Dünya qlobal qarşıdurmalar burulğanında (II hissə)
Hazırda beynəlxalq münasibətlər sistemində qarışıqlıq, hətta xaos hökm sürür. Lakin cari mənzərəyə baxmayaraq, bu sistemin iştirakçıları arasında iki qlobal güc mərkəzinin mövcudluğu aydın şəkildə görünür. Günümüzdə yalnız ABŞ və Çin həm iqtisadi, həm də hərbi gücü özündə birləşdirən ən qüdrətli dövlətlər olaraq qalmaqdadır.
Qlobal güc olmağa iddialı digər tərəflərdən biri - Rusiya iqtisadi gücə çevrilə bilməsə də, hərbi gücü ilə dünya birinciliyi uğrunda gedən mübarizəyə qoşulmağa, özünü fövqəldövlətlər sırasında göstərməyə cəhd etdi. Lakin Ukrayna cəbhəsində üzləşdiyi uğursuzluq Moskvanın öz planlarını həyata keçirməsinə mane oldu və Kremli qlobal güc statusu qazanmaq imkanından məhrum etdi.
Başqa bir iddialı - Avropa İttifaqı isə Rusiyanın tam əksinə olaraq, dünya miqyaslı iqtisadi güc kimi formalaşmağı bacarsa da, hərbi güc və geosiyasi oyunçu kimi qlobal səviyyəyə yüksələ bilmədi. Belə ki, uzun illərdir çoxsaylı hərbi kontingentə malik vahid Avropa Silahlı Qüvvələrinin yaradılması barədə danışılsa da, bu planlar hələ də kağız üzərində qalır. Aİ ölkələri arasında mövcud fikir ayrılıqları sözügedən istiqamətdə ciddi addımların atılmasını və birliyin hərbi gücə çevrilməsini əngəlləyir.
Aİ-nin geosiyasi oyunçu olmaq cəhdləri də iflasa uğradı. Bu uğursuzluğun başlıca səbəbi birliyin ümumi maraqlarının Fransa kimi ayri-ayrı dövlətlərin əsassız iddialarına qurban verilməsidir. Aİ-nin Azərbaycana, eləcə də bütövlükdə Cənubi Qafqaz regionuna münasibətdə atdığı addımlar bunun əyani sübutudur. Brüsselin siyasi səriştəsizliyi ucbatından Aİ hələ də ABŞ-ın təsiri altında qalmaqda davam edir.
Belə şəraitdə, ABŞ və Çin arasında qarşıdurma getdikcə daha da, şiddətlənir. Bu mübarizə artıq dünyanın az qala bütün regionlarına sirayət edir və Avropadan tutmuş, Asiya və Afrikayadək bütün qitələrdə özünü büruzə verir.
Beynəlxalq münasibətlərin digər iddialı tərəflərinə gəlincə, onların bəziləri (məsələn Türkiyə və İran) regional güclər kimi çıxış edir. Lakin istər regional gücləri təmsil edən dövlətlər, istərsə də belə gücə sahib olmayan ölkələr qlobal mübarizənin bir parçasına çevrilir. Bundan imtina etmək üçün onlara heç bir seçim imkanı da verilmir. Belə olduqda isə həmin dövlətlər ən təhlükəli aqibətlə - qlobal güclərin bilavasitə aktiv mübarizə meydanına çevrilmək təhlükəsilə üzləşir.
Dünyanın irimiqyaslı qarşıdurmalar burulğanında olduğu və mübarizənin kəskinləşdiyi bir zamanda Azərbaycan özünün başlıca problemini həll etdi. Rəsmi Bakı ölkənin qlobal və regional güclərin toqquşması meydanına çevrilməməsinə nail oldu. Hazırda istər qlobal, istərsə də regional oyunçularla tərəfdaşlıq və praqmatik münasibətlər qurulub.
Ölkədaxili konsensus da kifayət qədər yüksək səviyyədədir. Bu amil, bir tərəfdən xarici qüvvələrin daxili işlərə müdaxiləsinin qarşısını alır, digər tərəfdən isə müstəqil xarici siyasət yeritməyə imkan verir.
Beləliklə də, qlobal siyasətdəki burulğanlı dövr hələ uzun müddət davam edə bilər. Bu qeyri-müəyyənlik şəraitində müstəqilliyini və suverenliyini qorumaq, mövcud qarşıdurmanın tərəflərindən hər biri ilə əməkdaşlıq münasibətlərini inkişaf etdirmək az qala mümkünsüz görünür. Lakin Azərbaycan məntiqli və ardıcıl addımları ilə bir çox dövlətlər üçün imkansız olanı bacardı. Bundan sonra əldə edilən nailiyyətlərin qorunub-saxlanması, eləcə də bütün mümkün təhdidlərə vaxtında və düzgün şəkildə cavab verilməsi olduqca önəmlidir.
@cssc_cqtm

👍17
Konstitusion maneəni aşmaq mümkündür
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Ermənistanla sülh müqaviləsi imzalanacaqsa, burada natamam, gələcək üçün mina və hansısa ikibaşlı məqam saxlanılmamalıdır. Dayanıqlı və substantiv sülh üçün müqavilənin mətni heç bir şəkildə başqa cür tövsif edilməyəcək, aydın və birmənalı olmalı, əks təqdirdə imzalanmamalıdır. 2023-cü ilin sentyabrındakı anti-terror tədbirlərinə qədər Qərbin və Ermənistanın “Qarabağ ermənilərinin təhlükəsizliyi üçün beynəlxalq qarantiyalar” tələb etməsi, Rusiyanın sülh müqaviləsini imzalayıb “Qarabağ məsələsinin həllinin gələcək nəsillərə saxlanılması” təklifi vardı. Bununla onlar məsələni gələcək üçün açıq saxlamağa çalışırdılar. Ancaq ölkəmiz istədiyi formada sülh üçün 1-ci mərhələdə hərbi-diplomatik yollarla Qarabağ mövzusunu müqavilə mətnindən çıxarmağa nail oldu. Azərbaycan o zaman nə diplomatik hiylələrə uydu, nə də bu cür şərtləri qəbul etməyi tələb edən təzyiqlər qarşısında geri çəkildi.
2-ci mərhələdə əsas maneə Ermənistan Konstitusiyası və qanunvericiliyidir ki, ölkə başçısı İrəvan tərəfindən müvafiq dəyişiklik edilməyəcəyi təqdirdə sülh müqaviləsinin imzalanmayacağı ilə bağlı qəti mövqeyini ortaya qoydu. Biz yenə də Ermənistan və ona dəstək verənlər tərəfindən 1-ci mərhələdə olduğu kimi Azərbaycanın əsaslı və haqlı tələbi nəzərə alınmadan tələsik sülh sazişinin imzalanması cəhdlərini görürük. Ermənistan iddia edir ki, Konstitusiya daxili məsələdir, maneə deyil. Həqiqət isə budur ki, ən yaxın tarixdə müxtəlif ölkələrin təcrübəsində imzalanan beynəlxalq sənədlərin ölkələrin daxili qanunvericiliyinə uyğun gəlmədiyi əsas gətirilərək imzaların geri çəkildiyini dəfələrlə görmüşük. Bu baxımdan imzalanan sülh müqaviləsinə müvafiq daxili qanunvericiliyin uyğunlaşdırılmasının ən yaxşı və son nümunəsi kimi 1998-ci il 10 apreldə Britaniya ilə İrlandiya hökuməti arasında Belfast razılaşmasını göstərmək olar.
Belfast razılaşması nümunəsi
Bir çox məqamlara görə fərqli kontekst və tərkib olsa da, Belfast razılaşması sırf daxili qanunvericiliklə bağlı sülh prosesinə maneənin necə aradan qaldırılması baxımından maraqlıdır. 10 aprel razılaşmasına əsasən 22 may 1998-ci ildə İrlandiyada keçirilən referendumla 1937-ci ildə qəbul edilmiş konstitusiyanın 2 və 3-cü maddələri dəyişdirildi. Həmin maddələr İrlandiya dövləti qarşısında bütün adada vahid İrlandiya dövləti yaratmaq məqsədi qoyurdu. Belfast razılaşmasının 4-cü maddəsinə əsasən, bu razılaşma yalnız sazişə əlavə edilən sənəddə göstərilən Konstitusiyaya dəyişikliklə bağlı İrlandiyada referendum tələbi həyata keçirildikdən sonra 1999-cu il dekabrın 2-də qüvvəyə mindi.
Bizim kontekstimizdə Ermənistan Konstitusiyasına ediləcək dəyişiklik üçün referendumun keçirilməsi və sülh müqaviləsi imzalanandan sonra onun qüvvəyə minməsi razılaşma əsasında fərqli zaman intervallarında ola bilər. Bunun üçün isə Ermənistan Konstitusiyasından Qarabağın anneksiyası qərarının çıxarılmasının zəruriliyi əvvəlcə rəsmən qəbul edilməli, daha sonra isə hansısa sənəddə öz əksini tapmalıdır. Ola bilər ki, Belfast razılaşmasında olduğu kimi bu məsələ sülh müqaviləsinin mətninə salına və müqavilə imzalana bilər.
Problem və nəticə
Belfast nümunəsi tətbiq olunarsa sülh müqaviləsi imzalanandan sonra onun qüvvəyə minməsi üçün məsuliyyət tam olaraq Paşinyan hökumətinin, erməni ictimaiyyətinin və bu ölkəni dəstəkləyənlərin üzərinə düşəcək. İlk növbədə Paşinyan hökuməti deyil, erməni cəmiyyəti İrlandiya xalqı kimi sülh müqaviləsinin qüvvəyə minməsi üçün referendumda qərar verməlidir. Digər tərəfdən Paşinyan hökumətinin üzvlərindən hər biri Konstitusiyadan müvafiq məqamların çıxarılmasında maraqlı olmalıdır. Belə ki, artıq revanşistlər Paşinyan hökumətini Ermənistan torpaqlarını Azərbaycana verərək Konstitusiya əleyhinə cinayətdə ittiham edirlər. Buna görə də, Paşinyan hökuməti Ermənistan Konstitusiyasından müvafiq məqamları çıxarmalıdır ki, gələcəkdə “Konstitusiya əleyhinə addımlarına” görə cinayət məsuliyyətinə cəlb edilə bilməsinlər.

