Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktor müavini Fuad Çıraqov Azadlıq Radiosunun İzahla verilişində Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti ilə bağlı erməni ekspertlə debatda iştirak edib.
Daha ətraflı: https://youtu.be/xA-EiSk2wbc?si=p8cvmPA0I3_MNsJL

YouTube
"Ermənistan öz yardımını da Qarabağa Ağdam yolu ilə göndərə bilər". Bakı-Yerevan. 4-cü Debat
#qarabağ #xankəndi #azerbaycan #video #savaş #müharibə #bakı #sonxeberler #azadliqradiosu
TV-lər göstərmir? Saytlar yazmır? O zaman Youtube kanalımızdan Azərbaycanda və dünyada baş verən hadisələri izləyin.
Biz digər platformalarda da mövcuduq:
Facebook:…

👍14
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktor müavini Fuad Çıraqovun ABŞ-ın nüfuzlu The National İnterest jurnalında Laçın yolu ətrafında Ermənistanın beynəlxalq miqyasda təşkil etdiyi süni böhrana həsr edilmiş məqaləsi dərc edilmişdir. Məqalədə giriş hissəsində Ermənistanın Laçın ətrafında yaratdığı süni böhranla bir müddət əvvəl kövrək ümidlər vəd edən danışıqlar prosesinə ciddi şəkildə zərbə vurduğu göstərilir. Məqalədə Laçın yolundan əvvəllər minaların, silahların və İslam İnqilabi Keşikçilərinə bağlı şəxslərin qaçaqmalçılığında istifadə edildiyi xatırladıldı. Müəllif Laçın yolu ətrafında yaradılan süni böhrandan Ermənistanın alət kimi istifadə edərək məsələni BMT TŞ iclası səviyyəsinə qədər gətirməsini qeyd etdi. Xatırladıldı ki, TŞ-nın iclasında bəzi ölkələrin çıxışlarında humanitar məsələlərdən siyasi məqsədlər üçün istifadə etməmək çağırışı təsadüfi deyildi. Ermənistanın apardığı kampaniya ilə Azərbaycana, beynəlxalq ictimai rəyə və BMT TŞ üzvü olan ölkələrə qarşı psixoloji və mənəvi təzyiq etməyə çalışdığı göstərildi.
Bu kampaniya ilə Ermənistanın beynəlxalq ictimai rəydə guya “Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşaya bilməz” qənaətini yeritməyə çalışdığı diqqətə çatdırıldı. Bununla da əslində Ermənistanın danışıqlar prosesində əvvəlcədən səmimi olmadığı izah edildi. Bu həqiqəti oxuculara izah etmək üçün 2021-ci ildə Ermənistanda parlament seçkilərindən sonra yeni hökumətin Qarabağ ermənilərinin Azərbaycandan xilas olma naminə ayrılmasına (remedial seccession) nail olması ilə bağlı öhdəlik götürməsi xatırladıldı. Ona görə də Laçın yolu ətrafında yaradılan süni böhranın da əsl məqsədinin buna xidmət etdiyi göstərildi. Məqalədə eləcə də, Qarabağdakı ermənilərin yaranmış vəziyyətin girovuna çevrilməsi qeyd edildi. Nəticədə isə digər dövlətlərə əgər onların həqiqətən də Qarabağdakı ermənilərin humanitar böhranla üzləşdiklərinə inanırlarsa, Azərbaycana qarşı edilən təzyiqlərin məqsədi məhz humanitar əsaslıdırsa onlara Ağdam yolunun açıq olduğu xatırladıldı.
Daha ətraflı: https://nationalinterest.org/feature/guiding-conflicting-factions-toward-addressing-lachin-crisis-206787

The National Interest
Guiding Conflicting Factions Toward Addressing the Lachin Crisis
As tensions between Armenia and Azerbaijan flare up once again over the fate of Karabakh, temperate and reasoned discussion is required more than never.
👍16
“Qərbyönümlü Paşinyan” adlı təbliğat köpüyü
Son zamanlar Ermənistan hökuməti ciddi müzakirələrə səbəb olan bir sıra addımlar atıb. Həmin addımlar ilk baxışdan İrəvanın üzünü Qərbə çevirməsi təəssüratı yaratsa da, hadisələrin təhlili bunun reallıqdan uzaq olduğunu göstərir. Digər tərəfdən, ABŞ-dakı erməni lobbisinin fəallaşması da Ermənistan üçün istənilən nəticəni vermir. Belə şəraitdə xaricdə vaə Azərbaycanda bəzi dairələrin baş verənləri ölkəmizin xarici siyasətinin uğursuzluğu kimi təqdim etmək cəhdləri əsassız olmaqla yanaşı, ciddi təəssüf doğurur.
Ciddi qərarlarla nəticələnməyən ritorika
Ermənistanın ABŞ ilə birgə hərbi təlimlər planı, İrəvanın KTMT-dəki daimi nümayəndəsini geri çağırması, Ukraynaya ilk humanitar yardım, Paşinyanın Moskva əleyhinə bəyanatları, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın təhqir olunması və s. bu kimi faktlar Kremllə münasibətlərin soyuması, İrəvan-Qərb yaxınlaşmasının təzahürləri kimi təqdim edilir. Halbuki, erməni tərəfinin bütün addımları sırf ritorik xarakter daşıyır. Belə ki:
- Ermənistanda ABŞ ilə birgə keçiriləcək hərbi təlimləri beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində baş tutacaq. İki ölkə arasındakı hərbi təlimlər öz xarakterini dəyişmədikcə və mütəmadi prosesə çevrilmədikcə qısamüddətli, fraqmentar xarakter daşıyacaq;
- İrəvan KTMT-dəki nümayəndəsini geri çağırsa da, bu vəzifə ləğv olunmayıb. Ermənistan təşkilatın üzvü olaraq qalır.
- KTMT-dən savayı, Ermənistan Rusiya ilə ikitərəfli hərbi-siyasi müttəfiqdir, bu haqda isə Paşinyan bir söz belə demir;
- Paşinyanın həyat yoldaşı məxsusi olaraq deyil, müəyyən tədbir çərəçivəsində Kiyevə baş çəkib. Akopyanın gətirdiyi humanitar yardım isə rəsmi olaraq dövlət səviyyəsində təqdim olunmayıb;
- Baş nazir və digər Ermənistan rəsmilərinin anti-Rusiya bəyanatlarına gəlincə, iki ölkə arasındakı ticarət dövriyyəsi ötən il 100%, bu ilin ilk 7 ayında isə keçən ilin rekord göstəricilərilə müqayisədə artıq 70% artıb.
Erməni lobbisi və anti-Azərbaycan təbliğatı
Paşinyanın anti-Rusiya ritorikası ilə yanaşı, son həftə ABŞ Konqresindəki erməni lobbiçilərinin fəllaşması müşahidə olunur. Təəssüf ki, Azərbaycanı təmsil edən bəzi dairələr də erməni lobbisinin əlində alətə çevrilir. Onlar diplomatiyamızı fəaliyyətsizlikdə, ölkə hakimiyyətini isə Qarabağ ermənilərinə yanaşmada avtoritar davranmaqda ittiham edirlər. Ermənistanın və bəzi azərbaycanlı dairələrin təbliğat kampaniyasının başlıca hədəfi, heç şübhəsiz dövlət başçısı İlham Əliyevdir. Azərbaycan Prezidenti Rusiya ilə normal münasibətlər saxlamaqla Qərbi qəzəbləndirməkdə günahlandırılır.
Azərbaycan tərəfi heç bir halda ABŞ-dakı erməni lobbisinin fəaliyyətini məhdudlaşdıra bilməz. Bunu yalnız ABŞ hakimiyyəti özü edə bilər. Vaşinqtonun indiyədək rəsmi Bakıya qarşı demək olar ki, heç bir addım atmaması, Qarabağda uydurma “humanitar böhran”a dair Konqresdəki son müzakirələrə USAID və Dövlət Departamentinin qatılmaması ilə ABŞ icraedici hakimiyətinin bu tədbirə məhəl qoymaması məhz Azərbaycan hakimiyyətinin səssiz, lakin gərgin işinin bəhrəsidir. Təsadüfi deyil ki, ABŞ-da gedən danışıqlar məhz Azərbaycanın təklif etdiyi beş prinsip ətrafında gedir.
Nəticə
Ermənistan rəsmilərinin son addımları ən yaxın müttəfiqləri olan Rusiyadan istədiklərini almaq məqsədi ilə edilən primitiv siyasi şantajdır. Paşinyan bir qayda olaraq öz hakimiyyəti üçün təhlükə hiss etdikdə, məhz bu üsula əl atır. Digər tərəfdən o, ikinci Qarabağ müharibəsində və gələcəkdəki mümkün hərbi əməliyyatlarda məğlubiyyətə görə günahı Moskvanın üzərinə atmaqla İrəvandakı seçkilər ərəfəsində adını təmizə çaxarmaq, həmçinin “Qərbyönümlü” imicini təsdiqləmək istəyir. Belə şəraitdə özünü “vətənpərvər” kimi təqdim edən bəzi azərbaycanlıların fürsətdən istifadə edərək ölkəmiz və dövlət başçımız əleyhinə ermənilərin informasiya kampaniyasına qoşulması yaddaşlarda qalacaq.
@cssc_cqtm

