CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
Mərkəzi Asiya -Aİ tərəfdaşlığı Azərbaycandan keçir

Aprelin 4-də keçiriləcək Aİ-Mərkəzi Asiya sammiti öncəsi martın 27-də Xarici İşlər Nazirlərinin hazırlıq görüşü keçirilib. Görüşün
nəticəsi kimi bəyannamə qəbul edilib.

Bəyannamə olduqca hərtərəflidir. Burada demək olar ki, bütün əsas sahələr əhatə olunub:

- Regionlararası siyasi dialoq öz əksini tapıb;
- İqtisadiyyat, ticarət və investisiyalara geniş yer verilib;
- Energetika və iqlim mövzusu ayrıca vurğulanıb;
- Təhlükəsizlik problemlərinə ortaq baxış müəyyənləşdirilib;
- Mərkəzi Asiya və Aİ arasında humanitar sfera genişləndirilib;
- Əfqanıstanla bağlı xüsusi bölmə yer alıb.

Maraqlı məqamlardan Transxəzər nəqliyyat marşrutuna tam dəstək, eləcə də Aİ və özəl maliyyə institutlarının 10 milyard dollaradək investisiya niyyətini qeyd etmək olar.

Regionumuz bir dəfə, yalnız bu kontekstdə qeyd edilib: "Onlar
həmçinin regional ticarətin və fasiləsiz logistikanın təmin edilməsi məqsədilə nəqliyyat infrastrukturunun inkişafı üzrə dinc Cənubi Qafqazla əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar".


Aydındır ki, "dinc" sözü Avropa diplomatları tərəfindən əlavə edilib.

Onsuz da Cənubi Qafqazla bütün əlaqələr Azərbaycan vasitəsilə həyata
keçirilir,
daha sonrakı istiqamət isə mövcud infrastrukturdan asılıdır. Hal-hazırda və yaxın illər üçün bu Gürcüstan infrastrukturudur. Daha sonra isə Azərbaycan, İran və Türkiyə ərazisindən keçəcək Turan dəhlizi vasitəsilə mümkündür.

Nəticələr:

- Aİ Mərkəzi Asiya ilə münasibətlərə sistemli yanaşır, ayrı-ayrı ölkələrlə yeni müqavilələr imzalamaq niyyətindədir;

- Aİ-də regional formatda sammitlər keçirən yeganə ölkə Almaniyadır. Ona görə də Mərkəzi Asiya istiqaməti üzrə liderliyin məhz Berlində olacağını güman etmək olar;

- Kritik faydalı qazıntılar mövzusu vurğulanıb ki, bu da təhlükəsiz daşınma və sığortanı şərtləndirir;

- Aİ-nin Rusiya ilə münasibətləri bərpa etmək niyyətində olmadığını nəzərə alsaq, Mərkəzi Asiya ilə Aİ arasındakı strateji tərəfdaşlıqda Cənubi Qafqaz regionu, xüsusilə Azərbaycan və Gürcüstanın iştirakı qaçılmazdır;

- Xatırladaq ki, Azərbaycan Prezidenti Mərkəzi Asiya liderlərinin Məşvərət görüşlərinin iştirakçısıdır. Gürcüstanın Baş naziri isə martın ortalarında Mərkəzi Asiya ölkələrinə bır sıra səfərlər edib.

@cssc_cqtm
👍13
Ermənistan növbəti dəfə coğrafiya sınağından keçə bilmədi

Ermənistanda ölkənin Şərq-Qərb vektoru üzrə nəqliyyat marşrutlarında iştirakı ilə bağlı qızğın müzakirələr gedir. Səmərqənddə Aİ-nin ali komissarı Ursula fon der Lyayen çıxışı zamanı qeyd edib ki, Aİ-nin baxışı Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sərhədlərinin açılmasını nəzərdə tutan marşrutlara əsaslanır.

Aİ logistika dəhlizlərində rol oynaya biləcək ölkə kimi Gürcüstanın adını çəkməyib. Halbuki, məhz Gürcüstan regionda həm neft, həm qaz, həm dəmir yolu, həm avtomobil yolları, həm də elektrik xətləri baxımından Azərbaycanla birlikdə artıq bu funksiyanı yerinə yetirir. Ermənistanda açıq şəkildə vurğulayırlar ki, Aİ Gürcüstanın hazırkı hökuməti ilə işləmək istəmir və bu, Aİ-nin kommunikasiyaların açılması məsələsində Bakıya təsir göstərməsi baxımından Ermənistan üçün ən yaxşı fürsətdir.

Hərçənd cəmi bir il əvvəl Paşinyan Gürcüstanla strateji tərəfdaşlıq müqaviləsi imzalamaqla öyünürdü, regionda yeni ox formalaşdırmaq planları hazırlanırdı. Lakin ilk fürsətdəcə, Aİ-nin baş komissarının yalnız bir bəyanatından sonra Ermənistan Gürcüstanı atıb özünü regionda Aİ-nin əsas tərəfdaşı kimi göstərməyə çalışır.

Xatırladaqki, bu ilin fevral və mart aylarında Rusiyanın işğalı altında olan
Abxaziyada keçirilən qanunsuz seçkilərlə bağlı Ermənistan Xarici İşlər Nazirliyi reaksiya verməyib. Bəs Gürcüstanın ərazi bütövlüyünə dəstək?! İrəvanın siyasi mövqeyində ardıcıllıq haradadır?! Yoxsa Ermənistan Xarici İşlər Nazirliyi Moskva ilə müttəfiqlik öhdəliklərindən irəli gələn məhdudiyyətləri rəhbər tutur?

Bu daha çox Ermənistanla bağlı olsa da, Aİ-yə də suallar var. Aİ Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib, öz üzvlərindən və müttəfiqlərindən də bunu tələb edib. Elə isə Ermənistanın bu mövqeyi sual doğurmur?!

Azərbaycan Prezidenti açıq şəkildə bəyan etdi ki, Cənubi Qafqazdakı regional proseslər Aİ-nin işi deyil. Coğrafi amilllər var, mövcud infrastrukturlar var və Aİ reallıqla barışmalı olacaq. Avropalı məmurların xəyalları suya düşəcək, qərarı Azərbaycan verəcək və Bakı ilə danışıqlar aparmaq lazım gələcək.

Ermənistan bir daha coğrafiya ilə reallıq arasında ziddiyyət nümunəsi nümayiş etdirir və heç bir regional yanaşma ortaya qoya bilmir. Beləliklə də, Ermənistan regiondakı digər ölkələrin maraqlarına zidd olan siyasətin vasitəçisi olaraq qalır. Əvvəl bu siyasətin aparıcısı Rusiya idi, indi isə Aİ.

Azərbaycan Prezidenti Gürcüstanın Azərbaycanla Ermənistan arasında etimad tədbirlərinə dair təşəbbüsləri barədə də danışıb, rəsmi
Bakı buna artıq razılıq verib. Görünür, bu, səbəbsiz deyil. Regional format saxlanılır, Gürcüstanın rolu və yeri vurğulanır. Burada Ermənistanı yenidən regional formata qaytarmaq, belə desək, Paşinyan hakimiyyətinə öz coğrafiyası ilə kompromis əldə etmək üçün yardım göstərmək cəhdi də hiss olunur.

@cssc_cqtm
👍12
ŞKTR ətrafındakı vəziyyət barədə…

Aİ-Mərkəzi Asiya sammitindən sonra ŞKTR mövzusu aktual mövzuya çevrilib. Belə ki, sammitin yekununda qəbul edilən birgə bəyannamədə Kipr məsələsi birbaşa qeyd olunmasa da, dövlətlərin suverenliyi və ərazi bütövlüyü mövzusu kontekstində tərəflər öz öhdəliklərini bir daha vurğulayıblar. Bəyannamədə istinad olunan sənədlər arasında BMT Təhlükəsizlik Şurasının Türkiyənin Kiprdəki hərəkətlərini pisləyən 541 (1983) və 550 (1984) saylı qətnamələri də yer alıb. Bu qətnamələrdə ŞKTR qeyri-qanuni bir qurum kimi tanınır, adada yeganə qanuni dövlət olaraq Kipr Respublikası göstərilir.

