ABŞ-ın 2023-cü il müdafiə büdcəsi
Ötən həftə Senat “Müdafiə büdcəsi haqqında” (NDAA) qanununu təsdiqlədi. NDAA ABŞ siyasi sisteminin çox vacib elementi hesab olunur və palata/partiyalar arasında ziddiyyətlərin kəskinlik dərəcəsindən asılı olmayaraq hər il qəbul edilir. Cari akt iki palatanın aylarla danışıqlardan sonra razılığa gəldiyi kompromisli variantıdır. Nümayəndələr Palatası bəzi ölkələrə silahların ötürülməsi məhdudiyyətlərinə, respublikaçılar isə hərbçilərin məcburi vaksinasiyasının ləğv edilməsinə nail olub, qanunu təsdiqlədilər. Hərbi büdcənin ilbəil artmasından narazı olan liberallar və xərclər üzərində ciddi nəzarət tələb edən bəzi mühafizəkarlar aktın əleyhinə səs versələr də, 83 səs çoxluğu ilə qanun Ağ Evə imzalanmağa göndərildi.
NDAA ABŞ-ın 2023-cü il üçün hərbi xərclərini $858 mlrd. civarında təsdiqlədi. Bu digər illərlə müqayisədə rekord göstəricidir. Məbləğin həcminə Rusiya-Ukrayna müharibəsi, ABŞ-Çin qarşıdurması və inflyasiya çox təsir göstərmişdir. Qiymət artımını kompensasiya etmək üçün Pentaqona milyardlarla dollar əlavə vəsaitlər ayrılmış, hərbçilərin maaşları isə 4,6% artırılmışdır.
NDAA hypersonic silahların hazırlanmasına, Havay adalarında Red Hill yanacaq anbarının bağlanmasına, Lockheed Martin şirkətindən yeni F-35 qırıcılarının, General Dynamics şirkətindən isə hərbi gəmilərin alınmasına əlavə vəsaitlər ayırıb. 11 ədəd yeni hərbi gəmiyə $32,6 mlrd. mövcud hərbi dəniz qüvvələrinin saxlanmasına $5,9 mlrd., sursatların alınmasına isə $2,7 mlrd. vəsait ayrılıb. Arleigh Burke adlı esminetsin və 31 ədəd desant gəmisinin saxlanılması Ağ Ev tərəfindən məqsədəuyğun sayılmasa da, Konqres bu gəmilərin istismar müddətinin uzadılması üçün əlavə vəsait ayırdı. Bayden dənizdən buraxılan nüvə başlıqlı qanadlı raket proqramını ləğv etməyə çalışsa da, NDAA çərçviəsində bu proqrama $25 mln. pul ayrılıb. NDAA-da UH-60 Blackhawk helikopterlərin, CH-47 ağır helikopterlərin və MQ-1 Grey Eagle dronlarının alınmasına da böyük vəsaitlər ayrılıb.
2022-ci ildə hərbi hava qüvvələrinin arsenalına 6-cı nəsil B-21 borbardçı təyyarə daxil oldu. Təyyarə 4-cü nəsil B-2 borbardçılarını xatırlatsa da, müdafiə naziri L.Ostinə görə heç bir uzaqmənzilli bombardmançı B-21-ə səmərəlilik baxımından çata bilməz. İddiaya görə B-21 ən qabaqcıl hava hücumundan müdafiə sistemlərindən yayına bilir. B-21-in ən bahalı layihələrdən biri olacağını güman etmək olar. Müqayisə üçün bildirək ki, radio dalğaları və görünən işığı udan unikal örtüyünü qorumaq üçün 4-cü nəsil B-2 $5 mln. dəyərində kondisionerli anqarlarda saxlanılır. B-21 daha qabaqcıl texnologiyaya malik olduğundan olduğundan onun təkcə saxlanılması büdcəyə çox baha başa gələcək.
NDAA Ukraynaya da böyük yardımı nəzərdə tutur. ABŞ-da Rusiya ilə danışıqlara dair çağırışlar (H.Kissincer) olsa da CİA müdiri V.Börnsə görə Rusiya indi ciddi danışıqlara hazır deyil. Forbes-in hesablamalarına görə Rusiya müharibəyə büdcənin 1/4 hissəsini xərcləyib. Reuters-in fikrincə isə Rusiya 2023-cü ildə büdcənin 1/3 hissəsini müharibəyə xərcləyəcəkdir. Buna cavab olaraq Bayden növbəti ildə Ukraynaya $21,7 mlrd. yardımın ayrılmasını planlaşdırır. Bu məbləğin $8 mlrd.-ı yüksək dəqiqliyə malik sursatların alınmasına xərclənəcək. Vəsaitlərin cəlb edilməsi ilə yanaşı general P.Rayderə görə ABŞ Ukrayna hərbçilərinə Almaniyada yerləşən poliqonlarında keçirilən hərbi təlimlərin sayını artıracaqdır.
NDAA-nın nəzərəçarpan hissəsi Çinin artan gücündən çəkindirilməsinə ayrılmışdır. Səsvermədən qabaq Senatda çoxluq lideri Ç.Şumer Çinin Asiyadan tutmuş Afrika və Yaxın Şərqə qədər hər yerdə ABŞ-ın maraq və tərəfdaşlıq əlaqələrini sarsıtmağa cəhd etdiyini bildirdi. Şumerə görə NDAA ABŞ-ın Hind-Sakit okean regionunda mövqelərini möhkəmləndirəcəkdir. Çindən asılılığını azaltmaq üçün NDAA hərbi sənaye üçün həyati-vacib əhəmiyyət kəsb edən nadir torpaq elementlərinin təchizatına $1 mlrd. vəsait ayırır. Tayvana $10 mlrd. hərbi yardım ayrılsa da Tayvan bu məbləği Pentaqon vasitəsilə yox, Dövlət Departamentinin qrantları formasında almağı məqsədəuyğun sayır.
@cssc_cqtm

👍20
Lavrov-Bayramov görüşünün nəticələri
23 dekabrda Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında ikitərəfli görüş baş tutdu. Görüş A.Mirzoyanın iştirakı ilə üçtərəfli formatda planlaşdırılsa da, son anda erməni nazir Qarabağda yaranmış vəziyyəti bəhanə gətirərək görüşdə iştirakdan imtina etdi. Mirzoyanın qərarı planlaşdırılmış görüşü pozmadı: üçtərəfli danışıqlar ikitərəfli danışıqlar formasını aldı, Ermənistan isə Lavrovun sözü ilə desək öz mövqeyini ifadə etmək üçün vacib diplomatik meydançadan məhrum oldu. Mirzoyanın yoxluğu regional proseslərin dinamikasına ciddi təsir etməsə də, bu addım Moskva tərəfindən birmənalı olaraq diplomatik demarş kimi qiymətləndirildi. Mətbuat konfransında Lavrov bu məsələyə 3 dəfə fərqli formalarda toxundu. O İrəvanın Bakıya əvvəldə iddia və ittihamlarının olmasına baxmayaraq Praqa, Brüssel və Vaşinqtona getdiyini xatırlatdı.
Xarici işlər nazirləri arasında görüşlər adətən liderlərin sonrakı görüşlərinə hazırlıq məqsədilə keçirilir. Peskova görə Paşinyan MDB ölkələrinin Sankt-Peterburqa keçiriləcək görüşünə qatılacağını bildirsə də, liderlər arasında üçtərəfli görüş planlaşdırılmır. Başqa sözlə desək, İrəvan həm xarici işlər naziri, həm də lider səviyyəsində Moskvaya diplomatik demarş elan edir.
Lavrov-Bayramov görüşündə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regionda cari vəziyyət müzakirə edildi. Azərbaycan və Rusiya tərəfinin rəsmi məlumatına əsasən, görüş çərçivəsində post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, qeyri-qanuni iqtisadi fəaliyyətə cavab olaraq Laçın yolu ətrafında etirazlar və ölkə liderləri arasında imzalanmış dörd üçtərəfli razılaşmanın icra edilməsi müzakirə edilmişdir.
Ermənistan, vaxtaşırı isə Rusiya, Azərbaycanın daxili işi sayılan Qarabağı müzakirə obyektinə çevirməyə cəhd etsə də, son iki ilin müşahidələri göstərir ki, görüşlərdə yalnız dövlətlərarası məsələlər müzakirə edilirdi. Soçidə V.Putin ilə ikitərəfli görüş zamanı Azərbaycan Prezidenti Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını, iki il bundan qabaq həll edildiyini və praktiki olaraq müzakirə edilməli olan məsələlərin olmadığını qeyd etmişdir.
Qarabağ Rusiyaya regionda hərbi mövcudluğunu qorumaq üçün vacibdir. Rusiya Cənubi Qafqaz ölkələrinin hər üçündə bu və ya digər statusda hərbi mövcudluğa malikdir: Ermənistanda Gümrü və Erebunidə, Gürcüstanda Abxaziya və Cənubi Osetiyada, Azərbaycanda isə sülhməramlı kontingentlə (RSK) Qarabağda.
Qərb ilə geosiyasi qarşıdurmada Rusiya resurs və təsir imkanlarını sürətlə itirdiyindən Moskva RSK-nı tərəflərin yekun sülh sazişinə salmaq istəyir. Bu hədəfə çatmaq üçün Moskva iki fərqli strategiyaya əl atmışdır. Birinci strategiyaya görə sülh sazişinin imzalanması maksimal dərəcədə uzaq bir perspektivə saxlanılmalı, o vaxta qədər isə RSK-nın qalma müddəti hər beş ildən bir uzadılmalı idi. Bu yanaşma Azərbaycan və Qərb tərəfindən birmənalı olaraq rədd edilmişdir. İkinci strategiya İrəvan və Bakı arasında çərçivə sülh sazişinin imzalanmasını, Qarabağ məsələsinin isə qeyri-müəyyən gələcəyə saxlanılmasını özündə ehtiva edirdi. Lakin, bu yanaşma da Azərbaycan tərəfindən rədd edilmişdir.
Vardanyan kartı da Moskvaya xeyir gətirmədi. Vardanyanın Bakı-Xankəndi dialoquna müdaxiləsi Rusiyanın Azərbaycanla, Vardanyanın perspektivdə Paşinyanın yerinə hakimiyyətə gətirilmə planı isə İrəvanla münasibətləri kəskinləşdirdi.
Lavrov-Bayramov görüşündən belə nəticə çıxartmaq olar ki, Rusiya buraxdığı siyasi səhvləri nəzərə alıb, yeni regional yanaşma üzərində işləməkdədir. Bu yeni yanaşma Azərbaycanın RSK ilə bağlı narahatlıqlarını nəzərə almalıdır. Laçın yolu vasitəsilə Qarabağa 1) silahların daşınması, 2) Bakının razılığı olmadan xarici vətəndaşların gəlməsi və 3) təbii sərvətlərin talan edilməsi dayandırılmalıdır. Bu mövcud əlaqələrin geriləməməsi üçün Bakının əsas tələbi və diplomatik minimumudur. Bu məsələlər üzrə razılıq əldə edilməsə Rusiyanın Cənubi Qafqaz siyasəti iflasa uğrayacaqdır.

👍33
Prezident seçkiləri ərəfəsində ABŞ-Türkiyə münasibətləri
ABŞ-da Türkiyəyə və şəxsən R.T.Ərdoğana vahid yanaşma mövcud deyildir. Ankaranın artan gücü və müstəqil xarici siyasəti ABŞ-da narahatlıq yaradır. Bəzi dairələr (Katon institutu, Sərhədsiz Müxbirlər, Freedom House) Türkiyəni qeyri-demokratik ölkə olmaqda, digərləri (CRS) isə 2012-16-cı illərdə dövlətə məxsus XalqBank vasitəsilə İrana Qərb sanksiyalarından yan keçməyə yardım etməkdə, ABŞ-ın F-35 qırıcılarından imtina edərək, Rusiyanın S-400 sistemlərinə üstünlük verməkdə ittiham edir. Tənqidçilər Türkiyə ilə əlaqələrin minimuma endirilməsini, Türkiyənin NATO-dan çıxarılmasını və ABŞ hərbi bazalarının digər ölkəyə dislokasiya olunmasını tələb edirlər.
Alternativ yanaşma qarşıda gələn prezident seçkilərində Ərdoğanın rəqiblərinə dəstək olmağı özündə ehtiva edir. Karneqi Fondu tərəfindən aparılmış araşdırmada müxalifət siyasətçilərinin siyasi baxışlarının ABŞ maraqlarına daha uyğun gəldiyi bəlli olur. Türkiyə tərəfindən dəstəklənən suriyalı qruplaşmaların tərkisilah edilməsi, Suriyada kürd Demokratik Birlik partiyası ilə əlaqələrin qurulması, S-400 sistemləri ilə bağlı məsələnin aradan qaldırılması, Aİ-yə üzvlüyün irəli çəkilməsi, xarici siyasətdə NATO ilə əlaqələrə vurğunun edilməsi, Aİ ilə əməkdaşlığın artırılması, insan haqqlarına xüsusi diqqətin ayrılması və Çində uyğur probleminə fokuslanma ilə bağlı verilən suallara müxalif namizədlər müsbət cavab vermişlər. Bununla yanaşı, müxalifətçilər Türkiyəni ŞƏT-ə salmayacaqlarını, Rusiyadan S-400 sistemlərini almayacaqlarını, Kipr probleminin tənzimlənməsində 2 dövlət modelindən çıxış etməyəcəklərini və Rusiya ilə iqtisadi əməkdaşlığı dərinləşdirməyəcəklərini bildirmişlər.
MetroPOLL şirkəti tərəfindən aparılan sorğuya əsasən hakim fraksiyanın reytinqi 44,7%, müxalifət koalisiyasınınkı isə 39%dir. Ərdoğanın öz reytinqi 45,1% civarında qiymətləndirilsə də, belə ehtimal olunur ki, seçkilərə az qalmış Ərdoğan media resurslardan və xarici siyasət təşəbbüslərindən istifadə edib mövqelərini yaxşılaşdıra biləcək.
Seçki nəticələrinin indidən proqnozlaşdırıla bilməməsi və Ərdoğanın regional və qlobal miqyasda sistem yaradan faktora çevrilməsi ABŞ-da yeni yanaşmanın yaranmasını aktuallaşdırdı. İyun ayında taxıl böhranı pik həddə çatanda Rand Corporation Qara dəniz ölkələrinin və digər maraqlı tərəflərin öz hərbi gəmilərini birləşdirərək Ukraynaya tərəf göndərəcəyini bildirdi. Mərkəzin fikrincə bu addım Rusiya qüvvələri ilə müəyyən toqquşma riskini özündə daşıyırdı. Lakin, Ərdoğanın uğurlu vasitəçiliyi potensial hərbi toqquşmanın qarşısını alıb, taxıl böhranını tənzimlədi. Hazırda Ərdoğan Putin ilə taxıl sövdələşməsinin genişləndirilməsi və dəhlizə fərqli malların daxil edilməsini müzakirə edir.
Qərb enerji təhlükəsizliyi məsələsində də Ərdoğana çox borcludur. Azərbaycandan Avropaya qaz daşıyan TANAP və TAP qaz kəmərləri Türkiyə ərazisindən keçir. Alternativ mənbələr olan İraq, İran və Şərqi Aralıq dənizi də Türkiyə vasitəsilə daşınmanı özündə ehtiva edir. Perspektivdə Türkmənistan qazının və Qazaxıstan neftinin (alternativ marşrutla) Aİ-yə daşınması da Türkiyə ərazisi üzərindən həyata keçiriləcəkdir.
NATO üzvü kimi Türkiyə alyansın Asiya (İraq, Suriya, Livan, Qətər), Afrika (Liviya, Somali) və Avropada (Bosniya və Herseqovina, Serbiya, Azərbaycan) hərbi-siyasi mövcudluğunu təmin edir. Türkiyə Rusiya ilə fərqli regionlarda rəqabət aparsa da, bu rəqabətin Rusiya-NATO qarşıdurmasına çevrilməsini liderlər arasında mövcud şəxsi diplomatiyaya əsaslanan sövdələşmə qabaqlayır.
ABŞ-da bəzi dairələr (Brookings İnstitutu) NATO-nun Türkiyəyə çox ehtiyac duyduğunu və Ərdoğanın anti-Qərb çıxışlarına rəğmən NATO-ya sadiq qaldığını bildirirlər.
Beləliklə, ABŞ qarşıda gələn prezident seçkilərində müxalifətə simpatiya nümayiş etdirsə də, cari qəliz geosiyasi şəraitdə Ərdoğan faktoru ilə hesablaşmağa məcburdur. Bu özünü belə bir sadə faktda göstərir ki, Baydenin birbaşa təsiri ilə Senat F-16-ların Türkiyəyə satışına tədbiq etdiyi əvvəlki qadağasını ləğv etdi.

