi Orxan Bağırovun Zəngilan Hava Limanı və onun Qarabağın iqtisadi inkişafında rolu haqqında məqaləsi Ceymstaun Fondunun nəzdnində nəşr olunan Avrasiya Günlük Monitor (Eurasia Daily Monitor) online jurnalı tərəfindən çap edilmişdir.
Məqalədə ilk öncə hava limanının tikintisi, texniki göstəriciləri haqqında məlumat verilmişdir. Qeyd edilmişdir ki, Zəngilan Hava Limanı 44 Günlük Müharibədən sonra Qarabağda tikilmiş ikinci hava limanıdır. Üçüncü liman isə Laçında tikiləcəkdir və Azərbaycanda ən hündürdə yerləşən hava limanı olacaqdır.
Daha sonra, Zəngilan Hava Limanının yaratdığı iqtisadi üstünlüklər haqqında məlumat verilmişdir. Diqqətə çatdırılmışdır ki, bu hava limanı vasitəsilə Şərqi Zəngəzur iqtisadi regionuna Bakıdan 45 dəqiqəyə çatmaq mümkün olacaqdır və bu da regionun investorlar və turistlər üçün cəlbediciliyini artıracaqdır.
Məqalədə o da diqqətə çatdırılmışdır ki, Şərqi Zəngəzur rayonunda ağır sənaye, kənd təsərrüfatı, turizm, səhiyyə kimi sahələrin inkişaf etdirilməsi üçün böyük potensial vardır. İlkin hesablamalara görə bərpa prosesi bitdikdən sonra Şərqi Zəngəzur rayonunda 3 milyard manat dəyərində sənayə və kənd təsərrüfatı məhsulunun istehsalı mümkün olacaqdır. Bununla da rayon qarşıdan gələn illərdə Azərbaycan iqtisadiyyatının təxminən 4%-nin formalaşmasını təmin edə biləcəkdir.
Daha sonra vurğulanmışdır ki, qeyd edilən iqtisadi imkanların reallaşdırılmasında Zəngilan Hava Limanı böyük rol oynayacaqdır. Bu hava limanı Şərqi Zəngəzurda istehsal edilən məhsulların dünya bazarına çıxarılmasına imkan yaratmaqla Qarabağ iqtisadiyyatının regional və beynəlxalq bazarlar baxımından diversifikasiyasına tövhə verəcəkdir.
Bundan başqa, qeyd edilmişdir ki, hazırda Şərqi Zəngəzur rayonunu digər rayonlarla əlaqələndirən Horadiz-Zəngilan-Ağbənd, Xudafərin-Laçın, Qubadlı-Eyvazlı yollarının tikintisi həyata keçirilir və eyni zamanda bu region Zəngəzur Dəhlizi ilə də əlaqələndiriləcəkdir. Bütün bunlar isə Şərqi Zəngəzur regionunu regional nəqliyyat habına çevirəcəkdir və Zəngilan Hava Limanı da bu habın əsas hissələrindən biri olacaqdır.
Sonda isə qeyd edilmişdir ki, yeni hava limanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan inkişaf və bərpa prosesinin ayrılmaz hissəsinə çevriləcəkdir. Bu hava limanı həmçinin, beynəlxalq şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizlərinin mühüm elementinə çevrilərək Azərbaycan ərazisindən daşınan beynəlxalq yüklərin həcmini səmərəli şəkildə artıracaqdır.
https://jamestown.org/program/zangilan-airport-a-new-driver-of-economic-development-in-karabakh/

Jamestown
Zangilan Airport: A New Driver of Economic Development in Karabakh
On October 20, the inauguration of the Zangilan International Airport took place in the East Zangezur district of Azerbaijan (Azertag, October 20). The airport was jointly inaugurated by Azerbaijani President Ilham Aliyev and his Turkish counterpart, President…
👍12
ABŞ-da aralıq seçkilərinin nəticələri
II Hissə: Nümayəndələr Palatası
Respublikaçılar Nümayəndələr Palatasına (NP) nəzarət etmək üçün tələb olunan 218 yeri qazana bildilər. Yeni spiker vəzifəsini K. Makkarti, demokratik azlığın rəhbər vəzifəsini isə təqaüdə çıxan N.Pelosinin yerinə ehtimal ki, H.Ceffris tutacaqdır.
