Ayətullah Əl-Üzma Seyid Əli Xamenei – Telegram
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
1.41K subscribers
2.09K photos
74 videos
140 files
775 links
Ayətullah Əl-Üzma Seyid Əli Xameneinin rəsmi teleqram kanalı
Admin: @azeri_khamenei
Web azeri.khamenei.ir
English: @Khamenei_en
Arabic: @Khamenei_arabi
Spanish: @Khamenei_es
Russian: @Khamenei_ru
French: @fr_Khamenei
Urdu: @Khamenei_ur
Hindi: @Khamenei_in
Download Telegram
🔹Yetimləri şəxsən yedizdirən hökmdar

(Əmirəlmöminin (əleyhissalam)) Allah-təalanın ona verdiyi güc, hökumət və hökmranlıq dövrünün bütün anlarında cəmiyyətin ən zəif üzvləri haqqında düşünürdü… Kasıbların evinə baş çəkir və öz əli ilə yetim uşağın ağzına yemək qoyurdu.

27.12.1997

https://azeri.khamenei.ir/news/7430
35
🔹Təsvir edilə bilməyən ədalət

Əmirəlmömininin ədalətindən danışmaq mümkün deyil. O buyurur: “Allaha and olsun ki, əgər mənə ən şiddətli işgəncələri versələr, tikanların üstündə çılpaq sürüsələr, bütün bunlar mənim üçün qiyamət günü bir nəfərə belə zülm etdiyim halda Allahla qarşılaşmağımdan daha yaxşıdır!” (Nəhcül-Bəlağə, xütbə 224). Onda baxın görün bunu kim deyir; İran, Əfqanıstan, İraq və Misiri əhatə edən bir hökumətin başında olan biri.

25.06.2024

https://azeri.khamenei.ir/news/7431
33
DÜŞMƏNİ DİZ ÇÖKDÜRƏCƏYİK.

03.01.2026

@azeri_khamenei_ir
47
🔹Düşmənlərə qarşı güclü və məzlumlara qarşı mülayim

İmam Əli (ə) lazım olan yerdə qılncla haqq düşmənlərinin canına düşərdi və heç nədən də qorxmazdı. Harada məzlum, harada haqqı mənimsənilmiş birini görsəydi, Əmirəlmöminin insanların ən şəfqətlisinə çevrilərdi.

31.12.1999

https://azeri.khamenei.ir/news/7432
36
🔹Yumşaq müharibə ilə bu işlər görülür

Yumşaq müharibə o deməkdir ki, hiylə ilə, yalanla, böhtanla, vəsvəsə ilə, çaşdırıcı və saxta dəlillərlə insanları getdikləri yoldan tərəddüdə salsınlar, xalqın qəlbində şübhə yaratsınlar. Bu müharibə bu gün cərəyandadır.

03.01.2026

@azeri_khamenei_ir
33
🔹İslam aləminin böyük hərəminin müdafiəçisi

Süleymani İslam aləminin böyük hərəmi olan Məscidül-Əqsanı müdafiə etməli idi. Buna görə də o fələstinli rəhbər (cümə) namazından öncəki çıxışında şəhid Süleymanini Qüds şəhidi adlandırdı. (Şəhid) O hərəmi müdafiə edirdi.

01.01.2025

https://azeri.khamenei.ir/news/6882
29
🔹Problemin həll yolu Amerika ilə deyil

Ölkənin problemlərinin həll yolunun Amerika ilə danışıqlar olduğunu deyənlər gördülər ki, nə oldu. İranın Amerika ilə danışıqları davam edərkən, Amerika dövləti pərdə arxasında müharibə planı hazırlamaqla məşğul idi.

03.01.2026

@azeri_khamenei_ir
35
🔹Həmişə ən çətin işlərə hazırlıqlı olan

Ən çətin və ağır işlər həmişə Əmirəlmömininin (ə) çiyinlərində olurdu, ən təhlükəli tapşırıqları da daim o böyük şəxsiyyət öz üzərinə götürərdi. Təhlükə anında, hətta qəhrəmanlar və döyüşçülər belə çətinliyə düşəndə, Peyğəmbərin baxışları ilə üz-üzə gəlməmək üçün yan keçərdilər. Belə məqamlarda isə Əmirəlmöminin (ə) sanki bir quş kimi şığıyaraq, həmin yerlərə özünü yetirərdi.     

22.06.1984

https://azeri.khamenei.ir/news/7433
18👍5🥰1
pic-44486-1767474796.jpg
1.5 MB
Posterin keyfiyyətli forması
17👍3
🔹ABŞ yalan və aldadıcı vəd verir

O sayıqlayan amerikalı oturub İran xalqı haqqında danışır, bir az nalayiq sözlər deyir, bir az da vəd verir; yalan və aldadıcı vəd.

03.01.2026

@azeri_khamenei_ir
24
🔹Yumşaq müharibənin məqsədi nədir?

Yumşaq müharibənin məqsədi xalqı ruhdan salmaqdır. (Nə üçün?) Meydanda olan, çalışmağa və fəaliyyətə hazır insanları həvəsdən salmaq, onları ümidsizliyə salmaq, məyus etmək və tərəddüdə düçar etmək üçün.

03.01.2026

@azeri_khamenei_ir
16