CSSC Baku – Telegram
CSSC Baku
3.07K subscribers
12 photos
2 videos
201 links
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakıda yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır. Yayımlanan materiallara istinadın verilməsi vacibdir. www.cssc.az
Download Telegram
Sülhməramlılar niyə Ermənistana yollanıblar?!

Dünən Rusiya Sülhməramlı Kontingentinə məxsus ağır tonnajlı avtomobil karvanı Laçın yolu ilə Ermənistana doğru hərəkət edib. Ermənistan Təhlükəsizlik Şurasının katibi bunu Gorus və Sisianda RSK-nın infrastrukturu və şəxsi heyətinin mövcudluğu, onların öz fəaliyyətini yekunlaşdırmaq üçün son işlərin aparılması ilə izah edib.

Belə çıxır ki, rəsmi İrəvan Azərbaycan ərazisində yerləşən RSK-nı Ermənistan ərazisində də infrastrukturla təmin edib. Bu qərar Paşinyanın RSK-nın Qarabağda uzun müddət qalacağına ümid etdiyi bir vaxtda verilib.

Bununla da, Paşinyan Rusiyanın Azərbaycanda hərbi mövcudluğu üçün şərait yaradıb və eyni zamanda da Kremlin Ermənistan ərazisindəki hərbi mövcudluğunun sahəsini genişləndirib. Ümumilikdə isə baş nazir Rusiyanın Cənubi Qafqaz regionunda hərbi mövcudluğunun genişlənməsinə töhfə verib.

Azərbaycan və Rusiya rəhbərliyi arasında RSK-nın Qarabağdan çıxarılmasına dair razılaşma təkcə Rusiyanın hərbi mövcudluğunun Azərbaycandan çıxarılması deyil, həm də Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun məhdudlaşdırılmasıdır.
Özü də bu, avqustun 1-də İrəvan hava limanını tərk etməli olan onlarla rusiyalı sərhədçi deyil, elə indi Ermənistan ərazisindən yüzə qədər Rusiya hərbçisinin və texnikasının çıxarılmasıdır.

Digər tərəfdən, məhz Qazaxın sərhəd kəndləri ilə bağlı Azərbaycanla razılaşma Paşinyanın Rusiya sərhədçilərinin Voskepardakı dayaq məntəqəsindən çıxarılmasına dair bəyanatı üçün şərait yaradıb. Bu razılaşmadan əvvəl Paşinyan bunu heç dilə gətirmirdi.

Beləliklə, bütün bu üç il ərzində Bakının tezisləri öz təsdiqini tapır. Azərbaycanla münasibətlərin normallaşması Ermənistan rəhbərliyinə daha da suveren olmağa, öz məhdudlaşdırılmış subyektivliyini artırmağa imkan verir.

Odur ki, Qərb əslində Azərbaycana minnətdar olmalıdır.


Təəssüf ki, Qərb və Paşinyan 2021-ci ildən bu yana fərqli yol tutdular ki, bu da vəziyyəti daha da çətinləşdirdi və çoxsaylı insan tələfatına səbəb oldu. Qərbin erməni mərkəzli yanaşması onun özünə qarşı çevrildi. Reallıqların, coğrafiyanın, Azərbaycanın maraqlarının tam olaraq inkar edilməsi Qərbi elə bir vəziyyətə gətirib çıxarıb ki, hazırda onlar regionda baş verənləri yalnız tamaşaçı kimi seyr edirlər.

Regionda mühüm hadisələr baş verir. RSK-nın Qarabağ və Ermənistandan çıxarılması, sərhədlərin müəyyənləşdirilməsi prosesinin başlanmasından sonra sülh müqaviləsi üzrə danışıqların da intensivləşməsi gözlənilir.

@cssc_cqtm
👍26
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktor müavini Fuad Çıraqov İctimai TV-nin efirində gedən “Diqqət Mərkəzi” verilişində “Azərbaycanla Ermənistana kim mane olacaq?” mövzusuna dair fikirlərini bölüşüb.

Daha ətraflı: https://youtu.be/SwYZzrDlaxU?si=53u-ZafF4dvB9qHX
👍9👎1
Şimal-Cənub nəqliyyat dəhlizi: Bakı-İrəvan rəqabəti

Yaxın zamanlarda Azərbaycanın iştirakı ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin (INSTC) inkişafı üzrə mühüm yeniliklər gözlənilir.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev sözügedən nəqliyyat dəhlizi çərçivəsində daha bir möhtəşəm layihənin icrasına başlanılacağını elan edib.
Digər tərəfdən isə INSTC çərçivəsində Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolunun cari ilin may ayına kimi açılması gündəmdədir.

INSTC: İştirakçılar və marşrutlar

2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin təməli qoyulub. İndiyədək 13 ölkə (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna) sözügedən Sazişi ratifikasiya edib.

INSTC əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb.

Hazırda Şimal-Cənub nəqliyyat dəhlizi əsasən üç istiqamət üzrə inkişaf edir:
- Şərq marşrutu - Mərkəzi Asiyadan keçməklə;
- Mərkəz marşrutu - Xəzər üzərindən keçməklə;
- Qərb marşrutu - Azərbaycandan və ya Ermənistandan keçməklə.

Azərbaycanla yanaşı INSTC-nin Qərb marşrutuna Ermənistan da iddialıdır. INSTC üzrə Hindistan, İran, Ermənistan, Gürcüstan, Qara dəniz multimodal marşrutunun elan edilməsilə İrəvan dəhlizin Qərb marşrutu uğrunda Azərbaycanla rəqabət iddialarını ortaya qoyub. Lakin Ermənistan strateji dəhlizin ölkə ərazisindən keçməsini istəsə də, bu istiqamətdə kifayət qədər real əməli fəaliyyətlər həyata keçirə bilməyib.

Ermənistan - ən məhdud marşrut

Ermənistan üzərindən keçən yeni multimodal marşrut hazırda INSTC-nin ən zəif və ən məhdud ötümə imkanı olan marşrutudur. Belə ki:

- Ermənistan üzərindən keçən marşrut əsasən dəniz+avtomobil yolu kombinə daşımaları nəzərdə tutur ki, bu da bahalı variant sayılır. Dağlıq relyefə görə, İrandan gələn və Ermənistanın cənubu ilə şimalını birləşdirəcək dəmiryol xəttinin çəkilişi isə səmərəsiz hesab olunur.

- Ermənistanın İranla cəmi bir (Aqarak), Gürcüstanla dörd sərhəd keçid məntəqəsi (Bavra, Qoqovan, Baqrataşen, Privolnoe) mövcuddur. Ölkədə istər avtomobil, istərsə də dəmiryolları ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. 2009-cu ildə 556 km-lik Şimal-Cənub avtomobil yolunun tikintisinə başlanılıb və ötən 15 il ərzində yolun cəmi 31 kilometri (5,5%) çəkilib. Halbuki, məhz bu yol ölkənin şimalı (Gürcüstanla sərhəd) ilə cənubunu (İranla sərhəd) birləşdirməli, Ermənistan və Gürcüstan ərazisindən keçməklə Qara dənizə və Avropa ölkələrinə çıxışı təmin etməlidir. Dəmir yollarına gəlincə, Ermənistandan qonşu ölkələrə istiqamətlənən dörd dəmiryol xəttindən üçü fəaliyyətsizdir.

- Yeni multimodal marşrutun Ermənistandan sonrakı növbəti dayanacağı olan Gürcüstanda da dəhlizin normal fəaliyyəti üçün müəyyən məhdudiyyətlər mövcuddur. Böyük həcmli yük axınları üçün ölkənin liman infrastrukturunun genişləndirilməsinə ehtiyac var. Bununla yanaşı, Gürcüstan və Rusiya arasındakı dəmir yolu əlaqəsi tamamilə kəsilib. Hazırda Gürcüstanı Rusiya ilə yalnız bir avtomobil yolu əlaqələndirir (Şimali Lars) ki, bu yol da hava şəraiti ilə əlaqədar tez-tez bağlanır.

Azərbaycan - daha yaxşı alternativ

Günümüzdə fəaliyyət göstərən və öz imkanlarını genişləndirən Azərbaycan üzərindən keçən yollar INSTC-nin Qərb istiqaməti üçün Ermənistan marşrutuna nisbətdə daha yaxşı alternativdir. Çünki:

- Yalnız bir yoldan, özü də dağlıq ərazilərdən keçən avtomobil yolundan asıllıq dəhlizin dayanıqlığına ciddi şübhələr yaradır.

- Ermənistandan fərqli olaraq, Azərbaycanda INSTC-nin məhsuldar fəaliyyəti üçün lazım olan infrastruktur bazası artıq mövcuddur. Sadəcə mövcud infrastrukturu bir qədər genişləndirməklə təkmilləşdirmək lazımdır ki, hazırda ölkəmizdə həm İran, həm Rusiya, həm də Gürcüstan istiqamətində müvafiq işlər aparılır.

Daha ətraflı: https://cssc.az/az/view/2/53
👍21
Paşinyanın həddi...

Azərbaycan və Ermənistan arasında aparılan danışıqların gündəliyində əsas mövzular və bu mövzular üzrə Bakının ədalətli şərtləri artıq müəyyənləşib. Məhz həmin şərtlər həyata keçirildikdən sonra danışıqlarda fərqli mövzulara dair irəliləyiş əldə edilir. Əsas mövzu və şərtləri qeyd edək:

Sülh müqaviləsi üzrə – Ermənistanın Konstitusiyasına və qanunvericiliyinə dəyişikliklər;
Sərhədin müəyyənləşdirilməsi üzrə – dörd kəndin azad edilməsi və sərhədin digər hissələrinə keçid;
Kommunikasiyaların açılması üzrə – Zəngəzur dəhlizinin maneəsizliyi və təhlükəsizliyə beynəlxalq nəzarət.

Əgər Ermənistan baş nazirinin bəyanatlarına və fəaliyyətlərinə nəzər salsaq, belə nəticəyə gəlmək olar ki, Paşinyan sülh müqaviləsi və sərhədin müəyyənləşdirilməsində irəliləyişin əleyhinə deyil. Lakin Zəngəzur dəhlizinin maneəsizliyi onu qəti qane etmir. Özü də bu, həm Ermənistan hökuməti, həm də İrəvanın xarici himayədarlarının mövqeyidir.

İlin əvvəlindən Konstitusiyanın dəyişdirilməsi və sərhədin müəyyənləşdirilməsi prosesinə başlamaq üçün dörd kəndin azad edilməsi mövzuları Ermənistan ictimaiyyətinin müzakirəsinə çıxarılıb. Bununla belə, Paşinyan Konstitusiya ilə bağlı referendum mövzusundan imtina edərək, dörd kəndin azad edilməsilə razılaşmağa qərar verib. Görünür, baş nazir hal-hazırda mümkün olanı edir.

