İran-İsrail qarşıdurması
İran-İsrail ziddiyyətləri pik həddə çatmaq üzrədir. Nüvə silahı üçün 90%-lik zənginləşdirilmiş uran tələb olunursa İranda bu göstərici artıq 84%-ə çatmışdır. İsrailin fikrincə, vəziyyət dəyişməsə 2023-cü ilin sonuna İranın 10 ədəd nüvə bombası hazırlamaq imkanı olacaqdır.
Hədələr balansı – qüvvələr disbalansı
Globalfirepower indeksinə görə İran dünya ölkələri içərisində qüdrətinə görə 17-ci, İsrail isə 18-ci yerdə qərarlaşır. İndeks bütün ölkələri kəmiyyət meyarı üzrə müqayisə edib, tərəflərin malik olduqları hərbi texnikanın keyfiyyətini, ordunun döyüş qabiliyyətini, siyasi rəhbərlik və sabitlik səviyyəsini, kəşfiyyat orqanlarının peşəkarlığını, müttəfiqlərin və nüvə silahının olmasını nəzərə almır. Kəmiyyət meyarı üzrə İran qismən üstün olsa da digər ölçülərdə İsrail İranı xeyli qabaqlayır. Bu hədələr balansı tərəflər arasında zəruri çəkindirmə amilini yaradıb, genişmiqyaslı/uzunmüddətli müharibənin qarşısını alır. İranın nüvə silahı əldə etməsi isə bu kövrək tarazlığı pozub, müharibə ehtimalını artırır.
Nüvə təhlükəsi
Nobel mükafatçısı T.Şellinq Soyuq müharibə zamanı nüvə müharibəsinin qaçılmazlığını bu formada izah edirdi:
- Biz müharibə istəmirik, müharibəni ruslar da istəmir
- Biz bilirik ki, ruslar müharibə istəmir, ruslar da bilir ki, biz müharibə istəmirik
- Amma ola bilsin ki, ruslar bilmir ki, biz onların müharibə istəmədiklərini bilirik
- Ona görə də onlar elə hesab edə bilərlər ki, biz müharibə edə bilərik
- Bunu düşünüb, onlar birinci olmağı qərarlaşdıra bilərlər;
- Buna görə də sağ qalmağın yeganə yolu Sovetlərə birinci zərbə endirməkdir.
Nüvə müharibəsinin niyə baş verməməsi ayrı bir tədqiqat mövzusu olsa da, Şellinqin alqoritmində məntiqi/riyazi xəta yoxdur. Bu o deməkdir ki, alqoritmi İran-İsrail nümunəsində yenidən nəzərdən keçirtmək olar: İranın nüvə silahı əldə etməsi → genişmiqyaslı müharibəyə → tərəflərin (hətta istəmədikləri şəraitdə belə) qarşılıqlı nüvə zərbələri endirməsinə səbəb ola bilər.
ABŞ-İsrail ittifaqı
ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini K.Kala görə 2018-ci ildə İrana bir nüvə bombası hazırlamaq üçün minimum 12 ay vaxt lazım idi. İndi bu göstərici 12 günə qədər azalmışdır. ABŞ-ın Konqres Araşdırmalar Mərkəzinin 2020-ci il hesabatına əsasən, ABŞ-ın İranın 9 qonşu ölkəsində (Türkiyədə 2,5 min, Suriyada 800 nəfər, İraqda 5 min, Küveytdə 13 min, Səudiyyə Ərəbistanında 3 min, Bəhreində 7 min, Qətərdə 10 min, BƏƏ-də 5 min, Omanda 100 nəfər) hərbi bazaları vardır. Bu yaxınlarda ABŞ və İsrail hərbi dəniz qüvvələri birgə miqyaslı hərbi təlimlər keçirmişlər. Ardınca isə İsrailə ABŞ-ın müdafiə naziri L.Ostin və baş qərargah rəisi M.Milley səfər etmişlər.
Geosiyasi fəsadlar
6 martda SEPAH Mossad-ın guya İran ətrafında (Azərbaycan, İraq, BƏƏ) yaratdığı bazalara ballistik raket zərbələri endirəcəyini əks etdirən video paylaşdı. İttihamlar əsassız olsa da, İranın hədəf aldığı bütün ölkələr enerji ixrac edən dövlətlərdir. İranın bu ölkələrə zərbə endirməsi enerji resurslarının qiymətini kəskin artıra bilər. Enerji resurslarına qiymətlərin kəskin artması Qərbdə inflyasiya göstəricilərini yüksəldib, ölkələri iqtisadi böhrana düçar edəcək. Bu Ukraynaya edilən yardımların həcm və intensivliyinə mənfi təsir göstərib, Rusiyaya qarşı tədbiq edilən sanksiyaların effektivliyini aşağı salacaq. Xatırladaq ki, 2022-ci ilin əvvəllərində Rusiya yüksək neft-qaz qiymətləri sayəsində sanskiayların mənfi təsirini xeyli məhdudlaşdıra bilmişdi. Müharibənin ilk aylarında isə Rusiyanın 2022-ci ili $205 mlrd. (Goldman Sachs), $200-240 mlrd. (İİF), $321 mlrd. (Bloomberg) profisitlə yekunlaşdıracağına dair proqnozlar da var idi.
Nəticə
İsrailin baş naziri B.Netanyahu İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün əlindən gələni edəcəyini bildirir. İsrail bu məsələdə ABŞ-ın güclü dəstəyinə ümid etsə də, İrana qarşı müharibənin geosiyasi/iqtisadi fəsadları Vaşinqtonu ehtiyatlı olmağa vadar edir. Bununla belə hadisələrin inkişafı + İsrailin İraq (1981) və Suriyadakı (2007) davranışı dinamikanın kəskin eskalasiyaya doğru hərəkət etdiyindən xəbər verir.
@cssc_cqtm

👍26
Geriyə addımlayan münasibətlər: ABŞ-Çin ziddiyyətləri
7 mart tarixində Si Cinpin və xarici işlər naziri S.Qan ABŞ-ı kəskin tənqid edib, Rusiyanı əsas tərəfdaş adlandırdılar. Son illərin müşahidəsi göstərir ki, iki ölkə arasında münasibətlər enən xətt üzrə intensiv sürətdə geriyə doğru addımlayır.
ABŞ-ın Çin ilə toqquşan maraqları
Tərəflər arasında mövcud ziddiyyətlər ikitərəfli və çoxtərəfli münasibətlərin bütün spektrini əhatə edir:
- Tayvan probleminin zorakı həlli. CSİS mərkəzi Çinin 2026-cı ildə Tayvanı zorakı yolla özünə birləşdirməyə cəhd edəcəyini proqnoz edir və bunun qarşısını almaq üçün birbaşa hərbi müdaxilə daxil bütün vasitələrdən istifadə etməyi vacib sayır.
- Rusiyaya dəstək. ABŞ Çini Rusiyaya sanksiyalardan yayınmağa kömək etməkdə və Rusiyaya silah satmağı nəzərdən keçirtməkdə ittiham edir.
- “Bir dövlət – iki sistem” prinsipinin pozulması. Çinin Honkonqun daxili muxtariyyətini pozması ABŞ tərəfindən sərt qarşılandı. ABŞ Çini sərt sanksiyalarla və hətta Honkonqa dollar ixracını qadağa etməklə (Honkonq dünyada böyüklüyünə görə 3-cü dollar bazarıdır) hədələdi. Bu sanksiyanın reallaşması Honkonqu dünyanın üçüncü ən böyük maliyyə mərkəzi statusundan məhrum edə və ABŞ-Çin arasında valyuta müharibəsini başlaya bilər.
- Davam edən ticarət müharibəsi. T/m Obamanın Çinin polad məhsullarına 265,79%-lik antidempinq tarifləri tədbiq etməsi ilə başladı. Ardınca Tramp 2019-cu ildə $200 mlrd. dəyərində, daha sonra isə əlavə $300 mlrd. dəyərində Çin məhsullarına gömrük tariflərini 10%-dən 25%-ə qədər artırdı.
- İqtisadi casusluq. 2020-ci ildə ABŞ-ın ədliyyə nazirliyi iki çinli xakeri ABŞ-ın kompyuter şəbəkəsini qırıb, Covid-19 əleyhinə vaksinin hazırlanma sirrini mənimsəməyə cəhddə ittiham etdi. ABŞ Çinin Hyustondakı nümayəndəliyini Çin isə ABŞ-ın Çendudakı baş konsulluğunu bağladı.
- Şəxsi məlumatların oğurlanması. Buna cavab olaraq ABŞ Huawei kimi şirkətlərin və TikTok kimi sosial şəbəkələrin Qərbdə fəaliyyətinin məhdudlaşdırılmasına səy göstərir.
Çinin ABŞ ilə toqquşan maraqları
- Si Cinpin son partiya iclasında ABŞ-ı Çini çəkindirmə (containment), mühasirə (encirclemen) və boğmaya (suppression) məruz qoymaqda ittiham etdi. ABŞ-a məxsus Quam, Marşal adaları, Veyk adasından savayı Vaşinqtonun Cənubi Koreya (73 baza + 26,414 hərbçi), Yaponiya (120 baza + 53,713 hərbçi) və Avstraliyada (7 baza + 1085 hərbçi) böyük, Filippin, Malayziya, Sinqapur, Tailand kimi ölkələrdə isə kiçik hərbi mövcudluğu vardır. Bazaların coğrafi yerləşməsinə diqqət yetirsək ABŞ-ın həqiqətən də Çini “anakonda halqasına” alıb, boğmağa cəhd etdiyini görmək olar.
- Riyakar siyasət. S.Qana əsasən, ABŞ Ukraynanın suverenlik və ərazi bütövlüyü haqqında yüksək bəyanatlar versə də Çinin Tayvan üzərində suverenlik məsələsində eyni yanaşma nümayiş etdirmir və Çindən Rusiyaya silah verməməyi xahiş etdiyi halda, “uzunmüddətli razılaşmaları pozaraq Tayvana silah satır”.
- Daxili işlərə qarışma. Çin ABŞ-ı daxili işlərə qarışmaqda, insan haqqları məsələsini siyasiləşdirməkdə, Sintzyan (etnik uyğurların problemi) və Tibet (Dalay-Lamanın ABŞ-a vaxtaşırı səfərləri) regionlarında separatçılığı qızışdırmaqda ittiham edir. Daxildə qeyri-stabillik Çinin hərbi modernizasiya imkanlarını məhdudlaşdırıb, daha çox resursu daxili təhlükəsizliyə yönəltməyə məcbur edir.
- Ədalətsiz iqtisadi rəqabət. Ucuz işçi qüvvəsi + zəif valyuta Çinə rəqabət üstünlüyü verdiyi halda ABŞ öz zəif mövqelərini proteksionist tariflər hesabına kompensasiya etmək istəyir.
Nəticə
Münasibətlər sürətlə geriləsə də, tərəflər açıq konfrontasiya vəziyyətindən hələ uzaqdılar. Çin ABŞ-dan kənarda ən böyük dollar sahibidir. $3 trln.-dan çox ehtiyatların 1/3-i dollarda saxlanılır + 2 trln. xarici investisiyanın əhəmiyyətli hissəsi dollarda ifadə olunur. Bu qarşılıqlı asılılıq S.Qanı ABŞ-ı tənqid etdikdən sonra tərəflər arasındakı münasibətlərdə ümumi maraqlar və ümumi məsuliyyətin üstünlük təşkil etməli olduğunu, C.Kirbini isə Vaşinqtonun Çin ilə münaqişə yox, strateji rəqabət arzuladığını deməyə məcbur edir.

