Rusiya-Ermənistan gərginliyi və Azərbaycanın yeri
Son zamanlar dünya mediasında Ermənistanla Rusiya arasında gərginliyin artmasına dair spekulyasiyalar çoxalıb. Halbuki, reallıqda hər iki tərəfdən əsl gərginliyə səbəb ola biləcək ciddi əməli addımların olmadığı və İrəvan-Moskva “duel”inin əsasən ritorik xarakter daşıdığı aydın şəkildə görünür.
Etiraf etmək lazımdır ki, ixtisasca jurnalist olan Paşinyan uğurlu informasiya kampaniyası apararaq bir çoxlarını, xüsusən də Qərbdəki havadarlarını Ermənistanın Rusiyadan üz döndərmək planlarına inandıra bilib, bunun qarşılığında isə müəyyən yardımlar almağı və dəstək qazanmağı bacarıb.
İki ölkə arasındakı münasibətlərin hazırki vəziyyətini anlamaq üçün Rusiyanın Ermənistanda hansı sahələrdə təmsil olunduğuna nəzər salaq:
- Hərbi-siyasi kontekstdə: Gümrüdəki hərbi baza, Erebuni hərbi hava bazası, birgə Hava Hücumundan Müdafiə sistemi, Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərini qoruyan, həmçinin Azərbaycanla şərti sərhəddəki 5-6 məntəqədə, eləcə də Zvartnots hava limanında xidmət aparan Rusiya sərhədçiləri;
- İqtisadi kontekstdə: Ermənistanın atom energetikası, qaz və elektrik paylayıcı şəbəkələri, eləcə də dəmir yolları üzərində Rusiyanın inhisarı, ticarət dövriyyəsi (son 2 ildə 3 dəfəyə yaxın artaraq 7.3 mlrd. dollara çatıb), pul köçürmələri (son 2 ildə 4 dəfədən çox artaraq 4 mlrd. dollara yaxınlaşıb).
Həmçinin, Ermənistan Rusiyanın aparıcı rol oynadığı inteqrasiya layihələrində də yer almaqda davam edir:
- KTMT (hərbi-təhlükəsizlik ittifaqı);
- AİB (iqtisadi-gömrük ittifaqı);
- MDB (siyasi dialoq platforması).
Bununla yanaşı, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı yeganə strateji müttəfiqi olaraq qalır.
Bütün bu sadalananların fonunda indiyədək Paşinyan hökuməti Ermənistanda Rusiyanın təsirini azaltmaq üçün cəmi iki, özü də miqyası baxımından çox kiçik addımlar atıb:
- Ermənistan KTMT-dəki fəaliyyətini dondurub, lakin təşkilatdan çıxmayıb. Ölkə rəsmiləri təşkilatın tədbirlərində iştirak etmir, İrəvanın KTMT-dəki təmsilçisi təyin olunmur (amma təmsilçilik ləğv edilmir), təşkilat tərəfindən qəbul edilmiş sənədlər imzalanmır;
- Zvartnots hava limanındakı Rusiya sərhədçilərinin avqustun 1-dək Ermənistan sərhədçilərilə əvəz olunması və lazımi təhvil-təslim işlərinin aparılması üçün Moskvaya müraciət göndərilib.
Maraqlıdır ki, bu iki addımın heç biri Azərbaycanla bağlı deyil. Başqa sözlə, Ermənistan hakimiyyətinin cari “anti-Rusiya” addımları Azərbaycanla normallaşmaya xidmət etmir.
Bu kontekstdə Paşinyan hökumətinin iki mümkün qərarı rəsmi Bakı ilə münasibətlərin yaxşılaşdırılmasına xidmət edə bilər:
- 2021-ci ildə Azərbaycanla şərti sərhəddə peyda olan Rusiya sərhədçilərinin ərazidən uzaqlaşdırılması;
- İranla sərhəddə xidmət aparan Rusiya sərhədçilərinin çıxarılması.
Azərbaycan öz sərhədlərində heç bir kənar qüvvələrin, o cümlədən də Rusiya sərhədçilərinin olmasında maraqlı deyil. Buna baxmayaraq, atılan addımlar Azərbaycana qarşı olmadıqca, Bakı Moskva-İrəvan münasibətlərinə aid məsələlərə reaksiya verməyəcək.
@cssc_cqtm

👍23
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas Sual” verilişində Rusiyada keçirilən prezident seçkiləri və NATO-nun baş katibinin regiona ilk səfəri kimi mövzularla bağlı fikirlərini bölüşüb.
Daha ətraflı: https://www.youtube.com/watch?v=JEWIsR3ssZ4

YouTube
Putinin 5-ci seçkisi, NATO-nun baş katibinin regiona ilk səfəri...
#bəyən #paylaş #abunəol
ABUNƏ OLUN ►https://bit.ly/3rGosrr
Gördüyünüz nöqsanlara biganə qalmayın! Çəkdiyiniz foto və videoları, üzləşdiyiniz problemləri bizimlə bölüşün. Bölüşün ki,” Sizin Səsiniz” olaq!
Qaynar xətt: 055 455 45 58
Videolarımızı bəyənib…

👍6
Türkiyənin Cənubi Qafqazdakı perspektivləri
XX əsrin 90-cı illərinin əvvəllərindən etibarən Türkiyənin Cənubi Qafqazdakı yeri və rolu yüksəlməyə başladı. Bu yüksəliş təbii və məntiqli idi, çünki əvvəllər Türkiyə bu bölgədə ümumiyyətlə mövcud deyildi. Lakin bu yüksəliş nə vaxtsa dayanmalı idi və bu, 2017-ci ildə - Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsindən sonra baş verdi.
Rusiya və İranla müqayisədə, Türkiyə regionun hər üç ölkəsi ilə sərhədə malikdir. Lakin Naxçıvanın Azərbaycanın qalan hissəsi ilə birbaşa əlaqəsi yoxdur, Türkiyə-Ermənistan sərhədi isə bağlıdır.
Türkiyənin bölgədəki gücü və imkanları onun Azərbaycanla müttəfiqliyi və Gürcüstanla strateji tərəfdaşlığı sayəsində formalaşıb. Boru kəmərləri və dəmir yolları bölgəni həm Türkiyə ilə, həm də Türkiyə vasitəsilə Avropa və dünya bazarı ilə birləşdirən əsas layihələrə çevrilib.
Türkiyənin uğur düsturu ondan ibarətdir ki, Ankaranın regiondakı müttəfiqi olan Azərbaycan işin böyük hissəsini öz üzərinə götürüb və alyansın möhkəmlənməsi üçün şərait yaradıb. Rusiya-Ermənistan tandemindən (müdir-işçi) fərqli olaraq, Azərbaycan və Türkiyə bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlər qurub, eyni zamanda regionun ən mühüm ölkəsi olan Gürcüstanı bu formata cəlb edib.
2020-ci il müharibəsində müttəfiqinin qələbəsi Türkiyənin bölgədəki nüfuzunu daha da gücləndirdi və gələcəkdə təsirinin genişlənməsinə şərait yaradacaq.
Müharibə nəticəsində Ermənistan-Türkiyə əlaqələrinin normallaşması və kommunikasiyaların açılması (Zəngəzur dəhlizi) birincisi, Ermənistanda təmsil olunmaq, ikincisi isə Azərbaycanın əsas hissəsi ilə fasiləsiz əlaqə əldə etmək imkanı yaradacaq.
Ermənistanın Qərbə dönüşü və Türkiyənin rolu
Ermənistanın xarici siyasət prioritetlərini Rusiyadan Qərbə doğru dəyişməsi həm də Türkiyənin maraqlarına uyğundur, çünki fiziki və institusional baxımdan Türkiyə Ermənistan üçün elə Qərbdir. Əgər Ermənistan rəhbərliyi Rusiyadan uzaqlaşmaq üçün minimal addımlar atmağa başlayıbsa, o zaman Türkiyə ilə qapalı qalan sərhədə məhəl qoymamaq getdikcə çətinləşəcək. Ermənistanın Türkiyə ilə təmasda maraqlı olması, ABŞ və Aİ-nin simasında İrəvanın himayədarlarının Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini sürətləndirmək istəyi bundan irəli gəlir.
Amma Türkiyənin şərtləri var və bu şərtlər Azərbaycanla razılaşdırılır.
Bakı və Ankara Ermənistan-Rusiya ritorik gərginliyini səbirlə izləyir, İrəvandan konkret addımlar gözləyir. Avqustun 1-nə kimi Rusiya sərhədçilərinin paytaxt hava limanından çıxarılması artıq ilk praktiki addımların göstəricisidir. Növbəti addım Ermənistanın KTMT-dən çıxması olmalıdır.
Təsadüfi deyil ki, Qərbdə hamı sülh müqaviləsindən danışır və prosesi sürətləndirməyə çalışır.
Əgər Qərb tələsirsə və artıq hərəkətə keçibsə, o zaman Bakının mövqeyinə daha diqqətlə qulaq asmalı və Azərbaycanın şərtlərini həyata keçirməsi üçün Ermənistana kömək etməlidir. Azərbaycan qeyri-adi heç nə tələb etmir və bu şərtlər həm beynəlxalq hüquqa, həm də sadə məntiqə əsaslanır: Qanunvericilikdə dəyişikliklər, təzminat, şərti sərhəddəki ərazilərimiz.
Bizə mane olan bizə kömək edəcək
Bu prinsip indiki mərhələdə Türkiyə üçün çox aktualdır. Qərb onilliklər ərzində inteqrasiyanı məhdudlaşdırmaq üçün Türkiyə qarşısında “erməni məsələsi”ni qaldırıb. İndi “erməni məsələsi” maneədən kömək üçün vasitəyə çevrilə bilər. Belə ki, Türkiyə Aİ-yə üzvlük prosesində Ermənistan-Türkiyə münasibətlərinin normallaşması mövzusundan faydalana bilər. Nəzərə alaq ki, Türkiyənin ali rəhbərliyi Aİ üzvlüyünü strateji məqsəd adlandırır.
Əgər erməni məsələsi Qərb üçün bu qədər önəmlidirsə İsveçin NATO üzvlüyü müqabilində döyüş təyyarələri razılaşması son hədd olmamalıdır.
Bunun Bakı üçün hansı əhəmiyyəti var?! Ən azından, hipotetik olaraq, indiki Türkiyəsiz Aİ və gələcək Türkiyəli Aİ bizim üçün iki böyük fərqi olan qurumlardır.

