CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
Rusiyanın sanksiyalardan yayınmasında Ermənistanın rolu 

Rusiya-Ukrayna müharibəsinə görə Ermənistanın iqtisadi problemlərlə qarşılaşacağı gözlənilsə də 2022-ci ildə böyük iqtisadi artım qeydə alındı. Rusiyanın böhran yaşadığı dövrdə iqtisadiyyatı ondan asılı olan Ermənistanda sürətli artım təbii şəkildə baş verə bilməzdi. Bu süni artımın formalaşmasında sanksiyalardan yayınmağa imkan yaratmaq üçün Ermənistanın Rusiyaya yenidənixracda iştirak etməsi  böyük rol oynamışdır.

2022-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi 69%, ixracı 78%, idxalı isə 63.5% artmışdır. Ciddi iqtisadi əsas olmadan ticarət dövriyyəsinin kəskin artması və Rusiya-Ukrayna müahribəsinin baş verdiyi dövrlə üst-üstə düşməsi şübhə yaradır. Bu dövrdə, Ermənistandan Rusiyaya ixrac 2.4 dəfə, idxal 40% artmışdır və Rusiyanın ixracda payı 45%-ə çatmışdır. Rusiyadakı iqtisadi böhrana görə Ermənsitanla ticarət əlaqələrinin zəifləyəcəyi gözlənilsə də buna əks prosesin getdi. Bu ticarətdə kəskin artımın süni olduğunu göstərir və Ermənistanın yenidənixracda iştirakı ilə bağlı şübhələr yaradır. 

Ermənistandan Rusiyaya ixracın daha kəskin artması göstərir ki, Ermənistan Rusiyaya daha çox məhsul idxal etməyə kömək edir. Təsadüfi deyildir ki, 2022-ci ildə Vietnamdan Ermənistana ixrac 380%, Meksikadan ixrac  324%, Türkiyədən ixrac 361%, Yaponiyadan ixrac 252%, Qazaxıstandan ixrac 201%, Hindistandan ixrac 190%, Filippindən ixrac 181%, Cənubi Koreyadan ixrac 102% artmışdır. Bu ölkələrdən çoxunun yenidənixrac üçün Ermənistandan istifadə etməsi ehtimalı böyükdür. Çünki onların Rusiya ilə ticarət əlaqələri çox inkişaf edib. Məsələn, Yaponiya və C.Koreyanın Rusiyaya çip ixracında Ermənistandan istifadə etməsi ehtimalları böyükdür.

Qərb ölkələri də 2022-ci ildə Ermənistana ixracı artmışdır. Bu dövrdə Serbiyadan ixrac 6 dəfə, Yunanıstandan ixrac 273%, Britaniyadan ixrac 132%, İspaniyadan ixrac 121%, Kanada və Çex Respublikasından 2 dəfə, İsveçrədən ixrac 78%, Polşadan ixrac 69%, Macarıstandan ixrac 61% artmışdır. Avropa İttifaqından (Aİ) Ermənistana ixrac 70% artaraq $1.3 milyarda çatmışdır.

İxracın böyük məbləğlərə çatdığı ölkələrə isə ABŞ və Almaniya aiddir. Bu ölkələrdən ixrac 2022-ci ildə 3 dəfə artıb müvafiq olaraq $386.5 və $505 milyona çatmışdır. Həm də, 2022-ci ildə Almaniyadan Rusiyaya ixrac 45%, ABŞ-dan ixrac 3.5 dəfə azalmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, bu ölkələrin əksəriyyəti Rusiyaya ixracın azalan həcmlərini Ermənitsan vasitəsilə Rusiyaya ixrac etməklə kompensasiya etməyə çalışmışdır.

Ermənistanın yenidənixracda iştirakını həm də o faktor təsidiqləyir ki, Ermənistanın böyük istehsal imkanı yoxdur. Məsələn, 2022-ci ildə Ermənistanda emal sənayesi istehsalı 13.5%, kənd təsərrüfatı istehsalı 9%, sənaye istehsalı isə 10% artıb. Bu artımlar Ermənistandan ümumi ixracın 78%, Rusiyaya ixracın isə 2.4 dəfə artmasına imkan yarada bilməz.

Bundan başqa, Ermənistana idxalı kəskin artan 7 məhsul növünün 6-sı 2022-ci ildə Rusiyaya ən çox ixrac edilən 10 məhsul sırasına daxil olub. Həm də 2022-ci ildə bu məhsulların Rusiyaya ixracı kəskin artıb. Həm idxalı, həm də Rusiyaya ixracı kəskin artan məhsulların eyni məhsullar olması sübut edir ki, Ermənistan bu məhsulların Rusiyaya yenidənixracı ilə məşğuldur. Həm də Rusiyadan Ermənistana pul köçürmələrinin kəskin artması da yenidənixracda iştirak etdiyini göstərir. 2022-ci ildə Rusiyadan köçürmələr 4 dəfə artaraq rekord həddə, $3.6 milyarda çatmışdır.

Ermənistana Rusiyaya yenidənixracda üstünlük yaradan onun həm AİB üzvü olması, həm də  Aİ ilə CEPA müqaviləsinin olmasıdır və Ermənistan bundan sui-istifadə edir. Uzun illərdir Ermənistan İrana da sanksiyalardan yayınmağa kömək edir və İranla Avrasiya İqtisadi Birliyi arasında  körpü rolunu oynayır. Bütün bunlara baxmayaraq, Qərb Ermənistana qarşı hər hansı bir ciddi addım atmır. Əksinə göz yumaraq Ermənistana qazanc əldə etməyə, İran və Rusiyaya sanksiyaların təsirini azaltmağa, digər ölkələrə isə sanksiyalardan yayınmağa imkan yaradır.

@cssc_cqtm

Daha ətraflı: https://cssc.az/az/view/2/35/rusiyanin_sanksiyalardan_yayinmasinda_ermenistanin_rolu
 
👍18👎2
Kanalımızın izləyicilərinin sayı 3 mini keçdi. Bu nəticənin əldə edilməsinə görə bütün izləyicilərimizə və bizlə əməkdaşlıq edən kanallara öz təşəkkürümüzü bildiririk! Sizin dəstəyiniz sayəsində təhlillərimiz geniş auditoriyaya yayılır. Bundan sonra da aktiv şəkildə aktual siyasi və iqtisadi məsələlər ilə bağlı təthlillərimizi sizin diqqətinizə çatdıracağıq.
👍76
Trampa qarşı məhkəmə işinin siyasi-hüquqi aspektləri

Amerika tarixində ilk dəfə olaraq D.Tramp timsalında sabiq prezidentə qarşı cinayət işi açılıb. Trampa qarşı sənədlərin saxtalaşdırılması maddəsinin 34 bəndi üzrə ittiham irəli sürürlər. Tramp ittihamları rədd edib, cinayət işini prezident seçkilərinə müdaxilə adlandırır. Hüquqşünaslar ittihamın və (bəzilərinə görə) hətta mühakimənin Trampın əlindən namizəd olma hüququnu almadığını, real məhkəmə istintaqının isə ən azı bir ildən sonra başlayacağını qeyd edirlər.

İttihamlar
İddialara görə American Media Inc. (AMI) şirkəti və Trampın xüsusi köməkçisi Koen 2016-cı il prezident seçkilərinə qədər Trampın nigahdan kənar övladı olduğunu iddia edən “Trump Tower” əməkdaşına $30 min, Trampla cinsi əlaqədə olduğunu iddia edən qadına $150 min, “adult film” aktrisası S.Denielsa isə $130 min pul ödəyib. Nyu-Yorkda biznes qeydlərinin saxtalaşdırılması cinayət olmasa da, bunun başqa bir cinayət işinin (məsələn, dələduzluq) tərkib hissəsində getməsi əsaslı iş kimi nəzərdən keçirilir. Beləliklə, Trampı qeyd edilən şəxslərə pul verməkdə yox, federal seçki qanunlarına zidd olaraq bunu sənədlərdə hüquqi xidmətlərə görə xərclər kimi qeyd etməkdə ittiham edirlər.

Əks-arqumentlər
Tramp Manhetten dairəsinin prokuroru A.Braqqı və hakim X.Mercanı özünə qarşı şəxsi düşmənçilikdə ittiham edir. Cinayətin federal qanunvericiliyi ilə əlaqəli olsa da nədənsə Trampa qarşı istintaqı federal prokuror/məhkəmə yox, Nyu-York ştatının orqanları 9başlayıb. Federal dairələr əvvəllər oxşar məsələlər üzrə yoxlamaya başlasalar da, istintaqa başlamaqdan imtina etmişdilər. Nyu-York ştatının isə hər iki senatoru (Ç.Şumer və K.Gillibrand), qubernatoru (K.Houkul) və şəhərin meri (E.Adams) demokratlar partiyasının üzvləridir. Həmçinin qeyd edək ki, Trampın həbsindən bir neçə saat sonra S.Deniels sabiq prezidentə qarşı 2018-ci ildə başladığı məhkəmə işində məğlub oldu və məhkəmə tərəfindən Trampa vəkillik xərcləri üçün $122 min ödəməyə məcbur edildi.