👍23
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) Direktoru Fərhad Məmmədov Pressklub TV-nin Əsas Sual verilişində "Paşinyan Putindən kömək istəyir: Qarabağ ətrafında nə baş verir?" mövzusu ətrafında müzakirələrə qoşulub.
Daha ətraflı: https://www.youtube.com/live/wqb2kyaJddI?feature=share

YouTube
Paşinyan Putindən kömək istəyir: Qarabağ ətrafında nə baş verir?
#bəyən #paylaş #abunəol
ABUNƏ OLUN ►https://bit.ly/3rGosrr
Gördüyünüz nöqsanlara biganə qalmayın! Çəkdiyiniz foto və videoları, üzləşdiyiniz problemləri bizimlə bölüşün. Bölüşün ki,” Sizin Səsiniz” olaq!
Qaynar xətt: 055 455 45 58
Videolarımızı bəyənib…

👍4
İran-Səudiyyə Ərəbistanı razılaşması
Ötən həftə İran və Səudiyyə Ərəbistanı (SƏ) diplomatik münasibətləri bərpa edəcəklərini bəyan etdilər. Diplomatik münasibətlər 2016-cı ildə − SƏ səfirliyinə hücumdan və şiə şeyxi edam edildikdən sonra kəsilmişdir. Diplomatik münasibətlərin olmaması onsuz da rəqabətdə olan ölkələrin İraq, Suriya, Bəhreyn, Livan və Yəməndə nüfuz uğrunda mübarizəsini kəskinləşdirdi. 2021-də iki dəfə (İraq və Omanda) əlaqələrin bərpasına cəhd olunsa da, İranın husiləri, SƏ-nin isə müxalif “İran İnternational” kanalını dəstəkləməsi səyləri uğursuzluğa düçar etdi. Diplomatik münasibətlər 2023-cü ildə, Çinin vasitəçiliyi ilə bərpa edildi.
ABŞ mövqe/narahatçılığı
C.Kirbi ABŞ-ın danışıqlar prosesindən məlumatlı olduğunu və İran-SƏ arasında münasibətlərin nizamlanmasının Baydenin regiona 2022-ci il səfərinin əsas müddəalarından biri olduğunu bildirdi. Rəsmi mövqeyə baxmayaraq razılaşma ABŞ tərəfindən qıcıqla qarşılandı. Vaşinqton Yaxın Şərqdə mövqelərinin zəiflədiyini, Pekinin isə mövqelərinin əksinə gücləndiyini hiss edir. Rusiya-Qərb qarşıdurması ABŞ-ın iqtisadi və hərbi resurslarını azaltmaqla yanaşı diplomatik imkanlarını da məhdudlaşdırıb, SƏ kimi ənənəvi tərəfdaşların tədricən uzaqlaşmasına səbəb olur.
ABŞ-SƏ münasibətləri D.Trampın hakimiyyət illərində $110 mlrd.-lıq hərbi sazişin bağlanması (ABŞ-ın silah ixracının 1/4hissəsi) ilə inkişafın pik nöqtəsinə çatsa da, Baydenin hakimiyyət illərində (sazişin icrasına mane olduğuna + Yəməndə husiləri dəstəklədiyinə görə) yenidən geriyə addımlamışdır. 2022-ci ilin oktyabrında SƏ Vaşinqtonun təkid/təsir/təzyiqlərinə rəğmən OPEC+ çərçivəsində gündəlik istehsalı 2 mln. barrel azaltmaq haqqında qərar qəbul etdi. ABŞ bu qərarın neft qiymətlərinin artmasına, Rusiyanın gəlirlərinin çoxalmasına və sanksiyaların effektivliyinin azalmasına gətirəcəyini bildirib, SƏ ilə münasibətləri yenidən nəzərdən keçirəcəyini, SƏ-nin “ciddi fəsadlarla” üzləşəcəyini bildirdi. Senatın xarici əlaqələr komitəsinin sədri B.Menendez öz mövqeyini dəyişməyəcəyinə qədər ər-Riyada silah satmağa imkan verməyəcəyini bildirdi. ABŞ Senatının Ədliyyə Komitəsi isə ABŞ-ın OPEC ölkələrini məhkəməyə verməyi nəzərdə tutan akt qəbul etdi.
Əsas benefisiar – Çin
SƏ və İran arasında münasibətlərin bərpa olunmasından ən çox qazanan sözsüz ki, Çindir. Çinin artan iqtisadiyyatı iri, fasiləsiz və ucuz enerji mənbələri tələb edir. İran və SƏ arasında davam edən və potensialda nəzarətdən çıxa bilən gərginlik isə dünya bazarında neft-qaz qiymətlərinin artmasına və beləliklə Çinin iqtisadi artım templərinin aşağı düşməsinə gətirə bilər. Ötən həftə üçüncü dəfə ÇXR sədri seçilən Si Cinpinə isə hazırda siyasi-iqtisadi sabitlik həyati-vacibdir.
Əldə olunan razılaşma həm də Çinin diplomatik qüdrətindən xəbər verir. Çin SƏ üçün ən böyük neft ixrac bazarıdır + İranın 30%-dən çox ticarət dövriyyəsi Çinin payına düşür. Bu faktorlar Pekinin diplomatik çəkisini artırıb, hər iki tərəfi Çinin “xeyirxah xidmətlərinə” (“bons offices”) müsbət yanaşmağa vadar edir. Xarici işlər naziri Van İ Çinin gələcəkdə də regional münaqişələrin aradan qaldırılmasında konstruktiv rol oynayacağını bildirdi. Əldə edilən razılaşma + Van İ-nin bəyanatı Çinin münaqişələrdən əziyyət çəkən ölkələrə mediator olmaq təklifi kimi təfsir oluna bilər.
Nəticə
Əldə edilən razılaşma Tehran və ər-Riyad arasındakı ziddiyyətlərin təmamilə həll ediləcəyi və ya ABŞ-SƏ arasında strateji tərəfdaşlığın daha aktual olmaması anlamına gəlmir. Bu daha çox ABŞ-ın siyasi səhvləri ucbatından yaranan diplomatik vakuumların Çin tərəfindən doldurulmasından xəbər verir. SƏ-ABŞ arasında siyasi münasibətlərin əsasını təhlükəsizlik faktoru təşkil edir. Diplomatik əlaqələrin bərpasından savayı Tehran və ər-Riyad 2001-ci ildə imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlıq sazişini və 1998-ci ildə tarixli iqtisadi əməkdaşlıq sazişlərini də bərpa edəcəklərini bildirdilər. Çinin vasitəçiliyi ilə əldə edilən razılaşmalar davamlı olub, daha da inkişaf etsə ABŞ-SƏ arasında əlaqələr getdikcə zəifləyə, Çin ilə əlaqələr isə əksinə güclənə bilər.

👍22
ABŞ Milli Kəşfiyyat Müdirliyinin (MKM) “İllik Hədələrin Qiymətləndirilməsi”
hesabatı
I Hissə: Çin
MKM Pekin ABŞ-la artan rəqabəti epoxal geosiyasi dəyişikliyin bir hissəsi kimi görür və ona qarşı atılan addımları Çinin yüksəlişinin qarşısını almaq cəhdləri kimi nəzərdən keçirir.
Geosiyasət
Cənubi-Çin dənizində Pekin artan hərbi hava, dəniz və sərhəd mühafizə qüvvələrindən istifadə edib, rəqiblərini qorxutmağa davam edəcək. Eyni yanaşma Senkaku adaları məsələsində Yaponiyaya qarşı tədbiq ediləcək. “Bir kəmər, bir yol”, Qlobal inkişaf və qlobal təhlükəsizlik kimi təşəbbüslərlə Çin Qərbin başçılıq etdiyi b/institutlara alternativlər və yeni b/normalar yaratmağa cəhd edir. Hesabata görə Çin Moskvaya ictimai dəstəyi məhdudlaşdırsa da, “ABŞ-a çağırış olmağa davam etmək üçün” Rusiya ilə əməkdaşlığı davam etdirəcək.
Geoiqtisadiyyat
Çin növbəti illərdə də ABŞ-ın əsas texnoloji rəqibi olacaqdır. Çinin subsidiya, casusluq və ticarət siyasətindən istifadə etməsi ABŞ iqtisadiyyatına problemlər yaratmaq yanaşı, Pekinin qlobal texnoloji tərəqqi və standartlarda liderlik etmək səylərinə töhfə verir. Çin yarımkeçiricilər, vacib resurslar, akkumulyator, günəş batareyaları və əczaçılıq məhsulları daxil olmaqla bir sıra sektorların qlobal təchizat zəncirinin mərkəzini təşkil edir. 2020-ci ildə Si Cinpin böhran zamanı xarici ölkələri təhdid etmək üçün qlobal təchizat zəncirlərinin Çindən asılılığını artırmağın vacibliyini qeyd etmişdir. Çin mikrosxemləri istehsalı üzrə yeni zavodların tikintisində dünya lideridir. Çin 2019-cu ildə qlobal yarımkeçiricilərin istehsalının 11%-ni təşkil edirdisə, 2025-ci ildə bu göstərici 18%-ə çatacaqdır. Bütün bunlar ABŞ-ın Çindən asılılığına gətirə bilər. Çinin nadir torpaq elementləri daxil bir sıra strateji materialların hasilatı və emalı sahəsində üstünlüyü ABŞ-ın mülki-müdafiə istehsalı üçün ciddi problemdir. 2025-ci ilə qədər Çin litium-ion batareya bazarının 65%-nə və tədarük zəncirinin bütün hissələrinə nəzarət edəcək. Çin dünyanın aktiv əczaçılıq inqrediyentlərinin 40%-ni, dərmanların əsas tərkib hissəni istehsal edir. Günəş panel istehsalında Çinin qlobal payı indi 80%-dir, yaxın illərdə isə 95% olacaqdır.
Tayvan
Pekinin fikrincə ABŞ Tayvanı Çinin yüksəlişini sarsıtmaq üçün “piyada” kimi istifadə edir. Hesabata əsasən, Pekin Tayvanı birləşdirmək üçün həm stimul, həm təzyiq metodlarından istifadə edəcək. Vaşinqton-Taypeyin yaxınlaşması Çini Tayvan boğazının mərkəz xəttini keçməyə və Tayvanın üzərindən raket uçuşları həyata keçirməyə stimullaşdıracaq. MKM-ə əsasən, Çin Tayvan üzərində nəzarətə nail olsa bu yarımkeçirici və mikrosxemlər tədarük zəncirlərinin pozulması daxil olmaqla, genişmiqyaslı nəticələrə səbəb olacaqdır.
Hərbi
Pekin 2027-ci ildə ABŞ ilə mümkün genişmiqyaslı və davamlı münaqişə şəraiti üçün zəruri h/modernizasiya həyata keçirir. Çin artıq regionda ən böyük hərbi hava/dəniz qüvvələrinə malikdir. Yaxın/orta/uzaqmənzilli raketlər isə ABŞ-ın regiondakı qüvvələrini ehtimal ki, artıq hədəf altında saxlaya bilir. Cibutidə h/baza yaratdıqdan sonra Çin Kamboca, Ekvotarial Qvineya, BƏƏ-də də baza yaratmağı nəzərdən keçirdir. Pekin idxalı əvəzetmə sayəsində KQS və qabaqcıl adi silah istehsalında daxili müdafiə potensialını artırır. Çin nüvə çəkindirməsində ABŞ-dan geri qaldığını düşündüyünə görə ABŞ-a qarşı rəqabətcil nüvə strategiyasına keçid edir və qitələrarası ballistik raketlər üçün yüzlərlə yeni şaxta tikir.
Efirokratiya
2045-ci ilə qədər ABŞ-ı ötmək üçün Çin geniş kosmik proqram həyata keçirdir. MKM-in fikrincə Çin hətta 2030-cu ilə qədər kosmik texnologiyanın bəzi sahələri istisna olmaqla, qlobal statusa çatacaq. Çin Ayda robot-tədqiqat stansiyası, ardınca isə dövri ekipajla Ay bazası yaratmaq niyyətindədir. ABŞ-ın imkanlarını sarsıtmaq üçün Çin peyk kəşfiyyatı, peyk rabitəsi, yerüstü və orbital anti-peyk (radioelektron, enerji silahları, peykəleyhinə raketlər) silahlarını hazırlamağı davam edir. Çin, demək olar ki, ABŞ-da kritik infrastruktur xidmətlərini, o cümlədən neft-qaz kəmərləri və dəmiryol sistemlərini poza biləcək kiberhücumlar həyata keçirmək iqtidarındadır.