👍32
MDB ölkələrinin qeyri-rəsmi görüşü
26 dekabrda Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü baş tutdu. Görüşdə iqtisadiyyat, logistika, texnologiya və təhlükəsizlik məsələləri müzakirə edildi.
MDB ölkələri ilə iqtisadi əlaqələrin dərinləşməsi hazırda Rusiya üçün prioritet vəzifələrdən biridir. 2021-ci il ildə Rusiyanın xarici ticarət dövriyyəsinin 51%-i “qeyri-dost ölkələrin” payına düşürdü. Ukrayna müharibəsi bu “qrupla” iqtisadi əlaqələrin minimuma enməsinə gətirib, Çin, Hindistan, Türkiyə və MDB ölkələri ilə əlaqələrin əhəmiyyətini artırdı. MDB ölkələri ilə münasibətlərin dərinləşdirilməsi həm də geosiyasi baxımdan Rusiya üçün vacibdir. Qarşılıqlı iqtisadi asılılıq MDB ölkələrinin Qərbin təsirinə düşüb, Rusiya əleyhinə sanksiyalara qoşulma şanslarını minimuma endirir.
Geosiyasi zərurətin effektiv icrasına Rusiyanın monetar siyasəti mane olur. Rublun ucuzlaşmasını qabaqlamaq üçün Mərkəzi Bank düşünülmüş tədbirlər görüb, milli valyutanı həddindən artıq gücləndirdi. Bu inflyasiyanın nəzarətə alınmasına kömək etsə də, Rusiyanın MDB ölkələri ilə iqtisadi münasibətlərinə mənfi təsir göstərdi. Güclü rubl Rusiya istehsallı məhsulların MDB ölkələrində rəqabət imkanlarını zəiflədir, axırıncılarda isə inflyasiya göstəricilərini artırır.
Səhv siyasət + Qərbin sanksiyaları Rusiyanın texnoloji imkanlarını da çox məhdudlaşdırdı. Müharibə texnoloji şirkətlərin və mütəxəssislərin MDB ölkələrinə (başlıca olaraq Qazaxıstana) miqrasiyasına səbəb oldu. Qazaxıstan qabaqcıl texnologiya şirkətlərinin fəaliyyəti üçün münaqişədən xeyli əvvəl lazımı mühit yaratmışdır. Avqustda Ukraynanın “Treeum” İT şirkəti və ümumi kapitallaşması $27 mlrd. çox olan bir neçə beynəlxalq texnologiya nəhəngi tamamilə və ya qismən Qazaxıstan yurisdiksiyasına keçdi. Adı çəkilən şirkətlərdən başqa İnDriver, Type Type, Level Travel, Red Mad Robot, MNG Partners də qismən Qazaxıstana dislokasiya olundu. Təsadüfi deyildir ki, MDB liderlərinin qeyri-rəsmi görüşündə Putin idxalın əvəzlənməsinə və texnoloji suverenliyin, müstəqilliyin təmin edilməsinə yönəlmiş əlaqələndirilmiş tədbirlərin əhəmiyyətindən danışdı.
Rusiyanın Ukrayna və digər xarici siyasət cəbhələrində buraxdığı səhvlər ona gətirib çıxardıb ki, MDB Rusiyanın postsovet məkanında mövcudluğunu təmin edən yeganə birlikdir. Postsovet məkanında mövcud heç bir digər təşkilat, istər KTMT, istərsə də Aİİ olsun miqyas baxımından MDB ilə müqayisə oluna bilməz. Bununla belə, Rusiyanın buraxdığı siyasi səhvlər hətta bu təşkilatlarda da gözlə görünə bilən çatlara səbəb olub. Ermənistanın son KTMT sammitinin yekun sənədini imzalamaqdan imtina etməsi, Tacikistan və Qırğızıstanın Rusiyadan narazılığı KTMT daxilində çatlardan, Gürcüstan və Ukraynanın isə MDB-dən çıxması bu təşkilatda mövcud çatlardan xəbər verir. Moldova MDB üzvü olsa da, ölkə prezidenti Birliyin heç bir görüşündə iştirak etmir.
Putin çıxışında təhlükəsizlik məsələlərinə də toxundu. Onun sözlərinə görə Birliyə üzv olan dövlətlər arasında fikir ayrılıqları olsa da əsas məsələ problemləri “özümüz, birlikdə, birgə, bir-birimizə yoldaş və vasitəçilik yardımı” göstərərək həll etməkdir. Rusiyanın destruktiv Cənubi Qafqaz siyasəti Ermənistan və Azərbaycanın Rusiya sülhməramlıları ilə bağlı narazılıqlarına səbəb olur. İrəvan onun ümidlərini doğrultmayan Moskvadan uzaqlaşmağa can atır, Moskva isə iki ölkəni birləşdirən bağları daha da möhkəmləndirməyə çalışır. Ermənistan xarici işlər nazirinin Lavrov-Bayramov görüşündən imtina etməsi, Azərbaycan prezidentinin isə MDB ölkələrinin qeyri-rəsmi görüşündə Putin və Paşinyanla ayaqüstü qısa danışıqlar aparması Rusiyanın uğursuz Cənubi Qafqaz siyasətinin bariz göstəricisidir.

👍24
Zelenskinin ABŞ səfərinin hərbi-siyasi məqamları
21 dekabrda Zelenski Polşadan ABŞ hərbi hava qüvvələrinin təyyarəsi ilə birbaşa Vaşinqtonun Endryus aviabazasına uçmuşdur.
Zelenskinin Konqresdəki çıxışı yadda qalan olub, ideoloji-praqmatik elementlərin məcmusunu özündə təcəssüm etdirirdi. Çıxışda Soyuq müharibə dövrünə xas ritorika və bəzi psixoloji fənnlər açıq sezilirdi. Məsələn, Zelenski Rusiya ilə müharibəni demokratiya-avtoritarizm qarşıdurması kimi təqdim etmiş və Ukrayna xalqının Miladı su və işıqsız keçirəcəyini bildirmişdir. Respublikaçıların İrana, Amerika cəmiyyətinin isə terorrizmə güclü antipatiyasını nəzərə alaraq, Zelenski “bir terrorçunun (İranın) digər terrorçuya (Rusiyaya) kömək etməsinə imkan verməməyi” vacib adlandırmışdır.
Zelenski ABŞ-ın Ukraynaya köməyini xeyriyyəçilik yox, qlobal təhlükəsizlik və demokratiyaya sərmaye adlandırdı. Bayden daxil bəzi ABŞ siyasətçiləri müharibənin 2022-ci il fevral sərhədləri çərçivəsində bitməli olduğunu düşünsələr də, Zelenski çıxışında ədalətli sülhün vacibliyindən danışıb, ədalətli sülhün Ukraynanın ərazi bütövlüyü və suverenliyinin bərpası (Donbas + Krım) anlamına gəldiyini bildirmişdir.
Çıxış ABŞ-da birmənalı qarşılanmadı. Pelosi “Ukrayna uğrunda savaşı demokratiya uğrunda savaş”, Senatda çoxluq lideri Ç.Şumer isə Çörçilin çıxışı ilə paralellər aparıb, Zelenskini azadlıq səfiri adlandırdı. Demokratlardan fərqli olaraq respublikaçıların yanaşması daha praqmatik idi. Senatın respublikaçı azlığının rəhbəri M.Makkonel Ukrayna və Aİ-yə göstərilən yardımı “Putinin gələcək təhdid imkanlarının azaldılmasına birbaşa sərmayə” və müdafiə sənayesi kompleksinin inkişafı nöqteyi-nəzərindən qiymətləndirdi. Qeyd edək ki, partiyada Ukraynaya yardım ilə bağlı fikir ayrılığı hələ də güclüdür. Mayda Nümayəndələr Palatası Ukraynaya $40 mlrd.-ın ayrılmasını səsverməyə çıxardanda 57 respublikaçı konqresmen aktın əleyhinə səs vermişdi. Zelenskinin çıxışı zamanı isə bir qrup respublikaçılar (L.Bobert, M.Gets və s.) Ukraynaya yardıma etiraz olaraq nümayişkəranə şəkildə yerlərindən qalxmayıb, telefonlarına baxmağı üstün tutmuşdular. Buna baxmayaraq, Ukraynanın Xersonda böyük qələbəsindən sonra respublikaçıların əksəriyyəti Ukraynaya yardımın davam etdirilməsinin tərəfdarıdırlar.
Müharibə başlayandan bəri ABŞ Ukraynaya $50 mlrd. yardım edib. Görünən odur ki, demokratlar həftənin sonuna qədər Ukraynaya əlavə $44,9 mlrd. yardımın ayrılmasını da razılaşdıracaqlar. Hazırda Rusiya cəbhədə strateji müdafiə xəttini möhkəmləndirməyə çalışır. Rusiyanın məqsədi – vaxt qazanıb, səfərbər olunan 300 min hərbçini yaz-yay aylarında yeni hücumlara hazırlamaqdır. Ukrayna və ABŞ əksinə, Rusiyaya fasilə vermək niyyətində deyillər.
Vurğulayaq ki, ABŞ Ukraynanı hərtərəfli dəstəkləsə də, ABŞ üçün prioritet vəzifə − vəziyyəti Rusiya ilə nüvə müharibəsinə və ya birbaşa Rusiya-NATO qarşıdurması şəraitinə gətirməməkdir.
Bu mövqe ilə ABŞ-da alternativ yanaşma rəqabət aparır. Bu yanaşmaya görə Rusiya Ukraynaya 3 istiqamətdən (şimal, şərq və cənub) zərbə endirdiyi halda Ukrayna bu zərbələrin gəldiyi əksər nöqtələri ABŞ tərəfindən tədbiq edilən silah məhdudiyyəti səbəblərindən məhv edə bilmir. Rusiyanın öz ərazisini təhlükəsiz sığınacaq kimi nəzərdən keçirməməsi üçün ABŞ-da bəzi siyasətçi və ekspertlər Ukraynaya uzaqmənzilli silahların verilməsini zəruri sayırlar.
Qeyd edək ki, ABŞ-ın Ukraynaya ayırdığı ən son hərbi yardıma Patriot raket kompeksləri də daxildir. Bir batareyası $1 mlrd.-dan baha olan ($400 mln sistemin özü + $690 mln. raketlər) Patriot raketləri savaşda Ukraynanın mövqelərini çox gücləndirə bilər. Lakin, Ukrayna ordusuna verilməmişdən əvvəl Patriot-lar Almaniyaya gətiriləcək və orda Ukrayna hərbçilərinə bir neçə ay ərzində bu sistemlərdən istifadəyə dair təlimlər keçiriləcək. Bu proses yaz aylarına qədər davam edə bilər.
Beləliklə, Zelenskinin ABŞ-a səfəri çox produktiv olsa da, savaş meydanında ciddi dəyişikliyin yaz aylarından əvvəl baş verəcəyi az ehtimal olunandır.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən Diqqət Mərkəzi verilişində ilin yekunları ilə bağlı müzakirələrə qoşulmuşdur.
https://youtu.be/q9XKWWAueF4
https://youtu.be/q9XKWWAueF4
YouTube
Qarabağ, İran, Türk Dövlətlər Birliyi, Ukrayna müharibəsi | Diqqət Mərkəzində ilə yekun vururuq
https://www.facebook.com/ictimai.tv/
https://www.instagram.com/ictimaitv.official/
https://news.1rj.ru/str/tvictimai
https://itv.az/
#ictimaitv #video #televiziya #baku #videolar #itv