👍24
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Ermənistan ABŞ və Avropa İttifaqı ilə hərbi pakt imzalamağa hazırlaşır" mövzusundakı müzakirələrdə iştirak edib.
Daha ətraflı: https://www.youtube.com/watch?v=5fNNd68DR6U
Daha ətraflı: https://www.youtube.com/watch?v=5fNNd68DR6U
YouTube
Ermənistan ABŞ və Avropa Birliyi ilə hərbi pakt imzalamağa hazırlaşır | Diqqət mərkəzi
Bizi İzləyin:
Whatsapp: https://whatsapp.com/channel/0029Va8QgvE5fM5Yy1EyAy0K
Facebook: https://www.facebook.com/ictimai.tv/
Instagram: https://www.instagram.com/ictimaitv.official/
Teleqram: https://news.1rj.ru/str/tvictimai
Sayt: https://itv.az/
Copyright © İCTİMAİ…

Çinlə münasibətlər Azərbaycanın xarici siyasətindəki balansın yeni elementi kimi
Azərbaycanda həm rəsmi xronika, həm də media məkanında Çin və geniş mənada Asiya getdikcə daha çox hallanır. Prezidentin köməkçisi H.Hacıyevin Çinə və yüksək səviyyəli Çin nümayəndə heyətinin Qlobal Forumda iştirak etmək üçün Bakıya sonuncu səfəri ölkələr arasında fəal dialoqun olduğunu nümayiş etdirir.
Tarixi arayış
Azərbaycanın xarici siyasətində Çin indiyədək arxa planda yer alıb, çünki Pekinin xarici siyasətinin özü bu ölkənin həddən artıq fəallığını istisna edib. Si Cinpinin Çinə rəhbərlik etməsi ilə infrastruktura böyük sərmayələr cəlb edən “Bir kəmər - bir yol” qlobal layihəsinin icrasına başlanılıb.
Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri Çinin Avropa ilə quru əlaqələrinin qurulmasına dair maraqları ilə uzlaşır. Bakı bu layihələri müstəsna olaraq öz vəsaiti hesabına həyata keçirib və Pekinin kredit siyahısında olmayıb. Yeri gəlmişkən, bu fakt hətta Çini sözügedən layihələrə qatılmaqdan çəkindirib.
2020-ci il müharibəsindən sonra Azərbaycanın xarici siyasətinin transformasiyası başlayıb, lakin balans və diversifikasiya əsas prinsiplər olaraq qalır. Rusiya, İran, Türkiyə və Qərbdən ibarət balans sisteminin formatı isə dəyişir. Bu gün Azərbaycan üçün balans sistemində Çinin rolu artır və bu artım davam edəcək. Hansı səviyyəyədək? Güman ki, Azərbaycanın xarici siyasətində Çinin artan rolu Azərbaycan-ABŞ münasibətləri səviyyəsinə çatmaq potensialına malikdir.
Müasir mərhələdə Bakı ilə Pekin arasındakı uzlaşma nöqtələri
Qlobal müstəvidə Çin liderinin təhlükəsizlik və sivilizasiya qavrayışı ilə bağlı təşəbbüsləri Azərbaycanın ümumi yanaşması ilə üst-üstə düşür. Azərbaycan Çinin müttəfiqləri - Pakistan, Belarus, Qazaxıstan və Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə malikdir. Çin isə Azərbaycanın qonşusu İranla müttəfiqlik münasibətlərinə malikdir. Bakı ilə Pekin arasında münasibətlərin səviyyəsinin yüksəlməsi Bakı-Tehran münasibətlərinin normallaşmasına və onların proqnozlaşdırıla bilənlik dərəcəsinin artmasına şərait yarada bilər.
Nəqliyyat əlaqələri, əlbəttə ki, çox vacibdir. Xatırladaq ki, Qazaxıstan prezidentinin Azərbaycana səfəri zamanı liderlər Çindən Qazaxıstan ərazisi ilə Azərbaycana konteyner daşımalarının başlanmasını müşahidə ediblər. Çin şirkətlərinin Orta Dəhlizdə tam şəkildə iştirakı Pekinin regionda maraqlarının formalaşmasında əsas rol oynaya bilər.
Çin üçün regional profil də vacibdir. Bölgəmizdə Pekinin ən yüksək səviyyəli münasibətləri Gürcüstanladır - strateji tərəfdaşlıq, azad ticarət sazişi, investisiyalar. Azərbaycanla münasibətlər rəvandır, Bakı və Pekin ardıcıl olaraq ərazi bütövlüyü prinsipini müdafiə edir.
Amma Ermənistanla münasibətlər heç də birmənalı deyil. 2020-ci ildən sonra Ermənistan vasitəsilə Hindistanın regionda iştirakı artır. Qərbin planlarına görə, məhz Hindistan Çinin qlobal təsirinin məhdudlaşdırılmasında həlledici rol oynamalıdır. Bununla yanaşı, Ermənistanda Qərbin – ABŞ və Aİ-nin təsiri güclənir. Bu əsasda isə Nensi Pelosinin Ermənistana səfərini və onun “Tayvandan Ermənistana...” demokratiyaya dəstək bəyanatını xatırlamaq kifayətdir.
Çin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində qeyri-neft sektoru üçün yeni bazar, sənaye və İT sahələri üçün texnoloji donor kimi öz rolunu oynaya bilər.
Pekinin Bakı ilə münasibətlərin səviyyəsini yüksəltmək üçün heç bir ilkin şərti yoxdur. Məsələn, biz Qərbdən getdikcə daha çox eşidirik ki, Azərbaycanla münasibətlərin səviyyəsini Ermənistanla sülh müqaviləsi müəyyən edir. Qərbin bu yanaşması, əlbəttə ki absurddur.
Beləliklə, Azərbaycanın xarici siyasətində Asiya istiqaməti güclənir. Ölkəmiz 2024-2026-cı illər üçün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sədridir. Bu qurum Asiya ATƏT-i hesab olnunur. Bakı ŞƏT və Asiyanın digər ölkələri, birlikləri ilə əlaqələrin qurulmasına maraq göstərir. Geniş mənada Asiya istiqaməti, xüsusən də Çin Azərbaycan üçün Qərblə münasibətlərdə potensialı və perspektivi olan strateji balansdır.
@cssc

👍27👎2
Aİ-Ermənistan-ABŞ görüşü: Azərbaycan niyə narazıdır?
Məlum olduğu kimi, aprelin 5-də Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək görüşünün keçirilməsi planlaşdırılır. Qarşıdangələn üçtərəfli danışıqların detalları, imzalanacaq sənədlər hələ ki, açıqlanmayıb. Lakin iştirakçıların tərkibi (Paşinyan, fon der Lyayen və Blinken) görüşün əsas nəticəsinin Ermənistana siyasi, maliyyə və hərbi dəstəyin artırılması olacağını öncədən təxmin etməyə imkan verir.
Brüssel görüşündə Qərbin İrəvana və xüsusilə Paşinyan hökumətinə öz dəstəyini bir daha bəyan etməsi gözlənilir. Avropadan Ermənistan hökumətinə növbəti, daha irimiqyaslı maliyyə yardımı və sərmayə paketinin ayrılması ehtimalı mövcuddur. Həmçinin, görüşün nəticəsi olaraq Avropa Sülh Fondu kimi təsisatların xəttilə İrəvana hərbi dəstəyin gücləndirilməsi mümkündür. Hətta tərəflər arasında hər hansı bir formada hərbi paktın imzalanması bəyan edilməsə də, dəstəyin məzmunu əksini deyir.
Azərbaycanda belə bir görüşün keçiriləcəyi barədə xəbərlər heç də müsbət reaksiya ilə qarşılanmayıb. Belə ki, rəsmi Bakının əsaslı olaraq narazı qaldığı bir sıra məqamlar var.
İlk növbədə, qeyd edək ki, Ermənistanın hələ də KTMT üzvü olaraq qaldığı, Rusiya ilə ikitərəfli hərbi-siyasi müttəfiqliyə malik olduğu, ölkə ərazisində Rusiya hərbi bazası və məntəqələrinin yerləşdiyi bir şəraitdə İrəvan Moskva ilə paralel olaraq, Qərblə də hərbi-siyasi müttəfiqliyi formalaşdırmağa çalışır. Qərb isə öz növbəsində Ermənistana regionun müstəsna dövləti kimi yanaşır və İrəvana birbaşa təhlükəsizlik təminatları verməklə indiyədək görünməmiş bir presedent yarada bilər. Nəzərə almaq lazımdır ki, istənilən belə razılaşma, digər məqamlarla yanaşı, həm də qarşılıqlı öhdəliklərdən ibarətdir. Ermənistan nümanəsində isə məhz bu öhdəliklər özündə ziddiyyətlər daşıyır. Odur ki, İrəvan, Vaşinqton və Brüssel arasında gözlənilən hərbi anlaşma öz formasından asılı olmayaraq Ermənistan uğrunda Rusiya-Qərb-İran mübarizəsini kəskinləşdirəcək və regionun bütün dövlətləri üçün yeni təhülkəsizlik təhdidləri yaradacaq.
Bununla yanaşı, Ermənistan artıq xeyli müddətdir ki, Azərbaycanın ədalətli şərtlərilə sülh sazişini imzalamaqdan boyun qaçırır. İrəvanla bərabər, onun Qərbdəki himayədarları da ötən üç il yarım ərzində sülh prosesinə ciddi zərbələr vurub və bu istiqamətdəki fəaliyyətlərini hələ də davam etdirirlər. Azərbaycan öz xoş məramını nümayiş etdirərək Aİ və ABŞ-ın tərəflər arasındakı vasitəçilik təkliflərini qəbul edib, Brüssellə Vaşinqtonun sülh prosesində iştirakına şərait yaradıb. Lakin Qərb Azərbaycanın maraqlarına tamamilə laqeyd qalmaqla erməni mərkəzli yanaşma nümayiş etdirərək özünün vasitəçilik imkanlarını məhdudlaşdırıb. Aİ və ABŞ Qarabağda “Kosovo ssenarisi” tətbiq etməyə çalışsa da, rəsmi Bakı ardıcıl addımları ilə bu planların həyata keçməsinə əngəl olmağı bacarıb. İndi isə Qərb sülh sazişinin yoxluğu şəraitində Ermənistana xüsusilə hərbi dəstəyi gücləndirmək niyyətindədir ki, bu da bölgədə qeyri-sabitliyi artıracaq.
Bakının daha bir narazılığı Qərbin qərəzli mövqeyilə bağlıdır. Belə ki, son 25 il ərzində Azərbaycan istər Aİ, istərsə də ABŞ ilə əməkdaşlıq edib, regionda Qərblə tərəfdaşlığın əsas məzmunu məhz Bakı və Tbilisi tərəfindən formalaşdırılıb. Vaşinqtonla Brüssel bu illər ərzində Ermənistanın işğalçı siyasətinə siyasi qiymət verməyib.
İndi isə Qərb 20% ərazisi xarabalığa çevrilmiş Azərbaycana yardım göstərmədiyi halda Bakı ilə ikitərəfli münasibətləri Ermənistanla sülh müqaviləsi ilə əlaqələndirməyə cəhd edir. Bu azmış kimi, hazırda Qərb mətbuatında məhz Azərbaycan “aqressiv ölkə” kimi təqdim edilərək ölkəmizə qarşı qara təbliğat kampaniyası aparılır və əslində Rusiyanın Ermənistandakı təsirinin zəiflədilməsi üçün atılan bütün addımlar “Azərbaycanın mümkün təcavüzü” bəhanəsi ilə izah edilir.