2024-cü il seçkiləri
“Gallup” mərkəzinin may sorğusunda Baydenin reytinqi 41%, iyunda isə 33%-ə bərabər idi. 2023-cü ilin mart və fevral aylarında Baydenin fəaliyyətindən 54%, mart ayında isə 56% amerikalı narazı idi. Demokratlar ehtiyat edirlər ki, aşağı reytinqli Baydenin 2024-cü ildə Trampla yenidən üz-üzə gəlməsi Ağ Evin itirilməsi ilə nəticələnə bilər. Lakin, Trampın namizəd olmasından bəzi respublikaçı dairələr də narazıdır. Trampın dəstəklədiyi bir çox namizədlərin aralıq seçkilərində məğlub olması mediamaqnat Rupert Merdok daxil bir sıra nüfuzlu respublikaçıların Trampdan üz döndərməsinə gətirdi. Hazırda respublikaçılar partiyası Florida qubernatoru R.DeSantisi vahid namizəd kimi prezident seçkilərinə hazırlayırlar. Partiya ehtiyat edir ki, DeSantis ilə bərabər Trampın da namizəd olması respublikaçı elektoratı parçalayıb, Ağ Evin demokratlarda qalması ilə nəticələnə bilər.

Nəticə
Potensial olaraq Nyu-York ştatı Trampa qarşı məhkəmə işini növbəti ilin yanvarında, praymeriz ərəfəsində başlaya bilər. Lakin, Trampın öz tərəfinə cəlb etdiyi nüfuzlu vəkillər məhkəmə prosesinin seçkilərdən sonra başlaması üçün əlindən gələni edəcəklər. Manhetten dairə prokurorunun istinad etdiyi hüquqi aspekt təzə və məhkəmə sınaqlarından keçməmiş olduğu üçün Trampa qarşı açılan iş böyük ehtimal ya istintaq səviyyəsində dayandırılacaq, ya da məhkəmə dəlillərinin az olması səbəbindən Trampın leyhinə qərar çıxarmağa məcbur olacaq.
 
Görünən odur ki, cari istintaqdan ən çox udan Trampın özüdür. ABC News/Ipsos tərəfindən aparılan sorğuya əsasən, amerikalıların 35%-i Trampa qarşı ittihamları əhəmiyyətli hesab etmir, 47%-i isə irəli sürülən ittihamların siyasi motivli olduğunu düşünür. İstintaq həmçinin Trampa öz tərəfdarlarını səfərbər etməyə, respublikaçı seçicilər içərisində reytinqini artırmağa (martda 44%, hazırda 48%) və populyarlığa görə hətta DeSantisi keçməyə belə imkan verdi. Həm də eks-prezidentin baş müşaviri C.Millerə görə Trampa qarşı ittihamların irəli sürüləcəyi xəbəri yayılandan bəri Tramp öz seçki kampaniyasına $7 mln. ianə toplaya bilmişdir.

@cssc_cqtm
👍18
Pentaqon sənədləri: sızma mənbəyi və əks-təsirləri

İctimaiyyətə sızan məxfi sənədlər birinci dəfə hələ 13 yanvarda Discord şəbəkəsinin Thug Shaker Central serverində yayılmışdır. Ardınca 1-2 mart tarixlərində “tam məxfi” qrifli 30-dan artıq sənəd Discord-un digər serveri olan WowMao-da, 4 martda daha 10 sənəd Discord şəbəkəsinin “Minecraft Earth Map” oyun serverində, bir ay sonra isə bu sənədlər “4chan” şəbəkəsində və Rusiyameylli “Donbass Devushka” teleqram kanalında paylaşıldı.
 
Məxfi Sənədlər
Güc strukturlarının anonim mənbələri sənədlərin həqiqi olduğunu və müharibə başlayandan bəri ən böyük sızıntı olduğunu bildirirlər. Sənədlər müharibə iştirakçılarının güclü və zəif tərəflərini, itkiləri, Ukrayna ordusunun maddi-texniki təminatını, əks-hücuma hazırlıq səviyyəsini və hətta əks-hücum üçün zəruri iqlim dəyişikliyinin nə vaxt baş verəcəyini əks etdirir. Sənədlərə görə qış ayları ərzində intensiv raket hücumlarından qorunan Ukrayna, hələ də hava hücumundan müdafiə qüvvələrini əhali, infrastruktur və ordu birləşmələrini qorumaq üçün bölüşdürməlidir. Sənədlərdə cari vəziyyət təhlil olunsa da, əks-hücumun nə vaxt və hansı istiqamətdə olacağı qeyd edilmir.

Sızıntı içərisində Mərkəzi Kəşfiyyat İdarəsinin Cənubi Koreya ilə bağlı hesabatları da var. MKİ hesabatlarına görə Cənubi Koreya höküməti Ukraynaya silah-sursatın göndərilməsi məsələsində ABŞ tərəfindən təzyiqlərə məruz qalacağından ehtiyat edir. MKİ bunu radio-texniki kəşfiyyat sayəsində, yəni Cənubi Koreya rəsmiləri arxasınca gizli izləmə təşkil etməklə əldə etmişlər.
 
Mənbə və təşkilatçılar
İlkin versiyaya görə məxfi sənədlər ABŞ Milli Qvardiyasının Hərbi Hava Qüvvələrinin kiber sistemlərinin kiçik texniki Cek Teyşeyr tərəfindən sızdırılıb. Məlumat C.Teyşeyr tərəfindən sızdırılsa da, görünən odur ki, əməliyyatın arxasında Rusiyanın xüsusi xidmət orqanları dayanır. Obyektiv motivlərdən savayı, sənədlər üzərində edilən dəyişikliklər də təşkilatçının Rusiya olduğuna işarə edir. Rəsmi və qeyri-rəsmi hesablamalara görə Rusiya müharibədə 189-223 min nəfər, Ukrayna isə 124-131 min nəfər itki verib. Lakin sənədlərdə Ukraynanın itkiləri süni sürətdə şişirdildiyi halda (61-71 min), Rusiyanın itkiləri isə əksinə, aşağı salınıbdır (16-17 min). Həmçinin diqqət yetirdikdə rəqəmlərin bir-birinin güzgü əksi olduğunu da müşahidə etmək olar (61-71 16-17). Ehtimal ki, Rusiya uğursuzluqlarını gizlətmək üçün sənədləri sızdırmaqdan əvvəl onlara müvafiq düzəlişlər edib. 
 
Nəticə və əks-təsirlər
Əksər ekspertlərin rəyinə baxmayaraq sızıntı ABŞ-ın müttəfiqlərlə münasibətlərinə ciddi təsir göstərməyəcək. ABŞ-ın müttəfiq/tərəfdaşların arxasında casusluq etməsi hamıya məlum bir faktdır. Eşelon şəbəkəsinin ifşası, ardınca isə Milli Təhlükəsizlik Agentiliyinin sabiq əməkdaşı E.Snoudenin etirafları ABŞ-ın qlobal casusluq şəbəkəsinin üstünü açsa da, Vaşinqtonun müttəfiqlərlə münasibətlərinə ciddi ziyan vurmadı. Digər tərəfdən sızıntı ABŞ-Cənubi Koreya arasında müəyyən anlaşılmazlıq yaratsa da, mart ayında Seul özüyeriyən Krab haubitsalarının Ukraynaya ötürülməsinə razılıq vermişdir.
 
Bununla belə sızıntı Ukraynanın yaxın həftələrdə başlamalı olduğu əməliyyatı gecikdirə və hətta onun nəticələrinə mənfi təsir göstərə bilər. İnsayd məlumatlara görə Kiyev maddi-texniki çətinliklərini gizlətməyə çalışdığına görə sızıntı Ukraynada hiddətlə qarşılanıb. Sənədlərdən belə qənaətə gəlmək olar ki, ABŞ Rusiyanın bütün xüsusi xidmət orqanlarından məlumat əldə edir. Əgər Rusiya ABŞ-a gedən məlumat kanallarını bağlaya bilsə, bu ABŞ kəşfiyyatının imkanlarını zəiflədə və beləliklə, Ukrayna müharibəsinin gedişatına mənfi təsir göstərə bilər.

@cssc_cqtm
👍28
Azərbaycan-Ermənistan danışıqlar prosesinin forma və məzmunu

Azərbaycan-Ermənistan danışıqlar prosesində intensivlik müşahidə edilir. Moskva xarici işlər nazirləri arasında görüşün anonsunu verir, ABŞ isə Vaşinqton və ya müttəfiq ölkələrin birində liderlər arasında substantiv danışıqların baş tutmasına səy göstərir. Bu məqsədlə ABŞ-ın Azərbaycan səfirliyində uzun müddət çalışmış Derek Hoqan telefon, Erika Olson və Lui Bono isə regiona səfərlər vasitəsilə tərəflər arasında münasibətlərin normallaşdırılmasına çalışırlar.
 
Danışıqların gündəliyi
Son üç həftədə baş verənlər Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaq əvəzinə, gərginlik dərəcəsini daha da artırmışdır. Azərbaycana danışıqların forması yox, məzmunu vacibdir. Bakı üçün fərqli diplomatik platformalarda eyni gündəliyin müzakirə edilməsi olduqca vacibdir. Gündəliyin tərkibinə Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında sülh sazişinin imzalanması, ərazi bütövlüyün tanınması, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması, qoşunları geri çəkmədən sərhədlərin delimitasiya/demarkasiyası və Qarabağ məsələsinin heç bir (birbaşa və ya dolayı) formada danışıqlar obyekti olmaması daxildir.
 
