İsveç və Finlandiya ilə imzalanan memorandum Türkiyəyə nə qazandıracaq?
İyun ayının 28-də Türkiyə, İsveç və Finlandiyanın NATO-dakı üzvlükləri ilə bağlı üçtərəfli görüş müsbət nəticələrini verdi. Türkiyə özünün milli təhlükəsizliyi ilə bağlı əsas tələblərinin İsveç və Finlandiya hökümətləri tərəfindən yerinə yetirilməsi qarşılığında hər iki ölkənin NATO-dakı üzvlüklərinə müsbət rəy verdiyini açıqladı. Bununla bağlı NATO Baş katibinin də iştirakı ilə üçtərəfli anlaşma memorandumu imzalandı. Memoranduma əsasən İsveç və Finlandiya hökümətləri terrorist PKK təşkilatını və eləcə də onun uzantıları olan YPG-PYD-yə verdiyi siyasi dəstəklərini tamamilə dayandırmalı və terrorçuluqda şübhəli bilinən şəxslərin Türkiyəyə ekstradisiyasını həyata keçirməlidir. Memorandumun imzalanmasından sonra verilən məlumata görə ilkin olaraq İsveçdə fəaliyyət göstərən PKK-nın 73 üzvünün Türkiyəyə ekstradisiyası nəzərdə tutulub. Türkiyənin əlində hələ də bu 2 ölkəyə öz öhdəliklərini yerinə yetirmədiyi halda NATO-ya üzvlüklə bağlı Böyük Millət Məclisində ratifikasiya ilə təsir etmək mexanizmi qalmaqdadır.
Bu razılaşma qısa vədədə Türkiyənin təhlükəsizlik maraqlarına cavab verir. Rəsmi Ankara Qərbin silah embarqosunu və Yunanıstanı birtərəfli şəkildə silahlandırılması ilə bağlı təhdidləri aradan qaldırmaq istəyir. Bir neçə il öncə Türkiyənin Rusiya istehsalı olan S-400 raket komplekslərini alması Ankara ilə NATO müttəfiqlərinin münasibətlərində gərginliyə səbəb oldu. Nəticədə Türkiyə ABŞ-ın ən yeni nəsil F35 qırıcı təyyarə proqramının əsas tərəfdaşlarından (10 milyard ABŞ dolları investisiya etməklə) biri olmasına baxmayaraq proqramdan xaric edildi və qəbul edilən xüsusi layihə ilə (CAATSA) bu ölkəyə ən müasir hərbi texnologiyaların ixracı qadağan edildi.
Hərçənd Türkiyə hərbi sənayesi son illərdə daxili potensial hesabına çox böyük nailiyyətlərə imza atıb, bir sıra vacib hərbi texnologiyaların idxal edilə bilməməsi bəzi layihələrin dayandırılmasına səbəb oldu. Məsələn, Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) balansında olan F16 qırıcı təyyarələrinin modernizasiyası üçün lazımi avadanlıqların alına bilməməsi kimi. Həmçinin Türkiyənin əsas planlarından biri də ABŞ-dan 40 ədəd əlavə F16 təyyarəsi alaraq öz donanmasını daha gücləndirməkdir (Lockheed Martin istehsalı və modernləşməsi ilə).
Qeyd edək ki, keçən il Türkiyəyə Danimarkanın köhnə və ya ikinci əl F16 təyyarələri təklif edilmiş, ancaq Türkiyə imtina etmişdi. İki ilə yaxın davam edən danışıqlara baxmayaraq Türkiyə bu məsələdə ABŞ ilə razılığa gələ bilmirdi. Türkiyədən fərqli olaraq isə Yunanıstan 2027-ci il üçün ikinci partiya F35 eskadronu əldə etmək üçün ABŞ-a rəsmi müraciət ünvanlayıb. Eyni zamanda 2021-ci ildən Fransa 2000-ci illərin istehsalı olan Yunanıstanın hərbi hava qüvvələrində olan Mirage təyyarələrini modernləşdirməyə başladı. Bundan əlavə, Fransa Yunanıstana bu ilin yanvarında Rafale təyyarələrini satdı. Bütün bu layihələrlə 2020-ci illərin sonuna kimi Yunanıstanın HHQ-nin Türkiyə HHQ ilə rəqabətdə üstünlük əldə etmək təhlükəsi yaranmışdı. İndi isə Türkiyə 40 ədəd Lockheed Martin istehsalı və modernləşmiş təyyarələri ilə həmin təhdidi aradan qaldıraraq, balansı saxlaya biləcək.
İsveç və Finlandiyanın NATO üzvlükləri ilə bağlı Türkiyənin razılığından bir gün sonra ABŞ Müdafiə Katibinin müavini Seleste Vallanderin “Tükiyənin güclü HHQ-nə malik olması NATO-nun müdafiə qabiliyyətinə əsaslı təsir edəcəyinə şübhə etmirik” açıqlaması onu göstərir ki, Ankara və Vaşinqton uzun danışıqlardan sonra artıq F16 təyyarələri ilə bağlı razılıq ərəfəsindədirlər. Qeyd edilən bu məsələdə tərəflərin rəsmi olaraq müsbət nəticəyə gəlməsi yaxın zamanda Türkiyənin F35 proqramına da geri qaytarılacağı və silah embarqosuna xitam veriləcəyi ilə bağlı pozitiv ümidlər yaradır.
@cssc_cqtm

👍15
Üçtərəfli Bəyanatın icrasını necə sürətləndirmək olar?
10 noyabr üçtərəfli bəyanatı və ondan sonrakı dövrdə Moskva və Brüsselin vasitəçiliyi ilə əldə edilən razılıqlar 44 Günlük Müharibədən sonra sülhün bərqərar olması üçün ilkin normativ əsaslar yaradıb. Sülh prosesinin bütün iştirakçı dövlətləri 10 noyabr bəyanatına istinad edərək razılaşmanın əsas müddəalarının yerinə yetirilməsinin vacibliyini vurğulayırlar. Lakin, həm Azərbaycan, həm də Ermənistan üçtərəfli bəyanatı fərqli formalarda interpretasiya etdikləri üçün sülh prosesində əlavə problemlər yaranır. Təkcə Rusiya Üçtərəfli bəyanatın interpretasiyası ilə bağlı əlavə şərh verməkdən boyun qaçırır, amma bəyanatın tam olaraq icrasının vacibliyini daim vurğulayır.
Bəs üçtərəfli bəyanatın icrasının daha dinamik formada həyata keçirmək üçün nə etmək lazımdır?
Əvvəla onu qeyd etmək lazımdır ki, üçtərəfli bəyanata daxil olan bəzi bəndlər yerinə yetirilsə də, Azərbaycan və Ermənistanın da ortaq mövqelərini əks etdirən bir sıra bəndlər isə ümumiyyətə həyata keçirilməyib. Bunlar məcburi köçkünlərin qayıdışı və regional kommunikasiya xətlərinin açılmasını ehtiva edən 7-ci və 9-cu bəndlərdir. Bu məsələyə daha sonra yenə qayıdacağıq.
Narazılıqlar nədən ibarətdir?
Azərbaycanın narazılığı və etirazı bəyanatın 4-cü bəndinə aiddir. Rusiya sülhməramlı kontingenti Qarabağa yerləşdirildi, amma paralel olaraq erməni silahlı birləşmələri ərazini tam tərk etmədi. Azərbaycan tərəfi ən yüksək səviyyədə bölgənin demilitarizasiya edilməməsi ilə bağlı etirazlarını səsləndirir.
Ermənistan tərəfi isə bəyanatın 1-ci bəndi ilə bağlı narazılığını dilə gətirir. Bu bəndə əsasən silahlı qüvvələr olduqları yerdə qalmalıdırlar (Fərrux kəndi istiqamətindəki mövqelərin dəqiqləşməsi). Həmçinin hərbi əsirlərin azad edilməsini əks etdirən 8-ci bənd ilə bağlı narazılıq qalmaqdadır. Ermənistanın hərbi əsir adlandırdığı məhbuslar Azərbaycanda diversant olaraq mühakimə edilir, çünki onlar ölkə ərazisinə Üçtərəfli bəyanatın imzalanmasından sonra daxil olublar. 8-ci bəndin digər hissəsi ilə bağlı isə problem yoxdur. Azərbaycan tərəfi 1700 nəfər erməni əsgərin cəsədlərini artıq qarşı tərəfə təhvil verib.
Potensial olaraq növbəti narazılıq 6-cı bəndlə - Laçın yolu ilə bağlı yarana bilər. Azərbaycan tərəfi yeni yolun inşasını qısa müddətdə həyata keçirsə də, Ermənistan tərəfi nəinki yolun öz hissəsini inşasını başlamayıb, hətta əks-arqument gətirərək yolun il yarım sonra təhvil veriləcəyini açıqlayıb.
Sərhədlərin delimitasiya və demarkasiyası, humanitar məsələlər (məs. Azərbaycanlıların Ermənistanda, və ermənilərin Azərbaycanda mədəni irsinin qorunması, birinci və ikinci Qarabağ müharibəsinin iştirakçılarının taleyi və s.) tərəflər arasında müzakirə edilir və üçtərəfli bəyanatın müddəaları ilə birbaşa təzad təşkil etmir.
Beləliklə, əgər proseslər Üçtərəfli bəyanat çərçivəsində baş verirsə, o zaman görürük ki, hər iki tərəfin Bəyanatın qeyd etdiyimiz bəndləri ilə bağlı narazılığına səbəb olan məsələlər həllini tapa bilər. Məsələn, Qarabağda qalan erməni silahlı birləşmələrin ərazidən tam çıxarılmalarının əvəzində Azərbaycan həbsdə olan erməni diversantları azad edə bilər. Belə olan halda bəyanatın bir neçə bəndinin icrasına nail olmaq mümkündür.
Regional kommunikasiya xətlərinin açılması üçtərəfli hökumət komissiyası tərəfindən müzakirə edilir. Məcburi köçkünlərin və qaçqınların məsələsi isə hələ hüquqi həllini tapmalıdır. Qaçqınlar bir ölkənin vətəndaşı olaraq digər ölkənin ərazisinə gəlib məskunlaşanlar, məcburi köçkünlər isə vətəndaşı olduğu dövlətin bir hissəsindən digər hissəsinə məcburi köç edənlərə deyilir. Belə olan halda, hansı əhali kateqoriyalarının bu təriflərə aid edilməsi hələ müzakirə edilməlidir.