👍19👎2
Daşnaksütyun partiyasının aqibəti necə olacaq?
1890-cı ildə Tbilisidə əsası qoyulan sol ultramillətçi Daşnaksütyun (Erməni İnqilabi Federasiyası - EİF) partiyası erməni siyasi tarixinin ayrılmaz bir parçasıdır. Bu partiya sözün əsl mənasında qlobal bir şəbəkədir. Daşnak şəbəkəsi təkcə siyasi fəaliyyətlə deyil, mütəşəkkil cinayətkarlıq və hətta terrorla da məşğul olur. EİF və onunla bağlı şəxslər hələ ötən əsrin 70-80-ci illərində türkiyəli diplomatlara qarşı çoxsaylı suiqəsdlərlə yanaşı, 1999-cu ildə Ermənistan parlamentindəki məlum terror aktının törədilməsində də yaxından iştirak ediblər.
Qlobal səviyyədə Daşnaksütyunun işini seçkili Büro, regional səviyyədə isə Mərkəzi Komitələr (MK) tənzimləyir. Hazırda Büro ilə təşkilatın ABŞ-dakı regional MK-sı arasında ciddi ziddiyyətlər mövcuddur. Günümüzdə Daşnaksütyunun Bürosu birmənalı şəkildə Robert Koçaryana, dolayısı ilə Kremlə bağlıdır. Rusiya təkcə EİF-nin İrəvandakı Bürosu üzərində deyil, dünya üzrə Mərkəzi Komitələrində də böyük nüfuza və təsir gücünə malikdir. Hətta Büro ilə ixtilafda olan partiyanın ABŞ MK-sı belə Rusiyaya loyal yanaşır, Kreml əleyhinə bəyanatlar vermir. Moskva isə daşnaklardan həm Ermənistan daxilində, həm də dünya ölkələrində öz maraqlarına uyğun şəkildə istifadə edir. Yuxarıda qeyd etdiyimiz 1999-cu ildəki parlament terroru buna əyani misaldır. Hazırda isə Rusiya Ermənistanda EİF-ni baş nazir Nikol Paşinyana qarşı müxalif qüvvə kimi istismar edir.
Paşinyan ölkə hökumətinə rəhbərlik etdiyi ilk gündən EİF və erməni diasporunu öz hakimiyyətinə təhdid olaraq görür. Bu səbəbdən də Ermənistan baş nazirinin daşnaklarla uzlaşması ən azından yaxın perspektivdə inandırıcı deyil. Hərçənd, bu uzlaşmada maraqlı olan kifayət qədər ciddi qüvvələr var. Xüsusilə Fransa prezidenti Emanuel Makron EİF Bürosunun bu ölkədə yaşayan üzvü Murad Papazyan və erməni diasporunun digər üzvlərindən maksimum istifadə etmək istəyir. Bu məqsədlə Makron Ermənistan baş naziri ilə onun əleyhidarlarının arasını düzəltməyə cəhd etsə də, hələlik uğur qazana bilməyib. Aydındır ki, Makron həm hakimiyyət, həm də daşnaklarla yaxından əlaqə qurmaqla Emrənistandakı mövqelərini hər hansı bir şəxsdən və hökümətdən asılı etmək istəmir. Daşnaklar vasitəsilə Ermənistanda mövqe qazanmağa çalışan Makron ehtiyac olduğu anda onların vasitəsilə Rusiya ilə komunikasiya qura biləcəyini də yaxşı başa düşür.
Beləliklə də, EİF-nin terror tarixi, hazırki mövqeyi və regional proseslərə mənfi təsirini nəzərə alsaq, bu gün təşkilat Ermənistan dövlətçiliyi və hakimiyyəti üçün birbaşa təhdiddir.
• EİF şəbəkəsinin böyük bir qismi Rusiyapərəst, digər bir qismi isə Moskvaya qarşı kifayət qədər loyaldır. Hətta təşkilatın üsyankar ABŞ qanadı belə Rusiya əleyhinə çıxışlar etmir;
• Fransa Paşinyanı daşnaklarla barışdırmaq cəhdlərilə faktiki olaraq Ermənistanın daxili işlərinə qarışır. Bu, İrəvanın Parisdən asılılığını artırır. Paşinyan isə Makronun təşəbbüsünə qarşı çıxa bilmir;
• Hazırda daşnakların böyük çoxluğu İrəvanın Qərblə münasibətlərini korlayır. EİF həmçinin Türkiyə ilə normallaşmaya qarşı çıxan bir qüvvə rolunu oynayır;
• Rusiya, Fransa kimi ölkələrin və diasporun dəstəyi Daşnaksütyunu daha da radikallaşdırır və partiya Ermənistanın hazırki hakimiyyətinə qarşı ən qatı müxalif qrup kimi çıxış edir;
• Daşnaksütyun tarixən terroru siyasi mübarizə vasitəsi olaraq seçib və yaxın zamanlarda yenidən bu üsula əl ata biləcəyi istisna edilmir.
Sadalananları diqqətə alaraq, Paşinyanın mümkün terror aktları və digər cinayətləri gözləmədən, qabaqlayıcı addım kimi Ermənistanda Daşnaksütyun partiyasının fəaliyyətini qadağan etməsi daha məqsədəuyğundur. Bu addımla o, Rusiyanın Ermənistandakı siyasi təsirini müəyyən qədər azalda, Fransanın ölkənin daxili işlərinə qarışma cəhdlərini neytrallaşdıra, Ermənistan daxilində Türkiyə ilə normallaşmaya ən çox etiraz edən qüvvəni aradan qaldıra, həmçinin onsuz da özünə düşmən olan diasporla münasibətləri sıfırlaya və ABŞ-dakı müəyyən qurumlarla daha sıx əlaqələr qurmaqla daşnakları daxildən parçalaya bilər.
Daha ətraflı: cssc.az/az/view/2/51