Vasitəçilərin mövqe/maraqları
Danışıqlar gündəliyi dəyişməz qalsa da, Rusiya və Qərb normallaşma prosesinə öz maraqları prizmasından yanaşır. ABŞ üçün sülh sazişinin özü, Rusiya üçünsə Zəngəzur dəhlizi başda olmaqla nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası prioritetdir. Prezident Baydenin sözləri ilə desək, Vaşinqton üçün sülh, “enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmənin heç vaxt olmadığı qədər əhəmiyyətli olması və Azərbaycanın bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynaması” səbəblərindən çox vacibdir. Rusiya öz növbəsində Qərbin “anakonda həlqəsini” zəiflətmək, logistika imkanlarını artırmaq və Ermənistan ərazisində Federal Təhlükəsizlik Xidmətinin müddətsiz funksiyalarını artırmaq üçün 10 noyabr razılaşmasının 9-cu bəndinin icra edilməsində israrlıdır.
 
Ermənistanın yanaşması
Ermənistan Azərbaycanla münasibətlərin bərpa edilməsində Qarabağın erməni əhalisinin “hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizm çərçivəsində təmin edilməsini” ilkin şərt kimi irəli sürür. Sadə dillə desək, Ermənistan Paris/Vaşinqton/Moskva kimi vasitəçilərin nəzarəti altında Bakı və Xankəndi arasında dialoq formatının bərqərar edilməsinə can atır. Qarabağ məsələsini gündəmdə saxlaya bilməyəcəyini dərk edən İrəvan, bunu erməni diasporun təsirini özündə hiss edən ölkələr vasitəsilə etmək istəyir. Ermənistan rəhbərliyi düşünür ki, Bakı və Xankəndi arasında beynəlxalq formatlı dialoq Qarabağın Azərbaycana reinteqrasiyasına mane olub, beynəlxalq güclərin Azərbaycanın daxili işlərinə qarışmasına şərait yaradacaqdır.
 
Bakının zəruri addımları
Əgər Ermənistanın sülh sazişinə getməsinə mane olan yeganə faktor Qarabağın erməni əhalisinin “hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizm çərçivəsində” təmin edilməsidirsə, Bakı Ermənistanın Qarabağ ermənilərinə bütün təsir kanallarını kəsməlidir. “Beynəlxalq ictimaiyyət” artıq buna hazırdır. Görünən odur ki, hazırkı danışıqlar prosesi böyük ehtimalla Ermənistan və ya üçüncü qüvvə tərəfindən pozula bilər. Bu öz növbəsində Azərbaycana yerdə fəaliyyətə keçib, yeni geosiyasi reallıq yaratması üçün şərait yaradacaqdır.
 
Nəticə
Ermənistan rəhbərliyi vaxt udmaq və danışıqları çıxılmaz vəziyyətə gətirmək üçün əlindən gələni edir. Vasitəçilər isə fərqli səbəblərdən Laçında Nəzarət Buraxılış Məntəqəsinin (NBM) qurulmasına mane olmağa çalışırlar. Buna baxmayaraq, danışıqlar prosesinin alqoritmi və Bakının prinsipial mövqeyi Laçında nəzarət buraxılış məntəqəsinin qurulmasını qaçılmaz edir. Danışıqlar masası arxasında real nəticə qazanmaq üçün yerdə vəziyyəti dəyişmək zəruridir. Bu baxımdan Laçında NBM-in qurulması Rusiya və Qərbin vasitəçiliyi ilə təşkil ediləcək görüşlərdə müsbət nəticələrin əldə edilməsinə kömək edəcəkdir.

@cssc_cqtm
👍28
Fransa/Aİ-Çin əlaqələri: Makronun Pekin səfərinin geosiyasi əsasları

Makronun Çin səfərləri Paris/Brüssel-Pekin münasibətlərinin dinamikasına güclü təsir göstərmiş oldu. Bir tərəfdən Makron Moskvanın Pekindən asılılığını nəzərə alaraq Çinin Rusiyaya Ukrayna məsələsinə görə təzyiq göstərməsinə, digər tərəfdən isə Vaşinqtonla iqtisadi ziddiyyətlər fonunda Çin ilə iqtisadi-ticarət münasibətlərini inkişaf etdirməyə çalışırdı.

QərbÇin qarşıdurması
Geosiyasi terminlərlə ifadə etsək, Hind-Sakit okean regionu daxili və xarici aypara kimi vacib məkanlarda yerləşən ərazidir. Çinin bu region ilə bağlı “CPEDC”, Yaponiyanın “PALM”, Hindistanın “FİPİC”, Cənubi Koreyanın “KPIFMM”, Tayvanın “PİD”, Tailandın “TPİF”, ABŞ-ın “Pacific Pledge”, Kanadanın “Pacific Shift”, Böyük Britaniyanın “Pacific Uplift”, Avstraliyanın “Pacific Step-up”, Yeni Zelandiyanın “Pacific Reset, İndoneziyanın isə “Pacific Elevation” adlı strategiyaları vardır. Müşahidə etdiyimiz kimi Hind-Sakit okean məkanı əksər regional/qlobal güc mərkəzlərinin maraq sferasına daxildir.

Aİ-Çin
Çinə səfərdən sonra Makron Aİ-nin Vaşinqtona görə Tayvan ətrafında yarana biləcək mümkün qarşıdurmaya müdaxilə etməməli olduğunu bildirdi. Bu fikir Brüssel və Vaşinqtonda birmənalı qarşılanmadı. Vaşinqton Makronun səfər/bəyanatını Çinin təcavüzkar siyasətinin çəkindirməsini zəiflədən və ABŞ-ın Avropaya dəstəyini sarsıdan addım kimi qiymətləndirdi. Aİ Komissiyasının sədri Ursula fon der Lyayen isə Çin ilə əlaqələrin çox vacib olduğunu bildirib, Avropanın Çinə münasibətdə vahid strategiya və əlaqə prinsipləri müəyyən etməli olduğunu bildirdi. Sədrin fikrincə Aİ-nin yanaşması (ABŞ-ınkından) fərqli olmalı və digər tərəfdaşlarla (yəni Çinlə) əməkdaşlıq üçün yer saxlamalıdır.

Fransa-Çin
Sakit okeanın cənub hissəsində mövcud xırda dövlətlər dünya əhalisinin 0,1%-ni, amma BMT-dəki ümumi səslərin 6,7%-ni və beynəlxalq dəniz məkanının 40%-ni əhatə edir. Parisin Reyunyon, Mayotta, Vollis və Futunu, Yeni Kaledoniya, Fransa Polineziyası kimi ərazilər üzərində protektoratı Fransanın regionda mövcudluğunu legitimləşdirir. Fransa, 11 mln. km2 sahəsi ilə dünyada ikinci ən böyük eksklüziv iqtisadi zonaya malikdir. Bu, Fransa Polineziyası və böyüklüyünə görə Aİ-nin quru sahəsinə bərabər olan 4,5 mln km2-lik dəniz sahəsi sayəsində əldə edilir.

Çin Fransanın adalar üzərində suverenliyini şübhə altına almasa da, Fransanı Hind-Sakit okean yox, Avropa dövləti kimi nəzərdən keçirir. 2023-cü ilə qədər Pekin Parisi Vaşinqtonun regiondakı müttəfiqi hesab edirdi. Fransanın 2018-ci il tarixli Hind-Sakit okean strategiyası Pekin tərəfindən anti-Çin xarakterli sənəd qismində qiymətləndirilir, 2019-cu ildə isə Çin hərbi dəniz qüvvələri Fransanın “Vandemyer” hərbi gəmisinə yaxınlaşaraq Tayvan boğazını tərk etməyi əmr etmişdi. Rusiya-Ukrayna müharibəsi vəziyyəti dəyişdi. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 14% artıb, $109 mlrd.-a çatdı. Fransanın Çin ilə ticarəti mənfi saldolu (idxal>ixrac) olduğuna görə Paris ehtiyat edir ki, Qərb və Çin arasında mümkün siyasi-iqtisadi qarşıdurma Fransa iqtisadiyyatına ciddi ziyan vuracaqdır.
 
Ukrayna böhranı
Səfərlər çərçivəsində Si Cinpin Fransanın Ukrayna ilə bağlı təklif edəcəyi istənilən sülh sazişini dəstəkləyəcəyini bildirmişdir. Bu səbəbdən Parisin yaxın vaxtlarda Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı yeni plan təqdim edəcəyi gözlənilir. Görünən odur ki, bu planın bir hissəsini Çinin təklif etdiyi 12 bənddən ibarət tənzimlənmə planı təşkil edəcəkdir.

