CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
Ermənistanın təhlükəsizlik sistemi

Son iki ildə Ermənistan kimliyindən asılı olmayaraq bütün tərəfdaşlara kömək çağırışları etmişdir. Hədəfə çatmaq üçün Ermənistan Azərbaycan, Türkiyə və Rusiyanın xarici ölkələrlə yaşadığı problemlərdən maksimum istifadə etmiş və ölkənin bütün diplomatik imkanları və diaspor resurslarını səfərbər etmişdir. Bunu baş nazir, xarici işlər naziri və TŞ katibinin səfər, görüş və bəyanatlarından aydın görmək olar.

RusiyaKTMT
KTMT və Rusiya ilə yaxın münasibətlər təhlükəsizliyin artırılması, silahlı qüvvələrdə islahatların həyata keçirilməsi və yeni silah/hərbi texnikanın əldə edilməsi baxımından vacib idi. Şərti sərhəddə ilk toqquşmalardan sonra KTMT çərçivəsində çoxsaylı görüş, müzakirələr, habelə KTMT-nin cavab təşəbbüsləri Ermənistan üçün müsbət nəticələr vermədi. Ermənistanın istək/gözləntilərinə rəğmən KTMT Azərbaycanı “təcavüzkar” adlandırmadı, Rusiya isə Ermənistanın 44 günlük müharibədə boşalmış silah anbarlarını yeni silahlarla doldurmağa tələsmədi. Hazırda Ukrayna müharibəsi səbəbindən Rusiya bunu istəsə belə etmək iqtidarında deyil.

Ermənistan KTMT-dəki bütün üzvlük potensialını israf etdi. Tarixən Yaxın Şərq ölkəsi olub, Avropa sivilizasiyasının bir hissəsi olmağı hədəfləyən Ermənistan, Avrasiya və Mərkəzi Asiyanı prioritet sayan hərbi-siyasi (KTMT) və iqtisadi (Aİİ) blokların üzvü idi. Bu kövrək konstruksiyanın bütün ziddiyyətləri Ermənistanın əsas donor ölkəsi sayılan Rusiyanın resurslarının məhdudlaşmasından sonra üzə çıxdı.

İranla toksik əməkdaşlıq
Rəsmi Tehran ən yüksək səviyyədə Ermənistanın ərazi bütövlüyünə dəstək oldu → Azərbaycan və Ermənistan sərhədləri yaxınlığında hərbi təlimlər keçirdi → Qafanda öz konsulluğunu açdı. Bundan savayı, mövcud məlumata görə İran Ermənistana silah-sursat və Qarabağa isə Ermənistan ərazisi vasitəsilə inşaatçı/diversantlar göndərir. İran generallarının hədələyici bəyanatlarına baxmayaraq, Azərbaycan Ermənistanın 2022-ci il sentyabr təcavüzünə adekvat cavab verdi. İran diversantlarının Qarabağa daxil olması isə Laçın yolunda böyük duruşun əsas səbəblərindən oldu.

Hindistan
Son aylar Ermənistan-Hindistan münasibətlərində yüksək dinamika müşahidə edilir. Hindistandan alınan hərbi texnika isə Nyu-Dehlinin regionda maraq subyektinə çevrildiyini deməyə əsas verir. 30 illik təcrübə Azərbaycanla qarşıdurmada Ermənistana edilən siyasi yatırımların dividend gətirmədiyini göstərir. Bununla belə, bu ölkənin milliyyətçi rəhbərliyi Ermənistanı seçdi.

ABŞ
ABŞ Ermənistandan Azərbaycanın neytrallaşdırılması məqsədilə siyasi təsir vasitəsi kimi istifadə edir. Lakin, ABŞ-ın Gürcüstan və Azərbaycanda obyektiv maraqları + Ermənistanın KTMT və Aİİ-yə üzvlüyü + Rusiya ilə ikitərəfli müttəfiqliyi İrəvanla yaxın münasibətləri nəzərəçarpacaq dərəcədə məhdudlaşdırır. Həm də Vaşinqton İrəvana silah verib, onun təhlükəsizliyinə zəmanət verə bilməz!

Fransa – Aİ
ABŞ üçün aktual məhdudiyyətlər Fransa-Ermənistan münasibətlərinə oxşar təsir göstərmir. Öz siyasi xəttini reallaşdırmaq məqsədilə Fransa Aİ potensialından (Aİ missiyasının uzadılması) tam olaraq yararlanır. Təhlükəsizlik sahəsində əməkdaşlıq silah satışı səviyyəsinə çatmasa da, Fransa Ermənistana siyasi dəstək və kəşfiyyat təminatı verir.

Nəticə
Birtərəfli öhdəliklər olmur – bu ikiistiqamətli yoldur, təkcə ziddiyyətlərlə uzağa getmək olmur. Beynəlxalq aləmdə Ermənistandan artıq müvafiq addımlar tələb olunur. Vaxt ötdükcə tələblərin sayı və çəkisi artacaqdır. İsrail İranın Ermənistandakı nümayəndəliyinin genişlənməsinə və İranın erməni diasporunun potensialından istifadə etməsinə kənardan baxmayacaq. Rusiya/İran-Qərb qarşıdurması dərinləşməyə doğru gedəcək və bu güclərin Ermənistandan tələbləri daha da artacaqdır. Hazırda Ermənistan ərazisində Rusiya hərbçiləri Aİ missiyası İran “inşaatçıları” ən böyük ABŞ səfirliyi yerləşir.

“Ermənistanın təhlükəsizlik sistemi” adlanan bu “qatlı tort” münaqişə potensialına malikdir. İstənilən anda bu “qatlar” Ermənistanın öz ərazisində bir-biri ilə açıq münaqişəyə girə bilər.

@cssc_cqtm
👍27
Rusiya-Ukrayna/Qərb cəbhəsinə qlobal baxış

Kəskinləşmə xətti üzrə inkişaf edən Rusiya-Ukrayna/Qərb qarşıdurması danışıqlara bir yer saxlamır. Bununla belə tərəflərin mövqe, maraq, resurs və gözləntiləri bir-birindən fərqlənir.

Rusiya
Neftə tədbiq edilən qiymət həddi Rusiyanın gündə $160 mln., neft məhsullarına tədbiq edilən qiymət həddi isə əlavə $280 mln. vəsait itirməsinə gətirir. Sanksiyalar + qiymət həddi Rusiyanın Çin, Hindistan və digər ölkələrə təqdim etdiyi diskonta da təsir göstərir. Aprel-noyabr aylarında diskontun həcmi 25%, dekabr ayında isə 37%-ə çatmışdır. Nəticə etibarı ilə 2022-ci ildə Rusiyanın neft-qaz gəlirləri 46%, qeyri-neft gəlirləri isə 28% azalmışdır. Gəlirlərin azalması ilə paralel Rusiyanın büdcə xərcləri 59% (₽3,1 trln.) artmışdır. Bütün bunlar Rusiyada ₽1,76 trln. ($25 mlrd.) həcmində büdcəsi kəsirinin yaranmasına səbəb oldu. Belə hal 1998-ci ildən bəri yaşanmamışdır. Büdcə kəsirini bağlamaq üçün maliyyə nazirliyi xarici valyutada olan vəsaitləri + 3 tondan artıq qızıl satsa da, əldə edilən vəsait lazım olan vəsaitdən dəfələrlə az oldu. Ekspertlərin fikrincə yaranan büdcə kəsirini bağlamaq üçün Rusiyanın yeganə çıxış yolu pul emissiyasını həyata keçirtməkdir.

Belorusiya
Görünən odur ki, yaxın vaxtlarda Minsk müharibədə daha aktiv rol oynaya bilər. Moskvanın təkidinə tab gətirə bilməyən Minsk, ərazisini Ukraynaya hücum üçün plasdarm kimi verə və ya özü müharibə tərəfi ola bilər. Amma Minsk həm də anlayır ki, Kiyevin hazırkı hərbi potensialı ona Belorusiya ərazisinə zərbələr endirməyə imkan yaradır.

ABŞ
Atlantic Council mərkəzinə görə qiymət həddinin müəyyən edilməsi Rusiya ÜDM-nin 4,5% azalmasına gətirəcəkdir. Venesuella neftinin ixrac edilməsi ilə bağlı əldə edilən razılaşma enerji bazarlarını sabitləşdirib, ABŞ-ın mövqelərini gücləndirəcəkdir. Rusiyada yaranan  büdcə kəsiri isə hökümətə pensiyaların inflyasiya indeksasiyasını həyata keçirtməyə imkan verməyib, əhalinin rifahına mənfi təsir göstərəcək. CSİS mərkəzi bundan da irəli gedib, qiymət həddinin yaxın vaxtlarda Rusiyaya daha ağır zərbə endirəcəyini bildirir. Sanksiyalar səbəbindən daha uzaq bazarlara üz tutmağa məcbur olan Rusiya, beləliklə yükdaşıma və sığorta xərclərində (bir barel görə $30) böyük itkilər göstərəcəkdir. Beləliklə, Rusiyanın artan uğurszuluqları ABŞ-ı Ukraynanı daha aktiv dəstəkləməyə stimullaşdırır. E.Blinken və V.Nuland səviyyəsində Dövlət departamenti Krımda yerləşən hərbi obyektləri legitim hədəf adlandırır, Krımın qaytarılması uğrunda Ukraynanı dəstəkləyəcəyini bildirir və Ukraynaya müharibədən sonra da hərbi yardım göstərəcəyini bəyan edir.


10-cu sanksiya paketində Brüssel vurğunu əvvəlki paketlərdə mövcud boşluqların bağlanılmasına etmişdir. Məlumata görə sanksiya paketinə raketlərin hazırlanmasında istifadə oluna bilən 47 növ elektron komponent, Alfa-Bank, Rosbank, Tinkof və Milli Rifah Fondunun SWIFT-dən çıxarılması və nadir torpaq elementlərinin ixracına embarqo daxil ola bilər.

Çin
Qərb dünya iqtisadiyyatının 60%-ni təcəssüm etdirdiyi halda Çin dünya iqtisadiyyatının təxminən 20%-ni, Hindistan isə 3,5%-ni təşkil edir. Yəni Çin Rusiyanın istəyinə rəğmən Moskva üçün Qərbi əvəz edə bilmir. Bundan savayı Çin üçün Qərblə yaxşı münasibətlər prioritetdir. Çin Rusiyadan gələn enerji resurslarını başqa mənbələr hesabına əvəzləyə bilər, lakin Qərbdən gələn kapital və texnologiyanı Rusiya ilə əvəzləyə bilməz. Bu səbəbdən Çin Moksvanın geosiyasi ambisiyaları naminə Qərblə münasibətlərini korlamayacaq. Lakin Çin Rusiyanın lazım olandan artıq zəifləməsində də maraqlı deyil. ABŞ generalı M.Minixan yaxın 2 ildə, Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin rəhbəri M.Makkol 2025-ci ildə, CSİS mərkəzi isə 2026-cı ildə Çin-ABŞ müharibəsinin baş verə biləcəyini proqnoz edirlər. Ehtimal olunan müharibə Pekinə Moskvadan təmamilə üz döndərməyə imkan vermir.

Nəticə
Görünən odur ki, danışıqların iflası və artan qüvvə disbalansı tərəfləri resursları səfərbər edib, yaz aylarında müharibə meydanında yeni geosiyasi reallıq formalaşdırmağa cəhd etməyə məcbur edəcəkdir.

@cssc_cqtm
 
👍27
Münhen təhlükəsizlik Konfransı: regional baxış

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri ABŞ-ın vasitəçiliyi ilə danışıqlarda, Aİ nümayəndələrinin mediatorluğu ilə isə çoxtərəfli debatda iştirak etdilər. Konfrans mövcud ziddiyyətləri qabartsa da, yeni təşəbbüsləri müzakirə etməyə imkan verən diplomatik meydança oldu.

Dəhlizlər → yollar
Danışıqlar çərçivəsində Azərbaycan Laçın və Zəngəzurda nəzarət yoxlanış məntəqələrinin (NYM) yerləşdirilməsini rəsmi formada təklif etdi. Bu Azərbaycanın hazırda kommunikasiyaların açılmasına dair Brüssel-Vaşinqton variantına üstünlük verməsindən xəbər verir. Rusiyanın (Laçında sülhməramlı kontingentin, Zəngəzurda isə FSB-nin nəzarəti altında) dəhlizlər məntiqindən fərqli olaraq Brüssel-Vaşinqton variantı yollar məntiqinə (yol kimin ərazisindən keçirsə suveren hüquqlar ona məxsusdur) əsaslanır. Anlaşılandır ki, dəhlizlər Rusiyanın regionda təsirini gücləndirdiyi halda, NYM-ların qurulması Moskvanın hər iki ölkədə nüfuzunu zəiflətmiş olacaq. Bakının təklifi praktiki hədəfləri də izləyir: bildiyimiz kimi İrəvan Bakının Rusiya ilə sövdələşmədə Zəngəzur dəhlizini zorla açmaq niyyətini ittiham edir. NYM, ittihamların əsassız olduğunu göstərməyə imkan verir, “Qarabağa gizli yolla keçirilmiş” Vardanyan kimi layihələrin üstündən xətt çəkir və Zəngəzurdan eksterritorial dəhliz arzulayan Rusiyanı Ermənistanla üz-üzə qoyur.  