👍25👎1
Çoxqütblü dünya genişlənir: G20 sammiti daha nə ilə yadda qaldı?
Ötən həftəsonu Hindistanda keçirilən G20 ölkələri sammiti qrup tarixində ən mürəkkəb görüşlərdən birinə çevrilib. İqtisadi çətinliklər və taxıl tədarükündəki fasilələr, iqlim dəyişikliklərinin nəticələri və “yaşıl” enerjiyə keçid, eləcə də Ukrayna münaqişəsi ətrafında aparılan fikir mübadiləsi öz gərginliyi ilə seçilib. “Qlobal Şimal” və “Qlobal Cənub” arasındakı mübarizə sammitin yekun bəyannaməsində də öz əksini tapıb.
Sammitin yekunları
G20-nin Dehli sammitinin ən diqqətəlayiq məqamlarından biri Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin (IMEC) yaradılmasıdır. Almaniya, Aİ, Hindistan, İtaliya, BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ və Fransanın imzaladığı anlaşma memorandumu geniş dəmir yolları, liman infrastrukturu, boru kəmərləri və kabel şəbəkəsinin qurulmasını nəzərdə tutur. Yeni dəhliz, bir təfərdən qlobal təchizat zəncirlərinin davamlılığını təmin edəcək. Digər tərəfdən isə layihə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə alternativ olacaq.
Böyük İyirmiliyin genişlənərək Afrika İttifaqını da öz sıralarına qəbul etməsi sammitin əsas nəticələrindəndir. Gələn il Braziliyada keçiriləcək toplantıda G20 rəsmi olaraq G21-ə çevriləcək. Heç şübhəsiz ki, Afrika İttifaqının İyirmiliyə daxil olması üçün ən böyük əmək sərf edən ölkələrdən biri Çindir. Bu ölkə fəal şəkildə qlobal iqtisadi “imperiya” qurur ki, bura ilk növbədə operatoru Pekin olacaq nəqliyyat arteriyaları daxildir. Bu kontekstdə “Asiya pələngi” uzun müddətdir Afrikaya nəzər salır. Hazırda qitədə Çinin təsiri, Misirdən başlayaraq Cənubi Afrikayadək, kifayət qədər böyükdür.
Ötən ildən fərqli olaraq, bu dəfə Ukrayna münaqişəsilə bağlı qrup üzvlərinin mövqeyində yumşalma baş verib. Belə ki, G20 ölkələri yekun sənəddə Rusiyanın Ukraynadakı fəaliyyətini kəskin şəkildə qınamaqdan imtina ediblər. Əvəzində bəyannamədə “vəziyyətlə bağlı müxtəlif baxışların və qiymətləndirmələrin mövcudluğu” vurğulanıb. Həmçinin, liderlər Ukrayna münaqişəsinin iqtisadi nəticələrini qeyd etsələr də, BMT Nizamnaməsinin prinsiplərini dəstəklədiklərini bildiriblər. Onlar dünya ölkələrini ərazi əldə etmək üçün güc tətbiqindən çəkinməyə çağırıb, “hərtərəfli, ədalətli və davamlı sülhə” nail olmaq səylərini alqışlayıblar.
Mühüm nüanslar
Azərbaycan üçün G20 sammiti tədbirin pərdəarxasında Qarabağ və Bakı-İrəvan münasibətlərinin gündəmə gəlməsilə əlamətdar olub. Xüsusilə də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Aİ Şurası rəhbəri Şarl Mişelin görüşündə bölgəmizdəki cari vəziyyət müzakirə olunub.
Sammit ərəfəsində keçirilən Hindistanın baş naziri Narendra Modi ilə ABŞ prezidenti Co Bayden arasındakı görüş 29 bənddən ibarət birgə bəyanatla yekunlaşıb. Tərəflər iki ölkə arasında texnologiya, kosmos, müdafiə, yarımkeçiricilərin təchizat zəncirlərinin yaradılması, təhsil, müdafiə kimi sahələrdə əməkdaşlığı gücləndirmək niyyətlərini təsdiqləyiblər. Sammitdə elan olunan IMEC layihəsi də məhz Vaşinqtonla Dehlinin Çinin qlobal təsirinin məhdudlaşdırılması kimi ortaq maraqlara sahib olması sayəsində reallaşıb.
Nəticə
Hazırda G20 “daxili islahatlar” dövrünü yaşayır. Artıq inkişaf etmiş ölkələr üçün inkişaf etməkdə olan ölkələrin mövqeyinə məhəl qoymamaq çətinləşib. Bu, məsələn Ukrayna münaqişəsinə dair ötənilkinə nisbətən daha mülayim yanaşmada özünü göstərib. ABŞ və müttəfiqləri başa düşürlər ki, daha onlar birtərəfli qaydada heç bir qlobal miqyaslı qərar qəbul edə bilməzlər və dünyanın digər ölkələri ilə danışıqlar aparmağa məcburdur.
Dehli sammitində Qərb “Qlobal Cənub” ölkələrinin yeni imkanlarını və təsirini tanıyıb. Tədbirə klub üzvlərilə yanaşı Banqladeş, Misir, İspaniya, Nigeriya, BƏƏ, Oman və Sinqapur kimi ölkələrin dəvət olunması dünyanın getdikcə çoxqütblü olmasına dair bir siqnaldır. Müasir G20 “Qlobal Şimal” ilə “Qlobal Cənub” arasında əməkdaşlığın tamamilə yeni formasını əks etdirir. Görünür, bundan sonra “Böyük İyirmilik” məhz bu iki qrup arasındakı görüş meydançasına çevriləcək.