https://cssc.az
Daşnaksütyun partiyasının aqibəti necə olacaq? XÜSUSİ ARAŞDIRMA | CSSC
1890-cı ildə Tbilisidə əsası qoyulan sol ultramillətçi Daşnaksütyun (Erməni İnqilabi Federasiyası - EİF) partiyası erməni siyasi tarixinin ayrılmaz bir parçasıdır. Sovet İttifaqının qurulması ilə Ermənistanda qadağan edilən partiya 1991-ci ildə ölkədəki fəaliyyətini…
👍16
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində ABŞ-Azərbaycan əlaqələri mövzusuna həsr olunmuş müzakirələrdə iştirak edib.
Daha ətraflı: https://www.youtube.com/watch?v=yQoAThpN1d8
Daha ətraflı: https://www.youtube.com/watch?v=yQoAThpN1d8
YouTube
ABŞ-nin dövlət katibi Prezident İlham Əliyevə niyə zəng etdi?
Bizi İzləyin:
Whatsapp: https://whatsapp.com/channel/0029Va8QgvE5fM5Yy1EyAy0K
Facebook: https://www.facebook.com/ictimai.tv/
Instagram: https://www.instagram.com/ictimaitv.official/
Teleqram: https://news.1rj.ru/str/tvictimai
Sayt: https://itv.az/
Copyright © İCTİMAİ…
Whatsapp: https://whatsapp.com/channel/0029Va8QgvE5fM5Yy1EyAy0K
Facebook: https://www.facebook.com/ictimai.tv/
Instagram: https://www.instagram.com/ictimaitv.official/
Teleqram: https://news.1rj.ru/str/tvictimai
Sayt: https://itv.az/
Copyright © İCTİMAİ…
👍8
Cənubi Qafqaz üzrə “Brüssel Sazişi” və Azərbaycan-Türkiyə tandeminin rolu
ABŞ dövlət katibi, Aİ-nin ali komissarı və Ermənistanın baş nazirinin iştirakı ilə “Brüssel razılaşması” ərəfəsində dövlət katibi Blinkenin Azərbaycan Prezidentinə zəngini Qərbin gecikmiş reaksiyası hesab etmək olar. Belə ki, Qərb Azərbaycanın regiondakı proseslərlə bağlı mövqeyinə məhəl qoymamağın əks-məhsuldar olmasını gec də olsa anlayıb.
Əlbəttə ki, dövlət katibinin “Brüssel razılaşması”nın Azərbaycana qarşı yönəlməməsi ilə bağlı dedikləri inandırıcı deyil. Ermənistan öz qanunvericiliyində Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmır, separatçı qurumun öz ərazisindəki nümayəndəliyini bağlamır, sərhəd kəndlərini azad etmir... Və belə bir şəraitdə Azərbaycan ərazisini 25 il işğal altında saxlayan, 2020-ci ildən sonra isə Qarabağın Azərbaycana reinteqrasiyasına hər cür mane olmaqla reallıqla barışmaq istəmədiyini nümayiş etdirən bir ölkəyə misli görünməmiş dəstəyin verilməsinə Bakı soyuqqanlılıqla baxa bilməz.
Azərbaycan Prezidenti İlham Əliyev “Brüssel razılaşması”na diaqnoz qoyaraq rəsmi Bakının mövqeyini aydın və birmənalı ifadə edib: “Prezident İlham Əliyevin fikrincə, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayrıcı xətlərin və nəticə etibarilə, gərginliyin yaranmasına gətirib çıxaracaq”.
Beləliklə, Qərb birtərəfli, erməni mərkəzli hərəkətləri ilə regionu qeyri-sabitlik və gərginlik uçurumuna sürükləyir.
Aydındır ki, aprelin 5-də İrəvana elan edilmiş yardımın bütün həcmi açıqlanandan sonra Qərb Ermənistana daha geniş fiziki çıxışı təmin etməyə çalışacaq. Bunu ancaq Ermənistanla Türkiyə arasında sərhədin açılması ilə etmək olar.
Əminliklə qeyd etmək olar ki, bu cür təkliflər artıq rəsmi Ankaraya verilir və aprelin 5-dən sonra Ankaraya təzyiqlər daha da artacaq. Qərb artıq 2009-cu ildə Sürix protokollarını tam dəstəkləməklə bu hiyləyə əl atıb. Lakin Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Ərdoğanın prinsipial mövqeyi bu prosesə son qoyub. Qərb paralel olaraq baş verməli olan sülh və normallaşma proseslərini bir-birindən ayırmağa çalışacaq.
Türkiyə ilə sərhədləri bağlamaq və regional layihələrdə Ermənistana məhəl qoymamaq Azərbaycanın işğalçı ölkəyə qarşı tətbiq etdiyi yeganə sanksiyalardır. Və bu sanksiyalar qarşıya qoyulan məqsədlərə çatana qədər davam edəcək.
Türkiyə üçün Qərbin təzyiqi altında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmadan Ermənistan-Türkiyə sərhədinin açılmasına razılıq verməkdənsə, Azərbaycanın fikrini nəzərə almaq daha vacibdir. Türkiyə prezidenti dəfələrlə “dünya beşdən böyükdür!” deyib və bütün siyasi fəaliyyətini bu ifadəni sübut etməyə həsr edib. 2020-ci ildə Azərbaycan və Türkiyə birlikdə sübut etdilər ki, “dünya beşdən böyükdür!” və xarici təzyiqlərə boyun əyməmək lazımdır. Türkiyə rəhbərliyi isə belə sıx müttəfiqlikdən sonra birdən-birə Azərbaycanın fikrini nəzərə almadan bu cür addım atmağa qərar verərsə, dünya bunu anlamaz...
Regionda Qərbin təzyiqləri artır və bu, belə həyasız davranışlara reaksiya verəcək regional qüvvələri hərəkətə gətirir. “Brüssel sazişi” Cənubi Qafqazda sülhün və sabitliyin bərpası üçün bütün səyləri şübhə altına ala bilər. Lakin vəziyyətdən çıxış yolu var və bu, Azərbaycanın ədalətli tələblərini və maraqlarını nəzərə almaqdır. Bunun üçün Qərbin hər cür imkanı var, görək Qərb bu imkanları reallaşdıracaqmı... Azərbaycan və Türkiyənin prinsipial mövqeyi yalnız Qərbin regiondakı təşəbbüslərinin dağıdıcılıqdan konstruktivliyə çevrilməsinə kömək edə bilər.

👍10
Türkiyədə bələdiyyə seçkilərinin nəticələri və onların Ankaranın Cənubi Qafqaz siyasətinə təsiri
Türkiyədə bələdiyyə seçkilərinin nəticələri Azərbaycanda aktiv şəkildə müzakirə olunur. Gələcək proseslər, iqtidar və müxalifət qüvvələrinin perspektivləri ilə bağlı tam fərqli fikirlər səsləndirilir. Gəlin məsələ ilə əlaqədar bir neçə mülahizəni bildirək və onları həm Türkiyənin daxili konteksti, həm də Ankaranın bölgəmizdəki siyasətinə təsiri baxımından ayıraq.
Türkiyə konteksti:
• Bələdiyyə seçkiləri cari seçki dövrünün son seçkiləridir. Yaxın bir neçə ildə Türkiyədə növbəti prezident, parlament və ya bələdiyyə seçkilərinin keçirilməsi gözlənilmir.
• Hakim partiya seçkilərdə uduzdu, lakin icra və qanunvericilik səlahiyyətlərini əlində saxlamaqla növbədənkənar prezident və parlament seçkilərinə getməyəcək. Ərdoğan istefa verməyəcək!
• Hakim partiyanın Türkiyənin əsas şəhərləri üzərində nəzarəti bərqərar edə bilməməsi Türkiyə demokratiyasının nümayişidir. Hakimiyyət bundan xarici siyasətin Qərb istiqamətində Türkiyə və Ərdoğanın demonizasiyasını zəiflətmək üçün istifadə edəcək.
• Yaxın 6 ayda ABŞ-da prezident seçkilərinədək Vaşinqton - Ankara münasibətləri yüksəlişdə olacaq və Türkiyə hakimiyyəti bu yarım ildən öz maraqları üçün yararlanacaq.
• Bələdiyyə seçkilərində müxalifətin qələbəsi Türkiyənin iqtisadi böhrandan daha tez çıxmasına kömək edəcək. Belə ki, iqtidar-müxalifət formatında mübarizə atılan addımlara müsbət təsir göstərəcək, onların effektivliyini artıracaq və Qərb investisiyalarını stimullaşdıracaq. Çünki, gələcəkdə qərbyönlü hökumətin formalaşmasına ümid var. Beləliklə, Türkiyəyə investisiyalar qərbyönlü siyasətçilərə dəstək kontekstində nəzərdən keçiriləcək.
• Ərdoğan növbəti prezident və parlament seçkiləri üçün varis hazırlayacaq. Hakim partiyanı varisin gəlişinə hazırlamaq, eləcə də əsas siyasi kütlə olaraq qalan və əhalinin 60-65%-ni əhatə edən milli yönümlü, mühafizəkar elektoratın konsolidasiya edilməsi üçün bunu vaxtında etmək vacibdir.
Cənubi Qafqaz konteksti:
• Seçkilərin nəticələri göstərdi ki, CHP-nin təmsil etdiyi müxalifət milli yönümlü elektoratla müəyyən qədər yaxınlaşmağa başlayıb. CHP başqanının Azərbaycan Prezidentini yenidən seçilməsi münasibətilə təbriki, Demokrat Partiyası ilə koalisiyaya girməməsi və Ankara merinin daha yaxşı nəticəsi onu göstərir ki, milli yönümlü elektoratın məzmununu nəzərdən qaçırmaq olmaz. Və bu məzmunda Azərbaycanın mövqeyi ən güclüdür.
• ABŞ-Türkiyə münasibətlərinin yaxşılaşması Azərbaycan üçün çox da xoş olmaya bilər. Azərbaycanın mövqeyini nəzərə almadan Ermənistan-Türkiyə münasibətlərini normallaşdırmaq üçün Sürix protokolları təcrübəsini xatırlamaq kifayətdir. Ankara və Bakı regionda koordinasiyalı siyasəti davam etdirərsə, bu, həm də Azərbaycan-Ermənistan sülh prosesinə müsbət təkan verə bilər. Bir məsələ aydındır: Bayden administrasiyasının əvvəllər etdiyi kimi, ABŞ artıq Türkiyənin strateji əhəmiyyətini gözardı edə bilməz və ABŞ-ın Türkiyəyə əvvəlkindən daha çox ehtiyacı var. Birləşmiş Ştatlar əvəzində heç nə vermədən ehtiyacı olanı almağa öyrəşib, lakin Ərdoğan Türkiyənin müasir tarixində ilk dəfə bu qısır dairəni qırdı.
• Bu gün oxşar Sürix ssenarisi üzrə ABŞ-ın səylərinin təkrarlanması müşahidə olunur. Lakin Türkiyədə bu məsələdə Azərbaycanın mövqeyi güclüdür və indiki Türkiyə hökuməti bunu anlayır. Digər tərəfdən isə ortada prezident Ərdoğanın ifadə etdiyi mövqe var ki, bu da Ermənistan-Türkiyə münasibətlərini Azərbaycan və Ermənistan arasında sülh müqaviləsilə şərtləndirir.
• Bir daha təkrar edək ki, Türkiyə Ermənistanla tam normallaşmanı Aİ üzvlüyü ilə şərtləndirə bilər və bunu etməlidir. Aprelin 5-də ABŞ və Aİ Ermənistanın Qərb üçün nə qədər önəmli olduğunu nümayiş etdirəcək. Ankara bu faktdan öz xeyrinə istifadə edə bilər.
• Ankaranın Cənubi Qafqaz siyasəti Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və Türkiyənin bütövlükdə regionda mövqelərinin gücləndirilməsi perspektivi nəzərə alınmaqla, həmişəki kimi Azərbaycan və Gürcüstanla koordinasiyalı şəkildə davam edəcək.