Sülh sazişi
ABŞ-ın iştirakı ilə keçirilən görüş Brüssel-Vaşinqton formatının bərpa edilməsinə bir işarədir. Lakin, bu formatın effektivlik dərəcəsi Fransanın anti-Azərbaycan ritorika/davranışı ilə tərs mütənasib olacaqdır. Televiziya kanallarına müsahibə verən Azərbaycan prezidenti, Ermənistanın mövqeyində müəyyən tərəqqinin olduğunu, amma bunun kifayət etmədiyini qeyd etdi. Vurğulayaq ki, danışıqlar Ermənistanın sülh sazişi ilə bağlı son variantı Azərbaycana ötürməsindən sonra baş vermişdir. Ermənistan mediasının məlumatlarına əsasən, İrəvan son variantda Qarabağla bağlı məsələni “constructive ambiguity” formasında təqdim etmişdir. Belə zənn edilir ki, “konstruktiv ikimənalılıq” hər iki tərəfə problemli müddəanı (Qarabağı) daxili auditoriya üçün qələbə kimi təqdim etməyə imkan verib, tərəfləri sülh sazişinin imzalamasına yaxınlaşdıracaqdır. Bununla belə, Prezidentin “Qarabağla bağlı hər hansısa bir müddəanın olması qəbuledilməzdir” – ifadəsi “constructive ambiguity” formulasının Bakı tərəfindən rədd edildiyini göstərir.

Ermənistan/Rusiya Qərb
Azərbaycan prezidenti Rusiyadan ixrac edilmiş, İrəvandan Qarabağa “gizli yolla keçirilmiş”, Avropada çirkli pulların yuyulmasında iştirak edən cinayətkar oliqarx haqqında danışdıqda Vardanyanın təkcə Kreml layihəsi olduğuna deyil, həmçinin, Ermənistanın da bu layihədə pay aldığına işarə edir. Bu İrəvanın ekzistensial rəqabət aparan hər iki bloka eyni anda işlədiyini və sülhün bərqərar olmasına mane olan əsas faktor olmasını nümayiş etdirir.

Gerçəklikdə Vardanyan layihəsi məqsədinə çatmadı: Rusiyanın hər iki ölkədə mövqelərini gücləndirmək əvəzinə, əks effekt verdi. Hazırda Vardanyanın (istefa və ya işdən qovulma formasında) “vəzifədən” getməsi geniş müzakirə olunur. Rusiyanın regional uğursuzluqları təkcə müharibə və sanksiyalardan qaynaqlanmır. Aparıcı faktor strateji səhvlər və qeyri-adekvat siyasətdir. Potensial olaraq Rusiya Vardanyan layihəsini dayandırmaqla, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya olunmasına yardım etməklə, baş qərargahında yerləşən xəritələr əsasında delimitasiya-demarkasiyaya və sərhədlərin açılmasına kömək etməklə Qərbi qabaqlayıb, regionda mövqelərini gücləndirə bilər. Lakin, strateji hədəflərin qısamüddətli taktiki üstünlüklər naminə qurban verilməsi Rusiyanın regiondakı mövqelərini sarsıdır.

Nəticə
Münhen Təhlükəsizlik Konfransı iddia/ittihamlarla yanaşı yeni təşəbbüs və təkliflərlə də yadda qaldı. İrəvanın dəyişkən siyasətini yaxşı bilən Bakı cavabın nə vaxt gələcəyindən və necə olacağından asılı olmayaraq qüvvələrini konsolidasiya edib, dəyişən şəraitə operativ cavab verməyə hazırlaşır.

@cssc_cqtm
👍15
Münhen Təhlükəsizlik Konfransı: qlobal baxış

I hissə
regional baxış: https://news.1rj.ru/str/cssc_cqtm/219

Münhen Təhlükəsizlik Konfransının əsas mövzusu Rusiya-Ukrayna müharibəsi idi. Konfransa Rusiya və İrandan savayı bir çox ölkə rəsmiləri dəvət almışdı. Çıxışı zamanı Ukrayna prezidenti iştirakçıları sülhün hərrac obyektinə çevrilmə təhlükələrindən xəbərdar etdi. Zelenskiyə görə hərbi təchizatın həcm və sürəti artırılsa müharibə 2023-cü ilin sonuna Ukraynanın qələbəsi ilə yekunlaşa bilər.

Əsas yanaşma
İştirakçıların əksəriyyəti Zelenskinin optimistik proqnozunu bölüşmədi. Şolts müharibənin gözləniləndən daha uzun olacağından, A.Berbok Putinin hakimiyyətdə qaldığı müddətdə Ukraynaya daima yeni təhlükələrin gələcəyindən, Makron Ukraynaya dəstəyi artırmağın vacibliyindən, R.Sunak isə ölkəsinin Ukraynana dünyada ilk dəfə uzaq mənzilli raketləri verəcəyindən danışdı. Konfransın məğzini bir cümləyə sıxışdırsaq bu “lazım olan qədər” (“As long as it takes”) ifadəsi olardı. 2022-ci ildə Qərb ölkələri Ukraynanın məğlub olmamasına (dövlət kimi süqut etməməsinə), Rusiyanın isə qalib olmamasına (Ukraynanı tam işğal etməməsinə) çalışırdı. 2023-cü ildə yanaşma köklü dəyişikliyə uğradı. Hazırda Qərb Ukraynanın qalib olmasına (beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa olunmasına), Rusiyanın isə məğlub olmasına (2014-cü ildən bəri işğal etdiyi bütün əraziləri tərk etməsinə) çalışır.

Alternativ yanaşma
Konfransda alternativ baxışlar da yer aldı. Çexiya prezidenti Pyotr Pavelə görə Rusiyanın məğlubiyyəti ölkənin mümkün parçalanmasına və nəticə etibarı ilə Avropa ilə qonşuluqda idarəolunmayan xaosun yaranmasına gətirəcəkdir. Çexiya prezidentinin səsləndirdiyi fikir əslində H.Kissencerin Davos forumunda irəli çəkdiyi yanaşmadır. Kissencerə görə Moskvanın lazım olandan çox zəifləməsi Rusiya ərazisində çoxlu sayda nüvə silahına malik kiçik dövlətlərin yaranmasına gətirə bilər.

İtkilər və potensial risklər
Əsas problem və məhdudlaşdırıcı faktor − Ukraynaya dəstək ifadələrinin qlobal iqtisadi böhran şəraitində dilə gətirilməsidir. Hərbi xərclərin artırılması + Ukraynaya əlavə yardımların edilməsi Qərb ölkələrinin dövlət büdcələrində struktur dəyişikliklərin edilməsini tələb edir. Müdafiə qabiliyyətinin artırılması hərbi sənaye kompleksinin inkişafını, o isə öz növbəsində kapital axınının və texnoloji dəstəyin artırılmasını tələb edir.

Digər vacib problem nüvə silahıdır. Norveç kəşfiyyatının məlumatlarına əsasən, Rusiya şimal dənizindəki gəmilərdə taktiki nüvə silahlarının sayını artırıb. Rusiyanın Ukraynaya mümkün taktiki nüvə zərbəsi siyasətçi və ekspertlərin əsas mübahisə mövzularındandır. Eyni zamanda Qərb Rusiyanın nüvə şantajının mümkün perspektivlərini də dərk edir. Əgər Rusiya nüvə şantajı ilə istəyinə çatsa, bu İran, Şimali Koreya, Pakistan, Hindistan, Çin və İsraili nüvə proqramını sürətlə inkişaf etdirməyə, digər ölkələri isə nüvə proqramına başlamağa vadar edəcək.

Çinin 6 prinsipi
Çin Münhen Konfransında səsləndirdiyi “Qlobal təhlükəsizliyin təmin edilməsinin 6 prinsipini” 21 fevral tarixində açıqladı. Prinsiplər təhlükəsizliyin bölünməzliyindən, ərazi bütövlüyü və suverenliyin toxunulmazlığından, sanksiyaların münaqişələrin həll edilmə vasitələri kimi qəbuledilməzliyindən və s. bu kimi məsələlərdən bəhs edir. Prinsiplər Pekinin mövqe, maraq, ehtiyat, gözlənti və geosiyasi imperativlərinin sintezini ehtiva edir. Çin Rusiyanın mütləq məğlub və ya qalib olmasında maraqlı deyil. Rusiyanın məğlubiyyəti Çinin Qərb ilə üz-üzə gəlməsi, Rusiyanın qələbəsi isə ucuz neft-qaz dövrünün bitməsi və Rusiyanın Mərkəzi Asiya regionuna qayıtması deməkdir. Görünən odur ki, Çin Rusiya-Qərb qarşıdurmasının mümkün qədər çox davam etməsində maraqlıdır.

@cssc_cqtm
👍17
“Vardanyan layihəsi” hədəflərinə çatdımı?

Artıq yarım ildir ki, Rusiya məqsədlərinə çatmaq üçün “Vardanyan layihəsini” (“VL”) işə salmışdır. Layihənin hansı hədəfləri izlədiyini, hədəflərə nə dərəcədə çatdığını və nəticə etibarı ilə tərəflərin nə əldə etdiklərini sistemləşdirmək məqsədəuyğundur.

“Vardanyan layihəsinin” hədəfləri
• “Vaşinqton razılaşması” (assimetrik) Bakı-Xankəndi və (simmetrik) Ermənistan-Azərbaycan danışıqlarını bir-birindən ayırdı. “VL” Rusiyanın regionda maraqlarını təmin edən və Qarabağ ermənilərini danışıqlarda təmsil edən subyekt olmalı idi.
• “VL” Qarabağ ermənilərinin subyektliyini artırıb Azərbaycana reinteqrasiyasına mane olmalı idi.
• “VL” Qarabağ ermənilərinin konsolidasiya və beləliklə müqavimət səviyyəsini artırıb, mövcud reallıqla barışmağa mane olan yalançı ümidlər formalaşdırmalı idi.
• “VL” KİV ilə yaxın əlaqə quraraq Qarabağ erməniləri məsələsinin beynəlmiləşməsinə nail olmalı idi.
• “VL” Azərbaycanın təbii sərvətlərinin talan edilməsi sayəsində “yerdə” alternativ gəlir mənbələri yaradıb, Xankəndinin İrəvandan, yəni Paşinyandan asılılığı azaltmalı idi.
• “VL” Ermənistan SQ qalıqlarının Qarabağdan çıxarılmasına mane olmalı idi.
• “VL” gələcəkdə Ermənistana təsir vasitələrini artırmaq üçün “layihənin” uğurlu olmasını təmin etməli idi.

Nə dərəcədə reallaşdı
Qarabağ erməniləri məsələsi beynəlmiləl xarakter aldı. Məsələ ilə bağlı erməni diasporu və Ermənistan havadarları konsolidasiya olundu. Lakin, məsələnin beynəlmiləşməsi Azərbaycana münasibətdə sanksiyalara gətirmədi. Danışıqlar davam edir və ABŞ, Rusiya, Aİ timsalında bütün vasitəçilər danışıqlar prosesində iştirak edir.

Bakı “VL”-dən necə istifadə etdi?
Azərbaycan “VL”-in reallaşmasına səbrlə yanaşıb, paralel olaraq itkilərin sıfıra enməsi üçün “yerdə” və siyasi-diplomatik arenada məqsədə/məntiqəuyğun addımlar atdı. “VL” Bakının (onsuz da) atacağı addımları sürətləndirdi.

• Laçın yolundakı ekoloji aksiya Qarabağa minaların, silah-sursatın və Ermənistan hərbçilərinin daxil olmasının qarşısını aldı.
• Yataqların istismarı və bununla da Azərbaycan ərazilərindəki istənilən qanunsuz iqtisadi fəaliyyət dayandırıldı. Başqa sözlə desək, Qarabağ ermənilərinin alternativ gəlir mənbəyi kəsildi. Hazırda Qarabağ erməniləri iqtisadi cəhətdən tam olaraq İrəvandan, yəni Paşinyandan asılıdırlar.
• Bakı Vardanyanla danışıqlara getmədi, əksinə onun Qarabağdan getməsini tələb etdi. General Volkov Vardanyanı “diplomatik nümayəndə” kimi irəli çəkə bilmədi.
• Azərbaycan Qərbə, xüsusilə Vaşinqtona göstərdi ki, Xankəndi ilə dialoq tələbi “VL”-in reallaşmasına gətirdi. Bu tələbin prinsipial olaraq müdafiə edilməsi “VL”-in uğurunu Ermənistan üzərinə də yaya bilər. Beləliklə, prioritet sülh sazişi oldu.
• Ekoaksiya nəzarət buraxılış məntəqəsi (NBM) məsələsini aktuallaşdırdı. Bu məsələ Münhendə, özü də Rusiyaya yox, Ermənistan rəhbərliyinə rəsmi təklif kimi verildi. 12 dekabra qədərki rejim daha olmayacaq. Bakının “qırmızı xəttlərini” keçmək lazım deyildi ki, Bakı da Moskvanın “qırmızı xəttini” keçsin!
• Konsolidasiya yerinə həm Qarabağ erməniləri, həm də Ermənistan daxilində parçalanma baş verdi. Vardanyanın özü, postlarında “daxili müqavimətdən” bəhs edir.
• “Müqavimət simvolu” kimi Qarabağ ermənilərinin ümidlərinə ən böyük zərbəni elə Vardanyan vurdu. Ən azından Vardanyana qədər Qarabağ erməniləri talonlardan istifadə etmirdilər və Laçın yolu üzrə rahat hərəkət edirdilər.
• Hazırda Qarabağdakı infrastruktur sıradan çıxıb, yaxın vaxtlarda isə qaçılmaz olaraq Azərbaycan infrastrukturuna qoşulacaqdır. Qarabağ ermənilərinin subyektliyi yalnız yaddaşda qalacaq. Qarabağ ermənilərinin müqavimət səviyyəsi Ermənistan SQ qalıqlarının çıxarılması/məhv edilməsi və Vardanyanın getmə/həbsindən sonra heç bir əhəmiyyət kəsb etməyəcək.

“VL” onsuz da qəliz olan Ermənistan-Rusiya münasibətlərini daha da kəskinləşdirdi. Layihə Rusiya üçün də toksik oldu, belə ki, hadisələr hətta Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə də nəzarətdən çıxır. RSK-nın Laçın yolundakı yeganə real eksklüzivliyi isə perspektivdə NBM formasını almaq üzrədir.