Cari vəziyyətin ilk əlamətləri ilin əvvəlində Mərkəzi Asiya ölkələri Yunanıstanda və həmçinin Kiprdə öz səfirlərini akkreditasiya etməyə başlayarkən ortaya çıxıb. Qeyd edək ki, Kipr məsələsi Aİ üçün fundamental mövzudur və Brüssel, şübhəsiz ki, bu məqamın birgə bəyannamədə yer alması üçün Mərkəzi Asiya ölkələrində xeyli iş görüb. Kipr Aİ-nin üzvüdür və Aİ-də qərarlar konsensusla qəbul edildiyi üçün Kiprin tələbi Aİ-nin tələbinə çevrilib.

Bəyannamədə Türkiyə əleyhinə məqamlara yol verməmək olardımı?

Əlbəttə ki, olardı! Mərkəzi Asiya ölkələri, xüsusən də TDT üzvləri qətnamələri xatırlatmaqdan çəkinə, bunu ŞKTR-in tədbirdə iştirak etməməsi ilə balanslaşdıra bilərdi.

Amma belə olmadı. Bu məsələnin üzərində işləməli və Aİ-nin etirazlarına baxmayaraq, TDT strukturlarında ŞKTR-in iştirakını artırmalıyıq. Bunu Türkiyə və Azərbaycan birlikdə etməlidir.

Aİ Türkiyə və Azərbaycana deyil, sözügedən bəyannaməni imzalayan TDT üzvü olan Mərkəzi Asiya ölkələrinə şikayət edəcək. Belə olduqda isə TDT üzvü olan Mərkəzi Asiya ölkələri Avropa rəsmilərini sonsuz diplomatik müzakirə dəhlizlərindən keçirə bilərlər. Avropalı məmurlar buna öyrəşiblər, Bakı öz təcrübəsini Mərkəzi Asiyadan olan həmkarları ilə bölüşə bilər.

Türkiyə və Azərbaycan ŞKTR təmsilçilərinin TDT-də iştirakından imtina etməyəcək və nə olursa olsun ŞKTR-yə dəstək verəcək! Məhz Kiprin yunan hissəsi referendumda birləşmədən imtina edib, Türk hissəsi isə razılaşıb. Deməli, bu, yunan Kiprinin şimal hissəsindən könüllü imtina etməsi deməkdir. Aİ isə ən alçaq şəkildə Kiprin cənub hissəsini Aİ-yə qəbul edib. Bu da xristian klubunun müsəlmanlara qarşı növbəti hiyləsi idi!

Baş verənlər TDT-yə necə təsir edə bilər?

Bəli, bu, TDT üçün narahatlıq doğuran bir məsələdir. İstənilən inteqrasiya prosesi belə hadisələrdən sığortalanmayıb. Məhz belə tədbirlər bizə inteqrasiya layihələrini nəzərdən keçirməyə, boşluqları müəyyən etməyə və bu boşluqların aradan qaldırılmaq üçün tədbirlər görməyə, koordinasiya səviyyəsini yüksəltməyə imkan verir. Azərbaycan burada vəziyyətin sabitləşdirilməsində rol oynaya bilər və oynamalıdır, çünki Azərbaycan Türkiyəyə ən yaxın, müttəfiq ölkədir, TDT-nin üzvü olan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik əlaqələri isə strateji tərəfdaşlıq səviyyəsindədir. TDT-nin sədrliyin ötürüldüyü növbəti sammiti də Azərbaycanda planlaşdırılır!

Yeri gəlmişkən, bu hadisə bir çox qonşu bölgələrdən olan ekspertlərin dediyi kimi Türkiyənin TDT-nin “patronu” olmadığını nümayiş etdirir. TDT müstəqil dövlətlərin inteqrasiya layihəsidir, burada “patron”, “sponsor”, “böyük qardaş” yoxdur. Baş verən xoşagəlməz hadisə isə çoxları üçün bu məqamın göstəricisi olacaq.

Əslində, baş verənlərlər fonunda “yerdə”, yəni ŞKTR-in özündə və adadakı vəziyyətdə heç nə dəyişməyəcək. ŞKTR mövcudluğunu davam etdirəcək və Türkiyə tərəfindən qorunacaq. Bundan narahat olan hər kəs bu reallıqla barışmalı olacaq. ŞKTR-in TDT-yə tamhüquqlu üzvlüyü məsələsi gündəmdə qalacaq, lakin beynəlxalq sistemin yenidən qurulacağı vaxta qədər arxa plana keçəcək. Amma əlverişli məqam mütləq yetişəcək.

@cssc_cqtm
👍15👎4
Avropa İttifaqının Cənubi Qafqazda rolu barədə

Aİ Xarici İşlər Nazirlərinin görüşündə müzakirələrin gündəliyinə Ukrayna, Suriya, Afrika və Qərbi Balkanlarla yanaşı, Azərbaycan - Ermənistan mövzusu da daxil edilib. Aİ Cənubi Qafqaz məsələsini prioritet sahə hesab edir.

KİV-in məlumatına görə, görüşdə Sülh Fondu adlanan qurumdan Ermənistana növbəti 10 milyon avro məbləğində hərbi yardımın verilməsinə təşəbbüs göstərilib, lakin Macarıstan veto hüququndan istifadə edib. Ötən ilki cəhd zamanı digər fonddan minaların təmizlənməsi üçün Azərbaycana analoji məbləğ ayrılandan sonra Macarıstan öz vetosunu geri götürüb. Aİ Ermənistanı Sülh Fondundan vəsait alan ölkələr sırasına əlavə etmək məqsədi ilə Azərbaycana minalardan təmizləmək üçün yardım edib. Bu, xalis erməni-mərkəzçilikdir.

Əvvəl və indi

Gəlin Aİ-nin regionada əvvəlki və hazırki mövqelərini qısaca nəzərdən keçirək.

2022-2023-cü illərdə Aİ-nin fəal siyasəti aşağıdakı nəticələrə gətirib çıxardı:

- Aİ Azərbaycanla Ermənistan arasında vasitəçilərdən birinə çevrildi;

- Gürcüstan Aİ üzvlüyünə namizəd statusu aldı:

- Ermənistanda Azərbaycanla əməkdaşlıq edən (cəmi 2022-ci ilin iki ayı) Aİ missiyası yerləşdirildi;

- Azərbaycanla enerji sektorunda tərəfdaşlığın strateji səviyyəsinə dair sənəd imzalandı.

Gördüyümüz kimi, nəticələr var idi, xüsusən də Rusiya ilə rəqabət müstəvisində.

Lakin Fransanın Aİ-nin xarici siyasətinə mənfi təsiri, avropalı məmurların zəifliyi, birbaşa manipulyasiya, erməni mərkəzli yanaşma və geosiyasi çalarlı kobud təşəbbüslər aşağıdakı nəticələrə gətirib çıxardı:

- Aİ Azərbaycan və Ermənistan arasında vasitəçi nüfuzunu itirdi və öz mövqelərini bərpa etmək potensialına malik deyil;

- Gürcüstanın Aİ-yə namizəd statusu donduruldu və hazırda Aİ Gürcüstana məhəl qoymur:

- 2024-cü ilin aprelində Ermənistanla dəstək haqqında sənəd imzalandı. Aİ missiyası Ermənistanda qalmağa davam edəcək, lakin sülh müqaviləsi imzalansa, missiya yerini dəyişməli olacaq. Ermənistanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 2024-cü ildə illik müqayisədə 14,1% azalaraq 2,1 milyard dollar təşkil edib. Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi isə analoji dövr üçün 56,5 faiz artaraq 12,4 milyard dollara çatıb.

