CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
ABŞ qərəzdən şantaja keçir?!

Bu günlərdə ABŞ Dövlət Departamentinin sorğusu əsasında hazırlanmış “Qarabağda faktaraşdırıcı missiya”nın hesabatı dərc olunub. Hələ ötən ilin noyabrında Konqresdəki dinləmələr zamanı Departament rəhbərinin köməkçisi Ceyms O`Brayen bu sənədin anonsunu verib və hesabat məhz onun regiona son səfərindən dərhal sonra yayımlanıb.

İkili standartların yeni səviyyəsi

Hesabat öz mahiyyətinə görə ikili standartların növbəti və daha çirkin bir nümunəsini əks etdirir. Burada rəsmi Vaşinqtonun son 30 ildə Ermənistan-Azərbaycan münaqişəsinə qərəzli və ermənimərkəzli yanaşması daha açıq şəkildə özünü büruzə verir:

- Sənəddə 30 illik münaqişənin yalnız son 3 ili birtərəfli yanaşmada və ciddi təhrif olunmuş tərzdə işıqlandırılır, işğalçılar qurban kimi göstərilir. Bütün dünyanın gözü qarşısında ermənilərin Qarabağdan könüllü və dinc şəkildə köçü etnik təmizləmə kimi qələmə verilir. Lakin 1990-cı illərin əvvəllərində Qarabağın yarım milyondan çox azərbaycanlı əhalisinin kütləvi qırğınlara məruz qalaraq öz yurdlarından qovulması barədə danışılmır.

- Hesabatda ötən ilin sentyabrındakı birgünlük antiterror tədbirləri nəticəsində Qarabağın erməni sakinləri arasında 229 nəfərin öldüyü, onlardan yalnız 34-nün mülki şəxs olduğu bildirilsə də, yerdə qalanların məhz silahlı hərbçilər olduğu qeyd edilmir. Bu hərbçilərin Azərbaycan ərazisində işğalçı qüvvələri təmsil etdikləri barədə hesabat müəllifləri susur, beynəlxalq təşkilatlar ötən əsrin sonlarında Ermənistanın işğalçılıq fəaliyyətinə siyasi qiymət verməkdən həmişəki kimi yayınırlar.

- Sənəddə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə istinad edilərək Azərbaycanın insanlığa qarşı və müharibə cinayətlərində ittiham edilməsi isə ikiüzlülüyün son həddidir. Belə ki, ilk növbədə ABŞ özü bu əsasnaməyə qoşulmayıb. Digər tərəfdən, Fələstində 38 min nəfərin ölümü, milyondan artıq sakinin öz evlərindən didərgin düşməsi fonunda, məhz ABŞ tərəfi BCM üzvlərini sanksiyalarla hədələyərək məhkəmənin İsrail rəsmilərinin mümkün həbsinə dair qərarına imkan vermir.

ABŞ nə istəyir?

Sözügedən hesabatın məhz belə qərəzli formada və indi açıqlanması heç də təsadüfi deyil. Bu, başlıca olaraq ABŞ-ın daxili gündəmi ilə əlaqədardır.

Sirr deyil ki, Vaşinqton Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün tələsir. Hazırki administrasiya öz seçki kampaniyasında mümkün sazişi xarici siyasətdəki uğuru kimi göstərməyə çalışır. Bakının Ermənistan Konstitusiyası ilə bağlı haqlı tələbində israrlı olması isə ABŞ hökumətinin bu planlarını pozur və belə şəraitdə Ağ Ev Azərbaycana qarşı açıq-aşkar şantaja keçir. Sənədin O`Brayenin səfərindən dərhal sonra yayılması da bununla bağlıdır.

Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü bərpa etməsi ABŞ hakimiyyətini ölkədəki erməni lobbisinin ciddi tənqid hədəfinə çevirib. Vaşinqtonun anti-Azərbaycan addımları həm də seçki öncəsi erməni diasporunun yenidən rəğbətini qazanmaq məqsədini güdür. Hesabatın idarə heyətinin əksəriyyəti etnik ermənilərdən ibarət “Freedom House”un bələdçiliyi ilə hazırlanıb təqdim olunması bunu bir daha sübut edir.

ABŞ-ın sülhü tələsdirməkdə öz məqsədini kommunikasiyaların açılması ehtiyacı ilə izah etməsi isə ciddi suallar doğurur. Çünki vaxtilə məhz Vaşinqton Bakı-Tbilisi-Qars layihəsinə qarşı çıxıb. İndi də Ermənistan ərazisindən keçəcək dəhlizin reallaşması üçün Paşinyana Bakının haqlı tələblərinin qəbulunda kömək etmək əvəzinə, ABŞ Azərbaycana təzyiq göstərməyə çalışır.

Nəticə

Beləliklə də, ermənimərkəzli mövqeyindən əl çəkə bilməyən və Azərbaycana qarşı bir qayda olaraq qərəzli münasibət sərgiləyən ABŞ, yenidən şantaja əl atır. Ötən ilin noyabrında olduğu kimi, indi də ön cəbhədə O`Brayen dayanıb. Lakin onun Bakıya öncəki təzyiq cəhdlərinin nə ilə nəticələndiyi yəqin ki, hamının yadındadır. Vaşinqton anlamalıdır ki, Azərbaycanın maraqları ilə hesablaşmadan və haqlı tələbləri nəzərə alınmadan bölgədə davamlı sülh sadəcə mümkün deyil.

@cssc_cqtm
👍16
ŞƏT ilə əməkdaşlıq: Azərbaycan üçün yeni imkanlar

İyul ayı Azərbaycanın iştirakı ilə keçiriləcək mühüm geosiyası əhəmiyyətə malik beynəlxalq tədbirlərlə zəngindir. Bunlardan birincisi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanda keçirilən növbəti zirvə görüşüdür.

Tarixi arayış

ŞƏT 2001-ci ildə 6 dövlətin (Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan) iştirakı ilə Şanxayda təsis olunub. Sonradan quruma daha 3 ölkə (2017 - Pakistan, Hindistan, 2021 - İran) qoşulub. Hazırda ŞƏT-in 9 üzvü ilə yanaşı, 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Astana Sammitində Belarusun da tamhüquqlu üzv kimi təşkilata qoşulması barədə qərar qəbul ediləcəyi gözlənilir.

ŞƏT-in iki daimi orqanı - Pekində yerləşən Katibliyi və Daşkənddə yerləşən Terrorizmə qarşı Regional Strukturu mövcuddur. Üzv dövlətləri birləşdirən geniş məkanda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizm, separatizm, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, iqtisadi əməkdaşlıq, enerji tərəfdaşlığı, elmi və mədəni əlaqələrin inkişafı təşkilatın əsas məqsədləri kimi bəyan olunub.

Azərbaycanla ŞƏT arasındakı əlaqələrin tarixçəsi 2015-ci ildə ölkəmizə dialoq üzrə tərəfdaş statusunun verilməsi ilə başlayıb. 2016-cı ildə Pekində müvafiq memorandum imzalanıb. 2022-ci ildə isə ŞƏT-in Səmərqənd zirvə görüşündə Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib.

Astana Sammiti

ŞƏT-in budəfəki Astana Samitində də Azərbaycan ən yüksək səviyyədə təmsil olunur. Prezident İlham Əliyevin Çin, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstandan olan həmkarları ilə danışıqlardan sonra iyulun 4-də ŞƏT+ formatında keçiriləcək ilk görüşdə iştirakı nəzərdə tutulur.

Azərbaycan-ŞƏT əməkdaşlığı hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət etməklə iqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, ekstremizm və separatizmə qarşı mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı, sivilizasiyalararası dialoqun təşviqi kimi sahələri əhatə edir.

Rəsmi Bakı təşkilata üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli formatlarda yüksək səviyyəli münasibətlər qurur. Bu, bir tərəfdən bütövlükdə ŞƏT-lə əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verir, digər tərəfdən Azərbaycanın regional güc kimi dəstək qazanmasını təmin edir. ŞƏT Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, ölkəmizlə bağlı ən mühüm məsələlərin, mövqelərin və prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılması üçün vacib bir platformadır.

Astana zirvə görüşü Azərbaycan üçün ŞƏT ilə əməkdaşlığın daha geniş sahələrini əhatə etməklə, bu işbirliyinin gələcək inkişaf perspektivlərini müəyyən etmək baxımından olduqca mühümdür. Bakı həm təhlükəsizlik, həm də iqtisadi sahədə öz çəkisini artıran ŞƏT ilə daha sıx əməkdaşlıqda maraqlıdır. Belə ki, bu əməkdaşlıq bir çox istiqamətlərdə ölkəmiz qarşısında yeni imkanlar açır.

Nəticə

Beləliklə də, Prezident İlham Əliyevin ikinci dəfə ŞƏT liderlərinin zirvə görüşünə dəvət olunması təşkilata üzv dövlərlərlə Azərbaycan arasında qarşılıqlı inam və etimadın ən yüksək səviyyəsindən xəbər verir. Rəsmi Bakının son illər beynəlxalq arenada artan nüfuzu, həmçinin Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artırır.

Azərbaycanın COP29-a sədrliyi fonunda qlobal aktorların, dünyanın aparıcı ölkə və təşkilatlarının Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduqları göz önündədir. Bütün bunlar Azərbaycanın məntiqli və ardıcıl xarici siyasətinin, ikitərəfli və çoxtərəfli diplomatiyasının uğurudur.

@cssc_cqtm
👍13
Azərbaycanı müharibə cinayətlərində ittiham edən hesabatın müəllifləri kimlərdir?!

Hesabatın preambulasında belə yazılıb:

“Bu faktaraşdırıcı hesabat “Freedom House”, “International Partnership for Human Rights”, “Democracy Development Foundation”, “Helsinki Citizens’ Assembly - Vanadzor”, “Protection of Rights without Borders”, “Law Development and Protections Foundation” və “Truth Hounds” tərəfindən birgə hazırlanıb.
“Media Diversity Institute” açıq mənbəli araşdırma və yoxlama aparıb.

Talin Hitik xülasənin və daha geniş hesabatın redaktə edilməsinə əsaslı dəstək verib. Anuş Baqdasaryan daha geniş hesabatın bir neçə bölməsinin redaktə edilməsinə mühüm töhfə verib. Metodologiya və anketlər “Democracy Development Foundation”, “International Partnership for Human Rights” və “Truth Hounds” tərəfindən hazırlanıb. Faktaraşdırıcı missiya “Open Society Foundations” və “Freedom House”un dəstəyi ilə mümkün olub. Faktaraşdırıcı missiya “Democracy Development Foundation” tərəfindən koordinasiya edilib”.

Bu strukturları iki kateqoriyaya ayıraq:

Beynəlxalq QHT-lər

1. “Freedom House” - əsas sifarişçi;

2. “Open Society Foundations” - əsas sifarişçi;

3. “International Partnership for Human Rights” - Ermənistan strukturları ilə koordinasiya;

4. “Truth Hounds” - Ukrayna QHT, müsahibələr üçün anketlərin hazırlanması.

Ermənistan QHT-ləri

1. “Democracy Development Foundation” - Ermənistan üzrə əsas koordinator, Ermənistan hökuməti və Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə əlaqələndirci;

2. “Helsinki Citizens’ Assembly - Vanadzor” - resurslar üzrə koordinator, əsasən yerlərdə çalışan şəxslər;

3. “Protection of Rights without Borders” - insan resursları;

4. “Law Development and Protections Foundation” - hakim partiyadan olan deputat Arusyak Culakyan (bu QHT-nin təsisçilərindən biri) vasitəsilə Ermənistan hökuməti ilə əlaqələndirici.

Nəticələr:

• Azərbaycanı “etnik təmizləmə” və “müharibə cinayətləri”ndə ittiham edən hesabat ABŞ Dövlət Departamenti tərəfindən rəsmi olaraq maliyyələşdirilən beynəlxalq QHT-lərin vəsaiti ilə hazırlanıb.

