Qərb Cənubi Qafqazdan nə istəyir?!
Qlobal geosiyasi vəziyyət hər gün daha da mürəkkəbləşir. Belə təhlükəli şəraitdə Cənubi Qafqazın geosiyasi çəkisi əhəmiyyətli dərəcədə artır. ABŞ və Avropa İttifaqı (Aİ) üçün regionun geoiqtisadi əhəmiyyəti enerji və nəqliyyat kimi iki vacib istiqaməti əhatə edir.
18 iyul tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” tərəflər arasında əməkdaşlığı yeni səviyyəyə qaldırdı. Sazişə əsasən Cənub Qaz Dəhlizi marşrutu ilə Avropaya gələn il 12 mlrd., bir neçə il sonra isə 20 mlrd. m3 həcmində qaz nəql ediləcəkdir.
Regionun logistika imkanları da Qərb tərəfindən yüksək qiymətləndirilir. Asiyanı Avropa ilə bağlayan əsas quru ticarət və tranzit yolları Rusiya, Azərbaycan və İrandan keçir. Qərbin Moskva ilə ziddiyyətli münasibətləri Rusiyanı şərq-qərb marşrutu üzrə etibarlı tərəfdaş statusundan məhrum edir. İranla münasibətlərini isə, hələ ki, proqnozlaşdırmaq çətindir. Belə şəraitdə Şərq-Qərb arasında yeganə marşrut Cənubi Qafqazdan (Azərbaycan+Gürcüstan) keçir. Ölkəmizin coğrafi mövqeyi, Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları və (Ermənistan xaric) qonşularla əlaqəli dəmir yolları Qərb üçün Azərbaycanın əhəmiyyətini dəfələrlə artırmış olur. Regionun logistik əhəmiyyətini ABŞ prezidenti C. Bayden Azərbaycan Prezidentinə 1 iyun tarixli məktubunda, xanım Fon der Lyayen isə dünənki çıxışında xüsusi vurğuladı.
Qərbin geosiyasi gözləntisi isə odur ki, qeyd edilən lahiyələrin təhlükəsiz şəraitdə həyata keçirilməsini təmin etmək üçün Rusiyanın regiona təsiri hissolunan dərəcədə azalmalıdır. Bunun üçün Azərbaycan-Ermənistan münasibətləri normallaşmalı və bunun nəticəsi olaraq Rusiyanın 2025-ci ildə Qarabağda hərbi mövcudluğuna son qoyulmalıdır. Regionda Rusiyadan ən çox asılı vəziyyətdə olan Ermənistan isə Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması nəticəsində Rusiyadan iqtisadi və təhlükəsizlik asılılığını azalda bilər.
Ona görə də Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqlar Qərb üçün çox vacibdir. ABŞ-ın dövlət katibi E. Blinken xarici işlər nazirləri arasında baş tutan son birbaşa dialoqu “Azərbaycan-Ermənistan fikir ayrılıqlarını həll etməyin ən düzgün yolu” adlandırdı. Öz növbəsində ABŞ prezidenti 20 mart və 20 may tarixli məktublarında Ermənistanla diplomatik təmasların intensivləşdirilməsinə kömək edəcəyini və regional barışın təşviq edilməsi üçün Azərbaycanla birgə işləyəcəyini ölkəmizin başçısına bildirdi. Öz növbəsində Ursula Fon der Lyayen də “Aİ-nin Cənubi Qafqazın təhlükəsizlik, sabit və firavan olmasına sadiq olduğunu” çıxışı zamanı bildirmişdir.
Yanaşmanın zəif tərəfi nədən ibarətdir?
İstər ABŞ, istərsə də Aİ münasibətlərin normallaşdırılması prosesində sərgilədiyi mövqe proaktiv deyildir. Ənənəvi “balanslı yanaşma” davam etdirilir. Bəzi Qərb rəsmilərinin “status” və “Minsk qrupu” ilə bağlı fikirlər səsləndirməsi nəticə etibarı ilə Qərbin yanaşmasını natamam edir. Qərbin region ilə bağlı hədəfləri bəllidir, amma bu hədəflərə çatma vasitələri üzrə qeyri-müəyyənlik mövcuddur. Belə şəraitdə Qərb bütün məsuliyyəti Azərbaycan və Ermənistan rəhbərliyinin üstünə atır. Lakin, belə yarımçıq yanaşma praktikada müsbət nəticə vermir. Ermənistan Qərb rəsmiləri tərəfindən vaxtaşırı səsləndirilən fikirlərə arxalanıb “status" məsələsini ortaya atır. Bu da sözsüz ki, Azərbaycan tərəfindən qəbul olunmur və buna görə tərəflər arasında normallaşma prosesi lazımı səviyyədə gedə bilmir.
Görünən odur ki, Qərb üçün əsas geosiyasi və geoiqtisadi məqsədlər Azərbaycan və Gürcüstanla bağlıdır. Rusiyanın regiona təsir gücünün zəifləməsi isə Ermənistanın mövqeyindən asılıdır. Belə olan halda ABŞ siyasi, Aİ isə iqtisadi vasitələrlə Ermənistanı daha konstruktiv siyasət sərgiləməyə sövq etməlidir. Bu məqsədlərin reallaşması üçün isə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və bununla da təhlükəsiz şəraitin formalaşması başlıca şərtdir.
@cssc_cqtm

👍16👎1
Uğurlu enerji siyasəti və Avropada Azərbaycanın artan rolu
İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Memoranduma əsasən 2027-ci ilə qədər illik qaz ixracının 20 milyard kubmetrə çatdırılması gözlənilir. İmzalama mərasimindən sonra keçirilən görüşdə Rusiyanın hətta Ukraynaya müdaxilədən əvvəl də etibarlı enerji tərəfdaşı olmadığını bildirən Fon der Lyayen, Aİ-nın bu səbəbdən Azərbaycan timsalında daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutduğunu qeyd etdi. Ümumiyyətlə, Azərbaycan artıq bəzi Avropa ölkələrinin qaz istehlakının 80%-ni, digərlərinin isə 15-20%-ni təmin edir.
Hazırda Aİ-nin əsas məqsədi qarşıdakı qışadək qaz ehtiyatlarını artırmaqdır. Digər məqsəd yaxın illərdə Rusiya qazından asılılığı aradan qaldırmaqdır. Ona görə də Azərbaycan Avropanın enerji təhlükəsizlyinin təmin olunmasında əhəmiyyətli rol oynamağa başlayır. Bu proses ABŞ tərəfindən də dəstəklənir. ABŞ Prezidenti sonuncu məktubunda: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynadığını" qeyd etmişdi.
Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlıq bununla məhdudlaşmır. Cənub Qaz Dəhlizi Türkmənistan, İran, İraq, Şərqi Aralıq dənizi ölkələri daxil bir çox enerji ehtiyatları ilə zəngin ölkələrə bu infrastruktura qoşulub Avropaya qaz daşımaları həyata keçirmələrinə şərait yaradır. 2021-ci ildə Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağının birgə istismarı haqqında saziş, Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü (swap) üzrə üçtərəfli saziş Türkmənistanın, gələcəkdə isə hətta İranın Cənub Qaz Dəhlizinə qoşulmasını mümkün edir.
Bütün bunlar Azərbaycanın təhlükəsizliyini artıq Avropa üçün də təhlükəsizlik məsələsinə çevrir. Ümumiyyətlə, Azərbaycanın 1993-cü ildən yeritdiyi xarici siyasət və enerji diplomatiyası onu nəinki Avropanın, eləcə də dünyanın təhlükəsizlik sisteminin vacib elementinə çevirməkdədir. Ona görə də Azərbaycan artıq okeanlara çıxışı olmayan, Avrasiyanın mərkəzində yerləşən əlçatmaz bir məkan deyildir.
Əhəmiyyətinə görə Əsrin Müqaviləsi ilə müqaviləsi ilə müqayisə edilə biləcək iyulun 18-də imzalanan anlaşma memorandumu Azərbaycanın strateji dəyərini daha da artırdı. Bu da tərəfdaşlarını Bakının maraqları ilə hesablaşmağa vadar edir. Bu həm də regionda marağı olan müxtəlif Qərb ölkələrində fəaliyyət göstərən və Azərbaycana qarşı qərəzli və düşmən mövqedə olan fərqli lobbi qruplarının təsirlərini və təzyiqlərini neytrallaşdırmağa və ya balanslaşdırmağa imkan yaradır. 18 iyulda Azərbaycan Prezidentinin Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşü zamanı bu qurumun 2020-ci il Vətən Müharibəsindən sonra ölkəmizin əleyhinə qəbul etdiyi sənədlərlə bağlı açıq narazılığını ifadə etməsi və səsləndirdiyi fikirlər bu baxımdan diqqətə layiqdir.
Qeyd edək ki, Cənubi Qafqazın ətrafında Azərbaycandan da zəngin enerji resurslarına malik olan ölkələr var, ancaq onların çoxu öz resurslarını dünya bazarlarına çıxararaq müstəqil oyunçu kimi çıxış edə və bu imkanlardan öz milli maraqları üçün istifadə edə bilmir.
Əvvəlki paylaşımda Qərbin Cənubi Qafqazdan nə istədiyi və natamam siyasəti haqqında bəhs etdik. İndi isə onun öz strateji maraqlarına uyğun olaraq nə etməli olduğunu qeyd edək. Əvvəlla, Azərbaycan və Aİ arasında təhlükəsizliyin qarşılıqlı asılılığı artdıqca Aİ regiondakı təhlükəsizlik risklərini də bölüşməli və öz üzərinə daha çox siyasi məsuliyyət götürməlidir. Bunun üçün ilk növbədə Aİ regionda beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə əsaslanan təhlükəsizlik arxitekturasının, başqa sözlə Azərbaycanın Ermənistanla sülh müqaviləsi üçün irəli sürdüyü 5 prinsipin əhəmiyyətini önə çəkməli və bunu açıq və birmənalı şəkildə ifadə etməlidir.