Nəticə

Brüssel/Parisin fikrincə Ukrayna böhranı səbəbindən Rusiya ilə iqtisadi əlaqələrin məhdudlaşması Avropanın iqtisadi imkanlarını zəiflətməklə yanaşı, onun ABŞ-dan iqtisadi-siyasi asılılığını artırmış oldu. Brüssel/Paris belə zənn edir ki, Rusiya ilə münasibətlər bərpa edilmədən və ya Vaşinqtondan siyasi-iqtisadi asılılıq aradan qalxmadan Çin ilə Tayvana görə münasibətlərin kəskinləşdirilməsi Avropanın ABŞ-dan asılılığını daha da artırıb, Brüsseli Vaşinqtonun vassalına çevirəcəkdir.

@cssc_cqtm
👍26
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin baş elmi işçisi Orxan Bağırovun “Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu” adlı məqaləsi Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu (KIEP) tərəfindən Koreya və İngilis dillərində çap edilmişdir. Məqalədə əsas diqqət Rusiya-Ukraniya müharibəsi fonunda qlobal enerji bazarında baş verən proseslərin yaratdığı yeni şəraitdə Azərbaycanın Avropanın enerji bazarında mövqeyinin güclənməsinə, bu istiqamətdə əldə edilmiş razılıqlara və imzalanmış müqavilələrə yönəldilmişdir.

Məqalənin 1-ci hissəsi Avropa enerji bazarında son dövrlərdə baş verən dəyişikliklərə həsr edilmişdir. Bu hissədə Avropanın enerji bazarında Rusiyanın oynadığı rol və onun mövqeyinin zəifləməsi və eyni zamanda bu prosesdə enerji sektorunda Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların rolu diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, sanksiyaların tətbiqi nəticəsində 2022-ci ildə Rusiyanın Avropa İttifaqının (Aİ) qaz idxalında payı 51.3%-dən 12.9%-ə qədər azalmışdır və hazırda Rusiya qaz və neftin ixracının azalması səbəbindən gündə 175 milyon dollar itirir.

Məqalənin 2-ci hissəsi Azərbaycanın Avropa qaz bazarında artan rolu haqqındadır. Bu hissədə qeyd edilir ki, Rusiyadan enerji sahəsində olan asılılığı artırmaq üçün Avropa ölkələri alternativ mənbələr axtarmağa başladılar. Buna görə də Aİ qaz ixracının artırılması məqsədilə Azərbaycanla danışıqlara başladı və nəticədə 2022-ci il iyulun 22-də Avropa Komissiyası və Azərbaycan Prezidentləri Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu (MOU) imzaladılar. Memorandumda 2027-ci ilə qədər Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Aİ-yə ixrac olunan təbii qazın həcminin iki dəfə artırılaraq 20 mlrd kubmetrə çatdırılması nəzərdə tutulub.

2-ci hissə də o da diqqətə çatdırılıb ki, 2022-ci ildə Azərbaycanın təbii qaz ixracı əvvəlki illə 3 mlrd kubmetrdən çox artaraq 22,6 mlrd kubmetrə çatıb və 2023-cü ildə 24,5 mlrd kubmetrə çatacaqdır. Aİ-ə görə, 2022-ci ildə Azərbaycandan qaz tədarükü 40%-dən çox artaraq 11,4 mlrd kubmetrə çatdığından, CQD Aİ üçün kəmər ilə qaz təchizatının həlledici mənbəyinə çevrilib.

Məqalədə o da qeyd edilir ki, Bolqarıstan Yunanıstanla onu TAP-a birləşdirən interkonnektoru tamamlayıb və ildə 1 mlrd kubmetr Azərbaycan qazını idxal edir. Serbiya isə Azərbaycan qazına çıxış əldə etmək üçün Bolqarıstanla boru kəməri tikir. Həmçinin, 2022-ci ildə Rumıniya Azərbaycan ilə müqavilə imzalayıb və 2023-cü ilin yanvarından Azərbaycan qazını almağa başlayıb. Ümumiyyətlə, Azərbaycanın təbii qaz ehtiyatları ən azı 100 il ərzində daxili tələbatı  və tərəfdaşlarının ehtiyaclarını ödəmək üçün kifayətdir.

Məqalənin 3-cü hissəsində qeyd edilir ki, Azərbaycan yaşıl enerji sektorunda  da əməkdaşlığı genişləndirmək üçün Aİ-yə elektrik enerjisi ixracı layihələri üzərində də işləyir. Bu məqsədlə, 2022-ci il dekabrın 17-də Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla Qara dənizin dibi ilə Azərbaycandan Avropaya yaşıl enerji daşıyacaq elektrik kabelinin çəkilməsi haqqında saziş imzalayıb. Bu kabel Aİ üçün Rusiya enerjisindən asılılığı azaltmağa kömək edəcək yeni enerji mənbəyinə çevriləcəkdir. Layihənin texniki-iqtisadi əsaslandırması 2023-cü ilin sonunda başa çatacaq və sonra kabelin çəkilməsi 3-4 il çəkəcəkdir.
Daha sonra diqqətə çatdırılır ki, Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında memorandumda yaşıl enerji sektorunda əməkdaşlığa dair müddəalar var. Ümumilikdə, Azərbaycanın quruda külək və günəş enerjisi ehtiyatları 27 giqavatdan çoxdur və 2027-ci ilədək 3 giqavat külək və 1 giqavat günəş enerjisi istehsal etməyi planlaşdırır ki, bunun da 80%-i ixrac olunacaqdır.

Sonda isə qeyd edilir ki, məqalədə diqqətə çatdırılan sazişlər və proseslər onu göstərir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır və yaxın onillikdə Azərbaycan Avropanın əsas təbii qaz və yaşıl enerji təminatçılarından birinə çevriləcəkdir.

@cssc_cqtm
 
Daha ətraflı: https://www.emerics.org:446/issueDetail.es?brdctsNo=345762&mid=a10200000000&systemcode=04&fbclid=IwAR0afV8U4_w4T9dw-LW4FLkRLw8Sn1bNkMlWhmxy3xFyRMt0RLrtsSMpKIA
👍17
Rusiya və Çinin geoiqtisadi strategiyaları

Rusiya-Çin ticarət dövriyyəsinin 2/3 hissəsi milli valyutada aparılır. Putin Si Cinpin ilə son görüşü zamanı bu təcrübənin genişləndirilməsi v ə yuanın digər ölkələrlə ticarətdə istifadə edilməsi təşəbbüsü ilə çıxış etmişdir.

Rusiyanın geoiqtisadi strategiyası
2021-ci ildə Rusiyanın Milli Rifah Fondu (MRF) dollardan imtina edib, aktivləri avro (39,7%), yuan (30,4%), funt sterlinq (5%), yena (4,7%) və qızılda (20,2%) yerləşdirdi. 2022-ci ilin martında MRF aktivlərin yeni strukturunu təsdiqlədi: aktivlərin 60%-dək hissəsini yuana, 40%-dək hissəsini isə qızılda yerləşdirilmək mümkün oldu. Hazırda MRF ilin sonuna qədər avro, funt və yenanın həcmini sıfra endirməyi hədəfləyib. Praktikada bu o deməkdir ki, Rusiya diversifikasiyadan imtina edib, bütün valyuta ehtiyyatlarını əsasən bir xarici valyutada – yuanda yerləşdirir. İl ərzində Rusiyanın ixracında yuanın payı 0,5%-dən 16%-dək artdı. İdxalda yuanın payı 23%-dir. Bu o deməkdir ki, Rusiyaya hər ay orta hesabla $7 mlrd. dəyərində yuan daxil olur və onların $6 mlrd.-ı digər ölkələrlə ticarət üçün istifadə edilir.

Rusiya Mərkəzi Bankının 2022-ci il qapalı iclasına görə, yuanın Çindən çıxarılması üçün Pekinin xüsusi icazəsi olmalıdır. Böhran şəraitində isə bu icazənin əldə edilməsi olduqca çətindir: Rusiyanın SWIFT ödəniş sistemindən çıxarılması yuanın beynəlxalq ticarətdə istifadə edilməsinə mane olur, Bank of China, ICBC, China Construction Bank  kimi nəhəng oyunçular isə Qərbin ikincidərəcəli sanksiyalar altına düşməmək üçün Rusiyanın maliyyə-ticarət imkanlarının artırılmasına meylli deyillər.

Çinin geoiqtisadi strategiyası
1945-ci ildə ABŞ və Səudiyyə Ərəbistanı (SƏ) liderləri USS Quincy kreyserində mühüm geosiyasi/iqtisadi ittifaqın əsasını qoydular: SƏ neft satışını dollara bağlamağa razılıq verdi. Bu sistem Rusiya-Ukrayna müharibəsinə qədər davam etdi. Müharibə başlayandan bəri isə Çin Yaxın Şərq ölkələri ilə enerji ticarətini yuanda həyata keçirməyi hədəfləyir. Perspektivdə bu beynəlxalq iqtisadi münasibətlərin dedollarizasiyasına və beynəlxalq iqtisadi qaydaların yenidən yazılmasına gətirə bilər. Çin SƏ və GCC ölkələri ilə keçirilən görüşdə neft-yuanın əsasını qoydu. Hesablamalara görə dünya neft ehtiyatlarının 40%-i Rusiya, İran, Venesuellanın, digər 40%-i GCC ölkələrinin, yerdə qalan 20%-i isə Rusiya və Çinin təsir dairəsində olan regionların payına düşür. Potensialda bu ona gətirə bilər ki, neft ticarətinin getdikcə daha çox hissəsi yuanla aparılacaq, Çinlə əməkdaşlıq edən ölkələr Pekinlə birgə Cənub-Çin dənizində neft-qaz yataqlarının kəşf edilməsində iştirak edəcək və 2025-ci ildə neft-qaz satışı Şanxay birjasında təmamilə yuanla aparılacaq.