👍18
Türkiyədə siyasi vəziyyət hakimiyyətin lehinə çevrilməkdədir
Son dövrlərdə Türkiyə hakimiyyətinn həm daxili, həm də xarici siyasətdə atdığı müsbət addımlar ölkə daxilində onun mövqeyini möhkəmləndirmişdir. Əmək haqqının yanvarda 30%, iyunda isə 40%-dən çox artırılması əhalinin maddi vəziyyətini yaxşılaşdırmaqla inflyasiyanın mənfi təsirlərini azalda bilmişdir. Bundan sonra inflyasiya səviyyəsinə uyğun olaraq əmək haqqlarının artırılması prosesi davam edəcəkdir.
Eyni zamanda bəzi ölkədaxili siyasi qərarlar da hökumətin mövqeyini möhkəmləndirmişdir. 31 mart tarixində TBMM tərəfindən qəbul edilən yeni seçki qanunu 2023-cü il seçkilərində altı müxalifət partiyasının ittifaqını parçalamaq məqsədi daşıyır. Hazırda Rəcəb Tayyib Ərdoğanın “Cumhur İttifaqı”nın namizədi kimi mövqeyi güclüdür və keçirilən sorğular onun alternativsiz namizəd olduğunu göstərir. Müxalif “Millət İttifaqı”nın namizədi isə hələ məlum deyildir. Müxalifətin mümkün əsas namizədlərindən biri olan CXP lideri Kamal Qılıçdaroğlunun prezidentliyinə həm ittifaqda, həm də CXP-də qarşı çıxanlar vardır.
Türkiyə hakimiyyətinin son aylarda xarici siyasətlə bağlı atdığı addımlar da daxili siyasətdə reytinqinin yüksəlməsinə səbəb olmuşdur. Xüsusilə də İsrail, BƏƏ, Misir və Səudiyyə Ərəbistanı ilə normallaşan münasibətlər və qarşılıqlı səfərlər Türkiyə ictimaiyyətində təqdirlə qarşılanır. Bu normallaşma Türkiyəyə Ərəb sərmayəsinin gəlməsinə, İsrail qazının Avropaya çatdırılmasında tranzit rolu oynamasına, Yaxın Şərq və Şərqi Aralıq dənizində ona qarşı qurulan ittifaqın parçalanmasına və Türkiyə hakimiyyətinə qarşı beynəlxalq mətbuatda və ABŞ konqresində hücumların azalmasına səbəb olur. Eyni zamanda, ABŞ Türkiyənin etirazlarına baxmayaraq Yunanıstan və Fransanın həyata keçirməyə çalışdığı “EastMed” qaz kəməri layihəsindən dəstəyini çəkdi.
F-16-ların Türkiyəyə satılması prosesi isə yavaş olsa da davam edir. Bu məsələ ilə bağlı vəziyyət Madriddə Prezident Ərdoğan və ABŞ Prezidenti Bayden arasında görüşdən sonra Türkiyənin lehinə dəyişməyə başladı. Nəticədə Yunanıstan Baş naziri Miçotakisin ABŞ Konqresindəki təbliğatı indilik öz təsirini azaltmış oldu.
Türkiyə hakimiyyətinin bir tərəfdən Rusiya-Ukrayna müharibəsində vasitəçi rolu oynaması, digər tərəfdən isə NATO çərçivəsində müttəfiqlik prinsiplərinə sadiq qalması və Qara Dənizdə Montro Boğazlar Müqaviləsinin şərtlərini tətbiq etməsi Qərb dövlətləri, eləcə də Rusiya tərəfindən müsbət qarşılanır. Hakimiyyətin Qərblə münasibətlərinin inkişaf etməsi bir tərəfdən Türkiyə müxalifətinin Qərbdə manevr imkanlarını azaldır, digər tərəfdən isə böhran dövründə Türkiyənin Qərb üçün etibarlı bir müttəfiq olduğu düşüncəsini formalaşdırır.
Türkiyə hakimiyyətinin İsveç və Finlandiyanın NATO üzvlüyü üçün irəli sürdüyü şərtlərinin hər iki dövlət tərəfindən yazılı mətnlə qəbul edilməsi isə onun daxili siyasətdəki prestijinə olduqca müsbət təsir göstərdi. Bununla Türkiyə həm NATO üzvü olaraq təşkilatın “açıq qapı” siyasətini dəstəkləmiş oldu, həm də 2023-cü il seçkilərinə doğru Qərbdən dəstək alma ehtimlını artırdı.
Bu müsbət proseslərin nəticəsidir ki, seçkilərə hələ bir il qalmış sorğulara əsasən hakim partiya ƏİP-i və Prezident Ərdoğanı dəstəkləyənlər 30%-dən çoxdur. Mövcud iqtisadi problemlərə baxmayaraq hakimiyyəti dəstəkləyənlərin çox olması müxalifəti ən çox narahat edən məsələdir. Müxalif cəbhədən sadəcə İYİ Partiyanın səslərində biraz artım vardır. İyun ayında Metropoll şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən hakim ƏİP partiyası 33.3%-lə 1-ci olmuş, müxalif CXP partiyası isə 23.6% səs toplamışdır. İYİ Partiyanın səs miqdarı isə 16.8% olmuşdur. PKK-çı XDP-nin səsləri 11.8%, ƏİP-in müttəfiqi olan MHP-nin səsləri isə 5.6% olmuşdur. Hakimiyyətin iyul ayından etibarən səslərinin artacağını nəzərə alsaq bundan sonra sorğularda hakim partiyanın mövqeyinin güclənəcəyini gözləmək olar.

👍21👎2
Qoşulmama Hərəkatının Azərbaycan üçün əhəmiyyəti nədir?
1991-ci ildən sonra keçmiş sovet ölkələrinin ictimai rəyində onların gələcək inkişaf istiqamətləri ilə bağlı bir dilemma formalaşmışdı və ya formalaşdırılmışdı. Onlar ya Avroatlantik institutlara inteqrasiya yolunu seçməli, ya da Rusiyanın çətiri altında olan iqtisadi və hərbi blokların üzvü olmalı idilər. Həmin dövrdən etibarən Qərb və Rusiya siyasi şərhçiləri də bu ölkələri təhlil edərkən məhz belə ağ-qara prizmadan dəyərləndirməyə başladılar: hansı dövlət daha çox Qərbə, hansı dövlət isə daha çox Rusiyaya yaxındır.
Azərbaycan 1993-cü ildən etibarən “balanslaşdırılmış” xarici siyasət konsepsiyasına uyğun siyasət yürütməyə başlamışdır. Bu konsepsiyanın əsas prinsipi ölkənin hansısa bir böyük güc mərkəzindən həddindən artıq asılı vəziyyətə düşməsinin qarşısını almaq və milli maraqlara əsaslanan siyasət yürütmək idi. Digər vacib məqam isə Azərbaycanın həmin güc mərkəzlərinin mübarizə meydanına və ya oyuncağına çevrilməməsi idi. Bu siyasətin məqsədi böyük dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu münasibətlərin qurulması idi.
Qoşulmama Hərəkatı (QH) kiçik dövlətlərin güclü ölkələrin hegemonluğuna qarşı öz mövqelərini ortaya qoymaq cəhdi kimi ortaya çıxmışdır. QH ölkəmizin xarici siyasətində tarixi sınağı 2020-ci ildə Vətən Müharibəsi zamanı keçdi. O zaman Fransa və Rusiyanın BMT Təhlükəsizlik Şurasında ölkəmizə qarşı hazırladığı sənəd QH üzvü dövlətlərinin mövqeyinə görə qəbul edilmədi.
QH-nın üzvləri əvvəl də dəfələrlə beynəlxalq təşkilatlarda böyük oyunçuların maraqlarına zidd səs vermiş və bəzən qərarların qəbul edilməsinə nail ola bilmişlər. Kiçik dövlətlərin beynəlxalq münasibətlərdə birlikdə mövqelərini ortaya qoymasını Kissincer vaxtilə narazılıqla “zəiflərin tiranlığı” (tranny of the weak) kimi təsvir etmişdi.
Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi missiyasını öz üzərinə götürmüş ABŞ, Fransa və Rusiyada mövcud olan güclü erməni lobbisinin bu ölkələrin xarici siyasətlərinə təsirlərini yaxşı bilirik. QH istər keçmiş həmsədr ölkələrin, istərsə də digər Qərb ölkələrindəki erməni lobbisinin və xristian həmrəyliyinin təsiri ilə formalaşan siyasətə qarşı çıxmaq üçün qlobal miqyasda nadir sivil platformalardan biridir.
30 iyunda Prezident İ. Əliyevin QH-nın Parlament Şəbəkəsinin Bakı konfransındakı çıxışından 3 mühüm məqamı qeyd etmək olar. Birincisi, ölkə başçısı bir neçə dəfə QH-ı daxilində “həmrəy”liyin əhəmiyyətini vurğuladı. İkinci məqam Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə dair fikirləri idi. Üçüncü məqam isə ölkəmizə qarşı böyük dövlətlərin ikili standartlarını misal kimi gətirərək, bütövlükdə müasir beynəlxalq institutların və sistemin tənqid edilməsi, onun islah edilməsində QH ölkələrinin oynaya biləcəyi rolun göstərilməsi idi.
Müasir çox qütblü dünyada QH-na üzv olan dövlətlər fərdi şəkildə beynəlxalq münasibətlər sistemində böyük təsir gücünə və nüfuza malik olmaya bilərlər, Azərbaycanın onlarla iqtisadi əlaqələri güclü olmaya da bilər. Lakin, Afrikanın, Asiyanın və Okeaniyanın hər bir ölkəsinin Azərbaycan üçün gələcəkdə tale yüklü məsələdə həlledici səsvermə hüququna malik olma imkanıdır. Buna görə də, dünyada iqtisadi gücündən və əhalisinin sayından asılı olmayaraq hər bir dövlətlə yaxşı münasibətlərin saxlanılması zəruridir. Azərbaycanın bu siyasətinin elmi adı çoxtərəfli (multilateral) xarici siyasətdir.
Şərhçilər QH-nı son zamanlara qədər “ölü” və mənasız qurum kimi göstərirdilər. Sədrliyin ölkəmizə keçməsi ilə QH-nın fəaliyyətində canlanma yaşanmaqdadır. Bu müddətdə:
-Diplomatiyamız QH-ı adından bir çox ümumbəşəri məsələlərlə bağlı təşəbbüslərlə çıxış etdi,
- QH-nın institusional əsaslarının möhkəmlənməsi üçün (Parlament Şəbəkəsi, Nyu York ofisi) təkliflər irəli sürdü,
-QH vasitəsilə təkcə dövlətlər deyil, eyni zamanda xalqlar arasında da həmrəyliyin gücləndirilməsi.
Azərbaycanın uğurlu sədrliyinin nəticəsidir ki, QH tərəfindən Azərbaycanın sədrlik müddəti uzadıldı. Bunlar diplomatiyamızın post-münaqişə dövründə keyfiyyətcə yeni, qlobal miqyasa çıxdığını göstərir.

👍21👎1
Belorusun Ukrayna müharibəsində rolu və postsovet məkanına təsiri
Belorus prezidenti Lukaşenkonun verdiyi bəyanatlar mətbuatın diqqət mərkəzindədir. Bunun bir çox səbəbləri var, belə ki, Belorus Ukrayna müharibəsinə cəlb olunub və onun ətrafında uzun illər ərzində formalaşan balansın pozulması Belorus prezidentinin qərarlarından asılıdır. Həmçinin Belorus prezidenti tərəfindən postsovet məkanı ilə bağlı birmənalı olmayan mesajlar səsləndirilir. Ona görə də Belorusun qərarları həm də Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana təsir edir.
30 ilə yaxın prezidentlik dövründə Lukaşneko özü və ölkəsi haqqında hətta Rusiya prezidentinin timsalında ən yaxın müttəfiqinin belə arxalana bilməyəcəyi ziddiyyətli obraz formalaşdırmışdır. Buna görə də Lukaşenkonun mövqeyini proqnozlaşdırmaq çətindir. Lukaşenko mövqeyini istənilən vaxt dəyişə bilər. Onun əsas nəailiyyəti isə hələ ki müəyyən dərəcədə müstəqil mövqeyin saxlanılmasıdır. Lakin, son proseslər onu göstərir ki, manevr məkanı daraldığından Lukaşenko üçün müstəqil siyasət həyata keçirmək getdikcə çətinləşir.
Postsovet məkanında Rusiya ilə “İttifaq Dövləti”nin yaradılması ilə bağlı müqavilə imzalayan (8 dekabr 1999-cu ildə) yeganə dövlət Belorusdur. Buna baxmayaraq, bu müqavilə tam olaraq həyata keçirilməyib.
Belorus 2014-cü ildə Krımın anneksiyasını tanımamış və o dövrdən bəri Lukaşenko söz versə də yarımadaya səfər etməmişdir. Lukaşenko separatçı “DNR” və “LNR”-ə qarşı da eyni münasibəti göstərir – rəsmi Minsk onları tanımağa tələsmir.
Belorus Rusiyaya öz ərazisindən Ukraynaya müdaxilə etmək üçün icazə verməklə faktiki olaraq müharibənin dolayı iştirakşısına çevrildi. Lakin, Belorus silahlı qüvvələrinin qoşun birləşmələri müharibədə Rusiya tərəfində iştirak etmir. Belorus ərazisindən daxil olan Rusiya silahlı qüvvələrinin Ukraynadan çıxarılmasından sonra Belorus Ukrayna ilə sərhədə silahlı qüvvələr toplamışdır. Bu Ukraynanı şimal sərhədində böyük sayda qoşun saxlamağa məcbur edir.
Müharibəyə cəlb olunmasına və Qərb tərəfindən sanksiyalara məruz qalmasına baxmayaraq, Lukaşenko Avropa və ABŞ ilə əlaqə kanallarını açıq saxlayırdı. Belorusun danışıqlar məkanı kimi qalmaq üçün Lukaşenkoya Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların Belorus ərazisində keçirilməsi çox vacib idi. İlk mərhələdə o buna nail oldu. Lakin, Ukrayna rəhbərliyinin prinsipiallığı Lukaşenkonun bu planını pozdu.
Rusiya isə Lukaşenkoya geri addım atmağa yer qoymamaq üçün Belorusu Ukrayna ilə müharibəyə cəlb etməyə çalışır. Bununla belə Lukaşenkonun Rusiyanı dəstəkləyən bəyanatları havada asılmış vəziyyətdə qalır.
Postsovet məkanı üçün Belorusun mövqeyinin müəyyənləşdirilməsi ona görə vacibdir ki, Belorus və Rusiyanın yarımçıq qalmış interqasiya prosesi bir çox MDB ölkələrinə Rusiyanın dərinləşmiş inteqrasiya təklifinə yox demək üçün şərait yaradır. Burda məntiq sadədir: əgər Belorus və Rusiya arasında inteqrasiya alınmırsa o zaman Rusiya digər ölkələrə münasibətdə gözləntilərini yüksək tuta bilmir.
Rusiya ilə ittifaq dövləti ideyasının özü tərəfindən diskreditə edildiyini və bu səbəbdən Ermənistan və Özbəkistan nümunələrində sözlərinin ciddiyə alınmadığı yaxşı bilən Lukaşenko böyük həvəslə MDB ölkələrini Rusiya ilə ittifaq dövlətə dəvət edən şəxs rolunu oynayır.
Prezident Lukaşenko anlayır ki, silahlı qüvvələri ilə Ukraynaya qarşı müharibədə iştirak etsə bu Belorusun Kremlin iradəsinə tam və geriyədönməz şəkildə tabe olmasına, müstəqillik qalıqlarının itirilməsinə və gələcəkdə dövlətçiliyin məhvinə gətirəcəkdir. Ərazisində nüvə silahının yerləşdirilməsinə dair Rusiya ilə son razılaşma Lukaşenko üçün müharibədə birbaşa iştirakdan qurtulma üçün son imkandır. Amma digər tərəfdən bu addım Qərb üçün də qırmızı xətt olduğundan, Lukaşenko bu prosesi bir neçə ay uzanmasına nail ola bildi. Belorus rəhbərliyi ümid edir ki, bu aylar ərzində Ukrayna müharibəsində müəyyən aydınlıq yaranmış olacaqdır.