👍14👎1
Ermənistanın “Qarabağdan silahlı qüvvələri çıxarırıq” bəyanatı necə təsdiqini tapacaq?
Azərbaycan Prezidenti İlham Əliyevin xəbərdarlığından sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi A.Qriqoryan Ermənistanın silahlı qüvvələrinin (SQ) sentyabr ayına qədər Qarabağdan çıxacağını bəyan etdi. Bildirildi ki, Ermənistandan olan nə çağırışçılar, nə də müqavilə ilə hərbi xidmətdə olan Ermənistan vətəndaşları Qarabağda daha xidmət etməyəcək. Lakin, Qarabağın erməni əhalisinin silahlı qruplaşmalarının qalmasını təsdiq etdi.
Bu bəyanatın bir neçə diqqətçəkən məqamları mövcuddur.
İşğal müddətində Ermənistan Qarabağda silahlı qüvvələrini saxlamadığını iddia etsə də, 10 noyabr razılaşması və bu bəyanat ilə Ermənistan, bu illər ərzində Azərbaycan ərazilərində qoşun saxladığını etiraf etmiş olur. Halbuki Ermənistan parlamentinin qərarı olmadan ölkə ərazilərindən kənarda istifadəsi Ermənistan konstitusiyasına və qanunvericiliyinə zidd olub və hüquqi məsuliyyət nəzərdə tutur.
A.Qriqoryan müsahibə zamanı bir dəfə də olsun “Dağlıq Qarabağ Respublikası” ifadəsindən istifadə etmədi. Erməni ekspertləri bunun təsadüfi olmadığını bildirib, son zamanlar Ermənistan rəsmilərinin də Qarabağa münasibətdə “respublika” ifadəsindən istifadə etmədiyini qeyd edirlər.
Daha bir arqument - Tbilisi görüşü ilə bağlı tərəflərin fərqli bəyanatlarıdır. Ermənistanın bəyanatından fərqli olaraq, Azərbaycan, görüşdə Qarabağdan erməni silahlı birləşmələrinin çıxarılma zərurliyinin müzakirə edildiyini bildirmişdi. Ardınca A. Qriqoryanın müsahibəsi, hadisələr arasında birbaşa əlaqənin mövcud olmasına işarə edir.
Müsahibə zamanı A.Qriqoryan Ermənistandan müqaviləli hərbçilərin daha Qarabağa getməyəcəyini bildirib, zərurət yarandıqda onların Qarabağ erməniləri sıralarından toplanacağını qeyd etdi. Bu o deməkdir ki, əgər Ermənistanda hər hansı bir şəxs Qarabağda hərbi xidmət keçmək istəyirsə, o Ermənistandakı hərbi komissarlığın qeydiyyatından çıxıb, Qarabağda qondarma hərbi komissarlığında qeydiyyata düşməlidir.
Ermənistan qoşunlarının sentyabra qədər Qarabağdan tam çıxarılması Qarabağda erməni hərbçilərinin sayını nəzərəçarpan dərəcədə azaldacaq. Qarabağda yaşayan ermənilərin sayına dair 3 statistika mövcuddur: Azərbaycana görə Qarabağda yaşayan ermənilərin ümumi sayı 25-30 min, Rusiyaya görə 50 mindən çox, Ermənistan mənbələrinə görə isə 100 mindən çoxdur. Dünyada silahlı qüvvələrə orta hesabla əhalinin 1%-i cəlb edilir, səfərbərlik üçün isə ehtiyat resurs 3-5% civarında müəyyən edilir. Kiçik hesablamalar Qarabağda müddətli və müqaviləli hərbçilərin sayının minimum 1000-maksimum 4000 nəfərdən artıq olmadığını müəyyən edir.
A.Qriqoryanın timsalında Ermənistan bundan sonra Qarabağ xuntasının təhlükəsizliyinin təmin edilməsində birbaşa iştirak etməyəcəyini bəyan edir. Bu kontekstdə jurnalistin Fərrux hadisələri zamanı Rusiya sülməramlı kontingentinin təhlükəsizlik qarantı ola bilməməsi ilə bağlı sualı və A. Qriqoryanın cavabı xüsusi maraq kəsb edir. A.Qriqoryan Rusiyanın Azərbaycan SQ-ni bu ərazilərdən çıxaracaqlarına dair Ermənistanı əmin etdiyini və Ermənistanın buna hələ də ümid etdiyini bildirdi.
Bütün deyilənlərə rəğmən vurğulayaq ki, Ermənistan sentyabra qədər Qarabağdan SQ-ni tam çıxarsa belə, Qarabağ xuntasını maliyyələşdirməyə davam edir. A.Qriqoryana görə Qarabağ ermənilərinin təhlükəsizliyi yerli əhalidən toplanan qüvvələr və Rusiya sülhməramlıları tərəfindən təmin olunacaq. Qarabağ xuntasının Ermənistan tərəfindən maliyyələşməsi şəraitində isə bu, Ermənistanın sentyabrdan sonra da dolayısı yolla Qarabağda müqavilə əsaslı qüvvələr saxlayacağını nəzərdə tutur.
Ermənistan SQ Qarabağdan çıxarılması iki mexanizmlə təsdiq edilə bilər:
• Laçın dəhlizi üzərində və havadan həyata keçirilən nəzarət ilə (şəxsi heyət, ağır texnika, artilleriya qurğuları və s.),
• Ermənistan büdcəsindən Qarabağ ermənilərinə ayrılan maliyyələşmənin azalması ilə.

👍21
Ermənistanın təhlükəsizlik sistemində islahatlar - nə və niyə dəyişir?!
Ermənistanda təhlükəsizlik sistemində islahatlar nəhayət ki, elan edildi. 2002-ci ildə, Robert Köçəryanın dövründə, Daxili İşlər Nazirliyi ləğv edilmiş, əvəzində isə birbaşa prezidentə tabe polis xidməti yaradılmışdı. Serj Sarqsyanın dönəmində bu xidmət ölkənin idarəetmə sistemi dəyişdiyinə görə baş nazirə tabe edildi. Faktiki olaraq 20 ildir ki, Ermənistanda polis siyasi hakimiyyətin əlində ən təsirli vasitələrdən biridir. Buna nümunə kimi Ermənistanda 2008-ci ildə baş verən və 2020-ci ildən bu yana olan mitinqlərdə polisin oynadığı rolu göstərə bilərik.
Hakimiyyətə gəlməmişdən öncə Nikol Paşinyan və onun komandası polisin bir xidmət kimi Baş Nazirə tabe olmasını pisləsə də, artıq 4 il idi ki, siyasi hakimiyyətə tabe olan polis sistemində islahatları yubadırdı. Nəhayət 2022-ci ilin iyulunda Ermənistanın Ədliyyə Nazirliyi tərəfindən hazırlanan və özündə təhlükəsizlik sistemində dəyişikliyi ehtiva edən sənənd Parlamentə ilkin müzakirə üçün göndərildi. Sənəddə qeyd olunan əsas dəyişikliklər bunlardan ibarətdir:
- Daxili İşlər Nazirliyi yaradılır
- Polis, FHN, Miqrasiya yeni yaradılacaq Daxili İşlər Nazirliyinə tabe edilir
- Xarici Kəşfiyyat Xidməti yaradılır
- Milli Qvardiya yaradılır
Paşinyanın bu islahatları 4 il yubatmasının və məhz indi bu islahata getməsinin bir neçə səbəbi vardır:
İslahatları yubatmasının əsas səbəbi o idi ki, birbaşa Baş Nazirə tabe olan polis Nikol Paşinyana 2020-ci ildən bu yana Ermənistanda baş verən ixtişaşların, stabilliyi pozmağa cəhd edənlərin qarşısını almağa imkan verdi. Onu da qeyd etmək lazımdır ki, hazırda bu xidmətə rəhbərlik edən şəxs Nikol Paşinyanın sinif yoldaşı olub. Son mitinqlərdən sonra müxalifətin əhalini küçəyə çıxara bilmək iqtidarında olmadığını anlayan Paşinyan öz hakimiyyətindən arxayınlaşıb və indi islahatlar üçün özünü hazır hiss edir.
İkinci, qeyd etmək lazımdır ki, təhlükəsizlik sistemində olan bu islahat Qərbin tələbidir. Qərbdəki institutların bir çoxu öz hesabatlarında demokratiyanın əsas elementlərindən olan şəffaflığın və hesabatlılığın təmin edilməsi üçün Ermənistanda polisin Baş Nazirə tabe bir xidmət kimi yox, Parlamentə tabe edilməsini tövsiyə edir. Təsadüfi deyildir ki, bu islahatlara pul ayıranlar arasında ABŞ-ın Ermənistandakı səfirliyi və Avropa İttifaqı vardır. Hazırda öz hakimiyyətinə heç bir təhlükə görməyən Paşinyan bu islahatlara getməklə həm də özünün islahatçı imicini yaratmağa çalışır.
Üçüncü, Nikol Paşinyan ölkədəki ən strateji qurumlardan biri olan Milli Təhlükəsizlik Xidmətini (MTX) zəiflətməyə çalışır. 4 il ərzində bu quruma 4 rəhbər təyin edilib, lakin xüsusi xidmət tam ram edilməyib. Bu illər ərzində bunu bacarmayan Paşinyan indi bu qurumla bağlı fərqli strategiyadan istifadə edir. Təklif olunan yeni sənəddə Xarici Kəşfiyyat Xidmətinin yaradılması, Dövlət Mühafizə Xidməti və polisin əsasında Milli Qvardiyanın qurulması nəzərdə tutulur. Həm xarici kəşfiyyat, həm də Dövlət Mühafizə Xidməti hazırda MTX-nın tərkibindədir.
Paşinyan özü dəfələrlə bu barədə danışaraq Polis və MTX-nı Nazirliyə çevirmək niyyətini gizlətmədiyini bəyan edib. Bu qurumların nazirliyə çevrilməsi onları parlament qarşısında hesabatlı edəcək və hazırda parlamentdə çoxluğu əlində saxlayan Paşinyan özünə tabe edə bilmədiyi qurumlara Parlament vasitəsilə nəzarət etmək imkanı əldə edəcəkdir.

👍18
“Yaxın Şərq NATO”-su qurula biləcəkmi?!
İyulun 14-də ABŞ Prezidenti Co Bayden ilk Yaxın Şərq turu çərçivəsində İsraildə və Səudiyyə Ərəbistanında səfərdə oldu. Maraqlısı odur ki, Baydenin səfərə getdiyi hər iki ölkə regionun digər aparıcı ölkəsi olan İranın əsas geosiyasi rəqibləridir. Prezident Baydenin regiona səfəri həm Səudiyyə-İsrail diplomatik normallaşma prosesi, həm də İsrail və körfəz ölkələrinin (İraq, Misir, İordaniya daxil olmaqla) ortaq hava hücumundan müdafiə alyansı yaratmaq haqqında danışıqlar fonunda baş verdi. Yaxın Şərq Hava Müdafiə Alyansının (MEAD) əsas məqsədi region ölkələrini İranın ballistik raket hücumlarından və regionda fəaliyyət göstərən radikal Şiə milislərinin mümkün hücumlarından müdafiə etməkdir.
İranın hökümət-yönümlü mətbuat orqanlarının bu təşəbbüsü “yararsız” olaraq təsvir etsələr də İsrail bu sistemin artıq işlək olduğunu və İraq ərazisindən atılan bir neçə raketi zərərsizləşdirdiyini qeyd edib. Alyansın əsas məqsədlərini nəzərə alsaq o zaman bu ittifaqı “Yaxın Şərq NATO”su olaraq da adlandırmaq mümkündür.
Qeyd etmək lazımdir ki, Rusiya–Ukrayna müharibəsi fonunda regional hərbi-siyasi alyansların rolu artmaqdadır. Qərb bloku özünün qeyri-NATO üzvü olan ərəb müttəfiq ölkələrini qorumaq üçün onları hərbi-texniki cəhətdən güclü olan İsrail ilə müttəfiqliyə sövq edir. Digər tərəfdən Rusiya–Çin–İran ittifaqı da güclənir. Hər üç ölkə artıq Qərblə konfrontasiyanın gücləndiyi ərəfədə uzunmüddətli hərbi-iqtisadi əməkdaşlıq üçün bir sıra müqavilələr imzalamaqla bərabər Fars körfəzində ortaq hərbi təlimlər təşkil ediblər.
“Yaxın Şərq NATO”-sunun yaradılmasında isə ABŞ-ın məqsədi tədricən Yaxın Şərq bölgəsindən çəkilmək və əsas diqqət və resurslarını İran, Rusiya və Çinə yönəltməkdən ibarətdir. Yeni hərbi alyans ilə ABŞ körfəzdəki müttəfiqlərinin müdafiə bacarıqlarını artırmaq məqsədi (və ya “təhlükəsizlik yükünün bir hissəsini çiyinlərindən atmaq”) güdsə də alyansın ilk mərhələdə qarşıya qoyduğu bütün məqsədlərə çatacağına inam olduqca zəifdir və bunun bir sıra səbəbləri var.
Bayden administrasiyası İsrail və ABŞ-da yəhudi lobbisinin İranın nüvə proqramı ilə əlaqədar daha sərt tədbirlər atması və İsrailin təhlükəsizliyi üçün əlavə təminatlar verməsi üçün təzyiqləri altındadır. Bu təzyiqlər xüsusilə qarşıdan gələn Konqres seçkiləri ərəfəsində xüsusi əhəmiyyətə malikdir. Baydenin səfərini, “Yaxın Şərq NATO”su və İrana qarşı digər potensial regional ittifaqlar təşəbbüslərinə dəstək bu tələblərin müəyyən dərəcədə qarşılanması kimi də qiymətləndirmək olar.
ABŞ-ın körfəzdəki müttəfiqləri Vaşinqtonun onlara milli təhlükəsizlikləri ilə bağlı “möhkəm qarantiyalar” vermədiyini düşünürlər və İranla nüvə danışıqlarının davam etdirilməsi Vaşinqtonla müttəfiqlər arasındakı münasibətləri daha da gərginləşdirir. Bu səbəbdən körfəz ölkələri Vaşinqtonun etirazlarına baxmayaraq ayrılıqda Rusiya, Çin və İranla diplomatik təmasları qorumağa davam edirlər. Bu səbəbdən yaxın dövrdə “Yaxın Şərq NATO”sunun ABŞ-Körfəz ölkələri ilə və İranla münasibətlərinə bilavasitə təsir edəcək.
Yaxın Şərqdə cərəyan edən bu hadisələrin əsas hədəfində İran olsa da, geosiyasi proseslər Cənubi Qafqaz regionundan da yan keçməyəcək. 2020-ci ildə II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda Rusiyanın zəifləməsi ilə bərabər Türkiyənin rolunun artmasını və ABŞ/Aİ fəallaşmasını İran regionda güc balansının onun əleyhinə olan dəyişməsi kimi qəbul edir. Bu Tehranı Cənubi Qafqazda daha fəal və aqressiv siyasi kurs tətbiq etməsinə sövq edir.
Digər tərəfdən “Yaxın Şərq NATO”-su nə qədər möhkəmlənərsə, bir o qədər İran öz diqqət və resurslarını bu alyansın neytrallaşmasına sərf etməyə məcbur ola bilər. İrana qarşı bu blokun təzyiqinin artması ehtimalı həm də Tehranda Cənubi Qafqaz ölkələri ilə bağlı müəyyən şübhələr yaradır. Bu kontekstdə İranın əsas hədəfi körfəz ölkələrinin üzv olduğu hərbi alyansın qarşısını almaqla yanaşı Cənubi Qafqazın da bu potensial ittifaqa qoşulmasına imkan verməməkdir.