👍22👎1
Türkiyə Qərb və qeyri-Qərb arasında
Son illərdə Türkiyənin beynəlxalq nüfuzunun artması göz önündədir. Dünya miqyasında gərginliyin yüksəlməsi fonunda istər Qərb, istərsə də qeyri-Qərb ölkələrinin Ankaraya olan ehtiyacı artır. Belə ki, Türkiyə geosiyasi baxımdan unikal mövqeyi və getdikcə ağırlaşan beynəlxalq çəkisilə fərqli tərəflər arasında ortaq məxrəc rolunu oynaya biləcək azsaylı dövlətlərdəndir.
Qərb - Türkiyə yaxınlaşması
Ukraynada fəal hərbi əməliyyatların başlanmasından sonra Qərbin Türkiyənin maraqlarını inkar etməsi artıq mümkünsüz hala gəldi. Xüsusilə də, NATO-nun genişlənməsi məsələsində istər ABŞ, istərsə də Aİ Ankaranın müəyyən şərtlərilə razılaşmalı oldu.
Ağ Ev üçün bu həssas dövrdə - qarşıdangələn prezident seçkilərilə əlaqədar Vaşinqton administrasiyasının daha çox daxili gündəmə fokuslandığı bir zamanda Türkiyənin yerlərdə dəstəyinə arxalana bilmək olduqca vacibdir. Son aylarda ABŞ-ın Türkiyənin marağı olduğu regionlarda öz siyasətini Ankara ilə koordinasiya etməsi, Türkiyə şirkətlərilə hərbi-texnoloji və silah istehsalında əməkdaşlığı genişləndirməsi, habelə bugünlərdə F-16-larla bağlı sazişin imzalanması Vaşinqtonun öz müttəfiqinə artan ehtiyacından xəbər verir.
Aİ ölkələrindən Fransa Türkiyənin artan nüfuzu ilə barışmaq istəməsə də, onun qonşuları - İspaniya və İtaliya mövcud reallığa daha adekvat reaksiya verir. Yaxın Şərqdə vəziyyətin kəskinləşməsindən sonra Madridin Fələstin məsələsindəki mövqeyi Ankara ilə üst-üstə düşür. Belə ki, İspaniya Fələstin dövlətini tanıdı və CAR-ın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddiaya qoşulmaq niyyətini bəyan etdi.
Türkiyənin əsas ticarət tərəfdaşlarından olan İtaliyaya gəlincə, baş nazir Meloni Ərdoğanı “fərqli yanaşmaları səsləndirmək üçün” G7 Sammitinə dəvət etdi. Hazırda Aralıq dənizi və Şimali Afrikadakı ortaq maraqlar, miqrasiyanın qarşısını alınması və enerji təhlükəsizliyi iki ölkə liderlərini daha da yaxınlaşdırır.
Ankaranın Asiya prioritetləri
Qərblə yanaşı, Türkiyə qeyri-Qərb ölkələri, xüsusilə də Asiya dövlətlərilə əlaqələrini genişləndirməyə çalışır. ŞƏT-də müşahidəçi statusa malik ölkə artıq tamhüquqlu üzvlükdə maraqlı olduğunu bəyan edir. Ankara həmçinin BRİKS klubunun daimi iştirakçısı olmaq istəyir. Lakin Türkiyənin Çin və Rusiyanın dominant olduqları platformalara marağı Qərbdə birmənalı qarşılanmır.
Ankara ŞƏT-i NATO-ya, BRİKS-i Aİ-yə alternativ hesab etmədiyini bildirir. Eyni zamanda, Türkiyə bəyan edir ki, müttəfiqlərinin onun təhlükəsizlik problemlərinə məhəl qoymaması, Aİ-yə üzvlük məsələsinin dalana dirənməsi Ankaranı digər meydançalara üz tutmağa vadar edir.
Günümüzdə Türkiyə TDT çərçivəsində də Asiya ölkələrilə əməkdaşlıq edir. Təşkilat daxilində Ankara üçün əsas gündəm mövzularından biri Orta Dəhlizin inkişafı, Türkiyənin mühüm tranzit qovşağı kimi beynəlxalq əhəmiyyətinin daha da artırılmasıdır.
Nəticə
Beləliklə də, hərbi-sənaye kompleksinin inkişafı sayəsində artıq Türkiyə təhlükəsizliyin istehlakçısından onun təminatçısına çevrilib. Bu, Ankaranın xarici siyasətində də öz əksini tapır. Məsələn, Ukrayna münaqişəsində Türkiyə Kiyevə ciddi hərbi-texniki dəstək göstərsə də, bu, Ankaranın Rusiya ilə ikitərəfli münasibətləri inkişaf etdirməsinə və tərəflər arasında uğurlu vasitəçilik səylərinə mane olmur. Müasir Türkiyə 360 dərəcəli diplomatiya üstünlük verərək həm Qərb, həm də qeyri-Qərb düşərgəsilə qarşılıqlı faydalı münasibətlər qurmağa səy göstərir.
Əlbəttə ki, Türkiyənin ŞƏT və BRİKS-ə marağı Ankaranın Qərbdən üz çevirməsi kimi qəbul edilə bilməz. Belə ki, ölkə rəhbərliyi mövcud siyasi və iqtisadi çağırışların öhdəsindən gəlmək üçün qlobal əlaqələr şəbəkəsini inkişaf etdirmək istəyir. Ankara Asiyanın artan iqtisadi imkanlarından maksimum faydalanmağa çalışır.
Türkiyə BMT, Ümumdünya Ticarət Təşkilatı kimi ənənəvi qlobal təsisatları artıq köhnəlmiş qurumlar sayır. Ankara getdikcə dünya iqtisadiyyatında dominant gücə çevrilən və G7-ni üstələyən BRİKS kimi perspektivli formatlarda iştirakı daha əlverişli hesab edir.

👍16
Ukrayna münaqişəsi: Beynəlxalq Konfranslar nəyi göstərdi?
Son günlər ərzində Ukrayna münaqişəsinə dair iki mühüm beynəlxalq konfrans baş tutdu. Onların mahiyyəti və məqsədi müxtəlif dairələr tərəfindən fərqli istiqamətdə şərh edilir. Bəziləri hətta bu tədbirləri yeni dünya nizamının formalaşması, dövlətlərin iki qütbə parçalanması kimi təqdim etməyə çalışırlar.
Humanitar konfrans və siyasi sammit
Sözügedən tədbirlərdən birincisi Berlində təxminən 60 dövlətin nümayəndələrinin iştirakı ilə keçirilmiş Ukraynanın Bərpası Konfransıdır. Artıq üçüncü dəfədir ki, təşkil edilən tədbir çərçivəsində ölkənin müharibə nəticəsində dağıdılmış ərazilərinin yenidənqurulması üzrə 16 milyard avroluq 100-dən çox saziş imzalanıb.
İkinci beynəlxalq tədbir isə İsveçrədə baş tutmuş Ukrayna Sülh Sammitidir. Burada dəvət edilmiş 160 dövlətdən 91-i iştirak edib. Sammitin yekun sənədinə isə 80 dövlət imza atıb ki, onlardan 1-i (Ruanda) sonradan öz imzasını geri çəkib.
Berlin Konfransı sırf humanitar xarakter daşısa da, İsveçrə Sammmiti əsasən siyasi xarakterli tədbir idi. Bu sammit həm nümayəndə heyətlərinin sayı və tərkibi, həm də gündəliyi baxımından daha mühüm əhəmiyyət daşıyırdı. Sammitin əsas mahiyyətini isə Zelenski və onun sülh planına dəstək təşkil edirdi.
Belə ki, mayın 20-də Ukrayna prezidentinin səlahiyyət müddəti başa çatsa da, ölkə müharibə şəraitində olduğundan yeni seçkilərin keçirilməməsi qərara alındı. Lakin Rusiya bu tarixdən sonra Zelenskini legitim dövlət başçısı kimi tanımaqdan imtina etdi. Bu baxımdan, İsveçrə Sammiti faktiki olaraq Zelenskinin legitimliyinin dünya birliyi tərəfindən qəbul edilməsi və təsdiqlənməsi idi.
Digər tərəfdən, təsadüfi deyil ki, Sülh Sammitinin keçirildiyi bir zamanda Rusiya lideri də özünün alternativ sülh planını açıqladı və hər iki tərəfin yanaşmaları arasında kəskin fərqlərin olduğunu bir daha ortaya qoydu.
Azərbaycanın mövqeyi
Azərbaycan nümayəndə heyəti İsveçrə Sammitinə qatılmasa da, Berlin Konfransında iştirak edib. Bakı münaqişənin aktiv fazası başlayandan bəri Ukraynaya ilk humanitar yardım göstərənlərdən biri olub. Bu günədək Kiyevə 40 milyon ABŞ dolları dəyərində yardım edilib. Ölkəmiz tərəfindən Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün tibbi və sosial-psixoloji reabilitasiya proqramı həyata keçirilib, indiyədək 154 uşaq proqramın iştirakçısı olub.
Azərbaycan Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək göstərib, bu çərçivədə İrpen şəhərindəki məkəb binasının yenidənqurma işlərini öz üzərinə götürərək icra edib. İşğaldan azad olunmuş ərazilərində mina təhdidi ilə mübarizə aparan bir ölkə kimi Azərbaycan Ukraynaya minatəmizləmə sahəsində də yardım edərək, oxşar problemlərlə üzləşmiş dövlətlərlə həmrəyliyini nümayiş etdirib.
Berlin Konfransına qatılmaqla Azərbaycan Ukraynaya humanitar dəstəyini davam etdirməyə hazır olduğunu göstərdi. Eyni zamanda, Azərbaycan Prezidentinin Zelenski ilə son telefon danışığı, Ukrayna dövlət başçısının COP29-a dəvət edilməsi belə deməyə əsas verir ki, rəsmi Bakı Ukrayna prezidentinin legitimliyini tanıyır.
Nəticə
Beləliklə də, Ukraynanın Bərpası Konfransı və Ukrayna Sülh Sammiti yeni qlobal nizamın, dünya dövlətlərinin iki fəqli düşərgəyə bölünməsinin göstəricisi deyil. Bu tədbirlər əslində heç sülhə də xidmət etmir. Bunlar yalnız tərəflərdən birinin mövqeyinin səsləndirilməsi, gələcək danışıqlarda əlinin gücləndirilməsi istiqamətində atılmış addımlardır. Günümüzdə Zelenski və Putinin sülh planları arasında böyük və keçilməz fərqlər mövcuddur. Odur ki, hazırda və yaxın gələcəkdə diplomatiyaya yer yoxdur.
Belə görünür ki, tərəflər arasında hərbi əməliyyatlar hələ bir müddət də davam edəcək. Aydındır ki, bu yolla onlar gələcək danışıqlar zamanı daha çox üstünlük əldə etməyə, masa arxasında öz mövqelərini gücləndirməyə çalışırlar. Moskva və Kiyevdə inanırlar ki, müharibə yolu ilə yeni reallıq yaratmaq, bununla da münaqişənin növbəti mərhələsi - dinc nizamlanma prosesində köklü dəyişikliklərə nail olmaq mümkündür.

👍13
Cənubi Qafqazın xarici aktorları
Cənubi Qafqaz regionu cəmi üç ölkədən ibarətdir: Azərbaycan, Ermənistan və Gürcüstan. Bu region parçalanmış bir bölgədir. Burada məsləhətləşmələrin aparıldığı regional struktur yoxdur, bölgənin hər bir ölkəsinin müxtəlif xarici siyasət prioritetləri var.
Türkiyə, Rusiya və İran da coğrafi baxımdan Qafqaz ölkələridir. Onlar fiziki cəhətdən yaxın, həmsərhəd olsalar da, Cənubi Qafqaz üçün bu dövlətlər hələ də xarici aktorlar olaraq qalır. Lakin onlar maraqları müəyyən dərəcədə obyektiv kimi xarakterizə edilə bilən xarici aktorların ilk qrupudur.
Xarici aktorların ikinci qrupunu fiziki cəhətdən yaxın olmayan, lakin regionda maraqları olan ölkələr təşkil edir ki, bunlar da ABŞ, Aİ, Böyük Britaniya, Fransa, Çin, Hindistan kimi dövlətlərdir.
Xarici aktorların ilk qrupu - Türkiyə, Rusiya və İran regionda bir-biri ilə rəqabət aparsalar da, 3+3 formatında bir araya gəliblər. Bu platforma sırf bölgə ilə onun yaxın qonşuları arasında qarşılıqlı əlaqələr formatında regionun inklüzivliyini nəzərdə tutur. 3+3 anlayışına tərəflərdən hər biri özünəməxsus tərzdə yanaşsa da, xarici aktorların birinci qrupunun bütün iştirakçıları bu formatda maraqlıdır və bunun üçün hər birinin öz səbəbi var. Bu səbəblər ilk növbədə geosiyasi, yalnız daha sonra iqtisadi xarakter daşıyır.
Xarici aktorların ikinci qrupu da maraqlarının xarakterinə görə bölünür:
- Geosiyasi motivli olanlara ABŞ, Fransa, Böyük Britaniya daxildir. Hərçənd, Aİ də bu sıraya qoşulmağa çalışır.
- Geoiqtisadi motivli olanlara isə daha çox Aİ, Böyük Britaniya, Çin və Hindistanı aid etmək olar. Onları Cənubi Qafqazda əsasən kommunikasiyalar və enerji maraqlandırır.
Birinci qrup xarici aktorlar kimi, ikincilər də öz maraqlarını region ölkələri vasitəsilə reallaşdırmağa çalışır, ittifaqlar və strateji alyanslar qurur. Eyni zamanda, müxtəlif variasiyalarda, məqsədlərdən asılı olaraq, alyans iştirakçılarının siyahısı dəyişir. Son üç ildə Rusiya və İran bu məsələdə ən əlverişsiz vəziyyətə düşüb, Türkiyə, ABŞ və Aİ isə daha uğurlu olub.
Bu kontekstdə Türkiyənin özünəməxsus mövqeyi var. Birinci qrupda Ankara təşəbbüsü öz əlinə alıb, çünki müharibə nəticəsində Türkiyənin müttəfiqi Rusiyanın müttəfiqini məğlub edib və bu müharibənin yaxın gələcəkdə reallaşmalı olan bütün nəticələri Ankaraya regional proseslərdə daha çox iştirak vəd edir. Bununla yanaşı, xarici aktorların ikinci qrupunun demək olar ki, bütün iştirakçıları bu və ya digər şəkildə öz maraqlarını Türkiyə ilə uzlaşdırır. Ankara və şəxsən prezident Ərdoğan həm birinci, həm də ikinci qrup xarici aktorlar üçün ən effektiv tərəfdaşdır. Hətta Hindistan və Fransa da Türkiyənin mövqeyini nəzərə almağa məcburdur. Türkiyənin bu unikallığını Ankara ilə Bakı, daha səmimi desək, Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev arasındakı məsul müttəfiqlik formalaşdırıb. Azərbaycan uğur qazanmasaydı, Türkiyə bu unikallığa sahib ola bilməzdi!
Nəticə
Bu gün bölgədəki ənənəvi ittifaqlarda pozulmalar var. Rusiya ilə Ermənistan, Gürcüstanla Aİ və ABŞ arasındakı münasibətlər buna misaldır. Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik isə yeganə ittifaq olaraq öz effektivliyini nümayiş etdirir və zamanın sınağından keçir. Bu ittifaq strateji hədəflərə çatmaq baxımından ən uğurlu nümunədir. Bakı-Ankara müttəfiqliyini parçalamaq üçün xarici aktorların təsirləri isə göz qabağındadır. Buna baxmayaraq, hazırda Azərbaycan və Türkiyə birliyi xarici təzyiqlərə tab gətirə və elə bir vəziyyət yaratmağa qadirdir ki, bütün digər maraqlı tərəflər reallığı qəbul etməyə, maraqlarını bu reallıqla uzlaşdırmağa məcbur olacaqlar. Əgər digər aktorlar Bakı və Ankaranın maraqlarına zidd nəsə planlaşdırırlarsa, bu, baş tutmayacaq.