👍14
Azərbaycan-Türkiyə-İran üçtərəfli münasibətləri: ziddiyyətlərin imkanlara çevrilmə cəhdi
Azərbaycanın müxtəlif üçtərəfli formatlar daxilində xarici siyasətinin qarşısında qoyduğu əsas məqsəd iştirakçı dövlətlərin ikitərəfli münasibətlərində olan ziddiyyətlərin üçtərəfli formata sirayət etməməsi, ortaq maraqlar və qarşılıqlı asılılıq əsasında regional əməkdaşlığın dərinləşdirilməsidir.
Ziddiyyətlərin imkanlara çevrilməsi mümkün olan sahələr:
- Azərbaycan və Türkiyənin regional siyasətini İranın müvafiq siyasətindən fərqləndirən ən başlıca məqam Ermənistana münasibətdir. İranın şiə-müsəlman dövləti kimi istər işğal dövründə, istərsə də sonrakı dövrdə Ermənistana dəstək verməsi Türkiyə və Azərbaycanda ciddi narahatlıqla və narazılıqla qarşılanmışdır. 44 Günlük Müharibə və ondan sonrakı proseslər nümayiş etdirir ki, Ermənistana güvənərək regional siyasətini quran ölkələrin mövqeləri zəifləyir. Türkiyə-Azərbaycan tandemini uzun illər ərzində Ermənistandan istifadə edərək məhdudlaşdırma cəhdləri 2020-ci ildən sonra sıfırlanmışdır.
- Rusiya-Ukrayna müharibəsi hər üç dövlətin enerji və nəqliyyat sahəsində strateji dəyərini artırmaqdadır. Belə ki, Avropaya alternativ enerji mənbələri lazımdır ki, bunlar da, İran və Azərbaycanda və bu ölkələrin qonşularında mövcuddur. Türkiyə isə coğrafi mövqeyinə görə təbii olaraq tranzit funksiyasını öz üzərinə götürən ölkədir.
Çindən Avropaya Rusiya vasitəsilə gedən nəqliyyat xətti Ukraynada müharibə ilə əlaqədar faktiki olaraq bağlanıb. Bu isə alternativ olaraq Azərbaycan-Türkiyə və İran-Türkiyə dəhlizlərinin əhəmiyyətini artırmaqdadır. Bu məsələdə Azərbaycan və Türkiyə Mərkəzi Asiya - Xəzər dənizi - Türkiyə xəttini dəstəkləyir ki, bu da İran xəttinə rəqibdir. Bu rəqabəti Zəngəzur dəhlizi və İranın da iştirakı ilə yeni yolların çəkilməsi ilə müəyyən qədər aradan qaldırmaq mümkündür.
- Xəzər dənizi hövzəsində Türkiyənin Azərbaycanla birlikdə təsirinin artmasından İran narahatdır. İran Xəzər dənizində Xəzəryanı dövlətlərdən başqa ölkələrin silahlı qüvvələrinin mövcudluğunu istəmir. Eyni zamanda bu istəyin əks olunduğu Xəzərin statusu ilə bağlı Konvensiyanı parlamentdə ratifikasiya etməyən yeganə ölkə də İrandır. Xəzər dənizinin hərbiləşməsi Azərbaycanı və İranı narahat edən məqamdır.
- Post-münaqişə dövründə Azərbaycan və Türkiyə tərəfindən gündəmə gətirilən regional güclərin və Cənubi Qafqaz dövlətlərinin daxil olduğu 3+3 əməkdaşlıq platforması İran tərəfindən də dəstəklənir. Azərbaycan və İranın XİN rəhbərlərinin sonuncu görüşündə İran tərəfi bu formatda növbəti görüşün Tehranda keçirilməsini təklif etdi. Bu platforma əslində müharibədən sonrakı dövrdə Ankara və Bakı tərəfindən regional proseslərdən kənarlaşdırıldığını düşünən İran üçün bir fürsətdir və Tehran bu fürsətdən istifadə etmək istəyir.
- Hər üç dövlət regiona xarici güclərin təsirində maraqlı deyil. Bu post-münaqişə dövrünün əsas meyarlarından biri kimi görünür. İranda bəzi qüvvələr Azərbaycanı Qərb və İsrail ilə əməkdaşlığının İrana qarşı olmasında günahlandırır. Lakin, Azərbaycanın ikitərəfli münasibətləri heç zaman üçüncü tərəfə, xüsusilə qonşulara qarşı təhdid mənbəyi olmayıb və bu ölkəmizin xarici siyasətində əsas prinsiplərdəndir. Bu mənada İran necə regionun xarici güclərin mübarizə məkanına çevrilməsinə qarşıdırsa, Azərbaycan və Türkiyə də bir o qədər kənar qüvvələrin regionda təsirə malik olmasına qarşıdır. Başqa sözlə, müstəqil xarici siyasət hər üç dövlətin oxşar cəhətləri hesab edilə bilər.
Azərbaycan - Türkiyə - İran üçtərəfli münasibətlərinin gündəliyi böyük potensiala malikdir. Azərbaycanın əsas marağı Rusiya-Türkiyə münasibətlərində olduğu kimi, Türkiyə - İran münasibətlərində də yarana biləcək toqquşmaların Cənubi Qafqaza sirayət etməsinin qarşısını almaq, münasibətlərdə qarşılıqlı asılılıq, əməkdaşlıq və bərabərhüquqluluğu təmin etməkdir. Bunun isə başlıca şərti Azərbaycanın subyektliliyini yüksək səviyyədə qorumaq və gücləndirməkdir.

👍16
Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycana nə vəd edir?
R.T.Ərdoğan və N.Paşinyan bu günlərdə baş tutan telefon danışığında xüsusi nümayəndələrin 1 iyul tarixində Vyanada əldə etdikləri razılaşmaları müzakirə ediblər. Daha sonra hökümət iclasında Paşinyan əldə edilən razılaşmanın “mümkün qədər tez” reallaşması üçün dövlət qurumlarına Türkiyə strukturları ilə işi koordinasiya etməyi tapşırdı. Paşınyanın Türkiyə ilə danışıqlarda xüsusi nümayəndəsi R. Rubinyan isə Ermənistanın “elə sabah Türkiyə ilə sərhədlərin açılmasına və diplomatik münasibətlərin qurulmasına” hazır olduğunu bildirdi.
Ermənistan cari prosesin ikitərəfli gündəliyə əsaslandığı bildirsə də sirr deyil ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə paralel aparılır. İstər prezident, istərsə də xarici işlər naziri səviyyəsində Türkiyə rəsmiləri prosesin rəsmi Bakı ilə koordinasiya olunmuş formada aparıldığını bəyan edirlər.
Ermənistan-Azərbaycan qarşılıqlı münasibətlərində üç:
- sülh müqaviləsi,
- sərhədlərin delimitasiya-demarkasiyası,
- nəqliyyat-kommunikasiya, iqtisadi əlaqələrinin bərpası,
Türkiyə-Ermənistan münasibətlərində isə iki mövzu:
- diplomatik münasibətlərin qurulması,
- nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası var.
Tərəflərin Ermənistanla qarşılıqlı münasibətlərində ən perspektivli istiqamət nəqliyyat-kommunikasiyadır. Üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə sərhədini keçməsi və hava yükdaşımalarının bərpa edilməsi üzrə razılıq tərəflərin nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi istiqamətində əldə etdiyi simvolik nailiyyətdir. Ona görə ki, hava nəqliyyatının bahalı olması geniş ticarət axınının başlanğıcı ola bilməməsi ilə şərtlənir. Üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə sərhədini keçməsinə dair razılıq da simvolikdir. Belə ki, bu razılıqdan tərəflər arasında lazımi nəqliyyat infrastrukturunun olmaması səbəbindən Azərbaycan vətəndaşları böyük ehtimal istifadə edə bilməyəcək. Gürcüstanın Türkiyə ilə birbaşa sərhədi olduğundan Gürcüstan vətəndaşlarının da Türkiyəyə səfər etməsi üçün Ermənistan ərazisindən istifadə edəcəyi inandırıcı deyil. Eyni ilə Ermənistanla birbaşa quru sərhədə malik olmayan Rusiya da Türkiyə ilə əlaqə saxlamaq üçün Ermənistan ərazisindən istifadə etməyəcək. Lakin, sanksiyalar səbəbindən hazırda Ermənistana çox sayda Rusiya vətəndaşlarının gəlməsi məsələyə geniş baxışın formalaşdırılmasını aktual edir.
Azərbaycan-Ermənistanla qarşılıqlı münasibətlərində də ən perspektivli istiqamət nəqliyyat-kommunikasiyadır. Marşrutun təhlükəsizlik və gömrük rejimləri haqqında konkret məlumat olmasa da, yolun Ermənistan ərazisində Araz çayı boyunca gedəcəyi bəllidir. Türkiyənin Ermənistanla nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa istiqamətində atdığı addımlar, axırıncını Azərbaycanla da nəqliyyat xəttlərini açmağa sövq edir.
Azərbaycan və Türkiyənin Ermənistanla nəqliyyat-kommunikasiya əlaqələrin bərpasında atdığı addımlar qarşılıqlı sürətdə bir-birini şərtləndirir. Oxşar mövqeni digər istiqamətlərdə də görmək olar. Bu proseslər eyni anda və ya ardıcıl baş tuta bilər. Türkiyə prosesi rəsmi Bakı ilə koordinasiya etdiyindən Ermənistan-Türkiyə diplomatik münasibətlərinin qurulması İrəvan və Bakı arasında sülh müqaviləsinin imzalanması ilə şərtlənir. Proses alternativ ardıcıllıqla da gedə bilər: əvvəl Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi imzalanır, sonra isə Türkiyə ilə diplomatik münasibətlər qurulur.
Türkiyə-Ermənistan-Azərbaycan üçbucağına daha geniş müstəvidə baxmaq olar. Türkiyə və ABŞ liderləri 2021-ci ilin iyun görüşündə Ermənistanla münasibətlərin bərpa edilməsi məsələsini müzakirə ediblər. Türkiyənin Ermənistanla münasibətləri nizamlamasını bir tərəfdən Ankara və Vaşinqton arasında müşahidə edilən istiləşmənin tərkib hissəsi kimi görmək olar. Belə simvolik addımlarla Türkiyə ABŞ liderinə Ermənistanla normallaşma prosesində irəliləyişlərin olmasını göstərir, həm də tam olaraq sərhədləri açmır və prosesi Ermənistan-Azərbaycan münasibətlərindən asılı vəziyyətdə saxlayır.