@cssc_cqtm
👍35
Lavrov “ciddi şəkildə yerinə yetirməni” təmin edə biləcəkmi?

Lavrovun Azərbaycana səfəri çərçivəsində biz yəgin ki, üçtərəfli razılaşmanın şərtlərinə “ciddi şəkildə yerinə yetirilmə” haqqında Lavrovun məhşur ifadəsini eşidəcəyik. Bu arada razılaşmaya bir daha qayıdıb, bəndlərin yerinə yetirilmə və tərəflərin narazılıq səviyyəsini müəyyən etmək yerinə düşərdi.

1. “Tərəflər... tutduqları mövqedə qalacaqlar”. Narazı – Ermənistan. Səbəb: Azərbaycan tutduğu mövqedə qalmadı.
2. Ağdamın Azərbaycana qaytarılması → qismən yerinə yetirilib.
3. “RF-nin... sülhməramlı kontingenti (SK) yerləşdirilir” → yerləşdirildi yerinə yetirildi.
4. SK “erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Narazı – Azərbaycan. Səbəb: Ermənistan SQ-nin qalıqları hələ də Qarabağdadır.
“SK-nın qalma müddəti... ...müddətin bitməsinə 6 ay qalmış” gözləyək görək necə yerinə yetiriləcək.
5. “Atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır” → “ciddi şəkildə yerinə yetirməyə” salamlar! Rusiya-Türkiyə monitorinq mərkəzi yaradılıb.
6. Kəlbəcər rayonunun qaytarılması → qismən yerinə yetirilib.
Laçın rayonunun qaytarılması → yerinə yetirilib.
SK-nın nəzarəti altında 5 km. enliyində Laçın dəhlizi → var.
“Azərbaycan ...dəhliz üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.
- Narazı – Azərbaycan. Səbəb: yol məqsədləri üçün istifadə edilmir: silah-sursatdan tutmuş Pekres və İran diversantlarına qədər hər şey daşınır (tam isbatlanıb!);
- Narazı – Ermənistan. Səbəb: ekoaksiya “blokada” kimi dərk olunur.
7.  “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara ...geri qayıdır”.
- Narazı – Ermənistan. Səbəb: “Hadrut erməniləri” məsələsi.
- Narazı – Azərbaycan. Səbəb: Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və Xocavənd azərbaycanlılarının geri qayıda bilməməsi.
- Qanunauyğun sual: “Hadrut erməniləri” hansı statusda geri qayıda bilərlər? Ermənistan vətəndaşı kimi qayıda bilməzlər, Azərbaycan vətəndaşlığı üçünsə müraciət etmirlər.
8. Əsir/girovların mübadiləsi. Narazı – Ermənistan. Səbəb: erməni diversant/hərbi əsirlər məsələsi.
Cəsədlərin mübadiləsi → yerinə yetirilib.
9. “Bütün iqtisadi və nəqliyyat əlaqələri”nin bərpası → yerinə yetirilməyib.
Ermənistan Naxçıvana nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməli, nəzarəti Rusiyanın FSB-si həyata keçirməlidir.
- Narazı – Azərbaycan. Səbəb: Zəngəzur dəhlizi yoxdur.

Beləliklə, əgər Lavrovun məqsədi Rusiyanın vasitəçilik formatını gücləndirməkdirsə, onda mövcud narazılıqların həlli ilə birbaşa və “ciddi şəkildə” məşğul olmaq lazımdır. Ermənistan 1, 6, 7, 8, Azərbaycan isə 4, 6, 7 və 9-cu bəndlərin yerinə yetirilməməsindən tam narazıdır.

“Ciddi şəkildə yerinə yetirmə” necə təmin oluna bilər?
• Laçın yolu ilə bağlı 6-cı bənd hər iki tərəfi qane etmir. Hazırda ən aktual bu mövzudur. 6-cı bənd həmçinin 9-cu bəndlə – Zəngəzur dəhlizi ilə bağlıdır. Bakının ZD və Laçın yolunda NBM təklifi gərginliyi aradan qaldırır: Zəngəzurda həmişəlik, Laçında isə 2025-ci ilə qədər nəzarət Rusiyada qalır.
Razılaşmada NBM haqqında heçnə deyilmədiyindən bu variant “ciddi şəkildə yerinə yetirilmə”ni təmin edir. NBM-in ZD-da qurulması isə razılaşmadakı “maneəsiz hərəkət” ifadəsinə zəruri izah verir. “Ciddi şəkildə yerinə yetirməyə” bir daha salamlar...
• 4 və 8-ci bəndlər üzrə “ciddi şəkildə yerinə yetirməsi” erməni silahlı qüvvələrinin Qarabağ və cəza çəkmə müəssisələrindən tamamilə çıxarılması ilə əldə edilə bilər. Bu həm də 1-ci bəndlə bağlı narazılığı aradan qaldırır: erməni silahlıları yoxdursa, Azərbaycan SQ-nə “mövqeləri dəqiqləşdirmək” lazım olmur.
• 7-ci bənd digər maddələrin icrasından asılı olub, müzakirə üçün açıqdır.

Göründüyü kimi, Rusiya vasitəçiliyi hələ də effektiv mexanizm kimi qalma potensialına malikdir. Yeganə lazım olan – iradə və Rusiyanın eksklüzivliyinin məhdudlaşdırılmasıdır. Əks təqdirdə, vaxt ötdükcə razılaşmanın mətni üzrə ziddiyyətli məqamlar daha da artacaq və zərurət səbəbindən tərəflər birtərəfli addımlara üstünlük verəcəklər.

@cssc_cqtm
👍34
Çinin Ukrayna münaqişəsinə artan marağı: motiv və məqsədlər

Rusiya-Ukrayna müharibəsinin ildönümündə Çin xarici işlər nazirliyi münaqişənin tənzimlənməsi ilə bağlı planla çıxış edib. Plana əsasən, “bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə effektiv zəmanət verilməli”, Soyuq müharibə mentalitetindən imtina edilməli, bir ölkənin təhlükəsizliyi digər ölkənin təhlükəsizliyi hesabına təmin edilməməli, hərbi blokların genişlənməsi hesabına regional təhlükəsizlik təmin edilməməli, ölkələrin təhlükəsizliklə bağlı narahatlıqlarına ciddi yanaşılmalı, vəziyyətin nəzarətdən çıxmasına imkan verilməməli, dünya iqtisadiyyatı siyasiləşdirilməməli və Rusiya-Ukrayna arasında birbaşa dialoqa başlanılmalıdır. Planın məqsədi Çini Rusiya-Ukrayna danışıqlarında vasitəçiyə çevirməkdir.

Əsas məqsəd
Görünən odur ki, Çin Türkiyənin zəlzələyə başının qarışmasından yararlanıb, münaqişədə vasitəçilik təşəbbüsünü ələ almaq istəyir. Bununla Pekin Qərblə münasibətlərini yaxşılaşdırmaq və dünyadakı siyasi çəkisini artırmaq istəyir.

İqtisadi məqam
Çinin motiv/məqsədləri burda bitmir. Müharibə, pandemiyadan sonra dünya iqtisadiyyatını daha bir böhrana düçar etdi. Böhran Qərbin iqtisadi imkanlarını zəiflədib, istehlakçıların daha az həcmdə Çin məhsulları almasına gətirdi. Ardıcıl lokdaunlar Çin iqtisadiyyatını onsuz da zəiflətmişdi. Müharibə Rusiyanın Çinə enerjini böyük həcm və (37%-lik) diskontla satmasına gətirib çıxarsa da bütün iqtisadi problemləri həll etmədi. Çin ixracayönümlü iqtisadiyyata malikdir. Ucuz enerji resursları bazarların əlçatan olması və istehlakçıların Çin məhsullarını ala bilməsi şəraitində iqtisadiyyata müsbət stimul verir. Ayrı-ayrılıqda isə müharibə Çinə dividendlərlə yanaşı, problemlər də gətirir.

Eskalasiya təhlükəsi
Müharibənin daha intensiv xarakter alması Qərbi hərbi sənaye kompleksinə investisiyaları artırmağa məcbur edə bilər. Hazırda hərbi şirkətlər sifarişlərin az olması səbəbindən çalışdıqları sektora böyük investisiyalar etmirlər. Müdafiə xərclərinin artması bir tərəfdən Qərbin iqtisadi imkanlarını azaldıb, daha az Çin məhsulları almasına, digər tərəfdən isə Qərbin hərbi cəhətdən indikindən daha güclü və konsolidasiya olunmasına gətirə bilər. Hərbi cəhətdən daha güclü və konsolidasiya olunmuş Qərb Rusiyanı Ukrayna teatrında məğlub etdikdən sonra boşalmış resursları Hind-Sakit okean regionuna − mövqeləri möhkəmləndirməyə göndərə bilər.
Çin Rusiya ilə normal münasibətlərin qorunmasında çox maraqlıdır. Çinin Rusiya ilə Uzaq Şərq regionunda böyük (4133 km) və problemli Sintzyan bölgəsində kiçik (46 km) sərhədi var. Rusiya ilə normal münasibətlər bu sərhədlərin siyasi-hərbi təhlükəsizliyinə töhfə verib, Çinin diqqət və resursları Hind-Sakit okean regionuna yönləndirə bilməsinə imkan verir.

Nüvə çəkindirməsi
Çin qlobal nüvə müharibəsindən çox ehtiyat edir. 2022-ci ilin noyabrında O. Şolts ilə görüşdə Si Cinpin “nüvə silahından imtinanı və ondan istifadə ilə hədələmənin” qəbuledilməz olduğunu bildirmişdir. Rusiya Çin üçün əlçatan və ucuz enerji mənbəyi və Qərbin qlobal hegemonluğuna qarşı təbii müttəfiqdir. Qərb Çin üçün kapital/yüksək texnologiya mənbəyi və Çin məhsullarının satıldığı vacib bazardır. Rusiya və Qərb arasında nüvə müharibəsi kimin “qalib gəlməsindən” asılı olmayaraq Çinin həyati-vacib maraqlarına zərbə endirmiş olacaqdır.

Nəticə
Görünən odur ki, Çin müharibənin orta intensivliklə uzun müddət davam etməsində maraqlıdır. İntensivliyin azalması Qərbin – Çinin maraq sferası hesab olunan – Hind-Sakit okean regionunda möhkəmlənməsinə imkan verəcək. İntensivliyin artması vəziyyətin nəzarətdən çıxmasına, daha dərin qlobal iqtisadi böhrana, Çinin iqtisadi mövqelərinin zəifləməsinə, Qərbin müdafiə xərclərini kəskin artırmasına, yeni Soyuq müharibəyə, Qərbin ikincidərəcəli sanksiyalar qəbul etməsinə, ən pis halda isə nüvə müharibəsinə gətirə bilər. Beləliklə, proseslərin nəzarətdən çıxmaması və Pekinə uyğun ssenari ilə inkişaf etməsi üçün Çin Türkiyənin zəlzələyə başının qarışmasından yararlanıb, vasitəçilik funksiyasını Ankaranın əlindən almaq istəyir.

@cssc_cqtm
 
👍27
Çinin Ukrayna münaqişəsinə artan marağı: tərəflərin əks-reaksiyası

Çinin Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı təqdim etdiyi plan ölkələr tərəfindən birmənalı qarşılanmadı. Plan Ukrayna prezidentinin ofis rəhbərinin müşaviri M.Podolyak tərəfindən tənqid olundu.

ABŞ
Vaşinqton Pekinə etibar etmədiyinə görə sülh planına da etinasızlıqla yanaşdı. Çinin Rusiyaya yardımı nəzərdən keçirtdiyini, amma bu barədə konkret qərar qəbul etmədiyini Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Sallivan (CNN-ə), Mərkəzi Kəşfiyyat İdarəsinin müdiri V.Börns (CBS News-ə) və Aşağı Palatanın xarici əlaqələr komitəsinin rəhbəri M.Makkol (ABC-yə) verdikləri müsahibələr zamanı bildirmişdilər. Dövlət katibi E.Blinken isə Rusiyaya maddi yardım və ya sanskiyalardan yayınmağa köməyin ağır fəsadlarla qarşılaşacağını Münhen Təhlükəsizlik Konfransı zamanı Van İ-yə bildirmişdir.

ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasına görə, “Rusiya beynəlxalq nizamın əsas qanunlarını şüursuzcasına (recklessly) pozaraq, azad və açıq beynəlxalq sistemə birbaşa təhlükə... ÇXR, əksinə, beynəlxalq nizamı dəyişdirmək niyyətinə və bu məqsədə çatmaq üçün getdikcə daha çox iqtisadi, diplomatik, hərbi və texnoloji gücə malik olan yeganə rəqibdir”. Bundan iki əqlinəticə çıxartmaq olar:

1.      Rusiya Qərbin hegemonluğuna müəyyən “narahatlıqlar” yaratsa da, ABŞ-ı hegemon kürsüsündən yalnız Çin sala bilər.
2.      Qərbin yeganə real rəqibi Çin olsa da, hazırda Qərbə birbaşa təhlükə Çindən yox, Rusiyadan gəlir. Bu isə o deməkdir ki, Qərb Rusiyanın Ukrayna siyasətinə göz yumub, diqqəti Çinə yönəldə bilməz.

Beləliklə, ABŞ dominantlığı əldə saxlamaq istəyirsə Rusiyanı öz tərəfinə çəkməli (ideal variant), və ya onu mümkün qədər az resurs sərf etməklə tez zərərsizləşdirərək (real variant), diqqət və resursları Çinə qarşı yönəltməlidir. Bu ssenarilərdən savayı arzuolunmazlıq dərəcəsi üzrə sıralanmış daha 3 ssenari var: müharibənin uzanması, Rusiyanın qalib gəlməsi, Rusiya və Çinin vahid bir cəbhədə birləşməsi. Çinin sülh planı arzuolunan ssenariləri yaxınlaşdırmadığına görə, ABŞ bu planı arzuolunmaz ssenarilər kontekstində nəzərdən keçirib, rədd edir.