👍15
Türk Dövlətlər Təşkilatı (TDT) – dövrün tələbinə çevrilən təşəbbüs
Beynəlxalq geosiyasətin yeni trendi nisbətən kiçik dövlətləri bir-biri ilə əməkdaşlıq quraraq müstəqil fəaliyyətini tələb edir. Belə uğurlu birliklərdən biri özünü Türk Dövlətləri Təşkilatında (TDT) təcəssüm etdirir. 2009-cu ildə bu birliyin cəmi dörd üzvü olsa da, 2021-ci ildə iştirakçıların sayı yeddiyə (5 üzv + 2 müşahidəçi ölkə) çatıb.
TDT-nın digər strukturlardan əsas fərqi – geosiyasi mərkəz hesab edilən xarici sponsorun olmamasıdır. Ölkələr arasında inteqrasiya Qərb, Rusiya və Çinin təsiri və ya dəstəyindən deyil, üzv ölkələrin milli maraqlarının üst-üstə düşməsindən qaynaqlanır. Digər tərəfdən TDT digər təşkilatlardan fərqli olaraq iştirakçı ölkələrin müstəqillik və suverenliyinə heç bir təhdid formalaşdırmır. Türkiyə NATO, Qazaxıstan və Qırğızıstan isə KTMT üzvləri olsalar da, bu onlara təşkilat çərçivəsində uğurla əməkdaşlıq etməyə mane olmur.
2021-ci ilin noyabrın 12-də TDT-nin VIII Zirvə görüşündə R.T.Ərdoğan üzv ölkələr arasında ticarət dövriyyəsinin cəmi 21 mlrd.$ olmasını bildirib, bu göstəricinin artırılma zərurliyini vurğuladı. Zirvə görüşündən sonra təşkilat üzvləri ikitərəfli, çoxtərəfli və həmçinin təşkilatdaxili inteqrasiyanın dərinləşmə və intensivləşməsində böyük nailiyyətlər əldə etmişlər. Son bir neçə ay ərzində ikitərəfli inteqrasiyaya 🇦🇿 və 🇰🇬 arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, 🇦🇿 və 🇺🇿 arasında Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi bəyannamə, 🇦🇿 və 🇹🇲 arasında Dostluq yatağının birgə mənimsənilməsi memoranduumu, o cümlədən 🇦🇿 və 🇹🇷 🇰🇿 ilə, Türkiyənin 🇺🇿 və 🇰🇬 ilə və axırıncıların bir-biri ilə imzaladıqları vacib ikitərəfli sazişlər nümunə ola bilər.
İkitərəfli tərəfdaşlıq çoxtərəfli əməkdaşlığa yol açır, hər ikisi isə isə öz növbəsində strateji layihələrin reallaşdırılmasına münasib zəmin formalaşdırır. Belə strateji istiqamətlərdən biri nəqliyyat-logistika layihələridir. 🇰🇬 səfərində dövlətimizin başçısı Azərbaycanda yüklərin bütün istiqamətlərə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturunun olduğunu bildirmiş və bütün bu imkanların “qırğız qardaşlarımızın sərəncamında” olduğunu qeyd etmişdir. 🇦🇿 və 🇰🇬 quru və ya dəniz vasitəsilə qonşu olmadığından anlaşılandır ki, tərəflər arasında istənilən nəqliyyat əməkdaşlığı digər təşkilat üzvlərinin iştirakını nəzərdə tutur. Çoxtərəfli əməkdaşlıq🇦🇿 prezidentinin 🇺🇿 dövlət səfəri zamanı da müzakirə edilmişdir. Vurğulayaq ki, buna qədər 🇺🇿 🇹🇲 ilə müvafiq danışıqlar aparıb, Türkmənbaşı dəniz limanına çıxış əldə etmişdir. Bu danışıqların davamı və özbək mallarının Avropaya çıxarılması məqsədilə Azərbaycanla multimodal daşımaların təşkili üzrə razılıq əldə edilmişdir. Əldə edilən razılaşmalara əsasən, 🇺🇿 öz mallarını 🇹🇲, ordan 🇦🇿 limanlarına və daha sonra BTQ dəmiryolu ilə Avropaya daşıyacaqdır.
Bu nəqliyyat xətti ilə yanaşı 🇰🇿, 🇦🇿, 🇬🇪 və 🇹🇷 ərazisindən keçən Transxəzər nəqliyyat dəhlizi üç türk dövlətini birləşdirmiş olur. Özbəkistan-Qırğızıstan-Çin və Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yollarının tikintisi isə gələcəkdə təşkilat üzvlərinin Asiya-Sakit okean regionu və Cənubi Asiya dövlətlərinin 3 mlrd. çox istehlakçısı olan bazarlarına çıxış əldə etməsinə imkan verə bilər.
Beləliklə, dövlətlər TDT kimi təşkilatlar sayəsində geosiyasi güc mərkəzlərinin iştirakı olmadan öz hədəflərini reallaşdırmaq imkanı əldə etmiş olurlar.
TDT-nın həyat məkanı və imkanları nə qədər geniş olsa da, onun nüvəsini məhz 🇦🇿 təşkil edir. Buna əmin olmaq üçün xəritəyə baxmaq kifayətdir. 🇦🇿 coğrafi mövqeyi, proseslərin lokomotiv və katalizatoru olması, həmçinin 🇹🇷 və Mərkəzi Asiyanı yaxşı anlaması onu türk dövlətləri arasında körpü və bağlayıcı roluna çevirir.
Beləliklə, ümumi dil, din, tarix və mədəniyyət faktorlarına əlavə olaraq cari layihələr, türk dövlətləri arasında iqtisadi və siyasi qarşılıqlı asılılığı dərinləşdirib, gələcəkdə, ölkələr arasında təhlükəsizlik tərəfdaşlığının yaradılmasını məntiqəuyğun edir.

👍19
Rusiya-Ukrayna müharibəsinin Cənubi Qafqaz üçün iqtisadi nəticələri
Rusiya-Ukrayna müharibəsinin başlaması dünya iqtisadiyyatında yeni problemlərin yaranmasına səbəb oldu. Müahribə nəticəsində yaranan enerji daşıyıcılarının qiymətinin artması, qlobal inflyasiyanın sürətlənməsi, ərzaq çatışmazlığı kimi problemlər dünyanın bütün ölkələrinə təsir etməkdədir. Eyni zamanda, Rusiyaya qarşı tətbiq qedilən sərt sanksiyalar və Ukraynanın istehsal imkanlarının azalması onlarla sıx iqtisadi əlaqələrə malik olan ölkələrə də təsir edir.
Bu baxımdan Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatları da müharibədən təsirlənməkdədir.
Cənubi Qafqaz ölkələri Rusiya ilə sıx ticarət əlaqələrinə malikdir. 2021-ci ildə Rusiya Ermənistanın ticarət dövriyyəsinin 31%-nə sahib olmuş və dövriyyənin səviyyəsi 21% artmışdır. Son illərdə Rusiyanın Gürcüstan iqtisadiyyatında da payı artmaqdadır. 2021-ci ildə Gürcüstanın Ümumi Daxili Məhsulunun 6.7%-i Rusiya ilə iqtisadi əlaqələr hesabına formalaşmış və ixracın 14.4%-i Rusiyanın payına düşmüşdür. Eyni zamanda, son illər Gürcüstanın ən çox təşviq etdiyi məhsul olan şərabın 55%-i Rusiyaya, 17%-i Ukraynaya ixrac edilmişdir. Azərbaycana gəldikdə isə 2021-ci ildə idxalın 17.7%-i (əsasən ərzaq məhsulları), ixracın isə 4.1%-i (əsasən kənd təsərrüfatı məhsulları) Rusiyanın payına düşmüş və ticarət dövriyyəsi 12% artaraq 3 milyard dollara çatmışdır.
Rusiya həm də Cənubi Qafqaz ölkələrinə xaricdən köçürülən vəsaitlərdə böyük paya sahibdir. 2021-ci ildə Ermənistana köçürülən xarici köçürmələrin 41%-i, Gürcüstana köçürülən xarici vəsaitlərin 17.5%-i, Azərbaycana köçürülən xarici köçürmələrin isə 60%-i Rusiyanın payına düşmüşdür.
Bundan başqa, Rusiya Cənubi Qafqaz ölkələrinin əsas buğda təminatçısıdır. 2021-ci ildə Rusiya Azərbaycanın buğda idxalının 86%-nə, Gürcüstanın buğda idxalının 94%-nə, Ermənistanın buğda idxalının isə 99%-nə sahib olmuşdur. Müharibə başlaqdıqdan sonra Rusiya buğda ixracının məhdudlaşdırılması ilə bağlı qərar vermişdir (hələlik Avrasiya İqtisadi Birliyi ölkələrinə). Ona görə də Cənubi Qafqaz ölkələri buğda idxalı üçün alternativ mənbələr axtarsa da bu mənbələrdən idxal daha baha başa gəlir və bu da inflyasiyanı sürətləndirəcəkdir.
Rusiya eyni zamanda Ermənistanın əsas enerji təminatçısıdır. Ermənistanın qaz tələbatının 85%-ni Rusiya təmin edir. Qaz və neft Rusiyadan idxalın 31%-ni təşkil edir. Gürcüstan enerji məhsullarının idxalına görə Rusiyadan çox asılı olmasa da son illər Rusiyanın payı artır (2.8%-dən 2021-də 23%-ə). Rusiya həm də Gürcüstana ən çox elektrik enerjisi ixrac edən ölkədir. Azərbaycan isə Gürcüstanın əsas enerji təminatçısıdır. Gürcüstan neft və qazın 76%-ni, elektrik enerjisinin isə 40%-ni Azərbaycandan idxal edir.
Bütün bunlar onu göstərir ki, müharibənin yaratdığı iqtisadi problemlər və Rusiyaya qarşı sanksiyalar Cənubi Qafqaz ölkələrinə də təsir edir. Ermənistan Rusiyadan daha çox asılı olduğu üçün daha çox təsirlənməkdədir. Mart ayında Ermənistanın Mərkəzi Bankı 2022-ci ilin sonuna artım proqnozunu 5.3%-dən 1.6%-ə qədər azaltsa da iyunda yenidən 4.9%-ə qədər qaldırmışdır. Rusiyadan pul köçürmələrinin isə il ərzində 40% azalacağı gözlənilir. Gürcüstan isə müharibəyə görə buğda çatışmazlığı, azalan şərab ixracı və baha enerji idxalı kimi problemlərlə qarşılaşmaqdadır.
Eyni zamanda Ermənistan və Gürcüstanda son aylarda dolların ucuzlaşması ixrac imkanlarını və gəlirlərini azaltmaqdadır. Müharibəyə görə rus şirkətlərinin bu ölkələrə köçməsi isə onların iqtisadi inkişafına müsbət təsir edir. Azərbaycan üçün isə müharibə Rusiya ilə ticarət əlaqələrinin zəifləməsi, xüsusilə də kənd təsərrüfatı məhsullarının ixracının azalması, pul köçürmələrinin azalması və buğda idxalı ilə bağlı problemlər yaradır. Buna baxmayaraq, müharibə neft və qazın qiymətinin də əsaslı şəkildə artmasına səbəb olur ki, bu da Azərbaycanın gəlirlərini kəskin artırır. Ona görə də, Cənubi Qafqaz ölkələri arasında Azərbaycan iqtisadiyyatı müharibənin iqtisadi nəticələrinə qarşı ən dözümlü iqtisadiyyat olacaqdır.