Nəticə
Rusiyanın neft və neft məhsulları satışına tədbiq etdiyi qiymət həddi Rusiyanın gəlirlərini gündəlik $172 mln. azaldıb. Yaranan büdcə kəsirini bağlamaq üçün Rusiya 7 fevraldan başlayaraq gündəlik ₽8,9 mlrd. dəyərində valyuta satmağa məcbur olur. Büdcə kəsirinin artması + Çinin ikincidərəcəli sanksiyalardan ehtiyat etməsi Rusiyanın xarici ticarəti yuan ilə aparmaq planına mane olacaqdır. Rusiyanın yuandan artan asılılığı, bir neçə ticarət tərəfdaşını bir oyunçu ilə əvəz etməsi Rusiya iqtisadiyyatı üçün böyük risklər yaradır: Əgər Pekin (əvvəllər etdiyi kimi) bir gecədə öz valyutasını devalvasiya etmək qərarına gəlsə, Rusiyanın ehtiyatları azalacaq, ticarət müqavilələri isə pozulacaqdır. Dollar və avronun MRF-də payının sıfra yaxınlaşması isə Moskvaya belə şəraitdə manevr üçün yer saxlamır.

Görünən odur ki, yuanın beynəlxalq ödənişlər sistemində payı artacaq, enerji bazarında neft-yuanın mövqeləri isə getdikdə güclənəcəkdir. Dolların yuan tərəfindən devrilməsinə Çin valyutasına etibarın və likvidliyin aşağı olması, Çinin avtoritar dövlət olması, mərkəzi bankın ABŞ-da olduğu kimi de-fakto/yure müstəqil olmaması mane olur. Bununla belə Çin bu məhdudiyyətləri aradan qaldırmaq üçün Şanxay və Honkonq birjalarında öz tərəfdaşlarına yuanı qızıla bağlamağı təklif edibdir.

@cssc_cqtm
👍24
NBM quraşdırıldıqdan sonra nə olacaq?! Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov cavablandırır.

https://anspress.com/nbm-qurasdirildiqdan-sonra-n%C9%99-olacaq
👍7
Laçında NBM və K.Kalonnanın regiona səfəri

Fransa xarici işlər naziri K.Kalonna 26-28 aprel tarixlərində regiona səfər edəcəkdir. Rəsmi məlumata əsasən, nazir “Laçın dəhlizi ilə hərəkətin dərhal bərpasına çağırış” edəcəkdir. Fransanın hazırkı diplomatik aktivliyinin əsasında bir neçə mühüm faktor dayanır.
 
Daxili siyasət
Makronun pensiya islahatına qarşı çıxan müxalifət fraksiyaları iki dəfə hökümətə etimatsızlıq votuumu irəli sürsələr də, lazımı səs toplayıb höküməti istefaya göndərə bilmədilər. İslahat Konstitusiya Şurası tərəfindən də təsdiqləndikdən sonra ölkəni kütləvi etirazlar bürüdü. İFOP İnstitutuna əsasən, martda Makronun reytinqi 28%-ə bərabər olmuşdur. Apreldə BVA tərəfindən keçirilən sorğu Makronun reytinqinin 26%-ə endiyini bildirdi, BFM-TV isə əhalinin 69%-nin Makronun ikinci dəfə seçilməsinin “ölkə üçün pis hadisə” hesab etdiyini qeyd etdi. Nəhəng “CGT Energie” həmkarlar ittifaqı öz növbəsində höküməti “Roland-Garros”, “Monaco Grand Prix” və Kann kinofestivalı kimi vacib tədbirlər zamanı işıqları söndürməklə hədələdi.
 
Erməni diasporu
Fransada 600 minlik erməni icmasının sıx yaşadığı əsas regionlar Paris (200 000), Lion (100 000) və Marseldir (80 000). Erməni diasporunun Fransa Beynəlxalq Münasibətlər İnstitutu, Strateji Tədqiqatlar Fondu, “Fukidid” mərkəzi, Paris Siyasi Tədqiqatlar İnstitutu, Fransa Geosiyasət İnstitutu kimi beyin mərkəzlərində və “Le Monde”, “Esprit”,  “L'Express”, “Politique americaine”, “Politique étrangère” kimi nüfuzlu qəzet/jurnallarda güclü təsirləri vardır. Beləliklə, Laçın yolunda NBM-in qurulması ilə bağlı Parisdən gələn yüksək bəyanatlar reytinqləri çox aşağı olan hökümətin erməni diasporu sayəsində siyasi mövqelərini qismən yaxşılaşdırmaq istəyi ilə əlaqəlidir. Makron anlayır ki, daxili siyasi böhran şəraitində Laçında NBM-in qurulmasına reaksiya verməmək Fransanın çox kompakt və siyasi aktiv erməni əhalisinin ona qarşı çevrilməsinə gətirə bilər. Reaksiyanın olmaması müxalifət partiyalarının aktivləşməsi və erməniləri öz tərəfinə çəkməsi ilə nəticələnə bilər.
 
Xarici siyasət
Makron Mali, Əlcəzair, Burkina-Faso və Ukraynadakı diplomatik uğursuzluqlar zəncirini Ermənistanda qırmağa ümid edir. “GALLUP International Association” tərəfindən Ermənistanda keçirilən sorğu ermənilərin İrandan (40%) sonra ən çox hərbi-siyasi dəstəyi Fransadan (34,2%) gözlədiyini müəyyən etdi. Fransa bu göstərici ilə digər ölkələri xeyli üstələyir. Rusiya-Ermənistan problemləri fonunda yüksəkdən verilən bəyanatlar həm Fransanın Ermənistan daxilindəki mövqelərini gücləndirir, həm də Rusiyanın zəifləməsi ilə Ermənistanda yaranan etimad boşluğunun İran tərəfindən doldurulmasını qabaqlamış olur.
 
Bakının mümkün cavabları
Rəsmi Bakı sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsini “ölkəmizin suveren və legitim hüququ” adlandırıb və Fransanı “prosesə maneçilik cəhdlərinə şərait yaratmamağa” çağırıb. Bundan qabaq isə Bakı Fransada əhalinin etirazlarına qarşı hüquq-mühafizə orqanlarının “həddindən artıq və qeyri-proporsional güc tətbiqini, qeyri-insani davranışları” pisləyib, rəsmi Parisi ölkədə fikir və sərbəst toplaşma azadlığı, dinc etiraz hüququ kimi konstitusion hüquqlara hörmət etməyə çağırmışdır. Beləliklə, Bakı K.Kalonnaya Azərbaycanın daxili işlərinə qarışmamağı, diqqət və resurslarını Fransada sabitlik və təhlükəsizliyin təmin edilməsinə yönəltməyi məsləhət görəcəkdir. Əgər bu arqumentlər “inandırıcı” olmasa, rəsmi Bakı Fransanın diqqətini Yeni Kaledoniya, Korsika və s. bu kimi regionlardakı insan haqqlarının vəziyyətinə yönləndirəcəkdir.
 
Nəticə
Ümumən götürdükdə, Makron/Kolonna Bakıya minnətdar olmalıdılar. Daxili-siyasi lokusdan baxdıqda Laçında NBM-in qurulması V.Pekress timsalında Makronun siyasi rəqiblərinin Qarabağa qanunsuz səfər edib, erməni seçicilərini öz tərəfinə çəkmək cəhdlərinin qarşısını almış olur. Xarici-siyasi lokusdan baxdıqda Qarabağ məsələsinin bitməsi Fransa hökümətini erməni diasporunun təsirindən xilas edib, xarici siyasəti daha praqmatik əsaslarda qurmağa və Rusiya/İranı Cənubi Qafqazdan sıxışdırmağa kömək edəcəkdir.
 
@cssc_cqtm
👍13
Media is too big
VIEW IN TELEGRAM
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) tədqiqatçısı Elşən Məcidov AZTV-nin efirində gedən Əsas Məsələ verilişində "Ermənistan sülhə hazırdırmı?" sualı ətrafında müzakirələrdə iştirak edib.
👍3
Media is too big
VIEW IN TELEGRAM
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) tədqiqatçısı Elşən Məcidov AZTV-nin efirində gedən Əsas Məsələ verilişində "NEMEZİS terror əməliyyatına həsr olunan abidə" mövzusu ilə bağlı müzakirələrdə iştirak edib.
👍13
ABŞ prezident seçkiləri: Bayden və Tramp
 
NBC kanalı tərəfindən aparılan soğruya görə Amerika əhalisinin əksəriyyəti nə Bayden (70%), nə də Trampı (60%) prezident kürsüsündə görmək istəmir. Baydenin əleyhdarlarının təxminən yarısı demokratlar, Trampın əleyhdarlarının 1/3 hissəsi isə respublikaçılardır (GOP). Bununla belə hər iki namizəd partiyaları daxilində populyarlığına görə digər siyasətçiləri üstələyirlər.
 