👍12
Ermənistan və Azərbaycan arasında yeni müharibə perspektivləri
1 yanvar tarixində nüfuzlu Foreign Policy jurnalı “2023-cü ildə izləniləcək 10 Münaqişə” adlı məqalə dərc etdi. Məqalədə Ukrayna müharibəsindən tutmuş, İran, Yəmən, Efiopiya, Konqo, Pakistan, Tayvan və Ermənistan-Azərbaycan münasibətlərinə qədər 10 ən kəskin münaqişədən bəhs edilir. Müəlliflərin fikrincə 44 günlük müharibədən 2 il sonra tərəflər yeni müharibə istiqamətində hərəkət edirlər. İrəvanın isə 2 il müddətində güclü ordu yarada bilmədiyi, Rusiyanın isə Ukrayna müharibəsinə başı qarışdığı vaxtda Azərbaycan Aİ ilə yeni strateji əhəmiyyətli qaz memorandumu imzalamış, öz hərbi potensialını artırmış və Türkiyə ilə hərbi əməkdaşlığı yeni mərhələyə qaldırmışdır.
Analitiklər bundan belə nəticəyə gəlirlər ki, yeni müharibə 44 günlük müharibədən fərqli olaraq daha qısamüddətli olub, Azərbaycanın mütləq qələbəsi ilə yekunlaşacaqdır.
Mövqe tutarlı arqumentlərlə əsaslandırılsa da, jurnal oxucunu potensial müharibənin fundamental səbəbləri ilə tanış etmir. Necə deyərlər: suallara cavab bizi ağıllı, sualın mahiyyətinin dərk edilməsi isə bizi müdrik edir. Potensial müharibənin səbəbi − Ermənistan və vasitəçilərin destruktiv siyasətidir.
Ermənistanın destruktiv siyasəti
Üçtərəfli razılaşmaya görə, Ermənistan Qarabağdan bütün qoşun birləşmələrini çıxartmalı, Zəngəzur dəhlizini açmalı və qanunsuz rejimin maliyyələşməsini dayandırmalı idi. Lakin Ermənistan münasibətlərin normallaşması istiqamətində zəruri siyasi iradə göstərməmiş, ziddiyyətli və qeyri-ardıcıl mövqe nümayiş etdirmiş, əldə edilmiş razılaşma və üzərinə götürmüş öhdəliklərin icrasından davamlı olaraq boyun qaçırmış, sülh müqaviləsinin mətni üzrə təkliflərdə prosesi uzatmış və normallaşma səylərinə zərbə vurmaq məqsədilə siyasi və hərbi təxribatlara əl atmışdır.
Paşinyan Praqa və Soçidə, daha sonra isə müsahibələrində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, Qarabağın beynəlxalq tanınmasını prioritet məqsəd adlandıran Milli Təhlükəsizlik Strategiyasını qüvvədə saxlamış və Qarabağın Azərbaycandan “islahedici ayrılma” (remedial secession) siyasətini 2021-25-ci il hökümət proqramına daxil etmişdir. Qarabağdan qoşun birləşmələrinin tam çıxarılmaması, qanunsuz rejimin maliyyələşməsinə $410 mln.-dan artıq vəsaitin ayrılması İrəvanın destruktiv siyasətinin əyani sübutlarıdır.
Vasitəçilərin destruktiv siyasəti
44 günlük müharibə Moskvanın Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirdi və Ermənistanın Rusiyadan iqtisadi və hərbi asılılığını artırdı. Lakin bu taktiki üstünlüyün uzunmüddətli strateji qələbəyə çevrilməsi üçün Moskva zəruri addımlar atmadı: öhdəliklərin icrası məqsədilə Ermənistana təzyiqlər göstərilmədi. 2021-ci ildə Moskva bunu etmək istəmədi, 2022-ci ildə isə artıq bacarmadı.
Brüsselin vasitəçiliyinə böyük ümidlər var idi. Lakin Fransa prezidentinin birtərəfli və qərəzli bəyanatları, Senat və Milli Assambleyanın isə əsassız və iftiradolu qətnamələri bu formatın taleyini qeyri-müəyyən etdi. Danışıqların Brüssel formatında bərpa edilməsi üçün Makron şəxsən və ya Ş.Mişel vasitəsilə bu formatdan kənarlaşdığını bəyan etməlidir. Amma görünən odur ki, Frasanın CQ siyasəti bir yerli icmanın maraqlarına qədər daralıb.
ABŞ sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, əməldə bunu göstərmir. Son iki ildə ABŞ-ın Azərbaycandakı səfiri bir dəfə də olsun Şuşaya səfər etmədi. Əvəzində L.Treysi bu müddət ərzində baş verən bütün toqquşmalarda Azərbaycanı günahlandırdı, yeni səfir K.Kvin isə öz təyinatı ilə bağlı Senat dinləmələrində Azərbaycanın məsuliyyətə cəlb edilməsi məqsədilə əlindən gələni edəcəyini Konqresdəki erməni kokusunun üzvü R.Menendezə söz verdi.
Görünən odur ki, Ermənistan və vasitəçilər yaxın aylarda destruktiv siyasətdən əl çəkməyəcəklər. Bu isə regional sabitliyə və Azərbaycanın milli təhlükəsizliyinə real təhdidlər formalaşdırıb, Bakını məsələni güc yolu ilə həll etməyə məcbur edə bilər.

👍52
Rusiya-Ukrayna ↔ Azərbaycan-Ermənistan: korrelyasiyalar və düşündürücü suallar
2022-ci il Rusiya-Ukrayna/Qərb xətti və Ermənistan-Azərbaycan xətti üzrə fərqli miqyaslarda ciddi qarşıdurmalarla yadda qaldı. Proseslər arasında dolayı əlaqə inkar edilməsə də, birbaşa əlaqə aydınlıq tələb edir.
Fərrux əməliyyatı
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Qərb ölkələri Rusiyaya qarşı ciddi iqtisadi-siyasi sanksiyalar qəbul etdi. Rusiya SWIFT-dən çıxarıldı, $300 mlrd. dəyərində valyuta ehtiyatları donduruldu, Rusiyaya hi-tech məhsulların ixracı qadağan edildi. Paralel olaraq Rusiya-Qərb qarşıdurması dünya bazarlarında enerji resurslarının qiymətini kəskin qaldırdı. Martda Brent markalı neft $140-a, qaz isə tarixi göstərici sayılan $3900-a satılırdı. Gerçəklik proqnozlardan daha sarsıdıcı oldu. Hamının başı öz problemlərinə qarışdığı vaxtda Azərbaycan “mövqelərin dəqiqləşdirilməsi” çərçivəsində Ağdam istiqamətində yerləşən Fərrux dağı və Fərrux kəndini nəzarətə götürdü.
Qisas əməliyyatı
Martda ABŞ Ukraynaya $13,6 mlrd. yardım ayırdı. Apreldə Bayden Ukraynaya $33 mlrd yardımın ayrılması üçün Konqresə müraciət etdi, mayda isə Lend-Lizi imzaladı. Həmin dönəmdə Rusiya “Şimal axını-2” vasitəsilə Avropaya qaz axınını kəskin sürətdə azaltdı, enerji resurslarının yalnız rublla satacağını bəyan etdi və bir neçə dəfə Qazaxıstan neftinin Aİ-yə axınına süni maneələr yaratdı. 20 may tarixində ABŞ prezidenti Azərbaycan prezidentinə göndərdiyi məktubda ölkəmizin “Avropa və dünya bazarlarının (enerji) təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol” oynadığını bildirdi və “Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq etdiyini” bəyan etdi. İyulun 18-də “Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Bundan sonra avqustda Bakı erməni silahlı dəstələrinin Qırxqız yüksəkliyini ələ keçirmək cəhdinə cavab olaraq “Qisas əməliyyatı” həyata keçirərək, Qırxqız, Sarıbaba və bir sıra digər vacib yüksəklikləri nəzarətə götürdü.
Xarkovun azad olması və Qətiyyətli cavab əməliyyatı
Sentyabrın 11-də Ukrayna SQ-nin komandanı V.Zalujnı 3000 km2 ərazinin, iki gün sonra isə müdafiə naziri müavini A.Malyar Xarkov vilayətinin böyük hissəsinin azad edildiyini bildirdi. Həmin günlərdə Ermənistanın sərhəddəki təxribatına cavab olaraq Azərbaycan “Qətiyyətli cavab” əməliyyatı keçirərək, Ermənistanla şərti sərhəddə bir sıra vacib strateji yüksəkliklərə yiyələnib, əsas yollara nəzarət etmə imkanı əldə etdi.
Xersonun azad olunması – Laçında ekoaksiya
9 noyabrda Şoyqu rus ordusuna Xersondan geri çəkilməyə başlamaq əmrinin verildiyini bəyan etdi. İki gün sonra Ukrayna hərbçilərinin Xersona daxil olması barədə məlumatı Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi təsdiqlədi. Hadisədən bir ay sonra Qarabağda təbii sərvətlərin talan edilməsinə etiraz olaraq Azərbaycan ekoaktivistləri Laçın-Şuşa yolunda etiraz aksiyasına başladılar.
Perspektivlər
Ukraynaya ayrılan son hərbi yardıma ABŞ istehsallı Patriot raketləri, Fransa istehsallı AMX-10RC zirehli döyüş maşınları və Almaniya istehsallı Leopard tankları daxildir. Ukraynanın müdafiə naziri O.Reznikova görə, hazırda Rusiya yüksək dəqiqlikli strateji raketlərin 19%-nə, İran pilotsuz təyyarələrinin 12%-nə və taktiki raketlərin təxminən 78%-nə malikdir. Ukraynanın məlumatına görə Rusiya Mariuopol ticarət limanını hərbi limana çevirməyə və yanvarda 500 minlik yeni səfərbərlik həyata keçirməyə hazırlaşır. Görünən odur ki, yaz-yay ayları Rusiya-Ukrayna/Qərb qarşıdurmasının ən kəskin dövrü olacaqdır. 2022-ci ilin təcrübələri göstərir ki, Rusiya-Ukrayna cəbhəsində fəallaşma rəsmi Bakının Ermənistanla və Qarabağda erməni separatçılarla bağlı məsələlərin həllində hərbi-siyasi vasitələrdən istifadə etmə imkanlarını artırır. 2023-cü ilin yaz-yay aylarında növbəti fəallaşma və Azərbaycanın Ermənistanı sülhə məcbur edəcəyi yüksək ehtimal və zərurət aralığında qərarlaşır.

👍36
44 günlük müharibə və 31 günlük duruş arasında paralellər
44 günlük müharibə və Laçın yolunda 31 gün ərzində davam edən duruş bir çox oxşar məqamlara malikdir. Bura tərəflər arasında qüvvələr balansı, Ermənistan və Fransanın destruktiv siyasəti, erməni diasporunun yüksək aktivliyi, beynəlxalq ictimaiyyətin reaksiyası, Azərbaycanın tələbləri və proseslərin inkişaf perspektivləri aiddir.
Qüvvələr balansı
II Qarabağ müharibəsindən sonra Ermənistanın o vaxtkı müdafiə naziri D.Tonoyan ölkəsinin “böyük gücə - fövqəlsilahlanmış Azərbaycan ordusuna qarşı” dayandığını və tərəflər arasında kəmiyyət və resurs baxımından imkanların müqayisə olunmaz qədər fərqli olduğunu etiraf etdi. Qeyd edək ki, müharibədən bir neçə ay qabaq baş qərargah rəisi O.Qasparyan N.Paşinyana Ermənistanın müharibəyə hazır olmadığına dair hesabat vermişdir. Global firepower indeksinin 2023-cü il hesablamalarına görə Azərbaycan SQ-i 145 ölkə içərisində 57-ci, Ermənistan isə 94-cü yerdə qərarlaşıb. Qeyd edək ki, Azərbaycan 2022-ci ildə 63-cü yerdə qərarlaşmışdı. Beləliklə, zaman keçdikcə Azərbaycan və Ermənistan arasında güc fərqi daha artmışdır.
Ermənistanın destruktiv siyasəti
44 günlük müharibə zamanı Paşinyan Qarabağın tanınması, “islahedici ayrılması” və “xilas naminə birləşməsi” prinsipləri ilə dünya ölkələrinə müraciət etmişdir. Hazırda Paşinyan Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir və paralel olaraq Şuşa-Laçın yolundakı aksiyanı Qarabağ ermənilərinə qarşı soyqırım cəhdi kimi təqdim edir. Məqsəd – ermənilərin Bakının yurisdiksiyası altında yaşaya bilməməsi narrativini beynəlxalq ictimaiyyətə satmaq və Qarabağı Azərbaycandan islahedici ayrılma prinsipi altında qoparmaqdır.
Fransanın destruktiv fəaliyyəti
II Qarabağ müharibəsi zamanı Fransa prezidenti E.Makron Bakı və Ankaranı suriyalı muzdluları cəlb etməkdə ittiham etmiş və BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul etməyə cəhd göstərmişdir. 2022-ci ildə Fransa parlamentinin hər iki palatası “tamamilə həqiqətdən uzaq, yalan, iftira dolu müddəaları əks etdirən və açıq təxribat xarakterli” qətnamələr qəbul etmişdir. Prezident Makron isə “təhqiramiz, qəbulolunmaz, yalan və təxribatçı” bəyanatla çıxış etmiş və İrəvanın ekoaksiya ilə bağlı narrativini təkrarlayaraq BMT TŞ-da Azərbaycana qarşı qərəzli qətnamənin qəbul edilməsinə cəhd etmişdir.
Beynəlxalq ictimaiyyətin reaksiyası
Müşahidələrə görə beynəlxalq ictimaiyyət 44 günlük müharibənin ilk yarısında aktiv, sonra isə passiv olmuşdur. Brukinqs İnstitutunun müharibə haqqında yeganə yazısı 30 sentyabra təsadüf edir. Bakı və Ankaranı xaricdən muzdlular cəlb etməkdə ittiham edən məqalə Belfer Center-də 8 oktyabrda dərc edilmişdir. Chatham House 16 oktyabrda mülki itkilərin qabaqlanmasının yeganə çıxış yolunu islahedici ayrılmada gördüyünü bildirmişdir. Human Rights-ın tənqiddolu hesabatları 30 sentyabr və 23 oktyabr tarixlərinə təsadüf edir. Ermənipərəst siyasətçilər və jurnalistlər iki il öncə də, indi də antiazərbaycan tvitlər və bəyanatlarla çıxış edirlər. Eyni tendensiyanı biz hazırda da müşahidə edirik. Laçın yolunda duruşun ilk günləri Azərbaycana fərqli təzyiqlər olsa da, hazırda vəziyyət sabitləşməyə doğru gedir.
Bakının tələbləri
44 günlük müharibə zamanı Bakı hərbi əməliyyatların dayandırılmasının əsas şərti kimi rəsmi İrəvandan ərazilərdən çıxma qrafikini verməsini tələb edirdi. Hazırda Bakının əsas tələbi təbii sərvətlərin talan edilməməsi və Laçın yolundan sırf humanitar məqsədlərlə istifadə etmək üçün nəzarət yoxlama məntəqəsinin qurulmasından ibarətdir. Müharibə İrəvanın Bakıya qrafik verdiyi vaxta bitdiyi kimi Laçın yolundakı aksiya da nəzarət yoxlama məntəqəsinin qurulacağı zaman dayanacaqdır.
Perspektivlər
Ermənsitan 44 günlük müharibənin sonuncu gününə qədər destruktivlik nümayiş etdirib, Azərbaycanın tələbləri ilə razılaşmaq istəmirdi. Lakin, müharibə uzandıqca Azərbaycanın tələblər siyahısı da uzanırdı. Hazırda da İrəvan Bakının haqlı tələblərini icra etməkdən boyun qaçırmaqla ona qarşı irəli sürülən tələb/təzyiqləri artırmış olur.