Demokratların Senat və Ağ Evdə, respublikaçıların isə NP-də üstünlüyü yaxın 2 ildə hissolunan dəyişikliklərin baş verməyəcəyini göstərir. Respublikaçılar NP-də bir çox təşəbbüslərlə çıxış etməyə cəhd göstərsə də demokratik Senat onun reallaşmasına mane olacaq. Hətta respublikaçılar bəzi demokratları öz tərəfinə çəkib, lazımi səs toplaya bilsələr belə Bayden güman ki, veto hüququndan istefa edəcək. Respublikaçılar isə Prezident vetosunu dəf etmək üçün tələb olunan 2/3 səs çoxluğu toplaya bilməyəcək.
Cari qüvvələr balansı iqtisadiyyat və sosial sahədə əhəmiyyətli dəyişiklərin baş verməsinə imkan vermir. Demokratların 2020-ci ildən bəri vergi siyasəti, varlılardan minimum 15%-lik vergitutma və inflyasiyanın azaldılması aktı ehtimal ki, 2024-cü ilə qədər davam edəcək. Lakin, NP-də çoxluğun respublikaçılarda olması demokratların yeni iqtisadi təşəbbüslərlə çıxış etməsini qeyri-mümkün edəcək. Sosial islahatların əksəriyyəti qüvvədə qalsa da, yeni islahatlar növbəti prezident seçkilərinə qədər təxirə salınacaq.
2022-ci ilin noyabr ayı üçün ABŞ-ın milli borcu $31 trilyondan çoxdur. 2023-cü il büdcə layihəsi milli borc həddinin daha da artırılmasını tələb edir. K.Makkarti və digər respublikaçılar borc həddinin artırılması müqabilində demokratlardan dövlət xərclərinin azaldılmasını tələb edəcəklər. Respublikaçıların şantajından qurtarmaq üçün demokratların ilin sonuna (Konqresin yeni tərkiblə işə başlayacağına) qədər borc həddini artıracağı güman edilir. Borc həddi artırıldıqdan sonra dövlət xərclərinin azalması inflyasiya göstəricilərindən asılı olacaq. İnflyasiyanın artması da demokratları dövlət xərclərini azaltmağa məcbur edə bilər.
Palatalar üzərində nəzarətin fərqli partiyalara keçməsi siyasi problemlərdən xəbər verir. Wall-Street isə əksinə udacaqdır. Qarışıq Konqres sabitlik arzulayan investorlar tərəfindən müsbət qarşılanır.1950-ci ildən “S&P 500”-ün ən yüksək orta gəliri Ağ Evin Demokratların, Konqresin isə Respublikaçıların əlində olduğu vaxtda olub. Konqres fərqli partiyalar arasında bölünəndə isə Ağ Evin hansı partiyanın nəzarətində olmasından asılı olmayaraq gəlirlər orta səviyyədən yuxarı olur.
Əhəmiyyətli dəyişikliklər xarici siyasətdə baş verə bilər. Sorğular respublikaçıların əsas düşmən qismində Çin və İranı gördüyünü göstərir. Respublikaçılar seçki kampaniyası zamanı Ukraynaya göndərilən yardımları azaldacaqlarına dair siqnallar versələr də, Xersonun alınması cəbhədə qüvvələr balansını dəyişdi. Görünən odur ki, Ukraynanın üstün olduğu vaxtda respublikaçılar yardımları azaltmayacaqlar. Demokratlar Konqresin tərkibi yenilənə qədər Ukraynaya gələn il üçün $50 milyard yardım ayırmağı planlaşdırırlar. Seçkilər ərəfəsində bəzi ermənipərəst demokrat namizədlərin administrasiya üzərində təsiri artmış və sonuncunun erməni lobbisinin bəzi tələblərinə uyğun hərəkət etməsinə səbəb olmuşdu. Seçkilərdən sonra administrasiyanın normal iş rejiminə və siyasətinə qayıdacağı gözlənilir.