👍18👎1
MKM hesabatı
II Hissə: Rusiya
(I Hissə: https://news.1rj.ru/str/cssc_cqtm/232)
MKM Rusiya-Ukrayna müharibəsi RF-nin Qərb və Çinlə münasibətlərini qeyri-müəyyən inkişafa sürükləyən tektonik hadisə kimi nəzərdən keçirdir. Hesabata görə RF növbəti onillikdə ABŞ üçün əsas və daha az proqnozlaşdırıla bilən problem olaraq qalacaq. Növbəti on ildə RF rəqabətli, qarşıdurma və təxribat xarakterli yollarla Ukrayna və digər postsovet ölkələrində dominantlığa can atacaq. MKM-in fikrincə RF maraqlarının təhlükə altında olduğunu, atacağı addımların əks-təsirlərinin az olduğunu, hakimiyyət boşluğundan istifadə etmə fürsətini, öz milli təhlükəsizlik və siyasi rejimi ekzistensial hədə gördüyü zaman gücdən istifadə edəcək.
Qlobal miqyas
RF qlobal səviyyədə hərbi, kəşfiyyat, ticarət və enerji varlığını qoruyacaqdır. RF NATO ilə birbaşa hərbi münaqişə istəməsə də, bunun baş vermə ehtimalı var. ABŞ-ı təhdid qismində nəzərdən keçirdiklərinə görə RF və Çin hərbi və diplomatik sahələrdə əməkdaşlığı davam edəcəklər. Qərbin Ukraynaya dəstəyini sarsıtmaq üçün RF enerji və taxıldan təsir/təzyiq vasitəsi kimi istifadə etməyə davam edəcək.
Regional miqyas
RF-nin MAR, Liviya, Mali və Suriyada mövcudluğunu qoruma, ABŞ-ın liderliyini sarsıtma, əvəzedilməz vasitəçi və təhlükəsizlik üzrə tərəfdaş olma cəhdləri davam edəcək. Sanskiyalardan yayınmaq yolları axtardıqlarına və iqtisadi-hərbi əməkdaşlığa can atdıqlarına görə RF-İran münasibətləri inkişaf edəcək. Qərb yarımkürəsində RF Argentina, Braziliya, Kuba, Nikaraqua və Venesuella ilə diplomatik-iqtisadi əlaqələri qorumağa çalışacaq. Resursların əhəmiyyətli hissəsi Kiyevə qarşı səfərbər olunduğuna görə RF Belorusiya, Mərkəzi Asiya və Cənubi Qafqaza 2020-ci ildə olduğu qədər müdaxilə edə bilməyəcək.
Ukrayna
İlkin planın iflası Rusiyanı Kiyevi tutmaq niyyətindən daşındırıb, diqqətin Donbas və cənub rayonlarına yönəlməsini şərtləndirdi. Çox güman ki, RF-nin hərbi uğursuzluqları prezident Putinin reputasiyasını aşağı salacaq və onu ictimai dəstəyi qaldırmaq üçün eskalasiya səviyyəsini artırmağa vadar edəcək.Qismən səfərbərlik şəxsi heyət çatışmazlığı problemini azaltsa da, özündə müharibəyə ictimai dəstəyi dağıtmaq riskini daşıyır. Qüvvələr Donbasda konsolidasiya olunsa da ehtimal ki, RF 2023-cü ildə Donbası tam tuta bilməyəcək.
Hərbi imkanlar
Hərbi imkanların azalması Moskvaya Avropanın təhlükəsizliyinə adi hərbi təhdid yaratmağa, Avrasiya və dünyada iddialı mövqedən çıxış etməyə imkan vermir. RF postsovet məkanındakı quru qoşunlarını və xaricdəki Vaqner tipli şirkətlərin aktivlərini azaltmağa məcbur oldu. Quru qoşunların zəifləməsi Rf-ni nüvə, kiber və kosmik imkanlardan daha asılı etdi. Hərbi imkanlar azalsa da RF donanma, uzaqmənzilli bombardmançı təyyarələr və Vaqner tipli şirkətlər sayəsində dünyadakı hərbi mövcudluğunu qoruyacaqdır.
KQS
RF dünyada ən böyük və ən döyüşqabiliyyətli nüvə arsenalına malikdir. Hərb uğursuzluqlardan sonra Putin RF-ni müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazır olduğunu Qərbə açıq şəkildə bildirdi. RF ABŞ-ın raket əleyhinə müdafiə sistemlərindən yan keçmək üçün nəzərdə tutulmuş nüvə başlıqlı uzunmənzilli raketlərin və sualtı daşıma sistemlərinin modernizasiyanı həyata keçirir.
Kiber/Bədxassəli təsir
Kiber aktivlik gözləniləndən zəif olsa da, RF casusluq, nüfuz və kiberhücum imkanlarını təkmilləşdirdiyinə görə əsas kiber təhlükə qalmaqda davam edir. RF kiber imkanlarını ABŞ-ın kritik infrastrukturuna hücum edə bilmək məqsədilə təkmilləşdirir. 2022-ci il aralıq seçkiləri daxil olmaqla, RF onilliklər ərzində seçkilərə təsir əməliyyatları aparır.
Efirokratiya
Beynəlxalq sanksiyalara, kosmik sektorun daxili problemlərinə, artan rəqabətə baxmayaraq RF ABŞ-ın kosmik sferada aparıcı rəqibi olmaqda davam edəcək. Bununla belə məhdud resurslar Moskvanı milli təhlükəsizlik üçün mühüm hesab edilən naviqasiya, sinxronlaşdırma, geolokasiya, kəşfiyyat, müşahidə və araşdırma kimi məsələlərə üstünlük verməyə məcbur edəcək.
RF həmçinin yerüstü və orbital anti-peyk (enerji silahları, rəqibin C4ISR imkanlarını, GPS sistemini poza, deaktiv edə bilən) silahları hazırlayır.

Telegram
CSSC Baku
ABŞ Milli Kəşfiyyat Müdirliyinin (MKM) “İllik Hədələrin Qiymətləndirilməsi”
hesabatı
I Hissə: Çin
MKM Pekin ABŞ-la artan rəqabəti epoxal geosiyasi dəyişikliyin bir hissəsi kimi görür və ona qarşı atılan addımları Çinin yüksəlişinin qarşısını almaq cəhdləri…

👍17
Milli Kəşfiyyat Müdirliyinin Hesabatı
III Hissə: İran və Şimali Koreya
İran növbəti illərdə ABŞ-ın maraqlarına hədə yaratmağa, Yaxın Şərqdəki nüfuzunu sarsıtmağa, hakimiyyətini qonşu ölkələrə yaymağa və rejimə istənilən təhdidə müqavimət göstərməyə davam edəcək. Məqsədlərə çatmaq üçün İran diplomatiyadan, genişlənən nüvə proqramından, proksi və tərəfdaş qüvvələrdən, həmçinin hərbi texnika satışından istifadə edəcəkdir. Rejim bir tərəfdən özünü ABŞ və onun regional müttəfiqləri ilə ekzistensial mübarizədə görür, digər tərəfdən isə regional liderlik kimi uzunmüddətli ambisiyalarını həyata keçirir.
Nüvə proqramı
Nüvə alimi M.Fəxrizadə qətlə yetirildikdən sonra İran daha nüvə sazişi (JCPOA) ilə bağlı olmadığını bəyan edib, nüvə proqramını intensivləşdirdi. MKM-in fikrincə İrana qarşı sanksiyalar yumşaldılmasa, İran rəsmiləri ehtimal ki, uranın 90 faizə qədər zənginləşdirilməsini nəzərdən keçirəcəklər. İran regionda ən böyük ballistik raket arsenalına malikdir. İran “Simorgh” daxil kosmik daşıyıcı raketlər (SVL) üzərində iş aparmaqla qitələrarası ballistik raketin (İCBM) əldə edilməsinə yaxınlaşır (SVL və İCBM-in əsasını oxşar texnologiya təşkil edir). Nüvə proqramını və raket texnologiyasını inkişaf etdirməklə bərabər Tehran sanksiyaların yumşalacağı və ABŞ-ın JCPOA üzrə öhdəlikləri yerinə yetirəcəyi təqdirdə nüvə sazişinə qayıdacağını bəyan edir.
Daxili problemlər
2022-23-cü ildə İran 1979-cu ildən bəri ən kütləvi və müddətli iğtişaşlarla qarşılaşdı. İğtişaşlar tez bir zamanda cəmiyyətin geniş təbəqələrini əhatə edib, “İslam Respublikasından ümumi narazılığa” çevrildi. MKM-in fikrincə hətta rejim qorxu və zorakılıq sayəsində bu mərhələdə iğtişaşlara tab gətirsə, növbəti ildə artan iqtisadi böhran + rejimin legitimliyinin şübhə altına alınması iğtişaşları bərpa edib, daha böyük qeyri-stabillik yarada bilər.
Regional təhdid
İran raket və PUA-lar + Hizbullah kimi proksilər sayəsində İsrail üçün əsas təhdid olmağa davam edir. İraqın şiə silahlılarını dəstəklədiyinə görə İran regional qeyri-stabillik mənbəyi olub, ABŞ-ın İraq kontingentinə əsas təhlükə olmaqda davam edir. B.Əsəd rejiminə iqtisadi/hərbi dəstək + Yəməndə husilərə dəstək S/Ərəbistanı daxil ABŞ-ın regional tərəfdaşlarına təhlükə yaradır.
Hərbi imkanlar
SEPAH İranın hərbi gücünün mərkəzi olaraq qalacaqdır. İran qabaqcıl döyüş təyyarələri, təlim təyyarələri, helikopterlər, hava hücumundan müdafiə sistemləri, para-donanma patrul gəmiləri və döyüş tankları kimi yeni adi silah sistemləri əldə etməyə çalışacaq. Amma iqtisadi problemlər bu sistemlərin əldə edilməsinin sürət və miqyasına məhdudiyyət tədbiq edəcək.
ŞİMALİ KOREYA
Kim rejimi nüvə silahı və İCBM-ni avtoritar hakimiyyəti qoruma vasitəsi kimi nəzərdən keçirdir. Rejim nüvə silahından əl çəkmək fikrində olmayıb, Şimali Koreyanın nə vaxtsa nüvə dövləti kimi tanınacağını zənn edir. Məhdudiyyətlər + pandemiyanın aradan qaldırılmasında ordudan asılılıq ehtimal ki, SQ-nin döyüş qabiliyyətinin aşağı düşməsinə gətirdi. Bununla belə aparıcı birləşmələr döyüş tapşırıqlarını yerinə yetirmək qabiliyyətini saxlayırlar. Kim ABŞ-ın və region ölkələrinin raket əleyhinə müdafiə sistemlərindən yayına bilən raket qüvvələri yaratmaq niyyətindədir. Bunun üçün Pxenyan Çin və Rusiyadan ikili təyinatlı komponentlər idxal etməyə davam edir. Şimali Koreyanın kiber proqramı casusluq və cinayətkarlıqdan ibarət mürəkkəb və çevik bir təhlükədir. Pxenyanın kiber qüvvələri yetkin olub, hətta ABŞ ərazisində strateji tapşırıqlar yerinə yetirmək iqtidarındadır. Pxenyanın, ABŞ-ın bəzi kritik infrastruktur şəbəkələrində müvəqqəti, məhdud fasilələr yaratmaq və ABŞ-da biznes şəbəkələrini pozmaq təcrübəsi var. Pxenyan hərbi modernizasiya üçün vacib olan texniki məlumatları əldə etmək üçün kiber-casusluqdan geniş istifadə edir. 2022-ci ildə Pxenyan Sinqapurda yerləşən blokçeyn texnologiyası şirkətindən $625 mln. oğurladı.