👍12
Üçtərəfli Tehran sammiti haqqında
19 iyul tarixində Türkiyə, İran və Rusiyanın iştirakı ilə Tehranda üçtərəfli sammit keçiriləcəkdir. Hər 3 dövlətin Cənubi Qafqaz regionu ilə qonşu olması və sammitin Qərbin Rusiya ilə rəqabəti, İranla isə nüvə məsələsi üzrə qarşıdurması şəraitində keçirilməsi bizim üçün görüşün əhəmiyyətini artırır.
Bu ölkələr bir neçə regionda rəqib olsalar da aralarındakı rəqabəti birbaşa yox, proksi qüvvələr vasitəsilə aparırlar. Suriyada İran Rusiya ilə maraqlarını qismən uyğunlaşdıra bilsə də üç dövlət əsasən rəqib hesab olunurlar. Rəqabətdən əməkdaşlığa keçid üçün 2017-ci ildə Astanada Suriya münaqişəsinin dinc tənzimlənməsinə yönələn danışıqlar baş tutmuşdu. Əldə edilən razılaşmalara rəğmən tərəflər arasında mövcud ziddiyyətlər tam aradan qalxmadı. Münaqişə 12 milyona qədər məcburi köçkün və qaçqın yaradaraq, bir neçə region üçün böyük miqrasiya probleminə səbəb olub. Astana formatında 2-ci görüş 2021-ci ildə Soçidə keçirilmişdi. Əldə edilən razılaşmalara rəğmən münaqişə hələ də davam edir, tərəflər arasında ziddiyyətlər isə artır.
Ziddiyyətlərin münaqişəyə çevrilməməsi üçün 3-cü sammit olduqca əhəmiyyətlidir. Qlobal geo-siyasi qarşıdurma şəraitində 3 dövlət arasında münaqişənin yaranması ABŞ başda olmaqla Qərb ölkələrinin vəziyyətdən öz maraqlı naminə istifadə etməsinə şərait yaradacaqdır. Ona görə də 3-cü sammit Astana formatına yeni impuls verilməsi kimi qiymətləndirilir.
Hər 3 dövlət müstəqil xarici siyasət yürüdür. Türkiyə NATO üzvü olsa da Qərbin Rusiya və İrana qarşı sanksiyalarına qoşulmur və xarici siyasətini beynəlxalq öhdəliklərini nəzərə alaraq tarazlı şəkildə həyata keçirir. Rusiya və İranın da Türkiyəyə münasibəti Qərbə olan yanaşmadan keyfiyyətcə fərqlənir.
3-cü sammiti aktual edən digər amil Türkiyə və İranın Rusiyanın üzv olduğu “BRİCS” və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) artan marağıdır. İranın bu il ŞƏT-ə üzv olacağı gözlənilir. “BRİCS”-in iyunda keçirilən sammitində 5 üzv ölkədən əlavə 13 ölkə iştirak edirdi. Sammitdə Çin lideri S.Cinpin birliyə yeni həmfikir ölkələrin daxil olmasını tezləşdirməli olduqlarını bildirdi. Sammitdən sonra birliyə İran və Argentinanın üzvlük üçün müraciət etmələri məlum oldu. Ardınca forumun prezidenti P.Anand Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin birliyə qoşulmağı planlaşdırdığını Rusiyanın “İzvestiya” nəşrinə bildirdi. P.Ananda görə yeni müraciətlərin müzakirəsi və ola bilsin həlli 2023-cü ilin CAR-da keçiriləcək sammitində baş tutacaqdır.
“G7”-ə alternativ birlik olan “BRİCS” dünya əhalisinin 42%-ni, ÜDM-nin 24%-ni təşkil edir. Qoşulmaq istəyən yeni üzvlərlə birlikdə birliyin ÜDM-i 27 trilyon dolları ötə bilər. Vacib su hövzələrinə çıxışı olan, boğazlara nəzarət edən Türkiyənin, Aralıq dənizi və Qırmızı dənizə çıxışı olan, Süveyş kanalının keçdiyi Misirin, enerji resursları ilə zəngin, Hind okeanı və fars körfəzinə çıxışı olan S.Ərəbistanı və İranın “BRİCS”-a üzvlüyü formalaşan yeni dünya düzənini fərqli istiqamətə yönəldə bilər. Yeni üzvlərin qoşulması həm də Rusiya və İrana qarşı tədbiq edilən sərt sanksiyalar şəraitində yeni logistik marşrutların açılmasını mümkün edib, Qərbin qlobal rəqabətdə mövqelərini zəiflədə bilər.
Hər 3 dövlət Tehran sammitində həll edilməmiş regional problemlər və potensial qlobal perspektivlərlə iştirak edəcəkdir. Regional səviyyədə qismən uzlaşan və toqquşan maraqlar, qlobal səviyyədə əməkdaşlıq perspektivləri 3 dövlət arasında münasibətləri “rəqabətli əməkdaşlıq” vəziyyətinə gətirir.
Bu üç ölkənin münasibətləri Cənubi Qafqaz regionuna da təsirsiz ötüşmür. 2017-ci ildən sonra Astana formatında əməkdaşlıq onların Cənubi Qafqazda rəqabətinin əməkdaşlıqla əvəz olunmasına şərait yaratmışdır və onlar İkinci Qarabağ müharibəsindən sonra təklif edilmiş 3+3 formatının iştirakçılarıdır. Ona görə Tehran sammitində tərəflər arasında yarana biləcək uzlaşma Cənubi Qafqazın təhlükəsizlik və stabilliyi baxımından olduqca əhəmiyyətlidir. İstənilən halda bu ölkələr arasında yarana biləcək münaqişənin təsirlərindən qorunmaq üçün Cənubi Qafqaz ölkələri subyektivliklərini artırmalı və möhkəmləndirməlidir.

👍10
H. Yavuzun müəllifi olduğu “Niyə muxtariyyət Qarabağ üçün həyatadavamlı həll variantı deyil” adlı məqaləsi “E-International Relations” nəşri tərəfindən yayımlanıb. Məqalədə əvvəl müəllif Qarabağa muxtariyyət statusunun beynəlxalq hüquqa zidd olması, zorakı münaqişələrin irsi və Qarabağda yaşayan ermənilərin Azərbaycan ümumi əhalisinin heç 0,1%-ni təşkil etməməsi səbəblərindən verilməsini düzgün saymadığını qeyd etmişdir.
Məqalədə müəllif Qarabağa muxtariyyətin şamil edilməməsini digər arqumentlərlə də sübuta yetirir. Arqumentlərdən biri münaqişənin 30 ili ərzində tərəflərin resurslarını israf etməsi ilə əlaqəlidir. Alimin gəldiyi nəticələrdən birinə görə, münaqişə ilk növbədə Ermənistanın milli maraqlarına cavab vermirdi. H. Yavuz Ermənistan əhalisinin 1994-cü ildə 3,3 mln. nəfərdən 2021-ci ildə 2,9 mln. nəfərə qədər azalmasının əsas səbəbini münaqişə ilə əlaqələndirir.
Alimin növbəti arqumenti xalqların öz müqəddəratını təyinetmə prinsipinin Qarabağ ermənilərinə şamil olunmamasıdır. Müəllif bunun beynəlxalq hüquqa zidd olduğunu qeyd edib, qondarma “DQR”-nın Ermənistan daxil heç bir ölkə tərəfindən tanınmadığını bildirir. H.Yavuza görə, etnik qruplara və ərazilərə muxtariyyətin verilməsi səlahiyyəti yalnız suveren dövlətlərə məxsusdur. Beləki bu beynəlxalq sistemin stabilliyinə, sülh və təhlükəsizliyə və icmaların rifahına şərait yaradır.
Alimin fikrinə görə Aland adaları modeli Qarabağ regionuna şamil oluna bilməz. Finlandiya tərkibində yüksək muxtariyyətə malik isveçlilər yaşadıqları ölkəyə qarşı demək olar ki, silahdan və ya kütləvi etnik təmizləmələrdən istifadə etməmişdilər və Finlandiyanın Rusiyadan azadlıq müharibəsini dəstəkləmişdilər.
Müəllif muxtariyyəti həm də ona görə düzgün saymır ki, qanlı zorakı münaqişədən sonra etnik muxtariyyət, parçalanmanın dərinləməsi və münaqişənin institusionallaşmasına səbəb olacaqdır. Sahənin aparıcı araşdırmaçılarına istinad edən alim, münaqişələrin əbədiləşməsi və resursların israfçı xərclənməsi səbəblərindən muxtariyyəti produktiv saymır. Fakt kimi müəllif Yuqoslaviya, SSRİ və İraq nümunələrinə müraciət edir.
Muxtariyyətin həyatadavamlı olmadığını alim, cəmiyyətdə qütbləşmə yaratması, fərqli etnik qruplar arasında milli interqasiyaya mane olması, ümumi identiklik və yaddaşın formalaşdırılması funksiyasını mənimsəməsi və öz şəxsi maraqlarını ümumi maraqlarından üstün tutan millətçi liderli anklavların yaranması ilə əsaslandırır. Deyilənlər əsasında Qarabağ münaqişəsinin tarixinə qayıdan müəllif ermənilərin Azərbaycan SSRİ tərkibində yüksək muxtariyyətə malik olduğunu xatırladıb, SSRİ-nin parçalanacağından istifadə edərək separatçı hərəkatı gücləndirdiklərini bildirir. Onun fikrincə ermənilərə muxtariyyətin verilməsi onlarda azərbaycanlılara qarşı nifrətinin artmasına və gələcəkdə onlardan qisas almaq cəhdlərinə səbəb ola bilər.
H. Yavuza əsasən, hazırda Qarabağ və Ermənistanda iqtidara qarşı zorakı çağırışlar var. Radikal elementlər Qarabağın Ermənistanla birləşdirilməsi və ya Rusiyanın protektoratı altına keçməsi ilə bağlı ideyalar səsləndirirlər. Bununla belə alimə görə Qarabağın müstəqillik və ya Ermənistanla birləşmə məsələsi İkinci Qarabağ müharibəsindən sonra iflasa uğradı.
H. Yavuz Qafqazda DQMV nümunəsində muxtariyyətin həm Azərbaycan, həm də Ermənistanın məhdud resurslarını israf edib, hər iki tərəfə müstəqilliyin üstünlüklərini tam reallaşdırmağa imkan vermədiyini bildirir. Müəllif xüsusilə Ermənistanın münaqişə səbəbindən Qafqazda Rusiya protektoratına çevrildiyini bildirir.
Müəllif Ermənistan üçün tam müstəqilliyin əldə edilmə yolunu da müəyyən edir: Ermənistan tam müstəqil olub, Qafqaz regionuna inteqrasiya etmək istəyirsə Rusiyadan indiki qədər asılı olmamalıdır. Asılılığı azaltmağın yeganə yolu ermənilərin rifahına səy göstərmək və Qarabağ ermənilərinin mədəni hüquqlarının təmin edilməsi üzrə Azərbaycanla birlikə işləməkdir. Ermənistan öz iqtisadi resurslarını və siyasi stabilliyini Azərbaycanın tərkibində yaşayan erməni qrupu üçün qurban verməməlidir.
@cssc_cqtm
https://www.e-ir.info/2022/07/11/opinion-why-autonomy-is-not-a-viable-solution-in-karabakh/

E-International Relations
Opinion – Why Autonomy is Not a Viable Solution in Karabakh
The time is overdue for Armenia to try a different path by negotiating with Azerbaijan to ensure that the rights of minority group Armenians are guaranteed.
👍17👎1
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) baş elmiş işçisi Orxan Bağırovun “Ukrayna müharibəsinin Azərbaycan üçün iqtisadi nəticələri” adlı məqaləsi ABŞ-ın Ceymstaun Fondunun “Eurasia Daily Monitor” jurnalında nəşr edilmişdir. Məqalədə əsas diqqət müharibənin Azərbaycan üçün yaratdığı iqtisadi problemlərə və üstünlüklərə yönəldilmişdir. İlk olaraq qeyd edilmişdir ki, müharibənin üstünlüyü neft və qazın qiymətini artırmaqla Azərbaycanın gəlirlərini artırmasıdır. 2022-ci ilin ilk 4 ayında qaz ixracından əldə edilən gəlirlər 3.7 dəfə artaraq 4.18 milyard dollara çatmış, neft ixracından əldə edilən gəlirlər isə 50.3% artmışdır. Nəticədə, ilk rübdə tədiyyə balansının müsbət saldosu 4.8 dəfə artaraq 1.57 milyard dollara çatmışdır.
Sonra məqalədə diqqət müharibənin yaratdığı iqtisadi problemlərə yönəldilmişdir. Göstərilmişdir ki, müharibə tərəfləri, xüsusilə də Rusiya Azərbaycanın idxalında böyük paya sahibdir. 2021-ci ildə Rusiya və Ukrayna Azərbaycanın idxalının 22%-ni təşkil etmişdir. Ukraynadan 470 milyon dollar, Rusiyadan isə 2.74 milyard dollar dəyərində məhsul, o cümlədən 293.2 milyon dollarlıq buğda idxal edilmişdir. Rusiyadan idxal edilən bitki yağları yerli tələbatın 25%-ni, idxal edilən şəkər isə 50%-ni təmin etmişdir.
Müharibənin təsiri ilə Azərbaycanın Ukraynadan idxalı 2022-ci ilin ilk 5 ayında 38% azalmışdır. Bu dövrdə Rusiyadan idxal azalmasa da, Rusiyaya ixrac 7% azalmışdır. Rusiya Azərbaycanın qeyri-neft məhsullarının, xüsusilə də tərvəzin ixrac edildiyi əsas ölkə olduğundan ixracın azalması kənd təsərrüfatı istehsalçılarına təsir edir.
Məqalədə o da vurğulanmışdır ki, Rusiyanın buğda ixracına qoya biləcəyi qadağaları nəzərə alaraq Azərbaycan Qazaxıstandan buğda idxalını artırmışdır. Cari ilin ilk 5 ayında Qazaxıstandan buğda idxalı 27 dəfə artaraq 81.7 min tona çatmışdır. Nəticədə, Rusiyanın buğda idxalında payı 46%-ə düşmüş, Qazaxıstanın payı isə 54%-ə qədər artmışdır. Ötən illərdə Azərbaycan buğdaya tələbatın 60%-ni özü qarşılamışdır. Qalan hissə xarici ölkələrdən, əsasən Rusiyadan idxal hesabına təmin edilmişdir (80%-dən çox). Lakin, Qazaxıstan hökuməti apreldə növəbti 3 ay ərzində buğda idxalının azaldılması ilə bağlı qərar vermişdir. Bu qadağa uzadılarsa Azərbaycan üçün buğda təminatı ilə bağlı problemlər yarana bilər.
Bu çətinlikləri nəzərə alaraq Azərbaycan buğda istehsalını artırmağı, hətta ixrac etməyi planlaşdırır. Mayda İsrailin Kənd Təsərrüfatı və Regional İnkişaf Nazirinin Azərbaycana səfəri zamanı bu məsələ geniş müzakirə edilmişdir. İsrailin Azərbaycanı buğda istehsalı üçün ən yeni texnologiyalar ilə təmin etməsi və Azərbaycanın İsrailə 2025-ci ildən buğda ixrac etməsi ilə bağlı razılıq əldə edilmişdir.
Daha sonra diqqətə çatdırılmışdır ki, müharibə ilə bağlı olan iqtisadi problemlər Rusiya və Ukraynadan idxal edilən məhsulların qiymətinə də təsir etmişdir. Bu məhsullar Azərbaycanın ərzaq bazarında böyük paya sahib olduğundan onların qiymətinin artması inflyasiyanı sürətləndirmişdir. İlk rübdə inflyasiya 12.2%-ə çatmışdır. Onun 60%-i ərzaq məhsullarının payına düşmüş və ərzaq məhsullarının inflyasiyası 18%-ə çatmışdır. İnflyasiyanın dünyada artması alternativ məhsulları da baha edir və inflyasiyanın idarə edilməsi çətinləşir.
O da göstərilmişdir ki, Rusiya həm də Azərbaycanın xarici köçürmələrində böyük paya sahibdir. 2021-ci ildə Rusiyadan Azərbaycana 780 milyon dollar köçürmə edilib ki, bu da ümumi xarici köçürmələrin 60%-ni təşkil edib. Rusiyada yaranan iqtisadi problemlərə görə Azərbaycana köçürülən vəsaitlər cari ilin ilk rübündə 17% azalmışdır. Ukraynadan edilən köçürmələr isə 27% azalmışdır.
Sonda qeyd edilmişdir ki, Ukrayna müharibəsinə görə Azərbaycan azalan pul köçürmələri, müharibə tərəfləri ilə azalan ticarət dövriyyəsi, buğda idxalı və yüksək ərzaq qiymətləri kimi problemlərlə qarşılaşmaqdadır. Müharibəyə görə həm də Azərbaycanın neft və qaz ixracından gəlirləri artır. Bu da onun iqtisadiyyatını müharibənin yaratdığı iqtisadi problemlərə qarşı daha dayanıqlı edir.
@cssc_cqtm
https://jamestown.org/program/the-economic-implications-of-the-ukraine-war-on-azerbaijan/