• Ermənistanda hesabatın hazırlanmasında iştirak edən bütün strukturlar “Open Society Foundations”ın (Soros Fondu) benefisiarlarıdır.

• Yerlərdə bütün işlər - Ermənistanda Qarabağ erməniləri ilə müsahibələr və hesabatın mətni Ermənistan vətəndaşları tərəfindən hazırlanıb!

• Paşinyan hökuməti və hakim partiya həm müsahib qruplarının işinin təşkilində, həm də hesabatın əsas tezislərinin tərtibində birbaşa iştirak edib.

• Simon Papuaşvilli maraqlı fiqurdur. O, “International Partnership for Human Rights”da region üzrə məsul şəxsdir və eyni zamanda sorğu anketini hazırlayan “Truth Hounds”da da vəzifə tutur. Papuaşvilli Ukraynada müvafiq iş aparır və sualları necə tərtib etməyi bilir.

İlkin nəticələr belədir. Saxtalaşdırmalar, manipulyasiyalar və yalanlarla dolu bu hesabatın danışıqlar prosesinə təsirləri olacaq. Bu, ictimai təşəbbüs deyil, Paşinyan hökumətinin nəzarətindəki QHT-lər tərəfindən həyata keçirilən ABŞ-ın sifarişidir!

@cssc_cqtm
👍8
Azərbaycan və Çin - strateji tərəfdaşlar

Azərbaycan və Çin liderləri arasında keçirilən görüşdə strateji tərəfdaşlığın qurulmasına dair bəyannamə imzalandı. Bununla da, Azərbaycan Cənubi Qafqazda Çinin sayca ikinci strateji tərəfdaşı oldu.

Bəyannamədə konteksti çox vacib olan bir neçə mühüm istiqamət vurğulanır:

- Bir-birinin ərazi bütövlüyünə hörmət: Sənəddə mövzuya dair Vahid Çin haqqında böyük bir bənd yer alır. Burada Çinin Tayvana dair yanaşmaları tam olaraq təsvir edilərək dəstəklənir. Çin isə buna cavab olaraq “Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir”. Əlbəttə ki, Azərbaycan üçün BMT-nin Təhlükəsizlik Şurası səviyyəsində təxribatlar zamanı Şuranın daimi üzvünün səsi həmişə vacib və faydalıdır.

- İqtisadiyyat və nəqliyyat: Bəyannamədə xüsusən “Bir kəmər - bir yol” təşəbbüsünün dəstəklənməsi, “Azərbaycan və Çin hökumətləri arasında beynəlxalq multimodal daşımaların inkişafı haqqında Sazişin imzalanması prosesinin sürətləndirilməsi” öhdəliyi öz əksini tapır. Başqa sözlə, Çin Azərbaycan üzərindən yükdaşımalara daha fəal cəlb olunur.

- Kommunikasiya mövzusu çərçivəsində bu bənd diqqəti cəlb edir: “Tərəflər öz ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcək”. Kommunikasiyaların təhlükəsizliyi beynəlxalq mövzuya çevrilir. Təhlükəsizlik mövzusunda əlavə dəstək isə Bakı üçün həmişə müsbət məqamdır.

- Orta Dəhliz:Çin tərəfi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazır olduğunu bildirir”. Bu, Çinin Orta Dəhlizin həm tikintisində, həm də istismarında birbaşa iştirakına dair növbəti öhdəlikdir.

- Sonda isə geosiyasət barədə:Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlayır, ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləyir. Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır”. Bununla da, Azərbaycanın ŞƏT-də statusunun yüksəldilməsi və BRICS-ə üzvlüyü anons edilir.

Beləliklə də, Azərbaycan strateji tərəfdaşı olduğu ölkələr siyahısını dünyanın iki geosiyasi mərkəzindən biri olan Çinlə genişləndirdi. Bu, rəsmi Bakının geosiyasi seçiminin təzahürüdür. Azərbaycan buna bərabərhüquqlu və qarşılıqlı faydalı formada nail oldu, regionda nəqliyyat kommunikasiyalarının lazımi yüklə təmin edilməsi üçün dəstək aldı və ikitərəfli münasibətlərdə öz maraqlarını vurğuladı. Yeri gəlmişkən, güman etmək olar ki, bundan sonra İrandan keçməklə Naxçıvana gedən dəmir yolu yeni nəfəs alacaq.

Azərbaycan ardıcıl olaraq ərazi bütövlüyü prinsipini dəstəkləyir və bu baxımdan da Bakının Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıması qeyri-adi hal deyil.

Regional layihələrdən kənarda qalan yeganə ölkə hələ də ABŞ-la strateji tərəfdaşlığı rəsmiləşdirməyi planlaşdıran və Hindistanla əlaqələr quran Ermənistandır. ABŞ və Hindistanın Çinlə hansı münasibətlərdə olduğu hamıya məlumdur. Bununla yanaşı, Pekində Nensi Pelosinin Tayvana, daha sonra İrəvana səfərini və burada “ABŞ-dan Ukraynaya, Tayvandan Ermənistana qədər dünya seçim qarşısındadır”, - sitatını yaxşı xatırlayırlar.

İmzalanmış Bəyannamə ikitərəfli münasibətlərin üçüncü ölkələrə bağlı olmadan necə rəsmiləşdirilməsinə dair bir nümunədir. Azərbaycanla münasibətlərdə bu və ya digər formada Ermənistanla münasibətləri şərt kimi irəli sürən ABŞ və Aİ bu nümunədən ibrət almalıdır.

@cssc_cqtm
👍13
Azərbaycan-Türkiyə-Pakistan üçlüyü regional geosiyasətin tərkib hissəsi kimi

ŞƏT-in Astana sammiti Azərbaycan üçün həm sammitin özü, həm də sammit çərçivəsində baş tutan görüşlər və imzalanan sənədlərlə yadda qalacaq. Çinlə strateji tərəfdaşlıq haqqında Bəyannamənin qəbulundan sonra Astanada Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü keçirilib.

Bu üçtərəfli format çoxdan mövcuddur, lakin liderlərin sammiti ilk dəfə təşkil olunub. İndiyədək yalnız parlamentlərin sədrləri, xarici işlər və müdafiə nazirləri səviyyəsində bir sıra üçtərəfli təmaslar baş tutub. Günümüzdə isə bu format inkişaf edərək artıq üç ölkənin liderləri səviyyəsinə çatıb. Bu baxımdan Azərbaycan prezidenti, Türkiyə dövlət başçısı və Pakistan baş nazirinin görüşü tarixi əhəmiyyətə malikdir və belə görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağı gözlənilir.

Əvvəlki təcrübəyə əsaslanaraq, Astanadakı görüşdə müdafiə qurumlarının, hərbi sənaye komplekslərinin qarşılıqlı fəaliyyəti və birgə təlimlərin davamlı olaraq keçirilməsi mövzusu önə çəklib. Həmçinin, üç ölkə tərəfindən birgə silah istehsalı məsələsi gündəmə gətirilib.

Bununla yanaşı, qarşılıqlı iqtisadi əlaqələr də üçtərəfli münasibətlərin mühüm komponentidir. Üç ölkə arasında ticarət, innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil, humanitar və digər sahələrdə əməkdaşlıq artan xəttlə inkişaf etsə də, cari trend daha böyük perspektivlərə malikdir. Xüsusilə iqtisadi-ticari iş birliyi üzrə mövcud irəliləyiş potensialını reallaşdırmaq üçün kommunikasiya infrastrukturunun yaradılması çox vacibdir. Bu kontekstdə, həm Orta Dəhliz, həm də İran üzərindən Şimal-Cənub infrastrukturu Pakistanla ticarət dövriyyəsini artırmaq üçün yeni imkanlar açır.

Yuxarıda qeyd edilənlərə rəğmən, sözügedən üçtərəfli formatda geosiyasətin çəkisi daha ağırdır. Bakı, Ankara, İslamabad tarixi və dini yaxınlığa əsaslanaraq daim beynəlxalq təşkilatlarda bir-birinə dəstək verib. Astanadakı üçtərəfli görüşdə bu praktikanın əhəmiyyəti və bundan sonra da davam etdirilməsinin vacibliyi bir daha vurğulanıb. Görüşlə bağlı yayılan rəsmi məlumatda üçtərəfli danışıqlarda həmçinin Qəzza, Kipr, Kəşmir, İslamofobiya kimi regional və qlobal məsələlərin də müzakirə olunduğu bildirilib.

Məlumatda daha bir maraqlı geosiyasi məqam yer alıb. Burada regiondankənar qüvvələr tərəfindən Cənubi Qafqazın hərbiləşdirilməsinin dağıdıcı təsiri qeyd olunub. Güman etmək olar ki, söhbət Hindistandan və onun regiondakı siyasətindən gedir. Aydındır ki, Hindistan bölgədə öz siyasətini həyata keçirə bilər, lakin Dehli Cənubi Qafqaza ticarətlə deyil, silahla nüfuz etməyə çalışır. Zaman keçdikcə elə təəssürat yaranır ki, Hindistan regiondakı reallıqları dərk etmədən, buradakı proseslərin təfərrüatlarını bilmədən Paşinyan və Ermənistanın tərəfini tutan birgə koalisiyanın üzvü kimi çıxış edir.

Azərbaycan Hindistana bu cür siyasətin bölgədə Dehlinin maraqlarına zərbə vurduğu və ona baha başa gələcəyi barədə ardıcıl xəbərdarlıq edib. Beləliklə də, rəsmi Bakı bir gün ərzində Hindistanla regional səviyyədə rəqabət aparan iki dövlətlə əlaqələrini daha da genişləndirərək Çinlə birgə bəyannamə qəbul edib, Pakistanla hərbi əməkdaşlığı dərinləşdirib.

Azərbaycan İkinci Qarabağ Müharibəsi zamanı Türkiyə və Pakistanın göstərdiyi böyük mənəvi və siyasi dəstəyi heç vaxt unutmayaraq yüksək qiymətləndirir. Ümumiyyətlə, 44 günlük müharibədən sonra ölkəmizdə bir çox yerlərdə müvafiq dövlətlərin bayraqlarının asılması Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının daha da genişləndirilməsinin təzahürüdür. Bu, geosiyasətdə bizə güc verir, təhlükəsizlik mühitini artırır və ən əsası, istər xarici siyasətin ardıcıllığı, istərsə də Azərbaycanın maraqlarına zidd planlar quran ölkələrin üzləşəcəyi fəsadlar kontekstində ölkəmizin proqnozlaşdırıla bilənliyini artırır.

@cssc_cqtm
👍13
“Freedom House” və digər QHT-lərin Qarabağ erməniləri haqqında hesabatının təhlili

İyulun 2-də “Freedom House” və digər beynəlxalq QHT-lərin hazırladığı, Azərbaycanı “etnik təmizləmə”, “insanlığa qarşı cinayətlər” və “müharibə cinayətləri”ndə ittiham edən hesabat dərc edib.

Hesabatdan belə görünür ki, bu beynəlxalq təşkilatları bir yerə gətirən, əmək bölgülərini müəyyənləşdirən və fəaliyyətlərini koordinasiya edən bir mərkəz var. Həmin mərkəz isə hesabatda adı çəkilməyən ABŞ Dövlət Departamentidir. Bu sadəcə ittiham və ehtimal deyil. Sözügedən hesabatın hazırlanmasını koordinasiya etdiklərini və nəticələrini gözlədiklərini ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn azı iki dəfə kameralar qarşısında özü etiraf edib (Konqresdəki dinləmələr zamanı çıxışı - noyabr, 2023 və Ermənistanda Azadlıq Radiosuna müsahibəsi - iyun, 2024). Hələlik fakt odur ki, bu hesabat gələcəkdə Azərbaycana qarşı müxtəlif məhkəmələrdə, beynəlxalq təşkilatlarda və qanunverici orqanlarda istifadə etmək səviyyəsinə çatdırılıb.