Güman ki, Paşinyan bunu öz imkanlarının həddini anlamaq üçün edib. Dörd kəndin qaytarılması parlament müxalifəti və kilsənin təşkil etdiyi etirazlara səbəb olub. Lakin bu etirazlar hələlik bu kəndlərin özlərində lokallaşdırılıb, baxmayaraq ki, etirazları Ermənistanın başqa şəhərlərinə və paytaxtına yaymaq cəhdləri var. İndi biz Paşinyanın etirazları yatırmaq üçün dövlət aparatının imkanlarından necə yararlandığını müşahidə edirik. O, özünə sadiq olan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələrindən istifadə edir, həmçinin sədaqətli İstintaq Komitəsi tərəfindən etirazçılara qoşulan hərbçilərə qarşı cinayət işləri açılır. Beləliklə də, dörd kəndin qaytarılması və bu qərar sonrası baş qaldıran etirazların yatırılması Paşinyanın legitimliyini şübhə altına almır. O, bütün gücündən istifadə edir və bu normaldır.

Lakin Azərbaycanın sonrakı ədalətli şərtlərini həyata keçirmək üçün Ermənistanın baş naziri referendum keçirməli olacaq. Referendumun nəticələri isə gözlənilməz ola və Paşinyanın legitimliyinə şübhə yarada bilər.

Beləliklə, biz belə qənaətə gəlirik ki, Paşinyan yaxın gələcəkdə referenduma getməyəcək və nəticəsi onun hakimiyyəti üçün risklər yarada biləcək addımlar atmayacaq. İstər Qərbdəki, istərsə də cənubdakı himayədarları da ona belə addımlardan yayınmağı məsləhət görürlər.

Paşinyan nə edə, nəyi bacara bilər?

Qazax istiqamətində delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra Paşinyanın ata biləcəyi yeğanə addım Ermənistan Ali Şurasının 1992-ci il qərarlarını ləğv etmək, Ermənistan Xarici İşlər Nazirliyinin sənədlərində düzəlişlər etməkdir. Məhkəmə iddiaların geri götürülməsi baş verməyəcək, çünki prosedur artıq başlayıb və onun dayandırılması üçün qarşılıqlı razılıq tələb olunur.

Hiss olunur ki, Paşinyan qərarların qəbulu prosesində legitimlik həddinə çatıb və öz hakimiyyətini riskə atmayacaq.

Lakin bir sual açıq olaraq qalır: Paşinyanın Ermənistandakı imkanlarının hədləri Bakı üçün kifayət edəcəkmi?!

Ehtimal etmək olar ki, Blinkenin Azərbaycan Prezidentinə son zəngi məhz bununla bağlı idi. Qərb Ermənistanda Paşinyana bu və ya digər formada zərər vura və onun hakimiyyətinin legitimliyinə şübhə yarada biləcək hər hansı seçki prosesinin keçirilməsində maraqlı deyil.

@cssc_cqtm
👍24
Gürcüstan üçün çətin sınaq

Gürcüstanda daxili gərginliyin artması fonunda ölkənin hakim partiyasının təsisçisi Bidzina İvanişvilinin açıqlamaları geniş rezonansa səbəb oldu. İctimaiyyət qarşısına nadir hallarda çıxan və bir qayda olaraq, öz mesajlarını digərləri vasitəsilə çatdıran siyasi lider bu dəfə birbaşa və sərt bəyanatlar səsləndirdi.

Keçmiş baş nazir “qlobal müharibə partiyası”nı Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq cəhdlərində ittiham etdi. O, Qərbin ölkə və regiondakı mənfi təsirlərindən danışsa da, Rusiyanın analoji fəaliyyətlərinə toxunmadı.

Konsensus pozuldu

Sirr deyil ki, 2012-ci ildə Tbilisidə İvanişvili hökumətinin qurulması Kreml və Qərb arasında əldə edilən konsensusun nəticəsi idi. Lakin Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istiqamətində atdığı addımlar bu ortaq məxrəcin pozulmasına gətirib çıxardı.

Moskvanın regionda ən geniş təsir dairəsinə malik olduğu ölkənin Ermənistan olduğunu nəzərə alsaq, Qərbin Rusiyanı bölgədən sıxışdırmaq prosesinə məhz Ermənistandan başlaması anlaşılandır. Lakin bu planların icrası üçün vacib olan logistik imkanlar yalnız Gürcüstan ərazisindədir.

Odur ki, Qərbin nəzərində, Tbilisi prosesin tərkib hissəsi olmalıdır. Aİ-nin geosiyasi məqsədləri rəhbər tutaraq Gürcüstana Birliyə namizədlik statusu verməsini həm də bu kontekstdə nəzərdən keçirmək lazımdır.

Tbilisinin təhlükəli vasitəçiliyi

Təsadüfi deyil ki, sözügedən statusun təqdim edilməsindən dərhal sonra Gürcüstan ərazisindən Qərb silahlarının ilk partiyası Ermənistana göndərildi. Başqa sözlə desək, Tbilisi “İrəvanın təhlükəsizliyinin diversifikasiyası” adı altında digər dövlətlərə qarşı öz ərazisindən istifadə edilməsinə icazə verdi.

Qərbin Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açması cədlərinə etiraz edən İvanişvili heç şübhəsiz ki, Ermənistanın öz ərazisində analoji planlarla razılaşdığını anlayır. Təcrübəli siyasətçi başa düşür ki, hazırda Cənubi Qafqazda Qərbin Kreml əleyhinə forpostu roluna başlıca namizəd məhz İrəvandır.

Belə şəraitdə, Gürcüstan hakimiyyətinin müəyyən qərarları onun tərəfdaşlarında, o cümlədən də Azərbaycanda haqlı suallar yaradır: Tbilisi Ermənistanda Rusiyaya qarşı ikinci cəbhənin açılmasında iştirak edəcəkmi? Bu baş verdiyi halda Rusiyanın reaksiyasını nəzərdən keçirirmi? Gürcüstan Ermənistanın qlobal güclərin mübarizə meydanına çevrilməsi işində vasitəçi olacaqmı?

Nəticə

Böyük dövlətlər arasında qlobal rəqabətin artması özünü dünyanın müxtəlif bölgələrində, o cümlədən də Cənubi Qafqazda büruzə verir. Hazırda Gürcüstanda baş verənlər məhz bu rəqabətin regional təzahürüdür. Aİ Gürcüstana Birlik üzvlüyünə namizəd statusu verməklə regiondakı daxili və xarici aktorları hərəkətə gətirdi.

İndi rəsmi Tbilisi çətin sınaq qarşısındadır. Bütün digər məsələlərlə yanaşı, ölkə rəhbərliyi anlamalıdır ki, Rusiyanın Ermənistandakı təsirinin zəiflədilməsi üçün vasitəçilik təkcə Gürcüstanda deyil, bütün regionda gərginliyi artırır. Xüsusilə də, Ukrayna müharibəsinin nəticələrinin hələ məlum olmadığı bir zamanda, belə addımlar ciddi nəticələri olan fəsadlar yarada bilər.

Azərbaycana gəlincə, ölkəmiz bölgədə hərarəti aşağı salmaq üçün əlindən gələni edir. Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması, Ermənistanla sərhədlərin delimitasiyası məhz bu nəticəyə xidmət edir. Lakin regonun taleyi təkcə Azərbaycandan asılı deyil.

@cssc_cqtm
👍24
Azərbaycanın Şərqi Avropa strategiyası

Şərqi Avropa ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasət kursunun mühüm istiqamətlərindən birini təşkil edir. Region ölkələrilə artan xətt üzrə inkişaf edən qarşılıqlı münasibətlərin əsasında bir sıra amillər dayanır:

- Ümumi tarix - keşmiş sosialist düşərgəsinə mənsubluq;
- Ortaq çağırışlar - kənardan müdaxilə imkanlarını və asılılıqları azaltmaqla suverenliyin möhkəmləndirilməsi;
- Praqmatik yanaşma - xarici əlaqələrin ideoloji prinsiplər üzərində deyil, milli maraqlar əsasında qurulması.

Azərbaycanın Şərqi Avropa ölkələrilə münasibətləri çoxşaxəli xarakteri ilə seçilir. Tərəflər arasında iqtisadiyyatla yanaşı, siyasi əməkdaşlıq və hərbi-təhlükəsizlik sahəsində də işbirliyi mövcuddur.

İqtisadi tərəfdaşlıq

Azərbaycanın enerji daşıyıcılarının tədarükçüləri sırasında Şərqi Avropa ölkələri xüsusi çəkiyə malikdir. Yunanıstan, Xorvatiya, Rumıniya və Çexiya kimi bölgə ölkələri Bakı neftinin alıcıları siyahısındadır. Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması və regional qaz interkonnektorlarının qurulması sayəsində hazırda Şərqi Avropanın beş ölkəsi - Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya Azərbaycandan mavi yanacaq nəql edir.

Slovakiya və Albaniya ilə də qazın tədarükü üzrə danışıqlar aparılır, həmçinin yaxın illərdə mövcud alıcılar üçün tədarük həcminin artırılması nəzərdə tutulur. Rəsmi Bakı region ölkələrinin enerji mənbələrinin şaxələndirilməsi istiqamətindəki səylərini dəstəkləməklə yanaşı, investisiyalar və təcrübə mübadiləsi vasitəsilə bu ölkələrin müasir daxili enerji infrastrukturunun formalaşdırılmasında yaxından iştirak edir.

Bununla yanaşı, Azərbaycanla Şərqi Avropa dövlətləri arasında yaşıl enerji sahəsində də birgə işlər aparılır. Qara dənizin dibi ilə çəkilən 1,2 min kilometrlik kabel vasitəsilə Azərbaycanda əldə edilən elektrik enerjisinin Macarıstan, Rumıniya və Bolqarıstan kimi ölkələrə nəqli planlaşdırılır.

Siyasi və hərbi əməkdaşlıq

Ərazi bütövlüyü, suverenlik problemləri, eləcə də təhükəsizlik təhdidləri kimi ortaq məsələlər Şərqi Avropa ölkələrilə Azərbaycan arasındakı siyasi və hərbi əməkdaşlığı şərtləndirir. Bölgə dövlətləri Avropa və beynəlxalq strukturlarda Azərbaycana qarşı həmlələrin zərərsizləşdirilməsi işinə əhəmiyyətli töhfələr verir. Bugünlərdə Slovakiya və Bolqarıstanın rəsmi Bakının strateji tərəfdaşı olan Şərqi Avropa dövlətləri (Macarıstan, Xorvatiya, Bosniya və Herseqovina, Rumıniya, Serbiya) sırasına qoşulması məhz maraqların uzlaşması sayəsində mümkün olub.