Gələcəyə baxış: ABŞ-Çin hərbi toqquşması
2023-cü ilin yanvarında Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzi (CSİS) Çinin 2026-cı ildə Tayvana mümkün hücumuna və ABŞ-ın buna mümkün cavabına dair hesabat dərc etdi. Hücumu modelləşdirən əksər ssenarilərin ilk 24 saatında ABŞ/Tayvan/Yaponiya Çinin hücumunu dəf edib, Tayvanın muxtar statusunu qorumuş olurlar. Lakin, bu ssenarilərdə “qələbə” müttəfiqlərə baha başa gəlib, onlarla gəmi, yüzlərlə təyyarə, on minlərlə hərbçi itkisi və ABŞ-ın qlobal mövqeyinə uzunmüddətli zərbə ilə nəticələnmiş olur. Bunu qənaətbəxş saymayan CSİS ekspertləri Çinə qarşı çəkindirmə səylərinin artırılmasını vacib sayırlar.
Analizin əsasını tarixi proseslər (Normandiya, Okinava və Folklend uğrunda döyüşlər) və tərəflərdə olan silahların (məsələn, hava limanlarının dağıdılması üçün zəruri olan ballistik raketlərin) nəzəri təhlili təşkil edir.
Çinin hücumu
Hesabata əsasən, hücum bombardımançı təyyarələr ilə ilk saatlarda Tayvanın hərbi dəniz və hava donanmasının böyük hissəsinin dağıdılması ilə başlayacaqdır. Daha sonra, Çinin hərbi dəniz qüvvələri Tayvanı mühasirəyə alıb, adaya kənardan istənilən müdaxilənin qabağını alacaqlar. Ardınca on minlərlə desant qüvvələr boğazı keçib Tayvana daxil olacaqlar.
ABŞ/Tayvan/Yaponiya
Çin Tayvanın hərbi dəniz və hava qüvvələrinə sarsıdıcı zərbə endirsə də, Tayvanın quru qoşunları Çinin desant qüvvələrinin adada möhkəmlənməsinə imkan verməyəcəklər. Tayvan quruda Çinə qarşı döyüşdüyü vaxtda ABŞ-ın sualtı qayıqları, bombardımançı və qırıcı təyyarələri + Yaponiyanın özünümüdafiə qüvvələri Çinin desant donanmasına zərbə endirəcək. Çinin Yaponiyadakı hərbi bazalara və ABŞ gəmilərinə cavab zərbələri nəticəni dəyişməyəcək: Tayvan muxtariyyətini qoruyacaq. Bu ssenarinin praktikada uğurlu olması üçün əsas şərt – Tayvanın quruda Çinə müqavimət göstərməsidir. Əgər Tayvan ABŞ/Yaponiya qüvvələrinin gəlməsinə qədər məğlub/təslim olsa ABŞ-ın Tayvanı müdafiə cəhdi ona baha başa gələcək.
Qələbənin şərtləri
- Tayvan müdafiə xəttini qorumalıdır. Tayvanın desant qoşunların hücumunu saxlaması, Çinin logistikasının ABŞ/Yaponiya tərəfindən dağıdılmasından sonra isə əks-hücuma keçməsi üçün Tayvanın quru qoşunlarını möhkəmləndirmək lazımdır.
- Ukrayna modeli Tayvana şamil edilməməlidir. ABŞ Rusiya-Ukrayna müharibəsi analogiyası ilə Tayvanı silahlandırıb, Pekinlə üz-üzə qoymamalıdır. Rusiyadan fərqli olaraq Çin Tayvanı mühasirəyə alıb, onu aylarla blokadada saxlaya bilər.
- ABŞ Yaponiyadakı bazalarından yararlanmalıdır. Avstraliya, Cənubi Koreya kimi müttəfiqlər Çinə qarşı rəqib olsalar da, region ölkələri içərisində Tayvanın müdafiəsinin əsasını Yaponiya təşkil edir. Bu səbəbdən ABŞ Yaponiya ilə diplomatik-hərbi əlaqələrini intensivləşdirməlidir.
- ABŞ Çinin hərbi dəniz donanmasına tez və kütləvi zərbə endirmək iqtidarında olmalıdır. Bunun üçün gəmi əleyhinə uzaqmənzilli qanadlı raketlərin sayının artırılması məqsədəuyğundur.
Strateji və doktrinal amillər
Nüvə müharibəsini qabaqlamaq və uğuru “Pirr qələbəsinə” çevirməmək üçün CSİS Çinin ərazisinə zərbələr endirməyi məntiqəuyğun saymır. Hesablamalara görə mümkün toqquşmanın ilk 3 həftəsində ABŞ 20 illik İraq-Əfqanıstan müharibələrində qarşılaşdığı ziyanın yarısını görəcəkdir. Buna rəğmən, ABŞ hərbi əməliyyatları nəyin bahasına olursa-olsun davam etdirəcəyini Çinə çatdırmalıdır. ABŞ Yaponiya və Quamda hərbi bazalarını möhkəmləndirməli və genişləndirməlidir. Çinin hava hücumundan müdafiə sisteminin güclü olduğunu nəzərə alıb, Çin ərazisi üzərində uçuşların keçirilməsi məsləhət görülmür. Statistikaya görə təyyarə itkilərinin 90%-i yerdə olur. Bu səbəbdən hərbi hava qüvvələrinin yerdə təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlərin görülməsi vacibdir. Simulyasiyalarda ABŞ Çin ilə toqquşmada 2 aviagəmi və 10-20 böyük hərbi gəmi itirir. Bunu nəzərə alaraq üstünlük kiçik, davamlı gəmilərə və sualtı qayıqlara verilməlidir. Çinə sarsıdıcı zərbə endirmək və itkiləri azaltmaq üçünsə üstünlük qırıcı təyyarələrə yox, uzaqməsafəli bombardımançı təyyarələrə və stels texnologiyası olmayan ucuz təyyarələrə verilməlidir.

👍28
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-də "Paşinyan-Putin qarşıdurması və Qarabağda və Ermənistanda baş verən hadisələr" ilə bağlı öz fikirlərini bölüşmüşdür.
https://www.youtube.com/watch?v=sGY-ExFRGVI
https://www.youtube.com/watch?v=sGY-ExFRGVI
YouTube
Paşinyan-Putin qarşıdurması - Qarabağda və Ermənistanda nələr baş verə bilər?
#bəyən #paylaş #abunəol
ABUNƏ OLUN ►https://bit.ly/3rGosrr
Gördüyünüz nöqsanlara biganə qalmayın! Çəkdiyiniz foto və videoları, üzləşdiyiniz problemləri bizimlə bölüşün. Bölüşün ki,” Sizin Səsiniz” olaq!
Qaynar xətt: 055 455 45 58
Videolarımızı bəyənib…

👍16
İran-Azərbaycan münasibətləri: anlaşılmazlıqlar, yoxsa ziddiyyətlər?
Azərbaycan-İran münasibətlərində davam edən gərginlik fonunda İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibafın açıqlaması hər iki ölkədə diqqəti cəlb etdi. Ötən həftə APA-nın Antalyada keçirilən 13-cü plenar sessiyası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşən Qalibaf Tehrana qayıdarkən jurnalistlərə verdiyi müsahibədə bildirdi ki, “son vaxtlar Azərbaycan Respublikası ilə münasibətlərdə meydana çıxan bəzi anlaşılmazlıqlar aradan qaldırıldı”.
Əsassız nikbinlik təsiri bağışlayan bu açıqlama Azərbaycan mediasında qeyri-səmimi mövqe kimi dəyərləndirildi. İran mətbuatında isə kəskin tənqidlərlə üzləşdi.
Məsələn, ölkənin diplomatik dairələrinə bağlı saytda dərc olunan “İranın Bakı ilə problemi anlaşılmazlıq deyil” başlıqlı məqalədə Qalibafın sözlərinə etiraz edilməklə yanaşı, son otuz ildə İranın Azərbaycan siyasətinin tamamilə yanlış olduğu vurğulanır və onun islah olunması üçün bir sıra təkliflər irəli sürülür ki, bunların içərisində Azərbaycanda etnik separatizmi dəstəkləmək, Təbrizdə Ermənistan konsulluğunun açılmasını tezləşdirmək kimi təkliflər də yer alır.
Yaxud, yarımrəsmi “Mehr” agentliyinin bu mövzuda dərc olunan geniş yazısında İran parlamenti sədrinin açıqlaması gerçəkliyə uyğun olmayan bəyanat kimi qiymətləndirilir və iddia olunur ki, “hazırda İŞİD üzvlərinin, təkfirçilərin, sionistlərin, pantürkist separatçıların, ingilislərin və NATO qüvvələrinin Azərbaycanda mövcudluğunun şahidiyik və bu qruplar İranın milli təhlükəsizliyi əleyhinə fəaliyyət göstərmişlər və göstərəcəklər”.
Belə bir şəraitdə cənab Qalibaf ilk növbədə öz ölkəsindəki “anlaşılmazlıqları” aradan qaldırmalı, Azərbaycan əleyhinə ara verməyən qondarma ittihamların haradan və nədən qaynaqlandığını aydınlaşdırmalıdır. Azərbaycana gəldikdə isə, “Sepah”ın sərhəddə keçirdiyi təlimlər, Qafanda İran konsulluğunun açılmasının ardınca otuza yaxın İran vətəndaşının Qarabağa qanunsuz gəlişi, İranın Ermənistana bağışladığı raketlər, İran xüsusi xidmət orqanlarının Azərbaycan vətəndaşlarını qanunsuz silahlı birləşmələrə cəlb etməsi... anlaşılmazlıqlar deyil, real faktlardır və rəsmi Tehran öz şimal qonşusu ilə münasibətləri normallaşdırmaq üçün bu məsələlərə aydınlıq gətirməlidir.
Həqiqət budur ki, iki ölkənin münasibətlərində hansısa anlaşılmazlıqlar deyil, gerçək ziddiyyətlər mövcuddur və onların həlli üçün müvafiq iradə ortaya qoyulmayınca Qalibafın səsləndirdiyi tipli açıqlamalar ciddi qəbul olunmayacaqdır. Yox, əgər İran hakimiyyəti Qalibafın dili ilə mövcud ziddiyyətlərin, əvvəllər olduğu kimi, üzərindən adlayıb gəlişigözəl sözlərlə konkret taktiki hədəflərinə çatmaq istəyirsə, bilməlidir ki, nə şərait o şəraitdir, nə də Azərbaycan əvvəlki Azərbaycandır.
Bunu Milli Məclisin spikeri Sahibə Qafarovanın Qalibafla görüşdə səsləndirdiyi və İran mediasında əksini tapmış incə mesajlar da təsdiq edir. Xanım sədr deyib: “İki ölkəni bir-birinə yaxınlaşdıran təkcə coğrafiya və müştərək sərhədlər deyil, həm də odur ki, hər ikimiz müsəlmanıq və İran əhalisinin böyük bir hissəsi Azərbaycan dilində danışır”. Bu sözləri diplomatik dildən “tərcümə etsək”, mesajlar bunlardır:
1) Azərbaycan və İran müsəlman ölkələridir, elə isə özünü İslam Respublikası adlandıran İran Azərbaycanın qeyri-müsəlman düşməni ilə (Ermənistanla) dostluqdan əl çəkməlidir;
2) İran hakimiyyəti azərbaycanlıların ölkə əhalisinin böyük bir hissəsini təşkil etdiyini unutmamalıdır və Azərbaycan tərəfi, dövlət başçısının da bəyan etdiyi kimi, onların hüquqlarından vaz keçmək fikrində deyil.
Qeyd olunan amillər, S.Qafarovanın da vurğuladığı kimi, iki ölkə arasında əməkdaşlıq üçün geniş zəmin yaradır, amma İran tərəfi, bir qayda olaraq, müştərək cəhətləri ixtilaf mənbəyinə çevirmək yolunu tutur. Lakin, dəyişən reallıq və düşdüyü vəziyyət İran hakimiyyətindən Azərbaycanla təzyiq dilində danışmaqdan əl çəkməyi, Türkiyə və Azərbaycanın təklif etdiyi əməkdaşlıq formatına səmimi şəkildə qoşulmağı tələb edir. Əks təqdirdə, onun regionda daha da təklənməsi qaçılmazdır.