Rusiya
Çinin sülh planında “bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə effektiv zəmanət” bəndindən başqa Rusiyanın bir çox narrativləri də (Soyuq müharibə mentalitetindən imtina edilməli, bir ölkənin təhlükəsizliyi digər ölkənin təhlükəsizliyi hesabına təmin edilməməli, hərbi blokların genişlənməsi hesabına regional təhlükəsizlik təmin edilməməli, ölkələrin təhlükəsizliklə bağlı narahatlıqlarına ciddi yanaşılmalı, dünya iqtisadiyyatı siyasiləşdirilməməli) əks olunub.

Çin Rusiya üçün paralel idxal, silah-sursat ehtiyatlarının doldurulması, SWIFT-in CİPS (103 ölkə, 1280 maliyyə institutu, $12,68 trln.-lıq emal) ilə əvəzlənmə perspektivi baxımından maraq kəsb edir. Qərbin iqtisadi problemləri yalnız ilk baxışdan Rusiya üçün müsbət bir hal kimi nəzərdən keçirilir. Gerçəklikdə Qərbin iqtisadi problemləri neft-qaza olan tələbatın aşağı düşməsinə → enerji resurslarına bazar qiymətlərinin enməsinə → Rusiyanın milyardlarla dollar gəlirdən məhrum olmasına gətirir. Qərbin iqtisadi problemləri Rusiya üçün o vaxtı müsbət bir hal olardı ki, dünya iqtisadiyyatında yaranan boşluq hər hansısa üçüncü bir qüvvə tərəfindən, yəni Çin tərəfindən doldurulsun. Beləliklə, Rusiya ABŞ-dan fərqli olaraq Çinin artan qüdrətində obyektiv maraqlıdır.

Çinlə yaxın münasibətlər həm də Rusiyaya diplomatik təcriddən çıxmağa imkan verir. Bu yaxınlarda Rusiya, Çin və CAR Hind okeanında birgə hərbi təlimlər keçirtdilər. Rusiya ümid edir ki, Hind-Sakit okean regionunda Çinin yüksək aktivliyi Qərbin diqqət və resurslarını öz tərəfinə çəkib, Ukrayna cəbhəsindəki müqaviməti zəiflədəcək.

Nəticə
Qərb Pekinin planını dəstəkləmədiyinə görə Çin qlobal mediatora çevrilə bilməyəcək. Çin mediator olmasa da plan Çin başda olmaqla Üçüncü Dünyanın, Qlobal Cənubun münaqişəyə baxışını özündə təcəssüm etdirib, nəticə etibarı ilə Pekinin siyasi çəkisini artırmış olacaqdır.

@cssc_cqtm
👍18
ABŞ-Qazaxıstan münasibətləri: Blinkenin Astana səfəri

Blinkenin Mərkəzi Asiya turnesi Qazaxıstandan başladı. Bu Qazaxıstana birinci səfər olsa da, “C5+1” formatı çərçivəsində artıq dördüncü görüşdür. Səfərədə bütün maraqlı tərəflərin gözləntiləri bir-birindən hissolunan dərəcədə fərqlidir.

İqtisadi faktor
Qazaxıstan ABŞ üçün vacib tərəfdaşdır. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 37,2% artıb, $3,05 mlrd.-a çatdı. Qazaxıstanda ABŞ kapitalının iştirakı ilə 590 müəssisə fəaliyyət göstərir. 1991-ci ildən bəri ABŞ-dan Qazaxıstana birbaşa investisiya axını $62 mlrd. təşkil etmişdir. Bu göstərici üzrə ABŞ Niderlanddan sonra ikinci yerdə qərarlaşır. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra ABŞ-ın Qazaxıstana marağı daha da artmışdır. Əgər 2021-ci ildə birbaşa investisiyalar $3,1 mlrd. həcmində idisə, son 9 ay ərzində ABŞ-dan Qazaxıstana birbaşa investisiyalar 58,8% artıb, $5 mlrd.-a çatmışdır. Qazaxıstanın Avropa İttifaqı ilə də münasibətləri yüksələn xəttlə inkişaf edir. 2017-ci ildə Qazaxıstan Aİ vətəndaşlarına vizasız rejim tədbiq etdi, 2020-ci ildə isə Astana və Brüssel arasında genişlənmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında razılaşma imzalandı. Qazaxıstan neftinin 70%-dən çoxu Aİ ölkələrinə ixrac olunur. Rusiya-Ukrayna müharibəsinə qədər Qazaxıstanın Aİ-nın neft idxalında payı 6% idi, müharibədən sonra isə 7%-dir. Aİ Qazaxıstanın əsas ticarət tərəfdaşı (40%) və əsas investorudur (48%).

Maraq və gözləntilər
Yuxarıda sadalanan göstəricilər Qərbin Qazaxıstana təsir dərəcəsini aydın nümayiş etdirir. Qazaxıstanda Blinken təkcə öz ölkəsini yox, bütövlükdə Qərbi təmsil edir. Bazar ertəsi Qazaxıstan fond birjası (KASE) Yandex başda olmaqla bir sıra Rusiya şirkətlərinin səhmlərini siyahıdan çıxarmaq qərarına gəldi. Ardınca Astana Rusiyadakı ticarət nümayəndələyini də ləğv etdi. Bütün bunların Blinkenin səfər öncəsi edilməsi Rusiyanın siyasi və intellektual isteblişmentini çox narahat etdi. Unutmayaq ki, səfər Aİ-nin Rusiyaya qarşı sayca 10-cu sanksiya paketinin qəbul olunduğu vaxta təsadüf edir. 10-cu sanksiya paketində Brüssel vurğunu əvvəlki paketlərdə mövcud boşluqların doldurulmasına edib. Bildiyimiz kimi Astana Rusiyanın paralel idxalında aparıcı ölkələrdən biridir. Ehtimal ki, paralel idxal və sanksiyalardan yayınma Blinkenin Qazaxıstanda qaldıracağı əsas mövzulardan olacaqdır.

Vaşinqton-Astana-Baku
ABŞ-ı maraqlandıran digər vacib məsələlər enerji təhlükəsizliyi və logistikadır. Rusiyanın neftinə və neft məhsullarına tədbiq edilən qiymət həddləri yalnız Qazaxıstan, Azərbaycan və s. bu kimi alternativ enerji mənbələrinin fasiləsiz axını şəraitində effektiv olur. Qazaxıstanın Aİ-na ixrac olunan nefti Rusiya ərazisindən keçir. Rusiya keçən il bir neçə dəfə bu axına fərqli bəhanələrlə mane olmağa çalışdı. Qazaxıstan isə buna cavab olaraq, Azərbaycana müraciət edib, boru kəmərlərimiz vasitəsilə sınaq axın həyata keçirdi. İctimai Diplomatiya və Dünya Siyasətinin Təhlili Mərkəzinin rəhbəri A.Vorobyova görə Blinkenin səfərinin məqsədlərindən biri Qazaxıstan neftinin Rusiya ərazisindən yan keçərək Aİ-yə çatdırılmasına nail olmaqdır. Bunu isə yalnız Azərbaycan vasitəsilə həyata keçirmək mümkündür.

Əfqanıstandan çıxdıqdan sonra ABŞ-ın Mərkəzi Asiya regionunda mövqeləri xeyli zəiflədi. Rusiya və İranla rəqabət + Çin ilə qəliz münasibətlər + Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsi ABŞ-ın Mərkəzi Asiyaya çıxış imkanlarını məhdudlaşdırıb, Azərbaycandan asılılığını artırdı.

Nəticə
Qazaxıstan prezidenti yanında strateji tədqiqatlar institutunun müdir müavini S.Kuşkumbayevə görə Astana Rusiya-Ukrayna/Qərb qarşıdurması ilə bağlı mövqeyini dəfələrlə ikitərəfli və çoxtərəfli formatlarda Vaşinqtonun diqqətinə çatdırıb. Bu səbəbdən Blinkenin Qazaxıstanı Rusiyaya qarşı çevirmə və ya sanksiyalara qoşulmağa məcbur etmə səyləri arzuolunan nəticə verməyəcək. Bununla belə, ABŞ daha incə siyasət yeridib, “C5” ölkələrinə qlobal və regional baxışını təqdim edib, onların dəyişən qüvvələr balansında düzgün nəticə çıxarmasına ümid edə bilər.

@cssc_cqtm
👍19
ABŞ-ın xarici siyasətində Mərkəzi Asiya regionu

Əfqanıstandan sonra ABŞ-ın Mərkəzi Asiyadakı (MA) mövqeləri zəifləsə də region Vaşinqtonun maraq obyektindən çıxmadı. Rusiya-Ukrayna müharibəsi səbəbindən MA-da yaranan geosiyasi vakuum ABŞ-a mövqelərini gücləndirmək şansını verir. Amerikalı diplomat R.Hoqlanda görə Blinkenin səfəri ABŞ-ın Rusiyanı daha da təcrid etməyə çalışdığı bir vaxtda MA ilə təmaslar qurub, ittifaqları gücləndirmək üçün bir fürsətdir.

ABŞ-ın gözləntiləri
ABŞ MA-nın Rusiyadan asılılığını yaxşı başa düşür. Blinkenin köməkçisi D.Luya görə ABŞ MA ölkələrindən “biz və Rusiya və ya biz və Çin arasında seçim etməyi xahiş etmir”. ABŞ region ölkələrinin cari siyasətini qənaətbəxş hesab edir. MA ölkələri Rusiyanı birbaşa tənqid etməsələr də separat ərazilərin müstəqilliyini də tanımadılar. Oktyabrda Qırğızıstan öz ərazisində KTMT təlimlərinin keçirilməsindən imtina etdi, dekabrda isə Özbəkistan prezidenti Bişkekə, Aİİ sammitinə getməkdən imtina etdi. Ölkələr bacardıqları qədər sanksiya siyasətini pozmamağa çalışırlar. Mərkəzi banklar “Mir” kartlarından istifadəyə qadağa qoyublar. Yalnız Qazaxıstan, ABŞ-ın Xarici aktivlərin idarə edilməsi üzrə nəzarət İdarəsinin (OFAC) razılığı əsasında fiziki şəxslərə “Mir” kartlarından istifadəyə icazə verir. Rusiyanı daha da təcridə məruz qoymaq üçün ABŞ Orta dəhliz kimi Rusiya ərazisindən yan keçən regional layihələrin reallaşmasına mane olmur.

Problemli məqamlar
Yüksək gözləntilərlə yanaşı ABŞ-ı narahat edən bir çox problemli məqamlar da mövcuddur. Bildiyimiz kimi İran dronlarının ixrac üçün ilk zavodu Tacikistanda açılmışdır. Bu isə Tacikistanın dolayısı yolla İran dronlarının Rusiyaya ötürülməsində iştirak etdiyini düşünməyə əsas verir. Özbəkistanın “Promcomplektlogistic” şirkəti Rusiyanın hərbi sənaye kompleksi ilə əməkdaşlığa görə ABŞ-ın sanksiya siyahısına düşüb. Bəzi məlumatlara görə Vaqner şirkəti müharibə üçün döyüşçüləri Türkmənistan həbsxanalarında verbovka edir. Statistikaya görə Qırğızıstandan Rusiyaya teleskopik nişangahların tədarükü 7 dəfə artıb. Qazaxıstandan Rusiyaya ixrac olunan məişət texnikasındakı mikroçip və yarımkeçiricilər isə Rusiya tərəfindən Ukraynaya atılan raketlərin istehsalında istifadə edilir.

Rusiya faktoru
Müharibə Rusiyanın MA-da nüfuzunu zəiflətsə də, onu sıfra endirmədi. Qazaxıstandan fərqli olaraq ABŞ-ın digər MA dövlətləri ilə əlaqələri o qədər də sıx deyil. Özbəkistan bir il ərzində Rusiya ilə ticarət dövriyyəsini $7,5 mlrd.-dan $10 mlrd-a qədər artırmışdır. Qırğızıstan isə paralel idxal sayəsində Rusiyaya ixracını (ayda 80%) artıra bilmişdi. MA-nın təsir dairəsindən çıxmaması üçün Moskva region ölkələrinə çoxlu güzəştlər də edir: Tacikistanın bir neçə illik tələblərindən sonra Rusiya müxalif İslam İntibah Partiyasını terror təşkilatı kimi tanıdı; Qırğızıstan və Tacikistanın tələbi ilə Moskva hətta Rusiya vətəndaşlığına malik olan və Rusiyada gizlənən siyasi fəalları və keçmiş siyasətçiləri aktiv şəkildə deportasiya etməyə başladı. Tacikistan və Özbəkistan Aİİ üzvü olmasalar da, Rusiya hər iki ölkədən miqrant axınına mövcud məhdudiyyətləri aradan qaldırdı.
 
Nəticə
Rusiyanın təcavüzkar siyasətini dəstəkləməmə hələ MA-nın Rusiyadan üz döndərib, Qərbə meyl edəcəyindən xəbər vermir. MA 2014-cü ildə Krımın anneksiyasını, 2008-ci ildə isə Gürcüstana qarşı təcavüzü də dəstəkləməmişdi. Buna baxmayaraq Rusiya ilə münasibətlər yüksələn xəttlə inkişaf etmişdi. Rusiyaya qarşı tədbiq edilən sanksiyaların pozulmaması isə ilk növbədə iqtisadi məqsədəuyğunluq ilə izah olunmalıdır. ABŞ Rusiyanı MA-dan sıxışdırmaq istəyirsə regiona qapı olan Bakı ilə yaxın əlaqələr qurmalı və MA ölkələrinə real iqtisadi və təhlükəsizlik alternativi təklif etməlidir. Baydenin sentyabrda region üçün ayırdığı $25 mln. + Blinkenin vəd etdiyi əlavə $25 mln. isə MA ölkələrinin Rusiyadan imtina edib, üzlərini Qərbə tərəf döndərmələri üçün kifayət etməyəcək.