👍13
Azərbaycan – Mərkəzi Asiya (MA) münasibətləri – dövrün tələbinə cavab verən əməkdaşlıq
Son bir il ərzində Azərbaycan 🇰🇬, 🇺🇿, 🇰🇿 və 🇹🇲 strateji əhəmiyyətli sazişlər imzalamışdır. Bu günlərdə Qazaxıstan prezidentinin Azərbaycana planlaşdırılan səfərini də, Azərbaycan-MA qarşılıqlı münasibətləri çərçivəsində nəzərdən keçirtmək məqsədəuyğundur. Səfər çərçivəsində ölkələr arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında yeni saziş və 2026-cı ilə qədər əməkdaşlığın inkişafına dair hərtərəfli proqramın imzalanması planlaşdırılır. Qeyd edək ki, indiyə qədər ölkələr arasında 120-dən çox sənəd imzalanmışdır.
Çoxtərəfli formatda Azərbaycan MA ilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq edir. Lakin Tacikistan türkdilli dövlət olmadığından TDT Mərkəzi Asiya regionunu tam əhatə etmir. Digər tərəfdən TDT nə qədər perspektivli olsa da, MA ölkələri hal-hazırda “C5” formatına üstünlük verirlər. Azərbaycanın 2021-ci ildə 🇹🇲 105 mln.$, 🇺🇿 112 mln.$, 🇰🇬 9 mln.$, 🇹🇯 isə 7,5 mln.$ ticarət dövrüyyəsi qeydə alınıb. Türkiyənin region ölkələri ilə iqtisadi əlaqələri daha güclüdür. İqtisadi inteqrasiyadan savayı region ölkələri mövcud çağırışlara da vahid subyekt kimi cavab verməyə çalışırlar. Ölkələr arasında regiondaxili problemlərin BMT kimi beynəlxalq institutların cəlb edilməsi ilə həll edilməsinə dair ümumi razılıq var.
“C5” formatından savayı regionun ABŞ, Rusiya, ÇXR, Hindistan, Yaponiya, Cənubi Koreya ilə əməkdaşlığı nəzərdə tutan “C5+1” formatı da var. Bu format ölkələrin subyektivliyini artırdığına görə region ölkələri arasında xarici siyasət vektorunun əsasən bu format çərçivəsində inkişaf etidirilməsinə dair ümumi razılıq mövcuddur. Bununla belə MA ölkələri böyük güclərin rəqabət meydançası olmaq istəmədiyindən hər bir böyük ölkə ilə ayrı-ayrılıqda və qarşılıqlı fayda prinsipləri əsasında əməkdaşlıq qurmağa çalışırlar. Bununla belə böyük dövlətlərin hər birinin regiona baxışı digərlərindən fərqlənir.
🇺🇸 -ın regional maraqları demokratik prinsiplər çərçivəsində ölkələrin müstəqilliyinin irəli çəkilməsini, regional münaqişələrin həll edilməsini və regionun təbii resurslarının bazar iqtisadiyyatı prinsipləri üzərində mənimsənilməsini əhatə edir. 🇷🇺 “C5+1” formatını altılıq formatı çərçivəsində nəzərdən keçirərək, bu formatın mərkəzi və lokomotivi olmasına çalışır. 🇨🇳 ABŞ və Rusiyadan fərqli olaraq regionu olduğu kimi qəbul etsə də, onun inkişafını “bir xətt bir yol” layihəsinin tərkib hissəsi qismində nəzərdən keçirir.
Ölkəmizin MA ilə cari münasibətləri “+2” (🇦🇿 və 🇹🇷) formatında təsvir edilə bilər. Bu format çərçivəsində iyunun 27-də Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşü keçirilmişdir. Görüşün yekununda 🇦🇿, 🇹🇷, 🇰🇿 xarici işlər və nəqliyyat nazirləri birgə Bakı Bəyannaməsini imzalamışlar. Bəyannamə Zəngəzur dəhlizini Orta Dəhlizin perspektiv hissəsi kimi dəyərləndirib, dəmir yolu və avtomobil dəhlizlərinin yaradılması da daxil olmaqla regionda əlaqəni gücləndirəcək yeni təklif edilmiş dəhlizlərin tam istismarının zəruriliyini bəyan edir. Digər nümunə Daşkənddə 🇹🇷-🇺🇿-🇦🇿 xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirləri arasında baş tutmuş görüşdür. Görüşdə Xəzərdən keçən Şərq-Qərb dəhlizi başda olmaqla, üç ölkənin ortaq gündəmində olan məsələlərin koordinasiya və əməkdaşlığının artırılması və ümumi layihələrin həyata keçirilməsi üçün investisiya fondunun yaradılması müzakirə edilmişdir. Qeyd edək ki, Azərbaycan, Türkiyə və Türkmənistan da xarici işlər nazirləri səviyyəsində üçtərəfli formatda əməkdaşlıq edirlər.
Beləliklə, MA regionunda böyük güclərin toqquşan maraq və yanaşmalarından fərqli olaraq Azərbaycan və Türkiyənin MA regionuna strateji baxışları üst-üstə düşüb, qarşılıqlı faydalılıq prinsipləri əsasında əməkdaşlıq və tərəfdaşlıq imkanlarının artırılmasını özündə ehtiva edir. Cari geosiyasi vəziyyəti nəzərə alsaq Azərbaycan yaxın və orta perspektivdə MA üçün Qərbə yeganə çıxış yoludur. Bununla bərabər Cənubi Qafqaz MA regionu üçün daxili balansın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

👍11
Presscluv tv-də Qarabağda son hadisələri, Ermənistan-Azərbaycan münasibətlərinin silahlı münaqişəyə keçmə ehtimalını və Taivan ətrafında prosesləri müzakirə etdik
https://youtu.be/Y94xLBHqq4w
https://youtu.be/Y94xLBHqq4w
YouTube
Qarabağda üçüncü maharibə gözləntisi - Fərhad Məmmədovla müzakirə
#bəyən #paylaş #abunəol
ABUNƏ OLUN ►https://bit.ly/3rGosrr
Gördüyünüz nöqsanlara biganə qalmayın! Çəkdiyiniz foto və videoları, üzləşdiyiniz problemləri bizimlə bölüşün. Bölüşün ki,” Sizin Səsiniz” olaq!
Qaynar xətt: 055 455 45 58
Videolarımızı bəyənib…

👍10
Azərbaycanın seçimi qalmır – Ermənistanın sülhə məcbur edilməsi prosesi davam edir
Artıq bir neçə gündür ki, Qarabağda müxtəlif istiqamətlərdə fərqli intensivliklə hərbi əməliyytlar həyata keçirilir. Döyüşlər Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşdırılmasını şərtləndirən bir çox məsələlər üzrə razılığa gəlməməsinin nəticəsidir.
İl yarımdan çoxdur ki, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, sərhədlərin delimitasiya və demarkasiyası, silahlı birləşmələrin qalıqlarının Qarabağdan çıxarılması və sülh müqaviləsi üzrə Ermənistan tərəfindən bir dənə də olsun müsbət qərar yoxdur.
Ermənistan, Paşinyanın bəyan etdiyi “sülh dövrünə” çatmaq üçün heçnə etmədi: heç bir istiqamət üzrə bir dənə də olsun addım atılmadı.
Rusiya, Aİ, ABŞ timsalında beynəlxalq vasitəçilərin cəhdləri də nəticə vermir. Vasitəçilərin maraqları və tərəflərə balanslı yanaşması ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyinə səbəb olmuşdur. Müharibədən somra da həmin səhv yanaşma davam etdirildi.
Öz növbəsində Ermənistan vasitəçilərdən güzəştlərə getmək və Bakının ədalətli tələb və təkliflərini qəbul etmək haqqında heç bir siqnal almadı. Əksinə, Ermənistana heç bir şərt qoymadan Rusiya onun ordusunu silahlandırmaq, Aİ 1,6 mlrd. avro yardım ayırmaq, ABŞ isə islahatların həyata keçirilməsinə maliyyə dəstəyi göstərmək kimi vədlər verir. Belə vasitəçilik prosesin Ermənistan tərəfindən uzadılmasına şərait yaradır.
Beləliklə, Ermənistan Təhlükəsizlik Şurası katibinin bəyanatlarından aydın oldu ki, vacib məsələlər üzrə Ermənistan rəhbərliyi lazımi qərarlar qəbul etməyəcək. Yeni Laçın dəhlizinin Ermənistan ilə razılaşdırılmaması haqqında bugünkü bəyanat, təxribat xarakter daşıyıb, Ermənistanın barışmaz mövqeyini nümayiş etdirir. Ermənistan öz ərazisində avtomobil yolunun cəmi 6-8 km-ni tikməli idi. Yolun qalan hissəsi isə Ermənistana heç bir aidiyyatı olmayan Azərbaycan ərazisi boyunca artıq tikilmişdir.
İl yarımdan çox müddətdir ki, Ermənistandan konstruktivlik yalnız güc tədbiq etmə və qarşılıqlı tələblər irəli sürülməklə əldə edilir. Azərbaycanın ədalətli tələbləri qarşısında konstruktivlik nümayiş etdirməyən Ermənistan rəhbərliyi güc tədbiqi üçün şərait yaratdı.
Güc tədbiq etmənin bu dəfəki hədəfi - Qarabağın demilitarizasiyası, yəni üçtərəfli bəyanatın dördüncü bəndinin təmin edilməsidir. Azərbaycanın fəaliyyəti bu səbəbdən tam legitimdir ki, biz Ermənistanı öz ərazimizdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edirik. Üçtərəfli bəyanat Ermənistanın kapitulyasiya aktı olduğundan Azərbaycan bu bəyanatdan imtina etmək fikrində deyil. Əksinə, rəsmi Bakı Ermənistanı ardıcıl olaraq Üçtərəfli bəyanatın Zəngəzur dəhlizi, sərhədlərin müəyyən edilməsi və sülh müqaviləsinin imzalanması ilə bağlı bəndlərini icra etməyə məcbur etməyə davam edəcəkdir.
Bütün əsas vasitəçilər (Rusiya, Aİ, ABŞ) danışıqlar prosesindən məlumatlıdırlar. Son günlərin dinamikası (ABŞ Dövlət katibinin, Rusiya prezidenti və xarici işlər nazirinin zəngləri) vasitəçilərin mövcud vəziyyət haqqında məumatlı olmasından xəbər verir. Ermənistandan hal-hazırda qəti qərar qəbuletmə tələb olunur. Əks halda vəziyyət dəyişəcək və Azərbaycanın mövqeyi daha da sərtləşəcək.