2024-cü ilin yayı necə yadda qalacaq?!
44 günlük müharibədən sonra beş illik keçid müddəti yarandı ki, bundan sonra regionda keyfiyyətcə yeni bir dövr başlamalı idi. Əsas məsələ Qarabağdakı Rusiya sülhmərmalılarının taleyinin müəyyənləşməsi idi. Bütün proseslər bir növ bu amilə bağlı idi.
Ancaq keçid müddətinin yalnız üç il yarımı arxada qaldıqdan sonra sülhmərmalılar Qarabağı tərk etdilər! Azərbaycan respublikanın bütün ərazisində suverenliyini bərpa etdi. Hazırda Ermənistan-Azərbaycan gündəmində müzakirə olunan mövzular, ümumiyyətlə, kənar oyunçularla müzakirəsi nəzərdə tutulmayan mövzulardır.
Bununla yanaşı, 44 günlük müharibənin dörd geosiyasi nəticəsindən üçü hələ də reallaşmayıb. Azərbaycanla Ermənistan arasında sülh, Ermənistan-Türkiyə normallaşması və regional kommunikasiyaların açılması hələ baş tutmayıb. Lakin bu məsələlər hərtərəfli işlənib və onların həyata keçməsi üçün nə etmək lazım olduğunu tərəflər bilirlər. Hər üç mövzu bir-biri ilə əlaqəli və bir-birindən asılıdır. Xarici aktorlar nə qədər ardıcıllığı dəyişməyə çalışsalar da, bu gün üçün bütövlükdə prosesin başlanğıcını Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təşkil edir.
Ermənistan hər üç mövzuda təmsil olunur və bütün bu mövzular üzrə də İrəvandan çox şey asılıdır. Prinsipcə, bu gün bütün proseslər Azərbaycan-Ermənistan-Türkiyə üçbucağında cərəyan edir. Xarici aktorlar hər üç istiqamətdə də irəliləyişin olmamasından istifadə edərək vəziyyəti dəyişməyə, regionda möhkəmlənməyə və müharibənin nəticələrinin icrasını gecikdirməyə, yaxud da özlərinə sərfəli şəkildə tənzimləməyə çalışırlar.
Təəssüf ki, Ermənistan bu işdə onların hamısına mükün qədər kömək edir: İlk iki ildə Rusiya və İran, indi isə Fransa, ABŞ, Aİ bu istiqamətdə addımlar atırlar.
Üçtərəfli oyun: Azərbaycan - Türkiyə - Ermənistan
2024-cü ilin yayı məhz bu formatla yadda qalacaq. Əvvəlki illərdə Rusiya, Aİ, ABŞ öz güclərini sınadılar, amma nəticə əldə edə bilmədilər. Bu təşəbbüslərdə Ermənistan primitiv opportunist kimi çıxış etdi və əvəzini ödədi.
Türkiyə bütün digər aktorlardan fərqli olaraq, ötən əsrin 90-cı illərinin əvvəllərində münaqişə zamanı birbaşa hərəkətə keçdi. Ermənistanla sərhədləri bağladı, diplomatik əlaqələri kəsdi və İrəvanla normallaşma üçün şərt qoydu. Bu mövqe Türkiyəni onilliklər ərzində Azərbaycan və Ermənistan arasında vasitəçi olmaq imkanından məhrum etdi. Lakin Bakının ədalətli mövqeyini ardıcıl olaraq dəstəkləmək sonda Türkiyəni daha güclü etdi.
Beləliklə, bütün bunlar proseslərə necə təsir edə bilər?!
Ermənistan-Türkiyə normallaşmasının əsas şərti Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlıdır!
Bu gün Azərbaycanla Ermənistan arasında danışıqların bir neçə istiqaməti var və hansı istiqamətdə irəliləyiş əldə edilirsə, o zaman Ermənistan-Türkiyə normallaşmasında da bu, sinxron şəkildə baş verəcək.
Sülh müqaviləsi/diplomatik münasibətlərin qurulması. Bakı-İrəvan formatında buna nail olduqdan sonra Ankara-İrəvan formatında da analoji uğur əldə ediləcək.
Azərbaycanla Ermənistan arasında kommunikasiyalar açılarsa, Ermənistanla Türkiyə arasında da bu qaydada kommunikasiya bərpa olunacaq.
Sinxronluq və ardıcıllıq ən vacib elementlərdir. Çünki Ermənistanın Türkiyə ilə açıq kommnikasiyanı əldə etdikdən sonra Azərbaycanla əlaqələri açmağa yanaşmasını dəyişməyəcəyinə inam yoxdur. Bugünlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 2020-ci il müharibəsinin nəticələrini necə şərh etməsi bunu bir daha sübut edir.
İdeal variantda Azərbaycanla Ermənistan arasında kommunikasiyalar yalnız Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra açıla bilər, çünki indiki şəraitdə yalnız açılışla bağlı qərar kifayət deyil.
Proseslər Türkiyənin daha da aktivləşməsinə gətirib çıxarıbsa, bundan istifadə etmək lazımdır. Əks halda, Ermənistan tərəfinin məsuliyyətsiz bəyanatları və üçüncü dövlətlərin destruktiv müdaxilələri növbəti dəfə danışıqlarda böhrana səbəb ola bilər. Elə etməliyik ki, 2024-cü ilin yayı Azərbaycan və Türkiyənin regionda mövqelərinin möhkəmlənməsi ilə yadda qalsın!

Forwarded from Мнение ФМ (Farhad Mammadov)
YouTube
Fərhad Məmmədovla gündəmin müzakirəsi
#bəyən #paylaş #abunəol
ABUNƏ OLUN ►https://bit.ly/3rGosrr
Gördüyünüz nöqsanlara biganə qalmayın! Çəkdiyiniz foto və videoları, üzləşdiyiniz problemləri bizimlə bölüşün. Bölüşün ki,” Sizin Səsiniz” olaq!
Qaynar xətt: 055 455 45 58
Videolarımızı bəyənib…

👍7
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas Sual” verilişində siyasi gündəmdəki əsas mövzularla bağlı fikirlərini bölüşüb.
Daha ətraflı: https://www.youtube.com/live/Y0Sg8HRfsjA
Daha ətraflı: https://www.youtube.com/live/Y0Sg8HRfsjA
YouTube
Fərhad Məmmədovla gündəmin müzakirəsi
#bəyən #paylaş #abunəol
ABUNƏ OLUN ►https://bit.ly/3rGosrr
Gördüyünüz nöqsanlara biganə qalmayın! Çəkdiyiniz foto və videoları, üzləşdiyiniz problemləri bizimlə bölüşün. Bölüşün ki,” Sizin Səsiniz” olaq!
Qaynar xətt: 055 455 45 58
Videolarımızı bəyənib…
ABUNƏ OLUN ►https://bit.ly/3rGosrr
Gördüyünüz nöqsanlara biganə qalmayın! Çəkdiyiniz foto və videoları, üzləşdiyiniz problemləri bizimlə bölüşün. Bölüşün ki,” Sizin Səsiniz” olaq!
Qaynar xətt: 055 455 45 58
Videolarımızı bəyənib…
👍7
ABŞ qərəzdən şantaja keçir?!
Bu günlərdə ABŞ Dövlət Departamentinin sorğusu əsasında hazırlanmış “Qarabağda faktaraşdırıcı missiya”nın hesabatı dərc olunub. Hələ ötən ilin noyabrında Konqresdəki dinləmələr zamanı Departament rəhbərinin köməkçisi Ceyms O`Brayen bu sənədin anonsunu verib və hesabat məhz onun regiona son səfərindən dərhal sonra yayımlanıb.
İkili standartların yeni səviyyəsi
Hesabat öz mahiyyətinə görə ikili standartların növbəti və daha çirkin bir nümunəsini əks etdirir. Burada rəsmi Vaşinqtonun son 30 ildə Ermənistan-Azərbaycan münaqişəsinə qərəzli və ermənimərkəzli yanaşması daha açıq şəkildə özünü büruzə verir:
- Sənəddə 30 illik münaqişənin yalnız son 3 ili birtərəfli yanaşmada və ciddi təhrif olunmuş tərzdə işıqlandırılır, işğalçılar qurban kimi göstərilir. Bütün dünyanın gözü qarşısında ermənilərin Qarabağdan könüllü və dinc şəkildə köçü etnik təmizləmə kimi qələmə verilir. Lakin 1990-cı illərin əvvəllərində Qarabağın yarım milyondan çox azərbaycanlı əhalisinin kütləvi qırğınlara məruz qalaraq öz yurdlarından qovulması barədə danışılmır.
- Hesabatda ötən ilin sentyabrındakı birgünlük antiterror tədbirləri nəticəsində Qarabağın erməni sakinləri arasında 229 nəfərin öldüyü, onlardan yalnız 34-nün mülki şəxs olduğu bildirilsə də, yerdə qalanların məhz silahlı hərbçilər olduğu qeyd edilmir. Bu hərbçilərin Azərbaycan ərazisində işğalçı qüvvələri təmsil etdikləri barədə hesabat müəllifləri susur, beynəlxalq təşkilatlar ötən əsrin sonlarında Ermənistanın işğalçılıq fəaliyyətinə siyasi qiymət verməkdən həmişəki kimi yayınırlar.
- Sənəddə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə istinad edilərək Azərbaycanın insanlığa qarşı və müharibə cinayətlərində ittiham edilməsi isə ikiüzlülüyün son həddidir. Belə ki, ilk növbədə ABŞ özü bu əsasnaməyə qoşulmayıb. Digər tərəfdən, Fələstində 38 min nəfərin ölümü, milyondan artıq sakinin öz evlərindən didərgin düşməsi fonunda, məhz ABŞ tərəfi BCM üzvlərini sanksiyalarla hədələyərək məhkəmənin İsrail rəsmilərinin mümkün həbsinə dair qərarına imkan vermir.
ABŞ nə istəyir?
Sözügedən hesabatın məhz belə qərəzli formada və indi açıqlanması heç də təsadüfi deyil. Bu, başlıca olaraq ABŞ-ın daxili gündəmi ilə əlaqədardır.
Sirr deyil ki, Vaşinqton Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün tələsir. Hazırki administrasiya öz seçki kampaniyasında mümkün sazişi xarici siyasətdəki uğuru kimi göstərməyə çalışır. Bakının Ermənistan Konstitusiyası ilə bağlı haqlı tələbində israrlı olması isə ABŞ hökumətinin bu planlarını pozur və belə şəraitdə Ağ Ev Azərbaycana qarşı açıq-aşkar şantaja keçir. Sənədin O`Brayenin səfərindən dərhal sonra yayılması da bununla bağlıdır.
Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü bərpa etməsi ABŞ hakimiyyətini ölkədəki erməni lobbisinin ciddi tənqid hədəfinə çevirib. Vaşinqtonun anti-Azərbaycan addımları həm də seçki öncəsi erməni diasporunun yenidən rəğbətini qazanmaq məqsədini güdür. Hesabatın idarə heyətinin əksəriyyəti etnik ermənilərdən ibarət “Freedom House”un bələdçiliyi ilə hazırlanıb təqdim olunması bunu bir daha sübut edir.
ABŞ-ın sülhü tələsdirməkdə öz məqsədini kommunikasiyaların açılması ehtiyacı ilə izah etməsi isə ciddi suallar doğurur. Çünki vaxtilə məhz Vaşinqton Bakı-Tbilisi-Qars layihəsinə qarşı çıxıb. İndi də Ermənistan ərazisindən keçəcək dəhlizin reallaşması üçün Paşinyana Bakının haqlı tələblərinin qəbulunda kömək etmək əvəzinə, ABŞ Azərbaycana təzyiq göstərməyə çalışır.
Nəticə
Beləliklə də, ermənimərkəzli mövqeyindən əl çəkə bilməyən və Azərbaycana qarşı bir qayda olaraq qərəzli münasibət sərgiləyən ABŞ, yenidən şantaja əl atır. Ötən ilin noyabrında olduğu kimi, indi də ön cəbhədə O`Brayen dayanıb. Lakin onun Bakıya öncəki təzyiq cəhdlərinin nə ilə nəticələndiyi yəqin ki, hamının yadındadır. Vaşinqton anlamalıdır ki, Azərbaycanın maraqları ilə hesablaşmadan və haqlı tələbləri nəzərə alınmadan bölgədə davamlı sülh sadəcə mümkün deyil.