Aralıq seçkiləri növbəti prezident seçkilərinə çox təsir göstərəcək. Senatdakı qələbədən sonra Bayden, NP-dəki qələbən sonra isə Tramp seçkilərdə iştirak edəcəklərini bəyan etdilər. Buna baxmayaraq, hər iki namizədin qələbə şansları aşağı qiymətləndirilir. Konqresə nəzarət etdiyi 2 il ərzində Baydenin reytinqləri aşağıya düşüb. Qarışıq Konqreslə reytinqlərin artacağı az ehtimal olunandır. Trampın dəstəklədiyi bir çox namizədlərin seçkilərdə məğlub olması, bir çox nüfuzlu şəxsin Trampdan üz döndərməsinə gətirdi. Rupert Merdoka məxsus “New York Post” və “Wall Street Journal” Trampı tənqid edən bir sıra məqalələr dərc etdi. Respublikaçılar daxilində güclü parçalanma + əksər respublikaçıların vahid namizəd kimi Floridanın qubernatoru R. DeSantisi görmək istəməsi Trampın yenidən prezident olma şanslarını azaldır.

İranda nə baş verir: etiraz, yoxsa inqilab?
I hissə
İranda sentyabrın ortalarında Məhsa Əminin ölümü ilə başlanan etirazlar üçüncü aydır ki, davam edir. Bu sosial-siyasi hərəkat uzun müddət davam etdiyindən və bütün əyalətləri əhatə etdiyindən inqilabi xarakter almaqdadır.
Son vaxtlar etirazçıların özləri də “ona etiraz deməyin, [artıq] adı inqilab olub” (behəş nəgin eteraz, naməş şode enğelab) şüarı ilə hadisələrə inqilab deməyə səsləyirlər. Qərb mediası və rəsmiləri tərəfindən də İranda baş verən hadisələrlə bağlı “inqilab” sözü işlədilmişdir. İran Siyasi Elmlər Assosiasiyası hazırkı etirazların bəzi inqilab parametrlərinə malik olduğu, lakin konkret ideologiya və vahid rəhbərliyin yoxluğu üzündən ona inqilabi hərəkat deməyin mümkün olmadığını vurğulamışdır. İran hakimiyyəti isə etirazlar barədə lap əvvəldən “iğtişaş” kəlməsindən istifadə edir, bununla da hansısa xarici qüvvələrin ölkəni qarışdırmaq niyyətini vurğulayır. İstənilən halda, indiki etirazların İslam Respublikasının 43 illik mövcudluğu dövründə üzləşdiyi ən böyük çağırış olduğu şübhəsizdir.
Məsələnin digər bir cəhəti budur ki, etiraz bir qayda olaraq konkret problemə aid olur, yəni bir növ mövcud sistemdə islahat aparılmasını tələb edir. Hazırda etirazlar mövcud sistemin özünün inkarına və dəyişdirilməsinə yönəlib ki, bu da artıq inqilab məfhumuna uyğun gəlir. İslam quruluşunun simvollarına qarşı hərəkətlər (hicabdan kütləvi imtina, ruhanilərin əmmamələrinin yerə atılması, rejim “müqəddəslərinin” şəkil və heykəllərinin yandırılması), ölkənin ali rəhbəri və onun “vilayəti” əleyhinə çağırışlar (mərg bər Xamenei – Xameneiyə ölüm, Xamenei qatele, velayətəş batele – Xamenei qatildir, vilayəti batildir) və nəhayət, geniş şəkildə istifadə olunan “islam respublikasını istəmirəm, istəmirəm” (comhuri-ye eslami nemixam, nemixam) şüarı onun inqilabi və hakim quruluşun (nizamın) devrilməsi (bərəndazi) hədəfindən xəbər verir.