Bu hesabat Azərbaycana qarşı gizli gündəliyin və planın olduğu haqqda əsaslı şübhələri bir daha sübut etdiyinə görə sıradan bir sənəd deyil. Bu sənəd haqqında O’Braynın əvvəl dedikləri onu sübut edir ki, sülh müqaviləsi imzalansa belə həmin plandan və gizli gündəlikdən imtina edilməyəcək(di), əksinə, sülh müqaviləsi imzalandıqdan sonra həmin plan tam işə düşəcək. Bu planın işə düşməməsi, sülh müqaviləsi ilə bütün məsələlərin birdəfəlik və həmişəlik bağlanması üçün Azərbaycan Ermənistandan öz Konstitusiyasından və qanunvericiliyindən Azərbaycan torpaqlarının anneksiyasını qanuniləşdirən maddələrin çıxarılmasını tələb edir. Eləcə də, Ermənistana təklif edilib ki, Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycanla birlikdə ATƏT-ə müraciət edilsin. Ermənistan hələlik buna müsbət cavab verməyib. Çünki nə Ermənistanın, nə də onun havadarlarının Qarabağ məsələsini beynəlxalq gündəlikdən çıxarmaq niyyətləri yoxdur.

O’Brayn Konqresdəki dinləmə zamanı ABŞ-ın bölgədə fəaliyyətinin üç istiqamətdə olduğunu göstərmişdi:

1. Qarabağ ermənilərinə hərtərəfli yardım və onların geri qaytarılması;
2. Ermənistana yardım edilməsi;
3. Sülhün əldə olunması.


Beləliklə, prioritetlərin sıralanmasında biz sülhü birinci yerdə görmürük.

“Freedom House” hesabatının prizmasından O’Braynın iki çıxışına baxanda daha yaxşı aydın olur ki, Bayden administrasiyasının hədəfi tələsik sülh müqaviləsini imzalayandan sonra növbəti mərhələ üçün işlərə başlamaq olub. Bu hesabat onu göstərir ki, Bayden administrasiyası Azərbaycanla qeyri-səmimi davranır. Ona görə də ABŞ Minsk qrupu, Ermənistan Konstitusiyası və qanunvericiliyi ilə bağlı məsələlərini bağlamadan Azərbaycanı sülh müqaviləsini tələsik imzalamağa sövq etməyə çalışır. Bunun üçün şirnikləndirici təkliflər və təzyiqlər də edili(b)r.

Nə üçün ABŞ Dövlət Departamenti BMT-nin və digər beynəlxalq təşkilatların ilkin qiymətləndirilməsi ilə qane olmur və razılaşmır? Nə üçün “Freedom House” hesabatının hazırlanmasında həm müsahibə verən, həm də müsahibə alanların ermənilər olması qəbul edilir? Ancaq Azərbaycan televiziya kanallarının həmin günlərdə götürdükləri yüzlərlə videomüsahibələr əsaslı faktlar sayılmır? Bu cür hesabatlarla, yəni, nəticədə Azərbaycanı etnik təmizləmədə ittiham etməklə ABŞ nəyə nail olmağa çalışır?

Mövzu ilə bağlı daha ətraflı saytımızda dərc edilən məqalədə tanış ola bilərsiniz.
👍16
Qızmar payız

Qarşıdan gələn payızın siyasi baxımdan qızmar keçəcəyi heç kəsdə şübhə doğurmur. Çünki cari ildə qlobal səviyyədə gözlənilən bir sıra hadisələr məhz bu fəsilə təsadüf edir. Həmin hadisələrin bu və ya digər şəkildə Cənubi Qafqaz regionuna təsiri isə qaçılmazdır.

ABŞ-da prezident seçkiləri

Noyabrda baş tutacaq ABŞ prezidenti seçkiləri ərəfəsində ölkədəki siyasi mübarizə artıq pik həddə çatıb. Trampa qarşı sui-qəsd bunu əyani şəkildə sübut edir. Öz növbəsində, bu hadisə respublikaçı namizədin seçkilərdə qələbə qazanmaq şansını xeyli artırıb. Lakin nəzərə almaq lazımdır ki, Trampa qarşı silahlı hücum və ya sui-qəsd cəhdi təkrarlana bilər. Belə ki:

- Cinayətkarın profili onun özünəqapalı xarakterə sahib olmasını, konkret olaraq eks-prezidentə qarşı qatı və barışmaz mövqe tutmasını deməyə əsas verir. Belə insanlar isə ABŞ-da kifayət qədərdir və onların davranışlarını öncədən proqnozlaşdırmaq qeyri-mümkündür. Bu kəsim öz radikal addımları ilə seçilir və şəxsi ideyaları uğrunda mübarizədə silaha əl atmaqdan belə çəkinmirlər.

- Digər tərəfdən, artıq uzun illərdir ölkə sakinlərinin ixtiyarında olan odlu silahların sayı (təxminən 400 milyon ədəd) əhalinin ümumi sayını üstələyir və hazırda hər 100 ABŞ sakininə orta hesabla 120 odlu silah düşür.

İstənilən halda, Trampın hakimiyyətə mümkün qayıdışı ABŞ-ın həm daxili, həm də xarici siyasətində kökü dəyişikliklərə yol açır. Odur ki, ölkənin özü ilə yanaşı, Avropada da bu dəyişikliklərə ciddi hazırlıqlar gedir.

Ukrayna cəbhəsi

Hazırda Ukraynadakı aktiv hərbi əməliyyatlarda dönüş nöqtəsi müşahidə olunmur. Cari vəziyyətdə tərəflərdən hər hansı birinin mütləq üstünlüyündən danışmaq mümkün deyil. Həmçinin, yaxın aylarda istər Rusiya, istərsə də Ukrayna silahlı qüvvələrinin yeni genişmiqyaslı hücum cəhdi üçün resursları çatışmır. Buna baxmayaraq, tərəflər bütün imkanları ilə yerdəki vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırlar.

Trampın prezident səlahiyyətlərinin icrasına başlayanadək Ukraynada sülhü bərpa edəcəyi ilə bağlı bəyanatı fonunda Moskva və Kiyev payız-qış aylarında mümkün danışıqlara hazırlaşırlar. Onlar yerdə yeni reallıqlar formalaşdırmaqla növbəti ABŞ prezidentini fakt qarşısında qoymağı, eləcə də dinc nizamlanma prosesində mövqelərini gücləndirməyi hədəfləyirlər.

Gürcüstanda parlament seçkiləri

Payızda regional vəziyyətə təsir edəcək daha bir mühüm hadisə Gürcüstandakı parlament seçkiləridir. Seçkilər ərəfəsində hakim partiyanın təşəbbüsü ilə “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsi rəsmi Tbilisi ilə Qərbin münasibətlərini xeyli pisləşdirib. Hazırda Vaşinqton və Brüssel Gürcüstana qarşı birtərəfli addımlar ataraq qarşıdangələn seçkilərin gedişatına təsir göstərməyə çalışırlar.

Əgər payızdakı seçkiləri hakimiyyət qazanarsa, Qərbin bu ölkəyə yönəlik sonrakı fəaliyyəti iki mümkün ssenari üzrə cərəyan edə bilər: Ya reallığı qəbul edərək öz siyasətini məhdud çərçivədə davam etdirmək, ya da daha irəli gedərək mövcud mövqeləri sual altına almaq. Hadisələrin məhz hansı ssenari üzrə cərəyan edəcəyini isə zaman göstərəcək.

Nəticə

Yuxarıda qeyd olunanlardan belə qənaətə gəlmək mümkündür ki, hazırda həm qlobal, həm də regional səviyyədə qeyri-müəyyənliklər çoxdur. Aydındır ki, bu qeyri-müəyyənliklərin hansı nəticələrə gətirib çıxaracağı bizdən asılı deyil. Belə şəraitdə, Azərbaycan istənilən variantlara hazır olmalı, dəyişən reallıqlara vaxtında və düzgün reaksiya verməlidir.

@cssc_cqtm
👍23
Orbanın xarici siyasət manevrləri

İyulun 1-dən etibarən Aİ Şurasına sədrlik Macarıstana keçdi. Bundan dərhal sonra - ertəsi gün ölkənin baş naziri Viktor Orban indiyədək hər hansı digər Aİ lideri üçün mümkünsüz sayılan marşrut üzrə (Kiyev, Moskva, Şuşa, Pekin, Vaşinqton) dünya turuna çıxdı.

Sülh təşəbbüsü

Orbanın Kiyevə səfəri son 10 ildə, xüsusilə də müharibə başlayandan bəri Macarıstan baş nazirinin Ukraynaya ilk gəlişi oldu. Bununla da, Orban münaqişəyə dair yeni sülh missiyasının başlandığını elan etdi. Baş nazirin sonrakı səfərləri zamanı ikitərəfli münasibətlərlə yanaşı, məhz bu mövzu gündəmin əsasını təşkil edən məsələyə çevrildi.

Fərqli baxışa malik tərəflərlə məsləhətləşmələrdən sonra Budapeşt detalları hələ ki, ictimaiyyətə açıqlanmayan sülh planını irəli sürdü. Bununla da, Macarıstan Ukrayna münaqişəsi üzrə müvafiq təşəbbüslə çıxış edən ilk Aİ üzvü, eləcə də vasitəçilik sahəsində nailiyyətlər qazanmış Türkiyədən sonra ikinci NATO ölkəsi oldu.

Orban hazırki mərhələdə onun sülh planının bütün tərəfləri qane etməyəcəyini yaxşı anlayır. O, Aİ-nin mövcud münaqişə ucbatından məruz qaldığı itkiləri görür və bu zərəri ölkəsi üçün minimallaşdırmağa, hətta fürsətə çevirməyə çalışır. Bu baxımdan, Orbanın sülh planı əslində ABŞ, Aİ və Rusiya arasında mühüm vasitəçi kimi Macarıstanın mövqeyini möhkəmləndirməyə, prosesin bir halqası olmağa yönəlib.

Brüssel Budapeştə qarşı

Macarıstan baş nazirinin sülh təşəbbüsü Aİ daxilində ciddi narazılığa səbəb oldu. Xüsusən də, Orbanın Moskva və Pekinə səfəri Brüssel tərəfindən Ukraynanın birmənalı şəkildə dəstəklənməsinə dair Aİ-nin vahid kursuna ciddi zərbə kimi dəyərləndirildi. Hətta iş o yerə çatdı ki, Macarıstanın sədrlikdən uzaqlaşdırılması və səsvermə hüququnun məhdudlaşdırılması məsələsi gündəmə gətirildi. Düzdür, bu səviyyədə olmasa da, Aİ tərəfindən Macarıstana qarşı indiyədək heç bir nümanəsi və ya analoqu olmayan “cəza təbdirləri” tətbiq edildi.

Siyasi ənənənin əksinə olaraq, Aİ-yə sədrlik edən ölkənin baş naziri kimi Orban Avropa Parlamentinin Strasburqda keçiriləcək ilk iclasına dəvət edilmədi. Bununla yanaşı, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen AK kollegiyasının Macarıstana səfərini ləğv etdi və Aİ Şurasının Macarıstan sədrliyi yanında keçirilən qeyri-rəsmi iclaslarda AK təmsilçiliyinin səviyyəsini aşağı saldı. Bu, indiyədək Aİ tarixində görünməmiş qərarlar idi.

Həmçinin, Aİ Şurası və üzv ölkələr onlara göndərilmiş Macarıstanın sülh planını rədd etdilər. Brüssel bəyan etdi ki, Budapeşt Aİ-ni beynəlxalq səhnədə təmsil etmək səlahiyyətinə və mandatına malik deyil. Odur ki, Aİ rəhbərliyinin icazəsi olmadan Macarıstan sülh təşəbbüsü irəli sürə bilməz.