@cssc_cqtm
 
 
👍19
İran-İsrail qarşıdurması

İran-İsrail ziddiyyətləri pik həddə çatmaq üzrədir. Nüvə silahı üçün 90%-lik zənginləşdirilmiş uran tələb olunursa İranda bu göstərici artıq 84%-ə çatmışdır. İsrailin fikrincə, vəziyyət dəyişməsə 2023-cü ilin sonuna İranın 10 ədəd nüvə bombası hazırlamaq imkanı olacaqdır.

Hədələr balansı – qüvvələr disbalansı
Globalfirepower indeksinə görə İran dünya ölkələri içərisində qüdrətinə görə 17-ci, İsrail isə 18-ci yerdə qərarlaşır. İndeks bütün ölkələri kəmiyyət meyarı üzrə müqayisə edib, tərəflərin malik olduqları hərbi texnikanın keyfiyyətini, ordunun döyüş qabiliyyətini, siyasi rəhbərlik və sabitlik səviyyəsini, kəşfiyyat orqanlarının peşəkarlığını, müttəfiqlərin və nüvə silahının olmasını nəzərə almır. Kəmiyyət meyarı üzrə İran qismən üstün olsa da digər ölçülərdə İsrail İranı xeyli qabaqlayır. Bu hədələr balansı tərəflər arasında zəruri çəkindirmə amilini yaradıb, genişmiqyaslı/uzunmüddətli müharibənin qarşısını alır. İranın nüvə silahı əldə etməsi isə bu kövrək tarazlığı pozub, müharibə ehtimalını artırır.

Nüvə təhlükəsi
Nobel mükafatçısı T.Şellinq Soyuq müharibə zamanı nüvə müharibəsinin qaçılmazlığını bu formada izah edirdi:
- Biz müharibə istəmirik, müharibəni ruslar da istəmir
- Biz bilirik ki, ruslar müharibə istəmir, ruslar da bilir ki, biz müharibə istəmirik
- Amma ola bilsin ki, ruslar bilmir ki, biz onların müharibə istəmədiklərini bilirik
- Ona görə də onlar elə hesab edə bilərlər ki, biz müharibə edə bilərik
- Bunu düşünüb, onlar birinci olmağı qərarlaşdıra bilərlər;
- Buna görə də sağ qalmağın yeganə yolu Sovetlərə birinci zərbə endirməkdir.

Nüvə müharibəsinin niyə baş verməməsi ayrı bir tədqiqat mövzusu olsa da, Şellinqin alqoritmində məntiqi/riyazi xəta yoxdur. Bu o deməkdir ki, alqoritmi İran-İsrail nümunəsində yenidən nəzərdən keçirtmək olar: İranın nüvə silahı əldə etməsi → genişmiqyaslı müharibəyə → tərəflərin (hətta istəmədikləri şəraitdə belə) qarşılıqlı nüvə zərbələri endirməsinə səbəb ola bilər.

ABŞ-İsrail ittifaqı
ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini K.Kala görə 2018-ci ildə İrana bir nüvə bombası hazırlamaq üçün minimum 12 ay vaxt lazım idi. İndi bu göstərici 12 günə qədər azalmışdır. ABŞ-ın Konqres Araşdırmalar Mərkəzinin 2020-ci il hesabatına əsasən, ABŞ-ın İranın 9 qonşu ölkəsində (Türkiyədə 2,5 min, Suriyada 800 nəfər, İraqda 5 min, Küveytdə 13 min, Səudiyyə Ərəbistanında 3 min, Bəhreində 7 min, Qətərdə 10 min, BƏƏ-də 5 min, Omanda 100 nəfər) hərbi bazaları vardır. Bu yaxınlarda ABŞ və İsrail hərbi dəniz qüvvələri birgə miqyaslı hərbi təlimlər keçirmişlər. Ardınca isə İsrailə ABŞ-ın müdafiə naziri L.Ostin və baş qərargah rəisi M.Milley səfər etmişlər.

Geosiyasi fəsadlar
6 martda SEPAH Mossad-ın guya İran ətrafında (Azərbaycan, İraq, BƏƏ) yaratdığı bazalara ballistik raket zərbələri endirəcəyini əks etdirən video paylaşdı. İttihamlar əsassız olsa da, İranın hədəf aldığı bütün ölkələr enerji ixrac edən dövlətlərdir. İranın bu ölkələrə zərbə endirməsi enerji resurslarının qiymətini kəskin artıra bilər. Enerji resurslarına qiymətlərin kəskin artması Qərbdə inflyasiya göstəricilərini yüksəldib, ölkələri iqtisadi böhrana düçar edəcək. Bu Ukraynaya edilən yardımların həcm və intensivliyinə mənfi təsir göstərib, Rusiyaya qarşı tədbiq edilən sanksiyaların effektivliyini aşağı salacaq. Xatırladaq ki, 2022-ci ilin əvvəllərində Rusiya yüksək neft-qaz qiymətləri sayəsində sanskiayların mənfi təsirini xeyli məhdudlaşdıra bilmişdi. Müharibənin ilk aylarında isə Rusiyanın 2022-ci ili $205 mlrd. (Goldman Sachs), $200-240 mlrd. (İİF), $321 mlrd. (Bloomberg) profisitlə yekunlaşdıracağına dair proqnozlar da var idi.

Nəticə
İsrailin baş naziri B.Netanyahu İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün əlindən gələni edəcəyini bildirir. İsrail bu məsələdə ABŞ-ın güclü dəstəyinə ümid etsə də, İrana qarşı müharibənin geosiyasi/iqtisadi fəsadları Vaşinqtonu ehtiyatlı olmağa vadar edir. Bununla belə hadisələrin inkişafı + İsrailin İraq (1981) və Suriyadakı (2007) davranışı dinamikanın kəskin eskalasiyaya doğru hərəkət etdiyindən xəbər verir.

@cssc_cqtm
👍26
Geriyə addımlayan münasibətlər: ABŞ-Çin ziddiyyətləri

7 mart tarixində Si Cinpin və xarici işlər naziri S.Qan ABŞ-ı kəskin tənqid edib, Rusiyanı əsas tərəfdaş adlandırdılar. Son illərin müşahidəsi göstərir ki, iki ölkə arasında münasibətlər enən xətt üzrə intensiv sürətdə geriyə doğru addımlayır.

ABŞ-ın Çin ilə toqquşan maraqları
Tərəflər arasında mövcud ziddiyyətlər ikitərəfli və çoxtərəfli münasibətlərin bütün spektrini əhatə edir:
Tayvan probleminin zorakı həlli. CSİS mərkəzi Çinin 2026-cı ildə Tayvanı zorakı yolla özünə birləşdirməyə cəhd edəcəyini proqnoz edir və bunun qarşısını almaq üçün birbaşa hərbi müdaxilə daxil bütün vasitələrdən istifadə etməyi vacib sayır.
- Rusiyaya dəstək. ABŞ Çini Rusiyaya sanksiyalardan yayınmağa kömək etməkdə və Rusiyaya silah satmağı nəzərdən keçirtməkdə ittiham edir.
“Bir dövlət – iki sistem” prinsipinin pozulması. Çinin Honkonqun daxili muxtariyyətini pozması ABŞ tərəfindən sərt qarşılandı. ABŞ Çini sərt sanksiyalarla və hətta Honkonqa dollar ixracını qadağa etməklə (Honkonq dünyada böyüklüyünə görə 3-cü dollar bazarıdır) hədələdi. Bu sanksiyanın reallaşması Honkonqu dünyanın üçüncü ən böyük maliyyə mərkəzi statusundan məhrum edə və ABŞ-Çin arasında valyuta müharibəsini başlaya bilər.
Davam edən ticarət müharibəsi. T/m Obamanın Çinin polad məhsullarına 265,79%-lik antidempinq tarifləri tədbiq etməsi ilə başladı. Ardınca Tramp 2019-cu ildə $200 mlrd. dəyərində, daha sonra isə əlavə $300 mlrd. dəyərində Çin məhsullarına gömrük tariflərini 10%-dən 25%-ə qədər artırdı.
İqtisadi casusluq. 2020-ci ildə ABŞ-ın ədliyyə nazirliyi iki çinli xakeri ABŞ-ın kompyuter şəbəkəsini qırıb, Covid-19 əleyhinə vaksinin hazırlanma sirrini mənimsəməyə cəhddə ittiham etdi. ABŞ Çinin Hyustondakı nümayəndəliyini Çin isə ABŞ-ın Çendudakı baş konsulluğunu bağladı.
Şəxsi məlumatların oğurlanması. Buna cavab olaraq ABŞ Huawei kimi şirkətlərin və TikTok kimi sosial şəbəkələrin Qərbdə fəaliyyətinin məhdudlaşdırılmasına səy göstərir.

Çinin ABŞ ilə toqquşan maraqları

- Si Cinpin son partiya iclasında ABŞ-ı Çini çəkindirmə (containment), mühasirə (encirclemen) və boğmaya (suppression) məruz qoymaqda ittiham etdi. ABŞ-a məxsus Quam, Marşal adaları, Veyk adasından savayı Vaşinqtonun Cənubi Koreya (73 baza + 26,414 hərbçi), Yaponiya (120 baza + 53,713 hərbçi) və Avstraliyada (7 baza + 1085 hərbçi) böyük, Filippin, Malayziya, Sinqapur, Tailand kimi ölkələrdə isə kiçik hərbi mövcudluğu vardır. Bazaların coğrafi yerləşməsinə diqqət yetirsək ABŞ-ın həqiqətən də Çini “anakonda halqasına” alıb, boğmağa cəhd etdiyini görmək olar.
Riyakar siyasət. S.Qana əsasən, ABŞ Ukraynanın suverenlik və ərazi bütövlüyü haqqında yüksək bəyanatlar versə də Çinin Tayvan üzərində suverenlik məsələsində eyni yanaşma nümayiş etdirmir və Çindən Rusiyaya silah verməməyi xahiş etdiyi halda, “uzunmüddətli razılaşmaları pozaraq Tayvana silah satır”.
Daxili işlərə qarışma. Çin ABŞ-ı daxili işlərə qarışmaqda, insan haqqları məsələsini siyasiləşdirməkdə, Sintzyan (etnik uyğurların problemi) və Tibet (Dalay-Lamanın ABŞ-a vaxtaşırı səfərləri) regionlarında separatçılığı qızışdırmaqda ittiham edir. Daxildə qeyri-stabillik Çinin hərbi modernizasiya imkanlarını məhdudlaşdırıb, daha çox resursu daxili təhlükəsizliyə yönəltməyə məcbur edir.
Ədalətsiz iqtisadi rəqabət. Ucuz işçi qüvvəsi + zəif valyuta Çinə rəqabət üstünlüyü verdiyi halda ABŞ öz zəif mövqelərini proteksionist tariflər hesabına kompensasiya etmək istəyir.

Nəticə
Münasibətlər sürətlə geriləsə də, tərəflər açıq konfrontasiya vəziyyətindən hələ uzaqdılar. Çin ABŞ-dan kənarda ən böyük dollar sahibidir. $3 trln.-dan çox ehtiyatların 1/3-i dollarda saxlanılır + 2 trln. xarici investisiyanın əhəmiyyətli hissəsi dollarda ifadə olunur. Bu qarşılıqlı asılılıq S.Qanı ABŞ-ı tənqid etdikdən sonra tərəflər arasındakı münasibətlərdə ümumi maraqlar və ümumi məsuliyyətin üstünlük təşkil etməli olduğunu, C.Kirbini isə Vaşinqtonun Çin ilə münaqişə yox, strateji rəqabət arzuladığını deməyə məcbur edir.

@cssc_cqtm
👍23
İran-Səudiyyə Ərəbistanı razılaşması

Ötən həftə İran və Səudiyyə Ərəbistanı (SƏ) diplomatik münasibətləri bərpa edəcəklərini bəyan etdilər. Diplomatik münasibətlər 2016-cı ildə − SƏ səfirliyinə hücumdan və şiə şeyxi edam edildikdən sonra kəsilmişdir. Diplomatik münasibətlərin olmaması onsuz da rəqabətdə olan ölkələrin İraq, Suriya, Bəhreyn, Livan və Yəməndə nüfuz uğrunda mübarizəsini kəskinləşdirdi. 2021-də iki dəfə (İraq və Omanda) əlaqələrin bərpasına cəhd olunsa da, İranın husiləri, SƏ-nin isə müxalif “İran İnternational” kanalını dəstəkləməsi səyləri uğursuzluğa düçar etdi. Diplomatik münasibətlər 2023-cü ildə, Çinin vasitəçiliyi ilə bərpa edildi.

ABŞ mövqe/narahatçılığı
C.Kirbi ABŞ-ın danışıqlar prosesindən məlumatlı olduğunu və İran-SƏ arasında münasibətlərin nizamlanmasının Baydenin regiona 2022-ci il səfərinin əsas müddəalarından biri olduğunu bildirdi. Rəsmi mövqeyə baxmayaraq razılaşma ABŞ tərəfindən qıcıqla qarşılandı. Vaşinqton Yaxın Şərqdə mövqelərinin zəiflədiyini, Pekinin isə mövqelərinin əksinə gücləndiyini hiss edir. Rusiya-Qərb qarşıdurması ABŞ-ın iqtisadi və hərbi resurslarını azaltmaqla yanaşı diplomatik imkanlarını da məhdudlaşdırıb, SƏ kimi ənənəvi tərəfdaşların tədricən uzaqlaşmasına səbəb olur.