Diqqəti çəkən başqa bir cəhət odur ki, proseslərdə qarşı duran tərəflər arasında hansısa təmas və dialoq yoxdur, münasibətlər hədəflərə uyğun olaraq barışmaz xarakter daşıyır. Belə ki, məsələn, su etirazlarında, müəllimlərin və təqaüdçülərin aylarla davam edən aksiyalarında hakimiyyət nümayəndələri birbaşa və ya media vasitəsilə etirazçılarla təmasa girir, onları tələblərinə münasibət bildirirdilər. Hazırkı prosesdə isə tərəflərin bir-birini tam inkar etdiyini və hansısa təmas cəhdindən yayındığını görürük. Hətta zorakılıqla müşayiət olunan 2019-cu il noyabr etirazlarında (“benzin qiyamı”) da hakimiyyət güc tətbiqi ilə yanaşı, öz addımları barədə müəyyən izahat verir, qiymət artımını əsaslandırmağa çalışır, onun mənfi sosial nəticələrini azaltmaq üçün nəzərdə tutduğu tədbirlərdən danışırdı. Amma indi bu, baş vermir.
Belə bir durumun meydana gəlməsinin önəmli səbəblərindən biri odur ki, qarşı duran qüvvələr bir-birini “tanımır”: müxtəlif nəsilləri təmsil edən və fərqli dəyərlərə tapınan bu təbəqələr arasında kommunikasiya yoxdur, əksinə, dərin bir uçurum var. İran iqtisadçısı Sadiq Əlhüseyni yazdığı qısa təhlildə hazırkı etirazların hakimiyyətlə xalq arasında olan 3 uçurumun nəticəsində meydana çıxdığını vurğulayıb:
1) əhalinin rifahının dəhşətli dərəcədə pisləşməsi, cəmiyyətin 30%-nin orta təbəqədən çıxması və son on ildə yoxsulluğun dəfələrlə artmasından doğan uçurum;
2) nəsillər arasındakı uçurum;
3) qadınlara ağır təzyiqin yaratdığı uçurum.
İrandakı etirazlarda ikinci faktorun, yəni nəsillər arasındakı ziddiyyətin önəmli rolu mövcuddur. Sepah-a bağlı olan “Fars” informasiya agentliyi son etirazlarda həbs olunanların yaş kateqoriyaları barədə məlumat yaymışdı. Həmin məlumata görə, saxlananların 41,8%-ni 20 yaşa qədər, 48,2%-ni 20-35 yaş arasında olanlar, 10%-ni isə 35 yaşdan yuxarı olanlar təşkil edir. Bu statistika hazırkı etirazların əsas hərəkətverici qüvvəsinin gənclər (hətta yeniyetmələr) olduğunu aydın şəkildə nümayiş etdirir və onların rejimə müxalif olan ənənəvi siyasi cərəyanları təmsil etmədiyini ortaya qoyur. Yəni prosesdə qarşı duran qüvvələr bir-birinə yaddır.

II hissə (I hissə)
İran hakimiyyəti geri çəkilmək fikrində olmayan etirazçılarla dil tapmaq üçün vasitəçi axtarışına cəhd edib. Son günlər İran Ali Milli Təhlükəsizlik Şurası katibinin bu məqsədlə Ayətullah Xomeyninin və Ayətullah Rəfsəncaninin ailə üzvlərinə müraciət etdiyi barədə məlumatlar yayılıb. Eyni zamanda İran ali rəhbərinin oğlu Müctəba Xameneinin keçmiş prezident Rəfsəncaninin qızı Fatimə ilə görüşdüyü barədə təsdiqlənmiş informasiya meydana çıxıb. Lakin, bunun hansısa fayda verəcəyi inandırıcı görünmür, çünki indiki etirazlar hər halda 2009-cu ildəki “Yaşıl Hərəkat”dan fərqli mahiyyətdədir, yəni sistemdaxili müxalifətin yönəltdiyi proses deyil.