👍26
Dünən İctimai TV-nin efirində gedən Diqqət Mərkəzi verilişində “Azərbaycanın xüsusi əməliyyatı davam edəcək, yoxsa ermənilər ağıllanacaq?” mövzusu ətrafında müzakirələr aparılmışdır. Müzakirələrdə millət vəkilləri, Hikmət Babaoğlu və Rasim Musabəyov, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov və mərkəzin direktor müavini Fuad Çıraqov iştirak etmişdir.
https://www.youtube.com/watch?v=6elxct-6zeA&t=1015s
https://www.youtube.com/watch?v=6elxct-6zeA&t=1015s
YouTube
Azərbaycanın xüsusi əməliyyatı davam edəcək, yoxsa ermənilər ağıllanacaq?
https://www.facebook.com/ictimai.tv/
https://www.instagram.com/ictimaitv.official/
https://itv.az/
#İTVXəbər
#ictimaitv #video #televiziya #baku #videolar #itv

👍8👎3
Gürcüstanda siyasi vəziyyətin regiona təsirləri
2018-ci ilin may ayından başlayaraq Gürcüstan daxili siyasəti müstəqillikdən sonrakı dövrdən ilk dəfə bu qədər uzun müddətli siyasi böhran və təlatümlü dövrünü yaşamaqdadır. 2018-ci ildən artıq Gürcüstanda dörd baş nazir dəyişib. Müxalifət və iqtidar bu dövr ərzində mütəmadi olaraq müxtəlif məsələlər ətrafında dəfələrlə toqquşdular. Bu qarşıdurmalarda bir sıra hallarda iqtidar və müxalifətin hansısa məsələlərdə razılığa gəlməsi üçün xarici ölkələrin səfirlikləri vasitəçilik elədilər. Hakimiyyət daxilində qrupların mübarizəsi siyasi böhranı daha da mürəkkəbləşdirərək, vəziyyətin hər an nəzarətdən çıxa biləcəyi təəssüratını yaratmaqdadır.
Eyni zamanda Obama dövründə Saakaşvilinin hakimiyyətdən getməsindən sonra Gürcüstanda ABŞ və Rusiya arasında mövqelərin qeyri-rəsmi bölüşdürülməsi üzrə tapılmış ortaq məxrəc və konsensus pozulmuşdur. Hər iki tərəf Gürcüstan üzərində tam və şəriksiz nəzarəti ələ keçirməyi qarşılarına məqsəd qoyub. Belə ki, Ukrayna müharibəsinin başlaması ilə Qərb üçün Cənubi Qafqazın Xəzər hövzəsinin enerji resurslarına çıxış yolu kimi strateji dəyəri artıb.
Son bir neçə ildə getdikcə gərginləşən Gürcü Arzusu hakimiyyəti ilə Qərbin münasibətləri Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra növbəti mərhələyə daxil oldu. Bəzi şərhçilər bu mərhələni siyasi proseslərin gələcəyini müəyyən edəcək kulminasiya dövrü də adlandırırlar. İyunun 17-də Avropa İttifaqının Ukrayna və Moldovadan fərqli olaraq Gürcüstana üzvlük namizədliyinin verməməsi və əvəzində 12 bənddən ibarət şərt irəli sürdü.
Bu bəndlərin içərisində Gürcüstanın demokratikləşməsi, korrupsiyaya qarşı effektiv mübarizə, siyasi qütbləşmənin aradan qaldırılması kimi mücərrəd tələblərlə yanaşı hakim Gürcü Arzusu partiyasını çox pis vəziyyətə qoyan bir bənd də vardı. Bu da “şəxsi maraqların iqtisadi, siyasi və sosial həyata hədsiz təsirini aradan qaldıraraq “deoliqarxizasiya” kursunu həyata keçirmək”lə bağlı tələb idi. Bu tələbdə B.İvanişvilinin adı konkret çəkilməsə də hər kəsə aydındır ki, bu tələbdə məhz o, nəzərdə tutulur. Beləliklə, Qərb Gürcü Arzusu hakimiyyəti ilə gələcək münasibətlərində bu tələblə manevr imlkanlarını tam məhdudlaşdırdı.
Hazırki Gürcü Arzusu hakimiyyəti Ukrayna müharibəsi başlayandan sonra Rusiya ilə münasibətlərdə maksimum dərəcədə ehtiyatlı olmağa və Moskvanı qıcıqlandırmamağa çalışır. Maraqlıdır ki, Baş nazir İ. Qaribaşvili və hakim partiyanın üzvləri son aylarda müxalifəti və dolayısı yolla Qərbi “Gürcüstanı Rusiya ilə müharibəyə sürükləməkdə” ittiham edirlər. Ümumiyyətlə, Gürcü Arzusu hakimiyyətinin Rusiya ilə son illər münasibətlərinin xarakterini təhlil edərkən şərhçilər iki fərqli qənaətə gəlirlər. Birincisi, Gürcü Arzusu hakimiyyətinin Rusiya ilə əlaqələrinin əsas məqsədi Moskvanın qəzəbinə gəlməməkdir. İkincisi, bu əlaqələrlə Gürcü Arzusu hakimiyyəti Gürcüstanı tədricən Rusiyanın təsir dairəsinə qaytarmağa çalışır.
Gürcüstanın daxili və xarici siyasətindəki bu mürəkkəb dövr və regionda cərayan edən təhlükəli proseslər həm qonşu ölkənin daxili ictimai siyasi vəziyyəti üçün təhdidlər yaradır, həm də onun Rusiya və Qərb arasında açıq mübarizə meydanına çevrilməsi ehtimalını artırır.
Belə bir vəziyyət isə Azərbaycanın Gürcüstandan keçən qlobal əhəmiyyətli enerji və nəqliyyat infrastruktur layihələrinin təhlükəsizliyi üçün təhdidlər yaradır. Yaranmış vəziyyətdə Gürcüstan üçün heç bir təhdid yaratmayan, onu geosiyasi qütblərin mübarizə meydanı çevrilməsindən kənarda tuta və təhlükəsizlik təminatı verə biləcək yeganə xarici siyasət formatı Azərbaycan-Gürcüstan-Türkiyə formatında münasibətlərin dərinləşdirilməsidir. Çünki, Azərbaycan və Gürcüstan arasındakı qarşılıqlı asılılığın xarakteri Gürcüstanda hakimiyyətdə hansı siyasi qüvvənin olmasından asılı olmayaraq Azərbaycanla əlaqələrin hər iki tərəfin marağında olması obyektiv gerçəkliyini diqtə edir. İstər Qərbdə, istərsə də ki, digər geosiyasi qütblərdə Gürcüstanın strateji dəyəri Azərbaycanla münasibətlər və bağlılıq kontekstində nəzərdən keçirilir.

👍19👎1
İranın Azərbaycana ideoloji həmlələri
I hissə
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi ilk çağlardan etibarən müxtəlif istiqamətlərdən ideoloji hücumlara məruz qalıb. İranın bu istiqamətdə fəaliyyəti iki ölkə arasında siyasi münasibətlərin durumundan və iqtisadi əlaqələrin səviyyəsindən asılı olmayaraq, bir gün də dayanmayıb, gizli və açıq formalarda durmadan həyata keçirilib. Məqsəd isə İranın dünyada ikinci şiə dövləti kimi gördüyü Azərbaycan Respublikasında vilayəti-fəqih ideologiyasına əsaslanan sistemin qurulması, başqa sözlə, qonşu ölkəyə islam inqilabının ixracına nail olmaqdır və Konstitusiya quruluşunu dəyişməkdir.
İranın bir neçə mərhələdən ibarət düşünülmüş proqram həyata keçirdiyini izləmək mümkündür:
1) islamın İran modelinə əsaslanan dünyagörüşünün və həyat tərzinin təbliği;
2) İranın cari və strateji hədəflərini reallaşdıracaq kadrların yetişdirilməsi;
3) İran yönümlü sosial bazanın ictimai-siyasi təşkilatlarının (AİP, ARM, MBH) və hərbi-siyasi qanadının (“Hüseyniyun”) yaradılması.
Hazırkı dönəmdə İranın “yumşaq güc” elementi sayıla biləcək həmin həmlələrin bir neçə təzahürü haqqında danışacağıq.
1. “Salam, fərmandeh” marşı
Cari ilin mart ayında meydana çıxan və kütləvi ifa üçün nəzərdə tutulan “Salam, fərmandeh” (“Salam, komandan”) mahnısı İran hakimiyyətinin güclü dəstəyi sayəsində tez bir zamanda ölkə hüdudlarını aşaraq qonşu ölkələrə ayaq açıb. Bu prosesi “asanlaşdırmaq” üçün dərhal marşın müxtəlif dillərə tərcüməsi də hazırlanıb və müvafiq kliplər çəkilib. Mətnin tərcüməsi sərbəst şəkildə, hədəf auditoriya nəzərə alınmaqla həyata keçirilib. Məsələn, farsca orijinaldakı İranın ali rəhbəri Seyid Əli Xameneiyə işarə edən “Seyid Əli doxsanıncı illər nəslinə çağırış edib” misrası “Seyid Əli ağamın ləşkəri, görürsən, hazırdır” kimi verilib, bununla da marşı ifa edən hər kəs bir növ özünün həmin ləşkərin, yəni qoşunun sırasında olduğunu bəyan edir.
Müxtəlif dillərdə video versiyaların qısa müddətdə meydana çıxması və geniş coğrafiyaya yayılması mahnının guya yaradıcı heyətin məhdud imkanları çərçivəsində hazırlandığı barədə iddiaların əsassız olduğunu göstərir. İranın ali rəhbərinin, bir sıra yüksək rütbəli hərbçilərin və rəsmi medianın “Salam, fərmandeh” marşını təqdir və təbliğ etməsi də onun İslam Respublikasının siyasi maraqlarına və regional ambisiyalarına cavab verdiyini təsdiqləyir.
Görünən odur ki, İran hakimiyyəti əsrlərdən bəri müsəlmanlar arasında mövcud olan Mehdi inancından konkret siyasi-ideoloji hədəflər üçün istifadə edir, onu özünün təbliğat müharibəsi vasitəsinə, yumşaq güc alətinə çevirməklə, bir tərəfdən ölkədə “inqilab ideallarından uzaqlaşmanın” qarşısını almağa, digər tərəfdən də xaricdə, xüsusən qonşu ölkələrdə öz təsirini yaymağa çalışır. İmam Mehdiyə, yaxud İmam Zamana ünvanlandığı bildirilən mahnının məzmununda hazırkı İran hakimiyyəti ilə əlaqəli tematika o qədər güclüdür ki, haqlı olaraq, sual yaranır: “Salam, fərmandeh” İmama həsr olunub, yoxsa İrana?! Təsadüfi deyil ki, mahnının mətnində Seyid Əli Xamenei, Qasım Süleymani, Ayətullah Behcət barədə danışıldığı halda, İslam Respublikasının banisi Ayətullah Xomeyninin adının çəkilməməsi onun varislərinin etirazına səbəb olub. İran hakimiyyətinə bağlı “Pars Today” saytı isə sözügedən mahnını “yeni nəslin İslam Respublikasını dəstəkləyən xoru” adlandırıb.
Həqiqətən də, “Salam, fərmandeh”in ötürdüyü mesajlar İran hakimiyyətinin və onun dəstəklədiyi “Müqavimət Cəbhəsi”nin müdafiəsinə, İmam Mehdinin zühuru məsələsində İranın və onun rəhbərinin xüsusi missiyasının vurğulanmasına xidmət edir, müsəlmanları, o cümlədən Azərbaycan möminlərini Xameneinin ətrafında birləşməyə və səfərbər olmağa çağırır. Odur ki, “Salam, fərmandeh”i adi dini mahnı və ya sadəcə İmam Zamana həsr olunmuş sürud kimi təqdim etmək cəhdləri qətiyyən reallığı əks etdirmir və əsla məqbul sayıla bilməz. Əslində İranın ideoloji təxribatı olan və gənc nəslə zərərli fikirlər aşılayan bu mahnının ifasının, məsələn, Bəhreyndə olduğu kimi, rəsmən qadağan edilməsi məsələsi də nəzərdən keçirilə bilər.