Nəticə

Hazırda Macarıstanın baş naziri Aİ-də unikal mövqeyə sahibdir. Orban faktiki olaraq yeganə Aİ lideridir ki, Putinlə danışıqlar apara bilir. Eyni zamanda o, Çinlə konfrantasiyaya getmir, əksinə ikitərəfli münasibətlərin səviyyəsini daha da yüksəldir.

Bununla yanaşı, Orban yeganə Aİ lideridir ki, son yarım ildə Trampla iki dəfə gürüşüb. Aydındır ki, Macarıstan lideri ABŞ-da hakimiyyətə qayıtma ehtimalı yüksək qiymətləndirilən Trampın Avropadakı əsas tərəfdaşı olmağı hədəfləyir.

Nəzərə almaq lazımdır ki, Macarıstanın Aİ Şurasına sədrlik müddəti ilin sonunadəkdir. Yaxın gələcəyi müəyyən edəcək əsas qlobal hadislərin də məhz bu dövr ərzində baş verməsi gözlənilir. Belə şəraitdə, Orban ona qarşı olan müqavimətə baxmayaraq, yaranan fürsətdən maksimum istifadə etməklə beynəlxalq münasibətlərə əhəmiyyətli təsir göstərə bilən nüfuzlu siyasi xadim kimi mövqeyini gücləndirməyə çalışır.

@cssc_cqtm
👍30
Bakı - İrəvan: Danışıqlar prosesində qeyri-müəyyən vəziyyət

Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində yaranmış vəziyyəti qeyri-müəyyənlik kimi xarakterizə etmək olar. Londonda Avropa Siyasi Birliyi (ASB) Sammiti çərçivəsində liderlər arasında görüşün baş tutmamasından sonra üfüqdə yeni yüksəksəviyyəli danışıqlar imkanı görünmür. Görüşün uğursuzluğu ilə bağlı bir çox versiyalar var. Bu uğursuzluqda maraqlı olan tərəflər kimi Fransa, Rusiya, ABŞ göstərilir.

Maraqlıdır ki, bu ölkələr ATƏT-in Minsk Qrupu üçlüyüdür. Nəzərə alsaq ki, Bakı etimad tədbiri kimi İrəvana bu arxaik formatın ləğvi üçün ATƏT-ə birgə müraciət etməyi təklif edir, o zaman üçlüyün London uğursuzluğundakı marağı aydın olur.

Ehtimal ki, ASB-nin təşəbbüskarı olan Fransanın burada rolu daha böyükdür. Britaniya Avropa olsa da, Aİ deyil və Qranada görüşünün uğursuzluğundan sonra Fransanın Azərbaycan və Ermənistan liderləri arasında görüş təşkil etməsi üçün Britaniyaya imkanı verməsi Paris üçün qəbuledilməzdir.

Qranadada Fransa Aİ Şurasının sədri və Almaniya kanslerini Azərbaycanla Türkiyə üçün qəbuledilməz tələbləri əks etdirən birgə bəyanatı imzalamağa vadar edə bilib. Biz anlamalıyıq ki, bu bəyanat onu imzalayanlar üçün bir növ çərçivə, fəaliyyət bələdçisidir.

Xatırladaq ki, Qranada bəyanatında öz əksini tapan, lakin Bakı və Ankara üçün qəbuledilməz iki başlıca şərt var: Qarabağ ermənilərinin “heç bir şərt olmadan, beynəlxalq nəzarət altında, tarixlərinə, mədəniyyətlərinə və insan hüquqlarına lazımi hörmətlə öz evlərinə və yaşayış yerlərinə qayıtması”, eləcə cə “bütün sərhədlərin, o cümlədən Ermənistanla Türkiyə sərhədinin açılması”.

Beləliklə, biz bir daha əmin olduq ki, kənar qüvvələrin fəaliyyəti sülh prosesinə xələl gətirir, yeni əngəllər yaradır. ATƏT-in Minsk Qrupunun buraxılması beynəlxalq qurumlarda Qarabağ mövzusunun tam qapanması deməkdir. Hazırda məhz bu mövzu yenidən dövlətlərarası sülh prosesini zəhərləyir.

Hazırda Bakının ATƏT-in Minsk qrupunun buraxılması, Ermənistan Konstitusiyasına dəyişikliklər, ABŞ-ın Qarabağ erməniləri ilə bağlı aydın və birmənalı mövqeyi kimi tələbləri var. Lakin bununla yanaşı daha bir tələb irəli sürülə bilər - Qranada bəyanatının ləğvi. Əgər bu bəyanat Ermənistanla münasibətlərin normallaşdırılması mövzularının müzakirə olunacağı görüşlərin keçirilməsinə mane olursa, niyə də yox?

Sözügedən mövzular arasında sərhədin müəyyənləşdirilməsi üzrə komissiyaların sonrakı fəaliyyəti, sülh müqaviləsinin mətni, münasibətlərin əsas prinsipləri haqqında sənəd və kommunikasiyaların açılması kimi məsələlər var.

Bir sözlə, bütün bu mövzular üzrə hazırda qeyri-müəyyənlik hökm sürür.

Paralel olaraq Fransa, Aİ və Hindistan tərəfindən regionun, xüsusilə Ermənistanın hərbiləşdirilməsi gedir. Ermənistanda ABŞ ilə birgə “sülhməramlı kontingentin” hücum elementləri də daxil olmaqla, təxribat xarakterli təlimləri keçirilir.

Bakı normallaşmanın əsas prinsiplərinin qəbul edilməsini təklif edib, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev isə münasibətlərin səviyyəsini əks etdirən “mehriban qonşuluq” ifadəsini işlədib. Yəni, Azərbaycan təşəbbüslə çıxış edir ki, əgər qeyd olunan səbəblərə görə tam hüquqlu sülh müqaviləsinin imzalanması mümkün deyilsə, o zaman normallaşma prosesi öz sürətini itirməsin. Bakı qeyri-müəyyənlikdə maraqlı deyil, çünki belə şəraitdə xarici qüvvələr yeni maneələr yaradır ki, bu maneələr də sonradan keçilməz ola bilər.

Azərbaycandan fərqli olaraq, Ermənistanda yenə də boşboğazlıq edir, gah Rusiya, gah da Azərbaycan və Türkiyəni günahlandırılar. Görək Ermənistanın Baş nazir tətildən hansı gündəmlə qayıdacaq, hərçənd konstruktivliyə ümid azdır.

@cssc_cqtm
👍24
Bir daha Qələbə haqqında! Xankəndi küçələrində gəzərkən...

Yoldan keçənlər, şəhəri görməyə gələn ailələr, kafe və hotellər, birinci dərəcəli restoranlar, yol kənarındakı maşınlar, quşların cingiltisi ilə kəsilən sükut, nəhəng buludlar və Qarabağ dağlarının mənzərələri...

Bunların hamısı Xankəndidir!!!

Bəli, çox iş görmək lazımdır: Asayişi bərpa etmək, şəhəri, ətrafı abadlaşdırmaq... Yol boyu onlarla, yüzlərlə növ tikinti texnikası var, Ağdam dirçəlir, Xocalı tikilir...

Əlbəttə ki, qurub tikəcəyik, özümüz üçün!!!

İşğaldan azad edilmiş ərazilərə hər səfər yeni emosiyalar doğurur və 2020-ci ildə Vətən Müharibəsi başlayandan sonra yaşanan hər şeyi yenidən düşünüb dərk etmək imkanı verir.

Həyatımız 44 günlük müharibədən əvvələ və sonraya bölündü... və bundan əvvəl edilən hər şey Qələbə üçün edildi! Bu yol uzun idi...

Qələbəyə gedən yolda ölkəmiz və Prezident bəzən tək qalsalar da, yoldan heç vaxt çəkilmədilər...

Prezident İlham Əliyev Şuşada dedi:

“İşğal dövründə hamımız, mövqeyimizdən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı eyni məqsədə doğru yorulmadan irəlilədik. İşğal zamanı çıxışlarımda dəfələrlə demişəm ki, bu gün gələcək, qurtuluş günü gələcək və hər dəqiqə hamımız bu günü daha da yaxınlaşdırmalıyıq. Bu, bizim milli Qələbəmizdir. Yəni Azərbaycan xalqı bu Qələbəyə layiq idi”.

Məhz bu inam və iş, resursların və iradənin formalaşması, təşkilatçılıq qabiliyyəti bizi Qələbəyə apardı! Əsrin müqaviləsi, neft kəmərlərinin istismara verilməsi, idman yarışlarında qazanılan qələbələr, bayraq meydanları, total təzyiq və real pula silah verilməməsi şəraitində ordunun yenidən silahlanması, dost və müttəfiq dövlətlərin formalaşmasının sistemləşdirilməsi, tərəfdaşların maraqlarını nəzərə almaq və öz milli maraqlarını müdafiə etmək bacarığı... Bu və digər elementlər indi bizə norma kimi görünür, halbuki bütün bunlar Prezident İlham Əliyevin əməyinin və səylərinin nəticəsidir!

Media forumunda Prezident İlham Əliyev çox mühüm bir məqamı qeyd etdi:

“Şəxsən mən Qarabağı işğaldan azad edəndə artıq 17 il idi ki, prezident idim, lazım gəlsəydi, daha 17 il də gözləyə bilərdim. Mənim prezident olduğum müddətdə torpaqlar mütləq azad edilməli deyildi; bu 50 il sonra baş verə bilərdi. Belə olan halda prezidentin kim olmasının əhəmiyyəti yox idi. Eqoist olmağa ehtiyac yoxdur. Bu mənim və ya başqası haqqında deyil. Söhbət insanlar, ölkə və ləyaqətdən gedir. Biz tarixdən dərs almışıq. Bəzən böyük bir məqsədə çatmaq üçün çətin qərarlar qəbul etməli olursan”.

Bütün bunlar cəmiyyətin konsolidasiyasının nəticəsidir və məhz bunun sayəsində Qələbə əldə edilir!

Kim nə deyir desin, bu, Azərbaycan Xalqının və Prezident İlham Əliyevin Qələbəsidir!!!

Müharibə zamanı göstərilən siyasi və mənəvi dəstək heç vaxt unudulmur və daim xatırlanır. Bütövlükdə Azərbaycanda, xüsusən də işğaldan azad edilmiş ərazilərdə dalğalanan bayraqlar buna sübutdur.

Daha bir vacib məqam... Tədarük edilən bütün vasitələrin qiyməti ümumi qaydada ödənilib və dünyada heç kim deyə bilməz ki, Azərbaycana endirimlə nəsə verilib. Azərbaycan Ermənistan deyil.

Maraqlar praktiki bir şeydir və bunu Azərbaycanda çox gözəl başa düşürlər ki, Azərbaycan Prezidenti İlham Əliyev maraqları əlaqələndirməkdə, əldə edilmiş razılaşmaları həyata keçirməkdə ustadır. Bütün bunlar isə sakit, səbirlə, bağırmadan, lovğalanmadan həyata keçirilir. Prezident İlham Əliyev digər siyasətçilərdən fərqli olaraq, müvəqqəti vəziyyətə boyun əymir, məğrur bir şəxsiyyətdir.

Və nəhayət... Xankəndində və bütün insanların üzündə təbəssüm, qürur və hüzur hissi var idi. Bunun isə qiyməti yoxdur!
👍23
ABŞ-ın Cənubi Qafqaz strategiyası: Baydenin prezidentliyi dövründə nələr əldə olunub?!

Cozef Baydenin prezidentliyinin başlanğıcı (2021-ci ilin yanvarı) 44 günlük müharibənin başa çatması və Cənubi Qafqazda yeni reallığın yaranması ilə üst-üstə düşdü. ABŞ o zaman bölgədən tamamilə qopmuş kimi görünürdü. Bütün mühüm hadisələr onların iştirakı olmadan baş verirdi.