ŞƏT ilə əməkdaşlıq: Azərbaycan üçün yeni imkanlar
İyul ayı Azərbaycanın iştirakı ilə keçiriləcək mühüm geosiyası əhəmiyyətə malik beynəlxalq tədbirlərlə zəngindir. Bunlardan birincisi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanda keçirilən növbəti zirvə görüşüdür.
Tarixi arayış
ŞƏT 2001-ci ildə 6 dövlətin (Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan) iştirakı ilə Şanxayda təsis olunub. Sonradan quruma daha 3 ölkə (2017 - Pakistan, Hindistan, 2021 - İran) qoşulub. Hazırda ŞƏT-in 9 üzvü ilə yanaşı, 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Astana Sammitində Belarusun da tamhüquqlu üzv kimi təşkilata qoşulması barədə qərar qəbul ediləcəyi gözlənilir.
ŞƏT-in iki daimi orqanı - Pekində yerləşən Katibliyi və Daşkənddə yerləşən Terrorizmə qarşı Regional Strukturu mövcuddur. Üzv dövlətləri birləşdirən geniş məkanda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizm, separatizm, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, iqtisadi əməkdaşlıq, enerji tərəfdaşlığı, elmi və mədəni əlaqələrin inkişafı təşkilatın əsas məqsədləri kimi bəyan olunub.
Azərbaycanla ŞƏT arasındakı əlaqələrin tarixçəsi 2015-ci ildə ölkəmizə dialoq üzrə tərəfdaş statusunun verilməsi ilə başlayıb. 2016-cı ildə Pekində müvafiq memorandum imzalanıb. 2022-ci ildə isə ŞƏT-in Səmərqənd zirvə görüşündə Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib.
Astana Sammiti
ŞƏT-in budəfəki Astana Samitində də Azərbaycan ən yüksək səviyyədə təmsil olunur. Prezident İlham Əliyevin Çin, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstandan olan həmkarları ilə danışıqlardan sonra iyulun 4-də ŞƏT+ formatında keçiriləcək ilk görüşdə iştirakı nəzərdə tutulur.
Azərbaycan-ŞƏT əməkdaşlığı hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət etməklə iqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, ekstremizm və separatizmə qarşı mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı, sivilizasiyalararası dialoqun təşviqi kimi sahələri əhatə edir.
Rəsmi Bakı təşkilata üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli formatlarda yüksək səviyyəli münasibətlər qurur. Bu, bir tərəfdən bütövlükdə ŞƏT-lə əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verir, digər tərəfdən Azərbaycanın regional güc kimi dəstək qazanmasını təmin edir. ŞƏT Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, ölkəmizlə bağlı ən mühüm məsələlərin, mövqelərin və prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılması üçün vacib bir platformadır.
Astana zirvə görüşü Azərbaycan üçün ŞƏT ilə əməkdaşlığın daha geniş sahələrini əhatə etməklə, bu işbirliyinin gələcək inkişaf perspektivlərini müəyyən etmək baxımından olduqca mühümdür. Bakı həm təhlükəsizlik, həm də iqtisadi sahədə öz çəkisini artıran ŞƏT ilə daha sıx əməkdaşlıqda maraqlıdır. Belə ki, bu əməkdaşlıq bir çox istiqamətlərdə ölkəmiz qarşısında yeni imkanlar açır.
Nəticə
Beləliklə də, Prezident İlham Əliyevin ikinci dəfə ŞƏT liderlərinin zirvə görüşünə dəvət olunması təşkilata üzv dövlərlərlə Azərbaycan arasında qarşılıqlı inam və etimadın ən yüksək səviyyəsindən xəbər verir. Rəsmi Bakının son illər beynəlxalq arenada artan nüfuzu, həmçinin Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artırır.
Azərbaycanın COP29-a sədrliyi fonunda qlobal aktorların, dünyanın aparıcı ölkə və təşkilatlarının Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduqları göz önündədir. Bütün bunlar Azərbaycanın məntiqli və ardıcıl xarici siyasətinin, ikitərəfli və çoxtərəfli diplomatiyasının uğurudur.

Azərbaycanı müharibə cinayətlərində ittiham edən hesabatın müəllifləri kimlərdir?!
Hesabatın preambulasında belə yazılıb:
“Bu faktaraşdırıcı hesabat “Freedom House”, “International Partnership for Human Rights”, “Democracy Development Foundation”, “Helsinki Citizens’ Assembly - Vanadzor”, “Protection of Rights without Borders”, “Law Development and Protections Foundation” və “Truth Hounds” tərəfindən birgə hazırlanıb.
“Media Diversity Institute” açıq mənbəli araşdırma və yoxlama aparıb.
Talin Hitik xülasənin və daha geniş hesabatın redaktə edilməsinə əsaslı dəstək verib. Anuş Baqdasaryan daha geniş hesabatın bir neçə bölməsinin redaktə edilməsinə mühüm töhfə verib. Metodologiya və anketlər “Democracy Development Foundation”, “International Partnership for Human Rights” və “Truth Hounds” tərəfindən hazırlanıb. Faktaraşdırıcı missiya “Open Society Foundations” və “Freedom House”un dəstəyi ilə mümkün olub. Faktaraşdırıcı missiya “Democracy Development Foundation” tərəfindən koordinasiya edilib”.
Bu strukturları iki kateqoriyaya ayıraq:
Beynəlxalq QHT-lər
1. “Freedom House” - əsas sifarişçi;
2. “Open Society Foundations” - əsas sifarişçi;
3. “International Partnership for Human Rights” - Ermənistan strukturları ilə koordinasiya;
4. “Truth Hounds” - Ukrayna QHT, müsahibələr üçün anketlərin hazırlanması.
Ermənistan QHT-ləri
1. “Democracy Development Foundation” - Ermənistan üzrə əsas koordinator, Ermənistan hökuməti və Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə əlaqələndirci;
2. “Helsinki Citizens’ Assembly - Vanadzor” - resurslar üzrə koordinator, əsasən yerlərdə çalışan şəxslər;
3. “Protection of Rights without Borders” - insan resursları;
4. “Law Development and Protections Foundation” - hakim partiyadan olan deputat Arusyak Culakyan (bu QHT-nin təsisçilərindən biri) vasitəsilə Ermənistan hökuməti ilə əlaqələndirici.
Nəticələr:
• Azərbaycanı “etnik təmizləmə” və “müharibə cinayətləri”ndə ittiham edən hesabat ABŞ Dövlət Departamenti tərəfindən rəsmi olaraq maliyyələşdirilən beynəlxalq QHT-lərin vəsaiti ilə hazırlanıb.
• Ermənistanda hesabatın hazırlanmasında iştirak edən bütün strukturlar “Open Society Foundations”ın (Soros Fondu) benefisiarlarıdır.
• Yerlərdə bütün işlər - Ermənistanda Qarabağ erməniləri ilə müsahibələr və hesabatın mətni Ermənistan vətəndaşları tərəfindən hazırlanıb!
• Paşinyan hökuməti və hakim partiya həm müsahib qruplarının işinin təşkilində, həm də hesabatın əsas tezislərinin tərtibində birbaşa iştirak edib.
• Simon Papuaşvilli maraqlı fiqurdur. O, “International Partnership for Human Rights”da region üzrə məsul şəxsdir və eyni zamanda sorğu anketini hazırlayan “Truth Hounds”da da vəzifə tutur. Papuaşvilli Ukraynada müvafiq iş aparır və sualları necə tərtib etməyi bilir.
İlkin nəticələr belədir. Saxtalaşdırmalar, manipulyasiyalar və yalanlarla dolu bu hesabatın danışıqlar prosesinə təsirləri olacaq. Bu, ictimai təşəbbüs deyil, Paşinyan hökumətinin nəzarətindəki QHT-lər tərəfindən həyata keçirilən ABŞ-ın sifarişidir!

👍8
Azərbaycan və Çin - strateji tərəfdaşlar
Azərbaycan və Çin liderləri arasında keçirilən görüşdə strateji tərəfdaşlığın qurulmasına dair bəyannamə imzalandı. Bununla da, Azərbaycan Cənubi Qafqazda Çinin sayca ikinci strateji tərəfdaşı oldu.
Bəyannamədə konteksti çox vacib olan bir neçə mühüm istiqamət vurğulanır:
- Bir-birinin ərazi bütövlüyünə hörmət: Sənəddə mövzuya dair Vahid Çin haqqında böyük bir bənd yer alır. Burada Çinin Tayvana dair yanaşmaları tam olaraq təsvir edilərək dəstəklənir. Çin isə buna cavab olaraq “Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir”. Əlbəttə ki, Azərbaycan üçün BMT-nin Təhlükəsizlik Şurası səviyyəsində təxribatlar zamanı Şuranın daimi üzvünün səsi həmişə vacib və faydalıdır.
- İqtisadiyyat və nəqliyyat: Bəyannamədə xüsusən “Bir kəmər - bir yol” təşəbbüsünün dəstəklənməsi, “Azərbaycan və Çin hökumətləri arasında beynəlxalq multimodal daşımaların inkişafı haqqında Sazişin imzalanması prosesinin sürətləndirilməsi” öhdəliyi öz əksini tapır. Başqa sözlə, Çin Azərbaycan üzərindən yükdaşımalara daha fəal cəlb olunur.
- Kommunikasiya mövzusu çərçivəsində bu bənd diqqəti cəlb edir: “Tərəflər öz ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcək”. Kommunikasiyaların təhlükəsizliyi beynəlxalq mövzuya çevrilir. Təhlükəsizlik mövzusunda əlavə dəstək isə Bakı üçün həmişə müsbət məqamdır.
- Orta Dəhliz: “Çin tərəfi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazır olduğunu bildirir”. Bu, Çinin Orta Dəhlizin həm tikintisində, həm də istismarında birbaşa iştirakına dair növbəti öhdəlikdir.
- Sonda isə geosiyasət barədə: “Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlayır, ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləyir. Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır”. Bununla da, Azərbaycanın ŞƏT-də statusunun yüksəldilməsi və BRICS-ə üzvlüyü anons edilir.
Beləliklə də, Azərbaycan strateji tərəfdaşı olduğu ölkələr siyahısını dünyanın iki geosiyasi mərkəzindən biri olan Çinlə genişləndirdi. Bu, rəsmi Bakının geosiyasi seçiminin təzahürüdür. Azərbaycan buna bərabərhüquqlu və qarşılıqlı faydalı formada nail oldu, regionda nəqliyyat kommunikasiyalarının lazımi yüklə təmin edilməsi üçün dəstək aldı və ikitərəfli münasibətlərdə öz maraqlarını vurğuladı. Yeri gəlmişkən, güman etmək olar ki, bundan sonra İrandan keçməklə Naxçıvana gedən dəmir yolu yeni nəfəs alacaq.
Azərbaycan ardıcıl olaraq ərazi bütövlüyü prinsipini dəstəkləyir və bu baxımdan da Bakının Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıması qeyri-adi hal deyil.
Regional layihələrdən kənarda qalan yeganə ölkə hələ də ABŞ-la strateji tərəfdaşlığı rəsmiləşdirməyi planlaşdıran və Hindistanla əlaqələr quran Ermənistandır. ABŞ və Hindistanın Çinlə hansı münasibətlərdə olduğu hamıya məlumdur. Bununla yanaşı, Pekində Nensi Pelosinin Tayvana, daha sonra İrəvana səfərini və burada “ABŞ-dan Ukraynaya, Tayvandan Ermənistana qədər dünya seçim qarşısındadır”, - sitatını yaxşı xatırlayırlar.
İmzalanmış Bəyannamə ikitərəfli münasibətlərin üçüncü ölkələrə bağlı olmadan necə rəsmiləşdirilməsinə dair bir nümunədir. Azərbaycanla münasibətlərdə bu və ya digər formada Ermənistanla münasibətləri şərt kimi irəli sürən ABŞ və Aİ bu nümunədən ibrət almalıdır.