- Yaşıl Gündəmin qaydaları Aİ maliyyə institutlarına bərpa olunmayan enerji mənbələri üzrə layihələri maliyyələşdirməyə imkan vermədiyi üçün enerji sektorunda Azərbaycanla tərəfdaşlıq dalana dirənib. Azərbaycan qazının Avropa ölkələrinə tədarük həcminin artırılması Azərbaycanla Şərqi Avropa ölkələri arasında ikitərəfli sazişlər hesabına əldə edilir.

Reallığın inkarı

Avropa komissarı Ursula fon der Lyayenin Cənubi Qafqazdan keçən nəqliyyat dəhlizləri ilə bağlı son açıqlamaları coğrafiyaya, reallığa məhəl qoymamanın bariz nümunəsidir. O, Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə sərhədlərinin açılmasını vurğulayıb, mövcud Azərbaycan-Gürcüstan marşrutunu isə görməzdən gəlib.

Aİ-nin Gürcüstana məhəl qoymaması Gürcüstan hökumətini Rusiya ilə tək və Kremlin təzyiqi altında qoyur. Azərbaycan və Türkiyə Aİ-nin Tbilisi ilə Moskva arasında balansda yaratdığı boşluğu doldurmaq üçün Gürcüstana getdikcə daha çox dəstək verir. Əks halda, Tbilisinin Moskva ilə münasibətlərin qurulmasının ilkin şərtinin Gürcüstan ərazilərinin işğaldan azad edilməsi olduğu barədə bəyanatlar verməsi çətin olardı. Aİ regionda Rusiya ilə belə “rəqabət aparır”!

Bölgədə Aİ-nin təsirini nəzərə almamaq mümkün deyil. Lakin Azərbaycan və Gürcüstanın maraqlarına məhəl qoymadığından, reallıq və məntiqlə ziddiyyət təşkil etdiyindən, regionda geosiyasi gərginliyi stimullaşdırdığından Aİ-nin bütün regional gündəliyi ilə razılaşmaq mümkün deyil.

Nə etməli?

Görünür, Azərbaycanın regiondakı geosiyasi güc mərkəzlərinin hər hansı təşəbbüslərini konstruktivlik və Azərbaycanın öz maraqları çərçivəsinə salması strategiyası Aİ-yə də şamil olunacaq. Bu, həm diplomatik müstəvidə, həm də yerdə birbaşa ziddiyyətlər, mövqelərin toqquşması və gərginliklə müşayiət olunan mürəkkəb prosesdir. Əks halda, Azərbaycan üçün təhlükələr daha da artacaq.

@cssc_cqtm
👍13
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Trampın "günahkarlar"ı, ABŞ-ın gizli planları: Ukrayna qurbandırmı?" mövzusundakı müzakirələrdə iştirak edib.

Daha ətraflı: https://www.youtube.com/watch?v=S1l6cH9_eEg
👍6
Azərbaycan-Çin: Maraqların və hədəflərin uzlaşması

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri mühüm nəticələrlə yadda qalıb. Səfərin xarakterini və hazırki beynəlxalq fonu nəzərə alsaq, bu nəticələrin əhəmiyyətini daha yaxşı anlamaq mümkündür. Belə ki, ABŞ və Çin arasında tarif müharibəsinin getdiyi bir vaxtda Vaşinqton və Pekin arasında qarşıdurma tədricən güclənir, bu qarşıdurmanın səngimə əlamətləri isə görünmür.

Məhz belə bir məqamda Azərbaycan Prezidentinin Çin sədrinin dəvətilə bu ölkəyə dövlət səfəri etməsi Pekinin Bakı ilə əlaqələrə verdiyi önəm və xüsusi diqqəti aydın şəkildə göstərir. Bu səfər həm də dövlət başçımızın beynəlxalq arenadakı fəaliyyəti, Azərbaycanın dünyada yerinin və rolunun yüksəldilməsi istiqmətində həyata keçirdiyi siyasətin uğurlu olmasının təsdiqidir.

İkitərəfli gündəm

Səfərin başlıca nəticəsi, heç şübhəsiz ki, strateji tərəfdaşlıq əlaqələrinə malik Azərbaycanla Çinin bu əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməsidir. Bu o deməkdir ki, hər iki ölkə bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi görür. Tərəflər bir-birinin seçdiyi inkişaf yolunu, təməl maraqlarını, suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, bu çərçivədə Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyinə güclü dəstəyini ifadə edir.

Hərtərəfli strateji tərəfdaşlığın dövlət başçılarının diplomatiyasına və qarşılıqlı razılaşmalara əsaslanması bu tərəfdaşlığın davamlı və uzunmüddətli xarakter daşımasının zəmanətidir. Təsadüfi deyil ki, son bir ildə hər iki tərəfi təmsil edən rəsmi strukturlardan və özəl sektordan çoxsaylı nümayəndə heyətləri Bakı və Pekinə səfərlər ediblər. Bu günə qədər imzalanmış sənədlər isə bərpa olunan enerjiyə investisiyalardan tutmuş texnologiyalaradək müxtəlif sahələri əhatə edir.

Azərbaycana nə lazımdır?

Əlbəttə ki, ilk növbədə investisiyalar və birgə istehsal imkanları, texnologiyalar və nəqliyyat marşrutları ilə daşınan yüklərin həcminin artırılması. İki ölkə arasında investisiya əməkdaşlığı üzrə İşçi Qrupun yaradılmasını, habelə Azərbaycanla Çin arasında Beynəlxalq Multimodal Daşımalar haqqında Sazişi məhz sadalanan istiqamətlərdə atılan addımlar kimi dəyərləndirmək olar. Ölkələrimiz arasında vizasız gediş-gəliş barədə razılaşma isə bir çox sahələrlə yanaşı elm, mədəniyyət və turizm üzrə əməkdaşlığı da təşviq edəcək.

Qeyd edək ki, bütün bu məsələlərə dair Çinlə danışıqlar aparmaq çox çətindir, çünki Pekinin ixraca və minimum idxala əsaslanan məntiqi var. Lakin dünya ticarətində mövcud vəziyyət və ABŞ-la qarşıdurma Çinin ənənəvi yanaşmalarına təsir edir. Çin sərhədindən Aİ məkanına gedən marşrutlarda Pekin üçün ən çox proqnozlaşdırılan ölkələr məhz bizim marşrutumuz üzərindədir: Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan və İran.

Qlobal fon

Azərbaycan tarif müharibələrindən kənarındadır, heç bir münaqişə oxlarının iştirakçısı deyil, infrastrukturun birbaşa sahibidir. Bununla yanaşı, Azərbaycan Asiya istiqamətində fəaldır; Bakı ilə münasibətləri dərinləşən Mərkəzi Asiya ölkələri, Pakistan və müəyyən dərəcədə ərəb monarxiyaları Çinin strateji tərəfdaşlarıdır.

Şanxay Əməkdaşlıq Təşkilatı Çin üçün Asiyada təhlükəsizlik məsələlərini müzakirə etmək baxımından mühüm platformadır. Azərbaycan ŞƏT-də iştirak səviyyəsini artırır. Bununla yanaşı, Bakı Azərbaycanın Rusiya-Çin və İran-Çin formatında münasibətlərin kölgəsindən çıxmasına nail olub. Azərbaycan müstəqil vahiddir və Çinlə münasibətlər üçüncü dövlətlərlə münasibətlərlə şərtlənməməlidir.

Qlobal səviyyədə proseslərin necə inkişaf etməsindən asılı olmayaraq, Çin güc mərkəzlərindən biri olaraq qalacaq və Pekinlə yüksək səviyyədə münasibətlərin mövcudluğu həm zəruri, həm də vacibdir.