👍15
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin Diqqət Mərkəzi verilişində Azərbaycanla Ermənistan arasında gedən danışıqlar və hərbi toqquşma ehtimalları haqqında fikirlərini bölüşüb.
https://youtu.be/yNvqadS945g?si=74x59lPbhb6FCy_1
https://youtu.be/yNvqadS945g?si=74x59lPbhb6FCy_1
YouTube
İran Paşinyana xəbərdarlıq etməlidir
Bizi İzləyin: Facebook: https://www.facebook.com/ictimai.tv/Instagram: https://www.instagram.com/ictimaitv.official/Teleqram: https://news.1rj.ru/str/tvictimaiSayt: htt...
👍6
Hindistanın strateji seçimi - IMEC layihəsi
Son illərdə ciddi iqtisadi yüksəliş yaşayan və dünya siyasətində getdikcə çəkisini artıran Hindistan strateji seçimini təsdiqlədi. Dehli əvvəlcə ABŞ ilə texnologiya, kosmos, müdafiə, yarımkeçiricilərin təchizatı, təhsil, müdafiə kimi sahələrdə əməkdaşlığı gücləndirmək niyyətini bəyan etdi. Ardınca isə Vaşınqtonun kurasiya etdiyi, İran və Cənubi Qafqazdan yan keçən Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) layihəsinə qoşuldu.
ABŞ-Çin rəqabəti və Hindistan
Hindistandan başlayaraq BƏƏ, Səudiyə Ərəbistanı, İordaniya, İsrail, daha sonra isə İtaliya və Fransa sahillərinədək uzanan IMEC marşrut boyunca dəmir yolu və liman infrastrukturu ilə yanaşı, hidrogen nəqli üçün boru kəmərləri, həmçinin elektrik və məlumatların ötürülməsi üçün kabel şəbəkəsinin qurulmasını nəzərdə tutur. Lakin layihənin iqtisadi əhəmiyyətilə bərabər, daha çox geosiyasi anlamı önəm daşıyır. Belə ki, yeni dəhliz ötən il ABŞ və Aİ tərəfindən Çinin Bir Kəmər, Bir Yol təşəbbüsünə qarşı irəli sürülən Qlobal İnfrastruktur və İnvestisiya üzrə Tərəfdaşlıq (PGII) layihəsi çərçivəsində reallaşdırılacaq.
Sözügedən layihə ilə Qərb Çinin artan təsirini məhdudlaşdırmağa, formalaşmaqda olan “Qlobal Cənub”un təmsilçilərilə bağlılığı artırmaqla perspektivdə onların birləşərək “Qlobal Şimal”a qarşı alternativ gücə çevrilməsinin qarşısını öncədən almağa çalışır. Təsadüfi deyil ki, IMEC-in tərəflərindən üçü (Hindistan, Səudiyyə Ərəbistanı, BƏƏ) həm də BRICS üzvləridir. Bu qrupun təsisçilərindən olan Dehliyə gəlincə, çoxvektorlu siyasət yürütməyə cəhd edən və bütün tərəflərlə aktiv iş aparan ölkə məhz Çini artmaqda olan başlıca xarici təhdid sayır. “Səma dövləti”lə rəqabətdə hələ ki, zəif tərəf sayılan “ədviyyatlar ölkəsi” IMEC vasitəsilə Qərbin və Yaxın Şərqin potensialından istifadə edərək Pekinin təsirini balanslaşdırmağı hədəfləyir.
Türkiyənin mövqeyi
IMEC lahiyəsini şərh edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, yeni dəhliz Türkiyəsiz fəaliyyət göstərə bilməyəcək. Bununla da Ankara açıq şəkildə vurğulamasa da, Fars körfəzi limanlarını İraq, Türkiyə və Suriya üzərindən Avropa ilə əlaqələndirəcək İnkişaf Yolu layihəsinin gələcəkdə IMEC infrastrukturunun bir hissəsi ola biləcəyinə eyham vurub. Hərçənd, ilkin olaraq bu layihə Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün davamı kimi düşünülüb.
Qeyd edək ki, İnkişaf Yolu üzrə müzakirələrdə Türkiyə ilə birgə İraq, İran, Suriya, Səudiyyə Ərəbistanı, BƏƏ, Oman, Bəhreyn, Küveyt, Qətər və İordaniya da iştirak edir. Bu ideya hələ 2009-2010-cu illərdə gündəmə gəlsə də, bölgədəki gərginlik, xüsusilə Suriya böhranı səbəbindən onun reallaşdırılması təxirə salınıb. Hazırda məhz Çinin vasitəçiliyilə İran və Səudiyyə Ərəbistanı, eləcə də digər körfəz ölkələri arasında münasibətlərin normallaşması, habelə Suriyada vəziyyətin sabitləşməsi, Tehran, Ankara və Moskvanın Dəməşq ətrafındakı nizamlanma prosesində irəliləyişlər əldə etməsi bölgədə İnkişaf Yolu simasında yeni nəqliyyat dəhlizinin yaradılmasını aktuallaşdırıb.
Nəticə
Beləliklə də, vaxtilə İran, Cənubi Qafqaz və Rusiyadan keçən “Şimal-Cənub” dəhlizinə qoşulan Hindistan İrandakı mövcud infrastruktur problemləri, eləcə də Tehranla Moskvanın Pekinlə yaxınlaşması fonunda Qərbdən gələn cəlbedici təkliflərə üstünlük verib. Bununla da, Ermənistanın İran vasitəsilə Hindistandan gələn yüklər üçün tranzit ölkə olmaq arzusu puç olub. Bu həm də, Tehran və İrəvanın Dehli üçün daha az əhəmiyyətə malik olmasının göstəricisidir. Hər kəsin öz yanında görmək istədiyi bir ölkəyə çevrilən “Bharat” mövcud şəraitdən məharətlə istifadə edir. Proseslər Çini Orta Dəhliz layihəsi çərçivəsində Rusiya, İran, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrilə əməkdaşlığını daha da artırmağa sövq edir və regionumuzun Pekin üçün əhəmiyyətini artırır. Belə şəraitdə, Dehli Vaşinqtonla əlbir olaraq qonşusu ilə rəqabət aparmaq qərarına gəlib. Odur ki, IMEC təkcə ABŞ-Çin qarşıdurmasının deyil, həm də Dehli-Pekin rəqabətinin məhsulu, yüksələn “Qlobal Cənub”un təcəssümü olan Hindistanın strateji seçimidir.

👍20
Azərbaycan - Mərkəzi Asiyanın Qərbə açılan qapısı
Son dövrlərdə formalaşan qlobal geosiyasi vəziyyət Azərbaycan və Mərkəzi Asiya (MA) ölkələri arasında əlaqələrin möhkəmlənməsini zəruri edir. Hazırda dövlətlərarası əlaqələr ikitərəfli formatla yanaşı, həm də çoxtərəfli platformalar çərçivəsində inkişaf edir. Bugünlərdə həmin platformalar sırasına daha biri - MA Dövlət Başçılarının Məşvərət görüşləri əlavə olunub.
Vahid tarixi-mədəni region
Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb. Sayca 5ci olan Tacikistanda təşkil edilən toplantıya Azərbaycan Prezidenti İlham Əliyevin fəxri qonaq qismində dəvət olunması ilə Məşvərət görüşlərinin formatı genişlənib. Tədbirin tarixi ərzində görüşə dəvət olunan ilk regiondankənar dövlət başçısının məhz Azərbaycan Prezidenti olması təsadüfi deyil.
Ötən illərdə Azərbaycan və bölgə dövlətlərinin rəhbərləri arasında ikitərəfli qarşılıqlı rəsmi səfərlərin intensivliyi, eləcə də müxtəlif çoxtərəfli platformalar, xüsusən də Türk Dövlətləri Təşkilatı çərçivəsində təmasların artması bütün tərəflərin günümüzün tələblərini kifayət qədər yaxşı anlamasından və əməkdaşlığın dərinləşdirilməsini hədəfləyən siyasi iradənin mövcudluğundan xəbər verir. Liderlər MA və Azərbaycanın vahid tarixi-mədəni region olmasından çıxış edərək, bölgə xalqları arasındakı ortaq köklərə və çoxəsrlik bağlara arxalanaraq, qlobal geosiyasi güc mərkəzlərinin iştirakı olmadan dövlətlərarası əlaqələrin inkişafı istiqamətində addımlayırlar.
Əməkdaşlıq sahələri
Artıq 30 ildən çoxdur ki, Azərbaycan və MA ölkələri müstəqil dövlətlər olaraq aktiv şəkildə qarşılıqlı fəaliyyət aparır. Siyasi müstəvidə bu dövlətlər bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi sahədə isə ticarət və nəqliyyat əlaqələrini inkişaf etdirir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən il Azərbaycanın MA ölkələrilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin ilk yeddi ayı ərzində isə 50% artıb. Ölkəmizin Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malik olması MA-dan yüklərin göndərilməsinə artan tələbat fonunda Azərbaycanı region dövlətləri üçün əvəzedilməz ticari tərəfdaşa və vasitəçiyə çevirir.
Günümüzdə Azərbaycan MA ölkələri üçün Türkiyə və Avropa bazarlarına çıxış istiqamətində etibarlı tranzit ölkəsidir. Bu baxımdan, MA ilə Azərbaycanın birgə çalışdığı vacib layihələrdən biri Orta Dəhlizdir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu və Zəngəzur dəhlizinin istifadəyə verilməsilə bölgənin Avropa və Asiya arasında tranzit qovşağı kimi əhəmiyyəti artacaq. Bunu təmin etmək üçün hazırda Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılması çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi olan fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş “Rəqəmsal İpək Yolu” layihəsi üzərində intensiv iş aparılır.
Eyni zamanda, MA şirkətlərinin Ələt Azad İqtisadi Zonasına marağı artır. Hazırda sənaye (maşınqayırma, avtomobil istehsalı, gəmiqayırma), kənd təsərrüfatı (pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq), mehmanxana işi və turizm sahələrində çoxsaylı layihələr həyata keçirilir. Bu layihələrin icrası məqsədilə ölkələr arasında birgə sərmayə fondları yaradılıb və növbəti üç il üzrə bir milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb.
Nəticə
Beləliklə də, Azərbaycan Prezidentinin MA Dövlət Başçılarının Məşvərət görüşündə iştirakı mövcud geosiyasi vəziyyətdə ölkəmizin MA üçün Qərbə açılan qapı olaraq əhəmiyyətinin artığını göstərir. Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin nəticəsidir ki, MA ölkələri onun iştirakına xüsusi önəm verir və bu onların yetkin qərarıdır. Günümüzdə Azərbaycanla MA dövlətləri arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq strateji layihələrin reallaşdırılması üçün münbit şərait yaradır.
Bu layihələr öz növbəsində, ümumi din, tarix, mədəniyyət amillərinə əlavə olaraq, iqtisadiyyat, ticarət, nəqliyyat kimi sahələrlə yanaşı, siyasi əlaqələri dərinləşdirmək, eləcə də hərbi və təhlükəsizlik sahəsində işbirliyi üçün zəmin formalaşdırır.