Vaşinqtonda regionla iş üzrə kadr təyinatları 2021-ci ilin may ayına qədər uzandı və ABŞ yalnız 2021-ci ilin yayında bölgə üzrə tutarlı bir mövqe formalaşdıra bildi. O zaman Rusiya bütün kartları əlində saxlayaraq (Bakı ilə İrəvan arasındakı vasitəçilikdə inhisar, Qarabağda sülhməramlılar, Zəngəzur dəhlizinə nəzarət perspektivi) danışıqlar prosesində sadəcə olaraq heç nə etmirdi.

İlk addım kimi ABŞ Gürcüstan vasitəsilə əsir düşmüş erməni hərbçilərin minalanmış ərazilərin xəritələri ilə mübadiləsini təşkil etdi. Bununla da, Vaşinqton Cənubi Qafqazdakı mövqelərinin bərpasına başladı. Xatırladaq ki, o zaman ABŞ məhz Gürcüstanı özünə ən yaxın region dövləti hesab edirdi.

ABŞ-ın yeni administrasiyasının baxışları ilk olaraq Baydenin Paşinyana yazdığı məktubda öz əksini tapdı. Bu məktubda Azərbaycan və Türkiyə ilə sülhün yeni imkanlar yaradacağı bildirildi. Lakin daha sonra ABŞ bu sülhə özünəməxsus yanaşdı: ATƏT-in Minsk Qrupunu canlandırmağa çalışdı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsi olmadan Qarabağ erməniləri mövzusunu yeniləmək üçün sonsuz cəhdlər etdi.

Azərbaycan ABŞ-a vasitəçi olmaq imkanı verdi, lakin Vaşinqtonun erməni mərkəzli yanaşması onun özü üçün elə bir çərçivə yaratdı ki, ABŞ həmin çərçivəni aşa bilmədi.

Sülh müqaviləsinin vəziyyətdən yeganə çıxış yolu olmasına, Qarabağ erməniləri mövzusunun isə Azərbaycanın daxili işi olduğuna dair Bakının bəyanatları okeanın o tayında qulaqardı edildi. Halbuki, bu ssenaridə Rusiyanın regiondakı iştirakı avtomatik olaraq azalırdı.

Nəticədə hər şey yenidən ABŞ-ın iştirakı olmadan həll olundu ki, bu da Vaşinqtonu çox qıcıqlandırır.

Bəs amerikalılar nə edir?!

ABŞ Aİ ilə birlikdə regionda öz oxunu formalaşdırmağa çalışır, diqqəti Ermənistana yönəldir. Dövlət Departamentinin nümayəndəsi O`Brayn açıq şəkildə qeyd edib ki, aprelin 5-də Brüsseldə keçirilən ABŞ/Aİ-Ermənistan sammitinin əsas məqsədi iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində Ermənistanın Rusiyadan asılılığını zəiflətməkdir. Bu, əsas məqsəddir və Ermənistan baş naziri bununla razılaşır.

Yüz milyonlarla dollarlıq büdcələr açıqlanıb, hər həftə yüksək rütbəli diplomatlar göndərilir, inkişaf strategiyaları hazırlanır.

Nəticələr nədir?!

İqtisadiyyat baxımından Ermənistan Rusiya ilə 6 ayda 8,5 milyard dollarlıq ticarət edib. Bu, bütün ötən illə müqayisədə daha çoxdur!!!

Ermənistan KTMT, Aİİ və MDB-dən çıxmayıb. İrəvan ŞƏT-də statusunun yüksəldilməsi üçün müraciət edib.

Ermənistan hərbi baza və Rusiya sərhədçiləri ilə bağlı sazişə yenidən baxmağa hazırlaşmır.

İrəvan Tehranla münasibətlərdə subyektliyini itirir. İranın Ali Rəhbəri Ermənistan üçün nəqliyyat strategiyaları hazırlayır.

Ermənistan “Rosatom” və “Qazprom”la enerji sazişlərinə yenidən baxmaq fikrində deyil və Rusiya Dəmir Yolları ilə əməkdaşlığa davam edir.

Erməni mərkəzliliyi ucbatından ABŞ Mərkəzi Asiyaya yeganə çıxışı olan Azərbaycanla və regiondan Qara dənizə yeganə çıxışı olan Gürcüstanla münasibətləri gərginləşdirdi. ABŞ Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına da nail ola bilmədi.

Təəssüf ki, ABŞ Konqresi və Senatında Baydenin prezidentliyinin əvvəlində və sonunda ABŞ-ın Cənubi Qafqazdakı vəziyyətini müqayisə edə biləcək bir siyasətçi tapılmadı. Əgər tapılsa, o zaman Dövlət Departamentinə ünvanlanan çoxlu suallar yaranacaq.

Necə olur ki, 2024-cü ildə Çinin regionda artıq iki strateji tərəfdaşı olduğu halda, ABŞ-ın öz müttəfiqi Gürcüstanla münasibətləri olduqca pisləşib?

Bayden administrasiyası dövründə ABŞ-ın Cənubi Qafqazda yalnız bir nailiyyətini qeyd etmək olar: Rusiya sərhədçiləri Zvartnots hava limanını tərk etdilər, lakin orada hər şeyə nəzrət edə biləcəkləri bir sistem qoyub getdilər.

@cssc_cqtm
👍19
Cənubi Qafqazda kimin Rusiya ilə ticarəti daha çox artıb?

Cənubi Qafqazda gedən geo-siyasi proseslərin fonunda yaranan əsas suallardan biri bu region ölkələrinin Rusiya ilə iqtisadi əlaqələrinin nəcə dəyişməsidir. Ermənistanın Qərbə inteqrasiyası ilə bağlı fikirlər səsləndirilsə də, iqtisadi göstəricilər bunun əksini deyir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Ermənistanın Rusiyadan iqtisadi asılılığı daha da artmaqdadır. Gürcüstan və Azərbaycanın son illərdə Rusiya ilə ticarətində isə ciddi dəyişikliklər müşahidə edilməyib.

Azərbaycan-Rusiya ticarət əlaqələri

Azərbaycanın Rusiya ilə xarici ticarət dövriyyəsi 2021-2023-cü illərdə 1.45 dəfə artaraq $4.36 milyarda, ixrac 1.3 dəfə artaraq $1.12 milyarda, idxal 1.52 dəfə arataraq $3.16 milyarda çatıb. 2024-cü ilin ilk yarısında isə ticarət dövriyyəsi $2.17 milyard, idxal $1.6 milyard (+4.4%), ixrac $557 milyon (-10%) təşkil edib.

2021-2023-cü illərdə Rusiyanın Azərbaycanın xarici ticarət əlaqələrində payı ixrac üzrə 4.15%-dən 3.53%-dək azalıb, idxal üzrə 17.7%-dən 18.3%-dək artıb. 2024-cü ilin ilk yarısında isə Rusiyanın ixracda payı 4.31%, idxalda payı 18.17% təşkil edib.

Göründüyü kimi, Azərbaycanın Rusiya ilə ticarət əlaqələrinin həcmi son üç ildə artan tempə malik olsa da, bu artım kəskin xarakter daşımayıb. Azərbaycanın ticarətində Rusiyanın payı da ciddi şəkildə dəyişməyib.

Gürcüstan-Rusiya ticarət əlaqələri

Gürcüstan ilə Rusiya arasında ticarət əlaqələrində əsaslı artım 2022-ci ildə müşahidə edilib. Belə ki, iki ölkə arasında ticarət dövriyyəsi 1.53 dəfə artaraq $2.45 milyarda çatıb. 2023-cü ildə ticarət dövriyyəsi 2022-ci ilə nisbətən 2.9% azalaraq $2.4 milyarda bərabər olub.

2024-cü ilin ilk beş ayında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə ixrac 2.8%, idxal 6.1% azalıb. Buna baxmayaraq, Rusiyanın Gürcüstanın ticarətində payı əsaslı dəyişikliklərə məruz qalmayıb.

Beləliklə də, Gürcüstan ilə Rusiya arasında ticarət əlaqələri 2022-ci ildə artsa da, sonrakı dövrdə azalmaya meylli olub. Bu proses cari ilin ilk beş ayında da davam edib.

Ermənistan-Rusiya ticarət əlaqələri

Cənubi Qafqaz ölkələri arasında son illərdə Rusiya ilə ticarət əlaqələrində ən böyük dəyişikliklərin baş verdiyi ölkə Ermənistandır. Belə ki, 2021-2023-cü illərdə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2.6 dəfə artaraq $7.4 milyarda çatıb. Bu dövrdə Rusiyadan idxal 2 dəfə, Rusiyaya ixrac isə 4 dəfə artıb.

Oxşar artım trendi 2024-cü ildə də davam etməkdədir. Artıq 2024-cü ilin ilk beş ayında Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi bütün 2023-cü il ərzindəki dövriyyədən daha çox olub. 2022 və 2023-cü illərdən fərqli olaraq, 2024-cü ildə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin artımında idxal həcminin kəskin şəkildə artması daha çox rol oynayıb.

Güründüyü kimi, Ermənistan ilə Rusiya arasında siyasi sahədə müşahidə edilən gərginliklərin fonunda ticarət əlaqələri sürətlə inkişaf edir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsində son illərin ən böyük artımı müşahidə olunur.

Nəticə

Beləliklə də, son üç ildə Cənubi Qafqaz ölkələrinin Rusiya ilə ticarət əlaqələri fərqli dinamika nümayiş etdirib. Bu dövrdə region ölkələri arasında Rusiya ilə daha geniş ticarət əlaqələrinə malik dövlət məhz Ermənistan olub. Cari ilin ilk 5 ayına aid rəqəmlər bir daha sübut edir ki, Ermənistanın Rusiya ilə ticarət əlaqələri inanılmaz templərlə genişlənir.

Gürcüstanın Rusiya ilə ticarət əlaqələrində illər üzrə fərqli mənzərə qeydə alınıb. İdxalda müəyyən artımlar müşahidə edilsə də, ixrac demək olar ki, sabit səviyyədə qalıb.

Azərbaycanın Rusiya ilə ticarət əlaqələri inkişaf etsə də, bu proses tədricən baş verib və sıçrayış müşahidə edilməyib. Rusiya ilə ticarətin artması Azərbaycanın ümumi xarici ticarət əlaqələrinin genişlənməsi prosesinin fonunda baş verdiyindən, Azərbaycanın xarici ticarətində Rusiyanın payı ciddi şəkildə dəyişməyib.

Ölkələr və region üzrə müvafiq qrafiklərlə müşayət olunan ticarət məlumatları və onların daha ətraflı təhlili ilə saytımızda tanış ola bilərsiniz: https://cssc.az/az/view/2/64/
👍17
Çinin qlobal konsepsiya və təşəbbüsləri

Çin lideri Si Cinpin 2012-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı (MQİMO) çıxışı zamanı ilk dəfə Bəşəriyyət üçün Ortaq Gələcək Birliyi konsepsiyasını irəli sürüb. Həmin ilin sonunda Çin Kommunist Partiyasının 18-ci Qurultayının hesabatında bu konsepsiya rəsmi olaraq dövlət siyasəti kimi qəbul edilib.

Sözügedən konsepsiya həqiqi çoxtərəfliliyin qurulması və qlobal/regional müstəvidə inkişaf, təhlükəsizlik və sivilizasiya problemlərinin həlli üçün birlikdə işləməyi nəzərdə tutur. Konsepsiyanın həyata keçirilməsi, yəni qlobal Ortaq Gələcək Birliyinin yaradılması üçün üç təşəbbüs bəyan edilib.

1. Qlobal İnkişaf Təşəbbüsü 2021-ci ilin sentyabrında irəli sürülüb. Ümumiliyi, əməkdaşlığı, inklüzivliyi, açıqlığı və innovasiyanı təşviq edir.