The Jamestown Foundation
The Economic Implications of the Ukraine War on Azerbaijan
In the first four months of 2022, Azerbaijan’s revenues from gas exports increased about 3.7 times and reached $4.18 billion (Marja, May 19). Revenues from oil exports, on the other hand, increased 50.3 percent in the same period. As a result, the positive…
👍15
Qərb Cənubi Qafqazdan nə istəyir?!
Qlobal geosiyasi vəziyyət hər gün daha da mürəkkəbləşir. Belə təhlükəli şəraitdə Cənubi Qafqazın geosiyasi çəkisi əhəmiyyətli dərəcədə artır. ABŞ və Avropa İttifaqı (Aİ) üçün regionun geoiqtisadi əhəmiyyəti enerji və nəqliyyat kimi iki vacib istiqaməti əhatə edir.
18 iyul tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” tərəflər arasında əməkdaşlığı yeni səviyyəyə qaldırdı. Sazişə əsasən Cənub Qaz Dəhlizi marşrutu ilə Avropaya gələn il 12 mlrd., bir neçə il sonra isə 20 mlrd. m3 həcmində qaz nəql ediləcəkdir.
Regionun logistika imkanları da Qərb tərəfindən yüksək qiymətləndirilir. Asiyanı Avropa ilə bağlayan əsas quru ticarət və tranzit yolları Rusiya, Azərbaycan və İrandan keçir. Qərbin Moskva ilə ziddiyyətli münasibətləri Rusiyanı şərq-qərb marşrutu üzrə etibarlı tərəfdaş statusundan məhrum edir. İranla münasibətlərini isə, hələ ki, proqnozlaşdırmaq çətindir. Belə şəraitdə Şərq-Qərb arasında yeganə marşrut Cənubi Qafqazdan (Azərbaycan+Gürcüstan) keçir. Ölkəmizin coğrafi mövqeyi, Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları və (Ermənistan xaric) qonşularla əlaqəli dəmir yolları Qərb üçün Azərbaycanın əhəmiyyətini dəfələrlə artırmış olur. Regionun logistik əhəmiyyətini ABŞ prezidenti C. Bayden Azərbaycan Prezidentinə 1 iyun tarixli məktubunda, xanım Fon der Lyayen isə dünənki çıxışında xüsusi vurğuladı.
Qərbin geosiyasi gözləntisi isə odur ki, qeyd edilən lahiyələrin təhlükəsiz şəraitdə həyata keçirilməsini təmin etmək üçün Rusiyanın regiona təsiri hissolunan dərəcədə azalmalıdır. Bunun üçün Azərbaycan-Ermənistan münasibətləri normallaşmalı və bunun nəticəsi olaraq Rusiyanın 2025-ci ildə Qarabağda hərbi mövcudluğuna son qoyulmalıdır. Regionda Rusiyadan ən çox asılı vəziyyətdə olan Ermənistan isə Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması nəticəsində Rusiyadan iqtisadi və təhlükəsizlik asılılığını azalda bilər.
Ona görə də Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqlar Qərb üçün çox vacibdir. ABŞ-ın dövlət katibi E. Blinken xarici işlər nazirləri arasında baş tutan son birbaşa dialoqu “Azərbaycan-Ermənistan fikir ayrılıqlarını həll etməyin ən düzgün yolu” adlandırdı. Öz növbəsində ABŞ prezidenti 20 mart və 20 may tarixli məktublarında Ermənistanla diplomatik təmasların intensivləşdirilməsinə kömək edəcəyini və regional barışın təşviq edilməsi üçün Azərbaycanla birgə işləyəcəyini ölkəmizin başçısına bildirdi. Öz növbəsində Ursula Fon der Lyayen də “Aİ-nin Cənubi Qafqazın təhlükəsizlik, sabit və firavan olmasına sadiq olduğunu” çıxışı zamanı bildirmişdir.
Yanaşmanın zəif tərəfi nədən ibarətdir?
İstər ABŞ, istərsə də Aİ münasibətlərin normallaşdırılması prosesində sərgilədiyi mövqe proaktiv deyildir. Ənənəvi “balanslı yanaşma” davam etdirilir. Bəzi Qərb rəsmilərinin “status” və “Minsk qrupu” ilə bağlı fikirlər səsləndirməsi nəticə etibarı ilə Qərbin yanaşmasını natamam edir. Qərbin region ilə bağlı hədəfləri bəllidir, amma bu hədəflərə çatma vasitələri üzrə qeyri-müəyyənlik mövcuddur. Belə şəraitdə Qərb bütün məsuliyyəti Azərbaycan və Ermənistan rəhbərliyinin üstünə atır. Lakin, belə yarımçıq yanaşma praktikada müsbət nəticə vermir. Ermənistan Qərb rəsmiləri tərəfindən vaxtaşırı səsləndirilən fikirlərə arxalanıb “status" məsələsini ortaya atır. Bu da sözsüz ki, Azərbaycan tərəfindən qəbul olunmur və buna görə tərəflər arasında normallaşma prosesi lazımı səviyyədə gedə bilmir.
Görünən odur ki, Qərb üçün əsas geosiyasi və geoiqtisadi məqsədlər Azərbaycan və Gürcüstanla bağlıdır. Rusiyanın regiona təsir gücünün zəifləməsi isə Ermənistanın mövqeyindən asılıdır. Belə olan halda ABŞ siyasi, Aİ isə iqtisadi vasitələrlə Ermənistanı daha konstruktiv siyasət sərgiləməyə sövq etməlidir. Bu məqsədlərin reallaşması üçün isə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və bununla da təhlükəsiz şəraitin formalaşması başlıca şərtdir.

👍16👎1
Uğurlu enerji siyasəti və Avropada Azərbaycanın artan rolu
İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Memoranduma əsasən 2027-ci ilə qədər illik qaz ixracının 20 milyard kubmetrə çatdırılması gözlənilir. İmzalama mərasimindən sonra keçirilən görüşdə Rusiyanın hətta Ukraynaya müdaxilədən əvvəl də etibarlı enerji tərəfdaşı olmadığını bildirən Fon der Lyayen, Aİ-nın bu səbəbdən Azərbaycan timsalında daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutduğunu qeyd etdi. Ümumiyyətlə, Azərbaycan artıq bəzi Avropa ölkələrinin qaz istehlakının 80%-ni, digərlərinin isə 15-20%-ni təmin edir.
Hazırda Aİ-nin əsas məqsədi qarşıdakı qışadək qaz ehtiyatlarını artırmaqdır. Digər məqsəd yaxın illərdə Rusiya qazından asılılığı aradan qaldırmaqdır. Ona görə də Azərbaycan Avropanın enerji təhlükəsizlyinin təmin olunmasında əhəmiyyətli rol oynamağa başlayır. Bu proses ABŞ tərəfindən də dəstəklənir. ABŞ Prezidenti sonuncu məktubunda: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynadığını" qeyd etmişdi.
Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlıq bununla məhdudlaşmır. Cənub Qaz Dəhlizi Türkmənistan, İran, İraq, Şərqi Aralıq dənizi ölkələri daxil bir çox enerji ehtiyatları ilə zəngin ölkələrə bu infrastruktura qoşulub Avropaya qaz daşımaları həyata keçirmələrinə şərait yaradır. 2021-ci ildə Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağının birgə istismarı haqqında saziş, Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü (swap) üzrə üçtərəfli saziş Türkmənistanın, gələcəkdə isə hətta İranın Cənub Qaz Dəhlizinə qoşulmasını mümkün edir.
Bütün bunlar Azərbaycanın təhlükəsizliyini artıq Avropa üçün də təhlükəsizlik məsələsinə çevrir. Ümumiyyətlə, Azərbaycanın 1993-cü ildən yeritdiyi xarici siyasət və enerji diplomatiyası onu nəinki Avropanın, eləcə də dünyanın təhlükəsizlik sisteminin vacib elementinə çevirməkdədir. Ona görə də Azərbaycan artıq okeanlara çıxışı olmayan, Avrasiyanın mərkəzində yerləşən əlçatmaz bir məkan deyildir.
Əhəmiyyətinə görə Əsrin Müqaviləsi ilə müqaviləsi ilə müqayisə edilə biləcək iyulun 18-də imzalanan anlaşma memorandumu Azərbaycanın strateji dəyərini daha da artırdı. Bu da tərəfdaşlarını Bakının maraqları ilə hesablaşmağa vadar edir. Bu həm də regionda marağı olan müxtəlif Qərb ölkələrində fəaliyyət göstərən və Azərbaycana qarşı qərəzli və düşmən mövqedə olan fərqli lobbi qruplarının təsirlərini və təzyiqlərini neytrallaşdırmağa və ya balanslaşdırmağa imkan yaradır. 18 iyulda Azərbaycan Prezidentinin Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşü zamanı bu qurumun 2020-ci il Vətən Müharibəsindən sonra ölkəmizin əleyhinə qəbul etdiyi sənədlərlə bağlı açıq narazılığını ifadə etməsi və səsləndirdiyi fikirlər bu baxımdan diqqətə layiqdir.
Qeyd edək ki, Cənubi Qafqazın ətrafında Azərbaycandan da zəngin enerji resurslarına malik olan ölkələr var, ancaq onların çoxu öz resurslarını dünya bazarlarına çıxararaq müstəqil oyunçu kimi çıxış edə və bu imkanlardan öz milli maraqları üçün istifadə edə bilmir.
Əvvəlki paylaşımda Qərbin Cənubi Qafqazdan nə istədiyi və natamam siyasəti haqqında bəhs etdik. İndi isə onun öz strateji maraqlarına uyğun olaraq nə etməli olduğunu qeyd edək. Əvvəlla, Azərbaycan və Aİ arasında təhlükəsizliyin qarşılıqlı asılılığı artdıqca Aİ regiondakı təhlükəsizlik risklərini də bölüşməli və öz üzərinə daha çox siyasi məsuliyyət götürməlidir. Bunun üçün ilk növbədə Aİ regionda beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə əsaslanan təhlükəsizlik arxitekturasının, başqa sözlə Azərbaycanın Ermənistanla sülh müqaviləsi üçün irəli sürdüyü 5 prinsipin əhəmiyyətini önə çəkməli və bunu açıq və birmənalı şəkildə ifadə etməlidir.