Rusiya-Ukrayna müharibəsi və elita arası/daxili parçalanma
Rusiyada elitalararası qarşıdurma müharibədən qabaq da mövcud idi. Putinə yaxın biznesmenlər və güc strukturları fərqli müvəfəqiyyətlə bir-birini uzun illər tarazlayırdılar. Lakin pandemiya Putinin özünü-təcridə getməsinə və biznesmenlərin prezidentə birbaşa çıxışının məhdudlaşmasına gətirdi. Paralel olaraq Suriya, Liviya və digər teatrlarda Moskvanın aktivliyi güc strukturlarının və özəl hərbi şirkətlərin nüfuzunu artırdı.
Elitalararası parçalanma
Bloomberg öz mənbələrinə istinad edərək bildirir ki, yaydan bəri Putin ən azı iki dəfə hərbi elita ilə görüş keçirmişdir. Qismən səfərbərlik elan edilməmişdən az əvvəl təşkil olunan qapalı görüşdə millətçi baxışlı müxbirlər hərbi elitanı kəskin tənqid etmiş, bəziləri isə Putinin cəbhədəki real vəziyyətdən məlumatlı olmaması sualı ilə görüşü tərk etmişdilər. Hərbi elita qanunverici hakimiyyət tərəfindən də kəskin tənqid olunur. Zyuqanov “böyük problemlər” və “məğlub döyüşlər”dən, LDPR lideri Slutski cəbhə bölgəsindəki aşağı təchizatdan danışır, S.Mironov isə hərbi rəhbərlik ilə qapalı iclasın keçirilməsini tələb edir. Spiker Volodin ordunu tənqid etməməyə çağırış etsə də, Dumanın Müdafiə Komitəsinin rəhbəri A.Kartapolov hərbi komandanlığı “yalan danışmağa son qoymağa” çağırır.
Elitadaxili parçalanma
Rusiyada güc strukturları heç vaxtı özündə vahid bir qüvvəni xarakterizə etmirdi. Hazırda Bortnikov (FTX/ФСБ) + Narışkin (XKX/СВР) + Patruşev (TŞ katibi) bir qrupu, Zolotov (Milli Qvardiya) + Kadırov digər qrupu təmsil edirlər. Putinin sabiq müşaviri A.İllarionova görə birinci qrup mütəmadi olaraq Putinə Kadırovu aradan götürmək üçün müraciətlər edir. ABŞ Konqresinin 2021-ci il tarixli analitik hesabatına görə isə Putin konkret bir struktur və ya şəxsin nüfuzunu azaltmaq üçün qruplar arasında rəqabəti dəstəkləyir.
Ukrayna müharibəsi güc strukturlarının mövqelərini daha da möhkəmləndirməli, zəfər uğurları isə ziddiyyətləri yumşaltmalı idi. Lakin Qərbin Ukraynaya verdiyi hərbi-iqtisadi dəstək, döyüş meydanında balansı Kiyevin xeyrinə dəyişdi. Moskvanın Kiyevi tutmaq və Ukraynanın Qara dənizlə əlaqəsini kəsmək planı baş tutmadı. Ardınca Xarkov və Xersonda məğlubiyyətlər hərbi elitanın mövqelərini zəiflətdi və elita daxilində çəkişmələri artırdı. Qütbləşmə dərinləməyə doğru getdi: Patruşev qrupuna müdafiə naziri Şoyqu və Baş qərargah rəisi Gerasimov, Zolotov-Kadırov qrupuna isə general Surovikin və “Vaqner”in rəhbəri Priqojin qoşuldu. Ukrayna kəşfiyyatı və ISW mərkəzinə görə Surovikin Şoyquya rəqib, Priqojinə isə yaxın insan hesab olunur.
Kadırov-Priqojin xətti
Müharibə başlayandan Kadırov general-polkovnik rütbəsinə yüksəldi, Priqojin isə Ukraynada indiyədək görünməmiş kart-blanş aldı. Cəbhədə vəziyyətin xüsusilə pis getdiyi vaxtda hərbi komandanlıq Priqojin və Kadırov tərəfindən kəskin tənqid olunmağa başladı. Priqojin Putinin Peterburqa təyin etdiyi qubernator A.Beqlovu Ukraynaya işləməkdə ittiham edir, generalların istefasını tələb edir və Baş gərargahla yanaşı prezident administrasiyasını və Putinə yaxın biznesmenləri tənqid edir. Kadırov general Lapini təhqir, Priqojin ilə birlikdə isə Gerasimovu tənqid edir. Hətta vaqnerçilər tərəfindən (güman ki, Priqojinin tapşırığı ilə) hazırlanmış videoda Gerasimova təhqiramiz ifadələr ünvanlanır.
Kövrək balans
Bütün bu hadisələr fonunda Baş Qərargah rəisi Gerasimov Ukrayna kampaniyasına rəhbər təyin edilir. “Financial Times”ın “Rusiya Müdafiə Nazirliyinə yaxın” mənbəsi deyir ki, Gerasimovun təyinatı hərbi əməliyyatların altında yatan təşkilati problemləri əks etdirir. Bu mövqe ilə RAND Corporation mərkəzinin Rusiya məsələləri üzrə eksperti D.Massikot razıdır. Onun fikrincə bu addım bir o qədər hərbi yox, bir nə qədər siyasi qərardır. Görünən odur ki, Putin rəqabət aparan qruplardan birinin zəiflədiyini nəzərə alıb, Gerasimovu Ukraynaya komandan təyin etməklə elita daxil/xaricində mövcud kövrək balansı qorumağa çalışır.

👍23
2023-cü ildə dünya iqtisadiyyatını nə gözləyir?
Yaxın keçmişə nəzər salsaq, 2020-ci ildə Covid-19 pandemiyasının başlaması və buna görə qlobal təchizat zənciri ilə bağlı ciddi problemlərin yaranması istehsal imkanlarını azaltdı. İqtisadiyyatların dəstəklənməsi məqsədilə görülən tədbirlər isə qlobal inflyasiyanı sürətləndirərək 2021-ci ildə 3.1%-ə qədər artırdı. Bu da 2008-ci il maliyyə böhranından sonra ən böyük göstərici idi. Eyni zamanda, 2020-ci ildə dünya iqtisadiyyatı 3.4% kiçildi. Pandemiya həm də dünyada qeyri-bərabərliyin artmasına və borclanmanın yüksəlməsinə gətirib çıxardı.
2021-ci ildə dünya iqtisadiyyatı müəyyən qədər bərpa olunsa da və 5.7%-lik artım qeydə alınsa da pandemiya ilə əlaqəli bəzi iqtisadi problemlər öz mövcudluğunu davam etdirdi və 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması əlavə problemlər yaradaraq bərpa prosesinin bitməsinə imkan vermədi. Müharibənin təsiri ilə qazın qiyməti rekord səviyyədə artdı (martda 1000 kubmetri $3900), qlobal ərzaq təhlükəsizliyi ilə bağlı ciddi təhdidlər formalaşdı və bunların təsiri ilə qlobal inflyasiya rekord səviyyəyə, 7.2%-ə çatdı. İqtisadi artım tempi isə 2022-ci ildə 2.9%-ə qədər azaldı.
2023-cü ildə isə əvvəlki illərdən qalmış bir sıra iqtisadi problemlər və Rusiya-Ukrayna müharibəsinin davam etməsi ilə bağlı yaranmış problemlər iqtisadi inkişafa ciddi şəkildə təsir edəcəkdir.
Dünya Bankının 2023-cü ilin yanvarında çap edilən hesabatına əsasən ilin sonuna dünya üzrə iqtisadi artım tempi 1.7%-ə qədər azalacaqdır. Halbuki, 6 ay əvvəl Dünya Bankı dünya iqtisadiyyatının növbəti ildə 3%-ə qədər artacağını proqnozlaşdırmışdı. Bu azalma son 30 ildə 2008-ci ildəki maliyyə böhranında və pandemiyanın təsiri ilə formalaşmış böhranda qeydə alınmış geriləməni nəzərə almasaq ən böyük azalma olacaqdır. Qlobal azalma inkişaf etmiş ölkələrin 95%-nə, inkişaf etməkdə olan ölkələrin isə 70%-nə ciddi təsir edəcəkdir və bu dünyanın bəzi regionlarında yoxsulluğun kəskin artmasına yol aça bilər. Azalma nəticəsində dünya üzrə adambaşına düşən ÜDM-in 2010-cu illərin əvvəli ilə müqayisədə daha az olacağı gözlənilir.
Dünya iqtisadiyyatının artım proqnozunun əsaslı sürətdə azalmasına təsir edən əsas amillər kimi inflyasiyanın yüksək olması və buna görə də qlobal səviyyədə, xüsusilə də ABŞ Federal Ehtiyat Sistemi tərəfindən aparılan sərt pul siyasəti (faiz dərəcələrinin artırılması), maliyyə vəziyyətinin pisləşməsi, maliyyə resurslarına çıxış imkanlarının zəifləməsi, yüksək borclanma səbəbindən investisiya imkanlarının məhdudlaşması və Rusiya-Ukrayna müharibəsinin təsiri ilə dünya iqtisadiyyatında yaşanan pozuntular (disruptions) göstərilir. 2023-cü ildə inflyasiyanın daha da sürətlənməsi, pul siyasətinin daha da sərtləşdirilməsi, maliyyə sektorunda gərginliyin daha da artması və geosiyasi qarşıdurmanın daha da güclənməsi dünya iqtisadiyyatını resessiyaya apara bilər və korporativ defoltların şahidi ola bilərik. Ümumiyyətlə, dünya iqtisadiyyatının 2023-cü ildə ressiya ilə qarşılaşması ehtimalı kifayət qədər yüksəkdir.
Ölkə qrupları üzrə baxdıqda isə ən az iqtisadi artım İnkişaf Etmiş Ölkələrdə qeydə alınacaqdır. Dünya Bankının proqnozlarına görə bu qrupa aid olan ölkələrdə 2023-cü ildə orta iqtisadi artım 2022-ci ildəki 2.5%-dən 0.5%-ə qədər azalacaqdır. İnkişaf Etməkdə Olan ölkələr qrupunun orta iqtisadi artımı isə 2023-cü ildə 3.4% səviyyəsində olacaqdır. Çini nəzərə almasaq bu ölkələr qrupunda orta illik iqtisadi artım 2022-ci ilədki 3.8%-dən 2.7%-ə qədər azalacaqdır. Az gəlirli ölkələrin 65%-nin də 2023-cü il üçün proqnozları azaldılmışdır və bu qrup ölkələrin orta artım səviyyəsinin 5.1% səviyyəsində olacağı gözlənilir.
2023-cü ildə Qlobal inflyasiya 2022-ci ildəki rekord göstərici ilə müqayisədə azalsa da özünün yüksək səviyyəsini qoruyacaqdır və orta hesabla 5.2% təşkil edəcəkdir. Yalnız 2024-cü ilin sonuna 3.2%-ə qədər azalacağı gözlənilir. Bu səviyyə belə 2015-2019-cu illərdəki 2.3%-lik orta səviyyədən yüksək olacaqdır. Ona görə də qarşıdan gələn illərdə də bizi yüksək inflyasiyalı iqtisadi mühit gözləyir.

👍19
Davos: formalaşan yeni vektorlarda Bakı və İrəvanın yeri
Davos mühüm danışıqların getdiyi və vacib qərarların qəbul edildiyi məkanlardan biridir. Ötən il Davosda Rusiya-Ukrayna müharibəsi, iqtisadi böhran, kriptovalyutalar və qida təhlükəsizliyi, bu il isə dünya iqtisadiyyatının resessiyadan xilas edilməsi müzakirə edilirdi. 2022-ci ildə Kiyevi sülh və təhlükəsizlik naminə Moskvaya ərazi güzəştlərinə getməyə çağıran, Ukraynanın neytral statuslu ölkə olma zərurətini “sübut etməyə” çalışan Kissincer, hazırda Ukraynanın gələcəkdə NATO-ya üzv olmasını aktual sayır.
Forum təşkilatçıları tərəfindən aparılan sorğu nəticələrinə görə dünyanın aparıcı iqtisadçı və menecerlərinin 73%-i dünya iqtisadiyyatının resessiyaya uğrayacağını, 40%-i isə rəhbərlik etdikləri müəssisələrin onilliyin sonuna qədər müflisləşəcəyini düşünürlər. Dünya iqtisadiyyatının xilas yollarını müzakirə etmək məqsədilə Davosa 56 maliyyə naziri, 30 ticarət naziri və 19 Mərkəzi Bank rəhbərləri gəlmişlər. Forumda 52 dövlət başçısı olmaqla 379 nəfər nüfuzlu şəxs iştirak edir.
Qloballaşan dünyanın tərkib hissəsi olan Azərbaycan Davos iqtisadi forumunun daimi iştirakçılarındandır. Forum dünyada gedən geosiyasi/geoiqtisadi tendensiyaları anlamaq, potensial investorları cəlb etmək və yeni tərəfdaşlıqlar yaratmaq baxımından Bakı üçün vacib əməkdaşlıq meydanıdır.
Prezident “Fortesque Future Industries” şirkəti ilə külək və günəş enerjisinin birgə istehsalı, “CISCO” şirkəti ilə “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin gerçəkləşməsini, “Damen Shipyards Group” şirkəti ilə yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılması və Azərbaycanın Hərbi Dəniz Qüvvələri üçün müxtəlif gəmilərin istehsal mümkünlüyünü, “The Goldman Sachs” maliyyə təşkilatı ilə davamlı əməkdaşlıq perspektivlərini müzakirə etmişdir. Danışıqların praktiki tərəfi ilə yanaşı nəzəri əhəmiyyəti də hissolunandır. Məsələn, Rusiya iqtisadçılarının (ВШЭ) 2015-ci il araşdırmasına görə Goldman Sachs-ın proqnozları 56,06% dəqiqlik göstəricisinə malikdir. Təşkilatın 2014-cü ildə verdiyi hər 5 tövsiyyəsindən 3-ü özünü doğrultmuş və ümumi gəlir göstəricisini 5,34% artırmışdır. Hazırkı forumda iştirak edən digər maliyyə təşkilatı – J.P. Morgan Chase-in proqnoz dəqiqliyi isə 58,76%-ə bərabərdir.
Azərbaycandan fərqli olaraq Ermənistan forumda iştirak etmir. Ermənistan Koçaryan-Sarqsyan dövründə Davos forumunda ümumiyyətlə iştirak etmirdi. Fərqli vaxtlarda bu “böyük səfər xərcləri ilə” (2012) və ya “eşitməyə və deməyə sözün olmaması” (2015) ilə izah edilirdi. K.Karapetyanın 2018-ci il səfərini və “ayaqüstü” bir-iki görüşünü saymasaq bu ənənəni ilk dəfə 2019-cu ildə Paşinyan dəyişdi. Həmin ildə Qazprom Ermənistan üçün qaz qiymətlərini $15 (bəzi mənbələrə görə isə $30) artıracağını bildirmişdi. Paşinyan da Ermənistan iqtisadiyyatını xilas etmək üçün Davosa səfər etmişdir. Forumun rəsmi saytında dərc edilən məqaləsində və şəxsi görüşlərdə Paşinyan ölkəsini Aİ və Aİİ təşkilatlarını bir-birinə bağlaya bilən bənd kimi “satmaq” istəyirdi. Forumda həmçinin Ermənistan-Azərbaycan liderləri arasında görüş olmuş və tərəflər gərginliyin azaldılması məqsədilə müvafiq strukturlar arasında operativ əlaqə xəttinin yaradılmasını müzakirə etmişdilər.
44 günlük müharibədən sonra Ermənistanın forumlarda iştirakdan yayınması anlaşılandır. Davos iş təkliflərinin müzakirə edildiyi, sövdələşmələrin bağlanıldığı, qarşılıqlı faydalı layihələrin gerçəkləşdiyi bir yerdir. Davos şikayət və xahişlərin eşidildiyi, qəbul edildiyi bir yer deyil. Ermənistanın dünya iqtisadiyyatına təklif edəcəyi bir şey olmadığına görə obyektiv olaraq Davos forumunda da yeri yoxdur.
Beləliklə, 44 günlük müharibədən sonra Ermənistan ABŞ-ın təşkil etdiyi və heç bir praktiki əhəmiyyət kəsb etmədiyi demokratiya sammitində, Azərbaycan isə geosiyasi/iqtisadi vektorların cızıldığı Davos forumunda iştirak ilə yadda qalmış olur.