Müdafiə və təhlükəsizlik sahəsində Azərbaycanla region ölkələri arasındakı əməkdaşlıq fəaliyyəti genişlənməkdədir. Son olaraq Slovakiya ilə müdafiə və hərbi-texniki sahələrdə əməkdaşlığa dair sazişlər, xüsusən də birgə silah istehsalı üzrə razılaşma bunu deməyə əsas verir. Həmçinin, Serbiyadan 48 ədəd 155 mm-lik “Nora B52” özüyeriyən haubitsasının alınmasına dair müqavilənin imzalanması, Çexiyadan 70 ədəd 155 mm/L45 DITA haubitsasının tədarükünə dair yayılan xəbərlər Şərqi Avropa ölkələrinin Azərbaycanın hərbi təchizatındakı mühüm rolunun göstəricisidir.

Nəticə

Beləliklə də, hazırda rəsmi Bakı Şərqi Avropa dövlətlərilə əlaqələrini müxtəlif sahələr üzrə inkişaf etdirməyə çalışır. Azərbaycan üçün sözügedən region təkcə sabit enerji bazarı olmaqla yanaşı, həm də təhlükəsizliyin təminatı baxımından tədricən daha mühüm rol oynayır.

Azərbaycanla Şərqi Avropa ölkələri arasında logistika sahəsində də geniş əməkdaşlıq perspektivləri mövcuddur. Belə ki, açıq dənizlərə çıxışı olmayan Azərbaycan üçün Qara, Egey, Adriatik və Aralıq dənizləri sahilindəki ölkələrlə dayanıqlı əlaqələrin qurulması ixrac və tranzit imkanlarının artırılması baxımından vacibdir.

Bununla yanaşı, Şərqi Avropa dövlətləri Qərbdəki bəzi qonşularından fərqli olaraq Azərbaycanın haqlı mövqeyinə hörmətlə yanaşır, qayğı və narahatlıqlarını anlayışla qarşılayır, Bakı ilə münasibətlərdə üstün deyil, bərabər hüquqlu tərəfdaş kimi çıxış edirlər. Odur ki, Avropanın məhz bu qismi ilə əməkdaşlıq Azərbaycanın maraqlarına daha uyğundur.

@cssc_cqtm
👍20
Moskva görüşü və Ermənistandakı etirazlar nəyi göstərir?

Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ali Şurasının Moskvada keçirilən iclasından sonra belə qənaətə gəlmək olar ki, Aİİ Ermənistanı tərk etmir. Bu ölkənin baş naziri tədbirdəki çıxışında ittifaq çərçivəsində ticarət dövriyyəsinin artımını qeyd edib və hələ də vahid enerji bazarının olmamasından şikayətlənib.

Aydındır ki, Ermənistan kimi ölkələr enerji resurslarının alınmasında və emalında daha böyük güzəştlərə və üstünlüklərə can atır. Lakin Rusiya öz enerji rıçaqlarını itirmək istəmir. Vahid bazar hamı üçün standart qiymətləri nəzərdə tutur. Bu isə o deməkdir ki, Rusiya rəhbərliyi indiki kimi Aİİ ölkələri üçün qaz və neftin qiymətini öz mülahizələrinə uyğun dəyişə bilməyəcək.

Putin - Paşinyan görüşü

Paşinyan yönümlü sosial şəbəkə səhifələrində yayılan məlumatlara görə, baş nazir iclasdan sonra Putinlə baş tutan təkbətək danışıqlarda “Zvartnots” hava limanı və Azərbaycanla şərti sərhəddə, habelə 2021-ci ildə “şifahi razılaşmalar” əsasında özünün təqdim etdiyi Zəngəzur dəhlizi boyu yerləşmə məntəqələrindəki Rusiya sərhədçiləri mövzusunu qaldırıb.

Əgər bu məlumatlar həqiqətə uyğundursa, Rusiya sərhədin delimitasiyası və demarkasiyası prosesində ən azı hansısa formada iştirak etmək ümidini itirir, eləcə də Kremlin Zəngəzur dəhlizinə nəzarətdə iştirakına yenidən baxılması üçün zəmin yaranır.

Bugünkü Rusiya üçün ən vacib şərt Ermənistanın əsas qırmızı xətləri keçməməsidir. Ermənistanın KTMT-dən, MDB-dən, Aİİ-dən, Gümrüdəki hərbi baza ilə Türkiyə və İran sərhədlərinin mühafizəsi üzrə ikitərəfli sazişlərdən çıxması bu xətlərin keçilməsi sayılacaq. Hazırda Paşinyan getdikcə qırmızı xətlərə yaxınlaşır. Bunu ölkədəki etirazların kütləviliyi və miqyası da sübut edir.

Ermənistandakı etirazlar

Sərhədin müəyyənləşdirilməsi prosesinin başlaması müxalifətin və kilsənin son şansı, ölkədəki rusiyapərəst qüvvələrin maksimum konsolidasiyası, revanşist qüvvələrin son zərbəsidir. Çünki proseslərin gedişi sürətlənmə nümayiş etdirir ki, bu zaman sülh gündəmi irəlilədikcə yalnız yeni nailiyyətlər əldə edəcək. Ermənistanda hakimiyyət kifayət qədər güclüdür və güc tətbiq etməklə qanunsuz hərəkətləri boğmaq üçün Qərbdən tam dəstəyə malikdir.

İrəvan administrasiyası legitimdir və Paşinyan istefaya getməyəcək. Müxalifətin deputat mandatları ilə manipulyasiyası da heç bir nəticə verməyəcək. Qərb Paşinyanın arxasındadır və parlament müxalifətsiz qalsa belə buna göz yumacaq. Paşinyan növbədənkənar seçki keçirməyəcək.

Baş nazir üçün əsas məsələ onun partiyasının deputat korpusunun loyallığını qorumaqdır ki, bunu da müxalifətin bütün hakimiyyət tərəfdarlarını dar ağacı ilə hədələməsi təmin edir. Müxalifət öz kəskin ritorikası ilə hakim fraksiyada parçalanma ehtimalını təxirə salır.

Mümkün nəticələr

Təbii ki, etirazlar danışıqlar prosesinə mənfi təsir göstərəcək. Lakin ən maraqlısı odur ki, bu vəziyyətdə əvvəllər bizə mane olan, indi kömək edə bilər. Bu, Qərbdir. Qərb Paşinyana kömək etmək üçün indi birləşməlidir. Belə ki, Qərbin Ermənistandakı aktivləri institusional deyil, yalnız Paşinyanın özüdür.

Sabah elə həmin Srbazan Koçaryanın köməyi ilə hakimiyyətə gəlsə, Ermənistanın yeni hakimiyyəti sadəcə olaraq KTMT-də iştirakını bərpa edəcək və siyahı üzrə digər addımları atacaq. Çünki Paşinyan əslində heç bir təşkilat və ya sazişdən çıxmayıb.

Əlbəttə ki, hazırda Ermənistanda Paşinyanın hakimiyyətdə qalması regional sülh prosesi üçün daha faydalıdır. Günümüzdə elə bir vəziyyət yaranıb ki, Azərbaycan və Ermənistan hakimiyyətinin milli maraqlara uyğun hərəkətləri regionun ümumi mənzərəsinin formalaşdırılmasında bir-birini tamamlayır.

Yeri gəlmişkən, bəs Fransa bu mənzərənin harasındadır? Hətta Ermənistanın öz daxilində belə Parisin yeri müəmmalıdır. Ermənistandakı kütləvi etirazlar sonrası Fransanın sevimlisi olan daşnakların təzyiqlərə məruz qalması, liderlərinin həbsi, hətta partiyanın Ermənistanda fəaliyyətinin qadağan edilməsi mümkündür. İstənilən halda, hadisələrin hansı ssenari üzrə cərəyan edəcəyini zaman göstərəcək.

@cssc_cqtm
👍18
Cənubi Qafqaz yol ayrıcında...

Regionda baş verən prosesləri anlamaq üçün regiondankənar (xarici aktorlar) və regiondaxili (ölkələrin mövqeləri) dinamikanı nəzərdən keçirmək lazımdır.

Üç il ərzində (noyabr 2020 – dekabr 2023) xarici aktorlar regiona uyğunlaşaraq öz resurslarını və baxışlarını formalaşdırırdılar. 2023-cü ilin dekabrından Azərbaycan və Ermənistan liderləri administrasiyalarının ikitərəfli bəyanatından sonra məlum oldu ki, yeni vəziyyət yaranıb və buna müvafiq addımlar atılmalıdır.

ABŞ və Aİ-nin təmsil etdiyi Qərb hərəkətə keçdi:

- Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verildi;
- İqtisadi tərəfdaşlığın dərinləşdirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın sistemli şəkildə başlanması məqsədi ilə 5 apreldə ABŞ/Aİ-Ermənistan sammiti təşkil edildi;
- Vaşinqton və Brüssel danışıqlar platformalarının uğursuzluğundan sonra ABŞ və Aİ öz mövqelərini bərpa etmək üçün hər cür səy göstərdilər, amma nəticəsiz qaldı. Belə vəziyyətdə Almaniya köməyə gəlməklə Fransanın təsirini minimuma endirdi və Berlində ikitərəfli görüş baş tutdu.

Rusiya reaksiya verir

Rusiyanın manevri praqmatikdir. Əgər Qərb Gürcüstan-Ermənistan tandemini prioritet seçdisə, Moskva praqmatik addım atdı və sülhməramlılarını Azərbaycandan çıxardı. Paralel olaraq, Putinlə Paşinyanın görüşündən sonra Azərbaycan-Ermənistanın şərti sərhədi və Zəngəzur dəhlizi boyunca Rusiya sərhədçilərinin geri çəkilməsinə qərar verildi. Bununla da Rusiya 44 günlük müharibədən sonra bölgədə peyda olan qoşunlarını geri çəkməyi qərara aldı. Moskva Azərbaycan və Ermənistan rəhbərliyinə güzəştə getdi, 2020-ci il müharibəsindən sonra əldə etdiyi üstünlüklərdən imtina etdi, lakin ilkin mövqelərini itirmədi. Belə ki, hər şeyə rəğmən Ermənistan KTMT-nin üzvüdür, Aİİ çərçivəsində əlaqələr daha da möhkəmlənir, Paşinyan Rusiya qüvvələrinin Gümrüdəki hərbi bazadan, eləcə də Ermənistanın İran və Türkiyə ilə sərhədlərindən çıxarılması məsələsini qaldırmır.

Bir sözlə, regiondakı xarici oyunçular arasında rəqabət region ölkələrinin onlara verdiyi imkanlardan irəli gəlir.