Azərbaycan-Türkiyə-Pakistan üçlüyü regional geosiyasətin tərkib hissəsi kimi
ŞƏT-in Astana sammiti Azərbaycan üçün həm sammitin özü, həm də sammit çərçivəsində baş tutan görüşlər və imzalanan sənədlərlə yadda qalacaq. Çinlə strateji tərəfdaşlıq haqqında Bəyannamənin qəbulundan sonra Astanada Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü keçirilib.
Bu üçtərəfli format çoxdan mövcuddur, lakin liderlərin sammiti ilk dəfə təşkil olunub. İndiyədək yalnız parlamentlərin sədrləri, xarici işlər və müdafiə nazirləri səviyyəsində bir sıra üçtərəfli təmaslar baş tutub. Günümüzdə isə bu format inkişaf edərək artıq üç ölkənin liderləri səviyyəsinə çatıb. Bu baxımdan Azərbaycan prezidenti, Türkiyə dövlət başçısı və Pakistan baş nazirinin görüşü tarixi əhəmiyyətə malikdir və belə görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağı gözlənilir.
Əvvəlki təcrübəyə əsaslanaraq, Astanadakı görüşdə müdafiə qurumlarının, hərbi sənaye komplekslərinin qarşılıqlı fəaliyyəti və birgə təlimlərin davamlı olaraq keçirilməsi mövzusu önə çəklib. Həmçinin, üç ölkə tərəfindən birgə silah istehsalı məsələsi gündəmə gətirilib.
Bununla yanaşı, qarşılıqlı iqtisadi əlaqələr də üçtərəfli münasibətlərin mühüm komponentidir. Üç ölkə arasında ticarət, innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil, humanitar və digər sahələrdə əməkdaşlıq artan xəttlə inkişaf etsə də, cari trend daha böyük perspektivlərə malikdir. Xüsusilə iqtisadi-ticari iş birliyi üzrə mövcud irəliləyiş potensialını reallaşdırmaq üçün kommunikasiya infrastrukturunun yaradılması çox vacibdir. Bu kontekstdə, həm Orta Dəhliz, həm də İran üzərindən Şimal-Cənub infrastrukturu Pakistanla ticarət dövriyyəsini artırmaq üçün yeni imkanlar açır.
Yuxarıda qeyd edilənlərə rəğmən, sözügedən üçtərəfli formatda geosiyasətin çəkisi daha ağırdır. Bakı, Ankara, İslamabad tarixi və dini yaxınlığa əsaslanaraq daim beynəlxalq təşkilatlarda bir-birinə dəstək verib. Astanadakı üçtərəfli görüşdə bu praktikanın əhəmiyyəti və bundan sonra da davam etdirilməsinin vacibliyi bir daha vurğulanıb. Görüşlə bağlı yayılan rəsmi məlumatda üçtərəfli danışıqlarda həmçinin Qəzza, Kipr, Kəşmir, İslamofobiya kimi regional və qlobal məsələlərin də müzakirə olunduğu bildirilib.
Məlumatda daha bir maraqlı geosiyasi məqam yer alıb. Burada regiondankənar qüvvələr tərəfindən Cənubi Qafqazın hərbiləşdirilməsinin dağıdıcı təsiri qeyd olunub. Güman etmək olar ki, söhbət Hindistandan və onun regiondakı siyasətindən gedir. Aydındır ki, Hindistan bölgədə öz siyasətini həyata keçirə bilər, lakin Dehli Cənubi Qafqaza ticarətlə deyil, silahla nüfuz etməyə çalışır. Zaman keçdikcə elə təəssürat yaranır ki, Hindistan regiondakı reallıqları dərk etmədən, buradakı proseslərin təfərrüatlarını bilmədən Paşinyan və Ermənistanın tərəfini tutan birgə koalisiyanın üzvü kimi çıxış edir.
Azərbaycan Hindistana bu cür siyasətin bölgədə Dehlinin maraqlarına zərbə vurduğu və ona baha başa gələcəyi barədə ardıcıl xəbərdarlıq edib. Beləliklə də, rəsmi Bakı bir gün ərzində Hindistanla regional səviyyədə rəqabət aparan iki dövlətlə əlaqələrini daha da genişləndirərək Çinlə birgə bəyannamə qəbul edib, Pakistanla hərbi əməkdaşlığı dərinləşdirib.
Azərbaycan İkinci Qarabağ Müharibəsi zamanı Türkiyə və Pakistanın göstərdiyi böyük mənəvi və siyasi dəstəyi heç vaxt unutmayaraq yüksək qiymətləndirir. Ümumiyyətlə, 44 günlük müharibədən sonra ölkəmizdə bir çox yerlərdə müvafiq dövlətlərin bayraqlarının asılması Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının daha da genişləndirilməsinin təzahürüdür. Bu, geosiyasətdə bizə güc verir, təhlükəsizlik mühitini artırır və ən əsası, istər xarici siyasətin ardıcıllığı, istərsə də Azərbaycanın maraqlarına zidd planlar quran ölkələrin üzləşəcəyi fəsadlar kontekstində ölkəmizin proqnozlaşdırıla bilənliyini artırır.

“Freedom House” və digər QHT-lərin Qarabağ erməniləri haqqında hesabatının təhlili
İyulun 2-də “Freedom House” və digər beynəlxalq QHT-lərin hazırladığı, Azərbaycanı “etnik təmizləmə”, “insanlığa qarşı cinayətlər” və “müharibə cinayətləri”ndə ittiham edən hesabat dərc edib.
Hesabatdan belə görünür ki, bu beynəlxalq təşkilatları bir yerə gətirən, əmək bölgülərini müəyyənləşdirən və fəaliyyətlərini koordinasiya edən bir mərkəz var. Həmin mərkəz isə hesabatda adı çəkilməyən ABŞ Dövlət Departamentidir. Bu sadəcə ittiham və ehtimal deyil. Sözügedən hesabatın hazırlanmasını koordinasiya etdiklərini və nəticələrini gözlədiklərini ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn azı iki dəfə kameralar qarşısında özü etiraf edib (Konqresdəki dinləmələr zamanı çıxışı - noyabr, 2023 və Ermənistanda Azadlıq Radiosuna müsahibəsi - iyun, 2024). Hələlik fakt odur ki, bu hesabat gələcəkdə Azərbaycana qarşı müxtəlif məhkəmələrdə, beynəlxalq təşkilatlarda və qanunverici orqanlarda istifadə etmək səviyyəsinə çatdırılıb.
Bu hesabat Azərbaycana qarşı gizli gündəliyin və planın olduğu haqqda əsaslı şübhələri bir daha sübut etdiyinə görə sıradan bir sənəd deyil. Bu sənəd haqqında O’Braynın əvvəl dedikləri onu sübut edir ki, sülh müqaviləsi imzalansa belə həmin plandan və gizli gündəlikdən imtina edilməyəcək(di), əksinə, sülh müqaviləsi imzalandıqdan sonra həmin plan tam işə düşəcək. Bu planın işə düşməməsi, sülh müqaviləsi ilə bütün məsələlərin birdəfəlik və həmişəlik bağlanması üçün Azərbaycan Ermənistandan öz Konstitusiyasından və qanunvericiliyindən Azərbaycan torpaqlarının anneksiyasını qanuniləşdirən maddələrin çıxarılmasını tələb edir. Eləcə də, Ermənistana təklif edilib ki, Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycanla birlikdə ATƏT-ə müraciət edilsin. Ermənistan hələlik buna müsbət cavab verməyib. Çünki nə Ermənistanın, nə də onun havadarlarının Qarabağ məsələsini beynəlxalq gündəlikdən çıxarmaq niyyətləri yoxdur.
O’Brayn Konqresdəki dinləmə zamanı ABŞ-ın bölgədə fəaliyyətinin üç istiqamətdə olduğunu göstərmişdi:
1. Qarabağ ermənilərinə hərtərəfli yardım və onların geri qaytarılması;
2. Ermənistana yardım edilməsi;
3. Sülhün əldə olunması.
Beləliklə, prioritetlərin sıralanmasında biz sülhü birinci yerdə görmürük.
“Freedom House” hesabatının prizmasından O’Braynın iki çıxışına baxanda daha yaxşı aydın olur ki, Bayden administrasiyasının hədəfi tələsik sülh müqaviləsini imzalayandan sonra növbəti mərhələ üçün işlərə başlamaq olub. Bu hesabat onu göstərir ki, Bayden administrasiyası Azərbaycanla qeyri-səmimi davranır. Ona görə də ABŞ Minsk qrupu, Ermənistan Konstitusiyası və qanunvericiliyi ilə bağlı məsələlərini bağlamadan Azərbaycanı sülh müqaviləsini tələsik imzalamağa sövq etməyə çalışır. Bunun üçün şirnikləndirici təkliflər və təzyiqlər də edili(b)r.
Nə üçün ABŞ Dövlət Departamenti BMT-nin və digər beynəlxalq təşkilatların ilkin qiymətləndirilməsi ilə qane olmur və razılaşmır? Nə üçün “Freedom House” hesabatının hazırlanmasında həm müsahibə verən, həm də müsahibə alanların ermənilər olması qəbul edilir? Ancaq Azərbaycan televiziya kanallarının həmin günlərdə götürdükləri yüzlərlə videomüsahibələr əsaslı faktlar sayılmır? Bu cür hesabatlarla, yəni, nəticədə Azərbaycanı etnik təmizləmədə ittiham etməklə ABŞ nəyə nail olmağa çalışır?
Mövzu ilə bağlı daha ətraflı saytımızda dərc edilən məqalədə tanış ola bilərsiniz.