@cssc_cqtm
👍14
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Rusiya-Ukrayna müharibəsinə dair danışıqlarda kritik mərhələ" mövzusundakı müzakirələrdə iştirak edib.

Daha ətraflı: https://youtu.be/EK_znpoCiFs?si=HuiuYLeIU1c13jiW
👍2
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Məsud Pezeşkianın Bakıya səfərinin pərdəarxası məqamları" mövzusunda müzakirələrdə iştirak edib.

Daha ətraflı: https://www.youtube.com/watch?v=mPHpSkaBicE
👍7
Hindistan və Pakistan arasında artan münaqişənin bəzi məqamları

Hindistan və Pakistan arasında eskalasiya getdikcə sürətlənir və hadisələr artan templə baş verir. Münaqişənin mənbəyi müasir Hindistan və Pakistan dövlətlərinin yaranması ilə bağlı olduğu üçün tarixi kontekstə toxunmayacağıq.

Qeyd edək ki, ölkələr arasındakı sərhəd kifayət qədər uzundur - təxminən 3000 km. Əsas gərginlik şimaldadır ki, burada vəziyyət mürəkkəbdir – Hindistan, Pakistan, Çin və bir qədər də Əfqanıstan əraziləri bir-birinə qarışıb.

Üstəlik, aktiv hərbi əməliyyatların keçirilə biləcəyi ərazi Pakistanın paytaxtına yaxındır. Ona görə də Pakistan üçün bu, nüvə silahından istifadə təhlükəsi baxımından mühüm komponentdir.

Hər iki ölkənin nüvə silahı var və bu amil əlavə maraq və narahatlıq doğurur.

Digər maraqlı amil isə Çin faktorudur. Pakistanın şimal hissəsi Çinlə həmsərhəddir – 500 km-dən çox. Pakistan və Çinin nəqliyyat arteriyaları Pekin üçün strateji əhəmiyyət kəsb edir, “Bir kəmər – bir yol” layihəsinin bu hissəsi – şimala və okeana çıxışı təmin edir. Əgər regionda hərbi münaqişə Çinin strateji layihələrini təhdid edərsə, Çin kənarda qala bilməz və qalmamalıdır.

Yüksələn Hindistan

Son bir neçə ildə Hindistan həm iqtisadi, həm də hərbi cəhətdən inkişaf edir. Xaricdəki hind diasporu dünyanın aparıcı ölkələrində və transmilli korporasiyalarda fəal mövqe tutur. Baş nazir Modinin faşist rejimi ölkədə hakimiyyəti gücləndirir və belə şəraitdə Yeni Dehli üçün müharibə dövlətlərin yüksək liqasına çıxış yolunda vacib elementdir.

Pakistan siyasi və iqtisadi sahədə böhran yaşayır, lakin Hindistanla müharibə cəmiyyətin konsolidasiyasına kömək edir. Bununla yanaşı, Pakistan ənənəvi olaraq peşəkar orduya malikdir və quru qoşunları ordunun aparıcı qüvvəsidir.

Cənubi Qafqaz bu qarşıdurmada hardadır?

Son illərdə Hindistan və Pakistan bizim regionda strateji tərəfdaşlar əldə ediblər. Pakistan Azərbaycanla ənənəvi yaxın münasibətlərə malikdir, Hindistan isə Ermənistan istiqamətində fəallaşıb. Hər iki istiqamətdə də tərəfdaşlığın hərbi komponenti mərkəzi yer tutur.

Hindistan və Pakistan arasında qarşıdurmanın Cənubi Qafqaz regionuna təsiri minimaldır. Bakı və İrəvan yalnız strateji tərəfdaşlarına dəstək bəyanatları ilə kifayətlənəcəklər.

Azərbaycana təsiri

Azərbaycanın müttəfiqi Türkiyə ilə strateji tərəfdaşı İsrail arasında qarşıdurmanın növbəti raundu məhz burada baş verir. Türkiyə Pakistanı dəstəkləyir, ölkələr arasında hərbi əməkdaşlığın tarixi bir neçə onilliklərə gedib çıxır. Türkiyənin hərbi müşavirləri artıq İslamabaddadır. İsrail Hindistanın hərbi-texniki sahədə aparıcı tərəfdaşlarından biridir. Düzdür, Hindistan-Pakistan müharibəsi coğrafi baxımdan Türkiyə və İsrailə o qədər də yaxın deyil və buna görə də hər iki ölkə üçün ekzistensial xarakter daşımır. Lakin Ankara və Təl-Əviv fərqli coğrafiyada bir-birini “çimdikləmək” fürsətini əldən verməyəcəklər.

Bir sözlə...

Hindistan-Pakistan qarşıdurmasında hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, Azərbaycan üçün Pakistanın öz mövqelərini müdafiə etməsi, ən yaxşı halda isə qalib gəlməsi vacibdir.

@cssc_cqtm
👍24
2024-cü ildə Cənubi Qafqaz ölkələrinin xarici ticarət əlaqələri: MÜQAYİSƏLİ TƏHLİL

Qlobal səviyyədə baş verən dəyişikliklər və regional geosiyasi proseslər Cənubi Qafqaz ölkələrinin xarici ticarət əlaqələrinin strukturuna və dinamikasına birbaşa təsir göstərməkdədir. Xarici ticarət göstəriciləri iqtisadi inkişafın səviyyəsini, ölkələrin qlobal dəyər zəncirlərinə inteqrasiya imkanlarını və istehsal potensiallarını əks etdirən mühüm göstəricilərdən biridir. Bu baxımdan, 2024-cü ildə Cənubi Qafqaz ölkələrinin ticarət göstəricilərinin müqayisəli təhlili, onların iqtisadi strukturunda baş verən dəyişiklikləri və qarşıda duran çağırışları qiymətləndirmək üçün böyük əhəmiyyət kəsb edir.

Saytımızda dərc olunan məqalədə Azərbaycanın enerji sektoruna əsaslanan ixrac modeli, Gürcüstanın logistika və tranzit funksiyası, həmçinin Ermənistanın yenidənixrac fəaliyyəti fonunda formalaşan ticarət artımı təhlil olunur. Bununla yanaşı, 2025-ci il üçün bu ölkələrin iqtisadi inkişaf imkanları və məhdudiyyətləri müəyyənləşdirilir. Məqalədən kiçik hissələri təqdim edirik:

Azərbaycan

2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 47.4 milyard ABŞ dolları (bundan sonra dollar) təşkil etmişdir. Ticarət dövriyyəsinin 26.3 milyard dolları və ya 55.6%-i ixracın, 21.1 milyard dolları və ya 44.4%-i isə idxalın payına düşmüşdür. Nəticədə, 5,2 milyard dollar həcmində müsbət xarici ticarət balansı formalaşmışdır. 2023-cü il ilə müqayisə etsək xarici ticarət dövriyyəsi 8%, ixrac 23% azalmış, idxal isə 18% artmışdır.

İxracın 87.2%-ni neft və qaz məhsulları, 12.8%-ni isə qeyri-neft məhsulları təşkil etmişdir. Qeyri-neft ixracının həcmi 3.36 milyard dollar təşkil etmişdir ki, bu da 2023-cü il ilə müqayisədə faktiki qiymətlərlə 0.3% artım, real ifadədə isə13.0% azalma deməkdir.

Gürcüstan

Gürcüstanın xarici ticarət göstəriciləri 2023 və 2024-cü illər ərzində müsbət dinamikaya malik olmuşdur. Ölkənin ixrac, idxal və ümumi xarici ticarət dövriyyəsi artmaqda davam etmiş, lakin ticarət balansı əvvəlki illərdə olduğu kimi mənfi səviyyədə qalmışdır.