👍19
İran-Rusiya münasibətləri: Strateji müttəfiqlik və ya qarşılıqlı istifadə?
Hazıki İran hakimiyyəti əvvəlki ölkə rəhbərliyini qərbyönümlü olmaqda ittiham edərək, şərqyönümlü xarici siyasət kursunu bəyan etdi. Bu, ilk növbədə Rusiya və Çinlə yaxınlaşmağı nəzərdə tutur. Bu kontekstdə haqqında çox danışılan İran-Rusiya münasibətlərinə nəzər salaq.
Ukrayna və Yaxın Şərq uğursuzluğu
İran rəhbərliyi Rusiyanın Ukrayna vasitəsilə Qərbə və onunla yaxınlaşmaq istəyənlərə lazımi dərsi keçəcəyinə, Vaşinqton-Moskva qarşıdurmasının kəskinləşməsi şəraitində həm Qərb, həm də Rusiyanın İrana olan ehtiyacının artacağına ümid edirdi. Tehran Moskvaya qarşı sanksiyaların yaratdığı enerji boşluğunun məhz İran tərəfindən doldurulacağına və bununla, həm siyasi, həm də iqtisadi dividendlər qazanacağını düşünürdü.
Lakin Rusiyanın Ukraynadakı uğursuzluğu İran üçün yeni problemlər yaratdı. Tehran hökuməti Rusiyaya tədarük etdiyi PUA-lara görə Qərblə münasibətlərini daha da korlayaraq yeni sanksiyalarla üzləşdi.
İran ikinci məyusluğunu Yaxın Şərqdə yaşadı. Belə ki, iranlılar və ərəblər arasındakı münaqişədə əvvəlcə Çin, sonra isə Rusiya ərəblərin yanında yer tutdu. Moskva və Tehranın Suriyadakı işbirliyi İran rəhbərliyini ümidləndirsə də, Rusiyanın bölgədəki maraqlarının İrandan fərqli olması sonuncunu çətin vəziyyətə salır. Moskvanın İsraillə yaxşı münasibətləri, BƏƏ və Səudiyyə Ərəbistanı ilə yaxınlaşmaq istəyi Tehranı narahat edir. İran və BƏƏ arasındakı adalar mübahisəsində Rusiyanın anti-İran mövqeyi Yaxın Şərqdə Moskva ilə Tehranın maraqlarının fərqli olduğunu açıq şəkildə göstərir.
Cənubi Qafqaz dolayları
SSRİ-nin dağılmasından sonra İran Moskvanın Cənubi Qafqazdakı təsirini özü üçün təhlükə kimi görmür, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsi, xüsusən də Qarabağ məsələsində mövqeyini öz xeyrinə hesab edir, bəzi regional maraqlarına Moskva vasitəsilə nail olurdu. Lakin, İkinci Qarabağ müharibəsindən sonra Rusiyanın bölgəyə münasibətinin dəyişməsi Tehranın təcrid vəziyyətinə düşməsinə səbəb oldu. İran rəsmilərinin fikrincə, hazırda Rusiya Azərbaycanın qarşısını almamaqla Türkiyənin regionda möhkəmlənməsinə imkan verir. İranın Ermənistana hərbi dəstəyini də ilk olaraq Rusiya əngəlləyir. Belə ki, Moskva İrəvanı yalnız özündən asılı vəziyyətdə saxlamaq niyyəti güdür.
Qeyd olunanlar Cənubi Qafqazı İran-Rusiya münasibətlərində potensial münaqişə zonasına çevirir. Bu riski dərk edən Tehran Moskva ilə münasibətlərini yaxşılaşdırmaq üçün Ermənistan-ABŞ hərbi təlimindən yararlanmaq, Rusiyaya Moskva-Tehran mərkəzli regional həll modelini xatırlatmaq istəyir. İranın zənnincə, Rusiya ABŞ-Ermənistan münasibətlərinin daha yüksək səviyyəyə keçməsini istəmirsə, Cənubi Qafqazda İranla əlaqələrini genişləndirməlidir. ABŞ-Ermənistan hərbi təlimi həm də İranın Azərbaycan siyasətinin yanlışlığını sübut edən daha bir faktdır.
Etimad böhranı
İran rəhbərliyi hər zaman Rusiyaya şübhə ilə yanaşıb. Tehran yaxşı bilir ki, İrana qarşı bütün sanksiya paketlərində Rusiyanın imzası var. Moskva İrana istədiyi silahları vermir və ya gecikdirir. İranın Rusiya ilə münasibətləri nüvə böhranına da fayda vermir. Odur ki, hazırda Rəisi hökuməti Qərblə anlaşmanın yollarını axtarır və Qətər vasitəsilə Vaşinqtonla yarı-gizli danışıqlar aparır.
Rusiya və İran bir-birilə münasibətlərini digər ölkələrlə əməkdaşlığa qurban verməyə hazırdır. Buna misal olaraq, vaxtilə Rusiyadan İran üçün nəzərdə tutulan S300 zenit-raket komplekslərinin İsrailin xahişi ilə Azərbaycana satılması, eləcə də ABŞ-ın dondurulmuş aktivlərin bir hissəsini Tehrana qaytarması fonunda İranın Rusiyaya silah tədarükünə yenidən baxılmasını göstərmək olar.
Nəticə
İran və Rusiya nə müttəfiq, nə də tərəfdaş deyil, mövcud ehtiyac və maraqlara uyğun olaraq müxtəlif sahələrdə bir-birindən qarşılıqlı istifadə edən ölkələrdir. Tehran Moskvanı beynəlxalq müdafiə qalxanı kimi görür, Kreml isə fərqli regionlarda Tehranın imkanlarından yararlanır. Tərəflər arasında fikir ayrılıqları bəzən problemlər yaratsa da, beynəlxalq və regional şərait hər iki ölkəni xoş münasibətlər saxlamağa sövq edir.