👍14👎1
Ermənistanın “Qarabağdan silahlı qüvvələri çıxarırıq” bəyanatı necə təsdiqini tapacaq?
Azərbaycan Prezidenti İlham Əliyevin xəbərdarlığından sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi A.Qriqoryan Ermənistanın silahlı qüvvələrinin (SQ) sentyabr ayına qədər Qarabağdan çıxacağını bəyan etdi. Bildirildi ki, Ermənistandan olan nə çağırışçılar, nə də müqavilə ilə hərbi xidmətdə olan Ermənistan vətəndaşları Qarabağda daha xidmət etməyəcək. Lakin, Qarabağın erməni əhalisinin silahlı qruplaşmalarının qalmasını təsdiq etdi.
Bu bəyanatın bir neçə diqqətçəkən məqamları mövcuddur.
İşğal müddətində Ermənistan Qarabağda silahlı qüvvələrini saxlamadığını iddia etsə də, 10 noyabr razılaşması və bu bəyanat ilə Ermənistan, bu illər ərzində Azərbaycan ərazilərində qoşun saxladığını etiraf etmiş olur. Halbuki Ermənistan parlamentinin qərarı olmadan ölkə ərazilərindən kənarda istifadəsi Ermənistan konstitusiyasına və qanunvericiliyinə zidd olub və hüquqi məsuliyyət nəzərdə tutur.
A.Qriqoryan müsahibə zamanı bir dəfə də olsun “Dağlıq Qarabağ Respublikası” ifadəsindən istifadə etmədi. Erməni ekspertləri bunun təsadüfi olmadığını bildirib, son zamanlar Ermənistan rəsmilərinin də Qarabağa münasibətdə “respublika” ifadəsindən istifadə etmədiyini qeyd edirlər.
Daha bir arqument - Tbilisi görüşü ilə bağlı tərəflərin fərqli bəyanatlarıdır. Ermənistanın bəyanatından fərqli olaraq, Azərbaycan, görüşdə Qarabağdan erməni silahlı birləşmələrinin çıxarılma zərurliyinin müzakirə edildiyini bildirmişdi. Ardınca A. Qriqoryanın müsahibəsi, hadisələr arasında birbaşa əlaqənin mövcud olmasına işarə edir.
Müsahibə zamanı A.Qriqoryan Ermənistandan müqaviləli hərbçilərin daha Qarabağa getməyəcəyini bildirib, zərurət yarandıqda onların Qarabağ erməniləri sıralarından toplanacağını qeyd etdi. Bu o deməkdir ki, əgər Ermənistanda hər hansı bir şəxs Qarabağda hərbi xidmət keçmək istəyirsə, o Ermənistandakı hərbi komissarlığın qeydiyyatından çıxıb, Qarabağda qondarma hərbi komissarlığında qeydiyyata düşməlidir.
Ermənistan qoşunlarının sentyabra qədər Qarabağdan tam çıxarılması Qarabağda erməni hərbçilərinin sayını nəzərəçarpan dərəcədə azaldacaq. Qarabağda yaşayan ermənilərin sayına dair 3 statistika mövcuddur: Azərbaycana görə Qarabağda yaşayan ermənilərin ümumi sayı 25-30 min, Rusiyaya görə 50 mindən çox, Ermənistan mənbələrinə görə isə 100 mindən çoxdur. Dünyada silahlı qüvvələrə orta hesabla əhalinin 1%-i cəlb edilir, səfərbərlik üçün isə ehtiyat resurs 3-5% civarında müəyyən edilir. Kiçik hesablamalar Qarabağda müddətli və müqaviləli hərbçilərin sayının minimum 1000-maksimum 4000 nəfərdən artıq olmadığını müəyyən edir.
A.Qriqoryanın timsalında Ermənistan bundan sonra Qarabağ xuntasının təhlükəsizliyinin təmin edilməsində birbaşa iştirak etməyəcəyini bəyan edir. Bu kontekstdə jurnalistin Fərrux hadisələri zamanı Rusiya sülməramlı kontingentinin təhlükəsizlik qarantı ola bilməməsi ilə bağlı sualı və A. Qriqoryanın cavabı xüsusi maraq kəsb edir. A.Qriqoryan Rusiyanın Azərbaycan SQ-ni bu ərazilərdən çıxaracaqlarına dair Ermənistanı əmin etdiyini və Ermənistanın buna hələ də ümid etdiyini bildirdi.
Bütün deyilənlərə rəğmən vurğulayaq ki, Ermənistan sentyabra qədər Qarabağdan SQ-ni tam çıxarsa belə, Qarabağ xuntasını maliyyələşdirməyə davam edir. A.Qriqoryana görə Qarabağ ermənilərinin təhlükəsizliyi yerli əhalidən toplanan qüvvələr və Rusiya sülhməramlıları tərəfindən təmin olunacaq. Qarabağ xuntasının Ermənistan tərəfindən maliyyələşməsi şəraitində isə bu, Ermənistanın sentyabrdan sonra da dolayısı yolla Qarabağda müqavilə əsaslı qüvvələr saxlayacağını nəzərdə tutur.
Ermənistan SQ Qarabağdan çıxarılması iki mexanizmlə təsdiq edilə bilər:
• Laçın dəhlizi üzərində və havadan həyata keçirilən nəzarət ilə (şəxsi heyət, ağır texnika, artilleriya qurğuları və s.),
• Ermənistan büdcəsindən Qarabağ ermənilərinə ayrılan maliyyələşmənin azalması ilə.

👍21
Ermənistanın təhlükəsizlik sistemində islahatlar - nə və niyə dəyişir?!
Ermənistanda təhlükəsizlik sistemində islahatlar nəhayət ki, elan edildi. 2002-ci ildə, Robert Köçəryanın dövründə, Daxili İşlər Nazirliyi ləğv edilmiş, əvəzində isə birbaşa prezidentə tabe polis xidməti yaradılmışdı. Serj Sarqsyanın dönəmində bu xidmət ölkənin idarəetmə sistemi dəyişdiyinə görə baş nazirə tabe edildi. Faktiki olaraq 20 ildir ki, Ermənistanda polis siyasi hakimiyyətin əlində ən təsirli vasitələrdən biridir. Buna nümunə kimi Ermənistanda 2008-ci ildə baş verən və 2020-ci ildən bu yana olan mitinqlərdə polisin oynadığı rolu göstərə bilərik.
Hakimiyyətə gəlməmişdən öncə Nikol Paşinyan və onun komandası polisin bir xidmət kimi Baş Nazirə tabe olmasını pisləsə də, artıq 4 il idi ki, siyasi hakimiyyətə tabe olan polis sistemində islahatları yubadırdı. Nəhayət 2022-ci ilin iyulunda Ermənistanın Ədliyyə Nazirliyi tərəfindən hazırlanan və özündə təhlükəsizlik sistemində dəyişikliyi ehtiva edən sənənd Parlamentə ilkin müzakirə üçün göndərildi. Sənəddə qeyd olunan əsas dəyişikliklər bunlardan ibarətdir:
- Daxili İşlər Nazirliyi yaradılır
- Polis, FHN, Miqrasiya yeni yaradılacaq Daxili İşlər Nazirliyinə tabe edilir
- Xarici Kəşfiyyat Xidməti yaradılır
- Milli Qvardiya yaradılır
Paşinyanın bu islahatları 4 il yubatmasının və məhz indi bu islahata getməsinin bir neçə səbəbi vardır:
İslahatları yubatmasının əsas səbəbi o idi ki, birbaşa Baş Nazirə tabe olan polis Nikol Paşinyana 2020-ci ildən bu yana Ermənistanda baş verən ixtişaşların, stabilliyi pozmağa cəhd edənlərin qarşısını almağa imkan verdi. Onu da qeyd etmək lazımdır ki, hazırda bu xidmətə rəhbərlik edən şəxs Nikol Paşinyanın sinif yoldaşı olub. Son mitinqlərdən sonra müxalifətin əhalini küçəyə çıxara bilmək iqtidarında olmadığını anlayan Paşinyan öz hakimiyyətindən arxayınlaşıb və indi islahatlar üçün özünü hazır hiss edir.
İkinci, qeyd etmək lazımdır ki, təhlükəsizlik sistemində olan bu islahat Qərbin tələbidir. Qərbdəki institutların bir çoxu öz hesabatlarında demokratiyanın əsas elementlərindən olan şəffaflığın və hesabatlılığın təmin edilməsi üçün Ermənistanda polisin Baş Nazirə tabe bir xidmət kimi yox, Parlamentə tabe edilməsini tövsiyə edir. Təsadüfi deyildir ki, bu islahatlara pul ayıranlar arasında ABŞ-ın Ermənistandakı səfirliyi və Avropa İttifaqı vardır. Hazırda öz hakimiyyətinə heç bir təhlükə görməyən Paşinyan bu islahatlara getməklə həm də özünün islahatçı imicini yaratmağa çalışır.
Üçüncü, Nikol Paşinyan ölkədəki ən strateji qurumlardan biri olan Milli Təhlükəsizlik Xidmətini (MTX) zəiflətməyə çalışır. 4 il ərzində bu quruma 4 rəhbər təyin edilib, lakin xüsusi xidmət tam ram edilməyib. Bu illər ərzində bunu bacarmayan Paşinyan indi bu qurumla bağlı fərqli strategiyadan istifadə edir. Təklif olunan yeni sənəddə Xarici Kəşfiyyat Xidmətinin yaradılması, Dövlət Mühafizə Xidməti və polisin əsasında Milli Qvardiyanın qurulması nəzərdə tutulur. Həm xarici kəşfiyyat, həm də Dövlət Mühafizə Xidməti hazırda MTX-nın tərkibindədir.
Paşinyan özü dəfələrlə bu barədə danışaraq Polis və MTX-nı Nazirliyə çevirmək niyyətini gizlətmədiyini bəyan edib. Bu qurumların nazirliyə çevrilməsi onları parlament qarşısında hesabatlı edəcək və hazırda parlamentdə çoxluğu əlində saxlayan Paşinyan özünə tabe edə bilmədiyi qurumlara Parlament vasitəsilə nəzarət etmək imkanı əldə edəcəkdir.