ABŞ-SƏ münasibətləri D.Trampın hakimiyyət illərində $110 mlrd.-lıq hərbi sazişin bağlanması (ABŞ-ın silah ixracının 1/4hissəsi) ilə inkişafın pik nöqtəsinə çatsa da, Baydenin hakimiyyət illərində (sazişin icrasına mane olduğuna + Yəməndə husiləri dəstəklədiyinə görə) yenidən geriyə addımlamışdır. 2022-ci ilin oktyabrında SƏ Vaşinqtonun təkid/təsir/təzyiqlərinə rəğmən OPEC+ çərçivəsində gündəlik istehsalı 2 mln. barrel azaltmaq haqqında qərar qəbul etdi. ABŞ bu qərarın neft qiymətlərinin artmasına, Rusiyanın gəlirlərinin çoxalmasına və sanksiyaların effektivliyinin azalmasına gətirəcəyini bildirib, SƏ ilə münasibətləri yenidən nəzərdən keçirəcəyini, SƏ-nin “ciddi fəsadlarla” üzləşəcəyini bildirdi. Senatın xarici əlaqələr komitəsinin sədri B.Menendez öz mövqeyini dəyişməyəcəyinə qədər ər-Riyada silah satmağa imkan verməyəcəyini bildirdi. ABŞ Senatının Ədliyyə Komitəsi isə ABŞ-ın OPEC ölkələrini məhkəməyə verməyi nəzərdə tutan akt qəbul etdi.

Əsas benefisiar – Çin
SƏ və İran arasında münasibətlərin bərpa olunmasından ən çox qazanan sözsüz ki, Çindir. Çinin artan iqtisadiyyatı iri, fasiləsiz və ucuz enerji mənbələri tələb edir. İran və SƏ arasında davam edən və potensialda nəzarətdən çıxa bilən gərginlik isə dünya bazarında neft-qaz qiymətlərinin artmasına və beləliklə Çinin iqtisadi artım templərinin aşağı düşməsinə gətirə bilər. Ötən həftə üçüncü dəfə ÇXR sədri seçilən Si Cinpinə isə hazırda siyasi-iqtisadi sabitlik həyati-vacibdir.

Əldə olunan razılaşma həm də Çinin diplomatik qüdrətindən xəbər verir. Çin SƏ üçün ən böyük neft ixrac bazarıdır + İranın 30%-dən çox ticarət dövriyyəsi Çinin payına düşür. Bu faktorlar Pekinin diplomatik çəkisini artırıb, hər iki tərəfi Çinin “xeyirxah xidmətlərinə” (“bons offices”) müsbət yanaşmağa vadar edir. Xarici işlər naziri Van İ Çinin gələcəkdə də regional münaqişələrin aradan qaldırılmasında konstruktiv rol oynayacağını bildirdi. Əldə edilən razılaşma + Van İ-nin bəyanatı Çinin münaqişələrdən əziyyət çəkən ölkələrə mediator olmaq təklifi kimi təfsir oluna bilər.

Nəticə
Əldə edilən razılaşma Tehran və ər-Riyad arasındakı ziddiyyətlərin təmamilə həll ediləcəyi və ya ABŞ-SƏ arasında strateji tərəfdaşlığın daha aktual olmaması anlamına gəlmir. Bu daha çox ABŞ-ın siyasi səhvləri ucbatından yaranan diplomatik vakuumların Çin tərəfindən doldurulmasından xəbər verir. SƏ-ABŞ arasında siyasi münasibətlərin əsasını təhlükəsizlik faktoru təşkil edir. Diplomatik əlaqələrin bərpasından savayı Tehran və ər-Riyad 2001-ci ildə imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlıq sazişini və 1998-ci ildə tarixli iqtisadi əməkdaşlıq sazişlərini də bərpa edəcəklərini bildirdilər. Çinin vasitəçiliyi ilə əldə edilən razılaşmalar davamlı olub, daha da inkişaf etsə ABŞ-SƏ arasında əlaqələr getdikcə zəifləyə, Çin ilə əlaqələr isə əksinə güclənə bilər.

@cssc_cqtm
👍22
ABŞ Milli Kəşfiyyat Müdirliyinin (MKM) “İllik Hədələrin Qiymətləndirilməsi”
hesabatı
I Hissə: Çin


MKM Pekin ABŞ-la artan rəqabəti epoxal geosiyasi dəyişikliyin bir hissəsi kimi görür və ona qarşı atılan addımları Çinin yüksəlişinin qarşısını almaq cəhdləri kimi nəzərdən keçirir.

Geosiyasət
Cənubi-Çin dənizində Pekin artan hərbi hava, dəniz və sərhəd mühafizə qüvvələrindən istifadə edib, rəqiblərini qorxutmağa davam edəcək. Eyni yanaşma Senkaku adaları məsələsində Yaponiyaya qarşı tədbiq ediləcək. “Bir kəmər, bir yol”, Qlobal inkişaf və qlobal təhlükəsizlik kimi təşəbbüslərlə Çin Qərbin başçılıq etdiyi b/institutlara alternativlər və yeni b/normalar yaratmağa cəhd edir. Hesabata görə Çin Moskvaya ictimai dəstəyi məhdudlaşdırsa da, “ABŞ-a çağırış olmağa davam etmək üçün” Rusiya ilə əməkdaşlığı davam etdirəcək.

Geoiqtisadiyyat
Çin növbəti illərdə də ABŞ-ın əsas texnoloji rəqibi olacaqdır. Çinin subsidiya, casusluq və ticarət siyasətindən istifadə etməsi ABŞ iqtisadiyyatına problemlər yaratmaq yanaşı, Pekinin qlobal texnoloji tərəqqi və standartlarda liderlik etmək səylərinə töhfə verir. Çin yarımkeçiricilər, vacib resurslar, akkumulyator, günəş batareyaları və əczaçılıq məhsulları daxil olmaqla bir sıra sektorların qlobal təchizat zəncirinin mərkəzini təşkil edir. 2020-ci ildə Si Cinpin böhran zamanı xarici ölkələri təhdid etmək üçün qlobal təchizat zəncirlərinin Çindən asılılığını artırmağın vacibliyini qeyd etmişdir. Çin mikrosxemləri istehsalı üzrə yeni zavodların tikintisində dünya lideridir. Çin 2019-cu ildə qlobal yarımkeçiricilərin istehsalının 11%-ni təşkil edirdisə, 2025-ci ildə bu göstərici 18%-ə çatacaqdır. Bütün bunlar ABŞ-ın Çindən asılılığına gətirə bilər. Çinin nadir torpaq elementləri daxil bir sıra strateji materialların hasilatı və emalı sahəsində üstünlüyü ABŞ-ın mülki-müdafiə istehsalı üçün ciddi problemdir. 2025-ci ilə qədər Çin litium-ion batareya bazarının 65%-nə və tədarük zəncirinin bütün hissələrinə nəzarət edəcək. Çin dünyanın aktiv əczaçılıq inqrediyentlərinin 40%-ni, dərmanların əsas tərkib hissəni istehsal edir. Günəş panel istehsalında Çinin qlobal payı indi 80%-dir, yaxın illərdə isə 95% olacaqdır.

Tayvan
Pekinin fikrincə ABŞ Tayvanı Çinin yüksəlişini sarsıtmaq üçün “piyada” kimi istifadə edir. Hesabata əsasən, Pekin Tayvanı birləşdirmək üçün həm stimul, həm təzyiq metodlarından istifadə edəcək. Vaşinqton-Taypeyin yaxınlaşması Çini Tayvan boğazının mərkəz xəttini keçməyə və Tayvanın üzərindən raket uçuşları həyata keçirməyə stimullaşdıracaq. MKM-ə əsasən, Çin Tayvan üzərində nəzarətə nail olsa bu yarımkeçirici və mikrosxemlər tədarük zəncirlərinin pozulması daxil olmaqla, genişmiqyaslı nəticələrə səbəb olacaqdır.

Hərbi
Pekin 2027-ci ildə ABŞ ilə mümkün genişmiqyaslı və davamlı münaqişə şəraiti üçün zəruri h/modernizasiya həyata keçirir. Çin artıq regionda ən böyük hərbi hava/dəniz qüvvələrinə malikdir. Yaxın/orta/uzaqmənzilli raketlər isə ABŞ-ın regiondakı qüvvələrini ehtimal ki, artıq hədəf altında saxlaya bilir. Cibutidə h/baza yaratdıqdan sonra Çin Kamboca, Ekvotarial Qvineya, BƏƏ-də də baza yaratmağı nəzərdən keçirdir. Pekin idxalı əvəzetmə sayəsində KQS və qabaqcıl adi silah istehsalında daxili müdafiə potensialını artırır. Çin nüvə çəkindirməsində ABŞ-dan geri qaldığını düşündüyünə görə ABŞ-a qarşı rəqabətcil nüvə strategiyasına keçid edir və qitələrarası ballistik raketlər üçün yüzlərlə yeni şaxta tikir.

Efirokratiya
2045-ci ilə qədər ABŞ-ı ötmək üçün Çin geniş kosmik proqram həyata keçirdir. MKM-in fikrincə Çin hətta 2030-cu ilə qədər kosmik texnologiyanın bəzi sahələri istisna olmaqla, qlobal statusa çatacaq. Çin Ayda robot-tədqiqat stansiyası, ardınca isə dövri ekipajla Ay bazası yaratmaq niyyətindədir. ABŞ-ın imkanlarını sarsıtmaq üçün Çin peyk kəşfiyyatı, peyk rabitəsi, yerüstü və orbital anti-peyk (radioelektron, enerji silahları, peykəleyhinə raketlər) silahlarını hazırlamağı davam edir. Çin, demək olar ki, ABŞ-da kritik infrastruktur xidmətlərini, o cümlədən neft-qaz kəmərləri və dəmiryol sistemlərini poza biləcək kiberhücumlar həyata keçirmək iqtidarındadır.

@cssc_cqtm
👍18👎1
MKM hesabatı
II Hissə: Rusiya
(I Hissə:
https://news.1rj.ru/str/cssc_cqtm/232)

MKM Rusiya-Ukrayna müharibəsi RF-nin Qərb və Çinlə münasibətlərini qeyri-müəyyən inkişafa sürükləyən tektonik hadisə kimi nəzərdən keçirdir. Hesabata görə RF növbəti onillikdə ABŞ üçün əsas və daha az proqnozlaşdırıla bilən problem olaraq qalacaq. Növbəti on ildə RF rəqabətli, qarşıdurma və təxribat xarakterli yollarla Ukrayna və digər postsovet ölkələrində dominantlığa can atacaq. MKM-in fikrincə RF maraqlarının təhlükə altında olduğunu, atacağı addımların əks-təsirlərinin az olduğunu, hakimiyyət boşluğundan istifadə etmə fürsətini, öz milli təhlükəsizlik və siyasi rejimi ekzistensial hədə gördüyü zaman gücdən istifadə edəcək.

Qlobal miqyas
RF qlobal səviyyədə hərbi, kəşfiyyat, ticarət və enerji varlığını qoruyacaqdır. RF NATO ilə birbaşa hərbi münaqişə istəməsə də, bunun baş vermə ehtimalı var. ABŞ-ı təhdid qismində nəzərdən keçirdiklərinə görə RF və Çin hərbi və diplomatik sahələrdə əməkdaşlığı davam edəcəklər. Qərbin Ukraynaya dəstəyini sarsıtmaq üçün RF enerji və taxıldan təsir/təzyiq vasitəsi kimi istifadə etməyə davam edəcək.

Regional miqyas
RF-nin MAR, Liviya, Mali və Suriyada mövcudluğunu qoruma, ABŞ-ın liderliyini sarsıtma, əvəzedilməz vasitəçi və təhlükəsizlik üzrə tərəfdaş olma cəhdləri davam edəcək. Sanskiyalardan yayınmaq yolları axtardıqlarına və iqtisadi-hərbi əməkdaşlığa can atdıqlarına görə RF-İran münasibətləri inkişaf edəcək. Qərb yarımkürəsində RF Argentina, Braziliya, Kuba, Nikaraqua və Venesuella ilə diplomatik-iqtisadi əlaqələri qorumağa çalışacaq. Resursların əhəmiyyətli hissəsi Kiyevə qarşı səfərbər olunduğuna görə RF Belorusiya, Mərkəzi Asiya və Cənubi Qafqaza 2020-ci ildə olduğu qədər müdaxilə edə bilməyəcək.

Ukrayna
İlkin planın iflası Rusiyanı Kiyevi tutmaq niyyətindən daşındırıb, diqqətin Donbas və cənub rayonlarına yönəlməsini şərtləndirdi. Çox güman ki, RF-nin hərbi uğursuzluqları prezident Putinin reputasiyasını aşağı salacaq və onu ictimai dəstəyi qaldırmaq üçün eskalasiya səviyyəsini artırmağa vadar edəcək.Qismən səfərbərlik şəxsi heyət çatışmazlığı problemini azaltsa da, özündə müharibəyə ictimai dəstəyi dağıtmaq riskini daşıyır. Qüvvələr Donbasda konsolidasiya olunsa da ehtimal ki, RF 2023-cü ildə Donbası tam tuta bilməyəcək.

Hərbi imkanlar
Hərbi imkanların azalması Moskvaya Avropanın təhlükəsizliyinə adi hərbi təhdid yaratmağa, Avrasiya və dünyada iddialı mövqedən çıxış etməyə imkan vermir. RF postsovet məkanındakı quru qoşunlarını və xaricdəki Vaqner tipli şirkətlərin aktivlərini azaltmağa məcbur oldu. Quru qoşunların zəifləməsi Rf-ni nüvə, kiber və kosmik imkanlardan daha asılı etdi. Hərbi imkanlar azalsa da RF donanma, uzaqmənzilli bombardmançı təyyarələr və Vaqner tipli şirkətlər sayəsində dünyadakı hərbi mövcudluğunu qoruyacaqdır.

KQS
RF dünyada ən böyük və ən döyüşqabiliyyətli nüvə arsenalına malikdir. Hərb uğursuzluqlardan sonra Putin RF-ni müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazır olduğunu Qərbə açıq şəkildə bildirdi. RF ABŞ-ın raket əleyhinə müdafiə sistemlərindən yan keçmək üçün nəzərdə tutulmuş nüvə başlıqlı uzunmənzilli raketlərin və sualtı daşıma sistemlərinin modernizasiyanı həyata keçirir.