👍30
Moskvanın regiondakı planlarını dəstəkləyən kimdir, puç edən kim?!
Normallaşma prosesinin hazırkı mərhələsində Rusiyanın (RF) rolu Azərbaycan (AZ) və Ermənistanda (ER) müzakirə olunur. ER-də qərbyönümlü dairələr və Paşinyan hökuməti RF-ni İrəvana qarşı Bakı və Ankara ilə koalisiya qurmaqda ittiham edir. Bu tezisi “RF əleyhinə ritorikada Paşinyanın cəsarəti”ndən danışan AR müxalifəti də təkrarlayır.
İki filtrdən istifadə edərək vəziyyəti anlamağa çalışaq: RF-nin niyyətləri, eləcə də AZ və ER-in addımları:
1.RF-nin münaqişədən sonrakı vəziyyətin inkişafına dair planı nə idi? RF həm dövlətlərarası məsələlərdə, həm də Qarabağla bağlı üçtərəfli formatı saxlamağa çalışırdı. Sülh müqaviləsi (SM) Moskvanın gündəmində deyildi. Bu, qeyri-müəyyən gələcəkdə olmalı idi.
- ER bu yanaşmanı dəstəklədi, hətta Qarabağda sülhməramlıların mandatını imzaladı. İrəvan SM barədə düşünmür, ATƏT-in Minsk Qrupunu dirçəltməyə çalışır, münaqişənin bitmədiyini iddia edirdi.
- AZ konfliktdən sonrakı dövrün lap əvvəlindən dövlətlərarası (SM, kommunikasiyaların açılması, sərhəd) və daxili (reinteqrasiya) mövzuları ayıraraq, üçtərəfli formatın gündəliyində yalnız birincini saxladı. Bakı sülhməramlıların mandatını imzalamaqdan imtina etdi. SM mövzusunu aktuallaşdıran, onu prioritet edən AR oldu. Hazırda bütün mövzular SM-dən asılıdır.
2.RF SM-in öz versiyasını 2022-ci ilin payızında təklif etdi. 2023-cü ilin yayında isə yaxın gələcəkdə SM-in imzalanmasını məqsədəuyğun hesab etmədiyini bildirdi.
- ER hökuməti SM-in rus versiyasını 100% dəstəklədi, sonra isə onun imzalanmaması üçün hər şey edir.
- AZ SM-in rus versiyasından imtina etdi, sənədin tezliklə imzalanması üçün diplomatik səviyyədə stimullaşdırıcı tədbirlər həyata keçirdi və keçirir.
3.RF Qarabağ erməniləri arasında müqaviməti yüksək səviyyədə saxlamağa çalışır.
- ER bu mövzuda RF-ni dəstəkləyir, Qarabağda hərbi diktaturanı maliyyələşdirir, qoşun saxlayır, silah göndərir, Vardanyanın, iranlı diversantların, Pekresin Qarabağa gəlməsinə şərait yaradır, dünya mətbuatında böhtan kampaniyası aparır.
- AZ Qarabağ ermənilərinə xarici təsirləri minimuma endirir, şərti sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradır, daxili qanunvericiliyə əməl olunmasını, ER ordusunun qalıqlarının çıxarılmasını və Qarabağ erməniləri arasında hərbi diktaturanın özünü buraxmasını tələb edir.
4.RF Zəngəzur dəhlizində (ZD) eksklüzivlik qazanmağa və Laçın yolunda daha uzun müddət qalmağa çalışır.
- ER Rusiyaya öz ərazisində eksklüzivlik vermir, lakin sonradan Rusiyanı Qərblə əvəzləmək üçün Laçın yolunda Rusiyanın eksklüzivliyini istəyir.
- AZ kommunikasiyalar üzərində suverenlik prinsipilə razılaşıb, bu prinsipi Laçın yolunda Sərhəd Buraxılış Məntəqəsi (SBM) qurmaqla dəstəkləyib və ZD-də də SBM qurulmasını təklif edib. Lakin Ermənistandan rədd cavabı alıb.
5.Ukraynadakı müharibədən sonra RF postsovet ölkələrini öz ekosisteminə cəlb etməyə çalışır.
- ER Rusiya ilə ticarət dövriyyəsini görünməmiş sürətlə artırır. 2021-ci ildə 2,6 milyard dollar olan rəqəm, cari ilin ilk 6 ayında $3,2 milyarda çatıb. İlin sonunadək göstəricinin $6,4 mlrd. olacağı, yəni təxminən 3 dəfə artacağı gözlənilir. Sanksiyalardan yan keçmə və reeksport nəticəsində ER 20 ildə ilk dəfə RF ilə ticarətdə müsbət saldoya malikdir.
- AZ ilə RF arasında analoji rəqəm 2021-ci ildə $3 mlrd., bu ilin ilk altı ayında isə $2,4 mlrd. olub. İlin sonunadək göstəricinin $5 milyarda çatacağı gözlənilir. Yəni iki il ərzində 45% artım var ki, bu da Rusiyanın idxalı əvəz etməsi və enerji təchizatındakı artım hesabına baş verən təbii 8haldır. Eyni zamanda, qeyri-neft məhsullarının ixracında Türkiyə Rusiyanın ənənəvi birinciliyini əlindən alıb və qeyri-neft ixracının ölkələr üzrə şaxələndirilməsi istiqamətində addımlar atılır.
6.RF postsovet ölkələrini KTMT və AİB-də görmək istəyir.
- ER hələ də KTMT və AİB üzvüdür.
- AZ ilk dəfə AİB sammitində qonaq qismində iştirak edib və KTMT-nin üzvü deyil, Türkiyə ilə hərbi-siyasi ittifaq qurub.
Bunlar hansı ölkənin və hansı formada Rusiyanı dəstəkləmisini göstərən əsas elementlərdir.

Интервью Фархада Мамедова о ситуации в Карабахе для "Живой Гвоздь"
https://www.youtube.com/watch?v=7V3zzkEad_Y

#cqtm #cssc #trend #azerbaijan #iran #southcaucasus #politics #turkey #georgia #armenia #Russia #USSR #ukraine #karabakh
✅ Rəsmi saytımız: https://cssc.az/
✅ Rəsmi facebook səhifəmiz: https://www.facebook.com/profile.php?...
✅ Rəsmi twitter səhifəmiz:…