Si Cinpinin Rusiya səfəri
Si Cinpin 3cü dəfə sədr seçildikdən sonra birinci xarici səfərini Rusiyaya etdi. Səfər Beynəlxalq Haaqa məhkəməsinin Rusiya prezidenti Putinin həbsinə order imzalaması vaxtına təsadüf etdi. Çin Roma statutunu imzalayan ölkələrdən olmasa da, Si Cinpinin RF-yə səfəri və Putini Çinə dəvət etməsi Qərbin ünvanına siyasi mesaj kimi nəzərdən keçirilə bilər. Görüşün nəticələri liderlərin qəbul etdikləri bəyanatda əksini tapdı. Bəyanatda Çin Rusiyanın, Rusiya isə Çinin maraq spektrini tanımış/dəstəkləmiş oldu.
Rusiyanın maraq spektri
RF üçün hazırda aparıcı mövzu Ukraynadır. Müharibə başlayandan Qərb Rusiyanı diplomatik təcridə məruz qoyub. Qərbi qəzəbləndirməmək üçün hətta Rusiyanın yaxın tərəfdaşları belə diplomatik neytrallığa üstünlük verir. Çinin bəyanatda Ukrayna ilə bağlı RF-nin mövqeyini və danışıqlara hazır olmasını müsbət qiymətləndirməsi Moskva üçün əhəmiyyətlidir. Bəyanatda Çin RF-nin narrativlərini təkrarlayıb, böhranının həll edilmə yolları qismində “blokların qarşıdurması və münaqişənin qızışdırılmasının qarşısının alınmasının” vacibliyini qeyd edir.
Çinin maraq spektri
Çin üçün aparıcı mövzu Tayvandır. Birgə bəyanatda RF bir daha Tayvanı Çinin tərkib hissəsi hesab etdiyini bildirib, onun istənilən formada müstəqilliyinə qarşı çıxdığını qeyd etdi. Birgə bəyanatın bəndlərindən biri AUKUS ilə bağlı idi. 2021-ci il razılaşmasına əsasən, Avstraliya ABŞ-dan 5 ədəd nüvə sualtı qayığı (s/q) əldə etməlidir. 2023-cü ilin mart hesablamalarına görə ABŞ-ın 67, Rusiyanın 31, Çinin 12, Böyük Britaniyanın 10, Fransanın 9, Hindistanın 1 nüvə s/q vardır. ABŞ-ın Britaniya və Fransa ilə NATO, Hindistan və Avstraliya ilə isə Quad çərçviəsində çərçivəsində strateji müttəfiq/tərəfdaş olduğunu nəzərə alsaq ABŞ-ın regionda ümumi qüvvələri 92 s/q-a bərabər olur. Mövcud qeyri-tarazlığın qismən aradan qaldırılmasının yeganə yolu Rusiya ilə hərbi koordinasiyanın (43 s/q) həyata keçirilməsidir. Çin RF-nin NATO-nun genişlənməsi ilə bağlı narahatçılığını bölüşdüyü kimi RF da birgə bəyanatda Çinin Asiya-Sakit okean regionunda “qapalı eksklüziv blok strukturlarının, blok siyasətinin və müxalif düşərgələrin” formalaşmasına dair narahatçılığını bölüşür.
Üst-üstə düşən maraqlar
Dünyanın 80 ölkəsində 750 hərbi bazaya malik ABŞ-dan fərqli olaraq RF və Çinin xarici hərbi mövcudluğu çox məhduddur. Bu baxımdan birgə bəyanatda hər iki tərəf nüvə silahının ölkə xaricində yerləşdirilməsinə qarşı çıxır. Çin Rusiyaya qarşı tədbiq edilən sanksiyaların nə vaxtsa ona qarşıda da istifadə olunacağından ehtiyat edib, BMT TŞ-dan kənar qəbul edilən birtərəfəli sanksiyaları qəbuledilməz sayır. Tərəflər insan haqqlarının müdafiəsi bəhanəsi ilə daxili işlərə qarışmanı qəbuledilməz sayıb, “rəngli inqilablara və digər təhlükələrə qarşı mübarizədə hüquq-mühafizə sahəsində əməkdaşlığı genişləndirəcəyini” bildirirlər.
Həm Moskva, həm də Pekin (fərqli səbəblərdən) Ukrayna müharibəsinin davam etməsində maraqlıdırlar. Lakin Rusiyanın müharibə aparmasına iqtisadi (müharibəyə qədər xarici ticarət dövriyyəsinin 51%-i “qeyri-dost ölkələrin” payına düşürdü) və texnoloji (mikroçiplərin ixracına sanksiya qoyulub) problemlər mane olur. Bütün bu problemləri aradan qaldırmaq məqsədilə tərəflər birgə bəyanatda enerji sektorunda hərtərəfli tərəfdaşlığı gücləndirəcəklərini və “texnoloji liderliyi təmin etmək üçün elmi mübadilələri genişləndirəcək”lərini bildirirlər.
Nəticə
RF-Ukrayna müharibəsi başlayanda ABŞ-ın bir vacib strateji vəzifəsi var idi: RF və Çin cəbhələrinin vahid cəbhə olmasına imkan verməmək! Lakin ABŞ-ın səriştəsizliyi RF və Çinin qarşılıqlı sürətdə bir-birinə tərəf addımlamasına gətirdi. Si Cinpinin Rusiya səfərinə qədər ABŞ-ın fərqli ehtimalla Rf-ni öz tərəfinə çəkmək (ideal), və ya onu mümkün qədər az resurs sərf etməklə tez zərərsizləşdirmək (real variant) kimi iki variantı var idi. Səfərdən sonra RF-ni az resurs sərf etməklə zərərsizləşdirmə aktual, RF-nı öz tərəfinə çəkmə isə real deyil. RF-Çin yaxınlaşması Pekinin manevr imkanlarını məhdudlaşdırsa da, ABŞ ilə gələcək qaçılmaz qarşıdurmada mövqelərini möhkəmləndirmiş olur.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin baş elmi işçisi Orxan Bağırovun “Azərbaycan Avropanın Yaşıl Enerji Bazarında Mövqeyini Gücləndirir” adlı məqaləsi Ceymstaun (Jamestown) fondunun Gündəlik Avrasiya (Eurasia Daily Monitor) jurnalı tərəfindən çap edilmişdir.
Məqalədə ilk olaraq fevralın 13-də Bakıda əsası qoyulan azadlıq dövrünün ən böyük istilik stansiyası olacaq 1280 Meqavat gücündə stansiya haqqında məlumat verilir. Qeyd edilir ki, stansiyanın ümumi dəyəri 400 milyon dollar olacaqdır hansı ki, eyni tipli stansiyalardan 2-3 dəfə daha ucuzdur. Stansiyanın qənaətcil olmağı onun Azərbaycanın enerji mərkəzi olan və hazır infrastruktura malik Mingəçevirdə tikilməsi ilə əlaqədardır. Stansiyanın 2025-ci ildə işə düşdükdən sonra qoyulan investisiyaları cəmi 5 il ərzində çıxaracağı gözlənilir.
Stansiyanın tikintisində və fəaliyyətində ən müsair texnologiyalardan istifadə ediləcəkdir ki, bu da havaya buraxılacaq karbonun həcminin 2 milyon ton daha az olmasına və il ərzində ənənəvi stansiyalar ilə müqayisədə 800 milyon-1 milyard kubmetr qaza qənaət etməyə imkan yaradacaqdır. Bu stansiya Azərbaycanın yaşıl enerji proqramının icrasına və onun yaşıl enerji məhsullarının ixracına böyük tövhə verəcəkdir.
Daxili tələbatı ödəməklə yanaşı, Azərbaycanın yaşıl enerji sektorunu inkişaf etdirməkdə və elektrik enerjisi isthesalını artırmaqda məqsədi Avropanın əsas yaşıl enerji təminatçılarından birinə çevrilməkdir. Bu istiqamətdə artıq bir neçə vacib addım atılmışdır. Belə ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumınya və Macarıstan liderləri Azərbaycandan Avropaya yaşıl enerji daşıyacaq, Qara Dənizin dibi ilə kabelin çəkilməsi üçün müqavilə imzalamışdır. Avropa Komissiyası layihə üçün 2.4 milyard dollar ayıracaqdır. Bu layihə Avropanın özünün enerji bazarlarını şaxələndirmək siyasətinin bir hissəsidir.
Daha sonra məqalədə diqqətə çatdırılır ki, son illərdə Azərbaycan yaşıl enerji sektorunun inkişafını sürətləndirmişdir. “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri” sənədində yaşıl enerji potensialının, xüsusilə elektrik enerjisi istehsalının genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib.
Bundan başqa, 2022-ci ildə Xızı-Abşeron külək stansiyasının, Qaradağda günəş enerjisi stansiyasının əsası qoyulmuşdur. Azərbaycan bu layihələri icra etməklə ümumi enerji istehsalında yaşıl enerjinin payını hazırkı 17.3%-dən, 2025-ci ilə qədər 24%-ə, 2030-cu ilə qədər isə 30%-ə çatdırmaq istəyir. Azərbaycan 2027-ci ilə qədər 3 Qeqavatt külək, 1 Qeqavatt günəş enerjisi istehsal etməyi planlaşdırır ki, onun da 80%-i ixrac ediləcəkdir.
Məqalədə o da diqqətə çatdırılır ki, Azərbaycanın Qarabağ regionu yaşıl enerji istehsalını artırmaq üçün böyük potensiala malikdir. Region 3-4 min Meqavat günəş enerjisi, 300-500 Meqavat külək enerjisi potensialına malikdir. Eyni zamanda, Qarabağ böyük su ehtiyatlarına (Azərbaycanın ümumi su ehtiyatlarının 25%-i) malikdir ki, bu da su elektrik stansiyalarının tikilməsinə imkan yaradır. İkinci Qarabağ Müharibəsindən sonra Qarabağda 9-dan çox su elektrik stansiyası istifadəyə verilmişdir.
Sonda isə qeyd edilir ki, özünün külək, günəş və hidroenerji potensialı ilə Azərbaycan böyük həcmdə elektrik enerjisi istehsal edərək Avropaya ixrac etmək imkanına malikdir. Son 10 ildə Azərbaycan elektrik enerjisi ixracını 4.5 dəfə artırmışdır. Ona görə də qeyd edilən stansiyalar və Qara Dənizin altından keçən kabel hazır olduqdan sonra Azərbaycan daha çox yaşıl enerji istehsal etmək imkanına malik olacaqdır və Avropanın əsəs yaşıl enerji təminatçılarından birinə çevriləvəkdir. Bu da Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mövqeyini möhkəmləndirəcəkdir.
@cssc_cqtm
Daha etraflı: https://jamestown.org/program/azerbaijan-strengthening-its-position-in-europes-green-energy-market/

Jamestown
Azerbaijan Strengthening Its Position in Europe’s Green Energy Market
On February 13, the groundbreaking ceremony was held in Baku for the largest thermal power station (TSP) yet to be built in Azerbaijan with a planned capacity of 1,280 megawatts (MW) (Apa.az, February 13). The project’s total value is estimated at around…
👍17
Çin-Azərbaycan münasibətləri: maraq və təşəbbüslər
Çin Asiya-Sakit okean regionunun aparıcı qüvvəsi və formalaşmaqda olan yeni dünya düzəninin bir qütbüdür. Azərbaycan öz növbəsində Cənubi Qafqazın (CQ) lideri və Çinin Avropaya açılan qapılarından biridir. Bu faktorlar + bir çox məsələlər üzrə ortaq baxış/maraqlar Bakı və Pekinin bir-birinə doğru addımlamasını şərtləndirir.
Qarabağ/Tayvan
Çin Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan isə Tayvan, Tibet və “Şərqi Türküstan” məsələlərində Çinin mövqeyini dəstəkləyir. Bu mövqe 1996, 2005 və 2015-ci il səfərləri zamanı qarşılıqlı sürətdə təsdiqlənmişdir. 2015-ci il birgə bəyanatında isə “tərəflər birinin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı ittifaq və ya blokda iştirak etmədiklərini, ərazilərində digər tərəfin dövlət suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə zərər vuracaq təşkilat və qruplaşmaların yaradılmasına yol vermədiklərini və ərazilərində onların fəaliyyətini qadağan etdiklərini bir daha bəyan edirlər”. Hazırda Çinin Huawei şirkəti Qarabağda “ağıllı şəhər/kəndlərin” yaradılmasında aktiv iştirak edir.
İqtisadiyyat
Çinin CQ-da ən böyük ticarət tərəfdaşı Azərbaycandır. Azərbaycan və Çinin ticarət dövriyyəsi 2015-ci ildə $561 mln., 2016-cı ildə $975 mln., 2017-ci ildə $1,29 mlrd., 2019-cu ildə $2,18 mlrd., 2021-ci ildə isə $1,7 mlrd., 2022-ci ildə isə $2.16 mlrd təşkil etmişdir. Azərbaycanın Urumçi, Luco və Şanxayda ticarət evləri fəaliyyət göstərir. 2019-cu ildə Çin şirkətləri Azərbaycana $800 mln., Azərbaycan isə Çinə $1,7 mlrd. investisiya yatırtmışdır. 2018-ci ildə SOCAR və “BGP Inc.” şirkətləri birgə müəssisənin yaradılması haqqında saziş, 2019-cu ildə isə iki ölkə şirkətləri ümumi dəyəri $821 mln. olan 10 sənəd imzalamışlar.
Logistika
Çinin “Kəmər və yol” layihəsinin 6 istiqamətindən biri Azərbaycandan keçir. Rusiyanın logistik blokadaya alınması səbəbindən bu istiqamətlərdən ikisi hazırda qeyri-aktualdır. 3 avqust 2015-ci ildə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində ilk sınaq “Nomand ekspress” konteyner qatarı Bakı Limanına çatdı. Marşrutun inkişafı məqsədilə yaradılmış Koordinasiya Komitəsi Bakı, Aktau, Poti və Batumi limanlarının + Qazaxıstan, Çin, Azərbaycan dəmiryollarının qarşılıqlı inteqrasiyası istiqamətində aktiv işlər görür. BTQ Çin-Avropa arasında yükləri 12-15 gün, yəni dəniz yolu daşımalarından iki dəfə daha tez çatdırır.
Nəticə
Uzun illər Çin CQ Rusiyanın maraq sferası kimi tanıyırdı. Lakin, Rusiyanın zəifləməsi CQ daxil bir çox regionlarda geosiyasi vakuum formalaşdırdı. Çin bu boşluğu doldurmaq uğrunda ABŞ, Aİ və Türkiyə ilə rəqabət aparır. Çin 1999-cu ildə Ermənistana 8 ədəd “Tayfun” tipli raket kompleksi, 2013-cü ildə isə AR1A raket kompleksləri satsa da, hazırkı Ermənistan iqtidarının Qərbmeylli siyasəti Çinin maraqları ilə ziddiyyət təşkil edib, Pekinin Bakıya meyl etməsini şərtləndirir. Çini regionda daha aktiv rol oynamağa təhrik edən digər amil – rəqibi Hindistanın son müddət CQ-a xüsusi diqqət ayırmasıdır.
Çin maraqlarını həm birbaşa, həm də İran və Rusiya kimi müttəfiqlər vasitəsilə irəli çəkə bilər. Bakı üçün Çinin birbaşa iştirakı daha arzuolunandır, çünki Çin Tayvan və Cənubi Çin dənizi çıxmaq şərti ilə digər regionlarda iqtisadi maraqlarını siyasi maraqlardan daha üstün tutur.
İran əleyhinə formalaşmış koalisiyanın əsas oyunçularından biri Səudiyyə Ərəbistanı (SƏ) idi. Çinin iki ölkə arasındakı diplomatik münasibətlərin bərpa edilməsində uğurlu vasitəçiliyi anti-İran koalisiyasını zəiflədib, İranın Azərbaycana qarşı destruktiv fəaliyyətini artırmış oldu. Lakin, Bakı Çinin diplomatik çəkisindən, İranın Çindən asılılığından istifadə edib, Pekini Bakı-Tehran arasında münasibətlərin nizamlanmasına cəlb edə bilər. Bakı və Tehran arasında gərginliyin azalması Çinin də maraqlarına cavab verir. Belə ki, iki enerji ixrac edən ölkənin müharibə şəraitinə gəlməsi dünyada enerji resurslarının qiymətini kəskin artıra → Çinin iqtisadi artım tempini zəiflədə və Orta dəhlizinin fəaliyyətinə təhlükə yarada bilər.