👍56👎21
Amerikanın Cənubi Qafqaz strategiyası
I Hissə
Cənubi Qafqaz (CQ) ölkələrinin xarici siyasətləri bir-birindən hissolunan dərəcədə fərqlənir. Bu fakt ABŞ-ın regiona münasibətdə vahid strategiya formalaşdırmasına mane olur. Regiona balanslı yanaşma cəhdləri isə strategiyaya əlavə çaşqınlıq və səhv hesablamalar gətirir.
ABŞ-ın CQ ilə bağlı siyasətinə 3 əsas faktor təsir göstərir: praqmatik maraqlar, ideoloji dəyərlər və lobbiçilik. Bu üç faktorun keyfiyyətcə bir-birindən fərqlənməsi xarici siyasət strategiyasını situativ edir.
Azərbaycana praqmatik yanaşmanın əsasında ölkəmizin transatlantik məkanın enerji təhlükəsizliyində rolu, geostrateji yerləşməsi, İsraillə münasibətləri, Azərbaycanın vacib diplomatik meydança olması və Mərkəzi Asiyanın açarı olması dayanır.
Rusiya ilə qlobal geosiyasi rəqabət neft-qaz qiymətlərini spekulyativ sürətdə artırır. Qiymət artımı Avropanın Rusiya qazından asılılığı isə siyasi mövqelərin zəifləməsinə səbəb olur. Belə şəraitdə C.Baydenin dediyi kimi “Azərbaycan regional və qlobal bazarların sabitləşdirilməsində həlledici rol” oynayır. Enerjinin silaha çevrildiyi dövrdə İsrail-Rusiya arasında mürəkkəb münasibətlər Tel-Əvivin və onunla birlikdə ABŞ-ın Yaxın Şərqdə mövqelərini zəiflədə bilər. Azərbaycanın isə son illər ixrac qüdrətini artıraraq İsrailə daha çox neft daşıması ABŞ-ın Yaxın Şərqdəki mövqelərinə müsbət töhfə verir.
Asiyanı Avropa ilə bağlayan ticarət yolları Azərbaycan, İran və ya Rusiya ərazilərindən keçməlidir. Amma ABŞ-ın İranı terroçu dövlət elan etməsi, Rusiya ilə isə münasibətləri minimuma endirməsi, son iki ölkənin ərazisini tranzit üçün mümkünsüz etmir. Nəticə etibarı ilə Şərq-Qərb istiqaməti üzrə yeganə təhlükəsiz marşrut Azərbaycan üzərindən keçir. Azərbaycan Qərb və Mərkəzi Asiya arasında təhlükəsiz qapıdır. Azərbaycanın trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malik olmasını ABŞ prezidenti 1 iyun tarixli məktubunda da xüsusi vurğulamışdır.
Son illər Azərbaycan vacib diplomatik haba çevrilib. Xatırladaq ki, Ukrayna prezidenti V. Zelenski də Rusiya ilə danışıqlar üçün məqbul şəhərlər içərisində Bakının adını çəkmişdir.
Gürcüstana praqmatik yanaşmanın əsasında Tiflisin etibarlı tərəfdaş olması və geostrateji məkanda yerləşməsi çıxış edir. 2008-ci ildə Rusiya ilə müharibə vəziyyətinə rəğmən, Gürcüstan İraqda ABŞ-dan sonra ən böyük hərbi kontingentə malik idi. Qara dəniz ölkəsi kimi Gürcüstan öz logistik imkanlarını Əfqanıstan kampaniyası zamanı NATO qüvvələrinə təklif etmişdir və 2000-dən artıq hərbçisini Helmand və Qəndəhar kimi ölümcül yerlərə xidmətə göndərmişdir. Həmçinin unutmayaq ki, CQ-dan Qərbə gedən bütün enerji və nəqliyyat xəttləri Gürcüstan ərazisindən keçir.
Ermənistana praqmatik yanaşmanın əsasında ölkənin coğrafi yerləşməsi dayanır. ABŞ-ın İraqdan sonra ikinci ən böyük səfirliyinin Ermənistanda yerləşməsi, Rusiya və İranda böyük erməni icmasının fəaliyyət göstərməsi Ermənistanı Moskva və Tehrana qarşı kəşfiyyat məlumatları toplamaq üçün münasib məkana çevirir. Digər tərəfdən Ermənistanın Türkiyə və Azərbaycan arasında yerləşməsi Avrasiya məkanında Xəzərdən Aralıq dənizinə uzanan yeni geosiyasi faktorun yaranmasına mane olur.
ABŞ Dövlət Departamentinin Azərbaycan ilə bağlı 2022-ci il strategiyasında bildirilir ki, Azərbaycan Türkiyə, Rusiya və İranın regional təsirlərini genişləndirmək səylərini balanslaşdırmalıdır. Son dövrdə ABŞ-ın xarici siyasətində praqmatik yanaşma üstünlük təşkil etsə də, CQ-a münasibətdə o hələ də qənaətbəxş deyil. ABŞ Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığına lazımı dərəcədə dəyər vermir, Dövlət Departamentinin adı çəkilən sənədində “Dağlıq Qarabağ münaqişəsinin” hələ də həllini tapmaması qeyd edilir, geosiyasi rəqibləri olan Çin və İranın Mərkəzi Asiyada mövqelərini zəiflədə bilən Türk Dövlətləri Təşkilatına qarşı ABŞ biganədir, Azərbaycana qarşı qəbul edilən 907-ci düzəliş isə hələ də ləğv edilməyib.
Praqmatik yanaşmanın tam qələbəsinə xarici siyasəti müəyyən edən digər iki faktor (ideologiya və lobbiçilik) mane olur. Onlar haqqında gələn hissələrdə...

👍47
ABŞ-ın Cənubi Qafqaz strategiyası
II Hissə (I hissə burada)
ABŞ-ın regionla bağlı xarici siyasətinə lobbiçilik və ideologiya böyük təsir göstərir. Hazırda Konqresdə erməni koukusuna Aşağı Palatanın (AP) sədri N.Pelosi, Senatın xarici əlaqələr komitəsinin rəhbəri B.Menendez, AP kəşfiyyat komitəsinin rəhbəri A.Şif başda olmaqla 122 senator və konqresmen daxildir. Bu isə 535 üzvdən ibarət Konqresin təxminən ¼-nin ermənipərəst deputatlardan təşkil olması deməkdir. ABŞ konstitusiyasına görə AP sədri prezident və vitse-prezidentindən sonra ölkədə üçüncü şəxs hesab olunur, qanun aktları isə öncə Konqresin müvafiq komitələrində hazırlanır. İndiyə qədər erməni koukusu Azərbaycana qarşı 10-a yaxın əhəmiyyətli düzəliş qəbul etmişdir. Erməni diasporunun Konqresdəki mövqeləri Ağ Evi də öz xarici siyasətində Ermənistana münasibətdə diqqətli olmağa, Azərbaycana qarşı isə öz maraqlarına zidd olan yanaşmanı sərgiləməyə məcbur edir.
ABŞ Konstitusiyasına görə prezident seçkilərində qələbə seçicilər kollegiyasının əksər səslərini toplamış şəxsə çatır. Qələbə üçün 538 səsdən 270-i toplamaq tələb olunur. Kollegiyada səslər əhali sayına uyğun ştatlar arasında bölüşdürülür. Ən çox səs (55) Kaliforniya ştatındadır. ABŞ-da erməni əsilli vətəndaşların böyük hissəsi Kaliforniyada məskunlaşıb. Qanunvericiliyə görə ştatlarda səslərin əksəriyyətini toplamış namizəd, ştata ayrılan bütün səsləri qazanmış olur. 55 səs qələbə üçün tələb olunan 270 səs çoxluğunun təxminən ¼ hissəsini təşkil edir. Bu fakt namizədləri ermənilərin maraqlarını nəzərə almağa, seçki kampaniyası zamanı böyük vədlər verməyə məcbur edir. Eyni şəxs iki dəfə prezident seçilə bildiyinə görə bu faktor seçkilərdə qalib gəldikdən sonra da 4 ilini 8 ilə çevirmək istəyən prezidentlərə təsirini saxlamış olur.
Erməni lobbisinin tərkibində daşnakların mövqeləri çox güclüdür. Öz növbəsində daşnakların N.Paşinyan ilə ciddi ziddiyyətləri vardır. Lobbi Ermənistanın Türkiyə və Azərbaycanla sülh prosesinə mane olmağa çalışır. Yanvarın 16-da Ermənistana və separatçılara 1989-cu ildən indiyə qədər 917 mln.$ ianə etmiş “ErməniArsax Fondunun” prezidenti H.Sasunyan N. Paşinyanın xarici siyasətini tənqid edən məqalə dərc etdi. Müəllifə əsasən, Türkiyə Ermənistandan sülh müqaviləsi imzalamaqla Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsini, bununla da “Arsax və Naxçıvandan birdəfəlik imtina etməsini” və Zəngəzur dəhlizinə icazə verməsini tələb edir.
Diasporun Ermənistan iqtidarı ilə qarşıdurması birtərəfli deyil. II Qarabağ müharibəsi “məğlubedilməz erməni ordusu” mifi ilə yanaşı “hər şeyə qadir erməni diasporu” mifini də alt-üst etdi. N.Paşinyan separatçı rejimin beynəlxalq tanınması ilə bağlı çağırışlar etsə də, erməni diasporu heç bir ölkəni Qarabağın müstəqilliyini tanımağa məcbur edə bilmədi. D. Trampın hakimiyyət illərinə isə Azərbaycan ABŞ-dan 200 mln.$-a qədər silah-sursat əldə etdi. Bunlar diasporun Ermənistandakı nüfuzuna güclü zərbə endirdi.
ABŞ-ın CQ-da uğurlu xarici siyasətinə və regional sabitliyə erməni lobbisi daima mane olmağa çalışırlar. Bu Bakı-Tbilisi-Qars dəmiryolunun tikilməsinə mane olmaq, qondarma “soyqırımın” ABŞ təhsil sisteminə “ArmenianGenocide Education Act” sayəsində daxil olmasına, Azərbaycana hərbi yardımı, Türkiyəyə isə F-16 qırıcı təyyarələri satmağı qadağan edən 724 və 478-ci düzəlişlərin qəbuluna cəhdlərdə özünü biruzə verir.
Maraqlı müşahidə: Konqresin ermənipərəst üzvlərinin əksəriyyəti dünyada parlaq rusofob siyasətçilər kimi tanınırlar. Bu fakt, ABŞ və Rusiyadakı erməni diasporlarına bir-biri ilə uğurlu əməkdaşlıq etməsinə də mane olur. Lakin, Rusiyaya qarşı amansız olan ABŞ nədənsə Rusiyanın hərbi-siyasi müttəfiqi olan Ermənistana məhz erməni lobbisinin fəaliyyəti nəticəsində mülayim münasibət sərgiləyir.
Ümumən, erməni lobbisinin destruktiv fəaliyyəti Azərbaycanda ABŞ haqqında mənfi imicin formalaşmasına təsir göstərir. Lobbiçiliyin vaxtaşırı praqmatik siyasətə üstünlük gəlməsi ABŞ-ın qərəzsiz və etibarlı tərəfdaş olma imkanlarına şübhələr yaradıb, ABŞ-ın xarici siyasətini natamam sistem kimi qavranılmasına səbəb olur.
@cssc_cqtm
II Hissə (I hissə burada)
ABŞ-ın regionla bağlı xarici siyasətinə lobbiçilik və ideologiya böyük təsir göstərir. Hazırda Konqresdə erməni koukusuna Aşağı Palatanın (AP) sədri N.Pelosi, Senatın xarici əlaqələr komitəsinin rəhbəri B.Menendez, AP kəşfiyyat komitəsinin rəhbəri A.Şif başda olmaqla 122 senator və konqresmen daxildir. Bu isə 535 üzvdən ibarət Konqresin təxminən ¼-nin ermənipərəst deputatlardan təşkil olması deməkdir. ABŞ konstitusiyasına görə AP sədri prezident və vitse-prezidentindən sonra ölkədə üçüncü şəxs hesab olunur, qanun aktları isə öncə Konqresin müvafiq komitələrində hazırlanır. İndiyə qədər erməni koukusu Azərbaycana qarşı 10-a yaxın əhəmiyyətli düzəliş qəbul etmişdir. Erməni diasporunun Konqresdəki mövqeləri Ağ Evi də öz xarici siyasətində Ermənistana münasibətdə diqqətli olmağa, Azərbaycana qarşı isə öz maraqlarına zidd olan yanaşmanı sərgiləməyə məcbur edir.
ABŞ Konstitusiyasına görə prezident seçkilərində qələbə seçicilər kollegiyasının əksər səslərini toplamış şəxsə çatır. Qələbə üçün 538 səsdən 270-i toplamaq tələb olunur. Kollegiyada səslər əhali sayına uyğun ştatlar arasında bölüşdürülür. Ən çox səs (55) Kaliforniya ştatındadır. ABŞ-da erməni əsilli vətəndaşların böyük hissəsi Kaliforniyada məskunlaşıb. Qanunvericiliyə görə ştatlarda səslərin əksəriyyətini toplamış namizəd, ştata ayrılan bütün səsləri qazanmış olur. 55 səs qələbə üçün tələb olunan 270 səs çoxluğunun təxminən ¼ hissəsini təşkil edir. Bu fakt namizədləri ermənilərin maraqlarını nəzərə almağa, seçki kampaniyası zamanı böyük vədlər verməyə məcbur edir. Eyni şəxs iki dəfə prezident seçilə bildiyinə görə bu faktor seçkilərdə qalib gəldikdən sonra da 4 ilini 8 ilə çevirmək istəyən prezidentlərə təsirini saxlamış olur.
Erməni lobbisinin tərkibində daşnakların mövqeləri çox güclüdür. Öz növbəsində daşnakların N.Paşinyan ilə ciddi ziddiyyətləri vardır. Lobbi Ermənistanın Türkiyə və Azərbaycanla sülh prosesinə mane olmağa çalışır. Yanvarın 16-da Ermənistana və separatçılara 1989-cu ildən indiyə qədər 917 mln.$ ianə etmiş “Erməni
Diasporun Ermənistan iqtidarı ilə qarşıdurması birtərəfli deyil. II Qarabağ müharibəsi “məğlubedilməz erməni ordusu” mifi ilə yanaşı “hər şeyə qadir erməni diasporu” mifini də alt-üst etdi. N.Paşinyan separatçı rejimin beynəlxalq tanınması ilə bağlı çağırışlar etsə də, erməni diasporu heç bir ölkəni Qarabağın müstəqilliyini tanımağa məcbur edə bilmədi. D. Trampın hakimiyyət illərinə isə Azərbaycan ABŞ-dan 200 mln.$-a qədər silah-sursat əldə etdi. Bunlar diasporun Ermənistandakı nüfuzuna güclü zərbə endirdi.
ABŞ-ın CQ-da uğurlu xarici siyasətinə və regional sabitliyə erməni lobbisi daima mane olmağa çalışırlar. Bu Bakı-Tbilisi-Qars dəmiryolunun tikilməsinə mane olmaq, qondarma “soyqırımın” ABŞ təhsil sisteminə “Armenian
Maraqlı müşahidə: Konqresin ermənipərəst üzvlərinin əksəriyyəti dünyada parlaq rusofob siyasətçilər kimi tanınırlar. Bu fakt, ABŞ və Rusiyadakı erməni diasporlarına bir-biri ilə uğurlu əməkdaşlıq etməsinə də mane olur. Lakin, Rusiyaya qarşı amansız olan ABŞ nədənsə Rusiyanın hərbi-siyasi müttəfiqi olan Ermənistana məhz erməni lobbisinin fəaliyyəti nəticəsində mülayim münasibət sərgiləyir.
Ümumən, erməni lobbisinin destruktiv fəaliyyəti Azərbaycanda ABŞ haqqında mənfi imicin formalaşmasına təsir göstərir. Lobbiçiliyin vaxtaşırı praqmatik siyasətə üstünlük gəlməsi ABŞ-ın qərəzsiz və etibarlı tərəfdaş olma imkanlarına şübhələr yaradıb, ABŞ-ın xarici siyasətini natamam sistem kimi qavranılmasına səbəb olur.
@cssc_cqtm
Telegram
CSSC Baku
Amerikanın Cənubi Qafqaz strategiyası
I Hissə
Cənubi Qafqaz (CQ) ölkələrinin xarici siyasətləri bir-birindən hissolunan dərəcədə fərqlənir. Bu fakt ABŞ-ın regiona münasibətdə vahid strategiya formalaşdırmasına mane olur. Regiona balanslı yanaşma cəhdləri…