Diplomatiyanın güzgü effekti
Zəka fakt qarşısında acizdir. Amma söhbət Ermənistan zəkasından getdikdə əvvəlki cümlənin sonuna sual işarəsi qoymağa məcbur oluruq. Foto-video faktlar Laçın yolunun açıq olduğunu sübut etsə də, İrəvan Bakını “etnik təmizləmə” və “soyqırım” cəhdində ittiham edir.
İttihamlar Ermənistanın yeni şəraitə uyğunlaşmış köhnə siyasət məntiqinə sığır: Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq → Azərbaycanı Qarabağ ermənilərinə qarşı etnik təmizləmə və soyqırım cəhdində ittiham etmək → ermənilərin Azərbaycan yurisdiksiyası altında yaşaya bilməməsi məsələsini beynəlxalq arenada qaldırmaq → “islahedici ayrılma” prinsipi altında Qarabağı Azərbaycan ayırmaq.
Bakı bunu yaxşı başa düşür və adekvat addımlar atır. Ərazi bütövlüyü, etnik təmizləmə, dəhliz, status kimi hər bir iddia/ittihama analoji tərzdə cavab verilir.
Ərazi bütövlüyü
Qarabağdan qoşun birləşmələrinin tam çıxarılmaması, qanunsuz rejimin maliyyələşməsinə $410 mln.-dan artıq vəsaitin ayrılması, Ermənistan və digər ölkələrdən Qarabağa diversantların göndərilməsi, I Qarabağ müharibəsində işğal edilən 8 kəndi qaytarmaqdan imtina Azərbaycana qarşı açıq ərazi iddialarıdır. Adekvat cavab özünü gözlətmədi. Azərbaycan prezidentinə əsasən, “əgər (ermənilər) bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. ... Delimitasiyanı istəmirlər? ...Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Mən hesab edirəm ki, buradan keçir”.
Etnik təmizləmə
Etnik təmizləmə və soyqırım ittihamlarına cavab olaraq Azərbaycan Ermənistanın monoetnik ölkə olmasına, dinc azərbaycanlılara qarşı 31 Mart, Xocalı soyqırımlarını törətməsinə və onları Qərbi Azərbaycan və Qarabağ ərazilərindən etnik təmizləməyə məruz qoymasına diqqət çəkir. Bir faktı qeyd edək: müharibəyə qədər indiki Ermənistanın 300-dən çox şəhər və kəndlərində 200 mindən çox azərbaycanlı yaşayırdı. Bunların 170-dən çoxunda ancaq azərbaycanlılar yaşayırdı, 90-a yaxın kənddə isə azərbaycanlılar əksəriyyət təşkil edirdi. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə Ermənistan indiki əhalisi 98,1% etnik ermənilərdən, 1,2% yezidi kürdlərdən, 0,7% isə digər etnoslar ibarətdir.
Zəngəzur dəhlizi
Artıq 2 ildir ki, Ermənistan Azərbaycan üçün Zəngəzur dəhlizini açmadığı halda, Laçın yolundan istifadə edir. Ermənistan Laçında Bakının nəzarət-yoxlama məntəqəsinin qurulmasına, Zəngəzura isə eksterritoriallığın verilməsinə qarşı çıxır. Bakının fikrincə hər iki marşrut eyni statusa malik olmalıdır: ya hər ikisi dəhliz (Rusiya variantı), ya da yol (Brüssel variantı) olmalıdır. İrəvanın bu variantdan imtina etməsi Bakının Laçın yolunda ekoaksiya keçirtməsinə, Zəngəzur dəhlizinin isə Azərbaycan üçün strateji layihə olduğunu bir daha təsdiq etməsinə gətirdi. Xatırladaq ki, 10 noyabr razılaşmasına əsasən, Azərbaycan “Laçındəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti” verməli, Ermənistan isə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında “vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilini” təmin etməlidir.
Qərbi Azərbaycan
Ölkə başçısına əsasən, “Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin?”
Qeyd edək ki, bizim bu məsələdə dəlil və arqumentlərimiz daha əsaslıdır: Qarabağda azərbaycanlılar ermənilərlə bərabər yaşadığı halda, indiki Ermənistanın 170-dən çox kəndində təkcə azərbaycanlılar yaşayırdı; Qarabağ erməniləri Azərbaycan əhalisinin cəmi 2%-ni təşkil edirdisə, Ermənistanda yaşayan azərbaycanlılar ümumi əhalinin orta hesabla 10%-ni təşkil edirdi. Sülh sazişi qarşılıqlı öhdəlikləri özündə təcəssüm etdirir. Ermənistan buna getmək istəmirsə, demək prosesi məqsədyönlü şəkildə konfrantasiya istiqamətində aparır. Ermənistan anlamalıdır ki, Bakının təklif etdiyi 5 prinsip masa üzərində əbədi olaraq qalmayacaq.
@cssc_cqtm
Zəka fakt qarşısında acizdir. Amma söhbət Ermənistan zəkasından getdikdə əvvəlki cümlənin sonuna sual işarəsi qoymağa məcbur oluruq. Foto-video faktlar Laçın yolunun açıq olduğunu sübut etsə də, İrəvan Bakını “etnik təmizləmə” və “soyqırım” cəhdində ittiham edir.
İttihamlar Ermənistanın yeni şəraitə uyğunlaşmış köhnə siyasət məntiqinə sığır: Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq → Azərbaycanı Qarabağ ermənilərinə qarşı etnik təmizləmə və soyqırım cəhdində ittiham etmək → ermənilərin Azərbaycan yurisdiksiyası altında yaşaya bilməməsi məsələsini beynəlxalq arenada qaldırmaq → “islahedici ayrılma” prinsipi altında Qarabağı Azərbaycan ayırmaq.
Bakı bunu yaxşı başa düşür və adekvat addımlar atır. Ərazi bütövlüyü, etnik təmizləmə, dəhliz, status kimi hər bir iddia/ittihama analoji tərzdə cavab verilir.
Ərazi bütövlüyü
Qarabağdan qoşun birləşmələrinin tam çıxarılmaması, qanunsuz rejimin maliyyələşməsinə $410 mln.-dan artıq vəsaitin ayrılması, Ermənistan və digər ölkələrdən Qarabağa diversantların göndərilməsi, I Qarabağ müharibəsində işğal edilən 8 kəndi qaytarmaqdan imtina Azərbaycana qarşı açıq ərazi iddialarıdır. Adekvat cavab özünü gözlətmədi. Azərbaycan prezidentinə əsasən, “əgər (ermənilər) bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. ... Delimitasiyanı istəmirlər? ...Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Mən hesab edirəm ki, buradan keçir”.
Etnik təmizləmə
Etnik təmizləmə və soyqırım ittihamlarına cavab olaraq Azərbaycan Ermənistanın monoetnik ölkə olmasına, dinc azərbaycanlılara qarşı 31 Mart, Xocalı soyqırımlarını törətməsinə və onları Qərbi Azərbaycan və Qarabağ ərazilərindən etnik təmizləməyə məruz qoymasına diqqət çəkir. Bir faktı qeyd edək: müharibəyə qədər indiki Ermənistanın 300-dən çox şəhər və kəndlərində 200 mindən çox azərbaycanlı yaşayırdı. Bunların 170-dən çoxunda ancaq azərbaycanlılar yaşayırdı, 90-a yaxın kənddə isə azərbaycanlılar əksəriyyət təşkil edirdi. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə Ermənistan indiki əhalisi 98,1% etnik ermənilərdən, 1,2% yezidi kürdlərdən, 0,7% isə digər etnoslar ibarətdir.
Zəngəzur dəhlizi
Artıq 2 ildir ki, Ermənistan Azərbaycan üçün Zəngəzur dəhlizini açmadığı halda, Laçın yolundan istifadə edir. Ermənistan Laçında Bakının nəzarət-yoxlama məntəqəsinin qurulmasına, Zəngəzura isə eksterritoriallığın verilməsinə qarşı çıxır. Bakının fikrincə hər iki marşrut eyni statusa malik olmalıdır: ya hər ikisi dəhliz (Rusiya variantı), ya da yol (Brüssel variantı) olmalıdır. İrəvanın bu variantdan imtina etməsi Bakının Laçın yolunda ekoaksiya keçirtməsinə, Zəngəzur dəhlizinin isə Azərbaycan üçün strateji layihə olduğunu bir daha təsdiq etməsinə gətirdi. Xatırladaq ki, 10 noyabr razılaşmasına əsasən, Azərbaycan “Laçın
Qərbi Azərbaycan
Ölkə başçısına əsasən, “Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin?”
Qeyd edək ki, bizim bu məsələdə dəlil və arqumentlərimiz daha əsaslıdır: Qarabağda azərbaycanlılar ermənilərlə bərabər yaşadığı halda, indiki Ermənistanın 170-dən çox kəndində təkcə azərbaycanlılar yaşayırdı; Qarabağ erməniləri Azərbaycan əhalisinin cəmi 2%-ni təşkil edirdisə, Ermənistanda yaşayan azərbaycanlılar ümumi əhalinin orta hesabla 10%-ni təşkil edirdi. Sülh sazişi qarşılıqlı öhdəlikləri özündə təcəssüm etdirir. Ermənistan buna getmək istəmirsə, demək prosesi məqsədyönlü şəkildə konfrantasiya istiqamətində aparır. Ermənistan anlamalıdır ki, Bakının təklif etdiyi 5 prinsip masa üzərində əbədi olaraq qalmayacaq.
@cssc_cqtm
👍34
Niyə “Vardanyan layihəsi” məhz layihədir?
Suala cavab vermək üçün “Qisas əməliyyatından” sonra İrəvan-Bakı münasibətlərindəki hadisələr ardıcıllığına nəzər yetirmək vacibdir. Belə retrospektiv 3 məsələni aydınlaşdırır:
- Rusiya Sülhməramlı Kontingenti (RSK) mandatsız olması Moskvaya “yerdə” nəsə etməyə imkan vermir;
- Ermənistan Azərbaycanın “yerdə” əhəmiyyətli addımlar ata biləcəyini dərk etdi;
- Bakı Xankəndi ilə əlaqə yaratmış və ermənilərin Laçın və Zabuxdan köçürülməsini həyata keçirmişdir.
Hadisələr və məzmun
31 avqust – üçtərəfli sammit çərçivəsində Brüsseldə Bakının təklif etdiyi prinsiplər əsasında (yəni Qarabağsız) sülh sazişinin (SS) mətni üzrə işin aparılmasına dair razılıq əldə edilir → sərhəd üzrə iclas təşkil olunur → noyabrda növbəti sammit baş tutur. Bu, SS-in aktuallaşmasına dair ilk siqnal idi!
1 sentyabr – dövriyyə “Vardanyan layihəsi” buraxılır: Vardanyan Rusiya vətəndaşlığından imtina edir → Qarabağa köçür → “Artsaxın təhlükəsizlik və inkişaf” fondunu təsis edir. Hazırda fondun adı var özü isə yox.
Sentyabrın əvvəlində Rusiya Qarabağ məsələsinin “gələcək nəsillərə” saxlanılmasını nəzərdə tutan SS variantını irəli sürür. Faktiki olaraq Rusiya 2 prosesin 1 prosesdə birləşməsinə çalışır.
12-13 sentyabrda şərti sərhəddə silahlı toqquşma = İrəvan və ya 3cü tərəfin Ermənistan SQ-dəki agentlər vasitəsilə SS prosesi əleyhinə etdiyi təxribat.
27 sentyabr – Vaşinqton görüşü/razılaşması: SS prosesi və Qarabağ mövzularının bir-birindən ayrılması → Bakı-Xankəndi (assimetrik) dialoqunun razılaşdırılması. Bakı-Xankəndi ilə bağlı bəndin anlaşılmasında ziddiyyətlər olsa da, proseslərin bir-birindən ayrılması qərarlaşdırıldı.
2 oktyabr – SS mətnini müzakirə etmək məqsədilə xarici işlər nazirlərinin Cenevrədə görüşü: MQ həmsədrləri prosesdən kənar qalır və prosesin Qarabağsız 2 tərəfli əsasda aparılması möhkəmlənir.
4 oktyabr – Arutyunyan Vardanyana “dövlət naziri” vəzifəsini təklif edir. Vardanyan və layihə müəllifləri hadisələri götür-qoy etməyə başlayırlar.
6 oktyabr – Praqa sammiti: ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan Praqa bəyanatı ↔ Qarabağ məsələsinin bir daha hallanmaması ↔ prosesin Rusiyanın iştirakı olmadan irəli getməsi.
Oktyabrın ortaları – “Vardanyan layihəsi” müəllifləri Rusiya KİV-lərində Azərbaycana və Paşinyana qarşı kampaniyaya başlayır.
27 oktyabr – Valdayda Putin Ermənistanı Alma-Ata bəyannaməsi əsasında sülh sazişini imzalamağa tələsməməyə çağırır → Paşinyan dərhal Rusiyanın SS layihəsini 100% dəstəklədiyini bəyan edir.
31 oktyabr – Soçi sammiti: Praqada əldə edilən nəticə (ərazi bütövlüyünün qarşılıqlı tanınması) Soçi bəyanatı ilə təsdiqlənir → Qarabağ və mandat məsələlərini mətnə daxil etmə, yəni proseslərin birləşdirilmə cəhdi iflasa uğrayır. SS prioritetdir, ondan geri dönmək/yayınmaq qəbul olunmazdır.
4 noyabr – Vardanyan “dövlət naziri” təyin olunur
Nəticə
-Proseslərin (sülh sazişi və Qarabağ) ayrılması və “Vardanyan layihəsinin” aktivləşməsi arasında əlaqə mövcuddur.
-Ziddiyyətlərə rəğmən, Bakı-Xankəndi formatı aktuallaşdıqda, Rusiya regionda tamamilə idarə olunan Vardanyanın timsalında peyda olur.
-Vardanyan RSK-nı Ermənistan rəhbərliyinin tənqidindən çıxarıb, ona beynəlxalq mandatın qazanılmasına çalışır. Fransada Araik beynəlxalq kontingent xahiş etdikdə Vardanyan müdaxilə edib, mandatın yalnız RSK üçün istənilməsini tələb etmişdir.
“Vardanyan layihəsi” SS prosesini dayandırmaq və danışıqlar prosesinə Qarabağ məsələsini qaytarmaq məqsədilə Rusiya tərəfindən atılan uğursuz cəhddir. Bu cür siyasətin nəticəsi olmayacaq. Əksinə, bu Bakının Laçın yolu üzərində nəzarətinin güclənməsinə gətirdi.
“Vardanyan layihəsi”nin resursu tükənmək üzrədir. Vardanyan üzərinə qoyulmuş funksiyanı natamam yerinə yetirib. SS prosesi dayansa da, yenə də gündəlikdədir. Qarabağ məsələsi isə beynəlmilləşsə də, SS prosesinin ayrılmaz hissəsinə çevrilmədi.
Üstəlik, “layihə” Qarabağ ermənilərini birləşdirmək əvəzinə separatçılar daxilində parçalanmalara, ümidsizlik mühitinin yaranmasına və Qarabağda mövcud yeganə əhəmiyyətli sənaye obyektinin işinin dayanmasına səbəb oldu.
@cssc_cqtm
Suala cavab vermək üçün “Qisas əməliyyatından” sonra İrəvan-Bakı münasibətlərindəki hadisələr ardıcıllığına nəzər yetirmək vacibdir. Belə retrospektiv 3 məsələni aydınlaşdırır:
- Rusiya Sülhməramlı Kontingenti (RSK) mandatsız olması Moskvaya “yerdə” nəsə etməyə imkan vermir;
- Ermənistan Azərbaycanın “yerdə” əhəmiyyətli addımlar ata biləcəyini dərk etdi;
- Bakı Xankəndi ilə əlaqə yaratmış və ermənilərin Laçın və Zabuxdan köçürülməsini həyata keçirmişdir.
Hadisələr və məzmun
31 avqust – üçtərəfli sammit çərçivəsində Brüsseldə Bakının təklif etdiyi prinsiplər əsasında (yəni Qarabağsız) sülh sazişinin (SS) mətni üzrə işin aparılmasına dair razılıq əldə edilir → sərhəd üzrə iclas təşkil olunur → noyabrda növbəti sammit baş tutur. Bu, SS-in aktuallaşmasına dair ilk siqnal idi!
1 sentyabr – dövriyyə “Vardanyan layihəsi” buraxılır: Vardanyan Rusiya vətəndaşlığından imtina edir → Qarabağa köçür → “
Sentyabrın əvvəlində Rusiya Qarabağ məsələsinin “gələcək nəsillərə” saxlanılmasını nəzərdə tutan SS variantını irəli sürür. Faktiki olaraq Rusiya 2 prosesin 1 prosesdə birləşməsinə çalışır.
12-13 sentyabrda şərti sərhəddə silahlı toqquşma = İrəvan və ya 3cü tərəfin Ermənistan SQ-dəki agentlər vasitəsilə SS prosesi əleyhinə etdiyi təxribat.
27 sentyabr – Vaşinqton görüşü/razılaşması: SS prosesi və Qarabağ mövzularının bir-birindən ayrılması → Bakı-Xankəndi (assimetrik) dialoqunun razılaşdırılması. Bakı-Xankəndi ilə bağlı bəndin anlaşılmasında ziddiyyətlər olsa da, proseslərin bir-birindən ayrılması qərarlaşdırıldı.
2 oktyabr – SS mətnini müzakirə etmək məqsədilə xarici işlər nazirlərinin Cenevrədə görüşü: MQ həmsədrləri prosesdən kənar qalır və prosesin Qarabağsız 2 tərəfli əsasda aparılması möhkəmlənir.
4 oktyabr – Arutyunyan Vardanyana “dövlət naziri” vəzifəsini təklif edir. Vardanyan və layihə müəllifləri hadisələri götür-qoy etməyə başlayırlar.