Bölgədəki ölkələr

Gürcüstanda regiondakı ümumi vəziyyətə təsir edəcək hadisələr cərəyan edir. Tbilisi 44 günlük müharibənin nəticələrinin (Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə normallaşması, kommunikasiyaların açılması) həyata keçirilməsindən uzun müddət kənarda qala bilmədi. Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi regionda Qərb oxunun yaradılmasında maraqlı olmayan xarici aktorları hərəkətə gətirdi. Bununla yanaşı, ölkənin hakim partiyası yaranmış vəziyyətdən istifadə etməyə çalışır. Azərbaycan üçün Gürcüstanın proqnozlaşdırıla bilən, müstəqil və subyektiv olması vacibdir.

Ötən əsrin 90-cı illərinin əvvəllərindən Rusiyanın regionda mövcudluğu üçün şərait yaradan Ermənistan tarixin bu mərhələsində Qərbin öz geosiyasi məqsədlərini həyata keçirməsinə imkan verir. Lakin reallıq budur ki, Ermənistan üçün Rusiyadan imtina etmək iqtisadiyyatda böyük problemlərə səbəb ola bilər. Ermənistan rəhbərliyi Rusiyanın regiondakı maraqlarını tanımağa, subyektivliyini artırmaq üçün öz resurslarını yaratmağa məcburdur.

Azərbaycan xarici aktorlar və qonşularla öz münasibətlər sistemini qurub. Ölkə daxilində məsələləri tam şəkildə həll edən Bakının hazırkı mərhələdə əsas məqsədi region ətrafında geosiyasi gərginliyi azaltmaq, sabit mühit yaratmaq və bölgə dövlətləri arasında regional yanaşmanı inkişaf etdirməkdir.

İlin sonuna qədər hadisələrin gedişatına aşağıdakı amillər təsir edəcək: İyunda Avropa Parlamentinə, oktyabrda Gürcüstanda, noyabrda ABŞ-da keçiriləcək seçkilər, eləcə də Ukraynada müharibənin dinamikası.

Region ölkələri qarşıdurma məkanına çevrilməmək və bir-birinə qarşı istifadə edilməmək üçün ümumi baxış formalaşdırmalıdır. Bakı və İrəvan Gürcüstandakı siyasi vəziyyəti diqqətlə izləyir. Bu, razılaşdırılmış mövqenin inkişafını sürətləndirmək üçün ciddi siqnaldır.

Məhz üçlük formatı hazırki dövrün trendinə çevrilməlidir və yalnız bundan sonra üç+ formatlarını işə salmaq olar.

@cssc_cqtm
👍19
İran-İsrail qarşıdurması: Son eskalasiyanın nəticələri barədə...

Aprelin 1-də iranlı general Məhəmməd Rza Zahedi və İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Qüvvələrinin xüsusi təyinatlılarının bir neçə yüksək rütbəli zabiti İsrailin hava zərbələri nəticəsində məhv edildi. Bununla da Təl-Əviv İranla qarşıdurmanın səviyyəsini daha da yüksəltdi.

İran tərəfi demək olar ki, dərhal hücumun cavabsız qalmayacağını bildirdi və bu cavabın ağır olacağı barədə xəbərdarlıq etdi.

İsrailə nəyə görə əlavə eskalasiya lazım idi?

İsrailin bu addımını həm xarici siyasətdə hazırda ölkənin qarşısında duran hədəflər, həm də sırf Netanyahu hökumətinin maraqları zəruri edirdi. Həmin məqamları aşağıdakı kimi ümumiləşdirmək olar:

- İsrailə görə, məhz Zahidi “uzun illərdir ki, İİKK-nın və Qüds Qüvvələrinin Suriya və Livanda etdiyi hər şeyə cavabdeh” idi.

- İİKK zabitlərinə göstərmək lazım idi ki, onlar hətta İran ərazisində belə təhlükəsizlik və toxunulmazlıq zonasında ola bilməyəcəklər.

- İsrail İrana başa salmaq istədi ki, Təl-Əviv Tehranın “proksi oyununu” qəbul etməyəcək və İranda İsrail ilə bağlı qərar qəbul edənlər şəxsi məsuliyyət daşıyacaqlar.

- İsrailin hərəkəti münaqişənin qəsdən genişləndirilməsinə hesablanmışdı. Təl-Əviv ümid edirdi ki, müharibənin coğrafi baxımdan genişləndirilməsi ABŞ və digər Qərb müttəfiqlərini aktiv əməliyyatlara qoşulmağa məcbur edə bilər.

- Davam edən müharibə Benyamin Netanyahuya hökumətini hakimiyyətdə saxlamağa və Baş nazir vəzifəsində qalmağa imkan verir.

- İsrail bu eskalasiya ilə İsrail İranın nüvə obyektlərinə zərbəni legitimləşdirmək məqsədinə nail olmağa çalışdı və bu legitmliyi təkcə Qərbdən deyil, həm də ərəb ölkələrindən ala bildi.

Müxtəlif tərəflər, fərqli mövqelər

İranın İsrailə cavab zərbəsinin nəticələri sonuncu üçün paradoksal oldu. Belə ki, Təl-Əviv zərbənin qarşısını mükəmməl şəkildə almaqla qisas üçün daha az legitimlik əldə etdi. Hücum nəticəsində İsrailə dəyən ziyan cüzi oldu. İrana cavabın necə olacağına İsrailin müharibə kabineti qərar vermədi. Cavab tədbirləri üçün bir neçə mümkün ssenari amerikalılarla razılaşdırılaraq müzakirə edildi. Belə hesab edilir ki, İsrailin İrana daha böyük zərbə vurmaqla bağlı təhdidləri Qəzzada daha geniş fəaliyyət azadlığı əldə etmək üçün Netanyahu hökuməti tərəfindən Qərbə qarşı şantaj kimi istifadə olundu.

ABŞ hakimiyyəti hesab edir ki, Qəzzada hərbi əməliyyatlar başa çatdıqdan sonra oktyabrın 7-dən əvvəl mövcud olan vəziyyətə qayıtmaq mümkün olmayacaq. Hərbi həll yolu ilə yanaşı, Qəzza probleminin siyasi həlli də zəruri olacaq. Çünki siyasi həll olmadan artıq təhlükəsizlik həlli də mümkünsüz görünür.

Hazırda bir çox Qərb tərəfdaşları bəyan edirlər ki, ABŞ balanssız hərəkət edir, İsraili çox dəstəkləyir, ona həddindən artıq manevr azadlığı verir.

İran rəhbərliyi hesab edir ki, Amerika donanmasını regiona gətirən 7 oktyabr hadisələri ABŞ-ın Yaxın Şərq işlərinə müdaxiləsini artırdı və hazırda İranın regional strategiyasına maneədir. Rəylərini aldığımız İsrailli ekspertlər iddia edirlər ki, bu yaxınlara qədər Tehran Rusiya və Ukrayna, Ermənistan və Azərbaycan, İran və İsrail qarşıdurmalarını bir araya gətirməyə çalışırdı. Lakin sentyabrın 19-da Azərbaycanın uğurlu və ildırımsürətli hərbi əməliyyatları, oktyabrın 7-də isə HƏMAS-ın uğursuz hücumu, ABŞ tərəfindən hərbi qüvvələrin bölgəyə yeridilməsi - bütün bunlar İran rejiminin planlarını xeyli dəyişdi. Hazırda Tehran qəti şəkildə gərginliyin artmasını istəmir.

Rusiyaya gəlincə, təmasda olduğumuz israilli ekspertlər iddia edirlər ki, Kreml hazırda İrana çox ehtiyacı olduğundan İsrail əleyhinə açıqlamalar verir, lakin eyni zamanda Təl-Əvivi belə yanaşmasının müvəqqəti olduğuna inandırmağa çalışır. Öz növbəsində, Netanyahu hökuməti də Moskvanı qəzəbləndirməməyə və bu istiqamətdə vəziyyəti daha da gərginləşdirməməyə səy göstərir.

Mövzu ilə bağlı daha ətraflı: https://cssc.az/az/view/2/54/
👍15
Azərbaycanın strateji balansı

Azərbaycan nümunəsində strateji balans anlayışını aşağıdakı kimi xarakterizə etmək olar: Bir tərəfdən təsir altına düşməmək şərtilə, digər tərəfdən isə bərabərhüquqlu və qarşılıqlı faydalı əlaqələr yaratmaqla beynəlxalq münasibətlərin əsas aktorları ilə strateji münasibətlərin qurulması.

Müasir ağ-qara dünyada bu, çox çətin bir işdir və müəyyən şərtlərin olmasını tələb edir: Milli maraqların düzgün formalaşdırılması, resursları və milli maraqları müdafiə etmək bacarığı, cəmiyyətin milli məqsədlər ətrafında konsolidasiyası və daxili siyasətə təsir etməklə ölkənin xarici siyasətinin korrektə edilməsinin mümkünsüzlüyü.

Gəlin son bir neçə ayın praktiki nümunələrindən istifadə edərək bu nəzəriyyəni anlamağa çalışaq.

Azərbaycanın xarici siyasətinin həyata keçirildiyi şəraitin necə mürəkkəb olduğunu anlamaq üçün 44 günlük müharibədən sonra Bakının gündəliyinin reallaşdırılmasına qarşı çıxan xarici aktorların əks həmlələrinə nəzər salmaq kifayətdir. 2023-cü ilin sentyabrına qədər bütün bu həmlələr həm diplomatik müstəvidə, həm də yerdə baş verib.

Bəs indi vəziyyət necədir?

Qarabağda Rusiya Sülhməramlı Kontingenti yoxdur.
Özü də bu, Bakı ilə Moskva arasında münasibətlərin korlanmasına səbəb olmadı, əksinə, nəqliyyat layihələrinin həyata keçirilməsində daha sıx əməkdaşlığa zəmin yaratdı.

Ermənistanın rəsmi müttəfiqləri (Rusiya, Belarus) və faktiki himayədarları (ABŞ-ın Azərbaycandakı səfiri) Qarabağa səfər edirlər və bu, artıq adi hala çevrilir.

Uzun fasilədən sonra Azərbaycan və İran prezidentləri sərhəddə, birgə layihənin açılış mərasimində görüşüblər. İndi İran yalnız Ermənistanda kommunikasiyaların açılmasının qarşısını ala bilər. Hətta orada da İran tərəfindən dəstəklənən Srbazanın etiraz hərəkatı mənasız bir aksiyaya çevrilir. İranın prezidenti və XİN rəhbərinin ölümündən sonra isə Tehranın xarici aktivliyində yeni dövlət başçısı seçilənə qədər fasilə yaranacaq.

Azərbaycan və Çinin yüksək rütbəli nümayəndələrinin getdikcə daha mütəmadi xarakter alan səfərləri nümayiş etdirir ki, tərəflər münasibətlərin səviyyəsini yüksəltməyə hazırlaşırlar. Məntiqlə bunu Azərbaycan və Çin liderləri üzbəüz görüşdə rəsmiləşdirməlidirlər.