Baydenin seçki strategiyası
Görünən odur ki, seçkilərdə qalib gəlmək üçün Bayden vurğunu öz uğurlarından çox Trampın şəxsiyyətinə və respublikaçıların “ekstremist” baxışlarına edəcəkdir.
Seçki videoçarxında Bayden, Kapitoliyə hücum və Ali Məhkəmə qarşısında abort tərəfdarlarının etiraz kadrları fonunda “biz Amerikanın ruhu uğrunda mübarizə aparırıq” cümləsini işlədir: “Qarşılaşdığımız sual odur ki, qarşıdakı illərdə daha çox və ya daha az azadlığa/hüquqa sahib olacağıq”. Videoçarxda insanlara səhiyyə, təhsil və şəxsi münasibətlər məsələlərində hansı qərarı qəbul etmək lazım olduğunu diktə edən “MAGA (Make America Great Again) ekstremistləri” barədə xəbərdarlıqlar səsləndirilir.
 
Baydenin şansları
Bayden ABŞ tarixində ən yaşlı prezidentdir. Hazırda Baydenin 80, prezident seçkiləri vaxtı isə artıq 82 yaşı olacaqdır. Onun yaşı hətta demokrat seçicilər arasında narahatlıq ilə qarşılaşır. Böyük yaş + Rusiya-Ukrayna müharibəsinin yaratdığı iqtisadi qeyri-stabillik + respublikaçıların aşağı palataya nəzarəti səbəbindən iki ildə nəzərəçarpan qanunverici nailiyyətlərin olmaması + Əfqanıstandan “biyabırçı qaçış” Baydenin yenidən seçilməsinə mane olan əsas faktorlardır. Bununla belə pandemiyanın mənfi təsirlərinin uğurla aradan qaldırılması + mikroçip/yarımkeçirilərin yerli istehsalına nəhəng investisiyalar + inflyasiyanın qismən cilovlanması + seçkilərə vitse-prezident kimi yenə (Qara və Asiya mənşəli) K.Harrisin irəli sürülməsi Baydenin seçkilərdə reytinqinə müsbət təsir göstərən faktorlardır.

Associated Press-in hesablamalarına görə cəmi 26% amerikalı Baydeninin ikinci dəfə namizədliyini irəli sürməsini istəyir. Demokratlar arasında Baydenin reytinqi 47%-ə bərabərdir. Bu göstərici ilə o digər demokrat namizədləri xeyli arxada qoyur. Demokratların 81%-i (41% dəqiq, 40% yəqin ki) Baydenin vahid namizəd olacağı halda səslərini ona verəcəklər.

Respublikaçıların cavab strategiyası
Baydenin videoçarxına GOP Süni Zəkanın Baydenin yenidən seçiləcəyi təqdirdə Amerikanın mümkün gələcəyi haqqında anti-utopik video ilə cavab verdilər. Videoda Baydenin qalib gəlmə xəbəri fonunda cinayətkarlığın, beynəlxalq iğtişaşların, qarşısı alınmaz qanunsuz miqrasiyanın və iqtisadi fəlakətlərin baş verəcəyi əks olunur.
 
NBC-yə görə GOP içərisində birinci yerdə Tramp (46%), ardınca R.Desantis (31%), sabiq vitse-prezident M.Pens (6%) və BMT-dəki sabiq səfir/qubernator Nikki Heyli (3%) gəlir. Yahoo News/YouGov-a görə isə Trampa qarşı məhkəmə iddiası onun reytinqinin 10% artmasına və 57%-ə çatmasına səbəb oldu. Qeyd edək ki, Tramp seçkilərdə iştirak edəcəyini elan edəndə onun reytinqi (41%) Desantisin reytinqindən (45%) geri qalırdı. Belə şəraitdə GOP-un iki mümkün strategiyası yaranır:
 
1.Seçkilərə vahid namizəd kimi Trampı irəli sürüb, bütün qüvvələri Trampın dəstəyinə və Baydenin diskreditə edilməsinə sərf etmək;
2.Trampla razılığa gəlib, bütün praymeriz boyunca Trampı dəstəkləyib, ən son məqamda Trampın dəstəyi ilə vahid namizəd kimi Desantisi irəli sürmək.
 
Nəticə
II strategiya daha effektivdir. Tramp Baydendən cavan olsa da, onun hazırda 76 yaşı var, seçki ərəfəsində isə 78 yaşı olacaqdır – müşahidələr isə göstərir ki, Amerika xalqı Ağ Evə cavan siyasətçinin daxil olmasını istəyir. Əgər GOP indi Trampla razılığa gəlib, vahid namizəd kimi Desantisi irəli sürsə, Bayden ehtimal ki, namizədliyini geri çəkəcək və demokratlar Desantisə qarşı cavan siyasətçi (ola bilsin vitse-prezident K.Harrisi) çıxaracaqlar. Lakin, əgər bu ən son anda baş versə demokratlara manevr edib, yeni namizəd tapıb, onu piar etmək üçün vaxt qalmayacaq və Ağ Evə Desantis daxil olacaq.
 
@cssc_cqtm
👍22
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) Baş Elmi İşçisi Orxan Bağırovun Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) Prezident İlham Əliyevin Bolqarıstana səfəri və Azərbaycanın Avropaya qaz ixracının artırılması istiqamətində attdığı addımlar haqqında şərhi.

Daha ətraflı: https://azertag.az/xeber/Avropaya_qaz_ixracinin_artirilmasi_Azerbaycana_Avrasiyanin_enerji_xeritesini_yeniden_cizmaga_imkan_verecek-2594267
👍5
Ermənistanın Qarabağa göndərdiyi pullar nəyə xərclənir?

Statistik rəqəmlərə görə 2022-ci ildə qondarma rejimin büdcə xərcləri $546,93 mln olmuşdur və 2023-cu ildə 1% artırılaraq $554,57 mln-a çatdırılacaqdır. Büdcə gəlirlərinin əsas hissəsini Ermənistanın vediyi dövlətlərarası kredit təşkil edir. 2023-cü ildə $372 mln kredit veriləcəkdir (ümumi gəlirlərin 77%-i). Bu vəsaitlər kredit kimi verilsə də sonradan Ermənistan tərəfindən bağışlanılır.

Ən çox xərc sosial müdafiəyə ayrılır. 2022-ci ildə bu istiqamətə $133.23 mln ayrılmışdır (ümumi xərclərin 24%-i), 2023-cü ildə artrılaraq $187.99 mln-a çatdırılacaqdır (ümumi xərclərin 34%-i). Bu istiqamətə böyük diqqətin ayrılması onu göstərir ki, qondarma rejim sosial müdafiə xərclərini artırmaqla əhalinin Qarabağda qalmasını təmin etməyə çalışır. Bunu son 3 ildə sosial müdafiə xərclərinin kəskin artırılması da sübut edir. Belə ki, 2020-ci ildə qondarma rejim sosial müdafiə üçün 2023-cü ilə planlaşdırılandan 3.4 dəfə az vəsait ayırmışdı.  

Eyni zamanda, Laçın dəhlizində ekoaksiyalara görə qondarma rejimin sosial vəziyyətinin pisləşməsi və 1300 işçisi olan Base Metals şirkətinə məxsus mis-molibden yatağının fəaliyyətinin dayanması da 2023-cü ildə sosial müdafiə xərclərinin artırılmasına təsir etmişdir. Gəlirlərinin böyük hissəsinin Ermənistandan köçürülməsi onu deməyə əsas verir ki, əhalinin Qarabağda qalmasında Ermənistan hökuməti birbaşa iştirak edir.

2022-ci ildə qondarma rejim büdcə xərclərinin 8.6%-ni təhlükəsizliyə ayırmışdır. Cari ildə isə bu istiqamətə $58.36 mln ayrılacaqdır (büdcə xərclərinin 10.5%-i). Təhlükəsizliyə böyük həcmdə xərclərin ayrılması da əhalinin Qarabağda saxlanılmasına xidmət edir. Çünki, əhalinin saxlanılmasını təmin etmək üçün onların sosial müdafiəsi ilə yanaşı təhlükəsizliyi də təmin edilməlidir.
2023-ci ildə iqtisadiyyat, enerji və nəqliyyat istiqamətində isə xərclər azaldılacaqdır və ümumi xərclərdə payı 10.2%-dən 7.8%-ə düşəcəkdir. Demək, qondarma rejim iqtisadiyyatın inkişafı hesabına deyil, süni şəkildə, yəni təhlükəsizliyin və sosial müdafiənin Ermənistandan alınan vəsaitlər ilə təmin edilməsi hesabına əhalinin Qarabağda saxlanılmasına çalışır. Həm də səhiyyə, təhsil, tikinti və kommunal xərclər də azaldılacaqdır.

Maraqlıdır ki, müdafiə xərcləri çox az göstərilir. 2023-cü ildə müdafiə xərcləri əvvəlki il ilə eyni səviyyədə, yəni $5.07 mln səviyyəsində (ümumi xərclərin 0,9%-i) olacaqdır. Hazırda Qarabağda ən azı 10 min erməni hərbçisinin olduğu ehtimal edilir. Ermənistanda müqavilə ilə işləyən hərbçilərə isə ayda $1082 maaş  verilir. Əgər 10 min hərbçinin yarısı ayda $1000 maaş alsa təkcə onların əmək haqqı $5 mln edir. Digər xərcləri də nəzərə aldıqda hərbi xərclərin $5.07 mln olmasının qeyri-mümkün olduğu aydın olur.