6 oktyabr – Praqa sammiti: ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan Praqa bəyanatı ↔ Qarabağ məsələsinin bir daha hallanmaması ↔ prosesin Rusiyanın iştirakı olmadan irəli getməsi.
Oktyabrın ortaları – “Vardanyan layihəsi” müəllifləri Rusiya KİV-lərində Azərbaycana və Paşinyana qarşı kampaniyaya başlayır.
27 oktyabr – Valdayda Putin Ermənistanı Alma-Ata bəyannaməsi əsasında sülh sazişini imzalamağa tələsməməyə çağırır → Paşinyan dərhal Rusiyanın SS layihəsini 100% dəstəklədiyini bəyan edir.
31 oktyabr – Soçi sammiti: Praqada əldə edilən nəticə (ərazi bütövlüyünün qarşılıqlı tanınması) Soçi bəyanatı ilə təsdiqlənir → Qarabağ və mandat məsələlərini mətnə daxil etmə, yəni proseslərin birləşdirilmə cəhdi iflasa uğrayır. SS prioritetdir, ondan geri dönmək/yayınmaq qəbul olunmazdır.
4 noyabr – Vardanyan “dövlət naziri” təyin olunur
Nəticə
-Proseslərin (sülh sazişi və Qarabağ) ayrılması və “Vardanyan layihəsinin” aktivləşməsi arasında əlaqə mövcuddur.
-Ziddiyyətlərə rəğmən, Bakı-Xankəndi formatı aktuallaşdıqda, Rusiya regionda tamamilə idarə olunan Vardanyanın timsalında peyda olur.
-Vardanyan RSK-nı Ermənistan rəhbərliyinin tənqidindən çıxarıb, ona beynəlxalq mandatın qazanılmasına çalışır. Fransada Araik beynəlxalq kontingent xahiş etdikdə Vardanyan müdaxilə edib, mandatın yalnız RSK üçün istənilməsini tələb etmişdir.
“Vardanyan layihəsi” SS prosesini dayandırmaq və danışıqlar prosesinə Qarabağ məsələsini qaytarmaq məqsədilə Rusiya tərəfindən atılan uğursuz cəhddir. Bu cür siyasətin nəticəsi olmayacaq. Əksinə, bu Bakının Laçın yolu üzərində nəzarətinin güclənməsinə gətirdi.
“Vardanyan layihəsi”nin resursu tükənmək üzrədir. Vardanyan üzərinə qoyulmuş funksiyanı natamam yerinə yetirib. SS prosesi dayansa da, yenə də gündəlikdədir. Qarabağ məsələsi isə beynəlmilləşsə də, SS prosesinin ayrılmaz hissəsinə çevrilmədi.
Üstəlik, “layihə” Qarabağ ermənilərini birləşdirmək əvəzinə separatçılar daxilində parçalanmalara, ümidsizlik mühitinin yaranmasına və Qarabağda mövcud yeganə əhəmiyyətli sənaye obyektinin işinin dayanmasına səbəb oldu.
@cssc_cqtm
👍33
Natamam siyasət: Dövlət katibindən zənglər
ABŞ-ın dövlət katibi E.Blinken 18/23 yanvar tarixlərində Ermənistan və Azərbaycan liderlərinə zəng etmişdir. Paşinyanla danışıq zamanı Blinken “baş nazirin sülhə sadiqliyini alqışlamış... Laçındəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən” narahat olduğunu bildirmiş və Azərbaycanla ikitərəfli danışıqların yenidən başlaması üçün atılacaq addımları müzakirə etmişdir. Azərbaycan prezidenti ilə danışıq zamanı Blinken “Laçın dəhlizinin təcili olaraq kommersiya nəqliyyatı üçün açılmasından, humanitar böhran riskinin Ermənistan və Azərbaycan arasında sülh perspektivlərini sarsıtmasından” danışıb, Bakını İrəvanla ikitərəfli sülh müzakirələrində səyləri ikiqat artırmağa çağırmışdır.
Qeyri-obyektiv yanaşma
Bakı Vaşinqtonun ikili siyasətinə öyrəncəlidir. İlk dəfə deyil ki, Bakı ilə danışıqda istifadə olunmayan “Dağlıq Qarabağ” ifadəsi İrəvanla danışıqlarda peyda olur. Lakin, bu dəfə ikili siyasətə qeyri-obyektivlik və irrasionallıq elementləri də əlavə olunmuşdur. Aksiyanın səbəblərinə toxunmadan, yolun yalnız humanitar məqsədlər üçün istifadə edilməli olduğunu qeyd etmədən aksiyanın dayandırılmasını tələb etmək obyektivlikdən çox uzaqdır. Bakı ABŞ-ın çağırışına uyğun aksiyanı dayandırsa Ermənistan bu yoldan yenə də Qarabağa silah/hərbçilər daşımaq, təbii resursları talan etmək və sülh prosesinə zərbə endirmək üçün istifadə edəcəkdir. Bunun Ermənistana 2 illik Aİ missiyasının gəldiyi vaxtda edilməsi isə xüsusi təhlükəlidir: yolun nəzarətsiz qalması şəraitində Ermənistan Aİ missiyasına arxalanıb, hərbi-iqtisadi resursların bir qismini şərti sərhəddən Qarabağa göndərəcəkdir.
İrrasional yanaşma
Rusiyanı regiondan sıxışdırmaq üçün ABŞ-a sülh sazişi lazımdır. Ölkələr arasında sülh Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yol açacaqdır. Qarşılıqlı ərazi iddialarının olmaması, regional kommunikasiyaların açılması, iqtisadi münasibətlərin qurulması Ermənistanın Rusiyadan iqtisadi, perspektivdə isə hərbi-siyasi asılılığına son qoyacaqdır. Vaxtı gəldikdə İrəvan Türkiyə ilə sərhəddə duran rus hərbçilərini və Gümrü/Erebunidə yerləşən rus hərbi bazalarını ölkədən çıxara biləcəkdir. Bakı-Xankəndi arasında (assimetrik) dialoqun və etibar mühitinin formalaşması isə 2025-ci ildə Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinə şərait yaradacaqdır. Xatırladaq ki, Vaşinqton görüşündə razılaşdırılan Bakı-Xankəndi dialoqu “Moskvadan çox aydın bir gündəliklə göndərilən” Vardanyan tərəfindən pozulmuşdur. Bildiyimiz kimi ekoaskiyanın əsas tələblərindən biri isə Vardanyanın Qarabağı tərk etməsidir.
Geosiyasi ziddiyyətlər
ABŞ-ın yanaşması geosiyasi cəhətdən ziddiyyətlidir. İrəvan-Bakı/Ankara münasibətlərini normallaşdırmadan Ermənistanı Rusiyadan ayırmaq qeyri-mümkündür. Ermənistanın Rusiyadan birtərəfli qaydada üz döndərməsi Moskva ilə münasibətlərin kəskinləşməsinə gətirəcəkdir. İki bağlı sərhədlə Rusiyaya qarşı tab gətirmək yalnız ABŞ və Aİ kimi nəhəng himayədarlər sayəsində mümkündür. ABŞ/Aİ-nin Ermənistanda möhkəmlənməsi isə axırıncının İranla münasibətlərinə xələl gətirəcəkdir. Nəticə etibarı ilə ABŞ/Aİ tərəfindən dəstəklənən Ermənistan regionda Azərbaycan, Türkiyə, Rusiya və İrana qarşı tək cəbhə təşkil etməli olacaqdır ki, bu da nəzəri cəhətdən az ehtimal olunan, praktiki cəhətdən isə qeyri-mümkündür.
Nəticə
Moskva “Vardanyan layihəsi”, “status məsələsini gələcək nəsillərə saxlamağı” nəzərdə tutan sülh sazişi təklifləri ilə regionda uzunmüddətli mövcudluğunu təmin etməyə çalışır. Azərbaycan Rusiyanın sülh sazişini rədd etdiyi və “Vardanyan layihəsini” aradan qaldırmağa çalışdığı halda Paşinyan Rusiyanın təklif etdiyi sülh sazişini “100% dəstəklədiyini” bildirir. Azərbaycanı dəstəkləyərək Rusiyanın regionda hərbi-siyasi mövcudluğuna son qoymaq əvəzinə Vaşinqton İrəvan və erməni diasporunun narrativlərini təkrarlayaraq Rusiyanın regionda möhkəmlənməsinə şərait yaradır.
@cssc_cqtm
ABŞ-ın dövlət katibi E.Blinken 18/23 yanvar tarixlərində Ermənistan və Azərbaycan liderlərinə zəng etmişdir. Paşinyanla danışıq zamanı Blinken “baş nazirin sülhə sadiqliyini alqışlamış... Laçın
Qeyri-obyektiv yanaşma
Bakı Vaşinqtonun ikili siyasətinə öyrəncəlidir. İlk dəfə deyil ki, Bakı ilə danışıqda istifadə olunmayan “
İrrasional yanaşma
Rusiyanı regiondan sıxışdırmaq üçün ABŞ-a sülh sazişi lazımdır. Ölkələr arasında sülh Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yol açacaqdır. Qarşılıqlı ərazi iddialarının olmaması, regional kommunikasiyaların açılması, iqtisadi münasibətlərin qurulması Ermənistanın Rusiyadan iqtisadi, perspektivdə isə hərbi-siyasi asılılığına son qoyacaqdır. Vaxtı gəldikdə İrəvan Türkiyə ilə sərhəddə duran rus hərbçilərini və Gümrü/Erebunidə yerləşən rus hərbi bazalarını ölkədən çıxara biləcəkdir. Bakı-Xankəndi arasında (assimetrik) dialoqun və etibar mühitinin formalaşması isə 2025-ci ildə Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinə şərait yaradacaqdır. Xatırladaq ki, Vaşinqton görüşündə razılaşdırılan Bakı-Xankəndi dialoqu “Moskvadan çox aydın bir gündəliklə göndərilən” Vardanyan tərəfindən pozulmuşdur. Bildiyimiz kimi ekoaskiyanın əsas tələblərindən biri isə Vardanyanın Qarabağı tərk etməsidir.
Geosiyasi ziddiyyətlər
ABŞ-ın yanaşması geosiyasi cəhətdən ziddiyyətlidir. İrəvan-Bakı/Ankara münasibətlərini normallaşdırmadan Ermənistanı Rusiyadan ayırmaq qeyri-mümkündür. Ermənistanın Rusiyadan birtərəfli qaydada üz döndərməsi Moskva ilə münasibətlərin kəskinləşməsinə gətirəcəkdir. İki bağlı sərhədlə Rusiyaya qarşı tab gətirmək yalnız ABŞ və Aİ kimi nəhəng himayədarlər sayəsində mümkündür. ABŞ/Aİ-nin Ermənistanda möhkəmlənməsi isə axırıncının İranla münasibətlərinə xələl gətirəcəkdir. Nəticə etibarı ilə ABŞ/Aİ tərəfindən dəstəklənən Ermənistan regionda Azərbaycan, Türkiyə, Rusiya və İrana qarşı tək cəbhə təşkil etməli olacaqdır ki, bu da nəzəri cəhətdən az ehtimal olunan, praktiki cəhətdən isə qeyri-mümkündür.
Nəticə
Moskva “Vardanyan layihəsi”, “status məsələsini gələcək nəsillərə saxlamağı” nəzərdə tutan sülh sazişi təklifləri ilə regionda uzunmüddətli mövcudluğunu təmin etməyə çalışır. Azərbaycan Rusiyanın sülh sazişini rədd etdiyi və “Vardanyan layihəsini” aradan qaldırmağa çalışdığı halda Paşinyan Rusiyanın təklif etdiyi sülh sazişini “100% dəstəklədiyini” bildirir. Azərbaycanı dəstəkləyərək Rusiyanın regionda hərbi-siyasi mövcudluğuna son qoymaq əvəzinə Vaşinqton İrəvan və erməni diasporunun narrativlərini təkrarlayaraq Rusiyanın regionda möhkəmlənməsinə şərait yaradır.
@cssc_cqtm
👍27
Destruktiv missiya: Ermənistana göndəriləcək Aİ missiyasının mümkün siyasi fəsadları
Avropa İttifaqının Ermənistana ikinci monitorinq missiyası Azərbaycan tərəfindən birmənalı qarşılanmadı. Əvvəlki missiyadan fərqli olaraq cari missiyanın say tərkibi 100 nəfər, müddəti isə 2 il olacaqdır. Ölkə başçısına görə Azərbaycanla razılaşdırılmadan şərti sərhədə gələcək Aİ missiyası təhlükəsizliyi artırmayacaq, əksinə, bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaqdır. Rusiyanın xarici işlər naziri S.Lavrov da Azərbaycanın razılığı olmadan regiona missiyanın gəlməsini “əks məhsuldar” hesab edir.
XİN-in bəyanatı
Xarici işlər nazirliyinin məsələ ilə bağlı bəyanatında 2 məsələyə xüsusi diqqət yetirilmişdir:
- Praqa görüşündə əldə olunmuş razılaşmadan irəli gələrək mülki monitorinq missiyasının normallaşma prosesinə kömək göstərəcəyinə inanan Azərbaycan, bu missiyanın Azərbaycanla şərti sərhəddə fəaliyyətinə razılıq vermişdir. 2 aylıq missiyanın məqsədi ilin sonuna qədər sülh sazişinin imzalanması üçün etibarlılıq və təhlükəsizlik mühitinin/qavrayışının formalaşdırılması idi. Lakin Fransa prezidentinin “təhqiramiz, qəbulolunmaz, yalan və təxribatçı” bəyanatları + N.Paşinyanın “Qarabağın status məsələsinin gələcək nəsillərə” saxlanılmasını nəzərdə tutan Rusiyanın sülh saziş variantını “100% dəstəklədiyini” deməsi Aİ missiyasına olan ümidləri doğrultmadı. Nəticə etibarı ilə bu Aİ çərçivəsində qərar qəbuletmə prosesinin etibarlılığı və şəffaflığı ilə bağlı ümumi etimada mənfi təsir göstərdi.
- Aİ missiyasının Ermənistanda mövcudluğu Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmasına səbəb oldu. Keçmiş münaqişə tərəflərinin sülh sazişi imzalaması üçün münasib mühitin formalaşdırılmasına yönələn missiya praktikada qonşu ölkələri sülhə bir addım belə yaxınlaşdırmadı.
Təsadüfi deyil ki, Azərbaycan əvvəlki missiyanın uğursuz fəaliyyət təcrübəsini nəzərə alaraq, cari missiyanın Ermənistan tərəfindən hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadə edilə biləcəyindən narahatdır.
Əsaslı narahatçılıq
Azərbaycanın əsaslı narahatçılığı bununla bitmir. Ermənistan Aİ missiyası hesabına Azərbaycanla şərti sərhəddə təhlükəsizliyini təmin etmək istəyir. Paralel olaraq Ermənistan Laçın yolunun əvvəlki rejimdə, yəni hər hansı nəzarət və yoxlama olmadan fəaliyyət göstərməsində israr edir. Bu iki prosesin sintezi ona gətirə bilər ki, Ermənistan Aİ mülki missiyası hesabına öz təhlükəsizliyini təmin edib, hərbi-iqtisadi resursların bir qismini şərti sərhəddən Qarabağa yönləndirə bilər. Missiyanın göndərilmə qərarı ilə Avroparlamentin anti-Azərbaycan qətnaməsinin eyni vaxtda verilməsi bu baxımdan təsadüfi görsənmir. Görünən odur ki, Fransa Aİ mülki missiyası vasitəsilə Ermənistanda, şərti sərhəddən çıxarılıb Qarabağa göndəriləcək erməni hərbçiləri vasitəsilə isə Qarabağda möhkəmlənməyə çalışır. Unutmayaq ki, Fransa Senatının anti-Azərbaycan qətnaməsinin bəndlərindən biri Qarabağda humanitar ofisin yaradılmasını nəzərdə tuturdu.
Geosiyasi prizma
Məsələyə geosiyasi müstəvidə də baxmaq məqsədəuyğundur. Rusiya güc strukturlarına yaxın mənbələr xəbər verir ki, 100 nəfərdən ibarət olacaq Aİ mülki missiyasının say tərkibi bir müddət sonra 2000 nəfərə çatdırıla bilər. Prosesə Aİ-nin xarici əlaqələr xidmət sədrinin müavini, fransalı diplomat Şarl Fris hamilik edir. Hədəf − Rusiyanı Ermənistandan sıxışdırmaqdır.
Güman ki, rəsmi Paris Rusiyanı öncə Azərbaycanla şərti sərhəddən, sonra isə şərq sərhədində vəziyyətin sabitliyini əsas gətirərək, qərb (Türkiyə) sərhədindən də sıxışdırmağa cəhd göstərəcəkdir.
Öhdəlikləri icra etməkdən boyun qaçırmaqla regional stabilliyə təhdid yaradan, Rusiyanın sülh saziş variantını 100% dəstəklədiyini deməklə Rusiyanın regionda mövcudluğuna şərait yaradan, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib, yeni silahlı toqquşma təhlükəsini formalaşdıran məhz Ermənistandır. Ermənistan regional təhlükə mənbəyi olmağa davam etsə, Azərbaycan Aİ mülki missiyasına baxmayaraq adekvat cavab tədbirləri görməyə məcbur olacaqdır.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən Diqqət Mərkəzi verilişində "İranla hibrid müharibənin ortasındayıq" mövzusu ətrafında öz fikirlərini bölüşüb.
https://www.youtube.com/watch?v=1B_-Sa9skE8&t=16s
https://www.youtube.com/watch?v=1B_-Sa9skE8&t=16s
YouTube
İranla hibrid müharibənin ortasındayıq
https://www.facebook.com/ictimai.tv/
https://www.instagram.com/ictimaitv.official/
https://news.1rj.ru/str/tvictimai
https://itv.az/
#ictimaitv #video #televiziya #baku #videolar #itv #ermenistan #azerbaycan #bakı #qarabağ #xankəndi #rusiya #moskva #vardanyan #iran…