👍8
Интервью Фархада Мамедова о ситуации в Карабахе для "The Insider"
https://www.youtube.com/watch?v=FMkul3jlOBQ
https://www.youtube.com/watch?v=FMkul3jlOBQ
YouTube
Интервью Фархада Мамедова о ситуации в Карабахе для The Insider
#cqtm #cssc #trend #azerbaijan #iran #southcaucasus #politics #turkey #georgia #armenia #Russia #USSR #ukraine #Карабах
✅ Rəsmi saytımız: https://cssc.az/
✅ Rəsmi facebook səhifəmiz: https://www.facebook.com/profile.php?...
✅ Rəsmi twitter səhifəmiz:…
✅ Rəsmi saytımız: https://cssc.az/
✅ Rəsmi facebook səhifəmiz: https://www.facebook.com/profile.php?...
✅ Rəsmi twitter səhifəmiz:…
👍11
Qərbin ermənipərəstliyi nəyə gətirib çıxardı?!
Qərb Cənubi Qafqaz regionunda yenidən ofsayd vəziyyətinə düşüb. Ötən il belə təsəvvür yaranmışdı ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı regional məsələlərdə iştirakını diplomatik müstəvidən bilavasitə “yerdə” iştiraka çevirərək prosesin tərkib hissəsi olmaq üzrədir. Praqa görüşünü və Azərbaycanın Aİ-nin Ermənistandakı missiyası ilə əməkdaşlığa razılığını xatırlamaq kifayətdir.
Təəsüf ki, Bakı Aİ və ABŞ-a bölgədəki nizamlanma prosesində daha yaxından iştirak etmək imkanı yaradan kimi onların erməni mərkəzli yanaşmaları ortaya çıxdı. ABŞ və Aİ həm Ermənistan-Azərbaycan münasibətləri, həm də Qarabağ mövzularında erməni gündəmini tam şəkildə qəbullanaraq təbliğ etməyə başladı. Prezident İlham Əliyevin Blinkenin iştirakı ilə keçirilən müşavirədə sərhəddə birgə keçid məntəqəsinin yaradılması ilə bağlı səsləndirdiyi konstruktiv təkliflərə Paşinyan rədd cavabı verdi. ABŞ da öz növbəsində bu cavabı əsas kimi qəbul etdi. Məhz həmin andan etibarən Qərbin bölgə siyasətindəki uğursuzluğu başladı!
Vaşinqton görüşləri açıq şəkildə göstərdi ki, ABŞ və Aİ Azərbaycanın yanaşmasını diqqətə almır və Qarabağ məsələsini hansısa status-kvonun formalaşdırılması ümidi ilə havadan asılı vəziyyətdə saxlamağa çalışırlar. Lakin Azərbaycan bu yay atdığı addımlarla ABŞ və Aİ-ni açıq şəkildə 2024-2025-ci illər üçün planladıqlarını hazırlıqsız və natamam şəkildə indi həyata keçirməyə məcbur etdi. Qarşı tərəf saxta “humanitar fəlakət” mövzusunda ucuz şou təşkil etdi, mövcud olmayan “blokada” və “Laçın dəhlizi” ilə bağlı qlobal miqyasda ölkəmizə qarşı kampaniyaya başladı. Bu da istənilən nəticəni vermədikdə “must” ifadəsi və sanksiyaların tətbiqilə bağlı açıq təhdidlərə keçildi.
Bəs yekunda nə oldu?
“Humanitar fəlakət” köpüyü partladı, “blokada” deyilən uydurma iddia puç oldu. Tezliklə “120 min...” rəvayətinin də yalan olduğu üzə çıxacaq və yeni anti-Azərbaycan mövzusu “etnik təmizləmə” olacaq. Hazırda isə Ermənistanda Paşinyanın vəziyyəti mürəkkəbləşib, Qarabağda Azərbaycanın konstitusiya quruluşu bərqərar olunur! Artıq Bakı ilə Qarabağ erməniləri arasında məhz ölkəmizin irəli sürdüyü şərtlər əsasında dialoq prosesi başlayıb. Yevlaxda baş tutan görüşdə bölgədə yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının formaları müzakirə edilib.
Bu axşam keçiriləcək BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətə dair iclasının mümkün nəticələrinə gəlincə, beynəlxalq hüququn Azərbaycanın tərəfində olması və rəsmi Bakının bölgənin erməni əhalisinə münasibətdə humanist davranışı ölkəmizə qarşı hər hansı ciddi neqativ addımları qeyri-mümkün edir.
Bir sözlə, cari hadisələr gözlənilən idi. Yeni hərbi eskalasiyaya həm də ABŞ və Aİ-nin erməni mərkəzli davranışı səbəb oldu. Qərb ermənipərəst yanaşması ilə Rusiyaya yaranmış vəziyyətdən istifadə etmək üçün özü şərait yaratdı. Lakin indi daha rasional davranmaq və Paşinyanı sülh müqaviləsinı imzalamağa təşviq etməyin vaxtıdır. Belə ki, Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmaqla və lokal xarakterli antiterror tədbirlərilə sülh müqaviləsinin yolunu təmizləyib.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Gunaz TV-nin efirində gedən Müzakirə Edirik verilişində Qarabağda həyata keçirilən anti-terror əməliyyatları haqqında danışıb.
Daha ətraflı: https://www.youtube.com/watch?v=ATQSzCvsDts
Daha ətraflı: https://www.youtube.com/watch?v=ATQSzCvsDts
YouTube
ANTITERROR ƏMƏLİYYATININ SORAĞI "MÜZAKİRƏ EDİRİK" VERİLİŞİ 2023 09 22
👍14
Qarabağda hərbi əməliyyatlar ətrafında siyasi oyunlar
Son günlərdə Qərb ölkələrində fəaliyyət göstərən bəzi azərbaycandilli media resursları tərəfindən ordmuzun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin (LXAT) nəticələri barədə yanlış təsəvvürlərin formalaşdırılması məqsədilə xüsusi kampaniya aparılır. Təbliğatçılar Qərbin maraqlarını təmsil etməklə ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir və bu fonda Paşinyanı “qərbyönümlü qəhrəman” kimi təqdim edirlər. Halbuki, baş verənlərə diqqətlə nəzər saldıqda, irəli sürülən iddialarının tamamilə əsassız və sifarişli olduğu açıq şəkildə görünür.
İddia edilir ki, LXAT ciddi nəticə olmadan bitib və bu tədbirlərdən sonra bölgədəki real vəziyyət dəyişməyib.
Əslində isə:
- LXAT nəticəsində Azərbaycanın Qarabağ məsələsində son nöqtəni qoyması artıq bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilir. Yalnız anti-Azərbaycan təbliğatı aparan çevrələr bunu qəbul etmir.
- BMT TŞ-nin 21 sentyabr tarixli iclasında hətta Fransa da Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləməyə məcbur oldu. Belə ki, spikerlərin bir çoxu Azərbaycanın antiterror tədbirlərini öz ərazilərində apardığını vurğuladılar.
- Məhz LXAT nəticəsində Ermənistanda artıq sülh danışıqları haqda daha fəal danışılır. Ölkənin istər rəsmi dairələri, istərsə də ictimaiyyəti tədricən konstruktiv mövqeyə qayıdmağa məcbur olub.
Digər bir iddia Rusiyanın ərazidə təsirinin əvvəlki səviyyədə qalması ilə bağlıdır.
Halbuki:
- Azərbaycan son illər ərzində Rusiyanın Qarabağla bağlı planlarını neytrallaşdırdı və LXAT Moskvanın mümkün gedişlərinin bundan sonra da reallaşdırılmasını qeyri-mümkün etdi. Unutmayaq ki, RF-nin Qarabağ ermənilərinin subyektliyini artırmaq istiqamətindəki addımlarına Paşinyan da dəstək verirdi. O, separatçıları maliyyələşdirir, bölgədə ordu saxlayır, Vardanyanın və iranlı diversantların gəliş-gedişi üçün öz ərazisini təqdim edirdi. İndi isə Bakı RF-nin ən ali rəsmilərinin Qarabağı Azərbaycan ərazisi kimi tanımalarına nail oldu.
- Azərbaycan məhz Rusiya sülhmərmalılarının müvəqqəti yerləşdiyi zonasında antiterror tədbirlərini həyata keçirdi və bununla da Rusiya kontingentinin logistikasını, eləcə də fəaliyyət kontekstini dəyişdi. LXAT sonrası sülhməramlıların Laçın yolu xaric, digər postları öz əhəmiyyətini itirdiyi üçün kontingentin yerləşməsi dəyişəcək. Bununla yanaşı, RSK-nın artıq bütün sonrakı fəaliyyəti Qarabağdakı erməni əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası kontekstində 2025-ci ilə qədər rəsmi Bakının siyasətində iştirak edəcək.
- LXAT sayəsində sülh sazişi yolunda sonuncu maneə aradan qaldırıldı və Ermənistan-Türkiyə normallaşması şəraitində Ankaranın bölgədəki nüfuzunun artması üçün şərait yaradıldı. Bu da Rusiyanın regiondakı nüfuzunu məhdudlaşdıracaq.
LXAT əvəzinə Qərblə sıx əməkdaşlığın daha səmərəli ola biləcəyi barədə deyilənlərə gəlincə:
- Qərbin aparıcı dövləti olan ABŞ açıq şəkildə Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etməməsi onu bölgədəki proseslərdən kənarda qoydu. Görəsən, Qərblə sıx əməkdaşlığı təbliğ edənlər heç olmasa bircə dəfə Aİ və ABŞ rəsmilərindən Qarabağa səfərlərdən və bu ərazinin Azərbaycan torpağı olduğunu birbaşa bəyan etməkdən niyə boyun qaçırdıqlarını soruşublarmı?!
- Aydındır ki, Qərb hadisələrə belə yanaşma ilə Qarabağa buraxılsaydı vəziyyət Serbiyadakı Kosovo ssenarisi ilə nəticələnə bilərdi.
- Onu da qeyd edək ki, hazırda Ermənistan-Azərbaycan nizamlanmasında Brüssel və Vaşinqtonun iştirakı təmin edilib. Rəsmi Bakı burada heç bir problem görmür və əksinə Qərbin vasitəçiliyini dəstəkləyir. Lakin bizim tələbizin ABŞ və Aİ-nin öz mövqeyində ardıcıl olması və ərazi bütövlüyü məsələsini təkcə Ermənistan üçün deyil, Azərbaycan üçün də əsas şərt kimi qəbul etməsidir.

👍39
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən Diqqət Mərkəzi verilişində "Xankəndidə təhlükəsizliyi kim təmin edəcək?" mövzusu ətrafında öz fikirlərini bölüşüb.
Daha ətraflı: https://www.youtube.com/watch?v=KgX1svEGhFc&t=2s
Daha ətraflı: https://www.youtube.com/watch?v=KgX1svEGhFc&t=2s
YouTube
Xankəndidə təhlükəsizliyi kim təmin edəcək?
Bizi İzləyin:
Facebook: https://www.facebook.com/ictimai.tv/
Instagram: https://www.instagram.com/ictimaitv.official/
Teleqram: https://news.1rj.ru/str/tvictimai
Sayt: https://itv.az/
Copyright © İCTİMAİ TV
#itv #ictimaitv #video #televiziya #baku #videolar #sondeqiqe…