Eyni zamanda digər xərclərin həcmi çox böyükdür. Bu xərclər 2022-ci ildə $107 mln (ümumi xərclərin 19.6%-i) olmuş, 2023-cü ildə isə $76.4 mln-a endiriləcəkdir (ümumi xərclərin 13.8%-i). Bu xərclərin ümumi xərclərdə payına görə 2-ci ən böyük kateqoriya olması onların təyinatı ilə bağlı suallar yaradır. Hərbi xərclərin çox az göstərilməsi əlavə xərclərin tərkibində hərbi xərclərin çox olduğunu deməyə əsas verir. Müdafiə qondarma rejimin ən çox korrupsiyalaşmış sektoru olduğundan yeyintilərin izini itirmək üçün hərbi xərclərinin böyük hissəsinin digər xərclərə daxil edilməsi mümkündür. Tikinti sektoru da korrupsiyanın geniş yayıldığı sektordur və yəqin ki, qondarma rejim tikintidəki yeyintilərin izini itirmək üçün də bu sahədəki xərcləri digər xərclərə aid edir.  

Beləliklə, qondarma rejimin 2 əsas məqsədi vardır. 1-ci məqsəd seperatçı siyasəti davam etdirmək üçün əhalinin Qarabağda saxlanılmasını təmin etməkdir.  Ona görə də maliyyə resurslarının böyük hissəsi bu istiqamətdə səfərbər edilir. 2-ci məqsəd isə korrupsiya yolu ilə Ermənistandan köçürülən vəsaitləri mənimsəməkdir. Buna görə də ən çox yeyintinin olduğu sektorların xərcləri digər xərclərə daxil edilərək gizli şəkildə mənimsənilir.  

@cssc_cqtm
 
Daha ətraflı: https://cssc.az/az/view/2/37/ermenistanin_qarabaga_gonderdiyi_pullar_neye_xerclenir?
 
👍14
ABŞ görüşü: nəticə və fəsadlar
 
ABŞ-da xarici işlər nazirləri arasında ardıcıl bir neçə gün davam edən görüş 4 may tarixində yekunlaşdı. Görüşün nəticələrinə dair tərəflər birgə yox, ayrı-ayrılıqda, lakin eyni məzmunlu, bəyanatlar verdilər. Dövlət Departamenti “tərəflərin çətin məsələlərin həllində mühüm irəliləyiş əldə etdiyini”, Azərbaycan və Ermənistan tərəfləri isə “ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq, ...bəzi əsas məsələlər üzrə (isə) mövqelərin fərqli olaraq qaldığını” bildirdilər.
 
Danışıqların davam etdiyi müddətdə Azərbaycan prezidenti Şuşada, N.Paşinyan isə Praqada normallaşma prosesinə toxunmuşdular. Prezident İlham Əliyev isə “sülh sazişinin mətninə mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı salmaq üçün istənilən cəhdləri” qeyri-məhsuldar adlandırmışdır.Paşinyan Azərbaycanı etnik təmizləmə siyastində ittiham edib, Qarabağ və Laçın yoluna beynəlxalq qrupun göndərilməsini vacib adlandırmışdır.
 
“Əsas məsələlər üzrə mövqe fərqi”
Liderlər və xarici işlər nazirlər tərəfindən verilən bəyanatlardan belə nəticə çıxartmaq olar ki, tərəflər arasında mövcud “bəzi əsas məsələlər üzrə mövqe fərqləri” ilk növbədə Qarabağ və anklavları özündə ehtiva edir. Bakı Qarabağı öz daxili işi sayıb, bunun Ermənistan tərəfindən rəsmi sürətdə tanınması/qəbul edilməsini tələb edir: “Onlar A deyiblər, B deməlidirlər. Onlar mənim söylədiyimi söyləməlidirlər – Qarabağ Azərbaycandır!” Başqa sözlə desək, Ermənistan təkcə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi deyil, həmçinin Azərbaycanın Qarabağ üzərində tək və bölünməz suverenliyini rəsmi qaydada qəbul etməlidir.
 
Ermənistan öz növbəsində Bakı və Xankəndi arasında dialoqun beynəlxalq müşahidəçilərin nəzarəti altında keçməsini istəyir. Faktiki olaraq Ermənistan ABŞ, Fransa və Rusiyanın əli ilə Azərbaycan daxilində separatizm siyasətini davam etdirmək istəyir.

 
Daima 29,8 min km2 ərazi bütövlüyündən danışan N.Paşinyan, Bakının Ermənistan ərazisində yerləşən anklavlardan imtina etməsini istəyir. 1990-92-ci illərdə Ermənistan tərəfindən işğal edilən Qazaxın 7 kəndi + Naxçıvanın Kərki kəndi Ermənistan ərazisində yerləşən anklav/eksklavlardır. Bu kəndlər Ermənistanın şimal və cənub rayonlarını birləşdirən yolların və Gürcüstan/İrana çıxaran vacib magistral yollarının üzərində yerləşir. Bakı öz növbəsində ərazi bütövlüyünün qarşılıqlı tanınması dedikdə Qarabağ + 8 kəndin Ermənistan tərəfindən Azərbaycan əraziləri kimi qəbul edilməsini nəzərdə tutur.
 
“Bəzi maddələri üzrə qarşılıqlı razılıq”
Liderlərin çıxışları zamanı nəqliyyat-kommunikasiya xəttləri və humanitar məsələlər barədə nəsə deməməsi, nazirlərin bu istiqamətlər üzrə müəyyən razılıq əldə etməsinə işarə edir. Güman ki, əgər Azərbaycan səfərdən qabaq Laçında Sərhəd Nəzarət Buraxılış Məntəqəsi qurmasa idi, bu məsələ də “mövqelərin fərqli” olduğu kateqoriyaya daxil problemlərdən biri olacaqdı. Beləliklə, görüşdən qabaq Laçında NBM-in qurulması ABŞ-da Ermənistanı iki seçim qarşısında qoydu:
 
1.Zəngəzurda NBM qurub, Qərbin təklif etdiyi “yollar üzərində suveren hüquqlar” modelini qəbul etmək;
2.Qərb modelindən imtina edib, Rusiyanın təklif etdiyi eksterritorial Zəngəzur dəhlizi ilə barışmaq.
 
Ermənistanın Zəngəzur dəhlizi modelini dəfələrlə rədd etməsi və görüşün ABŞ-da baş tutması İrəvanın birinci varianta üstünlük verməsinə dəlalət edir.  
 
Nəticə
Daışıqların növbəti mərhələsi Rusiyada baş tutacaqdır. Necə Praqada Bakı İrəvandan ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınmasına nail olub, sonradan bunu Soçi üçtərəfli bəyanatında təsdiqləmişdirsə, eləcə də indi, ABŞ-da əldə edilən razılıqlar Rusiyada keçiriləcək görüşdə öz təsdiqini tapacaqdır.
 
Azərbaycan sülh sazişinin tezliklə imzalanmasını istədiyi qədər, 10 noyabr üçtərəfli bəyanatın aktual olmasında da maraqlıdır. Beləki, üçtərəfli razılaşma Ermənistanın üzərinə vacib öhdəliklər qoyub, Rusiya sülhməramlı kontingentinin 2025-ci ildə Azərbaycanı tərk etməsinə leqal əsas yaradır.
 
@cssc_cqtm
👍37
ABŞ-ın Cənubi Qafqaz siyasətinin daxili amilləri

Rusiya-Ukrayna müharibəsinin bir nəticəsi də ABŞ Senatının Xarici Əlaqələr və Nümayəndələr Palatasının Xarici İşlər Komitələrinin, ABŞ xarici siyasəti və Dövlət Departamenti üzərində artan təsiridir. Əgər son zamanlara qədər Senatın Xarici Əlaqələr Komitəsinin Dövlət Departamentinə təsir imkanı əsasən səfirlərin təsdiq edilməsi ilə məhdudlaşırdısa, Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin xarici siyasətə təsir vasitələri bundan da az idi.

Armed Services Committee
Son 20 ildə Dövlət Departamenti ilə bağlı əsas məsələlər adətən silahlı qüvvələlərlə komitələrində və maliyyələşmə (appropriation) komitələrində müzakirə olunurdu. Son illərdə Konqresdə xarici siyasətlə bağlı əsas söz sahibi Senat və Nümayəndələr Palatasının Silahlı Qüvvələr (armed services) komitələri idi. Bunun səbəbi ondan ibarət idi ki, son 6 ildə Silahlı Qüvvələr komitələri hər il Milli Müdafiə haqqında “authorization” qanunu qəbul edirlər. Konqresin hər iki palatasının Silahlı Qüvvələr komitələri bu authorization qanunları sayəsində son 6 ildə hən Pentaqon, həm də xarici siyasət üzərində ciddi təsir əldə edə  biliblər. Buna görə də Pentaqon Silahlı Qüvvələr komitələrindən gələn tövsi xarakterli xahişlərə cavab verilməsi mütləq tələb edilən rəsmi sorğu kimi yanaşır.