Kiber/Bədxassəli təsir
Kiber aktivlik gözləniləndən zəif olsa da, RF casusluq, nüfuz və kiberhücum imkanlarını təkmilləşdirdiyinə görə əsas kiber təhlükə qalmaqda davam edir. RF kiber imkanlarını ABŞ-ın kritik infrastrukturuna hücum edə bilmək məqsədilə təkmilləşdirir. 2022-ci il aralıq seçkiləri daxil olmaqla, RF onilliklər ərzində seçkilərə təsir əməliyyatları aparır.

Efirokratiya
Beynəlxalq sanksiyalara, kosmik sektorun daxili problemlərinə, artan rəqabətə baxmayaraq RF ABŞ-ın kosmik sferada aparıcı rəqibi olmaqda davam edəcək. Bununla belə məhdud resurslar Moskvanı milli təhlükəsizlik üçün mühüm hesab edilən naviqasiya, sinxronlaşdırma, geolokasiya, kəşfiyyat, müşahidə və araşdırma kimi məsələlərə üstünlük verməyə məcbur edəcək.

RF həmçinin yerüstü və orbital anti-peyk (enerji silahları, rəqibin C4ISR imkanlarını, GPS sistemini poza, deaktiv edə bilən) silahları hazırlayır.

@cssc_cqtm
👍17
Milli Kəşfiyyat Müdirliyinin Hesabatı
III Hissə: İran və Şimali Koreya

İran növbəti illərdə ABŞ-ın maraqlarına hədə yaratmağa, Yaxın Şərqdəki nüfuzunu sarsıtmağa, hakimiyyətini qonşu ölkələrə yaymağa və rejimə istənilən təhdidə müqavimət göstərməyə davam edəcək. Məqsədlərə çatmaq üçün İran diplomatiyadan, genişlənən nüvə proqramından, proksi və tərəfdaş  qüvvələrdən, həmçinin hərbi texnika satışından istifadə edəcəkdir. Rejim bir tərəfdən özünü ABŞ və onun regional müttəfiqləri ilə ekzistensial mübarizədə görür, digər tərəfdən isə regional liderlik kimi uzunmüddətli ambisiyalarını həyata keçirir.

Nüvə proqramı
Nüvə alimi M.Fəxrizadə qətlə yetirildikdən sonra İran daha nüvə sazişi (JCPOA) ilə bağlı olmadığını bəyan edib, nüvə proqramını intensivləşdirdi. MKM-in fikrincə İrana qarşı sanksiyalar yumşaldılmasa, İran rəsmiləri ehtimal ki, uranın 90 faizə qədər zənginləşdirilməsini nəzərdən keçirəcəklər. İran regionda ən böyük ballistik raket arsenalına malikdir. İran “Simorgh” daxil kosmik daşıyıcı raketlər (SVL) üzərində iş aparmaqla qitələrarası ballistik raketin (İCBM) əldə edilməsinə yaxınlaşır (SVL və İCBM-in əsasını oxşar texnologiya təşkil edir). Nüvə proqramını və raket texnologiyasını inkişaf etdirməklə bərabər Tehran sanksiyaların yumşalacağı və ABŞ-ın JCPOA üzrə öhdəlikləri yerinə yetirəcəyi təqdirdə nüvə sazişinə qayıdacağını bəyan edir.

Daxili problemlər
2022-23-cü ildə İran 1979-cu ildən bəri ən kütləvi və müddətli iğtişaşlarla qarşılaşdı. İğtişaşlar tez bir zamanda cəmiyyətin geniş təbəqələrini əhatə edib, “İslam Respublikasından ümumi narazılığa” çevrildi. MKM-in fikrincə hətta rejim qorxu və zorakılıq sayəsində bu mərhələdə iğtişaşlara tab gətirsə, növbəti ildə artan iqtisadi böhran + rejimin legitimliyinin şübhə altına alınması iğtişaşları bərpa edib, daha böyük qeyri-stabillik yarada bilər.

Regional təhdid
İran raket və PUA-lar + Hizbullah kimi proksilər sayəsində İsrail üçün əsas təhdid olmağa davam edir. İraqın şiə silahlılarını dəstəklədiyinə görə İran regional qeyri-stabillik mənbəyi olub, ABŞ-ın İraq kontingentinə əsas təhlükə olmaqda davam edir. B.Əsəd rejiminə iqtisadi/hərbi dəstək + Yəməndə husilərə dəstək S/Ərəbistanı daxil ABŞ-ın regional tərəfdaşlarına təhlükə yaradır.

Hərbi imkanlar
SEPAH İranın hərbi gücünün mərkəzi olaraq qalacaqdır. İran qabaqcıl döyüş təyyarələri, təlim təyyarələri, helikopterlər, hava hücumundan müdafiə sistemləri, para-donanma patrul gəmiləri və döyüş tankları kimi yeni adi silah sistemləri əldə etməyə çalışacaq. Amma iqtisadi problemlər bu sistemlərin əldə edilməsinin sürət və miqyasına məhdudiyyət tədbiq edəcək.

ŞİMALİ KOREYA
Kim rejimi nüvə silahı və İCBM-ni avtoritar hakimiyyəti qoruma vasitəsi kimi nəzərdən keçirdir. Rejim nüvə silahından əl çəkmək fikrində olmayıb, Şimali Koreyanın nə vaxtsa nüvə dövləti kimi tanınacağını zənn edir. Məhdudiyyətlər + pandemiyanın aradan qaldırılmasında ordudan asılılıq ehtimal ki, SQ-nin döyüş qabiliyyətinin aşağı düşməsinə gətirdi. Bununla belə aparıcı birləşmələr döyüş tapşırıqlarını yerinə yetirmək qabiliyyətini saxlayırlar. Kim ABŞ-ın və region ölkələrinin raket əleyhinə müdafiə sistemlərindən yayına bilən raket qüvvələri yaratmaq niyyətindədir. Bunun üçün Pxenyan Çin və Rusiyadan ikili təyinatlı komponentlər idxal etməyə davam edir. Şimali Koreyanın kiber proqramı casusluq və cinayətkarlıqdan ibarət mürəkkəb və çevik bir təhlükədir. Pxenyanın kiber qüvvələri yetkin olub, hətta ABŞ ərazisində strateji tapşırıqlar yerinə yetirmək iqtidarındadır. Pxenyanın, ABŞ-ın bəzi kritik infrastruktur şəbəkələrində müvəqqəti, məhdud fasilələr yaratmaq və ABŞ-da biznes şəbəkələrini pozmaq təcrübəsi var. Pxenyan hərbi modernizasiya üçün vacib olan texniki məlumatları əldə etmək üçün kiber-casusluqdan geniş istifadə edir. 2022-ci ildə Pxenyan Sinqapurda yerləşən blokçeyn texnologiyası şirkətindən $625 mln. oğurladı.

@cssc_cqtm
👍22
Si Cinpinin Rusiya səfəri

Si Cinpin 3cü dəfə sədr seçildikdən sonra birinci xarici səfərini Rusiyaya etdi. Səfər Beynəlxalq Haaqa məhkəməsinin Rusiya prezidenti Putinin həbsinə order imzalaması vaxtına təsadüf etdi. Çin Roma statutunu imzalayan ölkələrdən olmasa da, Si Cinpinin RF-yə səfəri  və Putini Çinə dəvət etməsi Qərbin ünvanına siyasi mesaj kimi nəzərdən keçirilə bilər. Görüşün nəticələri liderlərin qəbul etdikləri bəyanatda əksini tapdı. Bəyanatda Çin Rusiyanın, Rusiya isə Çinin maraq spektrini tanımış/dəstəkləmiş oldu.

Rusiyanın maraq spektri
RF üçün hazırda aparıcı mövzu Ukraynadır. Müharibə başlayandan Qərb Rusiyanı diplomatik təcridə məruz qoyub. Qərbi qəzəbləndirməmək üçün hətta Rusiyanın yaxın tərəfdaşları belə diplomatik neytrallığa üstünlük verir. Çinin bəyanatda Ukrayna ilə bağlı RF-nin mövqeyini və danışıqlara hazır olmasını müsbət qiymətləndirməsi Moskva üçün əhəmiyyətlidir. Bəyanatda Çin RF-nin narrativlərini təkrarlayıb, böhranının həll edilmə yolları qismində “blokların qarşıdurması və münaqişənin qızışdırılmasının qarşısının alınmasının” vacibliyini qeyd edir.

Çinin maraq spektri
Çin üçün aparıcı mövzu Tayvandır. Birgə bəyanatda RF bir daha Tayvanı Çinin tərkib hissəsi hesab etdiyini bildirib, onun istənilən formada müstəqilliyinə qarşı çıxdığını qeyd etdi. Birgə bəyanatın bəndlərindən biri AUKUS ilə bağlı idi. 2021-ci il razılaşmasına əsasən, Avstraliya ABŞ-dan 5 ədəd nüvə sualtı qayığı (s/q) əldə etməlidir. 2023-cü ilin mart hesablamalarına görə ABŞ-ın 67, Rusiyanın 31, Çinin 12, Böyük Britaniyanın 10, Fransanın 9, Hindistanın 1 nüvə s/q vardır. ABŞ-ın Britaniya və Fransa ilə NATO, Hindistan və Avstraliya ilə isə Quad çərçviəsində çərçivəsində strateji müttəfiq/tərəfdaş olduğunu nəzərə alsaq ABŞ-ın regionda ümumi qüvvələri 92 s/q-a bərabər olur. Mövcud qeyri-tarazlığın qismən aradan qaldırılmasının yeganə yolu Rusiya ilə hərbi koordinasiyanın (43 s/q) həyata keçirilməsidir. Çin RF-nin NATO-nun genişlənməsi ilə bağlı narahatçılığını bölüşdüyü kimi RF da birgə bəyanatda Çinin Asiya-Sakit okean regionunda “qapalı eksklüziv blok strukturlarının, blok siyasətinin və müxalif düşərgələrin” formalaşmasına dair narahatçılığını bölüşür.

Üst-üstə düşən maraqlar
Dünyanın 80 ölkəsində 750 hərbi bazaya malik ABŞ-dan fərqli olaraq RF və Çinin xarici hərbi mövcudluğu çox məhduddur. Bu baxımdan birgə bəyanatda hər iki tərəf nüvə silahının ölkə xaricində yerləşdirilməsinə qarşı çıxır. Çin Rusiyaya qarşı tədbiq edilən sanksiyaların nə vaxtsa ona qarşıda da istifadə olunacağından ehtiyat edib, BMT TŞ-dan kənar qəbul edilən birtərəfəli sanksiyaları qəbuledilməz sayır. Tərəflər insan haqqlarının müdafiəsi bəhanəsi ilə daxili işlərə qarışmanı qəbuledilməz sayıb, “rəngli inqilablara və digər təhlükələrə qarşı mübarizədə hüquq-mühafizə sahəsində əməkdaşlığı genişləndirəcəyini” bildirirlər.

Həm Moskva, həm də Pekin (fərqli səbəblərdən) Ukrayna müharibəsinin davam etməsində maraqlıdırlar. Lakin Rusiyanın müharibə aparmasına iqtisadi (müharibəyə qədər xarici ticarət dövriyyəsinin 51%-i “qeyri-dost ölkələrin” payına düşürdü) və texnoloji (mikroçiplərin ixracına sanksiya qoyulub) problemlər mane olur. Bütün bu problemləri aradan qaldırmaq məqsədilə tərəflər birgə bəyanatda enerji sektorunda hərtərəfli tərəfdaşlığı gücləndirəcəklərini və “texnoloji liderliyi təmin etmək üçün elmi mübadilələri genişləndirəcək”lərini bildirirlər.

Nəticə
RF-Ukrayna müharibəsi başlayanda ABŞ-ın bir vacib strateji vəzifəsi var idi: RF və Çin cəbhələrinin vahid cəbhə olmasına imkan verməmək! Lakin ABŞ-ın səriştəsizliyi RF və Çinin qarşılıqlı sürətdə bir-birinə tərəf addımlamasına gətirdi. Si Cinpinin Rusiya səfərinə qədər ABŞ-ın fərqli ehtimalla Rf-ni öz tərəfinə çəkmək (ideal), və ya onu mümkün qədər az resurs sərf etməklə tez zərərsizləşdirmək (real variant) kimi iki variantı var idi. Səfərdən sonra RF-ni az resurs sərf etməklə zərərsizləşdirmə aktual, RF-nı öz tərəfinə çəkmə isə real deyil. RF-Çin yaxınlaşması Pekinin manevr imkanlarını məhdudlaşdırsa da, ABŞ ilə gələcək qaçılmaz qarşıdurmada mövqelərini möhkəmləndirmiş olur.

@cssc_cqtm
👍22
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin baş elmi işçisi Orxan BağırovunAzərbaycan Avropanın Yaşıl Enerji Bazarında Mövqeyini Gücləndirir” adlı məqaləsi Ceymstaun (Jamestown) fondunun Gündəlik Avrasiya (Eurasia Daily Monitor) jurnalı tərəfindən çap edilmişdir.

Məqalədə ilk olaraq fevralın 13-də Bakıda əsası qoyulan azadlıq dövrünün ən böyük istilik stansiyası olacaq 1280 Meqavat gücündə stansiya haqqında məlumat verilir. Qeyd edilir ki, stansiyanın ümumi dəyəri 400 milyon dollar olacaqdır hansı ki, eyni tipli stansiyalardan 2-3 dəfə daha ucuzdur. Stansiyanın qənaətcil olmağı onun Azərbaycanın enerji mərkəzi olan və hazır infrastruktura malik Mingəçevirdə tikilməsi ilə əlaqədardır. Stansiyanın 2025-ci ildə işə düşdükdən sonra qoyulan investisiyaları cəmi 5 il ərzində çıxaracağı gözlənilir.