👍15
Brüssel görüşü nəyi göstərdi?
Aprelin 5-də Brüsseldə baş tutan Aİ-Ermənistan-ABŞ müştərək görüşünün nəticələri gözləniləndən aşağı oldu. Üçtərəfli sammitin yekunu olaraq İrəvana yalnız kiçik məbləğdə iqtisadi dəstək açıqlandı. Maraqlıdır ki, danışıqların nəticəsi kimi heç bir yekun sənəd imzalanmadı, tərəflər yalnız mətbuata açıqlamalarla kifayətləndilər.
Halbuki, Qərbin Ermənistanla bağlı hərbi planları görüşdən əvvəl açıq və birmənalı şəkildə bəyan olunmuşdu. Aİ-nin İrəvandakı nümayəndəsi Vasilis Maraqosun üçtərəfli sammit ərəfəsində Ermənistanla hərbi-texniki əməkdaşlığın inkişafı, ölkəyə əhəmiyyətli hərbi dəstəyin verilməsi və öldürücü olmayan silahların tədarükünə dair Aİ-nin niyyəti barədə açıqlamalarını xatırlamaq kifayətdir. Lakin görünür Qərb Ermənistana birbaşa hərbi dəstəyin bölgədəki digər aktorlar tərəfindən doğura biləcəyi əks-reaksiyalardan çəkinərək İrəvana bu sahədəki yardımlar mövzusunu Brüsseldə bəyan etmədi. Hərçənd, bu, Aİ və ABŞ-ın Ermənistanla bağlı öz hərbi planlarından imtina etməsi anlamına gəlmir. Hətta görüşün nəticəsi olaraq açıqlanan məhdud iqtisadi yardımlar belə dolayısı ilə İrəvanın hərbi sahədə dəstəklənməsinə xidmət edir.
Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin son bəyanatlarına görə, Paris İrəvanla təhlükəsizlik məsələləri üzrə əməkdaşlığı öz üzərinə götürür, Brüssel və Vaşinqton isə Ermənistana əsasən iqtisadi dəstək göstərir. Lakin Fransa və Hindistandan silahların Ermənistana tədarükü sonuncunun maliyyə imkanlarının geniş olmasını nəzərdə tutur. Məhz elə bu məqamda da Aİ və ABŞ-ın yardımları işə yarayır. Belə ki, xaricdən ayrılan məbləğlər Ermənistana digər sahələr üzrə öz daxili resurslarına qənaət etməyə və qənaət edilən bu vəsaitləri hərbi istiqamətə yönəltməyə imkan verir. Bu isə o deməkdir ki, Brüssel və Vaşinqtonun İrəvana iqtisadi yardım adı altında təqdim etdiyi hər bir avro/dollar dolayısı ilə Ermənistan tərəfindən silah alışına xərclənir.
Digər tərəfdən, Azərbaycan, Rusiya və İranı qıcıqlandırmamaq üçün Ermənistana birbaşa hərbi yardımlarla bağlı məsələləri qabaqtmaq istəməyən Qərb faktiki olaraq müəyyən ikitərəfli və çoxtərəfli proqramlar çərçivəsində İrəvanla hərbi əməkdaşlığı davam etdirir. ABŞ, Fransa, Hindistan və Yunanıstan kimi ölkələrin vasitəsilə Ermənistan hərbi qulluqçularına təlimlər keçilir, İrəana silah-sursat və texnika ötürülür. Beləliklə də, Qərb Paşinyan hökumətinə müdafiə və təhlükəsizlik sahəsində də hərtərəfli dəstək verir.
Aydındır ki, Brüssel görüşünün bəyan edilən nəticələri bir tərəfdən Qərbin Ermənistana dəstəyinin əsas məğzini gizlətməyə, digər tərəfdən isə Qərb-Rusiya/İran və Ermənistan-Rusiya/İran münasibətlərində gərginliyin artmasından yayınmağa xidmət edir. Belə görünür ki, Qərb Ermənistana nəzərdə tutulan dəstəyini birdən deyil, hissə-hissə açıqlamağı planlaşdırır.
Daha bir vacib məqam üçtərəfli sammit ərəfəsində ABŞ dövlət katibi və AK rəhbərinin Azərbaycan prezidentinə zəngi ilə bağlıdır. Bu, belə deməyə əsas verir ki, Qərbin bölgdəki rolunun artması istiqamətindəki proseslər iki fərqli ssenari üzrə cərəyan edə bilər.
- Konstruktiv ssenari: Qərb Ermənistana dəstəyi fonunda Azərbaycana da yardımlar ayıra, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində köməklik göstərə bilər. Aİ və ABŞ “Ermənistana dəstək Azərbaycana qarşı yönəlməyib” tezisini sübut edərək, sülh sazişi və sərhədlərin açılması prosesini sürətləndirmək məqsədilə Azərbaycanın haqlı tələblərini qəbul etməkdə Paşinyan hökumətinə yardımçı ola bilər.
- Destruktiv ssenari: Qərbin Ermənistana birtərəfli yardımları Paşinyan hökumətinin sülh danışıqlarındakı mövqeyinin dəyişməsinə səbəb ola, bu isə öz növbəsində sülh prosesinin dayanması ilə nəticələnə bilər. Qərb Gürcüstan vasitəsilə Ermənistanda forpost yaradaraq geosiyasi sərhədi müəyyən edə və bununla da region aktorlarını hərəkətə keçirə bilər ki, bu da bölgəyə gərginlik, hətta hərbi eskalasiyalar gətirə bilər.

👍22
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktor müavini Fuad Çıraqov “Apostrof” proqramında “Azərbaycanı və Cənubi Qafqaz regionunu gözləyən təhdidlər və yarana biləcək zaman pəncərələri” mövzusunda fikirlərini bölüşüb.
Daha ətraflı: https://www.youtube.com/watch?v=M_kgL_ZfNQw
Daha ətraflı: https://www.youtube.com/watch?v=M_kgL_ZfNQw
YouTube
Apostrof / Politoloq Fuad Çıraqov. Yaranan təhdidlər. Zaman pəncərələri.
Apostrof - Elmir Mirzəyevin müəllif verilişi.
Politoloq Fuad Çıraqov ilə Azərbaycanı və Cənubi Qafqaz regionunu gözləyən təhdidlər və yarana biləcək zaman pəncərələri barədə müzakirə.
Politoloq Fuad Çıraqovun Apostrof'a daha öncəki müsahibəsi dhttps://w…