👍9
Ərdoğanın Naxçıvan səfərinin Zəngəzur motivləri
Azərbaycan Ordusunun Qarabağda uğurla həyata keçirdiyi antiterror tədbirlərindən sonra Zəngəzur dəhlizinin reallaşdırılması üçün yaranmış əlverişli regional şərait bu layihəyə artan qlobal tələbat fonunda onun icrasını daha da sürətləndirə bilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri, xüsusən də səfər sonrası verdiyi açıqlamalar yeni nəqliyyat dəhlizi üzrə işlərin aktiv fazaya daxil olmasından xəbər verir.
Qars-Naxçıvan dəmir yolu
Naxçıvan görüşünün ən vacib məqamlarından biri Türkiyə və Azərbaycan prezidentləri arasında Qars-Naxçıvan dəmir yolu (xəritədəki sarı nöqtəli xətt) layihəsinə dair Niyyət Protokolunun imzalanması oldu. Türkiyə rəsmilərinin son vaxtlar Zəngəzur dəhlizinin açılması barədə güclənən ritorikası fonunda bu sənəd xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanla Türkiyə arasında ilk birbaşa dəmir yolu əlaqəsini təmin edəcək marşrut məhz adıçəkilən dəhlizin mühüm elementlərindən birinə çevriləcək.
Dövlət başçısı İlham Əliyevin Qərbi Zəngəzurun Azərbaycandan qopardılıb Ermənistana verilməsini bir daha xatırlatması, hər iki liderin sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılması üçün Ermənistana yönəlik çağırışları, eləcə də Türkiyə prezidentinin artıq Naxçıvandan Ankaraya qayıdarkən təyyarədə verdiyi açıqlamalar da diqqətəlayiqdir. Ərdoğanın Zəngəzur dəhlizinin icrasını “strateji məsələ” adlandırması və Türkiyənin bütün imkanaları ilə onun reallaşmasına çalışacağını vurğulaması, həmçinin Ermənistanın Qərbə meyl etməsindən sonra İranın layihəyə münasibətini dəyişməsi yeni dəhlizin daha qısa müddət ərzində işə başlamasına olan ümidləri artırır.
İran alternativ marşrut kimi
10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamənin imzalanmasının ardından sənədin 9-cu bəndinə əsasən Zəngəzur dəhlizinin açılması istiqamətində işlərə başlanıldıqdan bir müddət sonra İran ərazisindən keçən paralel yolun salınması ilə bağlı razılıq əldə olunub. Türkiyə prezidentinin Naxçıvan səfərinin yekunlarına əsasən bəyan etdiyi kimi və daha əvvəllər Prezident İlham Əliyev tərəfindən də vurğulandığı kimi əgər Ermənistan Zəngəzur dəhlizinin açılması ilə razılaşmasa, o zaman marşrut İran ərazisindən keçəcək.
Bu bəyanat əslində Ermənistan üçün son xəbərdarlıqdır. Paşinyan hökuməti anlamalıdır ki, Türkiyə və Azərbaycanın səbri sonsuz deyil. Digər tərəfdən isə Zəngəzur dəhlizinin işə düşməsi təkcə Ankara və Bakının maraqları ilə yox, həm də dövrün qlobal geosiyasi və iqtisadi tələblərilə diktə olunur. Odur ki, İrəvan üçün artıq qərar qəbul etmək vaxtıdır. Əks təqdirdə gec olacaq və Ermənistan daha bir mühüm regional layihədən kənarda qalacaq.
Nəticə
Yuxarıda deyilənləri daha yaxşı anlamaq üçün aşağıdakı xəritəyə nəzər salmaq kifayətdir.
- Rəsmi İrəvan Zəngəzur dəhlizinin açılmasına razılıq verərsə, bu halda Azərbaycandan yüklər dəmir yolu vasitəsilə Ermənistan üzərindən Naxçıvana (Azərbaycan), sonra yenidən Ermənistana və yalnız bundan sonra Türkiyəyə daxil olacaq.
- Alternativ variantın reallaşacağı təqdirdə isə yüklər Azərbaycandan İrana, oradan Naxçıvana (Azərbaycan), daha sonra isə gələcək dəmir yolu ilə Qarsa (Türkiyə) çatacaq və belə olduqda artıq Ermənistana ehtiyac qalmayacaq.
Bununla da:
- Ermənistan İranla dəmir yolu əlaqəsi yaratmaq şansından məhrum olacaq;
- İran Ermənistanın maraqları hesabına regional layihədə rol alacaq;
- ABŞ isə yenə də Ermənistanın maraqları hesabına Rusiyanın bu ölkədəki təsirini məhdudlaşdıracaq.
Bir sözlə, istənilən halda hər kəs qazanacaq, lakin uduzan tərəf yalnız İrəvan olacaq.

👍18
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin Əsas Sual verilişində "Rusiya hərbçiləri Qarabağı nəvaxt tərk edəcək?" mövzusu ilə bağlı öz fikirlərini bölüşüb.
Daha ətraflı: https://www.youtube.com/live/B26EtYur2F0?si=ktHv4FJBiMrhCH86

Rusiya hərbçiləri Qarabağı nə vaxt tərk edəcək? Fərhad Məmmədovla müzakirə
#bəyən #paylaş #abunəol
ABUNƏ OLUN ►https://bit.ly/3rGosrr
Gördüyünüz nöqsanlara biganə qalmayın! Çəkdiyiniz foto və videoları, üzləşdiyiniz problemləri bizimlə bölüşün. Bölüşün ki,” Sizin Səsiniz” olaq!
Qaynar xətt: 055 455 45 58
Videolarımızı bəyənib…

ABŞ və Aİ Cənubi Qafqazdan nə istəyir?!
Azərbaycanın antiterror tədbirlərindən sonra Qərb mətbuatında Vaşinqton və Brüsselin Cənubi Qafqazdakı fəaliyyəti “ABŞ və Aİ siyasətinin iflası”, “Qərb diplomatiyasının uğursuzluğu”, “fəaliyyətsizlik” kimi ifadələrlə səciyyələndirilir.
Adətən, uğursuzluqlardan sonra iki nəticə çıxarılır:
- Biz hər işi düzgün etdik, lakin başqalarının səhv hərəkətlərinə görə uğursuzluğa düçar olduq. Lakin, eyni qaydada davam etməliyik;
- Səhv özümüzdədir. Haradasa yanlışlığa yol verdik və artıq yanaşmamızı dəyişməliyik.
Qərb öz səhvlərimi etiraf edəcək, yoxsa fəaliyyətinin düzgünlüyündə israr edəcək?
Qərbin səhvləri haqqında çox danışılıb: Erməni mərkəzli yanaşma, Azərbaycanın əsaslı gözləntilərinə tamamilə məhəl qoyulmaması və Rusiyanın fəaliyyətinə şərait yaradılması – bütün bunlar Qərbin regionadakı mövqeyini hazırki vəziyyətə gətirib çıxarıb.
Ermənistanın təşkilatçılığı ilə Qarabağdan ermənilərin köçü Qərbi çətin vəziyyətə salıb. Əgər erməni mərkəzli fəaliyyətə davam etsələr, baş verənləri “etnik təmizləmə” adlandırıb, özlərini Azərbaycana qarşı birtərəfli hərəkətləri nəzərdə tutan dar çərçivəyə salacaqlar!
Elə isə Qərb Cənubi Qafqazdan nə istəyir?! İndiki şəraitdə buna necə nail olmaq olar?!
Qısaca, Qərbin bölgədəki maraqları və həmin maraqlara cəlb olunan ölkələri qeyd edək:
- Enerji - Azərbaycan mənbə və tranzit ölkə kimi, Gürcüstan tranzit ölkə kimi;
- Kommunikasiya - Azərbaycan və Gürcüstan - tranzit funksiyası;
- Regionun proqnozlaşdırıla bilən olması - hər üç ölkə;
- ABŞ üçün maraqlı olan İran konteksti - Azərbaycan və Ermənistanla qarşılıqlı fəaliyyət;
- Rusiyanı sıxışdırmaq - yenə də hər üç ölkə, lakin Rusiya ən çox Ermənistanda mövcud olduğu üçün İrəvan prioritetdir;
- Liberal müdaxilə - hər üç ölkə, lakin bu tarixi məqamda və bu kontekstdə İrəvandakı Paşinyan rejimi Qərbə daha yaxın olduğuna görə Ermənistanın təhlükəsizliyi Qərb üçün çox vacibdir.
Geoiqtisadi baxımdan Qərbin regiondakı maraqları Azərbaycan və Gürcüstanla qarşılıqlı əlaqələrdən keçir. Geosiyasi baxımdan Qərblə Rusiya arasında qarşıdurma Ermənistanda, İranla qarşıdurma isə Azərbaycan və Ermənistanın perimetrində cərəyan edir. İran məsələsində Vaşinqtonun Bakı ilə maraqları üst-üstə düşür. İrəvanla isə əksinə - İran istiqaməti Ermənistan üçün Qərblə münasibətlər qədər vacibdir.
Bəs Qərb effektiv olmaq üçün nə etməlidir?
ABŞ-la Aİ-nin bəyanatları və hərəkətləri seytnot vəziyyəti yaradıb. Əgər eyni ruhda davam etsələr, o zaman Azərbaycanla bağlı problemlər, regionda mövqelərinin itirilməsi qaçılmazdır. Odur ki, Vaşinqton və Brüsselin bölgə siyasətinin təkamülünə ehtiyac var.
Hazırda birtərəfli mövqeyin iflası Qərbi öz yanaşmasına yenidən baxmağa məcbur etməlidir. Əks halda, artıq uğursuzluğa düçar olmuş siyasətin davam etdirilməsi daha böyük itkilərə gətirib çıxaracaq.
İndiki vəziyyətdə Qərb üçün prioritet Paşinyan rejimini dəstəkləmək və nəticədə Ermənistanın təhlükəsizliyini qorumaqdır.
Məntiqlə belə çıxır ki, Ermənistanda hakimiyyətdə Paşinyan yox, rusiyayönümlü qüvvələr olsa, o zaman Qərbin dəstəyi bir o qədər də fəal olmayacaq!
Əgər Ermənistana bu dəstək Azərbaycana təzyiq yolu ilə həyata keçirilərsə, o zaman Bakı indiki şəraitdə Ermənistanda Paşinyan rejimini məhv etməkdə maraqlı olacaq. Bu isə rusiyapərəstlik deyil, Bakı ilə Moskvanın maraqlarının taktiki olaraq üst-üstə düşməsidir!!! Çünki belə halda Bakı Qərbin regiondakı maraqlarını öz üzərinə cəmləyə bilər!
Əgər Qərb öz regional siyasətinə tənqidi yanaşsa və operativ şəkildə dəyişsə, Bakını Ermənistanda Paşinyan rejiminin saxlanmasında maraqlı edə bilər.
Qrenadada keçiriləcək görüş ABŞ və Aİ-nin hansı yolu tutacağını göstərəcək. Bakı tərəflərə daha konstruktiv olmaq şansı verir. Biz artıq öncədən xəbərdarlıq etdiyimiz məqama yaxınlaşırıq: Azərbaycanın Qarabağ üzərində suverenliyini bərqərar etdi və biz buna sülh müqaviləsi imzalanmadan nail olduq!
Paşinyan rejiminə dəstək yalnız Bakı ilə razılaşma yoluyla mümkündür və Qərb bunu başa düşməlidir. Əks halda siyasətinin daha böyük uğursuzluğu və iflası ilə üzləşəcək!