2024-cü ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 8% artaraq 23.43 milyard dollar səviyyəsinə çatmışdır. Xarici ticarət balansının mənfi göstəricisi isə 2024-cü ildə 10% artaraq -10.3 milyard dollar səviyyəsinə çatmışdır ki, bu da ticarət dövriyyəsinin 44%-i təşkil etmişdir. Mənfi ticarət balansının artmasının səbəbi idxalın ixracdan daha sürətli artmasıdır ki, bu da yerli istehsalın xarici bazarlarda hələ ki kifayət qədər güclü mövqe tuta bilmədiyini göstərir. Ümumilikdə, yüksək mənfi ticarət balansı Gürcüstanın iqtisadi inkişafı baxımından əsas çağırışlardan biridir.

Ermənistan

Ermənistanın xarici ticarətinin ölkələr baxımından strukturuna nəzər saldıqda görə bilərik ki, 2024-cü ildə də Rusiya Ermənistanın əsas ticarət tərəfdaşı olmuşdur və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi əvvəlki il ilə müqayisədə 56.5% artaraq12.4 milyard dollara çatmışdır. Rusiya ilə ticarət əlaqələrində diqqət çəkən əsas məqam Rusiyaya ixracın azalması, idxalın isə əsaslı şəkildə artmasıdır. Bu dinamika Ermənistanın Rusiyadan idxalda asılılığının daha da artdığını göstərir.

2024-cü ildə Ermənistanın xarici ticarətində digər diqqət çəkən məqam isə Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət dövriyyəsinin 2.3 dəfə artaraq 5.3 milyard dollara çatmasıdır. Bu dinamikanın nəticəsi olaraq Ermənistanın ixracında BƏƏ ən çox paya sahib olan ölkəyə çevrilmişdir. 2024-cü ildə Ermənistan ilə BƏƏ arasında ticarət həcmlərinin kəskin artması Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda, Rusiya qızılının və almazının üçüncü ölkələrə, xüsusilə BƏƏ-yə çatdırılmasında Ermənistanın tranzit ölkə kimi böyük rol oynaması ilə əlaqədar olmuşdur.

Ölkələr üzrə müvafiq qrafiklərlə müşayət olunan ticarət məlumatları və onların daha ətraflı təhlili ilə saytımızda tanış ola bilərsiniz: https://cssc.az/az/view/2/69/

Məqaləni ingilis və rus dillərində google translate vasitəsilə oxuya bilərsiniz.
👍8
Azərbaycanın xarici siyasət gündəliyi

Azərbaycanın çoxtəbəqəli geosiyasi kimliyi var. Taleyin və coğrafiyanın iradəsilə biz eyni zamanda həm Avropada, həm Yaxın Şərqdə, həm də Mərkəzi Asiyadayıq. Biz Avropanın, Türk dünyasının, İslam və MDB məkanının bir hissəsiyik.

Bu coğrafiyalarda baş verən bütün hadisə və proseslər bir şəkildə Azərbaycana təsir edir və Azərbaycan bunlara reaksiya verməlidir.

44 günlük müharibədən sonra və ən əsası, 2023-cü il sentyabrında keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan daha da fəallaşdı. Ərazi bütövlüyü və suverenliyi məsələsinin həlli proaktiv mövqe üçün maneələri aradan qaldırdı.

Burada Prezident İlham Əliyevin xüsusi rolu danılmazdır. Məhz dövlət başçısının şəxsi nüfuzu və iradəsi proaktiv mövqe üçün şərait yaradır.

Əlbəttə ki, Azərbaycanın xarici siyasət rolunun transformasiyası əks təsirsiz ötüşmür. Azərbaycana və şəxsən Prezident İlham Əliyevə qarşı təzyiq kampaniyaları aparılır, bu kampaniyalar bəzən hətta şantaj həddinə də çatır. Lakin səbr, zərbəyə davamlılıq, diplomatik fasilələr, ardıcıl hərəkətlər və prinsipial mövqe maneələri aşmağa və irəliləməyə imkan verir.

Albaniyada keçirilən Avropa Siyasi Birliyinin Sammiti yuxarıda qeyd edilənlərin daha bir göstəricisi oldu. Sirr deyil ki, Azərbaycanın bütövlükdə Aİ, xüsusilə də Aİ-nin bəzi ölkələri ilə (Fransa, Niderland, Lüksemburq) münasibətləri pisləşib. Burada təşəbbüs hər zaman Avropa ölkələrindən gəlib, Bakı isə sadəcə reaksiya verib.

Aİ-nin Ali Nümayəndəsi Kallasın Bakıya səfərindən sonra Albaniyada Aİ rəhbərliyi – Koşta və fon der Lyayen ilə görüş oldu. Bu, Azərbaycan-Aİ münasibətlərinin bərpası prosesinin, eləcə də bu münasibətlərin genişlənmə və dərinləşmə perspektivinin göstəricisidir.

Prezident İlham Əliyevin Avropa Şurasının bürokratları ilə görüşü də onu nümayiş etdirir ki, AŞPA-nın deputat korpusundan fərqli olaraq, Avropa Şurası qurumları Azərbaycanın AŞ-dən çıxmasında maraqlı deyil və münasibətlərin pisləşməsinin qarşısını almağa çalışır.

Ümumiyyətlə, deyə bilərik ki, may ayı çox məhsuldar keçir.

- Azərbaycan-Çin strateji əməkdaşlığının yeni səviyyəsi;
- Aİ və İranla münasibətlərdə yeni səhifə;
- Türkiyə-İsrail və Suriya-İsrail danışıqlarının Bakıda keçirilməsi (bu, ABŞ-nin maraqlarına da uyğundur);
- Pakistanın Hindistanla hərbi eskalasiyadakı uğuru;
- Vyetnam KP baş katibinin səfəri - Cənub-Şərqi Asiya üzrə yeni istiqamətin açılması.

Bundan əlavə, qarşıda Macarıstanda Türk Dövlətləri Təşkilatının Sammiti, Fransa ilə münasibətlərin stabilləşməsi ehtimalı, İsrail-Türkiyə istiqamətində yeni təmaslar və daha bir çox maraqlı hadisələr gözlənilir.

Və əlbəttə ki, Rusiya ilə münasibətlər və Prezident İlham Əliyevin 9 may paradında iştirak etməməsini qeyd etmək lazımdır. Bu məsələdə isə yuxarıda vurğulanan səbr, davamlılıq və gözləmə bacarığı mühüm rol oyanayacaq.

@cssc_cqtm
👍11
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Tiranada Azərbaycan-Avropa "Restart"ı və Paşinyanın danışıq axtarışları" mövzusunda müzakirələrdə iştirak edib.

Daha ətraflı: https://www.youtube.com/watch?v=ifnHCJlRumY&t=39
👍4
Rusiya-Ermənistan münasibətlərinə baxış

Lavrovun Ermənistana səfəri fonunda...

Rusiya və Ermənistan arasında müzakirə mövzusu olacaq bir çox məsələlər var. Burada Moskva üçün mühüm olan qarşılıqlı münasibətlərin səviyyəsini təsdiqləməkdir. Bu səviyyəni və Rusiyanın mümkün narahatlıqlarını nəzərdən keçirək:

Hərbi-siyasi sahə

Rusiya ilə Ermənistan hərbi-siyasi müttəfiqlərdir və Ermənistan ərazisində Rusiya hərbi bazası yerləşir. Ermənistanın İran və Türkiyə ilə sərhədlərində məhdud şəkildə olsa da, hələ də Rusiya sərhədçiləri var. Ermənistanda birgə Hava Hücumundan Müdafiə Sistemi fəaliyyət göstərir. Ermənistan hökuməti hərbi baza məsələsini gündəmə gətirmir, bu mövzu ilə bağlı bütün iddialar yarımçıq qalır.