Stansiyanın tikintisində və fəaliyyətində ən müsair texnologiyalardan istifadə ediləcəkdir ki, bu da havaya buraxılacaq karbonun həcminin 2 milyon ton daha az olmasına və il ərzində ənənəvi stansiyalar ilə müqayisədə 800 milyon-1 milyard kubmetr qaza qənaət etməyə imkan yaradacaqdır. Bu stansiya Azərbaycanın yaşıl enerji proqramının icrasına və onun yaşıl enerji məhsullarının ixracına böyük tövhə verəcəkdir.

Daxili tələbatı ödəməklə yanaşı, Azərbaycanın yaşıl enerji sektorunu inkişaf etdirməkdə və elektrik enerjisi isthesalını artırmaqda məqsədi Avropanın əsas yaşıl enerji təminatçılarından birinə çevrilməkdir. Bu istiqamətdə artıq bir neçə vacib addım atılmışdır. Belə ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumınya və Macarıstan liderləri Azərbaycandan Avropaya yaşıl enerji daşıyacaq, Qara Dənizin dibi ilə kabelin çəkilməsi üçün müqavilə imzalamışdır. Avropa Komissiyası layihə üçün 2.4 milyard dollar ayıracaqdır. Bu layihə Avropanın özünün enerji bazarlarını şaxələndirmək siyasətinin bir hissəsidir.

Daha sonra məqalədə diqqətə çatdırılır ki, son illərdə Azərbaycan yaşıl enerji sektorunun inkişafını sürətləndirmişdir.  “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri” sənədində yaşıl enerji potensialının, xüsusilə elektrik enerjisi istehsalının genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib.

Bundan başqa, 2022-ci ildə Xızı-Abşeron külək stansiyasının, Qaradağda günəş enerjisi stansiyasının əsası qoyulmuşdur. Azərbaycan bu layihələri icra etməklə ümumi enerji istehsalında yaşıl enerjinin payını hazırkı 17.3%-dən, 2025-ci ilə qədər 24%-ə, 2030-cu ilə qədər isə 30%-ə çatdırmaq istəyir. Azərbaycan 2027-ci ilə qədər 3 Qeqavatt külək, 1 Qeqavatt günəş enerjisi istehsal etməyi planlaşdırır ki, onun da 80%-i ixrac ediləcəkdir.

Məqalədə o da diqqətə çatdırılır ki, Azərbaycanın Qarabağ regionu yaşıl enerji istehsalını artırmaq üçün böyük potensiala malikdir. Region 3-4 min Meqavat günəş enerjisi, 300-500 Meqavat külək enerjisi potensialına malikdir. Eyni zamanda, Qarabağ böyük su ehtiyatlarına (Azərbaycanın ümumi su ehtiyatlarının 25%-i) malikdir ki, bu da su elektrik stansiyalarının tikilməsinə imkan yaradır. İkinci Qarabağ Müharibəsindən sonra Qarabağda 9-dan çox su elektrik stansiyası istifadəyə verilmişdir.   

Sonda isə qeyd edilir ki, özünün külək, günəş və hidroenerji potensialı ilə Azərbaycan böyük həcmdə elektrik enerjisi istehsal edərək Avropaya ixrac etmək imkanına malikdir. Son 10 ildə Azərbaycan elektrik enerjisi ixracını 4.5 dəfə artırmışdır. Ona görə də qeyd edilən stansiyalar və Qara Dənizin altından keçən kabel hazır olduqdan sonra Azərbaycan daha çox yaşıl enerji istehsal etmək imkanına malik olacaqdır və Avropanın əsəs yaşıl enerji təminatçılarından birinə çevriləvəkdir. Bu da Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mövqeyini möhkəmləndirəcəkdir.  

@cssc_cqtm
 
Daha etraflı: https://jamestown.org/program/azerbaijan-strengthening-its-position-in-europes-green-energy-market/
👍17
Çin-Azərbaycan münasibətləri: maraq və təşəbbüslər

Çin Asiya-Sakit okean regionunun aparıcı qüvvəsi və formalaşmaqda olan yeni dünya düzəninin bir qütbüdür. Azərbaycan öz növbəsində Cənubi Qafqazın (CQ) lideri və Çinin Avropaya açılan qapılarından biridir. Bu faktorlar + bir çox məsələlər üzrə ortaq baxış/maraqlar Bakı və Pekinin bir-birinə doğru addımlamasını şərtləndirir.

Qarabağ/Tayvan
Çin Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan isə Tayvan, Tibet və “Şərqi Türküstan” məsələlərində Çinin mövqeyini dəstəkləyir. Bu mövqe 1996, 2005 və 2015-ci il səfərləri zamanı qarşılıqlı sürətdə təsdiqlənmişdir. 2015-ci il birgə bəyanatında isə “tərəflər birinin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı ittifaq və ya blokda iştirak etmədiklərini, ərazilərində digər tərəfin dövlət suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə zərər vuracaq təşkilat və qruplaşmaların yaradılmasına yol vermədiklərini və ərazilərində onların fəaliyyətini qadağan etdiklərini bir daha bəyan edirlər”. Hazırda Çinin Huawei şirkəti Qarabağda “ağıllı şəhər/kəndlərin” yaradılmasında aktiv iştirak edir.

İqtisadiyyat
Çinin CQ-da ən böyük ticarət tərəfdaşı Azərbaycandır. Azərbaycan və Çinin ticarət dövriyyəsi 2015-ci ildə $561 mln., 2016-cı ildə $975 mln., 2017-ci ildə $1,29 mlrd., 2019-cu ildə $2,18 mlrd., 2021-ci ildə isə $1,7 mlrd., 2022-ci ildə isə $2.16 mlrd təşkil etmişdir. Azərbaycanın Urumçi, Luco və Şanxayda ticarət evləri fəaliyyət göstərir. 2019-cu ildə Çin şirkətləri Azərbaycana $800 mln., Azərbaycan isə Çinə $1,7 mlrd. investisiya yatırtmışdır. 2018-ci ildə SOCAR və “BGP Inc.” şirkətləri birgə müəssisənin yaradılması haqqında saziş, 2019-cu ildə isə iki ölkə şirkətləri ümumi dəyəri $821 mln. olan 10 sənəd imzalamışlar.

Logistika
Çinin “Kəmər və yol” layihəsinin 6 istiqamətindən biri Azərbaycandan keçir. Rusiyanın logistik blokadaya alınması səbəbindən bu istiqamətlərdən ikisi hazırda qeyri-aktualdır. 3 avqust 2015-ci ildə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində ilk sınaq “Nomand ekspress” konteyner qatarı Bakı Limanına çatdı. Marşrutun inkişafı məqsədilə yaradılmış Koordinasiya Komitəsi Bakı, Aktau, Poti və Batumi limanlarının + Qazaxıstan, Çin, Azərbaycan dəmiryollarının qarşılıqlı inteqrasiyası istiqamətində aktiv işlər görür. BTQ Çin-Avropa arasında yükləri 12-15 gün, yəni dəniz yolu daşımalarından iki dəfə daha tez çatdırır.

Nəticə
Uzun illər Çin CQ Rusiyanın maraq sferası kimi tanıyırdı. Lakin, Rusiyanın zəifləməsi CQ daxil bir çox regionlarda geosiyasi vakuum formalaşdırdı. Çin bu boşluğu doldurmaq uğrunda ABŞ, Aİ və Türkiyə ilə rəqabət aparır. Çin 1999-cu ildə Ermənistana 8 ədəd “Tayfun” tipli raket kompleksi, 2013-cü ildə isə AR1A raket kompleksləri satsa da, hazırkı Ermənistan iqtidarının Qərbmeylli siyasəti Çinin maraqları ilə ziddiyyət təşkil edib, Pekinin Bakıya meyl etməsini şərtləndirir. Çini regionda daha aktiv rol oynamağa təhrik edən digər amil – rəqibi Hindistanın son müddət CQ-a xüsusi diqqət ayırmasıdır.

Çin maraqlarını həm birbaşa, həm də İran və Rusiya kimi müttəfiqlər vasitəsilə irəli çəkə bilər. Bakı üçün Çinin birbaşa iştirakı daha arzuolunandır, çünki Çin Tayvan və Cənubi Çin dənizi çıxmaq şərti ilə digər regionlarda iqtisadi maraqlarını siyasi maraqlardan daha üstün tutur.

İran əleyhinə formalaşmış koalisiyanın əsas oyunçularından biri Səudiyyə Ərəbistanı (SƏ) idi. Çinin iki ölkə arasındakı diplomatik münasibətlərin bərpa edilməsində uğurlu vasitəçiliyi anti-İran koalisiyasını zəiflədib, İranın Azərbaycana qarşı destruktiv fəaliyyətini  artırmış oldu. Lakin, Bakı Çinin diplomatik çəkisindən, İranın Çindən asılılığından istifadə edib, Pekini Bakı-Tehran arasında münasibətlərin nizamlanmasına cəlb edə bilər. Bakı və Tehran arasında gərginliyin azalması Çinin də maraqlarına cavab verir. Belə ki, iki enerji ixrac edən ölkənin müharibə şəraitinə gəlməsi dünyada enerji resurslarının qiymətini kəskin artıra → Çinin iqtisadi artım tempini zəiflədə və Orta dəhlizinin fəaliyyətinə təhlükə yarada bilər.

@cssc_cqtm
👍27
Yeni dünya düzənində Qoşulmama Hərəkatının yeri

Rusiya-Qərb qarşıdurmasının nəticələrinə uyğun olaraq yaranacaq yeni dünya düzənində Qoşulmama Hərəkatı xüsusi yer tutacaqdır. Qoşulmama Hərəkatı 120 ölkəni əhatə edib, özündə “Üçüncü Dünyanı” və ya “Qlobal Cənubu” təcəssüm etdirən bir təsisatdır.

Geosiyasi/iqtisadi potensial
Geosiyasi cəhətdən Qoşulmama Hərəkatı daxili aypara (Hindistan, İran, Ərəbistan yarımadası, Məqrib ölkələri), xarici aypara (Afrika + Okeaniya ölkələri) və “Heartland” (Monqolustan, Belorusiya, Türkmənistan, Özbəkistan) kimi regionları əhatə edir. Geoiqtisadi cəhətdən üzv ölkələr dünya enerji resurslarının və iqtisadi tələbatın böyük hissəsini təşkil edir. Təsisatın logistikin potensialı da yüksəkdir: üzv ölkələr (Şimal-buzlu okeanı çıxmaq şərti ilə) beş okeandan dördünə, Aralıq dənizi, Qırmızı dəniz, Xəzər dənizi, Fars körfəzi, Hörmüz boğazı, Cəbəllütariq boğazı və Süveyş kanalına çıxışa malikdirlər.

“İndiki reallığın əks olunmaması”
BMT Təhlükəsizlik Şurasının cari tərkibi müharibədə qalib ölkələri özündə ehtiva edir. O vaxtdan bəri beynəlxalq sistem iki dəfə ciddi dəyişikliyə məruz qalsa da (ikiqütblü dünya → birqütblü dünya → birqütblü dünyanın böhranı) BMT TŞ-nın tərkibi sabit qaldı. Bu səbəbdən BMT TŞ-nın cari tərkibi “indiki reallığı əks etdirmir”. Məsələyə fərqli bucaqlardan baxıb, bunda əmin olmaq olar: Global firepower indeksinə görə 2023-cü ildə Hindistan (4-cü yer) Böyük Britaniyadan (5-ci yer), Cənubi Koreya, Pakistan və Yaponiya isə (6-8-ci yerlər) Fransadan daha güclü dövlət hesab olunur; Almaniyanın iqtisadiyyatı Fransadan, Yaponiyankı isə Böyük Britaniyadan daha güclüdür; dünya əhalisinin 1/6 hissəsi müsəlman olsa da daimi üzvlər içərisində bir dənə də olsun müsəlman ölkəsi yoxdur. 

Mövcud problemlər
Cari reallığın TŞ-da əks olunmaması neokolonializm kimi bir çox problemlərə səbəb olur. Azərbaycan prezidentinə əsasən, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə dəstəkləmişdir. Fransanın yeni müstəmləkəçilik siyasətini tənqid edən dövlət başçısı rəsmi Parisi Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə + Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırmışdır.

Zəruri addımlar
Mövcud problemlərin həlli Qoşulmama Hərəkatının dünyada siyasi çəkisinin artmasını və BMT-də köklü islahatların keçirilməsini tələb edir. Bu iki zəruri addım Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi və orada bir yerin daimi Qoşulmama Hərəkatına verilməsi ilə tənzimlənə bilər. Bu daimi yerə Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə sahib olmalı və üzv ölkələrin qarşılaşdığı problemlərin həllinə kömək etməlidir. Dolayısı olaraq Hərəkat ən azı iki dəfə BMT TŞ səviyyəsində ədalətin öz yerini tapmasına kömək etmişdir. II Qarabağ müharibəsi zamanı Fransa və Rusiya tərəfindən hazırlanmış anti-Azərbaycan bəyanatı BMT TŞ-nın qeyri-daimi üzvləri olan və Qoşulmama Hərəkatının üzvü olan İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikası tərəfindən uğurla dəf edilmişdir. Eyni hal 2022-ci ildə də baş vermişdir. Bu uğurlu təcrübə Qoşulmama Hərəkatının siyasi çəkisinin artırılması və BMT-də köklü islahatların keçirilməsi üçün presedentə çevrilməlidir.

Nəticə
Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri Qoşulmama Hərəkatının təsisatlanmasıdır. Bakının sədrliyi dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub, və işğaldan azad edilən Şuşada Hərəkata üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradılıb. Bütün bunlar müəyyən olunmuş böyük hədəf istiqamətində atılan kiçik, amma çox vacib addımlardır.

@cssc_cqtm
👍30