👍27
Yeni dünya düzənində Qoşulmama Hərəkatının yeri
Rusiya-Qərb qarşıdurmasının nəticələrinə uyğun olaraq yaranacaq yeni dünya düzənində Qoşulmama Hərəkatı xüsusi yer tutacaqdır. Qoşulmama Hərəkatı 120 ölkəni əhatə edib, özündə “Üçüncü Dünyanı” və ya “Qlobal Cənubu” təcəssüm etdirən bir təsisatdır.
Geosiyasi/iqtisadi potensial
Geosiyasi cəhətdən Qoşulmama Hərəkatı daxili aypara (Hindistan, İran, Ərəbistan yarımadası, Məqrib ölkələri), xarici aypara (Afrika + Okeaniya ölkələri) və “Heartland” (Monqolustan, Belorusiya, Türkmənistan, Özbəkistan) kimi regionları əhatə edir. Geoiqtisadi cəhətdən üzv ölkələr dünya enerji resurslarının və iqtisadi tələbatın böyük hissəsini təşkil edir. Təsisatın logistikin potensialı da yüksəkdir: üzv ölkələr (Şimal-buzlu okeanı çıxmaq şərti ilə) beş okeandan dördünə, Aralıq dənizi, Qırmızı dəniz, Xəzər dənizi, Fars körfəzi, Hörmüz boğazı, Cəbəllütariq boğazı və Süveyş kanalına çıxışa malikdirlər.
“İndiki reallığın əks olunmaması”
BMT Təhlükəsizlik Şurasının cari tərkibi müharibədə qalib ölkələri özündə ehtiva edir. O vaxtdan bəri beynəlxalq sistem iki dəfə ciddi dəyişikliyə məruz qalsa da (ikiqütblü dünya → birqütblü dünya → birqütblü dünyanın böhranı) BMT TŞ-nın tərkibi sabit qaldı. Bu səbəbdən BMT TŞ-nın cari tərkibi “indiki reallığı əks etdirmir”. Məsələyə fərqli bucaqlardan baxıb, bunda əmin olmaq olar: Global firepower indeksinə görə 2023-cü ildə Hindistan (4-cü yer) Böyük Britaniyadan (5-ci yer), Cənubi Koreya, Pakistan və Yaponiya isə (6-8-ci yerlər) Fransadan daha güclü dövlət hesab olunur; Almaniyanın iqtisadiyyatı Fransadan, Yaponiyankı isə Böyük Britaniyadan daha güclüdür; dünya əhalisinin 1/6 hissəsi müsəlman olsa da daimi üzvlər içərisində bir dənə də olsun müsəlman ölkəsi yoxdur.
Mövcud problemlər
Cari reallığın TŞ-da əks olunmaması neokolonializm kimi bir çox problemlərə səbəb olur. Azərbaycan prezidentinə əsasən, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə dəstəkləmişdir. Fransanın yeni müstəmləkəçilik siyasətini tənqid edən dövlət başçısı rəsmi Parisi Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə + Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırmışdır.
Zəruri addımlar
Mövcud problemlərin həlli Qoşulmama Hərəkatının dünyada siyasi çəkisinin artmasını və BMT-də köklü islahatların keçirilməsini tələb edir. Bu iki zəruri addım Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi və orada bir yerin daimi Qoşulmama Hərəkatına verilməsi ilə tənzimlənə bilər. Bu daimi yerə Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə sahib olmalı və üzv ölkələrin qarşılaşdığı problemlərin həllinə kömək etməlidir. Dolayısı olaraq Hərəkat ən azı iki dəfə BMT TŞ səviyyəsində ədalətin öz yerini tapmasına kömək etmişdir. II Qarabağ müharibəsi zamanı Fransa və Rusiya tərəfindən hazırlanmış anti-Azərbaycan bəyanatı BMT TŞ-nın qeyri-daimi üzvləri olan və Qoşulmama Hərəkatının üzvü olan İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikası tərəfindən uğurla dəf edilmişdir. Eyni hal 2022-ci ildə də baş vermişdir. Bu uğurlu təcrübə Qoşulmama Hərəkatının siyasi çəkisinin artırılması və BMT-də köklü islahatların keçirilməsi üçün presedentə çevrilməlidir.
Nəticə
Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri Qoşulmama Hərəkatının təsisatlanmasıdır. Bakının sədrliyi dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub, və işğaldan azad edilən Şuşada Hərəkata üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradılıb. Bütün bunlar müəyyən olunmuş böyük hədəf istiqamətində atılan kiçik, amma çox vacib addımlardır.

👍30
İsrail: məhkəmə islahatı/inqilabı
Seçki nəticələrinə uyğun olaraq B.Netanyahu (BN) hökümət formalaşdırmaq üçün ultramillətçi/ortodokslarla koalisiyaya girməyə məcbur oldu. Əhali onsuz da mürəkkəb olan yəhudi-fələstin münasibətlərinin ultrasağçılar tərəfindən daha da kəskinləşdiriləcəyindən ehtiyat edirdi.
Problemli Koalisiya
Dini Sionizm partiyasının lideri B.Smotriç yeni hökümətdə maliyyə naziri, əvvəllər irqçilik və terrorizmə görə məhkum olunmuş İ.Ben-Qvir isə Daxili Təhlükəsizlik Naziri portfelini əldə etdi. B.Smotriç Fələstin muxtariyyətinin yerləşdiyi İordan çayının Qərb sahilindəndir. Bu ərazi İsrail tərəfindən “Altı günlük müharibə” zamanı nəzarətə götürülmüşdü. Beynəlxalq ictimaiyyət Ərəb-İsrail münaqişəsinin tənzimlənməsində “iki xalq üçün iki dövlət” formulsaından çıxış etsə də, İsrail, xüsusilə hazırkı ultra-mühafizəkar hökümət bu yanaşmanı birmənalı olaraq rədd edir. Hazırda İordan çayının Qərb sahilində 600 min yəhudinin yaşadığı 140 yaşayış məskəni salınıb. Smotriç maliyyə naziri olmaqla yanaşı, bu əraziyə nəzarət edən və fələstinlilərin həyati üçün vacib qərar qəbul edən məsul şəxsdir. Məhkəmə islahatı bu narazılıqlar zəncirinin sadəcə son bəndi idi.
Məhkəmə islahatı
İsraildə Ali Məhkəmə (AM) 9 nəfərdən ibarət (ədliyyə naziri + AM sədri + AM-ın iki hakimi + hökümətdən 1 nazir + Knessetin 2 üzvü + vəkillər kollegiyasının 2 üzvü) Komitə tərəfindən formalaşdırılır. Netanyahuya görə Knessetdən fərqli olaraq AM xalq tərəfindən seçilmədiyinə görə qanunverici orqanın qərarlarına veto qoya bilməz. BN-nin məhkəmə islahatına görə Knesset sadə (61) səs çoxluğu ilə AM-ın vetosunu ləğv edə biləcək. İslahatın əleyhdarları yeni islahatın hakimiyyət qolları arasında balansı pozub, İsraildə hakimiyyət iyerarxiyasının formalaşmasına gətirəcəyini iddia edirlər.
Parçalanma xəttləri
Tərəflərin barışmaz mövqeyi yüz minlərlə etirazçını küçəyə çıxartdı. Etirazın pik vaxtlarında bu göstərici 500 min nəfəri də üstələyirdi. 9 milyonluq İsrail üçün bu çox böyük rəqəmdir. Etirazlar siyasi narazılıq səviyyəsini keçib, milli təhlükəsizlik baxımından problemə çevrildi. İsrail daima xarici təhlükələrlə üzləşən kiçik ölkə olduğuna SQ-nin əsasını 40 yaşa qədər mütəmadi hərbi toplantılara cəlb edilən vətəndaşlar təşkil edir. Bu baxımdan əhalinin nəzərəçarpan hissəsinin etirazlara qoşulması İsrailin milli təhlükəsizliyinə də mənfi təsir göstərmişdir. 40 nəfərdən ibarət elit pilot eskadronundan 37-si etiraz əlaməti olaraq hərbi təlimlərdə iştirak etməyəcəyini bildirmişdi. Məhkəmə islahatına qarşı çıxmış müdafiə naziri Qalant isə baş nazir tərəfindən istefaya göndərilmişdir.
Nəticə etibarı ilə ölkə siyasi elita ↔ hərbi elita, prezident ↔ baş nazir, xarici işlər nazirliyi ↔ səfirlik/konsulluqlar, xalq ↔ hakimiyyət, müxalifət ↔ iqtidar, sekulyarlar ↔ ortodokslar, mülayimlər ↔ millətçilər, liberallar ↔ mühafizəkarlar xəttləri üzrə parçalanmalara məruz qaldı. Parçalanma hətta BN-nin Likud partiyasında belə müşahidə edildi. Müdafiə nazirinin istefası partiyanın bir qisminin BN-nin, digər qisminin isə Qalantın tərəfinə keçməsini şərtləndirdi.
Nəticə
İsrailin vahid Konstitusiyası yoxdur. Bu funksiyanı İstiqlaliyyət Bəyannaməsi (Declaration of Establishment), “Əsas Qanunlar” (Basic Laws), “Qayıdış Qanunu” (Law of Return), Knesset, Hökümət və Ali Məhkəmənin vacib qərarları oynayır. Konstitusiyanın olmaması hakimiyyət qolları arasında səlahiyyət bölgüsü məsələsini mübahisəli edib, hüquqi və siyasi ziddiyyətlər formalaşdırır.
Vəziyyəti xilas etmək üçün BN məhkəmə islahatını yaya qədər dayandırdığını elan etdi. Etirazçılar bundan qane olmayıb, məhkəmə islahatının ümumiyyətlə ləğv edilməsini tələb etdilər. BN-nin tərəfdarları isə əksinə, məhkəmə islahatının ləğv ediləcəyi təqdirdə baş naziri küçələrə çıxmaqla hədələdilər.
Ehtimal ki, etirazlar səngidikdən sonra dərin və uzunmüddətli daxili/xarici böhrandan qurtulmaq zərurətindən çıxış edərək tərəflər kompromisli (islahatın növbəti seçkilərə saxlanılması, AM vetosunu sadə yox, 2/3, ¾ səs çoxluğu ilə ləğv etmə, vahid Konstitusiyanın qəbulu və s. bu kimi) variantlar üzərində işləyəcəklər.