BRİCS-in transformasiyası: Azərbaycan üçün yeni imkanlar
Müasir dünyada uğurla inkişaf edən qlobal miqyaslı təşəbbüslərdən biri də BRİCS platformasıdır. 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən G7-yə alternativ olaraq yaradılan BRİC formatı sonradan öz sərhədlərini xeyli genişləndirib. Vaxtilə 4 ölkə tərəfindən əsası qoyulan bu qrupun artıq 9 üzvü var.
İlk genişlənmə hələ 2011-ci ildə baş tutub. Belə ki, CAR platformaya qoşularaq hazırki BRİCS abriviaturasının yaranmasına səbəb olub. 2023-cü ildə daha altı ölkənin qrupa qatılmaq müraciəti müsbət cavablandırılıb. Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və BƏƏ-yə platformaya qoşulmaq üçün dəvət göndərilib.
Lakin onlardan yalnız dördü bu dəvəti qəbul edib. Argentina BRİCS-ə qatılmaqdan imtina edib, Səudiyyə Ərəbistanı isə hələ ki qəti qərarını verməyib. Misir, Efiopiya, İran və BƏƏ-yə gəlincə onlar 2024-cü ilin yanvarın 1-dən etibarən BRİCS üzvü sayılsalar da, rəsmi sənədlərin imzalanması proseduru hələ tamamlanmayıb. Platformanın genişlənməsindən sonrakı adı BRİCS+ şəklində təklif edilsə də, hələ rəsmən təsdiq edilməyib.
Hazırda qrup üzvü olan 9 ölkənin əhalisi təxminən 3,5 milyard olmaqla
dünya əhalisinin 45%-ni təşkil edir. Ümumilikdə üzv ölkələrin iqtisadiyyatları 27,4 trilyon dollardan çox dəyərə malikdir ki, bu da dünya ÜDM-nin 27%-dən çoxu deməkdir. Həmçinin, müxtəlif hesablamalara görə, qlobal ticarətin 25%-dən çoxu da məhz BRİCS+ ölkələrinin payına düşür.
2024-cü ildə qrupa Rusiya başçılıq edir və növbəti BRİCS+ sammitinin oktyabr ayında Kazanda keçirilməsi planlaşdırılır. İclasda üzvlük üçün müraciət etmiş daha 16 ölkənin (Əlcəzair, Pakistan, Banqladeş, Bəhreyn, Belarusiya, Boliviya, Venesuela, Vyetnam, Kuba, Honduras, Qazaxıstan, Küveyt, Tayland, Fələstin, Nigeriya, Seneqal) qrupa qoşulması məsələsinə baxılacaq. BRİCS-ə qatılmaq üçün müraciət etmiş İndoneziya isə sonradan fikrini dəyişərək müraciətini geri götürüb.
BRİCS beynəlxalq təşkilatların klassik təsnifatına uyğun gəlməyərək daha çox müxtəlif ölkələrin qarışıq tipli əməkdaşlıq formatı kimi fəaliyyət göstərir. Hələ ki, konsultativ şura səviyyəsində olsa da, artıq altqurumlar yaranır və BRİCS tam hüquqlu təşkilata çevrilmə yolunda irəliləyir.
Günümüzdə BRİCS-i bir çox birgə fəaliyyət mexanizmləri biriləşdirir. 2009-cu ildən etibarən platforma iştirakçıları olan ölkələrin mütəmadi Zirvə Görüşləri, xarici işlər nazirləri, maliyyə nazirləri və digər rəsmilər səviyyəsində toplantıları keçirilir. Həmçinin, BRİCS üzvləri parlament və bələdiyyə forumları, gənclər düşərgələri, Universitetlər Liqası, Ehtiyat Fondu, Yeni İnkişaf Bankı və BRİCS Kabeli kimi tədbir və layihələr ətrafında bir araya gəlir. Qrupun ötənilki son sammitində artıq təhlükəsizlik sahəsində əməkdaşlıq da gündəmə gətirilib.
Platforma iştirakçıları arasında müəyyən ziddiyyətlər mövcud olsa da, onları iki mühüm məqam birləşdirir. Bu ölkələrin çoxu Qərblə əməkdaşlıq etsə də, qarşılıqlı münasibətlərdə üstün deyil, bərabərhüquqlu tərəfdaş qismində çıxış edir. Qrup ölkələrini, xüsusilə də onların yeni dalğasını birləşdirən digər mühüm məqam isə bu dövlətlərin hər birinin öz regionunun lideri olmaq iddiasıdır.
Qeyd olunan hər iki meyar Azərbaycan üçün də keçərlidir. Belə ki, ölkəmiz Qərbin diktəsinə qarşı çıxır və bir çox parametrlərə görə regionun lider dövlətidir. Odur ki, rəsmi Bakı Rusiya və İran vasitəsilə artıq iki tərəfdən sərhədlərimizə çatan BRİCS-lə qonşuluqdan maksimum faydalanmalıdır. Hindistan, İran və Rusiya kimi BRİCS ölkələrini birləşdirən “Şimal-Cənub” dəhlizinin Qərb marşrutunun məhz Azərbaycandan keçməsi ölkəmiz üçün əlverişli imkanlar açır.
Digər tərəfdən, Azərbaycana yaxın olan Qazaxıstan və Pakistan kimi ölkələr də BRİCS-ə marağını gizlətmir. Qrupa üzvlüyün hər hansı məhdudiyyətlər qoymadığını nəzərə alaraq, Bakı perspektivli tərəfdaşlarla əməkdaşlığı dərinləşdirməli və BRİCS-ə qoşulma imkanlarını nəzərdən keçirməlidir. Bu kontekstdə, Türkiyə Qərb platformalarında, Azərbaycan isə alternativ məkanlarda fəaliyyətləri koordinasiya edə bilər.

👍11👎4
Cənubi Qafqazda geosiyasi təlatüm və rəsmi Tbilisinin “strateji səbri”
Hazırda bölgəmizdə qəribə proseslər cərəyan edir. Bu gün üçün institusional və konstitusiyası baxımından Avroatlantik seçimlərini bəyan edən, Aİ üzvlüyünə namizəd statusu alan Gürcüstan hakimiyyəti Qərbi qıcıqlandıran qanunları yenidən gündəmə gətirməklə bu prosesi dayandırmaq üçün hər şeyi edir. Paralel olaraq Tbilisi Rusiyaya qarşı ən proqnozlaşdırıla bilən siyasəti yeridir və Çinlə əməkdaşlığı strateji səviyyəyə qaldırır.
Rusiya ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda dərin inteqrasiyaya malik Ermənistan hakimiyyəti Avropa yolunu elan edir və Aİ-yə “Brüsselin mümkün hesab etdiyi qədər” inteqrasiya etmək niyyətindədir.
“Üçüncü yol” kimi qoşulmamanı seçən və ənənəvi olaraq ikitərəfli münasibətləri prioritet sayan Azərbaycan Mərkəzi Asiya ilə fəal qarşılıqlı əlaqədə olmaqla Türk dövlətlərinin dərin inteqrasiyası ideyasını irəli sürməyə başlayıb.
Hər üç ölkədə əhali hakimiyyətin xarici siyasət səylərini dəstəkləyir. Bu mühüm faktdır.
Bütün bunlar 44 günlük müharibədən sonra baş verməli olan geosiyasi dəyişikliklərin (Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi, Ermənistan-Türkiyə normallaşması, regional kommunikasiyaların açılması) olmaması fonunda baş verir. Amma müharibənin nəticələri vəziyyəti dəyişməli və yeni reallıq yaratmalı idi. 2020-ci ilin sonundan bəri dünyada, xüsusən də qonşu regionlarda vəziyyət tədricən dəyişib. Ukraynadakı müharibə, bu müharibənin sanksiyalar komponenti, Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi və Qırmızı dəniz vasitəsilə su nəqliyyatında yaranan çətinliklər dünya aktorlarının Cənubi Qafqaza diqqət səviyyəsini artırıb. Ənənəvi oyunçular və maraqlarla yanaşı, bölgəyə yeni oyunçular diqqət yetirməyə başlayıb.
Gürcüstanın “strateji səbrinin” həddi olacaqmı?
Cənubi Qafqazda geosiyasi prosesin xarici və daxili iştirakçılarının diqqəti Gürcüstana yönəlib. Azərbaycan-Türkiyə tandeminin fəaliyyəti, Rusiyanın regionla bağlı planları, Şimal-Cənub (Ermənistandan keçən variant), Cənub-Qərb, Şərq-Qərb istiqamətində nəqliyyat marşrutları, Fransa və qismən də bütün Qərbin layihəsi olan Ermənistan-Gürcüstan geosiyasi oxu... Hər yerdə Gürcüstan layihənin bir hissəsi kimi görünür və buna görə də güzəştlər, üstünlüklər qazanır. Bu fayda özünü müxtəlif formalarda göstərir: Enerji təhlükəsizliyinin təmin edilməsi, investisiya, infrastruktur, Aİ-yə namizəd statusu, tranzit funksiyası və s.
Tbilisi Azərbaycan-Türkiyə, Qərb, Rusiya və Çinlə münasibətlərdə müəyyən balans qurub. Lakin bu balans həm xarici tərəfdaşların, həm də regiondakı qonşuların fəal hərəkətləri ilə pozula bilər. İlk belə aksiya Aİ-dən namizəd statusu aldıqdan sonra, Fransadan silahların nümayişkaranə şəkildə Gürcüstan vasitəsilə Ermənistana çatdırılması oldu. Belə addımlar daha çox ola və balansı pozaraq xarici aktorları hərəkətə gətirə bilər. Məsələn, Ermənistanın Rusiyadan kəskin şəkildə ayrılması, eləcə də Qərbin Cənubi Qafqazda geosiyasi ayırıcı xəttin formalaşdırılması layihəsinin həyata keçirilməsi Rusiyanı hərəkətə keçirə və Gürcüstana da təsir edə bilər.
İvanişvili hakimiyyətinin praktikasından göründüyü kimi, Tbilisi forpost, Qərbin geosiyasi xəttinin sərhədi rolunu oynamaq istəmir. Lakin Qərbin Gürcüstana ayırdığı rol məhz budur, çünki qonşu Ermənistan bu rola razılıq verib. Qərbin Tbilisidən gözləntiləri və tələbləri artıq Bakıda müəyyən suallar yaradıb. Belə ki, Qərbin Ermənistan istiqamətində fəaliyyəti və Gürcüstanın da burada iştirakı Azərbaycan və Türkiyə ilə münasibətlərdə böhrana, eləcə də Rusiyanın fəallaşmasına səbəb ola bilər.
Gürcüstanın hakimiyyət orqanları anlamalıdır ki, hamını razı salmaq mümkün deyil. Bölgədə proseslər elə cərəyan edir ki, Tbilisi seçim qarşısında qalacaq: Praqmatizmi və proqnozlaşdırıla bilən qonşularla balansı davam etdirmək, ya da müvafiq təhlükəsizlik və iqtisadi zərərlərlə bölücü xəttin bir hissəsi olmaq.