https://cssc.az
“Freedom House” və digər QHT-lərin Qarabağ erməniləri haqqında hazırladığı hesabatın təhlili | CSSC
İyulun 2-də “Freedom House” təşkilatının veb-səhifəsində “Niyə Dağlıq Qarabağda heç bir erməni yoxdur?” adlı xüsusi hesabat dərc edildi. Sənəddə göstərilir ki, bu təşkilatdan başqa həmin hesabatın hazırlanmasında digər beynəlxalq QHT-lər də iştirak edib:…
👍16
Qızmar payız
Qarşıdan gələn payızın siyasi baxımdan qızmar keçəcəyi heç kəsdə şübhə doğurmur. Çünki cari ildə qlobal səviyyədə gözlənilən bir sıra hadisələr məhz bu fəsilə təsadüf edir. Həmin hadisələrin bu və ya digər şəkildə Cənubi Qafqaz regionuna təsiri isə qaçılmazdır.
ABŞ-da prezident seçkiləri
Noyabrda baş tutacaq ABŞ prezidenti seçkiləri ərəfəsində ölkədəki siyasi mübarizə artıq pik həddə çatıb. Trampa qarşı sui-qəsd bunu əyani şəkildə sübut edir. Öz növbəsində, bu hadisə respublikaçı namizədin seçkilərdə qələbə qazanmaq şansını xeyli artırıb. Lakin nəzərə almaq lazımdır ki, Trampa qarşı silahlı hücum və ya sui-qəsd cəhdi təkrarlana bilər. Belə ki:
- Cinayətkarın profili onun özünəqapalı xarakterə sahib olmasını, konkret olaraq eks-prezidentə qarşı qatı və barışmaz mövqe tutmasını deməyə əsas verir. Belə insanlar isə ABŞ-da kifayət qədərdir və onların davranışlarını öncədən proqnozlaşdırmaq qeyri-mümkündür. Bu kəsim öz radikal addımları ilə seçilir və şəxsi ideyaları uğrunda mübarizədə silaha əl atmaqdan belə çəkinmirlər.
- Digər tərəfdən, artıq uzun illərdir ölkə sakinlərinin ixtiyarında olan odlu silahların sayı (təxminən 400 milyon ədəd) əhalinin ümumi sayını üstələyir və hazırda hər 100 ABŞ sakininə orta hesabla 120 odlu silah düşür.
İstənilən halda, Trampın hakimiyyətə mümkün qayıdışı ABŞ-ın həm daxili, həm də xarici siyasətində kökü dəyişikliklərə yol açır. Odur ki, ölkənin özü ilə yanaşı, Avropada da bu dəyişikliklərə ciddi hazırlıqlar gedir.
Ukrayna cəbhəsi
Hazırda Ukraynadakı aktiv hərbi əməliyyatlarda dönüş nöqtəsi müşahidə olunmur. Cari vəziyyətdə tərəflərdən hər hansı birinin mütləq üstünlüyündən danışmaq mümkün deyil. Həmçinin, yaxın aylarda istər Rusiya, istərsə də Ukrayna silahlı qüvvələrinin yeni genişmiqyaslı hücum cəhdi üçün resursları çatışmır. Buna baxmayaraq, tərəflər bütün imkanları ilə yerdəki vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırlar.
Trampın prezident səlahiyyətlərinin icrasına başlayanadək Ukraynada sülhü bərpa edəcəyi ilə bağlı bəyanatı fonunda Moskva və Kiyev payız-qış aylarında mümkün danışıqlara hazırlaşırlar. Onlar yerdə yeni reallıqlar formalaşdırmaqla növbəti ABŞ prezidentini fakt qarşısında qoymağı, eləcə də dinc nizamlanma prosesində mövqelərini gücləndirməyi hədəfləyirlər.
Gürcüstanda parlament seçkiləri
Payızda regional vəziyyətə təsir edəcək daha bir mühüm hadisə Gürcüstandakı parlament seçkiləridir. Seçkilər ərəfəsində hakim partiyanın təşəbbüsü ilə “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsi rəsmi Tbilisi ilə Qərbin münasibətlərini xeyli pisləşdirib. Hazırda Vaşinqton və Brüssel Gürcüstana qarşı birtərəfli addımlar ataraq qarşıdangələn seçkilərin gedişatına təsir göstərməyə çalışırlar.
Əgər payızdakı seçkiləri hakimiyyət qazanarsa, Qərbin bu ölkəyə yönəlik sonrakı fəaliyyəti iki mümkün ssenari üzrə cərəyan edə bilər: Ya reallığı qəbul edərək öz siyasətini məhdud çərçivədə davam etdirmək, ya da daha irəli gedərək mövcud mövqeləri sual altına almaq. Hadisələrin məhz hansı ssenari üzrə cərəyan edəcəyini isə zaman göstərəcək.
Nəticə
Yuxarıda qeyd olunanlardan belə qənaətə gəlmək mümkündür ki, hazırda həm qlobal, həm də regional səviyyədə qeyri-müəyyənliklər çoxdur. Aydındır ki, bu qeyri-müəyyənliklərin hansı nəticələrə gətirib çıxaracağı bizdən asılı deyil. Belə şəraitdə, Azərbaycan istənilən variantlara hazır olmalı, dəyişən reallıqlara vaxtında və düzgün reaksiya verməlidir.

👍23
Orbanın xarici siyasət manevrləri
İyulun 1-dən etibarən Aİ Şurasına sədrlik Macarıstana keçdi. Bundan dərhal sonra - ertəsi gün ölkənin baş naziri Viktor Orban indiyədək hər hansı digər Aİ lideri üçün mümkünsüz sayılan marşrut üzrə (Kiyev, Moskva, Şuşa, Pekin, Vaşinqton) dünya turuna çıxdı.
Sülh təşəbbüsü
Orbanın Kiyevə səfəri son 10 ildə, xüsusilə də müharibə başlayandan bəri Macarıstan baş nazirinin Ukraynaya ilk gəlişi oldu. Bununla da, Orban münaqişəyə dair yeni sülh missiyasının başlandığını elan etdi. Baş nazirin sonrakı səfərləri zamanı ikitərəfli münasibətlərlə yanaşı, məhz bu mövzu gündəmin əsasını təşkil edən məsələyə çevrildi.
Fərqli baxışa malik tərəflərlə məsləhətləşmələrdən sonra Budapeşt detalları hələ ki, ictimaiyyətə açıqlanmayan sülh planını irəli sürdü. Bununla da, Macarıstan Ukrayna münaqişəsi üzrə müvafiq təşəbbüslə çıxış edən ilk Aİ üzvü, eləcə də vasitəçilik sahəsində nailiyyətlər qazanmış Türkiyədən sonra ikinci NATO ölkəsi oldu.
Orban hazırki mərhələdə onun sülh planının bütün tərəfləri qane etməyəcəyini yaxşı anlayır. O, Aİ-nin mövcud münaqişə ucbatından məruz qaldığı itkiləri görür və bu zərəri ölkəsi üçün minimallaşdırmağa, hətta fürsətə çevirməyə çalışır. Bu baxımdan, Orbanın sülh planı əslində ABŞ, Aİ və Rusiya arasında mühüm vasitəçi kimi Macarıstanın mövqeyini möhkəmləndirməyə, prosesin bir halqası olmağa yönəlib.
Brüssel Budapeştə qarşı
Macarıstan baş nazirinin sülh təşəbbüsü Aİ daxilində ciddi narazılığa səbəb oldu. Xüsusən də, Orbanın Moskva və Pekinə səfəri Brüssel tərəfindən Ukraynanın birmənalı şəkildə dəstəklənməsinə dair Aİ-nin vahid kursuna ciddi zərbə kimi dəyərləndirildi. Hətta iş o yerə çatdı ki, Macarıstanın sədrlikdən uzaqlaşdırılması və səsvermə hüququnun məhdudlaşdırılması məsələsi gündəmə gətirildi. Düzdür, bu səviyyədə olmasa da, Aİ tərəfindən Macarıstana qarşı indiyədək heç bir nümanəsi və ya analoqu olmayan “cəza təbdirləri” tətbiq edildi.
Siyasi ənənənin əksinə olaraq, Aİ-yə sədrlik edən ölkənin baş naziri kimi Orban Avropa Parlamentinin Strasburqda keçiriləcək ilk iclasına dəvət edilmədi. Bununla yanaşı, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen AK kollegiyasının Macarıstana səfərini ləğv etdi və Aİ Şurasının Macarıstan sədrliyi yanında keçirilən qeyri-rəsmi iclaslarda AK təmsilçiliyinin səviyyəsini aşağı saldı. Bu, indiyədək Aİ tarixində görünməmiş qərarlar idi.
Həmçinin, Aİ Şurası və üzv ölkələr onlara göndərilmiş Macarıstanın sülh planını rədd etdilər. Brüssel bəyan etdi ki, Budapeşt Aİ-ni beynəlxalq səhnədə təmsil etmək səlahiyyətinə və mandatına malik deyil. Odur ki, Aİ rəhbərliyinin icazəsi olmadan Macarıstan sülh təşəbbüsü irəli sürə bilməz.
Nəticə
Hazırda Macarıstanın baş naziri Aİ-də unikal mövqeyə sahibdir. Orban faktiki olaraq yeganə Aİ lideridir ki, Putinlə danışıqlar apara bilir. Eyni zamanda o, Çinlə konfrantasiyaya getmir, əksinə ikitərəfli münasibətlərin səviyyəsini daha da yüksəldir.
Bununla yanaşı, Orban yeganə Aİ lideridir ki, son yarım ildə Trampla iki dəfə gürüşüb. Aydındır ki, Macarıstan lideri ABŞ-da hakimiyyətə qayıtma ehtimalı yüksək qiymətləndirilən Trampın Avropadakı əsas tərəfdaşı olmağı hədəfləyir.
Nəzərə almaq lazımdır ki, Macarıstanın Aİ Şurasına sədrlik müddəti ilin sonunadəkdir. Yaxın gələcəyi müəyyən edəcək əsas qlobal hadislərin də məhz bu dövr ərzində baş verməsi gözlənilir. Belə şəraitdə, Orban ona qarşı olan müqavimətə baxmayaraq, yaranan fürsətdən maksimum istifadə etməklə beynəlxalq münasibətlərə əhəmiyyətli təsir göstərə bilən nüfuzlu siyasi xadim kimi mövqeyini gücləndirməyə çalışır.

👍30
Bakı - İrəvan: Danışıqlar prosesində qeyri-müəyyən vəziyyət
Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində yaranmış vəziyyəti qeyri-müəyyənlik kimi xarakterizə etmək olar. Londonda Avropa Siyasi Birliyi (ASB) Sammiti çərçivəsində liderlər arasında görüşün baş tutmamasından sonra üfüqdə yeni yüksəksəviyyəli danışıqlar imkanı görünmür. Görüşün uğursuzluğu ilə bağlı bir çox versiyalar var. Bu uğursuzluqda maraqlı olan tərəflər kimi Fransa, Rusiya, ABŞ göstərilir.
Maraqlıdır ki, bu ölkələr ATƏT-in Minsk Qrupu üçlüyüdür. Nəzərə alsaq ki, Bakı etimad tədbiri kimi İrəvana bu arxaik formatın ləğvi üçün ATƏT-ə birgə müraciət etməyi təklif edir, o zaman üçlüyün London uğursuzluğundakı marağı aydın olur.
Ehtimal ki, ASB-nin təşəbbüskarı olan Fransanın burada rolu daha böyükdür. Britaniya Avropa olsa da, Aİ deyil və Qranada görüşünün uğursuzluğundan sonra Fransanın Azərbaycan və Ermənistan liderləri arasında görüş təşkil etməsi üçün Britaniyaya imkanı verməsi Paris üçün qəbuledilməzdir.
Qranadada Fransa Aİ Şurasının sədri və Almaniya kanslerini Azərbaycanla Türkiyə üçün qəbuledilməz tələbləri əks etdirən birgə bəyanatı imzalamağa vadar edə bilib. Biz anlamalıyıq ki, bu bəyanat onu imzalayanlar üçün bir növ çərçivə, fəaliyyət bələdçisidir.
Xatırladaq ki, Qranada bəyanatında öz əksini tapan, lakin Bakı və Ankara üçün qəbuledilməz iki başlıca şərt var: Qarabağ ermənilərinin “heç bir şərt olmadan, beynəlxalq nəzarət altında, tarixlərinə, mədəniyyətlərinə və insan hüquqlarına lazımi hörmətlə öz evlərinə və yaşayış yerlərinə qayıtması”, eləcə cə “bütün sərhədlərin, o cümlədən Ermənistanla Türkiyə sərhədinin açılması”.
Beləliklə, biz bir daha əmin olduq ki, kənar qüvvələrin fəaliyyəti sülh prosesinə xələl gətirir, yeni əngəllər yaradır. ATƏT-in Minsk Qrupunun buraxılması beynəlxalq qurumlarda Qarabağ mövzusunun tam qapanması deməkdir. Hazırda məhz bu mövzu yenidən dövlətlərarası sülh prosesini zəhərləyir.
Hazırda Bakının ATƏT-in Minsk qrupunun buraxılması, Ermənistan Konstitusiyasına dəyişikliklər, ABŞ-ın Qarabağ erməniləri ilə bağlı aydın və birmənalı mövqeyi kimi tələbləri var. Lakin bununla yanaşı daha bir tələb irəli sürülə bilər - Qranada bəyanatının ləğvi. Əgər bu bəyanat Ermənistanla münasibətlərin normallaşdırılması mövzularının müzakirə olunacağı görüşlərin keçirilməsinə mane olursa, niyə də yox?
Sözügedən mövzular arasında sərhədin müəyyənləşdirilməsi üzrə komissiyaların sonrakı fəaliyyəti, sülh müqaviləsinin mətni, münasibətlərin əsas prinsipləri haqqında sənəd və kommunikasiyaların açılması kimi məsələlər var.
Bir sözlə, bütün bu mövzular üzrə hazırda qeyri-müəyyənlik hökm sürür.
Paralel olaraq Fransa, Aİ və Hindistan tərəfindən regionun, xüsusilə Ermənistanın hərbiləşdirilməsi gedir. Ermənistanda ABŞ ilə birgə “sülhməramlı kontingentin” hücum elementləri də daxil olmaqla, təxribat xarakterli təlimləri keçirilir.
Bakı normallaşmanın əsas prinsiplərinin qəbul edilməsini təklif edib, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev isə münasibətlərin səviyyəsini əks etdirən “mehriban qonşuluq” ifadəsini işlədib. Yəni, Azərbaycan təşəbbüslə çıxış edir ki, əgər qeyd olunan səbəblərə görə tam hüquqlu sülh müqaviləsinin imzalanması mümkün deyilsə, o zaman normallaşma prosesi öz sürətini itirməsin. Bakı qeyri-müəyyənlikdə maraqlı deyil, çünki belə şəraitdə xarici qüvvələr yeni maneələr yaradır ki, bu maneələr də sonradan keçilməz ola bilər.
Azərbaycandan fərqli olaraq, Ermənistanda yenə də boşboğazlıq edir, gah Rusiya, gah da Azərbaycan və Türkiyəni günahlandırılar. Görək Ermənistanın Baş nazir tətildən hansı gündəmlə qayıdacaq, hərçənd konstruktivliyə ümid azdır.