Foreign Affairs/Relations Committee
Silahlı Qüvvələr Komitələrindən fərqli olaraq Xarici Əlaqələr və Xarici İşlər Komitələri 2002-ci ildən bəri Dövlət Departamentinin fəaliyyətini müəyyənləşdirən “authorization” tipli qanun qəbul etmirdilər. Dövlət Departamentinin maliyyələşməsi “appropriation” komitələr tərəfindən hazırlanırdı və hər il onlar tərəfindən Konqresə müzakirə edilməsi üçün təqdim olunurdu. Ona görə də Xarici Əlaqələr və Xarici İşlər Komitələrinin səfirlərin təsdiqindən başqa Dövlət Departamentinə təsir etmək vəsaitələri yox idi.

2021-ci ilin dekabr ayında Konqres 2002-ci ildən bəri ilk dəfə Dövlət Departamenti haqqında “authorization” tipli qanun qəbul etdi. Xarici Əlaqələr və Xarici İşlər Komitələri R.Menendez başda olmaqla Pentaqonla bağlı Milli Müdafiə aktında olduğu kimi Dövlət Departamenti ilə bağlı “authorization” aktının da hər il qəbul edilməsinə nail olmaq və beləliklə Dövlət Departamentini özlərinə tabe etmək istəyirlər. İndiyə qədər bu, mümkün deyildi, çünki respublikaçılarla demokratlar arasında müxtəlif məsələlərdə ciddi fikir ayrılığı var idi və əgər Milli Müdafiə sahəsində tərəflər arasında ixtilaflara baxmayaraq belə bir aktın qəbul edilməsi mütləqdir, çünki bu akt hərbi qulluqçularının maaşından tutmuş hərbi sənayesi sahəsində yeni sifarişlərə qədər ən müxtəlif məsələləri əhatə edir.

Nəticə
Bundan əvvəl, bir neçə dəfə Konqres bu tip qanunvericiliyi qəbul etmək istəsə də, respublikaçılarla demokratlar arasındakı fikir ayrılığı bunun qarşısını almışdı. Ukrayna-Rusiya müharibəsi respublikaçılarla demokratlar arasında fikir ayrılığına baxmayaraq, bu tip aktların hər il qəbul edilə bilməsinə ideal imkan yaratmışdır. Hər il belə bir aktın qəbul edilməsi Konqresin Dövlət Departamenti üzərində nəzarət və təsir imkanları kəskin şəkildə artıracaqdır. Lakin artıq deyildiyi kimi, bu təsirin nə qədər güclü olması demokratlarla respublikaçıların birlikdə işləyə bilməsindən asılı olacaq.

Hər bir halda, R.Menendez başda olmaqla Konqres üzvlərinin  (Xarici Əlaqələr və Xarici İşlər Komitələrinin Silahlı Qüvvələr Komitələri ilə birlikdə) ABŞ-ın xarici siyasəti və Dövlət Departamenti üzərində təsirlərinin artması ABŞ-Azərbaycan əlaqələrinə də yaxın gələcəkdə ciddi təsir edə bilər. Erməni lobbisinin Konqresə təsir imkanlarını nəzərə alsaq, Konqresin xarici siyasət və Dövlət Departament üzərində artan təsiri Azərbaycan üçün mənfi nəticələr yarada bilər.

@cssc_cqtm
👍13👎2
Kremlə dron zərbələri: motiv və siyasi fəsadlar
 
3 maya keçən gecə Kreml iki dron zərbəsinə məruz qaldı. Moskva baş verənləri terror adlandırıb, bunda Ukrayna və ABŞ-ı günahlandırdı. Ukrayna bütün ittihamları rədd edib, hədəfinin başqa ölkələrin ərazilərinə hücum yox, işğalda olan ərazilərini azad etmək olduğunu bildirdi. Videokadrların analizindən belə nəticəyə gəlmək olar ki, Kremli hədəfə almış aparat kvadrikopter tipli yox, təyyarə tipli dron idi. Aparatın diametri 4,5 metr, qanadlarının uzunluğu isə 2-2,5 metr idi. Qanadları 3 metr olan Rusiya istehsallı “Orlan-10” 600 km, qanadı 4,6 metr uzunluğunda olan Ukrayna istehsallı UJ-22 Airborne 800 km, qanadı 3 metr olan Raybird-3 tipli dron isə 1000 km məsafə qət edə bilir.
 
Ukrayna/ABŞ?
Hücumun Ukrayna ərazisindən edilməsi nəzəri cəhətdən mümkün olsa da (Rusiya-Ukrayna sərhədindən Kremlə ən qısa məsafə 450 km-dir), böyük ehtimal ki, dronlar Rusiya ərazisindən idarə olunurdu. Beləki, Ukrayna mövqelərindən Kremlə qədər Rusiyanın ən azı 3 hava hücumundan müdafiə xətti (Rusiya tərəfindən işğal edilmiş Ukrayna ərazilərində → Rusiyanın de-yure sərhədləri yaxınlığında → paytaxt Moskvanın HHM xətti) mövcuddur. Bu 3 müdafiə xəttindən savayı Rusiya rəsmiləri son aylarda bütün əsas qərar qəbul edilən mərkəzlərdə “Панцирь-С1” və daha mütərəqqi HHM sistemləri quraşdırmışlar. Rusiya xüsusi xidmət orqanları həmçinin radio-elektron mübarizə vasitələrindən də geniş istifadə edirlər. Buna Kremlin yanında GPS-i qoşmaqla əmin olmaq olar: cihaz sizin mərkəzdə yox, hava limanlarından birində olduğunuzu göstərəcəkdir. Beləliklə, təşkilatçının Ukrayna olması haqqında versiya, sağlam düşüncə və konstruktiv tənqid qarşısında aciz qalır.
 
Təşkilatçı
Hücumun Rusiya tərəfindən həyata keçirilməsi versiyasının leyhinə daha çox arqument var. Kremlə hücum Rusiyanın Ukraynanın mülki infrastrukturuna yeni dağıdıcı zərbələr endirməsinə (daxili/xarici auditoriya üçün) “bəraət” qazandırır. Digər tərəfdən Kremlə hücum “Arxada Moskvadır” (“За нами Москва”) şüarı kimi II Dünya müharibəsi arxetiplərinin Rusiya cəmiyyətinə gətirmək və paytaxtı/Vətəni qorumaq adı altında əhalini ümumi səfərbərliyə cəlb etmək planının tərkib hissəsi ola bilər. Hücumun 9 may ərəfəsində baş verməsi təsadüfi bir hal kimi nəzərdən keçirilmir. Aşağı ehtimalla Kremlə hücum Ukraynaya taktiki nüvə zərbəsini endirmək planının bir hissəsi də ola bilər.
 
Siyasi fəsadlar
Hücumun arxasında böyük ehtimalla Rusiya dayansa da, əmrin şəxsən V.Putin tərəfindən verilməsi az ehtimal olunandır. Putinin hakimiyyəti “təhlükəsizlik və stabillik əvəzinə hüquq/azadlıqlar” ictimai müqaviləsinə əsaslanır. Sanksiyalar Rusiya əhalisinin rifahına zərbə endirib, ictimai müqavilənin stabillik elementini sarsıtmışdır. Kremlə hücum perspektivdə təhlükəsizlik kimi ikinci elementi də diskreditə edib (“öz iqamətgahını qoruya bilməyən lider xalqı necə qoruyacaq?!”), Putin və xalq arasında ictimai müqaviləni etibarsız edə bilər.
 
Elitalararası parçalanma
Görünən odur ki, Kremlə hücumun arxasında Rusiyanın qərar qəbul edən elitalarından biri dayanır. Hazırda Bortnikov (FTX/ФСБ) + Narışkin (XKX/СВР) + Patruşev (TŞ katibi) bir qrupu, Zolotov (Milli Qvardiya) + Kadırov isə digər qrupu təmsil edirlər. Ukrayna müharibəsi başlayandan birinci qrupa müdafiə naziri Şoyqu və baş qərargah rəisi Gerasimov, ikinci qrupa isə Vaqner qrupunun rəhbəri Priqojin daxil oldular. Vaqnerin tükənməsi məqsədilə Şoyqu-Gerasimovun Priqojinə silah-sursat ötürməməsi, axırıncının isə 10 may tarixində Baxmutu tərk edəcəyini elan etməsi elitalararası parçalanmanı daha da kəskinləşdirdi.
Rusiya qanunvericiliyinə əsasən, “hökumət tərəfindən təsdiq edilmiş siyahılara uyğun olaraq mühüm dövlət obyektlərinin, xüsusi yüklərin, rabitə vasitələrinin mühafizəsi” Milli Qvardiyanın vəzifəsidir. Hücumun nə vaxt (gecə, yəni Putinin iqamətgahda olmadığı vaxtda) baş verdiyini və bundan ən çox kimin zərər gördüyünü (Kremlə hücum Zolotovun peşəkar iflasıdır) nəzərə alaraq, dron zərbəsinin yüksək ehtimalla daxili qrupların birinin tərəfindən edildiyini güman etmək olar.
 
@cssc_cqtm
👍32