“Yaxın Şərq NATO”-su qurula biləcəkmi?!
İyulun 14-də ABŞ Prezidenti Co Bayden ilk Yaxın Şərq turu çərçivəsində İsraildə və Səudiyyə Ərəbistanında səfərdə oldu. Maraqlısı odur ki, Baydenin səfərə getdiyi hər iki ölkə regionun digər aparıcı ölkəsi olan İranın əsas geosiyasi rəqibləridir. Prezident Baydenin regiona səfəri həm Səudiyyə-İsrail diplomatik normallaşma prosesi, həm də İsrail və körfəz ölkələrinin (İraq, Misir, İordaniya daxil olmaqla) ortaq hava hücumundan müdafiə alyansı yaratmaq haqqında danışıqlar fonunda baş verdi. Yaxın Şərq Hava Müdafiə Alyansının (MEAD) əsas məqsədi region ölkələrini İranın ballistik raket hücumlarından və regionda fəaliyyət göstərən radikal Şiə milislərinin mümkün hücumlarından müdafiə etməkdir.
İranın hökümət-yönümlü mətbuat orqanlarının bu təşəbbüsü “yararsız” olaraq təsvir etsələr də İsrail bu sistemin artıq işlək olduğunu və İraq ərazisindən atılan bir neçə raketi zərərsizləşdirdiyini qeyd edib. Alyansın əsas məqsədlərini nəzərə alsaq o zaman bu ittifaqı “Yaxın Şərq NATO”su olaraq da adlandırmaq mümkündür.
Qeyd etmək lazımdir ki, Rusiya–Ukrayna müharibəsi fonunda regional hərbi-siyasi alyansların rolu artmaqdadır. Qərb bloku özünün qeyri-NATO üzvü olan ərəb müttəfiq ölkələrini qorumaq üçün onları hərbi-texniki cəhətdən güclü olan İsrail ilə müttəfiqliyə sövq edir. Digər tərəfdən Rusiya–Çin–İran ittifaqı da güclənir. Hər üç ölkə artıq Qərblə konfrontasiyanın gücləndiyi ərəfədə uzunmüddətli hərbi-iqtisadi əməkdaşlıq üçün bir sıra müqavilələr imzalamaqla bərabər Fars körfəzində ortaq hərbi təlimlər təşkil ediblər.
“Yaxın Şərq NATO”-sunun yaradılmasında isə ABŞ-ın məqsədi tədricən Yaxın Şərq bölgəsindən çəkilmək və əsas diqqət və resurslarını İran, Rusiya və Çinə yönəltməkdən ibarətdir. Yeni hərbi alyans ilə ABŞ körfəzdəki müttəfiqlərinin müdafiə bacarıqlarını artırmaq məqsədi (və ya “təhlükəsizlik yükünün bir hissəsini çiyinlərindən atmaq”) güdsə də alyansın ilk mərhələdə qarşıya qoyduğu bütün məqsədlərə çatacağına inam olduqca zəifdir və bunun bir sıra səbəbləri var.
Bayden administrasiyası İsrail və ABŞ-da yəhudi lobbisinin İranın nüvə proqramı ilə əlaqədar daha sərt tədbirlər atması və İsrailin təhlükəsizliyi üçün əlavə təminatlar verməsi üçün təzyiqləri altındadır. Bu təzyiqlər xüsusilə qarşıdan gələn Konqres seçkiləri ərəfəsində xüsusi əhəmiyyətə malikdir. Baydenin səfərini, “Yaxın Şərq NATO”su və İrana qarşı digər potensial regional ittifaqlar təşəbbüslərinə dəstək bu tələblərin müəyyən dərəcədə qarşılanması kimi də qiymətləndirmək olar.
ABŞ-ın körfəzdəki müttəfiqləri Vaşinqtonun onlara milli təhlükəsizlikləri ilə bağlı “möhkəm qarantiyalar” vermədiyini düşünürlər və İranla nüvə danışıqlarının davam etdirilməsi Vaşinqtonla müttəfiqlər arasındakı münasibətləri daha da gərginləşdirir. Bu səbəbdən körfəz ölkələri Vaşinqtonun etirazlarına baxmayaraq ayrılıqda Rusiya, Çin və İranla diplomatik təmasları qorumağa davam edirlər. Bu səbəbdən yaxın dövrdə “Yaxın Şərq NATO”sunun ABŞ-Körfəz ölkələri ilə və İranla münasibətlərinə bilavasitə təsir edəcək.
Yaxın Şərqdə cərəyan edən bu hadisələrin əsas hədəfində İran olsa da, geosiyasi proseslər Cənubi Qafqaz regionundan da yan keçməyəcək. 2020-ci ildə II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda Rusiyanın zəifləməsi ilə bərabər Türkiyənin rolunun artmasını və ABŞ/Aİ fəallaşmasını İran regionda güc balansının onun əleyhinə olan dəyişməsi kimi qəbul edir. Bu Tehranı Cənubi Qafqazda daha fəal və aqressiv siyasi kurs tətbiq etməsinə sövq edir.
Digər tərəfdən “Yaxın Şərq NATO”-su nə qədər möhkəmlənərsə, bir o qədər İran öz diqqət və resurslarını bu alyansın neytrallaşmasına sərf etməyə məcbur ola bilər. İrana qarşı bu blokun təzyiqinin artması ehtimalı həm də Tehranda Cənubi Qafqaz ölkələri ilə bağlı müəyyən şübhələr yaradır. Bu kontekstdə İranın əsas hədəfi körfəz ölkələrinin üzv olduğu hərbi alyansın qarşısını almaqla yanaşı Cənubi Qafqazın da bu potensial ittifaqa qoşulmasına imkan verməməkdir.

Türk Dövlətlər Təşkilatı (TDT) – dövrün tələbinə çevrilən təşəbbüs
Beynəlxalq geosiyasətin yeni trendi nisbətən kiçik dövlətləri bir-biri ilə əməkdaşlıq quraraq müstəqil fəaliyyətini tələb edir. Belə uğurlu birliklərdən biri özünü Türk Dövlətləri Təşkilatında (TDT) təcəssüm etdirir. 2009-cu ildə bu birliyin cəmi dörd üzvü olsa da, 2021-ci ildə iştirakçıların sayı yeddiyə (5 üzv + 2 müşahidəçi ölkə) çatıb.
TDT-nın digər strukturlardan əsas fərqi – geosiyasi mərkəz hesab edilən xarici sponsorun olmamasıdır. Ölkələr arasında inteqrasiya Qərb, Rusiya və Çinin təsiri və ya dəstəyindən deyil, üzv ölkələrin milli maraqlarının üst-üstə düşməsindən qaynaqlanır. Digər tərəfdən TDT digər təşkilatlardan fərqli olaraq iştirakçı ölkələrin müstəqillik və suverenliyinə heç bir təhdid formalaşdırmır. Türkiyə NATO, Qazaxıstan və Qırğızıstan isə KTMT üzvləri olsalar da, bu onlara təşkilat çərçivəsində uğurla əməkdaşlıq etməyə mane olmur.
2021-ci ilin noyabrın 12-də TDT-nin VIII Zirvə görüşündə R.T.Ərdoğan üzv ölkələr arasında ticarət dövriyyəsinin cəmi 21 mlrd.$ olmasını bildirib, bu göstəricinin artırılma zərurliyini vurğuladı. Zirvə görüşündən sonra təşkilat üzvləri ikitərəfli, çoxtərəfli və həmçinin təşkilatdaxili inteqrasiyanın dərinləşmə və intensivləşməsində böyük nailiyyətlər əldə etmişlər. Son bir neçə ay ərzində ikitərəfli inteqrasiyaya 🇦🇿 və 🇰🇬 arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, 🇦🇿 və 🇺🇿 arasında Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi bəyannamə, 🇦🇿 və 🇹🇲 arasında Dostluq yatağının birgə mənimsənilməsi memoranduumu, o cümlədən 🇦🇿 və 🇹🇷 🇰🇿 ilə, Türkiyənin 🇺🇿 və 🇰🇬 ilə və axırıncıların bir-biri ilə imzaladıqları vacib ikitərəfli sazişlər nümunə ola bilər.
İkitərəfli tərəfdaşlıq çoxtərəfli əməkdaşlığa yol açır, hər ikisi isə isə öz növbəsində strateji layihələrin reallaşdırılmasına münasib zəmin formalaşdırır. Belə strateji istiqamətlərdən biri nəqliyyat-logistika layihələridir. 🇰🇬 səfərində dövlətimizin başçısı Azərbaycanda yüklərin bütün istiqamətlərə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturunun olduğunu bildirmiş və bütün bu imkanların “qırğız qardaşlarımızın sərəncamında” olduğunu qeyd etmişdir. 🇦🇿 və 🇰🇬 quru və ya dəniz vasitəsilə qonşu olmadığından anlaşılandır ki, tərəflər arasında istənilən nəqliyyat əməkdaşlığı digər təşkilat üzvlərinin iştirakını nəzərdə tutur. Çoxtərəfli əməkdaşlıq🇦🇿 prezidentinin 🇺🇿 dövlət səfəri zamanı da müzakirə edilmişdir. Vurğulayaq ki, buna qədər 🇺🇿 🇹🇲 ilə müvafiq danışıqlar aparıb, Türkmənbaşı dəniz limanına çıxış əldə etmişdir. Bu danışıqların davamı və özbək mallarının Avropaya çıxarılması məqsədilə Azərbaycanla multimodal daşımaların təşkili üzrə razılıq əldə edilmişdir. Əldə edilən razılaşmalara əsasən, 🇺🇿 öz mallarını 🇹🇲, ordan 🇦🇿 limanlarına və daha sonra BTQ dəmiryolu ilə Avropaya daşıyacaqdır.
Bu nəqliyyat xətti ilə yanaşı 🇰🇿, 🇦🇿, 🇬🇪 və 🇹🇷 ərazisindən keçən Transxəzər nəqliyyat dəhlizi üç türk dövlətini birləşdirmiş olur. Özbəkistan-Qırğızıstan-Çin və Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yollarının tikintisi isə gələcəkdə təşkilat üzvlərinin Asiya-Sakit okean regionu və Cənubi Asiya dövlətlərinin 3 mlrd. çox istehlakçısı olan bazarlarına çıxış əldə etməsinə imkan verə bilər.
Beləliklə, dövlətlər TDT kimi təşkilatlar sayəsində geosiyasi güc mərkəzlərinin iştirakı olmadan öz hədəflərini reallaşdırmaq imkanı əldə etmiş olurlar.
TDT-nın həyat məkanı və imkanları nə qədər geniş olsa da, onun nüvəsini məhz 🇦🇿 təşkil edir. Buna əmin olmaq üçün xəritəyə baxmaq kifayətdir. 🇦🇿 coğrafi mövqeyi, proseslərin lokomotiv və katalizatoru olması, həmçinin 🇹🇷 və Mərkəzi Asiyanı yaxşı anlaması onu türk dövlətləri arasında körpü və bağlayıcı roluna çevirir.
Beləliklə, ümumi dil, din, tarix və mədəniyyət faktorlarına əlavə olaraq cari layihələr, türk dövlətləri arasında iqtisadi və siyasi qarşılıqlı asılılığı dərinləşdirib, gələcəkdə, ölkələr arasında təhlükəsizlik tərəfdaşlığının yaradılmasını məntiqəuyğun edir.

👍19
Rusiya-Ukrayna müharibəsinin Cənubi Qafqaz üçün iqtisadi nəticələri
Rusiya-Ukrayna müharibəsinin başlaması dünya iqtisadiyyatında yeni problemlərin yaranmasına səbəb oldu. Müahribə nəticəsində yaranan enerji daşıyıcılarının qiymətinin artması, qlobal inflyasiyanın sürətlənməsi, ərzaq çatışmazlığı kimi problemlər dünyanın bütün ölkələrinə təsir etməkdədir. Eyni zamanda, Rusiyaya qarşı tətbiq qedilən sərt sanksiyalar və Ukraynanın istehsal imkanlarının azalması onlarla sıx iqtisadi əlaqələrə malik olan ölkələrə də təsir edir.
Bu baxımdan Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatları da müharibədən təsirlənməkdədir.
Cənubi Qafqaz ölkələri Rusiya ilə sıx ticarət əlaqələrinə malikdir. 2021-ci ildə Rusiya Ermənistanın ticarət dövriyyəsinin 31%-nə sahib olmuş və dövriyyənin səviyyəsi 21% artmışdır. Son illərdə Rusiyanın Gürcüstan iqtisadiyyatında da payı artmaqdadır. 2021-ci ildə Gürcüstanın Ümumi Daxili Məhsulunun 6.7%-i Rusiya ilə iqtisadi əlaqələr hesabına formalaşmış və ixracın 14.4%-i Rusiyanın payına düşmüşdür. Eyni zamanda, son illər Gürcüstanın ən çox təşviq etdiyi məhsul olan şərabın 55%-i Rusiyaya, 17%-i Ukraynaya ixrac edilmişdir. Azərbaycana gəldikdə isə 2021-ci ildə idxalın 17.7%-i (əsasən ərzaq məhsulları), ixracın isə 4.1%-i (əsasən kənd təsərrüfatı məhsulları) Rusiyanın payına düşmüş və ticarət dövriyyəsi 12% artaraq 3 milyard dollara çatmışdır.
Rusiya həm də Cənubi Qafqaz ölkələrinə xaricdən köçürülən vəsaitlərdə böyük paya sahibdir. 2021-ci ildə Ermənistana köçürülən xarici köçürmələrin 41%-i, Gürcüstana köçürülən xarici vəsaitlərin 17.5%-i, Azərbaycana köçürülən xarici köçürmələrin isə 60%-i Rusiyanın payına düşmüşdür.
Bundan başqa, Rusiya Cənubi Qafqaz ölkələrinin əsas buğda təminatçısıdır. 2021-ci ildə Rusiya Azərbaycanın buğda idxalının 86%-nə, Gürcüstanın buğda idxalının 94%-nə, Ermənistanın buğda idxalının isə 99%-nə sahib olmuşdur. Müharibə başlaqdıqdan sonra Rusiya buğda ixracının məhdudlaşdırılması ilə bağlı qərar vermişdir (hələlik Avrasiya İqtisadi Birliyi ölkələrinə). Ona görə də Cənubi Qafqaz ölkələri buğda idxalı üçün alternativ mənbələr axtarsa da bu mənbələrdən idxal daha baha başa gəlir və bu da inflyasiyanı sürətləndirəcəkdir.
Rusiya eyni zamanda Ermənistanın əsas enerji təminatçısıdır. Ermənistanın qaz tələbatının 85%-ni Rusiya təmin edir. Qaz və neft Rusiyadan idxalın 31%-ni təşkil edir. Gürcüstan enerji məhsullarının idxalına görə Rusiyadan çox asılı olmasa da son illər Rusiyanın payı artır (2.8%-dən 2021-də 23%-ə). Rusiya həm də Gürcüstana ən çox elektrik enerjisi ixrac edən ölkədir. Azərbaycan isə Gürcüstanın əsas enerji təminatçısıdır. Gürcüstan neft və qazın 76%-ni, elektrik enerjisinin isə 40%-ni Azərbaycandan idxal edir.
Bütün bunlar onu göstərir ki, müharibənin yaratdığı iqtisadi problemlər və Rusiyaya qarşı sanksiyalar Cənubi Qafqaz ölkələrinə də təsir edir. Ermənistan Rusiyadan daha çox asılı olduğu üçün daha çox təsirlənməkdədir. Mart ayında Ermənistanın Mərkəzi Bankı 2022-ci ilin sonuna artım proqnozunu 5.3%-dən 1.6%-ə qədər azaltsa da iyunda yenidən 4.9%-ə qədər qaldırmışdır. Rusiyadan pul köçürmələrinin isə il ərzində 40% azalacağı gözlənilir. Gürcüstan isə müharibəyə görə buğda çatışmazlığı, azalan şərab ixracı və baha enerji idxalı kimi problemlərlə qarşılaşmaqdadır.
Eyni zamanda Ermənistan və Gürcüstanda son aylarda dolların ucuzlaşması ixrac imkanlarını və gəlirlərini azaltmaqdadır. Müharibəyə görə rus şirkətlərinin bu ölkələrə köçməsi isə onların iqtisadi inkişafına müsbət təsir edir. Azərbaycan üçün isə müharibə Rusiya ilə ticarət əlaqələrinin zəifləməsi, xüsusilə də kənd təsərrüfatı məhsullarının ixracının azalması, pul köçürmələrinin azalması və buğda idxalı ilə bağlı problemlər yaradır. Buna baxmayaraq, müharibə neft və qazın qiymətinin də əsaslı şəkildə artmasına səbəb olur ki, bu da Azərbaycanın gəlirlərini kəskin artırır. Ona görə də, Cənubi Qafqaz ölkələri arasında Azərbaycan iqtisadiyyatı müharibənin iqtisadi nəticələrinə qarşı ən dözümlü iqtisadiyyat olacaqdır.