Təşəbbüs 6 prinsipə əsaslanır:

- prioritet olaraq inkişaf;
- insanyönümlü yanaşma;
- hər kəs üçün güzəştlər;
- innovativ inkişaf;
- insanla təbiət arasında harmoniya;
- nəticəyönümlü fəaliyyətlər.

Təşəbbüs səkkiz başlıca sahədə (yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyi, pandemiyaya nəzarət, inkişafın maliyyələşdirilməsi, iqlim dəyişiklikləri, rəqəmsal iqtisadiyyat və s.) əməkdaşlıq üçün 32 praktiki təklifdən ibarətdir.

2. Qlobal Təhlükəsizlik Təşəbbüsü 2022-ci ilin aprelində irəli sürülüb. Beynəlxalq ictimaiyyətin ümumi təhlükəsizlik ehtiyaclarını qarşılamaq məqsədi daşıyır.

Təşəbbüs 6 prinsipə əsaslanır:

- Hərtərəfli, əhatəli, əməkdaşlığa əsaslanan və davamlı təhlükəsizlik
konsepsiyası;
- Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət;
- BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğunluq;
- Bütün ölkələrin qanuni təhlükəsizlik mülahizələrinə böyük əhəmiyyət verilməsi;
- Ölkələr arasında olan fikir ayrılıqları və mübahisələrin dialoq yolu, məsləhətləşmələr və dinc vasitələrlə həlli;
- Həm ənənəvi, həm də qeyri-ənənəvi sahələrdə hərtərəfli təhlükəsizliyin təmin edilməsi.

Bu təşəbbüs 20 başlıca sahəni əhatə edən qlobal təhlükəsizlik sisteminin yaradılmasını təklif edir. Həmin sahələr aşağıdakılardan ibarətdir: BMT-nin təhlükəsizlik üzrə rolu, nüvə müharibəsinin və silahlanma yarışının qarşısının alınması, beynəlxalq münaqişələrin siyasi həlli, regional təhlükəsizlik sahəsində əməkdaşlığa dəstək mexanizmləri, Yaxın Şərq, Afrika və Latın Amerikasında qida və enerji kimi qeyri-ənənəvi sahələrə xüsusi diqqət yetirməklə regional təhlükəsizliyin qorunması, biologiya kimi yeni sahələrdə təhlükəsizlik üzrə əməkdaşlıq, süni intellekt, qlobal okean, kosmos və s.

3. Qlobal Sivilizasiya Təşəbbüsü 2023-cü ilin martında irəli sürülüb. Müxtəlif sivilizasiyalar arasında bərabərlik, qarşılıqlı minnətdarlıq, dialoq və anlaşmanı, sivilizasiyaların və xalqların yaxınlaşmasını nəzərdə tutur.

Təşəbbüs 4 prinsipə əsaslanır:

- Dünya sivilizasiyalarının müxtəlifliyinə hörmət;
- Bütün bəşəriyyətin ümumi dəyərlərinin təbliği;
- Sivilizasiyaların keçmiş irsinə və yeniliklərinə önəm vermək;
- Beynəlxalq humanitar mübadilələrin və əməkdaşlığın gücləndirilməsi.

Nəticə

Pekinə görə, dünyada geosiyasi və geoiqtisadi vəziyyət sürətlə pisləşir. Bu isə öz növbəsində inkişaf, təhlükəsizlik və qlobal idarəçilik üçün risklər və çağırışlar yaradır. Davam edən hərbi əməliyyatlar regional və qlobal təhlükəsizliyi təhdid edir, bəşəriyyətin inkişafına mane olur və qarşısıalınmaz ziyan vurur.

Bəşəriyyət üçün Ortaq Gələcək Birliyi konsepsiyası Çinin müasir modernləşmə və sivilizasiyaların inkişafına dair hərtərəfli baxışını təcəssüm etdirir. Bu konsepsiya Bir Kəmər, Bir Yol təşəbbüsündən başlayaraq inkişaf, təhlükəsizlik və sivilizasiya sahələrindəki üç qlobal təşəbbüslə bitən bir sıra uzunmüddətli strateji proqramlar təklif edir.

Üç qlobal təşəbbüs davamlı sülh, qlobal təhlükəsizlik, ortaq rifah, açıqlıq, inklüzivliyə nail olmağı hədəfləyərək Ortaq Gələcək Birliyinin qurulması üçün konseptual çərçivəni formalaşdırır. Qlobal təşəbbüslər müasir dünya problemlərinin həllində, qlobal idarəetmənin plüralist modellərinin təşviqində modernləşmə və inkişaf üçün praktiki variantları nümayiş etdirir.
👍18
ABŞ Ermənistan-Rusiya işbirliyinə niyə göz yumur?

ABŞ Ermənistanla hərbi əməkdaşlığı genişləndirir. Vaşinqton Ermənistanın Müdafiə Nazirliyinə öz nümayəndələrini yerləşdirmək və Ermənistan ordusu ilə mütəmadi təlimlər keçirməklə kifayətlənməyərək, bu ölkəyə təyyarələrlə silah-sursat daşıyır və birbaşa öz hərbi kontingentini Ermənistan ərazisində yerləşdirir.

Bu proses İrəvanın KTMT üzvü olaraq qalması, ölkə sərhədlərinin Rusiya sərhədçiləri tərəfindən qorunması, Ermənistandakı Rusiya hərbi bazasının öz fəaliyyətini davam etdirməsi fonunda baş verir. ABŞ isə Ermənistanın KTMT üzü olmasının bütün sahələrdə, o cümlədən də hərbi sahədə ikitərəfli əməkdaşlığa maneə olmadığını bəyan edir.

Digər tərəfdən, Rusiyanın Qərb sanksiyalarından yayınmasına Ermənistanın verdiyi töhfə getdikcə daha da artır. Təkcə 2021-2023-cü illərdə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2.6 dəfə artaraq $7.4 milyarda çatıb. 2024-cü ilin ilk beş ayında isə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi bütün 2023-cü il ərzindəki dövriyyədən daha çox olub - $7.6 milyard.

Bəs görəsən ABŞ Ermənistanın Rusiya ilə mövcud hərbi-siyasi bağlılığına və artan iqtisadi əməkdaşlığına niyə göz yumur? Hazırki dövrdə Ermənistanı Ağ Evin gözündə müstəsna bir dövlətə çevirən hansı məqamlardır?

ABŞ-ın istər Cənubi Qafqazda, istərsə də dünyanın digər bölgələrində atdığı addımlar, nə qədər qəribə olsa da, ölkənin öz daxilindəki seçki kampaniyasına hesablanıb. Baydenin prezidentlik yarışından uzaqlaşdırılması və Harrisin ən yüksək posta namizəd kimi irəli çıxmasından sonra hazırki demokratlar administrasiyası respublikaçıların mümkün qədər daha çox “kartlarını vurmağa” çalışır.

Məsələn, Trampın seçkiqabağı tezislərindən biri İsrailə daha çox dəstək verməklə yəhudi dövlətinin düşmənlərini sıradan çıxarmaq və bununla da Yaxın Şərqdə sülhü bərqərar etməkdir.

Ötən ayın sonlarında Netanyahunun Vaşinqtona səfərindən sonra Tehranda HƏMAS liderinin öldürülməsi İranın mümkün cavab zərbəsi fonunda Ağ Evin İsrailə dəstəyini artırması üçün şərait yaratdı. Bugün ABŞ bir tərəfdən Yaxın Şərqə daha böyük hərbi qüvvələr göndərərək İsraili bütün vasitələrlə qoruyacağını göstərir, digər tərəfdən isə İran başda olmaqla bölgə dövlətlərinin mövqelərini yumşaltmağa çalışır.

Başqa bir misal Trampın Ukrayna müharibəsini dərhal dayandıracağı vədi ilə bağlıdır. O, Putinlə razılaşa biləcəyini qeyd edir. Eks-prezidentin planına görə, əgər Kiyev bu razılaşmanı qəbul etməsə ABŞ Ukraynaya hərbi yardımı dayandıracaq, yox əgər etiraz edən tərəf Rusiya olarsa, Vaşinqton Ukraynanı ən müasir silahlarla təchiz edərək Kremli sülhə məcbur edəcək.

Trampın bu planına cavab olaraq, hazırki ABŞ administrasiyası Rusiya ilə indiyədək görünməmiş miqyasda məhbus mübadiləsini həyata keçirdi və avropalı tərəfdaşlarını da prosesə qoşulmağa sövq etdi. Bununla da, Vaşinqtondakı demokratlar hökuməti Putinlə razılaşa bildiyini göstərdi. Digər tərəfdən, indiyədək Ukraynanın Rusiya ərazisinə bir güllə belə atmasına həssas yanaşan ABŞ, indi Kiyevin hətta qarşı tərəfin torpaqlarını işğal etməsinə icazə verdi. Beləliklə də, Ağ Ev lazım gələrsə Moskvanı daha sərfəli sülhə məcbur etmək imkanlarını nümayiş etdirdi.

Yuxarıda sadalananları nəzərə alaraq, bugün ABŞ-ın Ermənistan-Rusiya işbirliyinə göz yummasını və İrəvanla əməkdaşlığı genişləndirməsini məhz bu kontekstdə dəyərləndirmək olar. Vaşinqton öz hədəflərini dəfələrlə bəyan edib: Qarabağ ermənilərinin geri qaytarılması, Ermənistana hərtərəfli dəstək, sülhün əldə olunması. ABŞ-ın hazıki hakimiyyəti İrəvan-Bakı nizamlanmasına aparan yolu bu cür görür.

Belə olan şəraitdə, Azərbaycan hərbi və diplomatik mövqelərini mümkün qədər möhkəmləndirməli və səbrlə ABŞ-dakı seçkilərin nəticələrini gözləməlidir.

@cssc_cqtm
👍22
Qlobal qarşıdurma kəskinləşir: Azərbaycan nə etməlidir?

ABŞ-dakı prezident seçkiləri yaxınlaşdıqca ölkə daxilində iki fərqli düşərgə arasında mübarizə daha da qızışır. Bu mübarizənin davamı olaraq qlobal müstəvidə mövcud qarşıdurma da getdikcə kəskinləşir.

Qarşıdurma xətləri

Hazırda üç qlobal qarşıdurma xətti mövcuddur:

- Rusiya-Ukrayna müharibəsi artıq yeni mərhələyə qədəm qoyub. Kiyev xeyli müddətdir vəd etdiyi “sürpriz”i reallaşdıraraq aktiv hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyi bacarıb. Müharibənin bu yeni fazasının məqsədi (danışıqlar öncəsi mövqelərin gücləndirilməsi) aydın olsa da, mümkün nəticələri hələ ki bəlli deyil. Əgər Rusiya silahlı qüvvələri öz ərazisindən Ukrayna ordusunu sıxışdırıb çıxarmaqda çətinlik çəkərsə, Kremlin taktiki nüvə silahına əl atacağı istisna deyil.

- İsrail-İran mübarizəsinə çevrilmiş Yaxın Şərq münaqişəsi Tehranda HƏMAS liderinin öldürülməsilə yeni eskalasiya dövrünü yaşayır. Bugünlərdə İranın İsrailə gözlənilən cavab zərbəsinin miqyası bölgədə hadisələrin sonrakı inkişaf ssenarisi baxımından mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, Təl-Əviv regionda Tehranın dəstəklədiyi qüvvələrə qarşı fəal addımlar atır. Fələstində HƏMAS-ın dayaqlarını sarsıdan İsrail, Livanda “Hizbullah”a qarşı oxşar hərbi əməliyyata hazırlaşır.

- Yuxarıda qeyd edilən hər iki istiqamətə diqqətlə nəzər saldıqda, burada qlobal qarşıdurmanın ana xətti sayılan ABŞ-Çin mübarizəsi bu və ya digər şəkildə özünü büruzə verir. İlk iki xətdən fərli olaraq, üçüncü xətt arxa fonda qalır və nisbətən passiv xarakter daşıyır. Vaşinqtonla Pekin siyasi və iqtisadi sahədə bir-birilə açıq şəkildə toqquşmaya getsələr də, hərbi müstəvidə üçüncü tərəflərin vasitəsilə münasibətlərini aydınlaşdırmağa üstünlük verirlər.