👍17
Ermənistanın seçimi: Forpost olmaq
Çox gözlənilən 5 aprel Brüssel görüşü arxada qaldı. Həm Azərbaycan, həm də Ermənistan ictimaiyyətini narahat edən əsas məsələ Aİ-Ermənistan-ABŞ sammitində təhlükəsizlik, silah təchizatı və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin müzakirə olunmasıdır.
Rəsmi şəkildə açıqlanmasa da, belə müzakirələrin aparıldığı şübhə doğurmur. Bu mövzular müzakirə edilməsəydi Blinken və fon der Leyen görüşdən öncə Bakıya zəng etməzdilər. Mənbələr artıq mediaya, məsələn, “Politico”ya məlumat sızdırır ki, Paşinyan görüşdə Azərbaycanın son illərdə aldığı silahların siyahısını təqdim edib. Burada məqsəd, çox güman ki, oxşar silahların və ya onları zərərsizləşdirmə vasitələrinin əldə edilməsi üçün ABŞ və Aİ-dən dəstək almaqdır.
Qərbin Ermənistana dəstəyinin bir neçə hədəfi var.
- Qısamüddətli hədəflər:
• Rusiyanın Ermənistana təsirini zəiflətmək;
• Azərbaycanla danışıqlarda Ermənistanın mövqeyini gücləndirmək;
• Ermənistanın ictimai rəyində Rusiyadan məyusluq yaratmaq;
• Ermənistanın KTMT-dən çıxmasına nail olmaq.
- Orta müddətli hədəflər:
• Ermənistanı Qərbin regiondakı geosiyasi forpostuna çevirmək;
• İrəvanın Aİİ-dən və Rusiya ilə ikitərəfli strateji sazişlərdən çıxmasını təmin etmək.
Ermənistan XİN rəhbərinin öz müsahibəsində etiraf etdiyi kimi, təhlükəsizlik təkcə silah kontekstində nəzərdən keçirilə bilməz. Bu iqtisadiyyat, enerji və ərzaq kimi müxtəlif sahələri də əhatə edir.
Burada əsas məsələ odur ki, Paşinyan Qərbin Ermənistana dəstəyindən istifadə edir və Rusiyanı 30 il oynadığı rolda Qərblə əvəz etməyə çalışır. Bu, Bakı üçün heç də yeni deyil.
Halbuki, Ermənistan rəhbərliyinin forpost və geosiyasi layihələrin həyata keçirilməsi mexanizmi olaraq qalmağa davam etmək, yaxud da öz qonşuları Azərbaycan və Türkiyə ilə razılaşmalar vasitəsilə subyektivliyini artırmaq cəhdi kimi bir seçimi var idi.
Azərbaycan rəhbərliyi hələ 2018-ci ildə Paşinyana belə bir seçim təqdim etdi. Bakı Ermənistanda inqilabın sonunu səbrlə gözlədi, Düşənbədə danışıqlar apardı və 2018-ci ilin dekabrında keçiriləcək parlament seçkiləri ərəfəsində təmas xəttində sabitliyi təmin etdi. Lakin 2019-cu ildə Paşinyan Rusiyanın forpostu olaraq qalmaqda davam etdikdə, erməni kontingentini Suriyaya göndərməyə razılaşdıqda və Rusiyanın Ermənistandakı aktivlərinə (“Qazprom”, Cənubi Qafqaz Dəmir Yolu, Koçaryan) qarşı bütün cinayət işlərini bağladıqda məyusluq yarandı. 2020-ci il müharibəsindən sonra da İrəvan Rusiyanın forpostu rolunu oynamağa davam etdi:
• Ermənistan Qarabağdakı sülhməramlıların mandatını imzaladı;
• Rusiyanın dəstəyi ilə Paşinyan Qarabağda qoşun saxlamağa davam etdi;
• Rusiyaya Azərbaycanla sərhəddə məntəqələr yaratması üçün ərazilər və tikililər ayırdı;
• Paşinyan Qarabağda “Vardanyan layihəsi”nin həyata keçirilməsi üçün imkanlar yaratdı.
Hazırda Paşinyan bütün hərəkətləri ilə öz səlahiyyətlərini yeni himayədarlara həvalə etdiyini nümayiş etdirir. Təsadüfi deyil ki, görüşün üç iştirakçısından ikisi (Blinken, fon der Leyen) Azərbaycan Prezidentinə zəng edərək “Ermənistana verilən bu dəstəyin Azərbaycana qarşı yönəlmədiyini” bildirib. Əvvəllər analoji zənglər Moskvadan, indi isə Vaşinqton və Brüsseldən gəlir. İrəvandan isə zəng edən yoxdur. Çünki forpostun fikrinə heç kim etibar etmir, danışıqlar onun himayədarları ilə gedir.
Zahirən bu, Qərblə Azərbaycan arasında danışıqlara bənzəyir. Amma əslində baş verənlər Azərbaycanla Ermənistan arasındakı danışıqlardır. Sadəcə, Ermənistanın adından yeni havadarları danışır.
Beləliklə də, Ermənistan forpost rolunu seçir və bu, Paşinyanın şüurlu seçimidir. Bakı bunu etiraf etməli, Ermənistanın yeni himayədarları ilə münasibətlərdə öz mövqelərinə müvafiq düzəlişlər etməlidir.
Ermənistanda “Qafqazın İsraili” variantı ətrafında müzakirələr gedir. Lakin Tel-Əviv Qərbin Yaxın Şərqdəki başlıca dayağı olsa da, hazırda ölkənin ən böyük himayədarı ABŞ onun əsas düşməni sayılan İranla pərdəarxası oyunlar qurur ki, bunun da hesabını həm İsrail, həm də region əhalisi ödəyir.

👍24👎1
Rusiya-Ermənistan münasibətləri: Sözdən əmələ keçid nə vaxt olacaq!?
Rusiya ilə Ermənistan arasındakı münasibətlər sanki yolayrıcına yaxınlaşsa da, bu baş vermir.
Qəribə odur ki, təhlükəsizliklə bağlı siyasi dialoqda münasibətlərin pisləşməsinə paralel olaraq, Moskva və İrəvan arasında iqtisadi göstəricilər hər il rekordlar qırır. Təkcə bu ilin yanvar-fevral aylarında tərəflər arasındakı ticarət dövriyyəsi 2,2 dəfə artaraq 2,1 milyard dollar təşkil edib.
Azərbaycanda belə bir fikir var ki, Rusiya və Ermənistan hakimiyyəti qarşılıqlı ittihamlarla ictimai qarşıdurmanı imitasiya edir, reallıqda isə bu, qarşılıqlı maraqları təmin etmək üçün planlaşdırılmış taktikadır.
Bu yanaşmanın əsaslarını nəzərdən keçirək:
- Rusiya Azərbaycan və Türkiyənin fəaliyyətini məhdudlaşdırmaq üçün Ermənistana Qərblə “yaxınlamağa”, dəstək almağa imkan verir. Paşinyan Rusiyanın inteqrasiya layihələrindən və ikitərəfli strateji razılaşmalarından geri çəkilmir, əksinə anti-Rusiya ritorikası və kosmetik addımlarla (məsələn, rus sərhədçilərinin hava limanından çıxarılması) anti-Rusiya sanksiyalarından yan keçmək mövzusunda Qərbin himayəsini qazanır. Beləliklə, Rusiya sanksiyalardan yayınma üçün cığır əldə edir, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və Ermənistan-Türkiyə normallaşması ilə bağlı heç bir irəliləyiş baş vermir, Rusiyasız kommunikasiyalar açılmır.
- Paşinyan isə iqtisadi üstünlüklər və təhlükəsizlik boşluğunun olmamasına zəmanət alır. 2020-ci il müharibəsindən sonra Ermənistanın baş naziri Rusiya ilə həmrəy idi. Moskvanın “Kiyevi 3 günə alacağıq” iddialarının uğursuzluğundan sonra isə Rusiyanın icazəsi ilə o, Kremlin qırmızı xətlərini keçmədən Qərbdə alternativ təhlükəsizlik mənbələrin formalaşdırılması müqabilində anti-Rusiya ritorikasına başladı.
Odur ki, İrəvanla Moskva arasındakı münasibətlərə Kremlin xarici və Paşinyanın daxili siyasi maraqları prizmasından baxmaq lazımdır.
Məsələn, niyə Paşinyan 2018-2019-cu illərdə Rusiya kontingentinin tərkibində Suriyaya qoşun göndərmək qərarına gəldi? Çünki bu, Rusiya prezidentini qane edir və daxili rusiyayönlü müxalifəti zərərsizləşdirirdi. O, əvvəlcə Rusiyanın Ermənistandakı strateji aktivlərinə qarşı cinayət işi açdı, sonra isə onları bağladı. O, Köçəryanı həbs etddi, sonra buraxdı.
44 günlük müharibənin ardından generalların onun istefasını tələb edən bəyanatından sonra Paşinyan Rusiya prezidenti ilə razılığa gəldi. Rusiyanın neytral mövqeyini təmin edən Paşinyan sülhməramlıların Qarabağda mandatını imzaladı və hakimiyyətdə qalmaq üçün Kremlin istədiyi hər şeyi etdi.
Lakin Azərbaycanın hərəkətləri vəziyyəti dəyişdi.
Qərbin fəallaşması Paşinyanı anti-Rusiya ritorikasının səviyyəsini artırmağa, KTMT-dəki üzvlüyünü “dondurmağa”, “Mir” kartlarının istifadəsini dayandırmağa və Rusiya sərhədçilərini hava limanından çıxarmağa vadar etdi. Son iki qərar Qərbə “prosesin başladığı” ümidini verdi. İndi vacib olan İrəvanın növbəti addımlarıdır.
Moskvanın qırmızı xətləri aydındır: Hərbi baza, Türkiyə, İran və Azərbaycanla sərhəd mühafizəsi, strateji aktivlər, KTMT və Aİİ-yə üzvlük, ikitərəfli müqavilələr və birgə hava hücumundan müdafiə qüvvələri.
Ukraynadakı müharibədən çox şey asılıdır. Rusiya qalib gəlsə, Paşinyan Kremlin qırmızı xətlərini keçmədiyini göstərəcək. Əgər Rusiya Ukraynada məğlub olarsa, Paşinyanın Qərbin xeyrinə qırmızı xətləri keçmək üçün hazır qərarları olacaq.
Bəs Azərbaycan?
Əlbəttə ki, Rusiyanın Ermənistanla bağlı addımlarını gözləmək məqsədəuyğun olardı. Çünki Moskva bəyanatlardan irəli getmir. Aydındır ki, qırmızı xətlər keçilməyib, paralel ixrac çiçəklənir. İnstitusional bağlılıq olmadan və ya ən azı Rusiyadan aralanmaq yolunda geri dönüşü olmayan nöqtəni keçmədən Ermənistan üçün öz kisəsini açan Qərbdən da gözləntilərimiz var.
Azərbaycan Ermənistandan fərqli olaraq nə Rusiyanın, nə də Qərbin maraqlarının carçısı deyil. Ona görə də rəsmi Bakı öz qərarlarında tələsməməli, Rusiya və Ermənistan sözdən hərəkətə keçənə qədər gözləməlidir. Çünki o zaman Qərb daha mülayim olacaq.