👍19
Rusiyanın yeni Xarici Siyasət Konsepsiyası
31 mart tarixində Rusiya prezidentinin sərəncamı ilə yeni Xarici Siyasət Konsepsiyası qəbul edildi. Konsepsiyaya görə Rusiya “dünya inkişafının suveren mərkəzlərindən biri kimi” çıxış edib, “qüvvələr arasında qlobal balansı saxlamaq və çoxqütblü beynəlxalq sistem qurmaq kimi unikal tarixi missiyanı” yerinə yetirir. Sənəddə Rusiya özünü orijinal ölkə-sivilizasiya, nəhəng Avrasiya və Sakit okean fövqəl dövləti, rus dünyasının dayaq nöqtəsi, qlobal qüvvələr balansının qorunmasında və dövlətlərin müstəqilliyinin təmin edilməsində müstəsna rol oynayan dünya inkişafının suveren mərkəzlərindən biri kimi identifikasiya edir.
Geosiyasi/iqtisadi prizma
Rusiya təhlükəsizliyə bölünməzlik prinsipindən (bir ölkənin təhlükəsizliyi digərinin hesabına təmin edilə bilməz) yanaşır. Bu prinsip Ukrayna müharibəsindən qabaq Qərbə verilən ultimatumun və hazırda gedən müharibənin əsasında duran siyasi dəlillərdən biridir. Konsepsiyaya görə Rusiya bütün maraqlı dövlətlər və dövlətlərarası birliklərlə bu əsasda “beynəlxalq təhlükəsizliyin yenilənmiş, daha sabit arxitekturasını formalaşdırmaq üçün birgə fəaliyyətə açıq olduğunu” bəyan edir.
Konsepsiyaya görə Rusiyanın aparıcı inkişaf mərkəzi olması və müstəqil xarici siyasət aparması ABŞ tərəfindən Qərbin hegemonluğuna təhlükə kimi qəbul edilir. Bu səbəbdən Qərb və onun “satellitləri” “uzunmüddətli anti-Rusiya siyasətini gücləndirmək üçün” Ukrayna istiqamətində hibrid müharibənin yeni növünü işə saldılar. Sənəddə Moskva hazırda baş verənlərin Rusiyanın seçimi olmadığını və Qərbi özünə düşmən saymadığını bildirir. Rusiya Qərb dövlətlərinin gələcəkdə öz qarşıdurma siyasətinin və hegemon ambisiyalarının mənasızlığını dərk edib, çoxqütblü dünyanın mürəkkəb reallıqlarını nəzərə alıb, suveren bərabərlik prinsiplərini rəhbər tutaraq Rusiya ilə praqmatik qarşılıqlı fəaliyyətə qayıdacağını gözləyir.
Xarici Siyasət Konsepsiyasına görə Rusiya qeyri-dost ölkələrdən xarici iqtisadi asılılığını azaltmalı, “konstruktiv və neytral siyasət” aparan ölkələrlə əlaqələrini inkişaf etdirməli, dünya bazarlarına çıxış imkanlarını yaxşılaşdırmalı, siyasətdən kənar, təhlükəsiz beynəlxalq ödəniş sistemi yaratmalı və müttəfiq/tərəfdaşlarla milli valyutalarda hesablaşmanı təmin etməlidir.
Çin/Hindistan/İslam dünyası
Sənədə görə Rusiya xarici siyasətinin strateji məqsədlərinə nail olmaq və əsas vəzifələrini yerinə yetirmək üçün Avrasiya qitəsində yerləşən və prinsipial şəkildə üst-üstə düşən yanaşmalara sadiq olan dost suveren qlobal güc və inkişaf mərkəzləri ilə əlaqələrin hərtərəfli dərinləşdirilməsi və əlaqələndirilməsinə xüsusi diqqət ayıracaqdır. Bu məqsədlə Rusiya Çin ilə hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığı daha da gücləndirməyi və ikitərəfli ticarət, investisiya və texnoloji əlaqələrin inkişafı üçün Hindistan ilə imtiyazlı strateji tərəfdaşlıq əlaqələri qurmağı hədəfləyir. Konsepsiyada Rusiyaya münasibətdə konstruktiv siyasət aparan ölkələrə (bu ardıcıllıqla) İran, Suriya, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir kimi müsəlman dövlətləri də aid edilir.
Cənubi Qafqaz
Konsepsiyaya görə Cənubi Qafqazda 3 yox, 5 dövlət var. Sənəddə Azərbaycan, Ermənistan və Gürcüstanın adı çəkilməsə də, əvəzində 2 dəfə Abxaziya və Cənubi Osetiyanın adı çəkilir və onların Rusiya ilə inteqrasiyasının dərinləşdirməli olduğu bildirilir.
Hazırda yeni Xarici Siyasət Konsepsiyasında yazılanların çoxu Rusiyanın reallıqda atdığı addımlarda öz əksini tapmır. Bundan başqa, Ukrayna müharibəsindəki uğursuzluq nəticəsində yaxın gələcəkdə bu konsepsiyanın dəyişdirilməsi nəzərdən keçirilə bilər. Ona görə də dəyişən dünya və Rusiyanın məhdudlaşan resursları kontekstində bu konsepsiyanı uzunmüddətli doktrinal sənəd hesab etmək olmaz.

👍25
İran Azərbaycandan nə istəyir?
Rusiyadan (Ermənistanla) və Türkiyədən (Gürcüstan və Azərbaycanla) fərqli olaraq İran 30 il ərzində heç bir Cənubi Qafqaz ölkəsi ilə strateji tərəfdaşlıq münasibətləri qura bilmədi. Əvəzində bu Ermənistana yardım göstərməklə Azərbaycan ilə münasibətləri korladı. İşğal dövründə İran dəfələrlə vasitəçilik təklifləri ilə çıxış etsə də, İrəvanı sülhə məcbur etmək istiqamətində heç bir addım atmadı.
2020-ci ilin sentyabrında Azərbaycan əks-hücum əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü bərpa edib, regionda yeni geosiyasi reallıq formalaşdırdı. 9 ay sonra İranda yeni hakimiyyət formalaşdı. Sələfi H.Ruhanidən fərqli olaraq İ.Rəisinin hakimiyyəti dövründə İran-Azərbaycan münasibətləri geriyə addımladı.
Buna baxmayaraq, Bakı İranın mövqe/maraqlarını nəzərə alaraq “3+3” və Rusiya-Azərbaycan-İran əməkdaşlıq formatları ilə çıxış etdi. Azərbaycan prezidenti Xudafərin körpüsünü “dostluq körpüsü” adlandırdı, 2022-ci ilin martında isə tərəflər İran ərazisi boyunca yeni nəqliyyat dəhlizinin çəkilməsi haqqında anlaşma memorandumu imzaladılar.
İranın narahatlıqları
Sərhədlərin dəyişdirilməsi. İran regionda sərhədlərin dəyişdirilməsini qırmızı xətt adlandırır. Lakin, regionda sərhədləri güc yolu dəyişdirməyə cəhd edən 2 ölkə İranın regional (Ermənistan) və qlobal (Rusiya) müttəfiqləridir. Ermənistan Qarabağı “xilas naminə ayrılma” prinsipi ilə Azərbaycandan, Rusiya isə Abxaziya/Cənubi Osetiyanı “dərinləşdirilmiş inteqrasiya” adı altında Gürcüstandan qoparmaq istəyir. Maraqlıdır: İran Abxaziya ilə Cənubi Osetiyanı Gürcüstanın ərazisi kimi tanıyırmı?!
Qalib gəlməsinə baxmayaraq, məhz Bakı ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında İrəvana sülh təklif etdi, rəsmi İrəvan isə 5 prinsipi qəbul etdiyini bəyan etdi. Bəs İran, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına dair rəsmi və səmimi mövqe sərgiləyibmi?!
Münhen təhlükəsizlik konfransında Azərbaycanın Laçın və Zəngəzurda Nəzarət Buraxılış Məntəqələrinin quraşdırılmasına dair təklifi Ermənistanın ərazi bütövlüyünün tanınmasına dair açıq mesaj idi. Bu 2 fakt Bakının regionda sərhədləri güc yolu ilə dəyişdirmək istəmədiyini sübut edir.
Zəngəzur dəhlizi. Üçtərəfli razılaşmaya əsasən, Ermənistan Naxçıvana nəqliyyat kommunikasiyallarına təhlükəsizlik zəmanəti verməli, Rusiya isə nəzarəti həyata keçirməlidir. İranı narahat edən eksterritoriallığı Ermənistandan hazırda Bakı yox, Moskva tələb edir. Belə çıxır ki, İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığı Rusiyanın eksterritorial təklifi ilə əlaqəlidir. 1992-ci il dən İran-Ermənistan sərhədinə Rusiya sərhədçiləri nəzarət edir. Rusiyanın nəzarət etdiyi Zəngəzur dəhlizini Azərbaycanın necə işğal edəcəyi, İranla əlaqəni necə kəsəcəyi, necə “Böyük Turan” quracağı − cavab tələb etməyən ritorik suallardır.
İsrail-Azərbaycan hərbi əməkdaşlığına aid iddialar bu səbəblərdən əsassızdır: 1) Ölkə rəsmiləri dəfələrlə Azərbaycan ərazisinin başqa dövlətlərə qarşı istifadə edilməyəcəyini bəyan ediblər; 2) Hərbi doktrina ölkə ərazisində xarici hərbi bazaların yaradılmasını qadağan edir; 3) Xəzərin hüquq statusuna dair Konvensiyaya əsasən, üzv ölkələr öz ərazisini tərəflərdən hər hansı birinə qarşı “təcavüz və ya digər hərbi addım atmaq üçün digər dövlətlərə” verməməlidir. Azərbaycan İrandan fərqli olaraq Konvensiyanı 2019-cu ildə ratifikasiya etmişdir; 4) Azərbaycan Fələstin ilə bağlı bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir; 5) Əgər İsrail Fələstini işğal edibsə, Ermənistan da Azərbaycan ərazilərini işğal etmişdi. İran Ermənistanla münasibətlərini normal saxlamasını vasitəçi potensialının qalması ilə əlaqələndirirdi, indi də Azərbaycan İran-İsrail arasında vasitəçi olması üçün hər iki dövlətlə normal münasibət saxlamalıdır.
Nəticə
Azərbaycanla bağlı İranın gözləntiləri əsaslı olmalı və reallığı nəzərə almalıdır. Daxili işlərə qarışmama prinsipini rəhbər tutaraq İran Azərbaycana münasibətdə konstruktiv addımlar atmalıdır. İran istiqamətində Azərbaycan daim reaktiv münasibət sərgiləyib və münasibətlərin müsbət olması və ya korlanması İranın addımlarından asılı olub.

👍39👎1
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) Direktoru Fərhad Məmmədov Pressklub TV-nin Əsas Sual verilişində "İrandan Bakıya ard-arda zənglər - gərginlik azalır?" mövzusu ətrafında müzakirələrə qoşulub.
Daha ətraflı: https://www.youtube.com/live/8NxMHcqhdl8?feature=share