Mövcud vəziyyət yaxın aylarda daha çox insan tələfatı ilə müşayət olunacaq hərbi toqquşmaların mümkünlüyündən xəbər verir. Çünki artıq qırmızı xətlər keçilib və tərəflərdən hər biri maksimum ilin sonunadək vaxtı olduğunu yaxşı anlayır.

Azərbaycan nə etməlidir?

Qlobal qarşıdurmanın bu həddə çatması Azərbaycana da təsirsiz ötüşmür. Dünya miqyasında müşahidə edilən eskalasiya şəraitdə Bakı ilk növbədə qarşıdurmanın tərəfləri arasında qalmamağa, mübarizə meydanına çevrilməməyə çalışır. Belə aqibətlə üzləşməmək üçün Azərbaycanın iki çıxış yolu var:

- Bunlardan birincisi “taym-aut” götürməklə gözləmə mövqeyi tutmaq və fəal addımlardan çəkinməkdir. Lakin həm günümüzün, həm də regionumuzun reallıqlarını nəzərə alsaq, bu mümkünsüz görünür;

- İkincisi isə zərgər dəqiqlikli diplomatiyadır ki, Bakı bunu bacardığını artıq dəfələrlə sübut edib. Unutmayaq ki, Azərbaycanın münaqişə tərəflərindən hər biri ilə özünəməxsus münasibətləri mövcuddur.

Odur ki, bu münasibətlərdən faydalanaraq tərəflərdən hər birinin maraqlarını Azərbaycanın üzərinə cəlb etməklə həmin maraqları cəmləmək, onların hər birinin Azərbaycanın təhlükəsizliyində maraqlı olmasını təmin etmək vacibdir.

Bu məqsədə çatmaq üçün Bakının əlində iki effektiv vasitə var:

- Azərbaycan Şimal-Cənub, Şərq-Qərb dəhlizləri, eləcə də neft, qaz və yaşıl enerji layihələrindən maksimum şəkildə istifadə etməlidir;

- Ölkənin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təklikdə deyil, onunla həmfikir və eyni vəziyyətdə olan digər dövlətlərlə birlikdə çalışmalıdır.

@cssc_cqtm
👍28
Azərbaycan-Rusiya münasibətləri haqqında...

Rusiya Təhlükəsizlik Şurasının katibi S.Şoyqunun gəlişindən sonra və Rusiya prezidentinin Bakıya gözlənilən səfəri ərəfəsində münasibətlərin gündəliyinə nəzər salaq.

Əsas mövzular hansılardır?

Ənənəvi olaraq Azərbaycan və Rusiya arasında münasibətlər siyasi dialoq/təhlükəsizlik, iqtisadiyyat, humanitar sahələrdə qarşılıqlı fəaliyyət və Rusiyanın ATƏT-in Minsk Qrupunda iştirakı mövzularını əhatə edirdi.

Sülhməramlılar Azərbaycanı tərk etdikdən sonra nizamlanma mövzusu ortadan qalxdı, lakin Rusiya kommunikasiyaların açılması üzrə üçtərəfli hökumətlərarası komissiyanın üzvü olaraq qalır. Hərçənd, bu açılma İrəvanın Moskvaya Ermənistanda əlavə funksiyalar vermək istəməməsi səbəbindən baş vermir və Paşinyan hökuməti həll yollarını təklif etmir.

Siyasi dialoq/təhlükəsizlik və humanitar fəaliyyət mövzularında Bakı və Moskva arasında liderlər səviyyəsində etibarlı münasibətlər, daimi dialoq və qarşılıqlı anlaşma mövcuddur. Azərbaycan Rusiya ilə münasibətlərdə mövqeyini dəyişməyib və Rusiyanın digər region ölkələri ilə münasibətlərini müqayisə etsək, Azərbaycan Kremlin regionda ən proqnozlaşdırıla bilən tərəfdaşıdır. Ən azından Rusiya prezidenti Bakıya səfər edə bilir.

İqtisadiyyatda əmtəə dövriyyəsinin artması, müvəqqəti və mövcud şəraitə uyğun olaraq deyil, təbii olaraq baş verir. Perspektivli olan mövzular Rusiya şirkətlərinin Azərbaycanda istehsal müəssisələrinin açılması, qazın ixracı və nəqli mövzularıdır.

Qaz ixracı mövzusu daha çox spekulyasiyalara məruz qalır. Bakı Rusiya qazını Avropaya təkrar ixrac etməkdə ittiham olunur. Lakin Avropa mətbuatında Aİ-nin Azərbaycandan Ukraynaya qaz ixrac etməkdə maraqlı olması ilə bağlı yazılar ortaya çıxandan sonra, əslində məlum olur ki, Avropa əvvəllər mövcud olmayan bu təkrar ixracı leqallaşdırmağa çalışır. Bu, çox mürəkkəb məsələdir, düzgün düşünülməli və həyata keçirilməlidir.

Şimal-Cənub nəqliyyat dəhlizi mühüm mövzudur, Bakıda və Moskva arasında bu mövzuda heç bir problem yoxdur. Əsas maneə İran tərəfindədir və görünür, Rusiya İran tərəfi ilə problemli aspektləri həll etməyə nail olur. Həmçinin, Çin, Rusiya, Azərbaycan və daha cənuba, yaxud qərbə doğru marşrut məsələsi də aktuallaşa bilər.

Regional perimetrdə müzakirə tələb edən dəyişikliklər baş verir. Qərbin regiondakı fəaliyyəti regionun qonşularını qıcıqlandırır və hərəkətə gətirir. Bakı region ətrafında gərginliyin artmasında maraqlı deyil və vəziyyəti açıq qarşıdurma deyil, rəqabət çərçivəsində saxlamağa çalışır.

Qlobal səviyyədə Azərbaycanın BRİKS-ə qoşulması, ŞƏT-də statusunun artırılması və təbii ki, COP29 mövzuları aktualdır.

Bu geniş gündəmlə yanaşı, xüsusilə Rusiya ilə Qərbin qarşıdurması və Ukraynadakı müharibə kontekstində Putinin səfəri faktının özü maraq doğurur. Azərbaycanın bu məsələdə kompleksi yoxdur. Bakının mövqeyi sabit və ardıcıldır və bu mövqe həm Moskvada, həm də Kiyevdə qəbul edilir.

Ukraynadakı müharibədən əvvəl Bakı Rusiya və ABŞ/NATO hərbçilərinin görüşlərinin keçirildiyi məkan olub. Hərçənd, indiki şəraitdə dialoqdan danışmaq yersizdir, lakin cəbhədəki hazırkı fəaliyyətlər ilin sonuna qədər gözlənilən danışıqlarda mövqeləri gücləndirmək cəhdləridir.

Sonda Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini bir daha xatırladaq:

- ikitərəfli münasibətləri üçüncü ölkələrdən asılı vəziyyətə salmamaq;
- ardıcıl və proqnozlaşdırıla bilən olmaq;
- Azərbaycan ərazisindən qonşularına qarşı istifadə edilməsinə imkan verməmək.

@cssc_cqtm
👍26
Neytral Ermənistan - dövlətçiliyi qorumaq üçün optimal seçim

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ABŞ-ın Ermənistandakı hərbi fəaliyyəti barədə danışıb. Əgər bu, açıq şəkildə bəyan edilirsə, deməli İranın nümayəndələri uzun müddətdir ki, şəxsi söhbətlərdə Ermənistan rəhbərliyi ilə bu barədə danışırlar. Açıq bəyanat isə Tehran üçün daha yüksək səviyyəli narahatlığınifadəsidir.

Bunun Ermənistan və region üçün nə demək olduğunu anlamaq məqsədilə Paşinyan-Qriqoryan-Mirzoyan üçlüyü tərəfindən qurulan Ermənistanın formalaşmaqda olan yeni təhlükəsizlik sisteminə nəzər salmaq lazımdır.

Əsas məqamlar hansılardır?

- Ermənistanın KTMT-yə üzvlüyü və Rusiya ilə ikitərəfli sazişlər. İrəvan bunlardan imtina etməyə çalışsa da, əməli addımlar atmır;

- Ermənistan Qərblə (ABŞ, Aİ, Fransa) təhlükəsizlik sahəsində əməkdaşlığa başlayıb;

- Ermənistan İrandan sərhəd təhlükəsizliyi zəmanəti alıb;

- Ermənistan hələ də Azərbaycanla sülh müqaviləsi və Türkiyə ilə normallaşmaya nail olmayıb;

- Hindistan regiona maraq göstərir və Ermənistana silah verir;

- Çin regiona nəzər salır, Ermənistan ŞƏT-də statusunun artırılması üçün müraciət edib.

İndi resursları təhlükəsizlik sisteminin komponentlərinə uyğun təşkil etməyə çalışaq:

Diplomatiya – burada Ermənistanın köməkçiləri Qərb, İran, Hindistandır;

Silahlı qüvvələr - Qərb bütün gücü ilə, Hindistan, İran isə silahla və Ermənistan ərazisinə fiziki daxil olmağa hazır vəziyyətdə kömək edir;

Kəşfiyyat - Qərb resursları;

İqtisadi və siyasi sabitlik - Qərb Ermənistanı öz balansına alıb, maliyyə yardımı ayırır və Ermənistanın anti-Rusiya sanksiyalarından yan keçməsində iştirakına göz yumur.

Paşinyan yönümlü medianın gündəmə gətirdiyi təhdidləri də qeyd edək:

- Azərbaycan – müharibə təhlükəsi;

- Türkiyə – Azərbaycana dəstək;

- Rusiya – siyasi və iqtisadi sabitliyi pozmaq təhlükəsi, Azərbaycana dəstək.

Bununla yanaşı, bütövlükdə regiona, xüsusən də Ermənistana təsir edən digər dövlətlər və qüvvələr arasındakı ziddiyyətləri də nəzərə almaq lazımdır:

• ABŞ/İsrail - İran;
• Rusiya - Qərb;
• Türkiyə - Fransa;
• Hindistan - Çin;
• Hindistan - Pakistan;

Proseslərin dinamikası göstərir ki, bütün formatlarda ziddiyyətlər dərinləşir və genişlənir. Ermənistanın tərəfdaşları arasında da ziddiyyətlər mövcuddur və qığılcımlar yaranan zaman İrəvandan mövqe nümayiş etdirmək, yəni tərəf tutmaq tələb olunur.

Ermənistan rəhbərliyi Azərbaycana qarşı ərazi iddialarını davam etdirmək üçün olduqca fərqli ölkələrin dəstəyini təmin etdi, lakin 2023-cü ilin sentyabrından sonra vəziyyət dəyişdi. Bu gün Ermənistan arxasını Qərbə dayayıb.

Lakin İrəvan öz manevr imkanlarının son həddinə çatır. Ermənistan rəhbərliyi düşünülməmiş siyasəti ilə həm özünə, həm də bütün regiona təhlükə yaradır.

Bəs Ermənistan üçün ən yaxşı variant hansıdır?

Yuxarıda qeyd edilən təhdidlərə əsaslanaraq, Ermənistanın qarşıdurmada tərəf seçməkdənsə, bu təhdidləri müqavilələr yolu ilə neytrallaşdırması daha məqsədəuyğundur. Çünki Ermənistan coğrafi baxımdan fərqli sərhədlərin qovşağında yerləşir.

Sülh müqaviləsi Azərbaycan və Türkiyə istiqamətində fiziki təhlükəni neytrallaşdıran amilə çevrilə bilər.

Neytral status, Qoşulmama Hərəkatına üzvlük isə Rusiyadan gələn təhlükəni aradan qaldırmaq üçün əlverişli variant ola bilər.