Qərblə münasibətlər

Ən çox təlatüm məhz bu istiqamətində olub. Makron Fransası aparıcı rol oynadığı bütün təşkilatlarda Azərbaycan əleyhinə fəaliyyətlərin təşəbbüskarı kimi çıxış edib. Həmin təşkilatların siyahısı isə kifayət qədər sanballıdır: BMT Təhlükəsizlik Şurası, Aİ, Avropa Parlamenti, ATƏT, Frankofoniya... Paris Azərbaycanı və şəxsən Prezident İlham Əliyevi marginallaşdırmaq üçün çox böyük işlər görüb.

Lakin bu işlərin nəticəsi nə oldu?

Avropa Parlamentinin bir-iki qətnaməsi, Avropa İttifaqının əksər ölkələrinin Azərbaycanla münasibətlərdə komissar Borrelə məhəl qoymaması, Azərbaycan nümayəndə heyətinin AŞPA-dan getməsi... Bu qədər!

Fransanın cəhdlərinə baxmayaraq, Azərbaycan strateji münasibətlərə malik olduğu Aİ ölkələrinin sayını artırır (10). Azərbaycan Prezidenti bu il iki dəfə Almaniyaya səfər edib, Böyük Britaniya və İtaliya ilə əlaqələr adi templə inkişaf edir, Aİ ilə kabel layihəsinin praktiki icrasına başlanır, qaz tədarükü artır.

Tezliklə gözlənilən Aİ-Mərkəzi Asiya sammiti, bir qayda olaraq, Azərbaycanın da iştirakını nəzərdə tutur.

Azərbaycanla ABŞ arasındakı münasibətlərdə eniş-yoxuşlar adi haldır. Lakin bu dəfəki enişin dərinliyi kəskin konflikt təəssüratı yaratdı. Hərçənd, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ABŞ-a səfəri və keçirilən görüşlərin səviyyəsi onu göstərir ki, bu ölkədəki prezident seçkiləri öncəsi qarşılıqlı münasibətlər ən azı “business as usual” çərçivəsində olacaq və gələcəkdə onlar strateji səviyyəyə qaytarıla bilər. Bu, Azərbaycan Prezidenti köməkçisinin verdiyi mesajları Vaşinqtonun necə qavramasından asılı olacaq.

Və nəhayət, COP 29-un ölkəmizdə keçirilməsi o deməkdir ki, növbəti bir neçə il ərzində qlobal iqlim gündəmi məhz Bakıda formalaşır.

Sonda daha bir vacib məqam: Strateji balansın bütün bu sahələri bir-birini istisna etmir.

@cssc_cqtm
👍21
Zərif niyə ABŞ-ı günahlandırdı?

İranın sabiq xarici işlər naziri Cavad Zərif bəyan edib ki, ABŞ helikopterlərin ehtiyat hissələrinin satışını qadağan etdiyinə görə, İran prezidentinin ölümündə bu ölkə günahkardır. Belə ki, İbrahim Rəisi məhz ABŞ istehsalı olan “Bell 212” helikopteri ilə qəzaya uğrayıb.

Zərifin bu açıqlaması ilə öz seçki kampaniyasına başladığını deyə bilərik.

Mərhum prezident Rəisidən ən böyük zərərçəkən elə keçmiş xarici işlər nazirinin özüdür. Son prezident seçkilərində məhz Zərif zəifləmiş islahatçı qanaddan namizəd olmalı idi. Lakin onun danışıqlarının mətbuata sızması, eləcə də yuxarı dairələrin seçkilərdə iştirakına qadağa qoyması diplomatın öz namizədliyini irəli sürməsini mümkünsüz etdi.

Prezidentliyə namizədlərin seçilməsində bu və ya digər namizədin komandasının ABŞ ilə dialoq apara bilməsi bacarığı vacib rol oynayır. Zərifin xarici işlər naziri olduğu Ruhani kabineti ABŞ-da Obamanın prezidentliyi dövrünə təsadüf etdi. Məhz o zaman nüvə razılaşması əldə olundu və Tehranla Vaşinqton arasında münasibətlər istiləşdi.

Bununla belə, Trampın seçilməsi və ABŞ-ın sazişdən birtərəfli qaydada çıxması, İrana qarşı sanksiyaların sərtləşdirilməsi Ruhaninin nüfuzuna zərbə vurdu. Nəticədə daxildə radikal mühafizəkarlar qalib gəldi və Rəisi namizəd oldu. O zaman daxili diskursda əsas tezis Ruhaninin ABŞ-la danışıqlarda İranın maraqlarını müdafiə edə bilməməsi idi.

Qayıdaq Zərifin açıqlamasına. Onun iki ünvanı var.

- Birinci ünvan Ali Lider Xamneyidir. Mesaj ondan ibarətdir ki, Qərblə, xüsusən də ABŞ-la münasibətlərin gərginləşməsinin davam etməsi bu cür fəlakətlərə gətirib çıxarır və mövqe dəyişdirilməlidir. Bunu isə Birləşmiş Ştatlarla danışıqlar üzrə böyük təcrübəyə malik Zərif edə bilər.

- İkinci ünvan ABŞ-dır. Zərif Vaşinqtona aydın şəkildə bildirir ki, İranla qarşıdurmanın davam etməsi İslam Respublikasında radikal mühafizəkarların güclənməsi ilə nəticələnir və bu, prosesləri daha da gərginləşdirir.

Zərifin cəhdi başa düşüləndir. Prezident seçkiləri iyunun sonundadır və Ali Rəhbər İran vətəndaşlarının səs verəcəyi prezidentliyə namizədlərin siyahısını təsdiqləməlidir. Zərifin bugünki iddiası isə prezidentliyə namizəd olmaq üçün icazə almaqdır.

@cssc_cqtm
👍27👎1
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas Sual” verilişində “Rəisidən sonrakı İran, Paşinyandan sülh açıqlamaları” kimi mövzularla bağlı fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=Nj1gNYXJd6M
👍11
Aİ-Çin münasibətləri: Əməkdaşlıq, rəqabət, yoxsa qarşıdurma? (I hissə)

Hazırda beynəlxalq münasibətlər sahəsində Çin ətrafında gedən müzakirələrdə daha çox ABŞ-Çin rəqabəti və Rusiya-Çin əməkdaşlığı mövzuları diqqət mərkəzindədir. Lakin Aİ-Çin münasibətləri də öz əhəmiyyətinə görə ilk iki istiqamətdən geri qalmır və hətta gələcəkdə Vaşinqton-Pekin, Moskva-Pekin əlaqələri üçün müəyyənedici amillərdən biri kimi çıxış edir.

Aİ-Çin münasibətləri özünəməxsus dinamikaya və xüsusiyyətlərə malikdir. Bəzi akademik dairələrdə bu münasibətlər yeni çoxqütblü dünya nizamının formalaşdırılması üçün sınaq prosesi kimi səciyyələndirilir. Belə ki, Brüssel və Pekin arasındakı qarşılıqlı əlaqələrin ideoloji bazasını məhz hər iki tərəfin özünü çoxqütblü dünyanın fərqli mərkəzləri kimi qələmə verməsi təşkil edir.

Rəqəmlər nə deyir?

Çin ABŞ-dan sonra Aİ-nin ikinci ən böyük ticarət tərəfdaşıdır. Pandemiya və regional münaqişələr səbəbindən dünya ticarətindəki yavaşlamaya baxmayaraq, son 10 ildə (2013-2023) Aİ ilə Çin arasındakı ticarət dövriyyəsi demək olar ki, iki dəfə - 373 milyard avrodan 738 milyard avroyadək artıb. Özü də bu ticarətdə balans Şərq ölkəsinin xeyrinə dəyişib.

Belə ki, Aİ-nin Çinlə ticarət kəsiri 3 dəfəyə yaxın (104 milyarddan 291 milyardadək) çoxalıb.
Ötən ilin yekunlarına əsasən, Çin Aİ üçün ən böyük tədarükçü və Avropa mallarının üçüncü ən böyük alıcısı olub. Çin Aİ-nin idxalında 20.5%, ixracatında isə 8.8%-lik paya sahibdir.

Bərabərtərfli üçbucaq formulu

2019-cu ildə Aİ tərəfindən Çinə münasibətdə yeni yanaşma irəli sürülüb. Brüssel Pekinlə əlaqələrini üç əsas bənd üzrə inkişaf etdirməyə başlayıb:

- Dialoq üzrə əməkdaşlıq;
- İqtisadi rəqabət;
- Sistemlərarası qarşıdurma.


Avropalı rəsmilərinin bərabərtərfli üçbucaq formulu kimi təqdim etdiyi bu yanaşma onu göstərir ki, Aİ-Çin münasibətlərində həm iş birliyi, həm də fikir ayrılıqları mövcuddur.

Dialoq üzrə əməkdaşlıq prinsipinə əsasən, Aİ müəyyən sahələrdə Çini hələ də öz tərəfdaşı kimi qəbul edir. Bu, ilk növbədə ekologiya siyasəti, yaşıl enerjiyə keçid, qlobal iqlim məsələləri kimi mövzulardır. Qeyd edilən sahələrdə Brüssel və Pekin arasındakı qarşılıqlı əlaqalər və əməkdaşlıq inkişaf edir, Aİ və Çin bir-birini yaşıl gündəliyə sadiq tərəflər kimi nəzərdən keçirirlər. Təsadüfi deyil ki, həm avropalı, həm də çinli rəsmilər Aİ-Çin əməkdaşlığının rənginin yaşıl olduğunu bəyan edirlər. Bununla yanaşı, tərəflər terrorizmə qarşı mübarizə, qanunsuz miqrasiyaya qarşı tədbirlər üzrə də birgə səylər göstərirlər.

Aİ və Çin arasında iqtisadi rəqabət tədricən artır. Bu, ilk olaraq tərəflər arasındakı iqtisadi güc və ticarət balansının dəyişməsilə bağlıdır. Avrozona ilə müqayisədə yeni minillikdəki qlobal iqtisadi təlatümlərdən daha az zərər görən Çin əvvəlcə bir sıra Şərqi və Mərkəzi Avropa ölkələri üçün industrial donor olaraq çıxış etməyə başladı. Pekinin 2020-2025-ci illəri əhatə edən “Made in China” proqramı isə ölkənın sənaye və innovativ inkişafını daha yüksək mərhələyə qaldırdı, yeni bazarlara çıxış imkanlarını xeyli genişləndirdi. Hazırda Çin müəyyən iqtisadi və elmi-texniki sahələrdə Aİ ilə rəqbət aparmaq gücündədir. Beləliklə də, Brüssel Pekinlə əlaqələrdə artıq işgüzar təşəbbüsü əldən verir. Günümüzdə Çin Avropa ölkələrində daha əlverişli yatırım mühitindən istifadə edir, qarşılıqlı investisiyalar haqda sazişi isə hələ də razılaşdırmaq mümkün olmayıb.