İkincisi, İran hakimiyyəti son illər islahatçı qüvvələri addım-addım siyasi səhnədən uzaqlaşdırıb, özünün manevr imkanlarını xeyli məhdudlaşdırıb, halbuki, əvvəllər ictimai narazılıqları və böhranlı situasiyaları sistemdaxili müxalifətin köməyi ilə kifayət qədər uğurla idarə edirdi.
Üçüncüsü və ən başlıcası, 2018-ci ildən etibarən etirazçı əhalinin islahatçı diskursa və cərəyana inamının itdiyi də aydın görünür.
İqtisadi amil
İran iqtisadçıları son 10 ildə ölkədə yoxsulluq səviyyəsinin 3 dəfə artdığını bildirirlər. Maraqlıdır ki, 2017-2018 və 2019-cu il etirazlarında tez-tez səslənən və hakimiyyəti xaricdəki proksi qüvvələrə xərclədiyi vəsaiti ölkə daxilinə yönəltməyə çağıran şüarlar (məsələn, Suriye-ra rəha kon, fekri be hal-e ma kon – Suriyanı boş ver, bizim halımızı bir düşün) da artıq eşidilmir.
Etirazların mənşəyi ilə bağlı İranın daxilində fərqli baxış vardır
Rəsmi Tehran başlanğıcdan etirazların xarici qüvvələrin (ABŞ, İsrail, Britaniya, Səudiyyə Ərəbistanı) “fitnəsi” olduğunu bəyan edib. Lakin, həqiqət budur ki, daxildə zəmin olmadığı təqdirdə hansısa xarici qüvvənin belə uzunmüddətli və geniş aksiyaları təşkil etməsi qeyri-mümkündür.
Bu kontekstdə hazırkı etirazlarda İran hakimiyyəti üçün ən qorxulu elementin – etnik amilin mövcudluğu da vurğulanmalıdır. Son günlər İran rəsmiləri ölkəni parçalamaq planlarından danışarkən, məhz bu məsələni nəzərdə tuturlar.
Reallıq budur ki, kürdlərin, bəluçların və azərbaycanlıların timsalında bu amil özünü aydın şəkildə göstərməkdədir. O cümlədən, Güney Azərbaycan etirazçıları “Azadlıq, ədalət, milli hökumət” şüarı ilə bunu daha açıq ifadə edirlər.
Oktyabr ayının sonlarından başlayaraq, İrandakı etirazlarda radikallaşma tendensiyası müşahidə edilir, bu da bəzi yaşayış məntəqələrində nəzarətin qısa müddətə olsa da, etirazçıların əlinə keçməsi, yüksək rütbəli Sepah və polis məmurlarının öldürlüməsi ilə müşayiət olunur. Buna adekvat olaraq, hakimiyyət qüvvələrinin zorakılığı da artmaqdadır. Noyabrın 19-da İranın ali rəhbəri Ayətullah Əli Xamenei “iğtişaşların yığışdırılacağını” bəyan etmişdir. Bu isə etirazçlara qarşı zorakılıq dozasının artırılacağının siqnalı sayıla bilər.
Həmin çıxışında Xamenei maraqlı bir fikir də söyləmiş və bildirmişdir ki, iğtişaşların təşkilatçıları hakimiyyət təmsilçilərini yorub əldən salmaq niyyətini güdürlər. Halbuki, əvvəlki etirazlarda məhz hakimiyyətin özü həmin taktikadan istifadə edirdi, bu da rejimin xalq etirazlarını yatırtmaq sahəsində ənənəvi metodlarının daha özünü doğrultmadığı anlamına gəlir. Hazırkı etirazlarda hakimiyyətin nəinki əvvəllər sınaqdan keçirdiyi taktika, hətta proqnozları və təhlilləri də özünü doğrultmamışdır. Bununla belə, gedişat göstərir ki, İran hakimiyyəti sərt tədbirlərə əl atmaqla, bütün mənfi nəticələrinə rəğmən, etiraz hərəkatını qan içində boğa bilər.
Bəs sonra?