👍24
Bir daha Qələbə haqqında! Xankəndi küçələrində gəzərkən...
Yoldan keçənlər, şəhəri görməyə gələn ailələr, kafe və hotellər, birinci dərəcəli restoranlar, yol kənarındakı maşınlar, quşların cingiltisi ilə kəsilən sükut, nəhəng buludlar və Qarabağ dağlarının mənzərələri...
Bunların hamısı Xankəndidir!!!
Bəli, çox iş görmək lazımdır: Asayişi bərpa etmək, şəhəri, ətrafı abadlaşdırmaq... Yol boyu onlarla, yüzlərlə növ tikinti texnikası var, Ağdam dirçəlir, Xocalı tikilir...
Əlbəttə ki, qurub tikəcəyik, özümüz üçün!!!
İşğaldan azad edilmiş ərazilərə hər səfər yeni emosiyalar doğurur və 2020-ci ildə Vətən Müharibəsi başlayandan sonra yaşanan hər şeyi yenidən düşünüb dərk etmək imkanı verir.
Həyatımız 44 günlük müharibədən əvvələ və sonraya bölündü... və bundan əvvəl edilən hər şey Qələbə üçün edildi! Bu yol uzun idi...
Qələbəyə gedən yolda ölkəmiz və Prezident bəzən tək qalsalar da, yoldan heç vaxt çəkilmədilər...
Prezident İlham Əliyev Şuşada dedi:
“İşğal dövründə hamımız, mövqeyimizdən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı eyni məqsədə doğru yorulmadan irəlilədik. İşğal zamanı çıxışlarımda dəfələrlə demişəm ki, bu gün gələcək, qurtuluş günü gələcək və hər dəqiqə hamımız bu günü daha da yaxınlaşdırmalıyıq. Bu, bizim milli Qələbəmizdir. Yəni Azərbaycan xalqı bu Qələbəyə layiq idi”.
Məhz bu inam və iş, resursların və iradənin formalaşması, təşkilatçılıq qabiliyyəti bizi Qələbəyə apardı! Əsrin müqaviləsi, neft kəmərlərinin istismara verilməsi, idman yarışlarında qazanılan qələbələr, bayraq meydanları, total təzyiq və real pula silah verilməməsi şəraitində ordunun yenidən silahlanması, dost və müttəfiq dövlətlərin formalaşmasının sistemləşdirilməsi, tərəfdaşların maraqlarını nəzərə almaq və öz milli maraqlarını müdafiə etmək bacarığı... Bu və digər elementlər indi bizə norma kimi görünür, halbuki bütün bunlar Prezident İlham Əliyevin əməyinin və səylərinin nəticəsidir!
Media forumunda Prezident İlham Əliyev çox mühüm bir məqamı qeyd etdi:
“Şəxsən mən Qarabağı işğaldan azad edəndə artıq 17 il idi ki, prezident idim, lazım gəlsəydi, daha 17 il də gözləyə bilərdim. Mənim prezident olduğum müddətdə torpaqlar mütləq azad edilməli deyildi; bu 50 il sonra baş verə bilərdi. Belə olan halda prezidentin kim olmasının əhəmiyyəti yox idi. Eqoist olmağa ehtiyac yoxdur. Bu mənim və ya başqası haqqında deyil. Söhbət insanlar, ölkə və ləyaqətdən gedir. Biz tarixdən dərs almışıq. Bəzən böyük bir məqsədə çatmaq üçün çətin qərarlar qəbul etməli olursan”.
Bütün bunlar cəmiyyətin konsolidasiyasının nəticəsidir və məhz bunun sayəsində Qələbə əldə edilir!
Kim nə deyir desin, bu, Azərbaycan Xalqının və Prezident İlham Əliyevin Qələbəsidir!!!
Müharibə zamanı göstərilən siyasi və mənəvi dəstək heç vaxt unudulmur və daim xatırlanır. Bütövlükdə Azərbaycanda, xüsusən də işğaldan azad edilmiş ərazilərdə dalğalanan bayraqlar buna sübutdur.
Daha bir vacib məqam... Tədarük edilən bütün vasitələrin qiyməti ümumi qaydada ödənilib və dünyada heç kim deyə bilməz ki, Azərbaycana endirimlə nəsə verilib. Azərbaycan Ermənistan deyil.
Maraqlar praktiki bir şeydir və bunu Azərbaycanda çox gözəl başa düşürlər ki, Azərbaycan Prezidenti İlham Əliyev maraqları əlaqələndirməkdə, əldə edilmiş razılaşmaları həyata keçirməkdə ustadır. Bütün bunlar isə sakit, səbirlə, bağırmadan, lovğalanmadan həyata keçirilir. Prezident İlham Əliyev digər siyasətçilərdən fərqli olaraq, müvəqqəti vəziyyətə boyun əymir, məğrur bir şəxsiyyətdir.
Və nəhayət... Xankəndində və bütün insanların üzündə təbəssüm, qürur və hüzur hissi var idi. Bunun isə qiyməti yoxdur!

ABŞ-ın Cənubi Qafqaz strategiyası: Baydenin prezidentliyi dövründə nələr əldə olunub?!
Cozef Baydenin prezidentliyinin başlanğıcı (2021-ci ilin yanvarı) 44 günlük müharibənin başa çatması və Cənubi Qafqazda yeni reallığın yaranması ilə üst-üstə düşdü. ABŞ o zaman bölgədən tamamilə qopmuş kimi görünürdü. Bütün mühüm hadisələr onların iştirakı olmadan baş verirdi.
Vaşinqtonda regionla iş üzrə kadr təyinatları 2021-ci ilin may ayına qədər uzandı və ABŞ yalnız 2021-ci ilin yayında bölgə üzrə tutarlı bir mövqe formalaşdıra bildi. O zaman Rusiya bütün kartları əlində saxlayaraq (Bakı ilə İrəvan arasındakı vasitəçilikdə inhisar, Qarabağda sülhməramlılar, Zəngəzur dəhlizinə nəzarət perspektivi) danışıqlar prosesində sadəcə olaraq heç nə etmirdi.
İlk addım kimi ABŞ Gürcüstan vasitəsilə əsir düşmüş erməni hərbçilərin minalanmış ərazilərin xəritələri ilə mübadiləsini təşkil etdi. Bununla da, Vaşinqton Cənubi Qafqazdakı mövqelərinin bərpasına başladı. Xatırladaq ki, o zaman ABŞ məhz Gürcüstanı özünə ən yaxın region dövləti hesab edirdi.
ABŞ-ın yeni administrasiyasının baxışları ilk olaraq Baydenin Paşinyana yazdığı məktubda öz əksini tapdı. Bu məktubda Azərbaycan və Türkiyə ilə sülhün yeni imkanlar yaradacağı bildirildi. Lakin daha sonra ABŞ bu sülhə özünəməxsus yanaşdı: ATƏT-in Minsk Qrupunu canlandırmağa çalışdı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsi olmadan Qarabağ erməniləri mövzusunu yeniləmək üçün sonsuz cəhdlər etdi.
Azərbaycan ABŞ-a vasitəçi olmaq imkanı verdi, lakin Vaşinqtonun erməni mərkəzli yanaşması onun özü üçün elə bir çərçivə yaratdı ki, ABŞ həmin çərçivəni aşa bilmədi.
Sülh müqaviləsinin vəziyyətdən yeganə çıxış yolu olmasına, Qarabağ erməniləri mövzusunun isə Azərbaycanın daxili işi olduğuna dair Bakının bəyanatları okeanın o tayında qulaqardı edildi. Halbuki, bu ssenaridə Rusiyanın regiondakı iştirakı avtomatik olaraq azalırdı.
Nəticədə hər şey yenidən ABŞ-ın iştirakı olmadan həll olundu ki, bu da Vaşinqtonu çox qıcıqlandırır.
Bəs amerikalılar nə edir?!
ABŞ Aİ ilə birlikdə regionda öz oxunu formalaşdırmağa çalışır, diqqəti Ermənistana yönəldir. Dövlət Departamentinin nümayəndəsi O`Brayn açıq şəkildə qeyd edib ki, aprelin 5-də Brüsseldə keçirilən ABŞ/Aİ-Ermənistan sammitinin əsas məqsədi iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində Ermənistanın Rusiyadan asılılığını zəiflətməkdir. Bu, əsas məqsəddir və Ermənistan baş naziri bununla razılaşır.
Yüz milyonlarla dollarlıq büdcələr açıqlanıb, hər həftə yüksək rütbəli diplomatlar göndərilir, inkişaf strategiyaları hazırlanır.
Nəticələr nədir?!
İqtisadiyyat baxımından Ermənistan Rusiya ilə 6 ayda 8,5 milyard dollarlıq ticarət edib. Bu, bütün ötən illə müqayisədə daha çoxdur!!!
Ermənistan KTMT, Aİİ və MDB-dən çıxmayıb. İrəvan ŞƏT-də statusunun yüksəldilməsi üçün müraciət edib.
Ermənistan hərbi baza və Rusiya sərhədçiləri ilə bağlı sazişə yenidən baxmağa hazırlaşmır.
İrəvan Tehranla münasibətlərdə subyektliyini itirir. İranın Ali Rəhbəri Ermənistan üçün nəqliyyat strategiyaları hazırlayır.
Ermənistan “Rosatom” və “Qazprom”la enerji sazişlərinə yenidən baxmaq fikrində deyil və Rusiya Dəmir Yolları ilə əməkdaşlığa davam edir.
Erməni mərkəzliliyi ucbatından ABŞ Mərkəzi Asiyaya yeganə çıxışı olan Azərbaycanla və regiondan Qara dənizə yeganə çıxışı olan Gürcüstanla münasibətləri gərginləşdirdi. ABŞ Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına da nail ola bilmədi.
Təəssüf ki, ABŞ Konqresi və Senatında Baydenin prezidentliyinin əvvəlində və sonunda ABŞ-ın Cənubi Qafqazdakı vəziyyətini müqayisə edə biləcək bir siyasətçi tapılmadı. Əgər tapılsa, o zaman Dövlət Departamentinə ünvanlanan çoxlu suallar yaranacaq.
Necə olur ki, 2024-cü ildə Çinin regionda artıq iki strateji tərəfdaşı olduğu halda, ABŞ-ın öz müttəfiqi Gürcüstanla münasibətləri olduqca pisləşib?
Bayden administrasiyası dövründə ABŞ-ın Cənubi Qafqazda yalnız bir nailiyyətini qeyd etmək olar: Rusiya sərhədçiləri Zvartnots hava limanını tərk etdilər, lakin orada hər şeyə nəzrət edə biləcəkləri bir sistem qoyub getdilər.