Siyasi müstəvidə ötən onilliyin ortalarınadək Aİ və Çin yeni çoxqütblü dünya nizamının qurulmasında gələcək mərkəzlər olaraq, daha çox bu istiqamətdəki əməkdaşlığı önə çəkirdilər. Lakin geosiyasi mübarizənin kəskinləşməsi fonunda artıq gələcək nizamın necə olacağı ətrafında fikir ayrılıqları artmağa başladı. Hazırda rəsmi Brüsselin dünyanın gələcəyi ilə bağlı baxışlarının daha çox ABŞ-ın mövqeyi ilə üst-üstə düşdüyü məlumdur. Hərçənd, bunu Fransa kimi bir sıra Avropa ölkələrinə şamil etmək olmaz. Çinə gəlincə, rəsmi Pekinin bu məsələdə Moskva ilə nisbətən yaxın yanaşmaya malik olması göz önündədir.

@cssc_cqtm
👍14
Aİ-Çin münasibətləri: Əməkdaşlıq, rəqabət, yoxsa qarşıdurma? (II hissə)

Mayın əvvəllərində Aİ-Çin münasibətlərində əlamətdar hadisə baş verib. Çin sədri Si Cinpin Avropa turu çərçivəsində Fransa, Macarıstan və Serbiyaya səfər edib. Tədbirlər proqramının kifayət qədər geniş olması ilə yadda qalan bu səfər beş illik fasilədən sonra baş tutub. Bu illər ərzində isə tərəflər arasındakı ayırıcı xətlər daha da dərinləşib. Həmin xətləri aşağıdakı kimi təsvir etmək olar:

- Qərb və qeyri-Qərb. Burada tərəflər hələ də ikiqütblü dünya nizamı paradiqmasından çıxış edirlər. Aİ və Çinin Ukrayna münaqişəsinə dair mövqelərinə nəzər saldıqda, bu ayırıcı xətt daha aydın görünür. ABŞ və Aİ Çini Rusiya ilə əməkdaşlıqdan çəkinməyə çağırır. Lakin buna baxmayaraq, Pekinlə Moskva arasındakı işbirliyi getdikcə daha da dərinləşir. Belə şəraitdə Qərb və qeyri-Qərb arasındakı məsafə artır, Çin Rusiya ilə birgə mövcud dünya nizamını dəyişməkdə daha çox ittiham edilir ki, bu da Aİ ilə Çin arasında yeni siyasi-iqtisadi razılaşmaları mümkünsüz edir.

- Aİ qurumları və üzv ölkələr. İlk xətt əsasən Aİ tərəfindən qabardılırsa, ikinci xətt başlıca olaraq Çin tərəfindən formalaşdırılır. Pekin Aİ-nin ümumi institutlarında qeyri-Qərb ölkələrinə qarşı ayırıcı münasibəti sezdiyi üçün bu təsisatlarla əlaqələrini xeyli azaldıb. Çin Avropa ilə münasibətlərdə yuxarıdan aşağıya deyil, aşağıdan yuxarıya doğru hərəkəti seçib. Belə ki, hazırda Şərq nəhəngi birbaşa Brüssellə deyil, Paris və Budapeşt kimi Avropanın digər paytaxtları ilə əlaqələrə üstünlük verir. Əlbəttə ki, Macarıstanın, hətta Fransanın belə Aİ-nin “risklərin azaldılması” kimi ümumi yanaşmasını dəyişəcəyi real deyil. Amma Çin ümid edir ki, onun bir sıra Avropa ölkələrilə əlaqələri strateji xarakter alarsa, həmin ölkələr bu əlaqələri ümumavropa həmrəyliyinə qurban verməyəcəklər.

Qərbin Çin dilemması

ABŞ Çinlə münasibətlərdə “ayırma” (de-coupling) prinsipini irəli sürərək Pekini bütün fəaliyyət sahələri üzrə uzunmüddətli rəqib kimi görür. Aİ isə Çinlə əlaqələrini “risklərin azaldılması” (de-risking) konsepsiyası üzərində qurur. Brüssel Pekinlə mümkün sahələrdə qarşılıqlı əməkdaşlığı davam etdirməyə, bu əməkdaşlığı özü üçün daha təhlükəsiz etməyə, itkilərə məruz qalmadan mövcud işbirliyindən faydalanmağa çalışır. Çinlə bağlı fərqli yanaşmalar Aİ-yə üzv ölkələr arasında da özünü göstərir. Avropa dövlətlələrinin bir qismi Pekinlə münasibətlərdə məsafə saxlamağın tərəfdarı olsalar da, digər bir qismi əksinə, əməkdaşlığı daha da genişləndirməyin lehinədir.

Aİ-nin hədəfləri, Çinin məqsədləri

Aİ Çinlə münasibətlərdə ilk növbədə iqtisadi dividendlər əldə etməyi hədəfləyir. Həmçinin, Brüssel qlobal iqlim dəyişikliyi şəraitində ekoloji gündəm, eləcə də elmi-texnoloji inkişaf məsələlərində Çinlə əlaqələrdən faydalanmağa çalışır.

Çin üçün Aİ-nin öz strateji subyektliyini artırması çox vacibdir. Pekin Aİ-nin tam şəkildə ABŞ-ın təsiri altına düşməsini istəmir, Qərb düşərgəsində daxili ziddiyyətlərin və Çinlə əməkdaşlıq meyillərinin saxlanmasına çalışır. Belə ki, Şərq ölkəsinin sonrakı inkişafı üçün açıq Avropa bazarı, investisiya imkanları, Aİ-nin daha üstün elmi-texnoloji bazasından yararlanmaq imkanı vacibdir.

Səfərin nəticələri

Çin liderinin Avropaya səfəri, ilk olaraq Pekinin regiona böyük marağının göstəricisidir. Düzdür, bu səfərin ciddi qlobal nəticələrə səbəb olması mümkünsüz olsa da, o, Aİ-Çin münasibətlərində daha aktual elementləri və prioritetləri müəyyənləşdirmək üçün önəmli idi.

Çin sədrinin Paris, Belqrad və Budapeştdəki görüşləri bir daha təsdiq etdi ki, Pekin Aİ ilə strateji dialoq əvəzinə, hələ də kompromisə hazır olan ayrı-ayrı Avropa ölkələrilə əlaqələri tərcih edir.

Həmçinin, Si-Cinpinin Avropa turu Qərb və Aİ daxilindəki ziddiyyətləri bir daha üzə çıxardı, Aİ ilə Çin arasında əməkdaşlıq tendesiyalarının hələ də saxlanmasını təsdiqlədi. Bununla yanaşı, səfər ayırıcı xətlərin olduğu kimi qalmasını və onları aşmaq üçün tərəflərdən heç birinin ciddi təşəbbüs göstərməməsini nümayiş etdirdi.

@cssc_cqtm
👍12
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov ARB 24 telekanalının efirində gedən “Nə baş verir?” verilişində Ermənistan-Azərbaycan sülh prosesi və Ermənistan daxilində cərəyan edən proseslərlə bağlı fikirlərini bölüşüb.

Daha ətraflı: https://youtu.be/e3OvmIRiheI?si=E96ds_mUF5Y-OF1l
👍8
ABŞ seçkiləri: Həm ölkə, həm də dünya üçün tarixi sınaq

Ötən gün Manhetten məhkəməsi Donald Trampı ona qarşı açılmış cinayət işlərindən birində - biznes hesabatlarını saxtalaşdırmaqla bağlı 34 ittihamın hamısı üzrə təqsirli bildi. Bu ABŞ tarixində misli görünməmiş tarixi bir qərar idi.

Tramp təkcə cinayət törətməkdə təqsirli bilinən ilk keçmiş prezident deyil, o, həm də seçki kampaniyanın ortasında cinayət törətməkdə təqsirli bilinən ilk prezidentliyə əsas namizəd oldu. Tramp noyabrda prezident Baydenə qalib gəlsə, o, tarixdə məhkum edilmiş ilk prezident olacaq. Nəticə olaraq, noyabrda seçicilər bu qərarın və gözlənilən hökmün onun prezident olmasına mane olub-olmayacağına qərar verəcəklər.

Ümumilikdə, Tramp ona qarşı açılmış 4 cinayət işində 88 cinayət epizodu üzrə ittiham olunur. Bununla yanaşı Trampın ailə üzvləri, yaxınları və silahdaşlarına qarşı da müxtəlif ittihamlarla çoxsaylı cinayət işləri açılıb. Trampın tərəfdarları bu işlərin “dərin dövlət” tərəfindən keçmiş prezidenti məhv etmək üçün saxtakarlıqla quraşdırıldığına inanırlar.

Bu cinayət işləri ABŞ-ın dövlət institutlarına olan vətəndaş etimadını sarsıdır. Tarixən ABŞ-da siyasi görüşlərindən asılı olmayaraq, məhkəmə hakimiyyəti hər kəs tərəfindən ən ali ədalət instansiyası kimi qəbul edilib və onun siyasi mübarizə vasitəsi olması istisna edilib. Əvvəllər kiçik bir məhkəmə ittihamı belə ən populyar siyasi xadimin bütün gələcək karyerası darmadağın edib. İndi isə bütün cinayət işləri və ənənəvi liberal medianın Trampa hücumları əks reaksiya verir, tərəfdarlarını daha çox səfərbər edir, cəmiyyətdə qütbləşməni və radikallaşmanı daha da artırır.

Artıq ABŞ-ın dövlət institutları və təməl dəyərləri o qədər zədələnib ki, Tramp açıq şəkildə prezident seçiləcəyi təqdirdə “birinci gündən diktator olacağını” bəyan edir, amma bu çıxış onun reytinqinə heç də mənfi təsir etmir. Siyasi qruplar bir birinin daxili və xarici siyasətlərinin sadəcə səhv olduğunu göstərmirlər, bir birilərini milli maraqlara xəyanətdə ittiham edirlər.

Respublikaçılar da öz növbəsində qanunverici orqanda Baydenin İran üzrə xüsusi nümayəndəsi Robert Malleyin fəaliyyətinin dondurulmasını araşdırır. Keçən il Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Bürosu R.Malleyi məxfi sənədləri İrana ötürməsində şübhəli bilmişdi və FTX istintaqa başlamışdı.

ABŞ-da daxili və xarici siyasət məsələlərinə baxışda müxtəlif qruplar arasında qütbləşmənin artmasından və konsensusun tamamilə itməsindən azı 15 ildir ki, hamı danışır. Bu dəfə isə başqa yenilik də var. Bu, 2021-ci il yanvarında Kapitolidə baş verənlərlə bağlıdır.