Gerçəklik budur ki, İran hakimiyyətinin beynəlxalq imicinin daha da pisləşməsi (dronlar məsələsi, nüvə danışıqları, insan haqları kimi səbəblərdən) və yeni sanksiyalarla üzləşməsi ilə sinxron şəkildə baş verən etirazların zorla yatırdılması, eyni zamanda rejimin cəmiyyətə yeni nəsə təklif etmək potensialının olmaması onun düşdüyü dalanın daha da daralmasına gətirib çıxaracaqdır. Xatırladaq: İranda islam respublikasının qurulmasına gətirib çıxaran inqilab müəyyən fasilələrlə bir ildən çox davam etmişdi!

Fransada anti-Azərbaycan qətnamələrinin fərqi
Fransa Senatı anti-Azərbaycan qətnaməsi qəbul etdikdən sonra Milli Assambleya (MA) da ölkəmizə qarşı qətnamə təşəbbüsü ilə çıxış etdi. Qətnamələr bir sıra məqamlar üzrə üst-üstə düşsə də, yanaşma, mövqe və ritorika baxımından fərqlidirlər.
Görünən budur ki, Senatın qəbul etdiyi qətnamə Azərbaycana münasibətdə MA qətnaməsindən daha sərt kontekstə malikdir. Senat Azərbaycanı Qarabağda “təkrarlanan təcavüzdə” (les agressions répétées) ittiham etdiyi halda, MA qətnaməsində Azərbaycanın davranışı “müdaxilə və anneksiya” (l’invasion, l’annexion) sözləri ilə ifadə olunmuşdur.
Təmamilə əks yanaşma xarici aktorlara münasibətdə müşahidə edilir. Senatın qəbul etdiyi qətnamədə Rusiyanın Ermənistana yardım etməməsi birincinin Ukrayna münaqişəsi ilə məşğulluğu ilə izah edilir. MA sənədində isə Rusiya üçtərəfli razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri icra etməməkdə və Ermənistanda 5000-dən artıq hərbçiyə malik olmasına rəğmən “cinayətkar passivlik”də (d’une passivité coupable) və hətta Azərbaycana dolayısı yardım etməkdə ittiham olunur.
MA qətnaməsi Azərbaycanı Ermənistanın 50 km2 ərazisini “işğal” etməkdə ittiham edir. Maraqlı budur ki, Paşinyan KTMT-nin son sammitində çıxışı zamanı Azərbaycanın nəzarətə aldığı əraziləri 140 km2 miqyasında qiymətləndirmişdi. Qətnaməyə görə Azərbaycanın qısamüddətli hədəfi Ermənistan ərazisi üzərindən Naxçıvana dəhliz əldə etmək, uzunmüddətli hədəfi isə “ekspansionist meyllərdən” (des velléités expansionnistes) və “pantürkist lahiyədən” (projet panturc) irəli gələrək Türkiyənin dəstəyi ilə Ermənistanın mövcudluğuna təhdid yaratmaqdır. Müqayisə üçün bildirək ki, Senat tərəfindən qəbul edilən qətnamə Azərbaycanın hədəflərini daha təvazökar formada – “etnik təmizləmə” kimi təqdim etmişdir. Müşahidə etdiyimiz kimi MA qətnaməsi xarici aktorlara (Rusiya, Türkiyə) münasibətdə daha sərt ritorikaya malikdir.
Ən böyük fərqlərdən biri qətnamələrdə Qarabağa münasibətdir. Senat Fransanın Qarabağda humanitar ofisinin yaradılmasını, qondarma qurumun tanınmasının və bu tanınmanın danışıqlar vasitəsinə çevrilməsinin zəruriliyini bəyan etdiyi halda, MA qətnaməsində Qarabağın tanınması və ya orda Fransanın istənilən bir formada təmsil olunması qeyd edilmir. Qətnamənin Qarabağla bağlı hissələri yalnız ermənilərin mədəni-dini irsinin qorunması məsələlərini əhatə edir.