👍29
Avropa vasitəçiliyinin iflası: Birtərəfli yanaşmanın labüd nəticəsi
İspaniyanın Qranada şəhərində Azərbaycan, Ermənistan, Aİ, Fransa və Almaniya liderlərinin iştirakı ilə planlaşdırılan görüş baş tutmadı. Belə ki, rəsmi Bakı təklif olunan beştərəfli format daxilində antiazərbaycan ab-havasının formalaşdığı bir şəraitdə və hazırki şərtlər çərçivəsində danışıqlar aparmağı mənasız hesab edir.
Azərbaycanın müvafiq qərarı aşağıdakı səbəblərə əsaslanır:
- Fransanın ermənipərəst mövqeyi: Paris bugünədək onsuz da İrəvanı dəstəklədiyini gizlətməyib. İndiyədək Fransanın Ermənistanı silahlandırması qismən qapalı şəkildə (məsələn, humanitar yardım adı altında), qismən də üçüncü tərəflərin (məsələn, Hindistanın və İranın) vasitəsilə həyata keçirilib. Lakin oktyabrın 3-də Fransa xarici işlər naziri Ketrin Kolonnanın Ermənistan paytaxtına səfəri zamanı verdiyi açıqlamalar 2 ölkə arasındakı münasibətlərin artıq yeni mərhələyə qədəm qoyması və açıq şəkildə silah-sursat tədarükünü nəzərdə tutan hərbi əməkdaşlıq səviyyəsinə yüksəlməsindən xəbər verir.
- Danışıqlarda Türkiyənin iştirakına şəraitin yaradılmaması: Fransanın Ermənistana himayədarlığı fonunda Azərbaycan birincinin təsirini balanslaşdırmaq üçün Türkiyənin danışıqlar prosesinə qoşulmasını təklif edib. Lakin Paris və Berlin bunun qəti əleyhinə çıxıb. Maraqlıdır ki, İrəvan Ankaranın masa arxasında təmsil olunmasına etiraz etməyib. Bu məsələ hər iki ölkəni XİN rəhbərlərinin bir həftə öncəki danışıqları zamanı müzakirə olunub. Bəs görəsən, Ermənistanın razı olduğu halda, Fransa və Almaniya Türkiyənin nizamlanma prosesinə cəlb olunmasına niyə imkan vermək istəmir?
- Gündəliyə Qarabağ mövzusunu salmaq cəhdi: Bakı əvvəllər də Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğunu və beynəlxalq formatda müzakirəyə çıxarılmayacağı bəyan edib. Xüsusən də, lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin ölkəmizin bütün ərazisində tam bərpa edilməsindən sonra bölgədəki mövcud problemlərin həlli yalnız yerli erməni əhalisi ilə mərkəzi hakimiyyət nümayəndələri arasındakı danışıqlar vasitəsilə mümkündür.
- Azərbaycanın Ermənistandakı Aİ missiyası ilə əməkdaşlığı tələbi: Qranada görüşü ərəfəsində Ermənistanın təhlükəsizliyinin təminatı bəhanəsilə Azərbaycan qarşısında qəbuledilməz tələb irəli sürülüb. Belə ki, Brüssel Bakıdan Aİ-nin Ermənistandakı missiyası ilə əməkdaşlıq, hətta bu missiyanın öz sərhədlərini genişləndirərək Azərbaycan ərazilərini də əhatə etməsini tələb edib. Bu müddəalar üstüörtülü şəkildə Aİ Şurası sədri Şarl Mişelin bugünlərdə “Euronews”a verdiyi müsahibəsində öz əksini tapıb.
Belə şəraitdə Bakı regionun problemlərini regiondan kənar ölkələrlə müzakirə etməyə ehtiyac görmür. Azərbaycan dəfələrlə bildirib ki, bizim gözləntilərimiz səsləndirilməsə və anlayışla qarşılanmasa ölkəmizin danışıqlar prosesində iştirakı mümkün deyil. Odur ki, artıq Fransanın təmsil olunduğu istənilən format Azərbaycan üçün qəbuledilməzdir və Bakı belə platformada iştirak etməyəcək. Lakin əgər əvvəlki üçtərəfli format (Aİ-Azərbaycan-Ermənistan) bərpa olunarsa, o zaman Azərbaycan bu görüşə qatılma imkanını nəzərdən keçirə bilər. Bu isə o deməkdir ki, bundan sonra Brüsselin öz danışıqlar platformasının mövcudluğunu yalnız üçtərəfli formatda davam etdirməsi mümkündür.
Beləliklə də, Parisin “səyləri” nəticəsində Aİ Cənubi Qafqazdakı geosiyasi rəqabətdə xeyli geri düşdü. Xüsusilə də Fransanın erməni təəssübkeşliyi, eləcə də Aİ-nin məsələlərə birtərəfli yanaşması ucbatından bütövlükdə Qərb vasitəçiliyinə ciddi zərbə vuruldu.
Qranada fiaskosu həm də Avropanın ABŞ olmadan geosiyasi sahədə təkbaşına bacarığsızlığını nümayiş etdirdi. Bununla da, Avropanın yalnız iqtisadi və maliyyə cəhətdən müəyyən qlobal çəkiyə malik olması, lakin geosiyasi anlamda ABŞ-sız heç bir əhəmiyyət daşımaması əyani şəkildə öz təsdiqini tapdı. Belə olan halda, hesab edirik ki, ABŞ yenidən fəallaşmalı və danışıqlar prosesində təşəbbüsü ələ almalıdır. Ümid edək ki, Vaşinqton Parislə Brüsselin uğursuzluğundan lazımi nəticələri çıxaracaq və Fransa ilə Aİ-nin səhvlərini təkrar etməyəcək.