İlk dəfədir ki, keçmiş ABŞ prezidenti mühüm demokratik prosesi, yəni seçkilərin təsdiqini və hakimiyyətin bir prezidentdən digərinə nizamlı və dinc şəkildə ötürülməsini dayandırmaq üçün öz tərəfdarlarına “xalq evinə” (Kapitoliyə) basqın etməyə çağırışda ittiham edilir. Həmin hadisələr demokratlar və Tramp əleyhdarları tərəfindən dövlət çevrilişinə cəhd kimi qiymətləndirilir.

Konqresdə yaradılmış “6 Yanvar Komitəsi” həmin hadisələri topladığı materiallar əsasında çevrilişə cəhd kimi dəyərləndirib. ABŞ baş prokurorunun təyin etdiyi xüsusi prokuror Trampı 2020-ci il seçkilərini ləğv etmək üçün sui-qəsddə günahlandırıb. Həmin prokuror Trampı Ağ Evi tərk etdikdən sonra ondan geri qaytarılması tələb edilən məxfi milli təhlükəsizlik sənədlərini evində qeyri-qanuni olaraq saxladığına görə də ittiham edib. Ştatların qanunverici orqanları, məhkəmələri və təyin olunmuş məmurları Trampı qiyamçı olduğu və beləliklə də Konstitusiyaya 14-cü düzəlişi pozması səbəbi ilə öz ştatlarında seçki bülletenlərindən kənarlaşdırmağa çalışırlar.

Beləliklə, bu seçkilərin nəticələri ABŞ-ın daxili sabitliyi və beynəlxalq münasibətlərdəki mövqeləri üçün tarixi bir sınaq olacaq. Seçkilərin beynəlxalq münasibətlərə mümkün təsirlərini növbəti postlarımızdan birində şərh edəcəyik.
👍13
Aİ Cənubi Qafqazda: Brüssel geosiyasi oyunçu ola biləcəkmi?!

Gürcüstandakı proseslər və Aİ-nin reaksiyası sonuncunun regionumuzda mövcudluğunun geosiyasi konteksti mövzusunu aktuallaşdırdı.

Aİ Cənubi Qafqaz üçün nədir?

Aİ regionun mühüm və birinci iqtisadi tərəfdaşıdır. Uzun müddət ərzində Aİ region ölkələri ilə öz münasibətlər sistemini formalaşdırıb. Nəticədə belə bir mənzərə alınıb:

Gürcüstan – sistemli olaraq Avropa inteqrasiyasına qoşulub: Vizasız səyahət, Aİ institutlarının proqramları, azad ticarət sazişi (DCFTA);
Ermənistan – KTMT və Aİİ-nin üzvü olmasına baxmayaraq, hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişini (CEPA) imzalayıb, Aİ institutlarının fəaliyyəti üçün şərait yaradıb (Aİ missiyası, CEPA-nın genişləndirilməsi);
Azərbaycan – enerji və nəqliyyat sahəsində strateji layihələr – fərdi əməkdaşlıq.

44 günlük müharibədən sonra Aİ Azərbaycan və Ermənistan arasında özü üçün geosiyasi mənada faydalar vəd edən danışıqlara start verdi. Brüssel formatı əvvəlcə həqiqətən təsirli oldu və Şarl Mişel vasitəçi kimi öz funksiyasını yerinə yetirdi. Aİ regionda öz nüfuzunu artırdı və belə görünürdü ki, artıq ayrı-ayrı ölkələr şəklində deyil, vahid bir struktur kimi həqiqi geosiyasi quruma çevrilə bildi.

Lakin məhz öz maraqlarını rəhbər tutaraq, Aİ-nin qurucu ölkələri, ilk növbədə Fransa ittifaqın Brüsseldəki mərkəzi institutunu öz maraqlarına tabe etdirdi. Paris məqsədyönlü şəkildə Aİ vasitəsilə danışıqlar prosesinə qoşulmağa çalışaraq, Şarl Mişeli arxa plana keçirdi. Kulminasiya nöqtəsi Qranadada keçirilən görüş və Şarl Mişel tərəfindən imzalanmış bəyanat oldu. Azərbaycan görüşdə iştirak etmədi və Qranada bəyanatını rədd etdi. Bu bəyanat Brüssel danışıqlar formatına və eyni zamanda Aİ-nin regiondakı geosiyasi təşəbbüsünə son qoydu.

Buna baxmayaraq, Fransa öz “uğurunu” davam etdirmək qərarına gəldi. Paris Gürcüstanın Aİ üzvlüyünə namizəd statusu almasında həlledici rol oynadı, baxmayaraq ki, Gürcüstan hökuməti bunu xahiş etməmişdi. Aprel ayında isə Brüssel ABŞ/Aİ-Ermənistan sammiti vasitəsilə İrəvan-Tbilisi oxunu prioritetləşdirərək Cənubi Qafqazda geosiyasi xətlər çəkmək iddiasına düşdü.

Gürcüstan hökuməti Aİ-nin geosiyasi addımlarına reaksiya verdi və Brüsselin bəyənmədiyi qanunların qəbulu prosesinə başladı.

Bu gün üçün gəlinən nöqtə hansıdır?

Bütün qeyd olunan hadisələrdən sonra aşağıdakı mənzərə formalaşıb:

Gürcüstan - Aİ-yə sistemli inteqrasiya kursunun bəyan edilməsinə baxmayaraq, ölkə ABŞ və Aİ-nin sanksiyalarına məruz qalmağa çox yaxındır;
Ermənistan – KTMT-dən çıxmadan və Aİİ-də iştirakını genişləndirərək Aİ ilə inteqrasiya səviyyəsini yüksəltmək niyyətindədir;
Azərbaycan – enerji sahəsində strateji əməkdaşlıq haqqında memorandum var; yeni razılaşma əvvəllər olmadığı kimi, indi də yoxdur; Avropa Parlamenti tərəfindən tamamilə inkar olunma faktı ortadadır; Aİ-nin mərkəzi institutları Fransanın təsiri altına düşdüyü üçün tərəflər arasında inamsızlıq yaranıb; Bakının iştirakı ilə Aİ və Mərkəzi Asiya arasında nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsi perspektivi mövcuddur.

Beləliklə də, Aİ-nin fəaliyyəti nəticəsində Brüsselin regiondakı işləri mürəkkəbləşir. Gürcüstana qarşı sanksiyalar qəbul olunarsa, o zaman qeyd edilən oxu formalaşdırmaq mümkün olmayacaq və Mərkəzi Asiya ilə kommunikasiyalar da sual altına düşəcək. Aİ-nin səhvi ondan ibarətdir ki, ittifaqın mərkəzi qurumları öz gündəmlərini formalaşdıra bilmədilər, region ölkələri ilə qurulan əlaqələri Fransa kimi dövlətlərin ümidinə buraxdılar.

Şarl Mişel və ya Aİ Şurasının növbəti prezidenti Qranada Bəyanatı altındakı imzasını geri götürməklə, Aİ-nin ümumi siyasətinin ayrı-ayrı ölkələrin, xüsusən də Fransanın siyasətindən asılılığına son qoymaqla, parlament seçkilərindən sonra Gürcüstanın yeni hökuməti ilə münasibətləri yaxşılaşdırmaqla Aİ-nin regiondakı rolunu bərpa edə bilər. Əks halda, Aİ hətta bölgədəki ilkin mövqelərini də itirəcək.

@cssc_cqtm
👍15
Ermənistan Konstitusiyası dəyişdirilməlidir!

Azərbaycan və Ermənistan arasında dayanıqlı və uzunmüddətli sülh üçün gələcəkdə bir-birinə qarşı istifadə oluna biləcək yarımçıq tədbirlər və açıq qalan suallar olmamalıdır. Azərbaycan tərəfi Ermənistanın qanunvericiliyindəki bütün problemləri aydın şəkildə bəyan edib: Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad, Ermənistan Ali Sovetinin 1992-ci il qərarları, Ermənistan Xarici İşlər Nazirliyi səviyyəsindəki məktub və müraciətlər. Məhz bunlar hərtərəfli və davamlı sülh üçün maneələrdir.

Ermənistanın baş naziri öz bəyanatlarında bu problemlərin olduğunu etiraf edib. Paşinyan “Ermənistanın yeni Konstitusiyaya ehtiyac duyduğunu”, “Müstəqillik Bəyannaməsinin Ermənistanın qonşuları ilə əlaqələrini inkişaf etdirməyə və yaxşılaşdırmağa mane olduğunu” bildirib, lakin hələ də əməli addımlar atmayıb.

İndi isə Ermənistan XİN rəhbəri Azərbaycan və Ermənistan konstitusiyalarını eyniləşdirməyə çalışır. Sanki Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiası var. Azərbaycanda nə Konstitusiya səviyyəsində, nə prezidentin və parlamentin qərarları, nə də qanunlar, normativ aktlar səviyyəsində Ermənistana qarşı ərazi iddiası yoxdur.

Ermənistan problemlərin özündə olduğunu etiraf etməli və onları həll etməyə başlamalıdır. Təkcə dövlət qurumlarının saytlarında “Dağlıq Qarabağ” bölmələrinin ləğvi ilə problemi həll etmək mümkün deyil. Çoxdan gözlənilən sülhü reallığa çevirmək üçün hərəkətə keçmək lazımdır.

Bəzən belə bir təəssürat yaranır ki, Paşinyan zamanı uzatmağa, COP29 mövzusundan istifadə edərək qanunvericilikdə dəyişiklik edilmədən sülh müqaviləsi prosesini sürətləndirməyə çalışır və bunun üçün əsasən Qərbdən gələn “tarixi fürsətin mövcudluğu” tipli çağırışlardan istifadə edir.

Amma Paşinyan və ətrafı anlamalıdır ki, Bakı təzyiqlərə tab gətirə, sülh sazişi imzalamadan və erməni nümayəndə heyətinin iştirakı olmadan da COP29-u keçirə bilər.

Bakı üçün əsas məsələ danışıqlar prosesinin ardıcıllığı, istənilən revanşizm imkanlarının aradan qaldırılmasıdır. Aydındır ki, Paşinyan hakimiyyətdə əbədi olaraq qalmayacaq. Azərbaycan çalışır ki, Ermənistanda ən qatı revanşist hakimiyyətə gəlsə belə, onun Azərbaycana qarşı iddialar irəli sürmək üçün imkanı olmasın.

Hazırda Ermənistandakı etirazlara və ölkənin keçmiş xarici işlər nazirlərinin, eləcə də bir sıra digər sabiqlərin çıxışlarına nəzər salmaq kifayətdir. Onlar hər gün Azərbaycana qarşı iddiaların bərpası imkanlarından danışırlar.