👍30
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktor müavini Fuad Çıraqov ötən həftə Qarabağda yaranmış gərginliklə bağlı 3+1 verlişində keçirilən müzakirələrdə iştirak etmişdir.
https://www.youtube.com/watch?v=W3OIYVUnpdc
https://www.youtube.com/watch?v=W3OIYVUnpdc
YouTube
Paşinyanı güzəşt mövqeyindən çəkilməyə nə vadar etdi?
#rlc #3üstəgəl1 #qarabağ #usa #çin
Sərhəddə nə baş verir?
Hərbi əməliyyatlar uzunmüddətli ola bilərmi? Paşinyana üçüncü qüvvə təsir edirmi? Ermənistan rəhbərliyi niyə yenidən Azərbaycanın qarşısında şərt qoymağa başladı? Qondarma Qarabağda səfərbərlik elan…
Sərhəddə nə baş verir?
Hərbi əməliyyatlar uzunmüddətli ola bilərmi? Paşinyana üçüncü qüvvə təsir edirmi? Ermənistan rəhbərliyi niyə yenidən Azərbaycanın qarşısında şərt qoymağa başladı? Qondarma Qarabağda səfərbərlik elan…
👍10
İranın Azərbaycana ideoloji həmlələri
II hissə (I hisə burada)
2. Kərimə dövləti “nəzəriyyəsi”
İranın bu ölkədə məskunlaşmış əlaltıları vasitəsilə Azərbaycana qarşı gerçəkləşdirdiyi ideoloji həmlələrin bir elementi də kərimə dövləti “nəzəriyyəsi”dir. Son aylarda onlar sözügedən ideyanı geniş təbliğ edirlər, bu məqsədlə sosial şəbəkələrdə eyni adda səhifə və kanallar yaratmışlar.
Uzun-uzadı çıxışlar vasitəsilə kərimə dövləti onlar tərəfindən Azərbaycandakı ictimai-siyasi quruluşa alternativ kimi təqdim olunur və onun qurulması ilə guya xalqın ləyaqətli və xoşbəxt həyata qovuşacağı iddia edilir. Lakin kərimə dövləti anlayışının azacıq araşdırılması onu göstərir ki, bu adamlar sadəcə insanları aldatmaqla, yumşaq desək, şarlatanlıq və dələduzluqla məşğuldurlar.
Kərimə dövləti nədir?
Kərimə dövləti ifadəsi İmam Mehdinin dörd xüsusi naibindən biri olmuş Məhəmməd ibn Osman əl-Əmri tərəfindən nəql edildiyi bildirilən və Ramazan ayında oxunması məsləhət görülən “İftitah duası”nda işlənmişdir. Həmin duada Allahın “islam və müsəlmanları izzətli, nifaq və münafiqləri isə zəlil edəcəyi” kərimə dövləti şövqlə arzulanır, həmin dövlətdə insanlara “dünya və axirət kəramətinin nəsib olacağı” vurğulanır. Dini ədəbiyyatda bu dövlətin “böyük qeybətdən” sonra zühur edəcək İmam Mehdi tərəfindən qurulacağı bildirilir.
Mehdəviyyət mövzusunun İranda aparıcı tədqiqatçılarından biri olan Məhəmməd Süruş Məhəllati bununla bağlı yazır: “İftitah duası qəlbləri kərimə dövlətinə doğru pərvazlandırır, bizim amal və düşüncəmizi ona doğru yönəldir, amma o dövlət üçün hansı addımı atmağımız barədə bir söz demir və bizə hansısa vəzifə müəyyən etmir”.
Bununla belə, müxtəlif Quran ayələri, hədis və rəvayətlər əsasında İmam Mehdinin axır zamanda quracağı kərimə dövlətinin bəzi cəhətləri dini ədəbiyyatda göstərilir. Həmin təsəvvürlərə görə:
1) kərimə dövləti ilahi hakimiyyətin qurulduğu və ilahi ədalətin bərqərar olduğu ideal dövlətdir, yəni hansısa konkret insanın (və ya qrupun) dövlət və ədalət anlayışına söykənmir;
2) kərimə dövləti dünya dövlətidir, bütün bəşəriyyət üçündür. Ayətullah Möhsün Ərakinin nəzarəti ilə hazırlanmış “İmamət ensiklopediyası”nda da İmam Mehdinin hakimiyyətinin dünya hökuməti olacağı vurğulanmışdır, bu da islamın bütün dünyada hakim olacağı inamına əsaslanır;
3) hakimiyyətin “ilahi legitimliyi” dövlətə rəhbərlik edəcək şəxsin “məsum” olmasını tələb edir və bu üzdən də onun qurulması İmam Mehdiyə “həvalə olunub”.
Niyə İranı kərimə dövləti adlandırmırlar?!
Bu qısa məlumatdan sonra sual doğur: İranda bəlli qüvvələrin dəstəklədiyi Tohid İbrahimbəyli, Orxan Məmmədov və digərləri məgər özlərini İmam Mehdi sayırlar ki, Azərbaycanda belə bir dövlətin qurulmasına “çalışırlar”?
Bir də ki, onlar niyə yaşadıqları İranda və ya döyüşdükləri Suriyada belə bir dövlətin qurulmasına çalışmırlar? Yoxsa qulluq etdikləri İranı elə kərimə dövləti sayırlar?
Axı heç İran rəhbərinin özü də bu fikirdə deyil! Ayətullah Əli Xamenei İran hökumətləri qarşısındakı çıxışlarında cəmi iki dəfə (1993 və 2001-ci illərdə) kərimə dövlətindən, özü də ülgü, model, nümunə kimi danışıb, son 20 ildə isə ondan, ümumiyyətlə, söz açmayıb. Digər İran ruhanilərinin çıxış və yazılarında da kərimə dövləti arzulanan, can atılan, intizarı çəkilən cəmiyyət kimi təqdim olunur. Bir müddət öncə “Təsnim” agentliyinin dərc etdiyi yazıda isə ondan “ideal (oxu: utopik) dövlət” kimi danışılır.
Belə isə nə üçün İran özündə qura bilmədiyi və qurmasının da mümkün olmadığı bir “dövləti” öz əlaltıları vasitəsilə Azərbaycanda “bərqərar etmək” istəyir?
Məqsəd aydındır: bu cür gəlişigözəl “ideyalar” və cəlbedici “nəzəriyyələr” ilə əsl niyyəti pərdələyib Azərbaycanın dünyəvi dövlət modelini və Konstitusiya quruluşunu hədəfə almaq və İransayağı islam inqilabının gerçəkləşməsinə çalışmaq. Təsadüfi deyil ki, kərimə dövlətindən danışanların təbliğat kanallarından biri də “Azərbaycan İslam İnqilabına doğru” adlanır. Necə deyərlər, cidanı çuvalda gizlətmək mümkün deyil.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi ilk çağlardan etibarən müxtəlif istiqamətlərdən ideoloji hücumlara məruz qalıb. İranın bu istiqamətdə fəaliyyəti iki ölkə arasında siyasi münasibətlərin durumundan…