👍19
Cənubi Qafqazda kimin Rusiya ilə ticarəti daha çox artıb?
Cənubi Qafqazda gedən geo-siyasi proseslərin fonunda yaranan əsas suallardan biri bu region ölkələrinin Rusiya ilə iqtisadi əlaqələrinin nəcə dəyişməsidir. Ermənistanın Qərbə inteqrasiyası ilə bağlı fikirlər səsləndirilsə də, iqtisadi göstəricilər bunun əksini deyir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Ermənistanın Rusiyadan iqtisadi asılılığı daha da artmaqdadır. Gürcüstan və Azərbaycanın son illərdə Rusiya ilə ticarətində isə ciddi dəyişikliklər müşahidə edilməyib.
Azərbaycan-Rusiya ticarət əlaqələri
Azərbaycanın Rusiya ilə xarici ticarət dövriyyəsi 2021-2023-cü illərdə 1.45 dəfə artaraq $4.36 milyarda, ixrac 1.3 dəfə artaraq $1.12 milyarda, idxal 1.52 dəfə arataraq $3.16 milyarda çatıb. 2024-cü ilin ilk yarısında isə ticarət dövriyyəsi $2.17 milyard, idxal $1.6 milyard (+4.4%), ixrac $557 milyon (-10%) təşkil edib.
2021-2023-cü illərdə Rusiyanın Azərbaycanın xarici ticarət əlaqələrində payı ixrac üzrə 4.15%-dən 3.53%-dək azalıb, idxal üzrə 17.7%-dən 18.3%-dək artıb. 2024-cü ilin ilk yarısında isə Rusiyanın ixracda payı 4.31%, idxalda payı 18.17% təşkil edib.
Göründüyü kimi, Azərbaycanın Rusiya ilə ticarət əlaqələrinin həcmi son üç ildə artan tempə malik olsa da, bu artım kəskin xarakter daşımayıb. Azərbaycanın ticarətində Rusiyanın payı da ciddi şəkildə dəyişməyib.
Gürcüstan-Rusiya ticarət əlaqələri
Gürcüstan ilə Rusiya arasında ticarət əlaqələrində əsaslı artım 2022-ci ildə müşahidə edilib. Belə ki, iki ölkə arasında ticarət dövriyyəsi 1.53 dəfə artaraq $2.45 milyarda çatıb. 2023-cü ildə ticarət dövriyyəsi 2022-ci ilə nisbətən 2.9% azalaraq $2.4 milyarda bərabər olub.
2024-cü ilin ilk beş ayında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə ixrac 2.8%, idxal 6.1% azalıb. Buna baxmayaraq, Rusiyanın Gürcüstanın ticarətində payı əsaslı dəyişikliklərə məruz qalmayıb.
Beləliklə də, Gürcüstan ilə Rusiya arasında ticarət əlaqələri 2022-ci ildə artsa da, sonrakı dövrdə azalmaya meylli olub. Bu proses cari ilin ilk beş ayında da davam edib.
Ermənistan-Rusiya ticarət əlaqələri
Cənubi Qafqaz ölkələri arasında son illərdə Rusiya ilə ticarət əlaqələrində ən böyük dəyişikliklərin baş verdiyi ölkə Ermənistandır. Belə ki, 2021-2023-cü illərdə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2.6 dəfə artaraq $7.4 milyarda çatıb. Bu dövrdə Rusiyadan idxal 2 dəfə, Rusiyaya ixrac isə 4 dəfə artıb.
Oxşar artım trendi 2024-cü ildə də davam etməkdədir. Artıq 2024-cü ilin ilk beş ayında Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi bütün 2023-cü il ərzindəki dövriyyədən daha çox olub. 2022 və 2023-cü illərdən fərqli olaraq, 2024-cü ildə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin artımında idxal həcminin kəskin şəkildə artması daha çox rol oynayıb.
Güründüyü kimi, Ermənistan ilə Rusiya arasında siyasi sahədə müşahidə edilən gərginliklərin fonunda ticarət əlaqələri sürətlə inkişaf edir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsində son illərin ən böyük artımı müşahidə olunur.
Nəticə
Beləliklə də, son üç ildə Cənubi Qafqaz ölkələrinin Rusiya ilə ticarət əlaqələri fərqli dinamika nümayiş etdirib. Bu dövrdə region ölkələri arasında Rusiya ilə daha geniş ticarət əlaqələrinə malik dövlət məhz Ermənistan olub. Cari ilin ilk 5 ayına aid rəqəmlər bir daha sübut edir ki, Ermənistanın Rusiya ilə ticarət əlaqələri inanılmaz templərlə genişlənir.
Gürcüstanın Rusiya ilə ticarət əlaqələrində illər üzrə fərqli mənzərə qeydə alınıb. İdxalda müəyyən artımlar müşahidə edilsə də, ixrac demək olar ki, sabit səviyyədə qalıb.
Azərbaycanın Rusiya ilə ticarət əlaqələri inkişaf etsə də, bu proses tədricən baş verib və sıçrayış müşahidə edilməyib. Rusiya ilə ticarətin artması Azərbaycanın ümumi xarici ticarət əlaqələrinin genişlənməsi prosesinin fonunda baş verdiyindən, Azərbaycanın xarici ticarətində Rusiyanın payı ciddi şəkildə dəyişməyib.
Ölkələr və region üzrə müvafiq qrafiklərlə müşayət olunan ticarət məlumatları və onların daha ətraflı təhlili ilə saytımızda tanış ola bilərsiniz: https://cssc.az/az/view/2/64/

Cənubi Qafqazda kimin Rusiya ilə ticarəti daha çox artıb? | CSSC
Cənubi Qafqazda gedən geo-siyasi proseslərin fonunda yaranan əsas suallardan biri bu regionun ölkələrinin Rusiya ilə iqtisadi əlaqələrinin nəcə dəyişməsidir. Ermənistanın Qərbə inteqrasiyası ilə bağlı fikirlər səsləndirilsə də iqtisadi göstəricilər bunun…
👍17
Çinin qlobal konsepsiya və təşəbbüsləri
Çin lideri Si Cinpin 2012-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı (MQİMO) çıxışı zamanı ilk dəfə Bəşəriyyət üçün Ortaq Gələcək Birliyi konsepsiyasını irəli sürüb. Həmin ilin sonunda Çin Kommunist Partiyasının 18-ci Qurultayının hesabatında bu konsepsiya rəsmi olaraq dövlət siyasəti kimi qəbul edilib.
Sözügedən konsepsiya həqiqi çoxtərəfliliyin qurulması və qlobal/regional müstəvidə inkişaf, təhlükəsizlik və sivilizasiya problemlərinin həlli üçün birlikdə işləməyi nəzərdə tutur. Konsepsiyanın həyata keçirilməsi, yəni qlobal Ortaq Gələcək Birliyinin yaradılması üçün üç təşəbbüs bəyan edilib.
1. Qlobal İnkişaf Təşəbbüsü 2021-ci ilin sentyabrında irəli sürülüb. Ümumiliyi, əməkdaşlığı, inklüzivliyi, açıqlığı və innovasiyanı təşviq edir.
Təşəbbüs 6 prinsipə əsaslanır:
- prioritet olaraq inkişaf;
- insanyönümlü yanaşma;
- hər kəs üçün güzəştlər;
- innovativ inkişaf;
- insanla təbiət arasında harmoniya;
- nəticəyönümlü fəaliyyətlər.
Təşəbbüs səkkiz başlıca sahədə (yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyi, pandemiyaya nəzarət, inkişafın maliyyələşdirilməsi, iqlim dəyişiklikləri, rəqəmsal iqtisadiyyat və s.) əməkdaşlıq üçün 32 praktiki təklifdən ibarətdir.
2. Qlobal Təhlükəsizlik Təşəbbüsü 2022-ci ilin aprelində irəli sürülüb. Beynəlxalq ictimaiyyətin ümumi təhlükəsizlik ehtiyaclarını qarşılamaq məqsədi daşıyır.
Təşəbbüs 6 prinsipə əsaslanır:
- Hərtərəfli, əhatəli, əməkdaşlığa əsaslanan və davamlı təhlükəsizlik
konsepsiyası;
- Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət;
- BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğunluq;
- Bütün ölkələrin qanuni təhlükəsizlik mülahizələrinə böyük əhəmiyyət verilməsi;
- Ölkələr arasında olan fikir ayrılıqları və mübahisələrin dialoq yolu, məsləhətləşmələr və dinc vasitələrlə həlli;
- Həm ənənəvi, həm də qeyri-ənənəvi sahələrdə hərtərəfli təhlükəsizliyin təmin edilməsi.
Bu təşəbbüs 20 başlıca sahəni əhatə edən qlobal təhlükəsizlik sisteminin yaradılmasını təklif edir. Həmin sahələr aşağıdakılardan ibarətdir: BMT-nin təhlükəsizlik üzrə rolu, nüvə müharibəsinin və silahlanma yarışının qarşısının alınması, beynəlxalq münaqişələrin siyasi həlli, regional təhlükəsizlik sahəsində əməkdaşlığa dəstək mexanizmləri, Yaxın Şərq, Afrika və Latın Amerikasında qida və enerji kimi qeyri-ənənəvi sahələrə xüsusi diqqət yetirməklə regional təhlükəsizliyin qorunması, biologiya kimi yeni sahələrdə təhlükəsizlik üzrə əməkdaşlıq, süni intellekt, qlobal okean, kosmos və s.
3. Qlobal Sivilizasiya Təşəbbüsü 2023-cü ilin martında irəli sürülüb. Müxtəlif sivilizasiyalar arasında bərabərlik, qarşılıqlı minnətdarlıq, dialoq və anlaşmanı, sivilizasiyaların və xalqların yaxınlaşmasını nəzərdə tutur.
Təşəbbüs 4 prinsipə əsaslanır:
- Dünya sivilizasiyalarının müxtəlifliyinə hörmət;
- Bütün bəşəriyyətin ümumi dəyərlərinin təbliği;
- Sivilizasiyaların keçmiş irsinə və yeniliklərinə önəm vermək;
- Beynəlxalq humanitar mübadilələrin və əməkdaşlığın gücləndirilməsi.
Nəticə
Pekinə görə, dünyada geosiyasi və geoiqtisadi vəziyyət sürətlə pisləşir. Bu isə öz növbəsində inkişaf, təhlükəsizlik və qlobal idarəçilik üçün risklər və çağırışlar yaradır. Davam edən hərbi əməliyyatlar regional və qlobal təhlükəsizliyi təhdid edir, bəşəriyyətin inkişafına mane olur və qarşısıalınmaz ziyan vurur.
Bəşəriyyət üçün Ortaq Gələcək Birliyi konsepsiyası Çinin müasir modernləşmə və sivilizasiyaların inkişafına dair hərtərəfli baxışını təcəssüm etdirir. Bu konsepsiya Bir Kəmər, Bir Yol təşəbbüsündən başlayaraq inkişaf, təhlükəsizlik və sivilizasiya sahələrindəki üç qlobal təşəbbüslə bitən bir sıra uzunmüddətli strateji proqramlar təklif edir.
Üç qlobal təşəbbüs davamlı sülh, qlobal təhlükəsizlik, ortaq rifah, açıqlıq, inklüzivliyə nail olmağı hədəfləyərək Ortaq Gələcək Birliyinin qurulması üçün konseptual çərçivəni formalaşdırır. Qlobal təşəbbüslər müasir dünya problemlərinin həllində, qlobal idarəetmənin plüralist modellərinin təşviqində modernləşmə və inkişaf üçün praktiki variantları nümayiş etdirir.

👍18