Təsadüfi deyil ki, Paşinyan “mifik tarixi Ermənistanın real Ermənistan Respublikası ilə ziddiyyət təşkil etdiyini və birincinin ikinci üçün ən ciddi təhlükələr yaratdığını” bəyan edib.

Baş nazir yaxşı başa düşür ki, Azərbaycan Ermənistandakı revanşistlərdən çəkinmir. Bakı müharibədən qorxmur və Ermənistanı məğlub etməyə hazırdır! Lakin Bakı yeni müharibə və azərbaycanlılar arasında yeni itkilər olmasını istəmir. 44 günlük müharibədən sonra ötən üç ildən çox müddət ərzində baş verənlərin mahiyyəti məhz budur.

Hazırda həm İrəvan, həm də bütün maraqlı tərəflər Azərbaycanın nə istədiyini və bunun üçün nə etmək lazım olduğunu bilirlər.

Ermənistan Konstitusiyası və digər qanunvericilik aktları dəyişdirilməlidir!

@cssc_cqtm
👍20
Dünya qlobal qarşıdurmalar burulğanında (I hissə)

Bəşəriyyət tarixi qlobal miqyasda özünün ən təlatümlü dövrlərindən birini yaşayır. İkinci Dünya Müharibəsindən sonra dövlətlərin təhlükəsizliyi və əməkdaşlığını qorumaq üçün yaradılmış Yalta-Potsdam beynəlxalq münasibətlər sistemi xeyli müddətdir ki, iflic vəziyyətindədir. İşlək tənzimləmə mexanizmlərinin olmaması ucbatından indiyədək görünməmiş fəlakətlərə gətirib çıxara biləcək nüvə müharibəsi təhlükəsi gün keçdikcə daha da artır.

Soyuq müharibənin ardından ortaya çıxmış dünya nizamı artıq öz aktuallığını itirib. Köhnəlmiş qlobal idarəetmə modelini əvəzləyə biləcək yeni dünya düzəni isə hələ ki, formalaşmayıb. Əgər əvvəlki beynəlxalq münasibətlər sistemi dünya müharibələrinin nəticəsi kimi yaranmışdısa, hazırda məhz nüvə silahı hələ ki, belə münaqişələr üçün çəkindirici amil rolunu oynayır. Bu səbəbdən günümüzdə müharibələr yalnız regional miqyasda baş verir, hərçənd onlar qlobal qarşıdurmanın təzahürləri olaraq nəzərdən keçirilməlidir.

Müasir dövrdə sözügdən qarşıdurma üç istiqamətdə cərəyan edir: Silahlı münaqişələr, iqtisadi-ticarət müharibələri və ideoloji mübarizə.

Silahlı münaqişələr: Hazırda dünyada qlobal əhəmiyyətə malik iki əsas aktiv münaqişə bölgəsi mövcuddur - Ukrayna və Yaxın Şərq. Birincisi ərazi baxımından konkret olsa da, ikincisi çoxsaylı gərginlik ocaqlarını özündə cəmləşdirir və müxtəlif zamanlarda fərqli ölkələrin (İsrail, Fələstin, Livan, Suriya, İraq, Yəmən, hətta İran) sərhədlərini əhatə edir. Lakin danılmaz faktdır ki, aktiv münaqişə tərəflərinin sayı tədricən artır, coğrafiyası genişlənir. Bu toqquşmalar daha uzunmüdətli və daha şiddətli xarakter alır. Mövcud qlobal idarəetmə sistemi isə sözügedən münaqişələri dayandıra bilmir.

İqtisadi-ticarət müharibələri: Minilliyin ilk 20 ili daha çox qloballaşma şüarı altında beynəlxalq maliyyə axınlarına nəzarətin gücləndirilməsi və bu vəsaitlərin idarəedilməsi sahəsindəki təmərküzləşmə ilə yadda qalıb. Son illərdə xüsusilə Qərbin geniş iqtisadi sanksiyaları fonunda resurslar uğrunda mübarizə daha da kəskinləşib. Bura texnoloji sahədəki amansız rəqabəti, dayanıqlı təchizat zəncirlərinin qurulması istiqamətində aparılan gərgin yarışı, eləcə də ABŞ və Çin kimi dünya nəhəngləri arasındakı gedən ticarət müharibəsini də əlavə etdikdə, qlobal iqtisadi qarşıdurmanın nisbətən daha bütöv mənzərəsi yaranır.

İdeoloji mübarizə: Günümüzdə müxtəlif ideoloji cəbhələri təmsil edən qüvvələr arasında çəkişmələr daha qabarıq tərzdə gedir. ABŞ və Aİ seçkiləri ərəfəsində bunu aydın şəkildə görmək mümkündür. Liberal interventlərlə mühafizəkarlar, qloballaşma carçıları ilə suverenlik tərəfdarları, radikal sağ və solçular arasındakı mübarizə o həddə çatıb ki, artıq bir-birinə qarşı müxtəlif fiziki məhv üsullarından belə istifadə edilir. Həmçinin, fərqli dünya baxışına malik olanlara qarşı müabrizə yumşaq güc alətlərindən istifadə, informasiya müharibələri, daxili siyasətə qarışma cəhdləri və rejiim dəyişikliklərilə müşayət olunur.

Nəticə

Beləliklə də, hazırda paralel cərəyan edən iki proses tədricən sürətlənir: Ən güclülər zəifləyir, orta və kiçik güclər isə daha da qüvvətlənir. Mövcud tendensiya şərti olaraq qlobal Şimal və qlobal Cənub adlandırılan dövlətlər qrupu arasındakı mübarizədə özünü daha aydın formada büruzə verir. Bu proses paralel şəkildə getdiyindən dünyanı cənginə alan qlobal qarşıdurmalar burulğanı daha kəskin şəkil alır. Belə şəraitdə, beynəlxalq sistemdə hökm sürən qeyri-müəyyənlik hələ uzun müddət davam edə bilər.

@cssc_cqtm
👍19
Dünya qlobal qarşıdurmalar burulğanında (II hissə)

Hazırda beynəlxalq münasibətlər sistemində qarışıqlıq, hətta xaos hökm sürür. Lakin cari mənzərəyə baxmayaraq, bu sistemin iştirakçıları arasında iki qlobal güc mərkəzinin mövcudluğu aydın şəkildə görünür. Günümüzdə yalnız ABŞ və Çin həm iqtisadi, həm də hərbi gücü özündə birləşdirən ən qüdrətli dövlətlər olaraq qalmaqdadır.

Qlobal güc olmağa iddialı digər tərəflərdən biri - Rusiya iqtisadi gücə çevrilə bilməsə də, hərbi gücü ilə dünya birinciliyi uğrunda gedən mübarizəyə qoşulmağa, özünü fövqəldövlətlər sırasında göstərməyə cəhd etdi. Lakin Ukrayna cəbhəsində üzləşdiyi uğursuzluq Moskvanın öz planlarını həyata keçirməsinə mane oldu və Kremli qlobal güc statusu qazanmaq imkanından məhrum etdi.

Başqa bir iddialı - Avropa İttifaqı isə Rusiyanın tam əksinə olaraq, dünya miqyaslı iqtisadi güc kimi formalaşmağı bacarsa da, hərbi güc və geosiyasi oyunçu kimi qlobal səviyyəyə yüksələ bilmədi. Belə ki, uzun illərdir çoxsaylı hərbi kontingentə malik vahid Avropa Silahlı Qüvvələrinin yaradılması barədə danışılsa da, bu planlar hələ də kağız üzərində qalır. Aİ ölkələri arasında mövcud fikir ayrılıqları sözügedən istiqamətdə ciddi addımların atılmasını və birliyin hərbi gücə çevrilməsini əngəlləyir.

Aİ-nin geosiyasi oyunçu olmaq cəhdləri də iflasa uğradı. Bu uğursuzluğun başlıca səbəbi birliyin ümumi maraqlarının Fransa kimi ayri-ayrı dövlətlərin əsassız iddialarına qurban verilməsidir. Aİ-nin Azərbaycana, eləcə də bütövlükdə Cənubi Qafqaz regionuna münasibətdə atdığı addımlar bunun əyani sübutudur. Brüsselin siyasi səriştəsizliyi ucbatından Aİ hələ də ABŞ-ın təsiri altında qalmaqda davam edir.

Belə şəraitdə, ABŞ və Çin arasında qarşıdurma getdikcə daha da, şiddətlənir. Bu mübarizə artıq dünyanın az qala bütün regionlarına sirayət edir və Avropadan tutmuş, Asiya və Afrikayadək bütün qitələrdə özünü büruzə verir.

Beynəlxalq münasibətlərin digər iddialı tərəflərinə gəlincə, onların bəziləri (məsələn Türkiyə və İran) regional güclər kimi çıxış edir. Lakin istər regional gücləri təmsil edən dövlətlər, istərsə də belə gücə sahib olmayan ölkələr qlobal mübarizənin bir parçasına çevrilir. Bundan imtina etmək üçün onlara heç bir seçim imkanı da verilmir. Belə olduqda isə həmin dövlətlər ən təhlükəli aqibətlə - qlobal güclərin bilavasitə aktiv mübarizə meydanına çevrilmək təhlükəsilə üzləşir.

Dünyanın irimiqyaslı qarşıdurmalar burulğanında olduğu və mübarizənin kəskinləşdiyi bir zamanda Azərbaycan özünün başlıca problemini həll etdi. Rəsmi Bakı ölkənin qlobal və regional güclərin toqquşması meydanına çevrilməməsinə nail oldu. Hazırda istər qlobal, istərsə də regional oyunçularla tərəfdaşlıq və praqmatik münasibətlər qurulub.

Ölkədaxili konsensus da kifayət qədər yüksək səviyyədədir. Bu amil, bir tərəfdən xarici qüvvələrin daxili işlərə müdaxiləsinin qarşısını alır, digər tərəfdən isə müstəqil xarici siyasət yeritməyə imkan verir.

Beləliklə də, qlobal siyasətdəki burulğanlı dövr hələ uzun müddət davam edə bilər. Bu qeyri-müəyyənlik şəraitində müstəqilliyini və suverenliyini qorumaq, mövcud qarşıdurmanın tərəflərindən hər biri ilə əməkdaşlıq münasibətlərini inkişaf etdirmək az qala mümkünsüz görünür. Lakin Azərbaycan məntiqli və ardıcıl addımları ilə bir çox dövlətlər üçün imkansız olanı bacardı. Bundan sonra əldə edilən nailiyyətlərin qorunub-saxlanması, eləcə də bütün mümkün təhdidlərə vaxtında və düzgün şəkildə cavab verilməsi olduqca önəmlidir.

@cssc_cqtm
👍17