Bütün bunlar Ermənistanın yeni Konstitusiyasında öz əksini tapmaqla ölkənin xarici siyasətinin proqnozlaşdırıla bilənliyi, ardıcıllığı və səmərəliliyi üçün fundament rolunu oynaya bilər.

Əks halda indiki şəraitdə Ermənistanın təhlükəsizlik sahəsində istənilən fəaliyyəti ölkə ətrafında gərginliyi artırır və Azərbaycanı hərəkətə gətirir. Belə ki, sülh müqaviləsi olmadığı bir şəraitdə Ermənistanın hər hansı şəkildə güclənməsi Bakı üçün təhlükəsizlik təhdiddir. Azərbaycan Ermənistana silah tədarükü ilə bağlı hələ ki, yalnız xəbərdarlıq edir. Lakin hər işin bir həddi var. Əgər bu gün Bakı ancaq media səhifələrində xəbərdarlıqlarla kifayətlənirsə, gələcəkdə proseslər Azərbaycanın Ermənistan ərazisində hərbisizləşdirilmiş zona yaratmasına gətirib çıxara bilər.

Odur ki, razılığa gəlmək daha yaxşıdır!
👍25
Ermənistan Cənubi Qafqaz regionunu hara aparır?

Ermənistan hökumətindən maaş alan lobbiçi, NATO-nun keçmiş baş katibi Rasmussen Qərblə Ermənistanın gələcək qarşılıqlı fəaliyyəti mövzusunda məqalə dərc edib. Rasmussenin Ermənistanda geniş reklam olunan məqaləsi bu ölkənin Təhlükəsizlik Şurası katibinin kabinetində yazılıb və Ermənistanın hərbi-siyasi rəhbərliyinin əsas gözləntilərini əks etdirir.

Ermənistanın gözləntiləri nədir?

- Rasmussen Aİ və ABŞ-dan tələb edir ki, liderlərin COP29-da iştirakı sülh müqaviləsi mövzusunda Azərbaycana təzyiqlə əlaqələndirilsin;

- Qarabağı mübahisəli ərazi kimi qeyd edən Rasmussen ermənilərin Azərbaycanı tərk etməsini “insanların köçürülməsi” adlandırır.

- Ermənistan az qala sülh müqaviləsinin müəllifi kimi təqdim olunur.

- Ən mühüm və maraqlısı isə odur ki, Rasmussen Aİ-yə üz tutaraq aşağıdakı məsələlərlə bağlı çağırış edir:

Azərbaycan Ermənistana qarşı mümkün təcavüzün nəticələri ilə hədələnməli;
• Avropa Sülh Fondu vasitəsilə Ermənistana siyasi, iqtisadi və müdafiə yardımı daha da gücləndirilməli;
Almaniya Fransadan nümunə götürməli və Ermənistana hərbi yardım göstərməli;
Aİ missiyası gücləndirilməli və onun Azərbaycan ərazisinə keçməsi təmin olunmalı;
“Sülh kəsişməsi”, yəni kommunikasiyaların erməni ssenarisi üzrə açılması dəstəklənməlidir.

Rasmussen həmçinin Ermənistan-ABŞ hərbi təlimləri, “Ermənistanın Aİ ilə yeni iqtisadi əlaqələri”, İrəvanın KTMT-dən çıxmaq istəyindən bəhs edir.

Bütün bunlar nəyi göstərir?!

Ermənistan rəhbərliyinin Rasmussen vasitsilə təqdim etdiyi mövqeyi ölkəni Rusiyanın forpostundan Qərbin forpostuna çevirmək istəyini əks etdirir. Ermənistanın coğrafiyası, resursları və tarixinə əsaslanaraq formalaşmalı olan təbii maraqları yenə də xarici sponsorların maraqları ilə əvəzlənir. Ermənistan regiondankənar aktorların maraqlarını ölkənin yaxın qonşularının gözləntilərindən üstün tutur.

Məsələn:

- Ermənistanın təhlükəsizlik sistemində Avropa və ABŞ-ın çəkisinin artması Rusiya və İranla münasibətlərdə qığılcımlar yaradır;

- Ermənistan Silahlı Qüvvələrində Qərb silahlarının çoxalması Azərbaycanla münasibətlərdə gərginliyə səbəb olur;

- Ermənistanda Fransa təsirinin artması Türkiyə və Azərbaycanı qıcıqlandırır;

- Ermənistanın Azərbaycana təzyiq etmək üçün Qərb resurslarından istifadə tələbi Azərbaycan tərəfindən əks reaksiya doğurur;

- “Sülh kəsişməsi” ilə bağlı dolaşıq vəziyyət İran rəhbərliyinin sərt mövqeyinə gətirib çıxarır.

Bu siyahını çox uzatmaq olar...

Ermənistan rəhbərliyi dərk etməlidir ki, belə mövqe dayanıqlı deyil və sponsor ölkələrin konkret liderlərinin müvəqqəti maraqları ilə bağlıdır. Rasmussen Almaniyanı Fransanın yolu ilə getməyə çağırır, çünki Makronun daxildəki mövqeyi sabit deyil və bu, Fransa ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıqda durğunluq yarada bilər. Yaxud da ABŞ seçkilərinin nəticəsilə bağlı gözləntiləri götürək. Burada da İrəvan demokratların qələbəsinə bel bağlayıb.

Halbuki təhlükəsizlik sistemində sabitlik ancaq konkret qonşularla - Azərbaycan, Türkiyə, Gürcüstan və İranla əldə edilə bilər.

Ermənistanın Rusiya ilə sərhədi yoxdur. Odur ki, Ermənistan rəhbərliyi onu narahat edən Rusiyadan gələn təhdidləri qonşularla stabil münasibətlər vasitəsilə yumşalda bilər.

Silahlara gəlincə isə onları nə qədər alsan da kömək etməyəcək. Ermənistanın “İsgəndərlər”i 44 günlük müharibədə ona heç bir kömək etmədi.

Son 25 ilin təcrübəsi göstərdi ki, forpost olmaq, qonşulara qarşı istifadə edilmək müəyyən müddətə təsir göstərə bilər, amma qaçılmaz fəlakətə gətirib çıxarır. Ermənistan öz qonşularını qıcıqlandırmamaq və təhdid etməmək üçün subyektliliyi öyrənməlidir. Bütün bunlar əvvəlki paylaşımlarımızda qeyd olunan neytral statusun qəbulu ilə bağlıdır.

Ermənistan Konstitusiyasına gözlənilən dəyişikliklər Ermənistan üçün taleyüklü qərarların qəbulu baxımından şans yaradır. Bu şansdan istifadə edilməli, region münaqişə meydanına çevrilməməlidir.

@cssc_cqtm
👍22
İqtisadi diplomatiya (I hissə)

Müstəqilliyin ilk illərində Azərbaycan münaqişə, işğal və etnik təmizləmə kimi problemlərlə qarşılaşdığından onun xarici siyasəti əsasən bu istiqamətlərə yönəldi. Bu dövrdə yaşanan siyasi və iqtisadi böhran, işğala görə böyük iqtisadi resursların əldən çıxması iqtisadi inkişaf imkanlarını ciddi şəkildə daraltdı. Buna baxmayaraq, Azərbaycan işğal dövründə iqtisadiyyatın əsas və strateji sahələrini inkişaf etdirə bildi.

Ona görə də, əgər münaqişə həm də Azərbaycanın iqtisadi inkişafının qarşısını almaq üçün nəzərdə tutulmuşdusa, bu baş vermədi. Azərbaycan mövcud olan bütün məhdudiyyətlərə baxmayaraq iqtisadi müstəqilliyini təmin etməyi bacardı. Sonrakı dövrdə sürətli iqtisadi inkişaf neft və qaz gəlirləri hesabına təmin edildi və digər sahələrin inkişafı üçün də zəruri infrastruktur formalaşdırıldı. Uğurlu neft-qaz-strategiyası Azərbaycanı böhran içində olan kasıb ölkədən yuxarı orta gəlirli ölkəyə çevirdi.

Artıq Azərbaycan münaqişəni həll edərək öz ərazi bötövlüyünü bərpa edib və bu xarici siyasətdə yeni prioritetlərin formalaşmasına imkan verir. İşğal faktının olmadığı yeni reallıqda Azərbaycan qarşısında dayanan iki əsas vəzifə var.

Birinci vəzifə qonşuluqda təhlükəsiz və stabil region formalaşdırmaqdır. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı uzun illər Cənubi Qafqaz regionunu qeyri-stabil bölgəyə çevirməklə onun ümumi inkişafına mənfi təsir etdi. İşğal dövründə Azərbaycan regional əhəmiyyətə malik olan layihələr icra etsə də, münaqişə bölgədə mövcud olan iqtisadi potensialdan və əməkdaşlıq imkanlarından tam istifadə etməyə imkan vermirdi. Ona görə hazırda münaqişə bitdiyindən regionda iqtisadi əməkdaşlıq potensialından tam istifadə üçün şərait yaranıb. Belə şəraitdə Azərbaycan qonşuluqda stabil region formalaşdırmaqla həm regionun inkişafına tövhə vermək məqsədi güdür, həm də regionun aparıcı ölkələrindən biri kimi öz siyasi və iqtisadi mövqeyini möhkəmləndirməyə çalışır. Onu nəzərə alsaq ki, Cənubi Qafqaz regionu hər zaman rəqabət meydanı olub və Qarabağ münaqişəsinin həll edilməməsi məhz bu rəqabətin bir nəticəsi idi, o zaman rəqabət səviyyəsinin azaldılması və bununla yeni münaqişələrin qarşısının alınması böyük əhəmiyyət daşıyır.

İkinci vəzifə isə iqtisadi inkişafı sürətləndirməkdir. Azərbaycan özünün uğurlu neft qaz strategiyası ilə həm də səmərli iqtisadi diplomatiya formalaşdırmağa nail oldu. Bu diplomatiya onu Avropanın əsas enerji təminatçılarından birinə çeviməklə iqisadi mövqeyini daha da gücləndirdi, regionda öz formatlarını quraraq əməkdaşlığı genişləndirməyə şərait yaratdı.

Lakin, Azərbaycan neft və qaz gəlirləri hesabına sürətli iqtisadi inkişafa nail olsa da, bu həm də onun bu sektordan asılılığını artırıb. Ona görə də hazırda iqtisadi inkişaf strategiyasının əsas məqsədi qeyri-neft sektorunun inkişafına nail olmaq və bununla da davamlı iqtisadi inkişafı təmin etməkdir. Qeyri-neft sektorunun inkişafında azad edilmiş ərazilərin sahib olduğu kənd təsərrüfatı və enerji resursları da böyük rol oynamaq potensialına malikdir. Eyni zamanda, Azərbaycanın yaşıl enerji ixracı istiqamətində irəli sürdüyü təşəbbüslər və həyata keçirdiyi layihələr də davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından əhəmiyyətlidir.

Yeni mərhələdə iqtisadi inkişafın sürətləndriməsində gömrük ittifaqları ilə əməkdaşlığın genişləndirilməsi də vacibdir. Hazırda Azərbaycanın ətrafında iki gömrük ittifaqı var: Avrasiya İqtisadi Birliyi (AİB) və Avropa İttifaqı (Aİ). Azərbaycan bu ittifaqlara üzv olmasa da, ora daxil olan bir çox ölkələr ilə sıx iqtisadi əlaqələrə malikdir. Azərbaycanın kənd təsərrüfatı ixracının böyük hissəsi AİB bazarına, enerji ixracının əsas hissəsi isə Aİ bazarına yönəlib. Bu ittifaqlara üzvlük Azərbaycanın qeyri-neft ixracını genişləndirməsi baxımından əhəmiyytəli olsa da özündə müəyyən siyasi risklər daşıyır.

Davamı növbəti postda...
👍23👎1