👍13
Azərbaycan – Mərkəzi Asiya (MA) münasibətləri – dövrün tələbinə cavab verən əməkdaşlıq
Son bir il ərzində Azərbaycan 🇰🇬, 🇺🇿, 🇰🇿 və 🇹🇲 strateji əhəmiyyətli sazişlər imzalamışdır. Bu günlərdə Qazaxıstan prezidentinin Azərbaycana planlaşdırılan səfərini də, Azərbaycan-MA qarşılıqlı münasibətləri çərçivəsində nəzərdən keçirtmək məqsədəuyğundur. Səfər çərçivəsində ölkələr arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında yeni saziş və 2026-cı ilə qədər əməkdaşlığın inkişafına dair hərtərəfli proqramın imzalanması planlaşdırılır. Qeyd edək ki, indiyə qədər ölkələr arasında 120-dən çox sənəd imzalanmışdır.
Çoxtərəfli formatda Azərbaycan MA ilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq edir. Lakin Tacikistan türkdilli dövlət olmadığından TDT Mərkəzi Asiya regionunu tam əhatə etmir. Digər tərəfdən TDT nə qədər perspektivli olsa da, MA ölkələri hal-hazırda “C5” formatına üstünlük verirlər. Azərbaycanın 2021-ci ildə 🇹🇲 105 mln.$, 🇺🇿 112 mln.$, 🇰🇬 9 mln.$, 🇹🇯 isə 7,5 mln.$ ticarət dövrüyyəsi qeydə alınıb. Türkiyənin region ölkələri ilə iqtisadi əlaqələri daha güclüdür. İqtisadi inteqrasiyadan savayı region ölkələri mövcud çağırışlara da vahid subyekt kimi cavab verməyə çalışırlar. Ölkələr arasında regiondaxili problemlərin BMT kimi beynəlxalq institutların cəlb edilməsi ilə həll edilməsinə dair ümumi razılıq var.
“C5” formatından savayı regionun ABŞ, Rusiya, ÇXR, Hindistan, Yaponiya, Cənubi Koreya ilə əməkdaşlığı nəzərdə tutan “C5+1” formatı da var. Bu format ölkələrin subyektivliyini artırdığına görə region ölkələri arasında xarici siyasət vektorunun əsasən bu format çərçivəsində inkişaf etidirilməsinə dair ümumi razılıq mövcuddur. Bununla belə MA ölkələri böyük güclərin rəqabət meydançası olmaq istəmədiyindən hər bir böyük ölkə ilə ayrı-ayrılıqda və qarşılıqlı fayda prinsipləri əsasında əməkdaşlıq qurmağa çalışırlar. Bununla belə böyük dövlətlərin hər birinin regiona baxışı digərlərindən fərqlənir.
🇺🇸 -ın regional maraqları demokratik prinsiplər çərçivəsində ölkələrin müstəqilliyinin irəli çəkilməsini, regional münaqişələrin həll edilməsini və regionun təbii resurslarının bazar iqtisadiyyatı prinsipləri üzərində mənimsənilməsini əhatə edir. 🇷🇺 “C5+1” formatını altılıq formatı çərçivəsində nəzərdən keçirərək, bu formatın mərkəzi və lokomotivi olmasına çalışır. 🇨🇳 ABŞ və Rusiyadan fərqli olaraq regionu olduğu kimi qəbul etsə də, onun inkişafını “bir xətt bir yol” layihəsinin tərkib hissəsi qismində nəzərdən keçirir.
Ölkəmizin MA ilə cari münasibətləri “+2” (🇦🇿 və 🇹🇷) formatında təsvir edilə bilər. Bu format çərçivəsində iyunun 27-də Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşü keçirilmişdir. Görüşün yekununda 🇦🇿, 🇹🇷, 🇰🇿 xarici işlər və nəqliyyat nazirləri birgə Bakı Bəyannaməsini imzalamışlar. Bəyannamə Zəngəzur dəhlizini Orta Dəhlizin perspektiv hissəsi kimi dəyərləndirib, dəmir yolu və avtomobil dəhlizlərinin yaradılması da daxil olmaqla regionda əlaqəni gücləndirəcək yeni təklif edilmiş dəhlizlərin tam istismarının zəruriliyini bəyan edir. Digər nümunə Daşkənddə 🇹🇷-🇺🇿-🇦🇿 xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirləri arasında baş tutmuş görüşdür. Görüşdə Xəzərdən keçən Şərq-Qərb dəhlizi başda olmaqla, üç ölkənin ortaq gündəmində olan məsələlərin koordinasiya və əməkdaşlığının artırılması və ümumi layihələrin həyata keçirilməsi üçün investisiya fondunun yaradılması müzakirə edilmişdir. Qeyd edək ki, Azərbaycan, Türkiyə və Türkmənistan da xarici işlər nazirləri səviyyəsində üçtərəfli formatda əməkdaşlıq edirlər.
Beləliklə, MA regionunda böyük güclərin toqquşan maraq və yanaşmalarından fərqli olaraq Azərbaycan və Türkiyənin MA regionuna strateji baxışları üst-üstə düşüb, qarşılıqlı faydalılıq prinsipləri əsasında əməkdaşlıq və tərəfdaşlıq imkanlarının artırılmasını özündə ehtiva edir. Cari geosiyasi vəziyyəti nəzərə alsaq Azərbaycan yaxın və orta perspektivdə MA üçün Qərbə yeganə çıxış yoludur. Bununla bərabər Cənubi Qafqaz MA regionu üçün daxili balansın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

👍11
Presscluv tv-də Qarabağda son hadisələri, Ermənistan-Azərbaycan münasibətlərinin silahlı münaqişəyə keçmə ehtimalını və Taivan ətrafında prosesləri müzakirə etdik
https://youtu.be/Y94xLBHqq4w
https://youtu.be/Y94xLBHqq4w
YouTube
Qarabağda üçüncü maharibə gözləntisi - Fərhad Məmmədovla müzakirə
#bəyən #paylaş #abunəol
ABUNƏ OLUN ►https://bit.ly/3rGosrr
Gördüyünüz nöqsanlara biganə qalmayın! Çəkdiyiniz foto və videoları, üzləşdiyiniz problemləri bizimlə bölüşün. Bölüşün ki,” Sizin Səsiniz” olaq!
Qaynar xətt: 055 455 45 58
Videolarımızı bəyənib…

Azərbaycanın seçimi qalmır – Ermənistanın sülhə məcbur edilməsi prosesi davam edir
Artıq bir neçə gündür ki, Qarabağda müxtəlif istiqamətlərdə fərqli intensivliklə hərbi əməliyytlar həyata keçirilir. Döyüşlər Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşdırılmasını şərtləndirən bir çox məsələlər üzrə razılığa gəlməməsinin nəticəsidir.
İl yarımdan çoxdur ki, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, sərhədlərin delimitasiya və demarkasiyası, silahlı birləşmələrin qalıqlarının Qarabağdan çıxarılması və sülh müqaviləsi üzrə Ermənistan tərəfindən bir dənə də olsun müsbət qərar yoxdur.
Ermənistan, Paşinyanın bəyan etdiyi “sülh dövrünə” çatmaq üçün heçnə etmədi: heç bir istiqamət üzrə bir dənə də olsun addım atılmadı.
Rusiya, Aİ, ABŞ timsalında beynəlxalq vasitəçilərin cəhdləri də nəticə vermir. Vasitəçilərin maraqları və tərəflərə balanslı yanaşması ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyinə səbəb olmuşdur. Müharibədən somra da həmin səhv yanaşma davam etdirildi.
Öz növbəsində Ermənistan vasitəçilərdən güzəştlərə getmək və Bakının ədalətli tələb və təkliflərini qəbul etmək haqqında heç bir siqnal almadı. Əksinə, Ermənistana heç bir şərt qoymadan Rusiya onun ordusunu silahlandırmaq, Aİ 1,6 mlrd. avro yardım ayırmaq, ABŞ isə islahatların həyata keçirilməsinə maliyyə dəstəyi göstərmək kimi vədlər verir. Belə vasitəçilik prosesin Ermənistan tərəfindən uzadılmasına şərait yaradır.
Beləliklə, Ermənistan Təhlükəsizlik Şurası katibinin bəyanatlarından aydın oldu ki, vacib məsələlər üzrə Ermənistan rəhbərliyi lazımi qərarlar qəbul etməyəcək. Yeni Laçın dəhlizinin Ermənistan ilə razılaşdırılmaması haqqında bugünkü bəyanat, təxribat xarakter daşıyıb, Ermənistanın barışmaz mövqeyini nümayiş etdirir. Ermənistan öz ərazisində avtomobil yolunun cəmi 6-8 km-ni tikməli idi. Yolun qalan hissəsi isə Ermənistana heç bir aidiyyatı olmayan Azərbaycan ərazisi boyunca artıq tikilmişdir.
İl yarımdan çox müddətdir ki, Ermənistandan konstruktivlik yalnız güc tədbiq etmə və qarşılıqlı tələblər irəli sürülməklə əldə edilir. Azərbaycanın ədalətli tələbləri qarşısında konstruktivlik nümayiş etdirməyən Ermənistan rəhbərliyi güc tədbiqi üçün şərait yaratdı.
Güc tədbiq etmənin bu dəfəki hədəfi - Qarabağın demilitarizasiyası, yəni üçtərəfli bəyanatın dördüncü bəndinin təmin edilməsidir. Azərbaycanın fəaliyyəti bu səbəbdən tam legitimdir ki, biz Ermənistanı öz ərazimizdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edirik. Üçtərəfli bəyanat Ermənistanın kapitulyasiya aktı olduğundan Azərbaycan bu bəyanatdan imtina etmək fikrində deyil. Əksinə, rəsmi Bakı Ermənistanı ardıcıl olaraq Üçtərəfli bəyanatın Zəngəzur dəhlizi, sərhədlərin müəyyən edilməsi və sülh müqaviləsinin imzalanması ilə bağlı bəndlərini icra etməyə məcbur etməyə davam edəcəkdir.
Bütün əsas vasitəçilər (Rusiya, Aİ, ABŞ) danışıqlar prosesindən məlumatlıdırlar. Son günlərin dinamikası (ABŞ Dövlət katibinin, Rusiya prezidenti və xarici işlər nazirinin zəngləri) vasitəçilərin mövcud vəziyyət haqqında məumatlı olmasından xəbər verir. Ermənistandan hal-hazırda qəti qərar qəbuletmə tələb olunur. Əks halda vəziyyət dəyişəcək və Azərbaycanın mövqeyi daha da sərtləşəcək.

👍26
Dünən İctimai TV-nin efirində gedən Diqqət Mərkəzi verilişində “Azərbaycanın xüsusi əməliyyatı davam edəcək, yoxsa ermənilər ağıllanacaq?” mövzusu ətrafında müzakirələr aparılmışdır. Müzakirələrdə millət vəkilləri, Hikmət Babaoğlu və Rasim Musabəyov, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov və mərkəzin direktor müavini Fuad Çıraqov iştirak etmişdir.
https://www.youtube.com/watch?v=6elxct-6zeA&t=1015s
https://www.youtube.com/watch?v=6elxct-6zeA&t=1015s
YouTube
Azərbaycanın xüsusi əməliyyatı davam edəcək, yoxsa ermənilər ağıllanacaq?
https://www.facebook.com/ictimai.tv/
https://www.instagram.com/ictimaitv.official/
https://itv.az/
#İTVXəbər
#ictimaitv #video #televiziya #baku #videolar #itv

👍8👎3