Amma sərhədçilərlə bağlı, Ermənistanın bu ilin sonuna qədər İran və Türkiyə ilə sərhədlərdə Rusiyanın mövcudluğunu daha da məhdudlaşdırmaq planları var. ABŞ və Ermənistanın Strateji Tərəfdaşlıq Bəyannaməsində ABŞ-ın Ermənistan sərhədçilərinin hazırlanmasına dəstəyi qeyd olunub. Sabiq dövlət katibi Blinken ABŞ-dan olan sərhədçilər qrupunun Ermənistana səfərini anons etmişdi. Lakin bu, hələ də baş tutmayıb.

Hava Hücumundan Müdafiə Sistemi məsələsində də vəziyyət eynidir. Ermənistan Hindistandan HHM sistemləri almağa çalışır. Həmçinin, Fransa və Böyük Britaniya da bu mövzuya qoşulub. Lakin hazırda Rusiyanı bu sahədə əvəz etmək alınmır. Sözügedən mövzuda Rusiya mübarizə aparacaq, çünki bu, strateji əhəmiyyətə malikdir.

KTMT

Ermənistan KTMT-nin fəaliyyətində iştirak etmir, amma hələ də hərbi-siyasi bloku tərk etməyib. Rusiya, ümumiyyətlə, vəziyyətdən razıdır və bu mövzuya Ukraynadakı müharibənin bitməsindən sonra qayıda bilər. Moskva üçün vacib olan Ermənistanın KTMT-dən çıxsa belə, NATO-ya daxil olmamasıdır. Bu kontekstdə, Ermənistanın neytral statusu mövzusu aktuallaşa bilər.

İqtisadi sahə

Ermənistan Avrasiya İqtisadi Birliyi (AİB) və Gömrük İttifaqının üzvüdür. Bu sahədə Rusiyanın əli güclüdür. Ticarət artmaqdadır, Rusiyanın strateji aktivlərinə (qaz və enerji paylayıcı şəbəkələr, nüvə elektrik stansiyaları, dəmir yolu və s.) toxunulmayıb. ABŞ ilə olan Bəyannamədə ayrıca Ermənistanın enerji sahəsində ABŞ ilə əməkdaşlığı qeyd edilib. Bu yaxınlarda ABŞ nüvə energetikası şirkətinin rəhbərləri Ermənistanı ziyarət ediblər. Hazırda İrəvan bu sahədə münasibətləri şaxələndirməyə çalışır. Nüvə enerjisi məsələsi potensial olaraq Prezident Tramp üçün də maraqlı bir mövzu ola bilər. Lakin hələ ki, konkret qərarlar yoxdur. Qeyd edək ki, Ermənistan üzrə "kurator" təyin olunan Rusiya PA rəhbərinin birinci müavini Kiriyenko da uzun illər məhz “RosAtom”un rəhbəri olub.

Lavrovun Ermənistana səfəri Aİ-nin ali komissarı Kallasın səfərindən əvvəl baş tutub. Ermənistanda və Brüsseldə səfər üçün hazırlıqlar gedir, masada Ermənistan və Aİ arasında ticarət əlaqələrini genişləndirəcək yeni CEPA+ mətni var. Bu, Rusiya üçün vacibdir, çünki sazişə AİB ilə ticarət qaydalarına hələ tabe olmayan, amma potensial siyahıda olan məqamlar daxil edilə bilər.

Əlbəttə ki, Lavrov Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpası ilə də maraqlanacaq. Rusiya üçtərəfli hökumətlərarası komissiyanın üzvüdür. Ermənistan komissiyanın işini gözardı edir, amma hələ də onu tərk etməyib. Rusiya üçün Ermənistan ərazisində bu prosesdə iştirak etmək vacibdir.

Yekun

Rusiya ilə ABŞ arasındakı münasibətlər sabitləşir və Ermənistanla bağlı rəqabət artıq aktual deyil. Aİ ilə rəqabət isə yalnız artacaq, Kreml Ermənistanda Aİ-yə təslim olmaq niyyətində deyil.

Rusiyanın Ermənistandakı fəaliyyəti uzun müddətə hesablanıb, çünki Moskva burada strateji aktivlərə və daxili siyasətə təsir imkanlarına malikdir. 2026-cı ildə keçiriləcək parlament seçkiləri Ermənistana hibrid təsir göstərmək üçün fürsət yaradacaq. Paşinyan tərəfindən aparılan şaxələndirmə Rusiya üçün yalnız inhisara və strateji aktivlərə malik olduğu sahələrdə narahatlıq doğurur. Bu çərçivədə, Rusiyanın maraq göstərdiyi əsas mövzulardan biri Ermənistan-Türkiyə normallaşması və sərhədlərin açılmasıdır.

@cssc_cqtm
👍8
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas Sual” verilişində “Lavrov İrəvanda, Ukraynalı nazir Bakıda - Nə baş verir?” mövzusunda fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/live/YHLc-EptQSI
👍8👎1
Azərbaycan və Fransa münasibətlərində buzlar əriyəcəkmi?

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə xuliqanlıqda ittiham olunaraq məhkum edilmiş Fransa vətəndaşını əfv etdi.

Bu, Azərbaycan və Fransa prezidentlərinin Albaniyada keçirilən Avropa Siyasi Birliyi sammitindəki isti görüşündən sonra baş verdi. Şübhəsiz ki, bu görüş kölgədə qalmış diplomatik təmasların nəticəsi idi.

Ümumavropa konteksti


Bakının bu humanist addımında ümumavropa konteksti də hiss olunur. Aİ iradə nümayiş etdirərək Kaya Kallası Bakıya göndərdi və onun səfərinin nəticəsində Azərbaycan-Aİ münasibətlərinin dinamikasının bərpası elan edildi. Bakı üçün ilk növbədə Aİ ilə münasibətlər vacibdir!

Lakin Brüssel Parisi gözardı edə bilməz. Buna baxmayaraq, Brüssel Bakıya doğru ilk addımı atdı, Bakı isə bu addımla cavab verdi. Hər şey məntiqlidir, Azərbaycan öz mövqeyindən geri çəkilmir və Aİ ilə normallaşma pozulduğu nöqtədən davam edir. Aİ Azərbaycan və Ermənistan arasında vasitəçi olmayacaq, münasibətlərin normallaşması isə yalnız ikitərəfli gündəmi əhatə edəcək.

Bakının məqsədi Cənubi Qafqaz mövzusunda Fransanın Aİ daxilində azlıqda qalması idi. Azərbaycanın prinsipial və ardıcıl mövqeyi Aİ-ni elə bir nöqtəyə gətirdi ki, artıq Bakı ilə əlaqələr olmadan Mərkəzi Asiya və hətta Cənubi Qafqaz istiqamətində siyasət formalaşdırmaq mümkün deyil. Aİ seçim qarşısında idi: Ya Fransanın xəttini davam etdirmək, ya da daha praqmatik kursa keçmək... Görünür, seçim ikincinin xeyrinə edilib.

Bəs sonra...?

Azərbaycan və Fransa münasibətləri Fransanın təşəbbüsü və onun Ermənistan yönümlü mövqeyi səbəbilə pozulub. Fransa Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesində heç nə əldə edə bilmədi. Regional kontekstdə də uğursuz oldu: Paris Ermənistan-Gürcüstan tandemini formalaşdıra bilmədi ki, regionda heç olmasa məntiqi əsası olan bir ox yarada bilsin. Fransanın aktivlərində yalnız Ermənistan var – Aİ missiyası, hərbi-sənaye əməkdaşlığı, Fransanın yardımı...

Fransa Azərbaycandan daha nə istəyə bilər?

Azərbaycanda həbs olunan yeganə fransalı əfv olunan xuliqan deyil. Ölkəmizdə daha bir fransalı məhbus var və ona qarşı ittiham daha ağırdır - casusluq.

Həmçinin Bakı Təşəbbüs Qrupunun fəaliyyəti də Parisi qıcıqlandırır, çünki bu qrup əsasən Fransa kolonializmi tarixinə diqqət yetirir.