İrandan Bakıya ard-arda zənglər - Gərginlik azalır?
#bəyən #paylaş #abunəol
ABUNƏ OLUN ►https://bit.ly/3rGosrr
Gördüyünüz nöqsanlara biganə qalmayın! Çəkdiyiniz foto və videoları, üzləşdiyiniz problemləri bizimlə bölüşün. Bölüşün ki,” Sizin Səsiniz” olaq!
Qaynar xətt: 055 455 45 58
Videolarımızı bəyənib…
ABUNƏ OLUN ►https://bit.ly/3rGosrr
Gördüyünüz nöqsanlara biganə qalmayın! Çəkdiyiniz foto və videoları, üzləşdiyiniz problemləri bizimlə bölüşün. Bölüşün ki,” Sizin Səsiniz” olaq!
Qaynar xətt: 055 455 45 58
Videolarımızı bəyənib…
👍11
Rusiyanın sanksiyalardan yayınmasında Ermənistanın rolu
Rusiya-Ukrayna müharibəsinə görə Ermənistanın iqtisadi problemlərlə qarşılaşacağı gözlənilsə də 2022-ci ildə böyük iqtisadi artım qeydə alındı. Rusiyanın böhran yaşadığı dövrdə iqtisadiyyatı ondan asılı olan Ermənistanda sürətli artım təbii şəkildə baş verə bilməzdi. Bu süni artımın formalaşmasında sanksiyalardan yayınmağa imkan yaratmaq üçün Ermənistanın Rusiyaya yenidənixracda iştirak etməsi böyük rol oynamışdır.
2022-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi 69%, ixracı 78%, idxalı isə 63.5% artmışdır. Ciddi iqtisadi əsas olmadan ticarət dövriyyəsinin kəskin artması və Rusiya-Ukrayna müahribəsinin baş verdiyi dövrlə üst-üstə düşməsi şübhə yaradır. Bu dövrdə, Ermənistandan Rusiyaya ixrac 2.4 dəfə, idxal 40% artmışdır və Rusiyanın ixracda payı 45%-ə çatmışdır. Rusiyadakı iqtisadi böhrana görə Ermənsitanla ticarət əlaqələrinin zəifləyəcəyi gözlənilsə də buna əks prosesin getdi. Bu ticarətdə kəskin artımın süni olduğunu göstərir və Ermənistanın yenidənixracda iştirakı ilə bağlı şübhələr yaradır.
Ermənistandan Rusiyaya ixracın daha kəskin artması göstərir ki, Ermənistan Rusiyaya daha çox məhsul idxal etməyə kömək edir. Təsadüfi deyildir ki, 2022-ci ildə Vietnamdan Ermənistana ixrac 380%, Meksikadan ixrac 324%, Türkiyədən ixrac 361%, Yaponiyadan ixrac 252%, Qazaxıstandan ixrac 201%, Hindistandan ixrac 190%, Filippindən ixrac 181%, Cənubi Koreyadan ixrac 102% artmışdır. Bu ölkələrdən çoxunun yenidənixrac üçün Ermənistandan istifadə etməsi ehtimalı böyükdür. Çünki onların Rusiya ilə ticarət əlaqələri çox inkişaf edib. Məsələn, Yaponiya və C.Koreyanın Rusiyaya çip ixracında Ermənistandan istifadə etməsi ehtimalları böyükdür.
Qərb ölkələri də 2022-ci ildə Ermənistana ixracı artmışdır. Bu dövrdə Serbiyadan ixrac 6 dəfə, Yunanıstandan ixrac 273%, Britaniyadan ixrac 132%, İspaniyadan ixrac 121%, Kanada və Çex Respublikasından 2 dəfə, İsveçrədən ixrac 78%, Polşadan ixrac 69%, Macarıstandan ixrac 61% artmışdır. Avropa İttifaqından (Aİ) Ermənistana ixrac 70% artaraq $1.3 milyarda çatmışdır.
İxracın böyük məbləğlərə çatdığı ölkələrə isə ABŞ və Almaniya aiddir. Bu ölkələrdən ixrac 2022-ci ildə 3 dəfə artıb müvafiq olaraq $386.5 və $505 milyona çatmışdır. Həm də, 2022-ci ildə Almaniyadan Rusiyaya ixrac 45%, ABŞ-dan ixrac 3.5 dəfə azalmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, bu ölkələrin əksəriyyəti Rusiyaya ixracın azalan həcmlərini Ermənitsan vasitəsilə Rusiyaya ixrac etməklə kompensasiya etməyə çalışmışdır.
Ermənistanın yenidənixracda iştirakını həm də o faktor təsidiqləyir ki, Ermənistanın böyük istehsal imkanı yoxdur. Məsələn, 2022-ci ildə Ermənistanda emal sənayesi istehsalı 13.5%, kənd təsərrüfatı istehsalı 9%, sənaye istehsalı isə 10% artıb. Bu artımlar Ermənistandan ümumi ixracın 78%, Rusiyaya ixracın isə 2.4 dəfə artmasına imkan yarada bilməz.
Bundan başqa, Ermənistana idxalı kəskin artan 7 məhsul növünün 6-sı 2022-ci ildə Rusiyaya ən çox ixrac edilən 10 məhsul sırasına daxil olub. Həm də 2022-ci ildə bu məhsulların Rusiyaya ixracı kəskin artıb. Həm idxalı, həm də Rusiyaya ixracı kəskin artan məhsulların eyni məhsullar olması sübut edir ki, Ermənistan bu məhsulların Rusiyaya yenidənixracı ilə məşğuldur. Həm də Rusiyadan Ermənistana pul köçürmələrinin kəskin artması da yenidənixracda iştirak etdiyini göstərir. 2022-ci ildə Rusiyadan köçürmələr 4 dəfə artaraq rekord həddə, $3.6 milyarda çatmışdır.
Ermənistana Rusiyaya yenidənixracda üstünlük yaradan onun həm AİB üzvü olması, həm də Aİ ilə CEPA müqaviləsinin olmasıdır və Ermənistan bundan sui-istifadə edir. Uzun illərdir Ermənistan İrana da sanksiyalardan yayınmağa kömək edir və İranla Avrasiya İqtisadi Birliyi arasında körpü rolunu oynayır. Bütün bunlara baxmayaraq, Qərb Ermənistana qarşı hər hansı bir ciddi addım atmır. Əksinə göz yumaraq Ermənistana qazanc əldə etməyə, İran və Rusiyaya sanksiyaların təsirini azaltmağa, digər ölkələrə isə sanksiyalardan yayınmağa imkan yaradır.
@cssc_cqtm
Daha ətraflı: https://cssc.az/az/view/2/35/rusiyanin_sanksiyalardan_yayinmasinda_ermenistanin_rolu

https://cssc.az
Rusiyanın sanksiyalardan yayınmasında Ermənistanın rolu | CSSC
Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bir çox ekspertlər, o cümlədən erməni iqtisadçılar Rusiya iqtisadiyyatı ilə sıx bağlı olduğu üçün Ermənistanın böyük iqtisadi problemlərlə qarşılaşacağını gözləyirdilər. Lakin, sonrakı proseslər bunun əksini göstərdi…
👍18👎2
Kanalımızın izləyicilərinin sayı 3 mini keçdi. Bu nəticənin əldə edilməsinə görə bütün izləyicilərimizə və bizlə əməkdaşlıq edən kanallara öz təşəkkürümüzü bildiririk! Sizin dəstəyiniz sayəsində təhlillərimiz geniş auditoriyaya yayılır. Bundan sonra da aktiv şəkildə aktual siyasi və iqtisadi məsələlər ilə bağlı təthlillərimizi sizin diqqətinizə çatdıracağıq.
👍76
Trampa qarşı məhkəmə işinin siyasi-hüquqi aspektləri
Amerika tarixində ilk dəfə olaraq D.Tramp timsalında sabiq prezidentə qarşı cinayət işi açılıb. Trampa qarşı sənədlərin saxtalaşdırılması maddəsinin 34 bəndi üzrə ittiham irəli sürürlər. Tramp ittihamları rədd edib, cinayət işini prezident seçkilərinə müdaxilə adlandırır. Hüquqşünaslar ittihamın və (bəzilərinə görə) hətta mühakimənin Trampın əlindən namizəd olma hüququnu almadığını, real məhkəmə istintaqının isə ən azı bir ildən sonra başlayacağını qeyd edirlər.
İttihamlar
İddialara görə American Media Inc. (AMI) şirkəti və Trampın xüsusi köməkçisi Koen 2016-cı il prezident seçkilərinə qədər Trampın nigahdan kənar övladı olduğunu iddia edən “Trump Tower” əməkdaşına $30 min, Trampla cinsi əlaqədə olduğunu iddia edən qadına $150 min, “adult film” aktrisası S.Denielsa isə $130 min pul ödəyib. Nyu-Yorkda biznes qeydlərinin saxtalaşdırılması cinayət olmasa da, bunun başqa bir cinayət işinin (məsələn, dələduzluq) tərkib hissəsində getməsi əsaslı iş kimi nəzərdən keçirilir. Beləliklə, Trampı qeyd edilən şəxslərə pul verməkdə yox, federal seçki qanunlarına zidd olaraq bunu sənədlərdə hüquqi xidmətlərə görə xərclər kimi qeyd etməkdə ittiham edirlər.
Əks-arqumentlər
Tramp Manhetten dairəsinin prokuroru A.Braqqı və hakim X.Mercanı özünə qarşı şəxsi düşmənçilikdə ittiham edir. Cinayətin federal qanunvericiliyi ilə əlaqəli olsa da nədənsə Trampa qarşı istintaqı federal prokuror/məhkəmə yox, Nyu-York ştatının orqanları 9başlayıb. Federal dairələr əvvəllər oxşar məsələlər üzrə yoxlamaya başlasalar da, istintaqa başlamaqdan imtina etmişdilər. Nyu-York ştatının isə hər iki senatoru (Ç.Şumer və K.Gillibrand), qubernatoru (K.Houkul) və şəhərin meri (E.Adams) demokratlar partiyasının üzvləridir. Həmçinin qeyd edək ki, Trampın həbsindən bir neçə saat sonra S.Deniels sabiq prezidentə qarşı 2018-ci ildə başladığı məhkəmə işində məğlub oldu və məhkəmə tərəfindən Trampa vəkillik xərcləri üçün $122 min ödəməyə məcbur edildi.
2024-cü il seçkiləri
“Gallup” mərkəzinin may sorğusunda Baydenin reytinqi 41%, iyunda isə 33%-ə bərabər idi. 2023-cü ilin mart və fevral aylarında Baydenin fəaliyyətindən 54%, mart ayında isə 56% amerikalı narazı idi. Demokratlar ehtiyat edirlər ki, aşağı reytinqli Baydenin 2024-cü ildə Trampla yenidən üz-üzə gəlməsi Ağ Evin itirilməsi ilə nəticələnə bilər. Lakin, Trampın namizəd olmasından bəzi respublikaçı dairələr də narazıdır. Trampın dəstəklədiyi bir çox namizədlərin aralıq seçkilərində məğlub olması mediamaqnat Rupert Merdok daxil bir sıra nüfuzlu respublikaçıların Trampdan üz döndərməsinə gətirdi. Hazırda respublikaçılar partiyası Florida qubernatoru R.DeSantisi vahid namizəd kimi prezident seçkilərinə hazırlayırlar. Partiya ehtiyat edir ki, DeSantis ilə bərabər Trampın da namizəd olması respublikaçı elektoratı parçalayıb, Ağ Evin demokratlarda qalması ilə nəticələnə bilər.
Nəticə
Potensial olaraq Nyu-York ştatı Trampa qarşı məhkəmə işini növbəti ilin yanvarında, praymeriz ərəfəsində başlaya bilər. Lakin, Trampın öz tərəfinə cəlb etdiyi nüfuzlu vəkillər məhkəmə prosesinin seçkilərdən sonra başlaması üçün əlindən gələni edəcəklər. Manhetten dairə prokurorunun istinad etdiyi hüquqi aspekt təzə və məhkəmə sınaqlarından keçməmiş olduğu üçün Trampa qarşı açılan iş böyük ehtimal ya istintaq səviyyəsində dayandırılacaq, ya da məhkəmə dəlillərinin az olması səbəbindən Trampın leyhinə qərar çıxarmağa məcbur olacaq.
Görünən odur ki, cari istintaqdan ən çox udan Trampın özüdür. ABC News/Ipsos tərəfindən aparılan sorğuya əsasən, amerikalıların 35%-i Trampa qarşı ittihamları əhəmiyyətli hesab etmir, 47%-i isə irəli sürülən ittihamların siyasi motivli olduğunu düşünür. İstintaq həmçinin Trampa öz tərəfdarlarını səfərbər etməyə, respublikaçı seçicilər içərisində reytinqini artırmağa (martda 44%, hazırda 48%) və populyarlığa görə hətta DeSantisi keçməyə belə imkan verdi. Həm də eks-prezidentin baş müşaviri C.Millerə görə Trampa qarşı ittihamların irəli sürüləcəyi xəbəri yayılandan bəri Tramp öz seçki kampaniyasına $7 mln. ianə toplaya bilmişdir.

👍18
Pentaqon sənədləri: sızma mənbəyi və əks-təsirləri
İctimaiyyətə sızan məxfi sənədlər birinci dəfə hələ 13 yanvarda Discord şəbəkəsinin Thug Shaker Central serverində yayılmışdır. Ardınca 1-2 mart tarixlərində “tam məxfi” qrifli 30-dan artıq sənəd Discord-un digər serveri olan WowMao-da, 4 martda daha 10 sənəd Discord şəbəkəsinin “Minecraft Earth Map” oyun serverində, bir ay sonra isə bu sənədlər “4chan” şəbəkəsində və Rusiyameylli “Donbass Devushka” teleqram kanalında paylaşıldı.
Məxfi Sənədlər
Güc strukturlarının anonim mənbələri sənədlərin həqiqi olduğunu və müharibə başlayandan bəri ən böyük sızıntı olduğunu bildirirlər. Sənədlər müharibə iştirakçılarının güclü və zəif tərəflərini, itkiləri, Ukrayna ordusunun maddi-texniki təminatını, əks-hücuma hazırlıq səviyyəsini və hətta əks-hücum üçün zəruri iqlim dəyişikliyinin nə vaxt baş verəcəyini əks etdirir. Sənədlərə görə qış ayları ərzində intensiv raket hücumlarından qorunan Ukrayna, hələ də hava hücumundan müdafiə qüvvələrini əhali, infrastruktur və ordu birləşmələrini qorumaq üçün bölüşdürməlidir. Sənədlərdə cari vəziyyət təhlil olunsa da, əks-hücumun nə vaxt və hansı istiqamətdə olacağı qeyd edilmir.
Sızıntı içərisində Mərkəzi Kəşfiyyat İdarəsinin Cənubi Koreya ilə bağlı hesabatları da var. MKİ hesabatlarına görə Cənubi Koreya höküməti Ukraynaya silah-sursatın göndərilməsi məsələsində ABŞ tərəfindən təzyiqlərə məruz qalacağından ehtiyat edir. MKİ bunu radio-texniki kəşfiyyat sayəsində, yəni Cənubi Koreya rəsmiləri arxasınca gizli izləmə təşkil etməklə əldə etmişlər.
Mənbə və təşkilatçılar
İlkin versiyaya görə məxfi sənədlər ABŞ Milli Qvardiyasının Hərbi Hava Qüvvələrinin kiber sistemlərinin kiçik texniki Cek Teyşeyr tərəfindən sızdırılıb. Məlumat C.Teyşeyr tərəfindən sızdırılsa da, görünən odur ki, əməliyyatın arxasında Rusiyanın xüsusi xidmət orqanları dayanır. Obyektiv motivlərdən savayı, sənədlər üzərində edilən dəyişikliklər də təşkilatçının Rusiya olduğuna işarə edir. Rəsmi və qeyri-rəsmi hesablamalara görə Rusiya müharibədə 189-223 min nəfər, Ukrayna isə 124-131 min nəfər itki verib. Lakin sənədlərdə Ukraynanın itkiləri süni sürətdə şişirdildiyi halda (61-71 min), Rusiyanın itkiləri isə əksinə, aşağı salınıbdır (16-17 min). Həmçinin diqqət yetirdikdə rəqəmlərin bir-birinin güzgü əksi olduğunu da müşahidə etmək olar (61-71 ↔ 16-17). Ehtimal ki, Rusiya uğursuzluqlarını gizlətmək üçün sənədləri sızdırmaqdan əvvəl onlara müvafiq düzəlişlər edib.
Nəticə və əks-təsirlər
Əksər ekspertlərin rəyinə baxmayaraq sızıntı ABŞ-ın müttəfiqlərlə münasibətlərinə ciddi təsir göstərməyəcək. ABŞ-ın müttəfiq/tərəfdaşların arxasında casusluq etməsi hamıya məlum bir faktdır. Eşelon şəbəkəsinin ifşası, ardınca isə Milli Təhlükəsizlik Agentiliyinin sabiq əməkdaşı E.Snoudenin etirafları ABŞ-ın qlobal casusluq şəbəkəsinin üstünü açsa da, Vaşinqtonun müttəfiqlərlə münasibətlərinə ciddi ziyan vurmadı. Digər tərəfdən sızıntı ABŞ-Cənubi Koreya arasında müəyyən anlaşılmazlıq yaratsa da, mart ayında Seul özüyeriyən Krab haubitsalarının Ukraynaya ötürülməsinə razılıq vermişdir.
Bununla belə sızıntı Ukraynanın yaxın həftələrdə başlamalı olduğu əməliyyatı gecikdirə və hətta onun nəticələrinə mənfi təsir göstərə bilər. İnsayd məlumatlara görə Kiyev maddi-texniki çətinliklərini gizlətməyə çalışdığına görə sızıntı Ukraynada hiddətlə qarşılanıb. Sənədlərdən belə qənaətə gəlmək olar ki, ABŞ Rusiyanın bütün xüsusi xidmət orqanlarından məlumat əldə edir. Əgər Rusiya ABŞ-a gedən məlumat kanallarını bağlaya bilsə, bu ABŞ kəşfiyyatının imkanlarını zəiflədə və beləliklə, Ukrayna müharibəsinin gedişatına mənfi təsir göstərə bilər.