İranın xarici siyasətini kim müəyyən edir?
I Hissə
İranın mürəkkəb siyasi sistemi onun xarici siyasətinin də yetərincə mürəkkəb, hətta bəzi hallarda kənar müşahidəçilər üçün anlaşılmaz olmasını şərtləndirir. Digər tərəfdən, dəyişən beynəlxalq şərait İranın xarici siyasət kursunda da bəlli dəyişikliklərə səbəb olub. Ölkənin xarici siyasət kursuna dəyişən maraqlarla yanaşı, müxtəlif siyasi qrup və qurumların təsiri qeyd olunmalıdır. Başqa sözlə, siyasi sistem və bütövlükdə cəmiyyətin mürəkkəb daxili strukturundan qaynaqlanan fərqli mənafelərin artan və ya azalan təsirləri Xarici İşlər Nazirliyinin aparıcı rolunu məhdudlaşdıran faktorlar kimi çıxış edir.
AMTŞ → XİN
İki il öncə İranın ali rəhbəri Xameneyi dünyanın heç bir ölkəsində XİN-in xarici siyasəti təyin etmədiyini qeyd edib, İranda da xarici siyasət ilə bağlı qərarların qəbulunun XİN-in ixtiyarında olmadığını bildirdi: “XİN icraçıdır. Bizim ölkədə... Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) var, bütün yüksək vəzifəli şəxslər orada iştirak edirlər, qərarlar qəbul olunur, sonra XİN öz metodları ilə onları icra etməli və həyata keçirməlidir”.
Xameneyidən bir neçə gün əvvəl sabiq prezident Həsən Ruhani də oxşar yanaşma təqdim etmişdi: “Ölkənin xarici siyasəti və müdafiəsi ilə bağlı bütün mürəkkəb məsələlər AMTŞ-da müzakirə olunur. Adi siyasi işləri XİN həyata keçirir, amma xarici siyasətə dair mühüm məsələlərə hökmən AMTŞ-da baxılır. AMTŞ ona görə yaradılıb ki, orada hakimiyyətin üç qolunun rəhbərləri iştirak edir, ölkənin hərbi və mülki orqanları təmsil olunur, hərbi və siyasi qurumların başçıları bir yerə toplanır. Araşdırıb müzakirə edirik və sonda qəbul olunan hər bir qərar ali rəhbər tərəfindən təsdiq olunmalıdır”. (Hərçənd AMTŞ-ın 13 üzvündən ikisi, o cümlədən Şuranın katibi (2013-cü ildən bu vəzifəni admiral Əli Şəmxani tutur) də ali rəhbər tərəfindən təyin olunur).
AMTŞ-da xarici siyasətə dair verilən qərarların ali rəhbər Ayətullah Xameneyi tərəfindən təsdiq olunma mexanizmi isə aydın deyil. Bu işdə şəffaflıqdan uzaq Xameneyinin ofisi (Beyt-e Rəhbəri) əsas rol oynayır. Bu ofis vasitəsilə isə başqa bir orqan – İslam İnqilabının Keşikçiləri Korpusu (Sepah) dövriyəyə girir.
Xarici siyasət subyekti – Sepah
Sepahın İran xarici siyasətində təsiri və rolunun artması Mahmud Əhmədinejadın prezidentliyi dövrünə – 2000-ci illərin ortalarına təsadüf edir. Həmin dövrdən etibarən İran xarici siyasətində Məhəmməd Xatəmi dönəmindən fərqli olaraq, anti-Qərb diskursu güclənir və ali rəhbərin tövsiyəsi ilə xarici siyasətdə “Şərqə baxış” strategiyası əsas götürülür. Burada “Şərq” sırf coğrafi anlamdan əlavə, Afrika və Latın Amerikasını əhatə edir. Paralel olaraq İranın nüvə proqramı xarici siyasətin və Qərblə münasibətlərin əsas mövzularından birinə çevrilməyə başlayır və İranın regional siyasətində proksi qüvvələrin təşkili və “bəslənməsi” ön plana çıxır. Bu prosesə qonşu ölkələrdə baş verən proseslər (2001-ci il Əfqanıstan, 2003-cü il İraq) önəmli təsir göstərir.
Beləliklə, qeyd olunan üç amil Sepahın xarici siyasətə təsirinin artmasına səbəb olur. Məhz bu dövrdən etibarən Sepahın “Qüds” qüvvələri və onun komandanı general Qasım Süleymani, özəlliklə regional siyasətdə, söz sahibinə çevrilir. “Ərəb baharı” və İŞİD-in meydana çıxması isə bu mövqeyi daha da gücləndirir. Bütün bunlar regional siyasətdə XİN-in rolunu getdikcə azaldıb, onun formal xarakter kəsb etməsini şərtləndirir. İş o yerə çatır ki, region ölkələrinə səfirlərin təyinatı qeyri-rəsmi olaraq Sepahın ixtiyarına keçir.
2013-cü ildə prezident seçilən Həsən Ruhani Qərblə danışıqlara üstünlük verməklə yanaşı, təkcə xarici siyasətdə deyil, ölkə iqtisadiyyatında da Sepahın mövqelərini zəiflətməyə çalışır. 2015-ci ildə İranla Altılıq ölkələri arasında nüvə razılaşmasının imzalanması Ruhani hökumətinə bu yöndə üstünlüklər qazandırır. Lakin, 2018-ci ildə ABŞ-ın nüvə razılaşmasından çıxması Ruhani-Zərif cütlüyünün Sepahın xarici siyasətə təsirini azaltmaq istiqamətində səylərini və qazandığı müəyyən uğurları heçə endirir və hər şey əvvəlki vəziyyətə qayıtmağa başlayır.
Davamı növbəti hissədə...

👍46