👍9
Azərbaycanın tərcihi: Ermənistanda Rusiyayönümlü, yoxsa Qərbyönümlü hakimiyyət?
5 aprel Brüssel görüşü bir daha onu göstərdi ki, Paşinyan Qərbin Ermənistana dəstəyindən istifadə edərək Rusiyanın son 30 ildə oynadığı rolu Aİ və ABŞ-a ötürməyə, Moskvanı Paris, Brüssel və Vaşinqtonla əvəz etməyə çalışır. Öz, növbəsində, Qərb də bu funksiyaya həvəslə yanaşaraq Ermənistana hərtərəfli dəstəyini artırır.
Qərbin Rusiyanı əvəzləməklə Ermənistanda patron roluna yiyələnməsi prosesi Azərbaycanın maraqlarının nəzərə alınmaması ilə müşayət olunur. Bu kontekstdə, rəsmi Bakı üçün Azərbaycan-Ermənistan münasibətlərinə Rusiya və Qərbin yanaşması arasında elə də ciddi fərq yoxdur.
Elə isə, Azərbaycanın Ermənistan rəhbərliyi ilə bağlı mövqeyi hansı halda dəyişə bilər? Ümumiyyətlə, hazırda Azərbaycanın maraqları baxımından Ermənistanda Qərbyönümlü, yoxsa Rusiyayönümlü hakimiyyətin olması daha əlverişlidir?
Bu və digər məsələlərlə daha ətraflı saytımızda dərc olunmuş məqalədə tanış ola bilərsiniz: https://cssc.az/az/view/2/52/

Azərbaycanın tərcihi: Ermənistanda Rusiyayönümlü, yoxsa Qərbyönümlü hakimiyyət? | CSSC
5 aprel Brüssel görüşü bir daha onu göstərdi ki, Paşinyan Qərbin Ermənistana dəstəyindən istifadə edərək Rusiyanın son 30 ildə oynadığı rolu Aİ və ABŞ-a ötürməyə, Moskvanı Paris, Brüssel və Vaşinqtonla əvəz etməyə çalışır. Öz, növbəsində, Qərb də bu funksiyaya…
👍8
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov və direktor müavini Fuad Çıraqov İctimai TV-nin efirində gedən “Diqqət Mərkəzi” verilişində “Gürcüstan hadisələri Azərbaycana təsir edəcək?” mövzusundakı müzakirələrdə iştirak ediblər.
Daha ətraflı: https://youtu.be/IIUqNZmrL9c?si=7mk5ryFg3e2iMgEk
Daha ətraflı: https://youtu.be/IIUqNZmrL9c?si=7mk5ryFg3e2iMgEk
YouTube
Gürcüstan hadisələri Azərbaycana təsir edəcək? | Diqqət mərkəzi
Bizi İzləyin:
Whatsapp: https://whatsapp.com/channel/0029Va8QgvE5fM5Yy1EyAy0K
Facebook: https://www.facebook.com/ictimai.tv/
Instagram: https://www.instagram.com/ictimaitv.official/
Teleqram: https://news.1rj.ru/str/tvictimai
Sayt: https://itv.az/
Copyright © İCTİMAİ…
Whatsapp: https://whatsapp.com/channel/0029Va8QgvE5fM5Yy1EyAy0K
Facebook: https://www.facebook.com/ictimai.tv/
Instagram: https://www.instagram.com/ictimaitv.official/
Teleqram: https://news.1rj.ru/str/tvictimai
Sayt: https://itv.az/
Copyright © İCTİMAİ…
👍4
Nəyi, nə vaxt və necə edəcəyini bilmək...
Rusiya öz sülhməramlı kontingentini (RSK) Azərbaycandan çıxarır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin sözlərinə görə, qərar Azərbaycan və Rusiya liderləri səviyyəsində qəbul edilib.
44 günlük müharibənin başa çatmasından sonra RSK-nın Azərbaycandakı mövcudluğu məsələsi ən çox müzakirə edilən mövzulardan biri idi. 2023-cü ilin sentyabrında Azərbaycan silahlı qüvvələrinin Qarabağdakı Ermənistan silahlı qüvvələrinin qalıqlarına qarşı həyata keçirdiyi bir günlük antiterror əməliyyatından sonra isə RSK mövzusu daha çox spekulyativ xarakter aldı. İstər Azərbaycanın özündə, istərsə də Qərbdə belə bir sual yaranıb ki, erməni əhalisinin sərbəst köçündən sonra RSK-nın Qarabağda qalmasının nə anlamı var?
Ermənistan rəhbərliyi, onlara züy tutan qərb himayəçiləri və Azərbaycanın Qərbi dəstəkləyən müxalifəti yekdilliklə “Azərbaycan və Rusiyanın əlbir olması” barədə danışır, bir səslə “Rusiya əbədi olaraq Qarabağda qalacaq” deyirdilər. Üç il ərzində Qarabağ ərazisinin və orada yaşayan əhalinin reinteqrasiyasının qarşısını almaq üçün Ermənistan rəhbərliyinin hər şeyi etməsi və prosesləri güc tətbiqinə çatdırmasına dair faktlar bütün bu sadalanan qruplara təqdim olunsa da, heç kim bunu ciddi qəbul etmirdi.
Bilirsiniz niyə?
Çünki bütün bu qüvvələr müxtəlif dövrlərdə Rusiya ilə əlbir olublar. Onlar Azərbaycanın müstəqil dövlət olduğunu, güc mərkəzləri ilə bərabərhüquqlu münasibətlər qurmağı bacaran güclü Lideri olduğunu qəbul edə bilmirlər. Bu üç il yarım ərzində Azərbaycan həm Ermənistanla münasibətlərdə, həm də Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası mövzusunda maksimum konstruktivlik nümayiş etdirdi. Ancaq buna cavab olaraq dağıdıcı təşəbbüslər, separatizmə dəstək və müxtəlif layihələr aldı ki, həmin layihələr nəticəsində münaqişə əbədi olaraq davam etməli idi. Lakin Azərbaycanın hərəkətləri bütün bu plan və layihələri pozdu!!!
Azərbaycan rəhbərliyi Azərbaycanın bütün ərazisində suverenliyin tam bərpası xəttini səbirlə və davamlı şəkildə həyata keçirirdi. Ermənistan və onun havadarlarının yaratdığı informasiya köpüyü bəzən separatizmin, Qarabağda gərgin vəziyyətin hələ uzun müddət davam edəcəyi təəssüratı yaradırdı. Hərçənd, digər tərəfdən Prezident İlham Əliyevə inam var idi, nəyi, nə vaxt, necə edəcəyini bildiyinə inam...
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq vəziyyətdən asılı olaraq mövqeyini dəyişməyən ardıcıl, məsuliyyətli və proqnozlaşdırıla bilən tərəfdaş imicini yaratdı. İnanın ki, bu, müasir beynəlxalq münasibətlərdə, xüsusən də bizim regionda çox dəyərlidir!
Bu günlərdə çoxlarını narahat edən bir sual var: “Bunun qarşılığı nədir?!”. Bu sual mövzuya yanaşmanın yanlışlığını, Azərbaycan-Rusiya münasibətlərinin mahiyyətini dərk etməməyi göstərir. Bəli, belə də olur...
Ermənistanın Qərb himayədarları yəqin ki, çaşqın halda nə edəcəklərini düşünürlər. Çünki onların bütün təbliğatı Azərbaycan və Rusiyanın demonizasiyası üzərində qurulmuşdu.
Bu, hər bir Azərbaycan vətəndaşı üçün çox mühüm hadisədir!
Azərbaycanın ərazi bütövlüyü mövzusu hətta ən qatı azərbaycanofobların beynində həmişəlik öz həllini tapıb. Artıq fərziyyə və məlumat köpüklərinə yer yoxdur və olmayacaq, hamısı partlayıb.
Prezident İlham Əliyev diplomatiyada və milli maraqların müdafiəsində bir daha mükəmməllik nümayiş etdirdi!

👍39👎3
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Dörd kəndin qaytarılmasının əsəs səbəbi" mövzusunda fikirlərini bölüşüb.
Daha ətraflı: https://youtu.be/GIvQN1uQtn8?si=gLLQKO4up47XD1wv
Daha ətraflı: https://youtu.be/GIvQN1uQtn8?si=gLLQKO4up47XD1wv
YouTube
4 kəndin qaytarılmasının əsas səbəbi | Diqqət mərkəzi
Bizi İzləyin:
Whatsapp: https://whatsapp.com/channel/0029Va8QgvE5fM5Yy1EyAy0K
Facebook: https://www.facebook.com/ictimai.tv/
Instagram: https://www.instagram.com/ictimaitv.official/
Teleqram: https://news.1rj.ru/str/tvictimai
Sayt: https://itv.az/
Copyright © İCTİMAİ…
Whatsapp: https://whatsapp.com/channel/0029Va8QgvE5fM5Yy1EyAy0K
Facebook: https://www.facebook.com/ictimai.tv/
Instagram: https://www.instagram.com/ictimaitv.official/
Teleqram: https://news.1rj.ru/str/tvictimai
Sayt: https://itv.az/
Copyright © İCTİMAİ…
👍3
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Press klub TV-nin “Əsas Sual” verilişində “Moskvada kritik Əliyev - Putin görüşü: hansı qərarlar veriləcək?” mövzusunda fikirlərini bölüşüb.
Daha ətraflı: https://www.youtube.com/watch?v=ynZr_-C36VQ
Daha ətraflı: https://www.youtube.com/watch?v=ynZr_-C36VQ
YouTube
Moskvada kritik Əliyev - Putin görüşü: hansı qərarlar veriləcək?