👍28
Azərbaycan-Ermənistan danışıqlar prosesinin forma və məzmunu
Azərbaycan-Ermənistan danışıqlar prosesində intensivlik müşahidə edilir. Moskva xarici işlər nazirləri arasında görüşün anonsunu verir, ABŞ isə Vaşinqton və ya müttəfiq ölkələrin birində liderlər arasında substantiv danışıqların baş tutmasına səy göstərir. Bu məqsədlə ABŞ-ın Azərbaycan səfirliyində uzun müddət çalışmış Derek Hoqan telefon, Erika Olson və Lui Bono isə regiona səfərlər vasitəsilə tərəflər arasında münasibətlərin normallaşdırılmasına çalışırlar.
Danışıqların gündəliyi
Son üç həftədə baş verənlər Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaq əvəzinə, gərginlik dərəcəsini daha da artırmışdır. Azərbaycana danışıqların forması yox, məzmunu vacibdir. Bakı üçün fərqli diplomatik platformalarda eyni gündəliyin müzakirə edilməsi olduqca vacibdir. Gündəliyin tərkibinə Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında sülh sazişinin imzalanması, ərazi bütövlüyün tanınması, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması, qoşunları geri çəkmədən sərhədlərin delimitasiya/demarkasiyası və Qarabağ məsələsinin heç bir (birbaşa və ya dolayı) formada danışıqlar obyekti olmaması daxildir.
Vasitəçilərin mövqe/maraqları
Danışıqlar gündəliyi dəyişməz qalsa da, Rusiya və Qərb normallaşma prosesinə öz maraqları prizmasından yanaşır. ABŞ üçün sülh sazişinin özü, Rusiya üçünsə Zəngəzur dəhlizi başda olmaqla nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası prioritetdir. Prezident Baydenin sözləri ilə desək, Vaşinqton üçün sülh, “enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmənin heç vaxt olmadığı qədər əhəmiyyətli olması və Azərbaycanın bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynaması” səbəblərindən çox vacibdir. Rusiya öz növbəsində Qərbin “anakonda həlqəsini” zəiflətmək, logistika imkanlarını artırmaq və Ermənistan ərazisində Federal Təhlükəsizlik Xidmətinin müddətsiz funksiyalarını artırmaq üçün 10 noyabr razılaşmasının 9-cu bəndinin icra edilməsində israrlıdır.
Ermənistanın yanaşması
Ermənistan Azərbaycanla münasibətlərin bərpa edilməsində Qarabağın erməni əhalisinin “hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizm çərçivəsində təmin edilməsini” ilkin şərt kimi irəli sürür. Sadə dillə desək, Ermənistan Paris/Vaşinqton/Moskva kimi vasitəçilərin nəzarəti altında Bakı və Xankəndi arasında dialoq formatının bərqərar edilməsinə can atır. Qarabağ məsələsini gündəmdə saxlaya bilməyəcəyini dərk edən İrəvan, bunu erməni diasporun təsirini özündə hiss edən ölkələr vasitəsilə etmək istəyir. Ermənistan rəhbərliyi düşünür ki, Bakı və Xankəndi arasında beynəlxalq formatlı dialoq Qarabağın Azərbaycana reinteqrasiyasına mane olub, beynəlxalq güclərin Azərbaycanın daxili işlərinə qarışmasına şərait yaradacaqdır.
Bakının zəruri addımları
Əgər Ermənistanın sülh sazişinə getməsinə mane olan yeganə faktor Qarabağın erməni əhalisinin “hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizm çərçivəsində” təmin edilməsidirsə, Bakı Ermənistanın Qarabağ ermənilərinə bütün təsir kanallarını kəsməlidir. “Beynəlxalq ictimaiyyət” artıq buna hazırdır. Görünən odur ki, hazırkı danışıqlar prosesi böyük ehtimalla Ermənistan və ya üçüncü qüvvə tərəfindən pozula bilər. Bu öz növbəsində Azərbaycana yerdə fəaliyyətə keçib, yeni geosiyasi reallıq yaratması üçün şərait yaradacaqdır.
Nəticə
Ermənistan rəhbərliyi vaxt udmaq və danışıqları çıxılmaz vəziyyətə gətirmək üçün əlindən gələni edir. Vasitəçilər isə fərqli səbəblərdən Laçında Nəzarət Buraxılış Məntəqəsinin (NBM) qurulmasına mane olmağa çalışırlar. Buna baxmayaraq, danışıqlar prosesinin alqoritmi və Bakının prinsipial mövqeyi Laçında nəzarət buraxılış məntəqəsinin qurulmasını qaçılmaz edir. Danışıqlar masası arxasında real nəticə qazanmaq üçün yerdə vəziyyəti dəyişmək zəruridir. Bu baxımdan Laçında NBM-in qurulması Rusiya və Qərbin vasitəçiliyi ilə təşkil ediləcək görüşlərdə müsbət nəticələrin əldə edilməsinə kömək edəcəkdir.

Fransa/Aİ-Çin əlaqələri: Makronun Pekin səfərinin geosiyasi əsasları
Makronun Çin səfərləri Paris/Brüssel-Pekin münasibətlərinin dinamikasına güclü təsir göstərmiş oldu. Bir tərəfdən Makron Moskvanın Pekindən asılılığını nəzərə alaraq Çinin Rusiyaya Ukrayna məsələsinə görə təzyiq göstərməsinə, digər tərəfdən isə Vaşinqtonla iqtisadi ziddiyyətlər fonunda Çin ilə iqtisadi-ticarət münasibətlərini inkişaf etdirməyə çalışırdı.
Qərb↔Çin qarşıdurması
Geosiyasi terminlərlə ifadə etsək, Hind-Sakit okean regionu daxili və xarici aypara kimi vacib məkanlarda yerləşən ərazidir. Çinin bu region ilə bağlı “CPEDC”, Yaponiyanın “PALM”, Hindistanın “FİPİC”, Cənubi Koreyanın “KPIFMM”, Tayvanın “PİD”, Tailandın “TPİF”, ABŞ-ın “Pacific Pledge”, Kanadanın “Pacific Shift”, Böyük Britaniyanın “Pacific Uplift”, Avstraliyanın “Pacific Step-up”, Yeni Zelandiyanın “Pacific Reset, İndoneziyanın isə “Pacific Elevation” adlı strategiyaları vardır. Müşahidə etdiyimiz kimi Hind-Sakit okean məkanı əksər regional/qlobal güc mərkəzlərinin maraq sferasına daxildir.
Aİ-Çin
Çinə səfərdən sonra Makron Aİ-nin Vaşinqtona görə Tayvan ətrafında yarana biləcək mümkün qarşıdurmaya müdaxilə etməməli olduğunu bildirdi. Bu fikir Brüssel və Vaşinqtonda birmənalı qarşılanmadı. Vaşinqton Makronun səfər/bəyanatını Çinin təcavüzkar siyasətinin çəkindirməsini zəiflədən və ABŞ-ın Avropaya dəstəyini sarsıdan addım kimi qiymətləndirdi. Aİ Komissiyasının sədri Ursula fon der Lyayen isə Çin ilə əlaqələrin çox vacib olduğunu bildirib, Avropanın Çinə münasibətdə vahid strategiya və əlaqə prinsipləri müəyyən etməli olduğunu bildirdi. Sədrin fikrincə Aİ-nin yanaşması (ABŞ-ınkından) fərqli olmalı və digər tərəfdaşlarla (yəni Çinlə) əməkdaşlıq üçün yer saxlamalıdır.
Fransa-Çin
Sakit okeanın cənub hissəsində mövcud xırda dövlətlər dünya əhalisinin 0,1%-ni, amma BMT-dəki ümumi səslərin 6,7%-ni və beynəlxalq dəniz məkanının 40%-ni əhatə edir. Parisin Reyunyon, Mayotta, Vollis və Futunu, Yeni Kaledoniya, Fransa Polineziyası kimi ərazilər üzərində protektoratı Fransanın regionda mövcudluğunu legitimləşdirir. Fransa, 11 mln. km2 sahəsi ilə dünyada ikinci ən böyük eksklüziv iqtisadi zonaya malikdir. Bu, Fransa Polineziyası və böyüklüyünə görə Aİ-nin quru sahəsinə bərabər olan 4,5 mln km2-lik dəniz sahəsi sayəsində əldə edilir.
Çin Fransanın adalar üzərində suverenliyini şübhə altına almasa da, Fransanı Hind-Sakit okean yox, Avropa dövləti kimi nəzərdən keçirir. 2023-cü ilə qədər Pekin Parisi Vaşinqtonun regiondakı müttəfiqi hesab edirdi. Fransanın 2018-ci il tarixli Hind-Sakit okean strategiyası Pekin tərəfindən anti-Çin xarakterli sənəd qismində qiymətləndirilir, 2019-cu ildə isə Çin hərbi dəniz qüvvələri Fransanın “Vandemyer” hərbi gəmisinə yaxınlaşaraq Tayvan boğazını tərk etməyi əmr etmişdi. Rusiya-Ukrayna müharibəsi vəziyyəti dəyişdi. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 14% artıb, $109 mlrd.-a çatdı. Fransanın Çin ilə ticarəti mənfi saldolu (idxal>ixrac) olduğuna görə Paris ehtiyat edir ki, Qərb və Çin arasında mümkün siyasi-iqtisadi qarşıdurma Fransa iqtisadiyyatına ciddi ziyan vuracaqdır.
Ukrayna böhranı
Səfərlər çərçivəsində Si Cinpin Fransanın Ukrayna ilə bağlı təklif edəcəyi istənilən sülh sazişini dəstəkləyəcəyini bildirmişdir. Bu səbəbdən Parisin yaxın vaxtlarda Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı yeni plan təqdim edəcəyi gözlənilir. Görünən odur ki, bu planın bir hissəsini Çinin təklif etdiyi 12 bənddən ibarət tənzimlənmə planı təşkil edəcəkdir.
Nəticə
Brüssel/Parisin fikrincə Ukrayna böhranı səbəbindən Rusiya ilə iqtisadi əlaqələrin məhdudlaşması Avropanın iqtisadi imkanlarını zəiflətməklə yanaşı, onun ABŞ-dan iqtisadi-siyasi asılılığını artırmış oldu. Brüssel/Paris belə zənn edir ki, Rusiya ilə münasibətlər bərpa edilmədən və ya Vaşinqtondan siyasi-iqtisadi asılılıq aradan qalxmadan Çin ilə Tayvana görə münasibətlərin kəskinləşdirilməsi Avropanın ABŞ-dan asılılığını daha da artırıb, Brüsseli Vaşinqtonun vassalına çevirəcəkdir.