Bəs Azərbaycan Fransadan nə istəyə bilər?

Fransa Parlamentinin Qarabağla bağlı qətnamələrinin ləğvi.

Azərbaycan-Aİ və Azərbaycan-NATO münasibətlərində sabotajın dayandırılması.

Ən real olanı nədir?

Fransa Parlamentinin qətnamələrini dəqiq demək olar ki, ləğv etmək mümkün deyil. Eynilə, Bakı Təşəbbüs Qrupunun fəaliyyətini məhdudlaşdırmaq da mümkün deyil – bu artıq bütöv bir institutdur və öz şəbəkəsini qurub. Odur ki, gündəmdə uzunmüddətli tendensiyaya malik və hələ də qarşılıqlı olaraq istifadə ediləcək mövzular var.

Ən real ssenari isə Azərbaycan və Fransa arasında münasibətlərin sabitləşməsi və tədricən normallaşmasıdır. Bu normallaşmanın əsas istiqaməti problemləri ikitərəfli formatda həll etmək, Azərbaycan-Aİ və Azərbaycan-NATO münasibətlərini Fransanın destruktiv təsirindən çıxarmaqdır.

Azərbaycan üçün bu mərhələdə vacib olan Fransanın regional fəaliyyətini konstruktiv istiqamətə yönləndirməkdir. Fransanın Ermənistanla bağlı məsələlərdə iştirak dərəcəsini nəzərə alsaq, bu məqsədə nail olmaq asan deyil. Lakin son proseslər bunun mümkün olduğuna dair əsaslar yaradır. Əks halda, Azərbaycanın cavab vermək və Fransa kimi böyük oyunçuların müqavimətinə baxmayaraq öz gündəmini həyata keçirmək üçün imkanları var.

@cssc_cqtm
👍8👎1
Azərbaycan-Ermənistan sülh müqaviləsi: Beynəlxalq fəallıq yenidən artır

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı beynəlxalq fəallıq yenidən artır.

ABŞ nümayəndələri Azərbaycan və Ermənistanı ziyarət edir, Aİ nümayəndələri Qara dəniz və Orta Dəhliz strategiyaları ilə bağlı fəallaşıb və yanaşmalarında praqmatizm nümayiş etdirirlər. ABŞ prezidenti öz çıxışında Azərbaycan və Ermənistan arasında sülhdən bəhs edir. Rusiya XİN də eyni mövzuda çıxış edir.

Müqavilə mətni üzrə razılaşma elan edildikdən sonra bu, sülh müqaviləsi ilə bağlı ikinci fəallıq dalğasıdır.

Qeyd edək ki, bu prosesin bütün iştirakçıları Azərbaycanın ATƏT-in Minsk Qrupunun buraxılması və Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı gözləntilərini bilirlər. Üstəlik, bunu detalları ilə bilirlər, Azərbaycanın motivləri ilə tanışdırlar.

Ən maraqlısı odur ki, hər kəs – həm Qərbdə, həm də Şimalda, sülh müqaviləsinin imzalanmasını dəstəklədiklərini bəyan edərkən, ATƏT-in Minsk Qrupunun buraxılması mövzusunu qeyd etmirlər. Əgər bütün bu ölkələr, xüsusilə Rusiya, ABŞ və Fransa, sülh müqaviləsinin zəruriliyi haqqında çıxışlarında eyni zamanda ATƏT-in Minsk Qrupunun buraxılmasını dəstəklədiklərini, Azərbaycan və Ermənistandan belə bir müraciət gəldikdə bu qərar üçün səs verməyə hazır olduqlarını bildirsəydilər bu, daha məntiqli və səmimi olardı.

Bunun əvəzində ABŞ və Aİ regionun inkişafını vəd edir, amma bu inkişafın nədən ibarət olduğunu qeyd etmirlər. Məsələn, Aİ-də Orta Dəhlizə işarə edir, infrastruktur sahəsində potensial investisiyalardan danışırlar. Amma xatırladaq ki, Orta Dəhliz artıq mövcuddur, lakin hələ ki, tam gücü ilə işləmir!

Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi kommunikasiyaların açılmasına zəmanət vermir. Bu tamamilə müstəqil prosesdir və sülh müqaviləsi çərçivəsindən kənarda qalır. Kommunikasiyaların açıqlamasının bir şərti var – Zəngəzur dəhlizinin Azərbaycan vətəndaşları və yükləri üçün maneəsiz olması. Bu şərt yerinə yetirilmədən kommunikasiyalar açılmayacaq!

Ona görə də sülh prosesini dəstəkləyən hər kəs ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı öhdəlik götürməlidir. Əks halda, bütün bu bəyanatların Azərbaycan üçün heç bir praktiki əhəmiyyəti yoxdur.

@cssc_cqtm
👍11
Paşinyan Katolikosa qarşı

Ermənistan baş nazirinin erməni kilsəsi ruhaniləri ilə bağlı sərt reaksiyası ölkə daxilində yeni fəallığa səbəb olub.

Əlbəttə, Paşinyanın bunu necə etdiyi ayrıca müzakirə mövzusudur. Bu prosesdə əsas məqsəd siyasətə qarışmağa çalışan kilsə nümayəndələrinin nüfuzuna zərbə endirməkdir.

Paşinyan və kilsə arasındakı münasibətlər müxtəlif zamanlarda fərqli istiqamətlərdə inkişaf edib.

2021-ci ilin fevralın sonunu xatırlasaq, o zaman Ermənistanın demək olar ki, bütün ictimai təsisatları Paşinyanın istefasını tələb edirdi: Baş Qərargahın generalları, kilsə, siyasi partiyalar, prezident...

Lakin Paşinyan 2021-ci il seçkilərində qalib gəldi. O vaxtdan bəri prezidenti öz adamı ilə əvəz etdi, generalları çıxarıb onları sadiq polkovniklərlə əvəz etdi. Müxalifət partiyaları dörd il ərzində fəal olsalar da, əhalini birləşdirməyi bacarmadılar.

Paşinyan hakimiyyətinə yeganə ciddi təhlükə, Srbazanın paytaxt mərkəzində çoxsaylı mitinq təşkil etməsi nəticəsində yaranmışdı. Amma bu hərəkat da tezliklə zəiflədi.

2026-cı ilin yazında növbəti parlament seçkiləri keçiriləcək. Lakin seçki kampaniyası artıq başlayıb. Buna Gümrü və Parakar seçkilərində hakimiyyətin məğlub olması səbəb oldu ki, bu da müxalifətə ümid verdi.

Müxalifət həmin seçkilərdə iki fərqli texnologiya ilə qalib gəldi. Gümrüdə müxalifət qrupları ayrı-ayrı siyahılarla seçkiyə qatıldı və nəticədə Paşinyanın nümayəndəsi daha çox səs topladı, lakin bu say kifayət etmədi. Sonradan bütün müxalifət qrupları birləşərək Gümrü meri postunu ələ keçirdi.

Parakarda isə yerli səviyyədə xarizmatik siyasətçi hakimiyyət nümayəndəsini açıq şəkildə üstələdi.

Beləliklə, müxalifətin qarşısında iki qalibiyyət mexanizmi dayanır: Ya ayrı-ayrı qruplarla seçkiyə qatılıb sonra parlamentdə bir araya gəlmək, ya da indidən bir lider ətrafında birləşmək.

Koçaryan, Sarqsyan, Srbazan və digərlərinin fəallığı məhz bununla bağlıdır. Moskva da strategiya seçimini diqqətlə izləyir.

Paşinyan isə "xalı bombardmanına" başlayıb: Korrupsiya işləri aktivləşdirilib, keçmiş prezidentlər məhkəməyə çağırılır, parlamentdə gərginlik artırılır. İndi də Katolikosun ifşası... Bunlar hamısı müxalifətin birləşməsində iştirak edə biləcək fiqurlar və təsisatlardır.