Qarabağın tanınmasını MA qətnaməyə birbaşa salmasa da, mətn çərçivəsində 2020-ci il 3 dekabr tarixli 520 saylı qətnaməyə istinad edir. 520 saylı qətnamənin 1-ci bəndinə görə isə Qarabağın tanınması sülh prosesinin reallaşmasının zəruri hissəsi kimi nəzərdən keçirilir. Bununla belə, adı çəkilən qətnamələrin heç birində Qarabağ ermənilərinə münasibətdə “xalq” terminindən istifadə olunmur. Onun əvəzində hər iki sənəddə “əhali” (des populations) sözündən istifadə olunur.
Daha bir vacib fərq Laçın dəhlizi ilə əlaqədardır. Senat dəhlizin Azərbaycan tərəfindən nəzarətə götürülməsini pisləyib, dəhlizin statusunun dəyişilməz qalmalı olduğunu bəyan edərək, Bakıdan əvvəlki mövqelərə qayıtmağı tələb edir. MA qətnaməsində isə Laçın dəhlizi haqqında hər hansı bir xatırlama və ya qeyd yoxdur.
Minsk qrupuna (MQ) da fərqli münasibət müşahidə edilir. Senat qətnaməsində Ukrayna münaqişəsinin MQ-nin fəaliyyətinə təsirindən ümumi danışılırsa, MA qətnaməsində açıq bildirilir ki, Ukrayna münaqişəsi + Azərbaycanın bu formatı rədd etməsi MQ-nin birgə fəaliyyətinə çətinlik yaradır.
Senat, Fransa hökümətini Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməyə, Avropa üzrə tərəfdaşlarla birgə Azərbaycandan neft-qaz idxalına embarqonu tədbiq etməyə çağırdığı halda, MA “fərdi iqtisadi sanksiyaların” (de sanctions économiques personnelles) qəbul edilməsini vacib sayır. MA qətnaməsində sanksiya, iddia edilən “işğala” görə yox, Azərbaycanın gələcək mümkün “hücum-işğal” addımlarına qarşı çəkindirici faktor kimi təklif olunur. Həmçinin Senatdan fərqli olaraq MA qətnaməsində Aİ-ə ölkələrinə Azərbaycana qarşı sanksiyalara qoşulmaq barəsində çağırış yoxdur.

👍23👎1
Ermənsitan-Hindistan hərbi əməkdaşlığı: səbəblər və perspektivlər
Son aylar Ermənistan-Hindistan əlaqələrində yüksək intensivlik müşahidə edilməkdədir. Sentyabrda Hindistanın BMT-də nümayəndə rəhbəri Tirimurti TŞ iclasında ölkəmizi təcavüzdə ittiham etmiş, bir ay sonra Ermənistan və Hindistan müdafiə nazirləri, noyabrda təhlükəsizlik katibləri ikitərəfli və Hindistanın Xarici Kəşfiyyat Xidmət rəhbərinin iştirakı ilə üçtərəfli görüş keçirmiş və təhlükəsizlik sferasında mövcud razılıqların tezliklə gerçəkləşdirilməsi üzrə razılıq əldə etmişdilər.
Danışıqların nəticəsi kimi, sentyabrın sonu Hindistan Ermənistana $240 mln. dəyərində “Pinaka” raketləri, tankəleyhinə sistemlər və digər sursatları satdı. Ermənistanın Hindistandakı səfiri hərbi əməkdaşlığın bununla bitmədiyini və tezliklə hamının uzun sürəcək əməkdaşlığın nəzərəçarpacaq nəticələrini görəcəyini bildirdi. Bu bəyanatdan sonra Hindistanın “Solar group” müdafiə şirkəti Ermənistandan yeni partiya “Pinaka” raket sistemləri sifarişini aldığını bildirdi. Hökümətə yaxın “ThePrint” nəşri “Akaş” zenit-raket komplekslərinin, hind istehsallı dronların və digər sursatların satılması üzrə də razılığın olmasından xəbər verdi.