👍29
ABŞ-ın Cənubi Qafqaz strategiyası
III Hissə
(I hissə, II hissə)
ABŞ-ın CQ siyasətinə təsir göstərən üçüncü amil ideologiyadır. XX əsrin 90-cı illərində birqütblü dünyanın formalaşması ilə ABŞ-da liberal dəyərlərin mütləq üstünlüyü haqqında gözlənti formalaşdı. Liberal-demokratiya və kapitalizm bütün problemlərdən universal “həb” kimi dünya ölkələrinə təqdim olundu. Lakin ABŞ-ın dünyaya “demokratiya ixracı” istər Amerika cəmiyyəti, istərsə də xarici ölkələr tərəfindən birmənalı qəbul olunmadı.
Xarici siyasətə idealist yanaşma bir çox nəzəri boşluqlara və praktiki səhvlərə gətirdi. Nəzəri cəhətdən demokratiya geniş məfhum olub, liberalizmlə məhdudlaşdırılmamalıdır. Sadə dillə desək, demokratiyanı elan etmirlər, ona uzun və keşməkeşli yol ilə çatırlar. ABŞ demokratiyanı 250 ildir ki, qurmaqda davam edir, amma hələ də paytaxt sakinləri Konqresdə səlahiyyətli nümayəndərlə təmsil olunmayıblar. Quam, Vircin adaları, Marşal adaları və Samoa ABŞ vətəndaşlarının yaşadığı ərazilər olsa da, sakinlər nə prezident, nə də Konqres seçkilərində iştirak etmirlər.
Əgər əvvəllər dövlətlərdən hakimiyyət bölgüsü, şəffaf seçki, mətbuat və sərbəst toplaşmaq hüquqlarının təmin edilməsi tələb olunurdusa, hazırda diqqət mərkəzində LQBT üzvlərinin hüquqlarının təmin edilməsi durur. Yeni kriteriyalar dünya ölkələrinin mədəni müxtəlifliyinə məhəl qoymur.
ABŞ demokratiya və insan haqqları qorumaq bəhanəsi altında digər ölkələrin daxili işlərinə qarışmaqla Rusiya və İranın etnik və dini azlıqların hüquqlarını qoruma bəhanəsi ilə digər ölkələrin daxili işlərinə qarışması ilə bağlı pis davranış nümunəsi göstərmiş olur.
Demokratlar partiyası timsalında liberal intervensionistlər region ölkələrinə qarşı ayırıcı, qərəzli və ədalətsiz yanaşma nümayiş etdirirlər. Nəticə etibarı ilə ABŞ-ın təhlükəsizlik və milli maraqlarına böyük töhfə verən Azərbaycan və Gürcüstan layiqli qiymət almadığı halda, ABŞ-ın xarici siyasətinə az töhfə verən və Rusiyanın satelliti olan Ermənistan ön plana çıxır. 2021-ci ildə keçirilən Demokratiya sammitinə regionun lideri Azərbaycan və NATO üzvü Türkiyə çağırılmadığı halda daxili və xarici siyasətdə Rusiyadan asılı Ermənistan dəvət almışdı. İdeologiyanın praqmatikaya vaxtaşırı üstün gəlməsi region ölkələri ilə ABŞ arasında əməkdaşlıq gündəliyini məhdudlaşdırır və etimad mühitini zəiflədir.
Son illərdə erməni lobbi təşkilatları fəaliyyətlərində ideoloji amili Azərbaycana qarşı silah kimi geniş istifadə və istismar edir. Ermənilər Qarabağda cinayətlərini “ermənilərin hüquqları və təhlükəsizliyi” kimi liberal dəyərlərlə və ermənilərin Azərbaycanın hakimiyyəti altında yaşamalarının onların təhlükəsizliyinə təhdid olduğu ideyasını təbliğ edirlər. Təsadüfi deyil ki, 44 günlük müharibə zamanı N.Paşinyan müharibəni avtoritarizmin demokratiyaya hücumu kimi qələmə verməyə çalışırdı. Erməni lobbisi on illər boyu liberal dəyərlərin təməlində duran “tarixən əzilmiş azlıq” (historically oppressed minority) və “məzlumluq” (victimization) konsepsiyalarını məharətlə istismar edərək erməni məsələsini “qlobal liberal gündəliyin” bir hissəsinə çevirə bilib, işğalçılıq siyasətə bəraət qazandırmağa çalışırdı.
Beləliklə, biz ABŞ-ın CQ siyasətinə təsir edən 3 amili və onun praqmatik siyasətinə mənfi təsir edən məqamları nəzərdən keçirtdik. Xüsusilə, lobbi təşkilatlarının fəaliyyəti və ideoloji amilin Azərbaycana qarşı silah kimi istifadə etdiyini, ilk növbədə ABŞ-ın regiondakı maraqlarına zərbə vurduğunu göstərdik. Həmin lobbi Ermənistanda 20 il ərzində hakimiyyəti qəsb etmiş müharibə canilərinin elə erməni xalqına qarşı etdiyi cinayətlərə müvafiq münasibətinin qarşısını aldı. Hazırda Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda lobbi qrupları Ermənistanın Rusiya ilə müttəfiq olması faktını “malalamağa” və təkcə ABŞ-ın müvafiq qınağından qorumağa deyil, “xüsusi qayğısını” təmin etməyə nail olur.
ABŞ 30 il ərzində CQ-da əldə etdiyi strateji nailiyyətlər Azərbaycan və Gürcüstanla bağlı olduğu halda, ən böyük töhfəsi isə Ermənistana olub. Belə anormal vəziyyət ABŞ-ın CQ-da mövqelərinin zəifləməsini şərtləndirir.

👍24
Avqustun 13-də Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin Direktor müavini Fuad Çıraqov Aztv-nin Hədəf proqramına Azərbaycanın həyata keçirdiyi “Qisas” əməliyyatı ilə bağlı müsahibə vermişdir.
https://www.youtube.com/watch?v=0tabLA8yHrI
https://www.youtube.com/watch?v=0tabLA8yHrI
YouTube
HƏDƏF: 13.08.2022 I "Qisas" əməliyyatı cəza tədbiri idi
Copyright © AZTV
YouTube kanalına abunə olun: https://bit.ly/2ZKtzKO
Facebook - https://bit.ly/38x28YP
İnstagram - https://bit.ly/2Z3BBPX
Twitter - https://bit.ly/2VPe976
Youtube - https://bit.ly/31Qb1eY
Telegram: https://bit.ly/3heof98
Rəsmi sayt:
…

👍3
ABŞ Çini niyə münaqişəyə təhrik edir?
Hazırda ABŞ və Rusiya qlobal qarşıdurmada böyük itkilərlə qarşılaşırlar. Bu iki qlobal qüvvənin zəifləməsi fonunda Çinin mövqeləri güclənməkdədir. Çin Rusiya-Ukrayna, Rusiya-Qərb ayırıcı xəttləri üzrə seçim etmək zərurətindən azaddır. Pekin “Vahid Çin” siyasətindən çıxış edərək Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Krımın ilhaqını, DNR və LNR-in isə müstəqilliyini tanımır.
Müşahidələr müharibənin əsas benefisiarlarından birinin Çin olduğunu göstərir. Beynəlxalq Valyuta Fondunun iyul hesabatına görə 2022-ci ildə ABŞ 2,3%, Çin 3,3%, Hindistan 7,4% iqtisadi artım əldə etdiyi halda, Rusiya iqtisadiyyatı 6% kiçiləcəkdir. İyul ayını Çin 1987-ci ildən bəri rekord göstərici ilə, yəni $101 milyard ticarət profisiti ilə yekunlaşdırdı. Ölkələr arasında iqtisadi əlaqələrin zəiflədiyi dövrdə Çinin ixracı 18% artıb.
D. Trampın hakimiyyəti illərində ABŞ Çinin $250 milyard, Çin isə ABŞ-ın $110 milyard dəyərində mallarına gömrük tariflərini artırdı. Bayden administrasiyası tariflərin əksəriyyətini dəyişməz saxladı. Lakin, bu Çinin Rusiya ilə Qərb əleyhinə müttəfiq olacağı anlamına gəlmir. Bunu N.Pelosinin Tayvana səfəri aydın şəkildə göstərdi. ABŞ-la hərbi konfrontasiyadan yayınan, iqtisadi münasibətləri qorumağa çalışan Pekin, Moskvanın geosiyasi oyununda “müttəfiq” rolunda belə çıxış etməyəcəyini göstərdi.
Bundan başqa, Çinin inkişafının əsas komponentləri sayılan texnologiya və kapital Rusiyada yox, Qərbdədir. Bu səbəbdən Çin Rusiyaya qarşı olan sanksiyaları tənqid etsə də, onları pozmamağa və Rusiyaya birbaşa yardımdan qaçmağa çalışır. Qeyd edilməlidir ki, Rusiya 2022-ci ildə Çinin “kəmər və yol” layihəsi üzrə yeni sərmayələr almadı.
Çin ilə yaxşı münasibətlər isə Rusiya üçün könüllü seçim yox, geosiyasi zərurətdir. Rusiyanın uzaq regionları yaxşı inkişaf etmədiyindən Primorye, Xabarovsk və Zabaykal kimi ərazilər Çindən iqtisadi cəhətdən çox asılıdır. Digər tərəfdən Çin ilə potensial gərgin münasibətlər Uzaq Şərq regionlarına böyük vəsaitlərin cəlb edilməsini və əhəmiyyətli ordu birləşmələrinin saxlanılmasını tələb edərdi. Bu səbəbdən Rusiyaya Çin ilə yaxın münasibətlər saxlamaq çox vacibdir. Bunu Çində gözəl anlayır. Hazırda Rusiya Çinə enerji məhsullarını güzəştlə satır. Ucuz Rusiya nefti Səudiyyə Ərəbistanının idxaldakı payının 30% azalmasına səbəb olub. Müharibədən az sonra Avropada qaz qiymətləri 2000$ üstələdiyi vaxtda Çin Rusiyadan 10 dəfə daha ucuz (200$) qiymətə qaz alırdı.
Yaranmış vəziyyət Çinə dünyada nüfuzunu daha da artırmaq şansı verir. Keçən il G7 ölkələri 2022-ci ildə Çinin nüfuzunu qabaqlamaq üçün İEO ölkələrə $600 milyard sərmayə ayırmaq üçün razılaşmışdılar. Rusiya ilə qarşıdurma isə bunun gerçəkləşməsini qəlizləşdirir. Digər tərəfdən, Rusiyanın Qərblə münasibətləri kəsməsi və üzünü Şərqə çevirməsi gələcəkdə Pekinə ən müasir silahların və hətta onların sxemlərinin verilməsini aktuallaşdırır.
Bu faktorlar onu göstərir ki, zaman Çinin xeyrinə işləyir. Mərkəzi Kəşfiyyat İdarəsinin hesablamalarına görə əsrin sonuna Çin və Hindistan iki ən güclü dövləti olacaqdır. Onların qüdrəti indikindən 2 dəfə çox, ABŞ və Aİ-nın isə 2 dəfə az olacaqdır. Bayden artıq indidən Çini “rifahımıza, təhlükəsizliyimizə və demokratik dəyərlərimizə” meydan oxuyan “ən ciddi rəqib”, E.Blinken Çini ABŞ-ın “texnoloji üstünlüyünü pozan, müttəfiqlərimizi və beynəlxalq təşkilatlardakı təsirimizi təhdid edən” ölkə, müdafiə naziri L.Ostin isə Çini “gələcəkdə ən əhəmiyyətli təhlükə” adlandırır. Çinin növbəti hegemona çevrilməsini qabaqlamaq üçün 2021-ci ildə AUKUS (ABŞ, Britaniya, Avstraliya) yaradıldı. AUKUS-un yaradılması Rusiya tərəfindən ABŞ-ın əsas diqqətinin Asiya regionuna köklənməsi kimi qəbul edildi və Moskva Ukraynaya qarşı müharibəyə cəsarətləndi.
Uzunmüddətli perspektivdə Çinə məğlub olacağını anlayan ABŞ üstünlüyün onun tərəfində olduğu müddətdə Pekin ilə məqsədyönlü qarşıdurmaya gedir. Hədəf qarşıdurmanı nüvə müharibəsinə çevirmək deyil. Məqsəd çinlilər (Çin və Tayvan) arasında müharibə vəziyyəti yaradaraq onu kənardan üçüncü tərəf kimi idarə etməkdir.

👍25
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) baş elmi işçisi Orxan Bağırovun Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun (KIEP) EMERiCs layihəsi çərçivəsində yazdığı “Zəngəzur dəhlizinin Cənubi Qafqazda və onun qonşuluğunda iqtisadi əməkdaşlığın inkişafında rolu” adlı məqaləsi həm İngilis, həm də Koreya dillərində çap edilmişdir.
Məqalə üç əsas hissədən ibarətdir:
• Zəngəzur dəhlizinin Azərbaycan üçün əhəmiyyəti
• Zəngəzur Dəhlizi Ermənistanın iqtisadi blokadadan azad olunması üçün şans kimi
• Zəngəzur Dəhlizinin Türk Dövlətləri Təşkilatı üçün rolu
Məqaləni oxumaq üçün linkdən keçid edə bilərsiniz: https://www.emerics.org:446/issueDetail.es?brdctsNo=334329&mid=a10200000000&systemcode=04

👍9