Bu addımlarla Paşinyan gələn il üçün müxalifətin strategiyasını formalaşdırır və xarici iştirakçı - Rusiyanın fəallığını məhdudlaşdırır.

Üstəlik, Paşinyan öz radikal addımları ilə müxalifəti və kilsəni seçkilərdən bir il əvvəl - indi etiraz aksiyaları keçirməyə məcbur edir ki, etiraz hərəkatının gücü gələn ilin yazında özünün pik həddinə çata bilməsin və artıq bu yay tükənsin.

Gümrü seçkilərindəki uğursuzluqlardan sonra Qərbdə də Paşinyanın gələcəyi ilə bağlı suallar yaranıb. Ermənistan baş nazirinin son hərəkətlərində məhz bu məqam da var. Baş nazir hakim partiya və komandanı toparlamağa, birgə işi daha effektli etməyə, öz siyasi nüfuzuna və imkanlarına olan şübhələri aradan qaldırmağa çalışır.

Ermənistan polisi rəisinin ötən günki istefası da seçkilərə hazırlıq prosesinin tərkib hissəsidir. Belə ki, polis sisteminin peşəkar yetirməsi olan polis rəisi Paşinyanın komandasına uyğun gəlməyən bir kadr idi. Daxili işlər nazirini qadınla əvəz etdikdən və birinci müavin vəzifəsinə keçmiş QHT əməkdaşını gətirdikdən sonra DİN sistemində yalnız polisin rəhbəri sistemin öz nümayəndəsi olaraq qalmışdı. İndi görək bu vəzifəyə kim təyin ediləcək.

Polis rəisi mitinqlərin dağıdılması dövründə əsas vəzifədir. Qırmızı beretlər gənc qadına və QHT işçisinə itaət edəcəklərmi? Axı Srbazan aksiyaları zamanı məhz qırmızı beretlər etiraz aksiyalarının meydanlardan kənara çıxmamasında vacib rol oynamışdılar.

Beləliklə, Katolikosla münaqişə parlament seçkilərinə hazırlığın bir hissəsidir. Sərt ritorika isə cəmiyyətin qütbləşməsinə, hakim partiyanın birləşməsinə və xarici fəallıqlara cavab verməyə xidmət edir.

@cssc_cqtm
👍12
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Müharibənin yeni səhifəsi: Ukraynanın dron zəfəri. Putin-Zelenski görüşü realdırmı?" mövzusunda müzakirələrdə iştirak edib.

Daha ətraflı: https://youtu.be/vnnNavKWvhw?si=4XFwV821fmt-uI-_
👍3
Paşinyan Katolikosa qarşı

Paşinyanın iddiaları kilsə institutuna qarşı deyil, şəxsən katolikosa qarşı yönəlib.

Media hücumu və katolikosu nüfuzdan salan məlumatların sızmasından sonra Ermənistanın baş naziri yeni kilsə başçısı seçkilərinin keçirilməsi ilə bağlı təşkilati məsələlərin həlli üçün koordinasiya qrupunun yaradılmasını təklif edib.

Maraqlıdır, Ermənistanın baş naziri bu mövzuda nə qədər uzağa gedəcək? Mətbuata məlumat sızdırmaq ayrı, amma ömürlük seçilən katolikosun vəzifədən uzaqlaşdırılması proseduruna başlamaq isə tam ayrı bir məsələdir.

Paşinyanın fikrincə, bakirlik andını pozma ittihamları kilsədaxili müzakirələrə, daxili etiraza səbəb olmalı idi. Lakin bu baş vermədi. Məntiqlə Paşinyan növbəti addımı atmalı, katolikos və onun övladının DNT testlərini göstərməli idi.

Paşinyan bu addımı atmadı, koordinasiya qrupu yaratmaq yolu ilə getdi.
Amma erməni kilsəsində belə bir struktur yoxdur. Katolikos ruhanilərdən və din xadimlərindən ibarət kilsə məclisi tərəfindən seçilir. Əvvəlcə beş yepiskop, daha sonra onların arasından katolikos seçilir. Amma yeni seçki üçün katolikos özü istefa verməli, ya da ölməlidir. Bəs Paşinyan indiki katolikosa tabe olmayan ən azı beş yepiskopu haradan tapacaq?!

Paşinyan bu addımı o halda ata bilərdi ki, o, xarici mərkəzlərdən - Kilikiya katolikosundan, Konstantinopol və Qüds patriarxlarından dəstək zəmanəti alsın. Erməni kilsəsinin xarici strukturları bu günə kimi mövzu ilə bağlı bəyanat verməyiblər. Əgər bu dəstək olmasa, Paşinyanın təşəbbüsü artıq ölü doğulub.

Əgər Paşinyan xarici iyerarxların dəstəyini qazanmasa və əlavə sübutlar təqdim etməsə, o zaman bu kampaniya onun üçün gözlənilməz nəticələrə səbəb ola bilər.
Erməni kilsəsi dərin ənənələrə malik bir qurumdur, ona görə də ehtimal ki, o özünün antiazərbaycan əhval-ruhiyyəsini heç vaxt dəyişməyəcək.

Qarşıdurmanın Rusiya konteksti

Paşinyan yönümlü media hazırkı katolikosun rusiyapərəst olduğunu iddia edir. Bu iddiaların tarixi əsası var. Belə ki, Eçmiədzinin yüksəlişi 1828-ci ildən sonra, katolikosluğun Sisdən Rusiya imperiyasının sərhədlərinə - Eçmiədzinə köçməsindən sonra baş verib. Bu yüksəlişdə məqsəd imperiyanın Şərq siyasəti, yəni bütün Yaxın Şərqə yayılmış ermənilərin vahid kilsə ilə təsir, kəşfiyyat və təxribat aləti kimi çıxış etməsi idi. Rusiya imperiyası ilk dəfə 1831-ci ildə katolikosların yalnız imperiyanın təbəələri arasından seçilməsini məhdudlaşdırsa da, 1836-cı ildə “Erməni-qriqorian etiqadı haqqında Əsasnamə”yə görə, başqa ölkələrin təbəələrinin də katolikos seçkilərində iştirakına icazə verdi. Bu, xaricdəki dini icmaların Eçmiədzindən uzaqlaşmaması üçün edildi.

Eyni zamanda, Alban kilsəsinin əmlakı erməni kilsəsinin mülkiyyətinə keçdi. İmperiya Eçmiədzinin xaricdəki ermənilərin gözündə daha cəlbedici olması üçün onu gücləndirdi.

19-cu əsrdə katolikoslar Rusiya imperiyasının xarici siyasətində mühüm rol oynadılar, lakin daxili siyasətdə muxtariyyətlərini qorudular. Katolikosların heç biri onların hakimiyyətini məhdudlaşdırmaq üçün “...Əsasnamə” ilə yaradılmış Sinod institutunu qəbul etmədi.

Rusiya erməni kilsəsi mövzusunun ayrılmaz hissəsidir, çünki məhz Rusiyanın hesabına Eçmiədzin 19-cu əsrin əvvəllərində öz təsirini gücləndirdi. 1907-ci ildə İmperiyanın daxili işlər naziri Stolıpin yazırdı: “Eçmiədzində erməni xalqının mənəvi-siyasi mərkəzini süni şəkildə bərpa etdik və bununla da, katolikosun yerli və xarici əsilli erməni partiyalarını öz ətrafında birləşdirmək imkanlarını tanıdıq...”.

Beləliklə də, Paşinyan çox təhlükəli bir oyuna başlayıb. Əgər katalikos əleyhinə kampaniyanı davam etdirmək üçün güclü kartları olmasa, yaxın gələcəkdə məğlubiyyətini etiraf etməli olacaq.

@cssc_cqtm
👍10