Səbəblər
İlin sonuna qədər sülh sazişini imzalamaq istəməyən, Bakının adekvat cavab tədbirlərindən ehtiyat edən və Azərbaycanla mövcud hərbi disbalansı qismən tarazlamaq istəyən İrəvan Hindistanla yaxınlığa can atır. Bu yaxınlığa Rusiya ilə mövcud gərginlik də təsir göstərir. Son aylar Paşinyan dəfələrlə Rusiyanın Ermənistana silah tədarükü üzrə öhdəliklərini yerinə yetirmədiyini təkrarlayıb. Erməni mənbələrinə görə 2021-ci ilin avqustunda Ermənistan Rusiya ilə $500 mln. dəyərində silah müqaviləsi imzaladı. Məbləğin 80%-i öncədən ödənilsə də Rusiya Ermənistana silah göndərmədi və bir müddət sonra ödənilən pulu geri qaytardı.
İqtidara yaxın nəşrlərə (Economic Times, ThePrint, İndian Narrative, The Hindu) əsasən Türkiyə-Azərbaycan-Pakistan tərəfdaşlığı, “üç qardaş” hərbi təlimləri, Azərbaycanın Pakistandan çin istehsallı JF-17 qırıcı təyyarələri almaq istəməsi, Anakara və Bakının Kəşmir məsələsində Pakistanı dəstəkləməsi Nyu-Dehlini narahat olmağa məcbur edir. Cənubi Qafqazda özünü effektiv göstərən koalisiya, “Pakistanın işğalı altında olan Kəşmir də daxil olmaqla, digər teatrlarda birgə fəaliyyəti üçün zəmin yarada bilər”. Məsələyə geosiyasi balans prizmasından yanaşan Hindistan, üç qardaş koalisiyasının “Avrasiyada tam qələbəsini inkar etməklə onların Cənubi Asiyadakı planlarını ləngitmək və puç etmək” istəyir.
Geoiqtisadi cəhətdən Hindistan Fars körfəzi-Qara dəniz nəqliyyat marşrutu vasitəsilə Avropaya qısa yol əldə etmək istəyir. İranda Çabahar limanını inkişaf etdirən Hindistan, Zəngəzur dəhlizi ilə Fars körfəzi-Qara dəniz marşrutunu bir-birinə zidd layihələr kimi nəzərdən keçirdir. Erməni təbliğatının təsirinə düşən Hindistan rəsmiləri Azərbaycanın zorakı yolla Zəngəzuru ələ keçirəcəyini düşünür və bunu qabaqlamaq üçün Ermənistanı silahlandırmağa çalışır.
SİPRİ-yə görə 2017-2021-ci illərdə dünyada əsas silah ixracatçıları ABŞ, Rusiya, Fransa, Çin, Almaniya, İtaliya, Birləşmiş Krallıq və Cənubi Koreya idi. Hindistanın adı bu siyahıda yoxdur. Ona görə də Hindistan Ermənistan tərəfdən gələn sifarişləri yerinə yetirməklə dünya silah bazarında öz payını artırmağa çalışır.
Rusiya ilə əməkdaşlığa görə Qərb tərəfindən tənqid olunan Hindistan, buna Qərbi “təcavüzkar” Bakı ilə əməkdaşlıqda ittiham etməklə cavab verir. Ermənistanla əlaqələrinin inkişafında baş nazir N.Modinin passionarlığı və anti-islam baxışları da müəyyən rol oynayır.
Perspektivlər
Görünən odur ki, iki ölkə arasında hərbi əməkdaşlıq yaxın perspektivdə daha da inkişaf edəcəkdir. Hindistanın Ermənistanda sabiq səfiri R.Pandey gələcəkdə iki ölkə zabitləri arasında təcrübə mübadiləsinin və birgə hərbi təlimlərin keçirilməsini mümkün sayır.
Gerçəklik isə budur ki, Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatı Hindistanın təşəbbüsü ilə yaradılsa da, Hindistan bu təşkilatın prinsiplərini pozan əsas ölkələrdən birinə çevrilmişdir.